Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-20/2025 19.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X2, İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi3 Tahir oğlunun, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1977-ci ildə Lerik rayonunda doğulmuş, fərdi sahibkarlıqla məşğul olan, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə əvvəllər məhkum olunmamış, Lerik rayonu, Valeh İbrahimov küçəsi ev 5-də pasport qeydiyyatında olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, ev 3, mənzil 38-də yaşayan barəsində 23 iyun 2023-cü il tarixli qərarla “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2un, xx xxxxxx 1976-cı ildə Lerik rayonunda doğulmuş, "xxxx" MMC-də iqtisadçı mühəndis vəzifəsində çalışan, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 75A, mənzil 46-da pasport qeydiyyatında olan, faktiki həmin ünvanda yaşayan barəsində 12 dekabr 2023-cü il tarixli qərarla “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edan və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xüliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 04 aprel 2023-cü il tarixdə saat təxminən 16 radələrində Bakı şəhəri Suraxanı rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsində borclu olduqları Zərərçəkmiş şəxs1 ilə qarşılaşıb sonuncu ilə mübahisə etməklə borcu qaytarmayacaqlarını bildirib Zərərçəkmiş şəxs1 olduğu və tanışı Zərərçəkmiş şəxs2 idarə etdiyi nəqliyyat vasitəsini təqib etməklə qarşısını kəsərək heç bir halda əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2la mübahisə etməyə başlayıb küçədə digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneə yaratmış, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq onların ünvanına ucadan qeyri-etik, nalayiq ifadələr səsləndirib ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etmiş və öz hüquqazidd hərəkətlərini davam etdirərək o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üstünə hücum çəkib qəsdən yumruqla baş nahiyəsinə zərbələr vurub Zərərçəkmiş şəxs1 üst dodağın iç səthinin ağızın selikli qişasının əzilmiş yarası və hər iki dodağın selikli qişasının hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs2 isə sol göz altı nahiyənin qançırları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə zərərçəkmiş şəxslərin üzərində zor tətbiq olunması, habelə Zərərçəkmiş şəxs2 “X27” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 2000 manat miqdarında maddi ziyan vurulması ilə müşayiət edilən qərəzli xüliqanlıq etmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edan və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 04 aprel 2023-cü il tarixdə saat təxminən 16 radələrində Bakı şəhəri Suraxanı rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsində borclu olduqları Zərərçəkmiş şəxs1 ilə qarşılaşıb sonuncu ilə mübahisə etməklə borcu qaytarmayacaqlarını bildirib Zərərçəkmiş şəxs1 olduğu və tanışı Zərərçəkmiş şəxs2 idarə etdiyi nəqliyyat vasitəsini təqib etməklə qarşısını kəsərək heç bir halda əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la mübahisə etməyə başlayıb küçədə digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneə yaratmış, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq onların ünvanına ucadan qeyri-etik, nalayiq ifadələr səsləndirib ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etmiş və öz hüquqazidd hərəkətlərini davam etdirərək o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üstünə hücum çəkib qəsdən əlindəki silah qismində istifadə etdiyi taxta dəyənəklə əl nahiyəsinə zərbələr vurub Zərərçəkmiş şəxs1 oynaqda hərəkət məhdudluğu və ağrı sindromu ilə müşayiət olunan sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin V barmağının qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs2 isə sol göz altı nahiyənin, sağ saidin, sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin İ barmağının qançırları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə zərərçəkmiş şəxslərin üzərində zor tətbiq olunması, habelə Zərərçəkmiş şəxs2 “X27” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 2000 manat miqdarında maddi ziyan vurulması ilə müşayiət edilən qərəzli xüliqanlıq etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və öz müdafiəsi üçüm əsassız dəlillər gətirərək göstərmişdir ki, uzun illərdir ki, qardaşı Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən "xxxx" MMC şirkətində çalışır. Mais tanışı Şamxaldan 17 yanvar 2023-cü il tarixdə dəyəri 2884 manat olan günəbaxan tumları almış və həmin məhsulun 1884 manatı ödəsə də, 1000 manatı ödəyə bilməmişdir. Məhsulun pulunun ödənilməməsinə səbəb Şamxalın verdiyi tumların satılmaması olmuşdur. Qardaşı ilə aralarında mübahisə olduqdan sonra o, Şamxala zəng edib bu məsələni onunla həll etməsini xahiş etmişdir. O isə Təqsirləndirilən şəxs1 hər zaman qaçmışdır. 04 aprel 2023-cü il tarixdə saat təxminən 16 radələrində Mais bir nəfər şəxslə iş görüşməsi üçün getməli olduğunu deyib iş yerini tərk etmişdir. Təxminən 5 dəqiqə sonra Mais ona zəng edərək iş yerinə yaxın ərazidə yerləşən cəzaçəkmə müəssisəsinin yanında olduğunu, aralarında Şamxalın da olduğu 2-3 nəfər şəxsin qarşısını kəsməsini, tez özünü çatdırmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 dərhal iş yerini tərk edib Viano Mercedes markalı avtomobilinə əyləşib həmin yerə getmiş, lakin qardaşını orda görməmişdir. Yenidən qardaşına zəng edib onun olduğu yeri öyrənmək istəmiş, lakin qardaşı telefonlara cavab verməmişdir. O avtomobili ilə Samir Əliyev küçəsi ilə hərəkət etmiş, qarşıda xeyli insanın toplaşdığını görmüşdür. Avtomobili ora yaxın yerdə saxlamışdır. Piyada keçidinin yanında olan marketin qarşısında qardaşının yerdə uzanıqlı olduğunu və bir nəfər şəxsin onu yumruqlamasını görmüşdür. O həmin anda qərarsız qalıb nə edəcəyini düşünməyə başlamış, qeyri-ixtiyari pols, polis deyə bağırmışdır. Ətrafda 6-7 nəfər adam görmüş, onları qorxutmaq məqsədi ilə yerdən ağac parçası götürmüşdür. Həmin vaxt orada olan tanımadığı bir nəfər şəxs onun qarşısını kəsmiş, həmin şəxsi qardaşını döyənlərdən zənn edib əlindəki ağac parçası ilə onun sağ biləyindən vurmuş, bu vaxt o, qolunu tutaraq kənara çəkilmişdir. Daha sonra qardaşını döyən sonradan adının Şamxal olduğunu bildiyi şəxsin üstünə getmiş, bu vaxt başqa bir nəfər qarşısını kəsmiş, Təqsirləndirilən şəxs1 ağac parçası ilə onu bir neçə dəfə vurmağa başlamış, sonralar həmin şəxsin Şamxalın dostu Zakir olduğunu bilmişdir. Sonra Şamxalın üstünə gedib əlindəki ağac parçası ilə Şamxalın qolundan bir dəfə vurmuşdur. Onun hərəkətlərindən sonra Şamxal və dostu qaçıb oranı tərk etmişdirlər. Daha sonra o, qardaşına yardım edib onu avtomobilinə əyləşdirmişdir. Təqsirləndirilən şəxs1 oarda 102 xidmətinə zəng edərək baş verənlər barədə məlumat vermişdir. Onun əlində bita deyil yerdən tapdığı ağac parçası olmuşdur. Onun ilk başlarda məqsədi əlindəki ağac parçası ilə onları qorxutmaq olmuş, lakin onlar üstünə gəldikləri üçün o, ağac parçası ilə onları vurmuşdur. Dava-dalaş o hadisə yerinə gəldikdən sonra 2-3 dəqiqə davam etmişdir. Ətrafda xeyli sayda insan var olmuş, yolla hərəkət edən nəqliyyat vasitələri dayanıb hadisəyə tamaşa etmişdirlər. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və öz müdafiəsi üçün əsassız dəlillər gətirərək göstərmişdir ki, 17 ildir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, "xxxx" MMC-in təsisçisidir, şirəkti «göyərçin» tumlarının istehsalı ilə məşğuldur. O müxtəlif rayonlardan günəbaxan tumlarını alaraq özünə məxsus şirkətdə qablaşdıraraq satışını həyata keçirir.Şamxalı 2-3 ildir ki, tanıyır. Belə ki, Şamxal 40 günlük müharibə ərəfəsində onun şirkətinə gəlib ona dəyəri 1000 manatlıq tum təklif etmiş və o da onun təklifini qəbul edib ondan tumları almışdır. Tumların pulu nağd şəkildə tərəfindən ödənilmişdir. Həmin ticarətdən sonra o, Şamxalı görməmişdir. 2023-cü ilin ilk aylarında Şamxal təkrar şirkətinə gəlmiş və o, bu dəfə bir qazell tumla gəlmişdir. Şamxal malı almağı təklif etmiş, o isə tum bazarının işləmədiyini, özüünün də fərqli məhsulların ticarəti ilə məşğul olduğunu demişdir. Lakin Şamxal çox israr etdiyi üçün o, malı nisyə almağa razılaşmış və onunla anlaşmasə belə olmuşdur ki, tum bazarının yaxşı işləmədiyini nəzərə alıb onun məhsullarını uzun müddətdə satacağ və hər satışı həyata keçirdikcə malın pulunu kartdan karta köçürmə yolu ilə ödəyəcəkdir. M.Seyfuallyev anlaşma zamanı ona dönə-dönə başa salmışdır ki, hazırda tum bazarında rəqabət var deyə bu məhsulu bazarda satmaq böyük əziyyət tələb edir. Şamxal onu başa düşüb verdiyi məhsulun pulunun bu qaydada ödənilmə şərtlərini qəbul etmişdir. Həmin gündən etibarən Şamxalın məhsulunu xırda həcmlərdə bazara çıxarmış və təxminən 1-2 ay ərzində malın pulundan 1884 manatını onun kart hesabına köçürmüşdür. Bu köçürmədən sonra Şamxala verdiyi malın pulundan 1000 manat borcu qalmışdır. Həmin ərəfədə Təqsirləndirilən şəxs2 Şamxalın məhsulunu satdığı yerlərdən şikayətlər almış və belə qərara gəlmişdir ki, bu məsələni Şamxala izah edib, qalıq qalmış məhsulunu anbardan götürməsini ondan istəsin. Bu məqsədlə həmin ərəfədə mobil telefon vasitəsi ilə Şamxalla əlaqə yaratmış və ona izah etmişdir ki, sata bilmədiyi, qalıq qalmış, dəyəri 1000 manat təşkil edən məhsulunu anbardan götürsün və bununla aralarındakı ticarətə son qoysunlar. O isə bu təklifi qəbul etmiş və anbardan məhsulunu götürəcəyəni bildirmişdir. Təqsirləndirilən şəxs2 telefon danışığı zamanı onu da izah etmişdir ki, hazırda o sanatoriyada müalicə aldığı üçün bu məsələni qardaşı ilə görüşüb həll etsin, çünki müalicə prosedurları zamanı onun mobil telefonu aktiv vəziyyətdə olmur, bu isə bəzən uzun müddətli olur. Bu səbəbdən də Şamxala yaranmış vəziyyəti çılpaqlığı ilə izah etmiş, anbardan məhsulunu götürərkən qardaşı ilə görüşməsini xahiş etmişdir. Bu hadisədən təxminən bir neçə gün sonra Şamxal onun mobil telefonuna təhqiredici səsli mesaj atmışdır. Təqsirləndirilən şəxs2 bu mesajı dinlədikdən sonra onunla əlaqə yaradıb telefonunun sönük olma səbəbinin ona əvvəlcədən izah edildiyini xatırlatmış və təmkinlə bir daha bu şəkildə danışmamasını məsləhət görmüşdür. O, telefon danışığı zamanı bildirdi ki, anbardakı məhsul ona məxsus deyil, yəni Təqsirləndirilən şəxs2 tərəfindən ona məxsus məhsul dəyişdirilib. Belə olduqda Təqsirləndirilən şəxs2 əsəbləşib ona uzun müddətdir ki, tum məhsullarının ticarəti ilə məşğul olmasını və sonuncu tum ticarətini məhz onun xahişi ilə etməsini bildirmişdir. Yəni ona izah etmişdir ki, həmin məhsulu başqa məhuslla əvəz etmək onun xeyrimə deyil, çünki o, tum məhsulunun ticarətini etmir. Təqsirləndirilən şəxs2 bu sözündən sonra o, Təqsirləndirilən şəxs2 və ailə üzvlərinin ünvanına ağır söyüşlər söyərək təhqir etmişdir. Təqsirləndirilən şəxs2 də eyni söyülşlərlə onu təhqir edib onunla görüşəcəyini ona demişdir. Bu hadisədən bir neçə gün keçsə də, o Şamxalla mübahisə etmək niyyətində olmamışdır. Qardaşı da ona Şamxala pulu özünün ödəyəcəyini demişdir. Hətta qardaşı bir neçə dəfə şəxsən onun özü ilə mobil telefon vasitəsi ilə əlaqə yaradıb ona pulunu tam şəkildə götürməsini bildirmişdir. 04 aprel 2023-cü il tarixdə saat 15 radələrində o, qardaşının olduğu ona məxsus ünvan 1 ünvanda yerləşən ofisə gəlmişdir. Təxminən 1 saat orada vaxt itirmiş və oranı tərk etmişdir. Həmin vaxt o, gümüşü rəngli, Hyundai Sonata markalı, 99....208 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. İdarə etdiyi avtomobillə saat 16 radələrində ofisdən ayrılmış və təxminən 100 metr aralanmışdı ki, qara rəngli, hazırda dövlət nömrə nişanını xatırlamadığı Land Cruiser markalı avtomobilin onuma qarşı-qarşıya gələrkən işıq siqnalı verdiyini görmüşdür. Əvvəl həmin avtomobildə tanışının olmasını, onunla salamlaşmasını zənn etmişdir. Lakin yan güzgüyə baxdıqda həmin avtomobilin manevr edərək onunla eyni istiqamətdə hərəkətə başladığını görmüşdür. O, hərəkət sürətini azaldıb yolun sağ tərəfinə keçmiş, həmin nəqliyyat vasitəsi onun avtomobilinə yaxın məsafədə saxlamışdır. O, həmin avtomobilin tanımadığı kənar şəxs tərəfindən idarə edildiyini görsə də, nəqliyyat vasitəsinin qabaq sağ oturacağından Şamxalın da düşdüyünü görmüşdür. Şamxal və sürücü ona tərəf yaxınlaşmışlar. Təqsirləndirilən şəxs2 Şamxala aman vermədən ona izah etmişdir ki, onunla ünsiyyət qurmaq istəmir. Qardaşının yanına gedib ona borclu olduğu pulu almasını demişdir. Bu haqda geniş danışsa da, o, Təqsirləndirilən şəxs2 sözlərinə məhəl qoymamış və gəlişinə səbəbin borcunu almaq deyil, sonuncu dəfə mobil telefonda bir-birlərinin ünvanına söyülən söyüşlərin hesabını almaq olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 onun niyyətini görüb ona dalaşmaq istəməmsini, bu mövzuda söhbət aparmaq istəməməsini bildirmişdir. Şamxal isə onu kənara dəvət etmək istədiyini bildirmişdir. Həmin anda Təqsirləndirilən şəxs2 onun yanında olan sürücünün də məsələyə müdaxilə etmək niyyətində olduğunu, hətta buna açıq aşkar hazır olduğunu görmüşdür. O, baş verənlərin ona heç bir aidiyyətinin olmamasını və onun məsələyə müdaxilə etməməsinin ən doğru addım olmasını bildirmişdir. Bu vaxt Şamxalın onu vurmaq istəyi ilə yumruğunu havaya qaldırmasını gördükdə Təqsirləndirilən şəxs2 yumruq zərbəsi ilə qarşılıq verib onun dodağına zərbə endirmişdir. Zənbənin təsirindən onun dodağı qanamışdır. Dodağının qanamasına baxmayaraq onun və sürücünün üzərinə gəldiyini görüb o, hər ikisinə bir dəfə kəllə zərbəsi endirmişdir. Lakin özünü müdafiə hərəkətləri bir nəticə verməmiş, onlar Təqsirləndirilən şəxs2 yumruq və təpik zərbələri ilə döyməyə başlamışlar. Təqsirləndirilən şəxs2 mübahisənin baş verdiyi vaxt, yəni hələ dava-dalaş baş vermədiyi ərəfədə qardaşı Şaiqin mobil telefonuna zəng etmək imkanından istifadə etmiş və Şamxalla görüşdüyünü, onunla mübahisə etdiyini ona deyə bilmişdir. Dava-dalaş zamanı o, başında kəskin ağrılar hiss etmişdir. Mübahisə və dava-dalaş təxminən 5-6 dəqiqə davam etmiş və onlar avtomobillərini əyləşib oranı tərk etmişdirlər. Təqsirləndirilən şəxs2 onların hansı istiqamətdə getdiklərini polis orqanlanna məlumat vermək məqsədi ilə onları təqib etmişdir. Hadisə yerindən bir neçə metr məsafə qət etmişdir ki, Şamxalın olduğu Land Cruiser markalı avtomobilin yolun kənarında saxladığını görüb o da avtomobili onların nəqliyyat vasitəsinin qarşısına sürüb saxlamışdır ki, onlar polisdən qaça bilməsinlər. Həmin vaxt onların hər ikisi avtombildən düşmüş Təqsirləndirilən şəxs2 üzərinə hücum çəkmiş, sürücü və Şamxal yumruq və ayaq zərbələri ilə onu vurub yerə yıxmış və yerdə onu təpikləmişlər. Təqsirləndirilən şəxs2 zərbələrin təsirindən yerə yıxılmışdır. Həmin vaxt huşu özündə olmamış və baş verənləri xatırlamamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünün təqsirli bilməyərək, bildirmişdir ki, yaddaşı ilə problemi var, ittihamın mahiyyəti aydındır, lakin düz yazılmayıb. Şamxal ilə günəbaxan alış-verişləri olmuş, bir dəfə mal alanda, mal yaxşı çıxmadı, acı idi. Zəng vurub dedi ki, “malını götür, xoşum gəlmədi, hələ sən mənə borclu qalırsan”. Şamxal gedib mala baxıb, təzdən onu yığıb, bildirmişdir ki, mal onun deyil. Biraz telefonda mübahisə elədilər, söyüşlər oldu. Dedi “əgər belədi, istəmirsənsə, get qardaşının yanına, de ki, mal onların malı deyil”. Söhbət uzandı telefonda söyüş oldu. Üstündən 1-2 ay keçdi, işdən qayıdırdı, yolda qarşısına “Land Cruzer” çıxdı, saxladı, Şamxal və yanındakı şəxs düşdülər. Dedi ki, pula gəlmisənsə, qardaşı ilə danış. Dedi ki, pula görə gəlməmişəm, söyüşə görə gəlmiş, “gedək söhbət eliyək”. Dedi ki hara gedək, dedi ki, dəniz kənarına. Dedi ki, “sənin mənimlə nə sözün, get qardaşımla söhbət elə”. Sonra onlar yaxınlaşdı, iki nəfər, o isə tək. O onların üstünə getməmiş, 7-8 dəqiqədən sonra zəng eləmiş, qardaşı gəlib, meydini görüb, təcili tibbi yardım gəlib. “Zərərçəkmiş şəxs onlar deyil, bizik”. İfadəsi də dediklərini təsdiqləyir, xəstədir, tam xatırlamır, yaddaşında olanları demişdir. Biznes demək olmaz, 1- 2 ton almış, özü təklif edib. O günəbaxanın alış-satışı ilə məşğuldur. 3-4 ildir tanıyır, 2 dəfə mal almış, bir dəfə karantin vaxtı, bir dəfə indiki vaxt olub, problem malın acı olması idi, mal paçkada qalanda acılığı bilinir. Müştərilər qaytardı. Şamxala bildirmişdir ki, malı çiydi, götürsün. Qovrulmuşu qaytarmadı. Çiy malın dəyəri 2000-ə yaxın idi, 1000 manatı qalmışdı. 2800 manata qədərlik mal qalmışdı. 1-2 ay keçdi, dedim ki, pulu qaytar. Mal satılmadı deyə, pul vermədi, satılsa, verərdi. Qardaşı iki dəfə zəng vurub, deyib ki, gəl hesablaşaq, Şamxal getməyib. Deyib ki, qardaşı gəlsin, qardaşı isə deyib ki, o xəstədir. Telefonda tutuşmuşdurlar. O deməmişdir ki, gəl görüşək. İkinci dəfə borc söhbəti deyildi, söyüşə görə idi. Bunlar birinci dəfə söyüşə görə gəlmişdilər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, maşını qarşısına fırlatdı. Həmin avtomobili “Ford” dur. Bu onun maşını deyildi, amma maşını fırladanda gördü ki, qabaqda oturub. Saxlayanda o da, Şamxal da maşından düşdülər, Mais soruşdu ki, nə məsələdir, dedi ki, “işim var”. Dedi ki, hesab kitabı demiş, ya malını götür, ya da get haqq-hesabı qardaşımla elə. Özü dedi ki, o pula görə gəlməmiş, Həmin vaxtı Şamxal qəflətən onu vurdu. O isə onu vurmadı. Mais sonra yenə çıxdı getdi, ikinci dəfə avtomobiliqin qarşısına keçdi. Tam yadında deyil, deyəsən həmin vaxt qardaşına yığdı. Qalxsın ayağa görün mən çataram, ona. Qardaşı 8-10 dəq sonra gəldi. Dedim ki, iki nəfər çatır mənə. Şamxalgil gəlir, dedi. Yanındakı şəxsi tanımırdı. Qardaşı gəldi “polis, polis” deyə səsləndi. Oturmuşdu, onun maşınına onu aparıblar işə. Sonra təcili yardım gəldi. Polis gəldi, onlar qaçdılar. O huşunu itirmişdi, qardaşı ilə onlar arasında mübahisə görməmişdir. Vurma, dalaşma görməmişdir. Qardaşı “polis, polis” deyə səslənəndə huşum özündə idi. Xeyli vaxt sonra huşu getdi. Onun təzyiqi 220-ə qalxmışdı. İşdə huşu itdi. Hadisə yerində huşu normal idi. Paltarın cırılmasını, xəsarət görməmişdir. Ətrafda da heç kimi görməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 olaraq bildirmişdir ki, qardaşı ilə ona Şamxal günəbaxan tumu 3-4 dəfə mal gətirmişdi. Hissə-hissə pulu ödənilmişdi, 1000 manata qədəri qalmışdı. Qardaşı müalicədə vaxtda Şamxal gəldi, o orda idi. Dedi ki, haqqhesaba gəlmişdir. O malları göstərmiş, Şamxal dedi ki, onun malları deyil. Çıxdı çöldə qardaşı ilə, danışdı sözləri düz gəlməyib. Sonra Şaiq ona həmin günü yığdı ki, “axı mən sənə dedim ki, qardaşı xəstədir, ya gözlüyərsən, mal satıb, qurtarar, ya da ki, malı istifadə edə bilmirik”. Həmin günü dedi ki, “gələrəm, görüşərik, maşını vurmuşam”. Mais dedi “iş vaxtı bitməyinə az qalıb, birdə gələrsən, burda məni görməzsən”. Dedi ki, “səhər görüşərik”, səhər isə yenə gəlmədi. Hadisədən bir aydan çox keçdi, qardaşı görüşdən gəlirdi, o ofisdə qaldı, növbəti görüşə qardaşı getdi. Qardaşının çıxmağından 5-6 dəqiqə keçmişdi, zəng gəldi. Qardaşı qışqırdı ki, “köməyimə çat, türmənin yanındayam”. Xəstəliyini nəzərə alaraq, özünü ora çatdırsa da, həmin yerdə onları tapa bilmədim. Türmədən aralananda, saga döndüm, istədi qayıtsın, dönmədi yoluna davam elədi. Gəldim gördü ki, qardaşı orda, Şamxal bunun üstündədir. Yəni ki, boğulaq vəziyyətdədir, mən də hay-küy elədim ki, polis çağırırıram, oturdular maşına çıxıb, getdilər. Qardaşından soruşdu, dedi ki, “qabağımı kəsdilər, məni dəniz qırağına söhbət eləməyə aparmaq istəyirlər”, mən də ona dedim ki, “qardaşımla danışmışam, aranızda kobudluq olmayıb, mən xəstəyəm, müalicədəyəm”. Şikayətçi əslində onlar olublar. Günahları olmadan 48 saat içəri salıblar. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin vaxt həyəcanlı olmuş, bilmədi kim gəldi, kim getdi. Zəngdə Şamxal deməsin tam xatırlamıram. Tək idi. Yol bərbad gündədir, çıxandan sonra 5-6 dəqiqəyə tərpənmiş, 3-4 dəqiqəyə də türmənin yanına çatardı. Zəngdən çatana kimi 8-10 dəqiqə keçmiş olardı. Şamxalı yanında bir nəfərdə bu zərərçəkmiş şəxs var idi. Həmin vaxt aralamaq istədim. Digər şəxs heç nə eləmirdi. Heç kəsi vurmamışdır. Dava-dalaşdan sonra görüşməmişik. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, günortadan sonra 15.00-17.00 olardı o gələndə. Gəlməyi 8-10 dəqiqə çəkdi. Yaşayış məntəqəsi deyildi, axırcı gördüyü yürdə yaşayış yox idi. Ağac yol qırağı, insanların olduğu yer deyil. İstintaqdakı ifadəni təqribi xatırlayır, oxumamış imza atmışdı. İfadəsində nə olduğunu bilmir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Şamxalı çox tanımamış, qardaşı ilə münasibətləri olub. Şamxal 3 dəfə mal gətirib. Hadisə günü zəng gəlməyib. Bunlar telefonda ağızlaşandan sonra o 2-3 dəfə Şamxala demiş ki, qardaşı ilə işi olmasın, o xəstədir. Hadisədən 1 ay 1.6 ay qabaq olub. Hadisədən sonra, qardaşından hal-vəziyyəti öyrənəndən sonra 102-ə yığmış, deyilənlərin bir hissəsi düzdür, bir hissəsi düz deyil. Müstəntiqə yazılanlar kimi deməmişəm. Yazılan kimi, əl çubuğu, 7-8 nəfər insan toplaşması, əvvəlcədən ittihamı başa düşməyin və s olması düz deyil. Orada əlavə adam görməmiş, düşdüyü yerdən 1 km ara məsafə var idi, türmədən ora. Qışqırdı ki, polis çağırır. Bita nədir bilmir. Məhkəmədə dediyini, üzləşmədə də demiş, Dedi ki, bu tumlar onun deyil. O də dedim ki, görüntü var, təqdim elədim. Mənə artıq əskik nəsə demədi. - Meşok 25 kq-luq formada olub. Başqa yerdən günəbaxan almamışdıq. Adi meşoklar idi. 25-26 kq-luq idi.- Şamxal günəbaxana baxanda həmin meşokda idi, günəbaxanlar.- 5-10 gündən bir ona pul verilirdi. Şikayət edilənə qədər pul vermişdilər. Verilən suallara cavab verərək Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Şamxal meşoka baxdı, dedi ki, onun deyil. Anbara iki işçi ilə getdik, dedi ki, bu onun malı deyil. Hadisə vaxtı maşını var idi, Vita Viana idi. İndi sürmür. Həmin maşınla getmişdi, hadisə yerinə. O maşınla işə gedib, gəlirdim. 18 ildir, orda çalışır. Bir ildir, o maşın bizdədir. Dəyənək, bita istifadə eləməmişəm. Qardaşı tənginəfəs idi. Həmin dəqiqə qardaşını ordan aralaşdırmağı düşünürdüm. Birbaşa türməyə dönən yol idi. Orada bunları görən qonşu olub. Yolda ağac götürməmişdir. Orada iki nəfər idi, başqa adam görməmişəm. O heç kisi vurmamışdır. Təhqiqatçı dedi ki, onlar Yevlaxdan yarı yoldan qayıdıblar.Hadisə yerinə baxış olub.Taxta olmayıb, baxış zamanı.Hadisə yerində heç nə yox idi. Hadisə yerinə baxış olub. O, qardaşı, təhqiqatçı olmuş, vəkili də orda olmayıb. Üzləşmə vaxtı bildilər ki, demədikləri yazılıb. Verilən suallara cavab verərək Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ifadəsini oxumamış, orta təhsilli. Latın dilində yaza bilmir. Oxuya bilir. O elə bilir ki, dediklərini yazıb, qol çəkmiş. İmza onundur, şikayətçi onlardır, elə bildilər düz yazıb. Onlar saxlanılıb 48 saat, sonra dindiriliblər, bizdən şikayətçi olublar. İlk şikayəti qardaşı verib, 102-ə o zəng etmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 iş üzrə verdiyi ifadəsində göstərmişdir ki, təxminən 4-5 il müddətdir ki, rayonlardan günəbaxan tumları gətirərək Bakı şəhərində müxtəlif sexlərə satıb qazanc əldə edir. İşi ilə əlaqədar olaraq sahibkar Təqsirləndirilən şəxs2 adlı şəxslə tanış olmuşdur. Ona müxtəlif vaxtlarda bir neçə dəfə mal satmışdır. Lakin aralarında heç bir narazılıq olmamışdır, pulunu hissə-hissə tam ödəmişdir. Sonuncu dəfə Maisə 2023-cü ilin yanvar ayında mal satmışdır. Aldığı malın pulunun bir qismini ödəsə də qalan 1000 manat borcu qayarmaqdan yayınmışdır. Bu səbəbdən aralarında narazılıq yaranmış, daha sonra ona bildirmişdir ki “pulunu qaytarmayacam get nə bilirsən elə”. Mais ona olan borcu qaytarmadığı üçün onun iş yerinə getmiş, Suraxanı rayonu ərazisində Maisin iş yerinə çatan zaman görmüşdür ki Mais öz avtomobili ilə gəlir. Zərərçəkmiş şəxs1 ona avtomobili saxlaması üçün əl işarəsi etmiş və o avtomobili sağa çəkərək saxlamışdır. Mais avtomobildən düşmüş və salamlaşdıqdan sonra söhbət etməyə başlamışlar. Söhbət edən zaman ona pulunu hansı səbəbə qaytarmamasını soruşduqda, o çox kobud şəkildə danışmağa başlamışdır, onu nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Daha sonra üstünə gələrək yaxasından tutmuş, onunla dartışan zaman dostu Zakir onları ayırmışdır. Daha sonra mübahisələri dahada böyüməsin deyə avtomobilinə əyləşib getmək istəmiş, bu zaman Mais arxadan öz avtomobili ilə gəlmiş, onlar avtomobili saxlamaq istəməsələr də o öz avtomobili ilə onların avtomobilinin qarşısını kəsmiş, ondan yol kənarında saxlamasını istəmişdir. Daha sonra yenidən avtomobildən düşüb onunla söhbət etməyə başlamış, o yenədə mübahisə edərək onun ünvanına söyüşlər söyməyə başlamış, Zərərçəkmiş şəxs1 ona məhəl qoymayıb avtomobilə əyləşmişdir. O yenədə avtomobilə yaxınlaşaraq avtomobilin şüşəsinə və qapısına əli ilə vuraraq düşməsini istəmiş, daha sonra qapını açmış və onun aşağı düşməsini tələb etmişdir. Bu zaman onun qardaşı Şaiq adlı şəxs özünə məxsus “Mersedec Viano” markalı avtomobili ilə ona yaxınlaşmış, daha sonra heç bir aydınlıq gətirmədən əlində olan bita ilə dostu Zakirə və onun “Toyota Land Cruiser” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurmağa başlamış, bu zaman Mais də Zakirin üstünə hücum edərək onu yumruq zərbələri ilə vurmağa başlamışdır. Zərərçəkmiş şəxs1 dərhal onlara yaxınlaşıb, Maisi saxlamaq istəmiş lakin o yumruq zərbələri ilə vurmağa başlamışdır. Daha sonra qardaşı Şaiq üzərinə hücum edərək əlindəki bita ilə qolundan və ağzından vuraraq döyməyə başlamışdır. Bu zaman ətrafda olan şəxslər onları ayırmağa çalışırmış, Şaiq adlı şəxs onları ayırmağa çalışan tanımadığı şəxsin ünvanına nalyaiq söyüşlər söyüb bita ilə onun biləyindən vuraraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs1 onunla görüşə dostu Zakirlə getmiş, yanlarında başqa heçkim olmamışdır. Mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs1 və Zakir avtomobili ilə heç kəsin qabağını kəsməmişdir. Bu barədə yaxınlıqda olan videomüşahidə kameralarından məlumat toplamaq olar. Həmin vaxt ətrafda 10 nəfər tanımadıqları şəxslər toplaşmışdır. Hadisə nəticəsində ona 9000 manata yaxın maddi ziyan dəymişdir. “Land Cruiser” markalı avtomobilə 2700 manat maddi ziyan dəymiş, bu barədə ziyan aktı istintaq oraqanına təqdim olunmuşdur. Bundan əlavə Zərərçəkmiş şəxs1 600 manat dəyərində "Samsung A13” markalı mobil telefonu itmiş, həmçinin ona olan 1000 manat borcunu qaytarmamış və qalan məbləğ isə həm xəstəxanaya, həmdə iş fəaliyyətini pozduğuna görə dəymişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, hadisə vaxtı telefonu oğurlanıb. Maislə vatsapda yazışırdıq. Mais deyirdi ki, mal satılmır. O də dedi ki, heç kimin qapısından “vozvrat” (geri qaytarma) aparmamışam. O da dedi ki, gəl apar. O kisələrini yaxşı tanıyır. Kisələrinin ağızlarını kəndirlə bağlayır. Lakin çox adam tikir, o tikmir. Dedi “əgər bu kisədə sənə vermişəmsə, nə 1000 manat pulu, nə də ki, malı istəmirəm”. Yığdı qardaşı 5 dəfə açmadı. Vatsapda səs atdı ki, “kiminsə malın mənə vazvırat eləmək istəyirsən”. Sonra yığdı ki, söydü ki, “balası belə olsun ki, o sənin semiçkandır”. Sonra Şaiq onu yığdı. Onun maşını vurulmuşdu. Dedi ki, “danışarıq, 18.00- da qayıdacam”, Şaiq dedi ki, “o vaxt mən burada olmayacam”. Üstən 20 gün keçdi. Bakıya gələndə dəmiryolunda maşınım qırıldı. Zakir dayısının maşını, “Lexsus”-la gəldi, uşağı xəstəxanada idi. Dedi ki, “gedək, pulum yoxdu, pulumu istəyim”. Zakir təklif etdi ki, “səni aparım, mən qayıdacam”. Yolda görüb, buna siqnal ver dedim, salamlaşdıq. Deyirlər ki, yaşayış yoxdur. Lakin o səs-küylə qışıqırıqla danışanda, ordan ailə çıxdı. Zakirə dedi ki, gedək. “Mindik maşına, gəldik, marqatladı, saxladı”, Zakir düşdü ki, “lazım deyil”. Bu şəxs başladı Zakirin maşının qapısını təpikləməyə. Qardaşına yığmışdı, həmin an qardaşı Viana maşınla gəldi, bita var idi əlində. Maşının dal farasına vurdu. Aralıdan bir oğlan gəldi ki, söyüşlə. Bu vaxt o bunu söydü, bu da çöndü Şaiqi söydü, əlinə vurdu. Bitayla Zakirin gözünə, qoluna vurdu. Onun isə dodağına Mais kəllə vurdu, tikiş qoyublar. O “Semaşqa”da olarkən, təhqiqatçı zəng etdi, “Zərərçəkmiş şəxs1 sizsiz?” deyə soruşanda, əvvəlcə dandı, sonra dedi ki, “bəli, mənəm”. Dedilər ki, şikayət var, yaxınlaşın, dedi ki, hazırda xəstəxanadadır, bugün gələ bilmərəm. Sabahsı getdim, təhqiqatçı şikayət olduğunu dedi, olduğu kimi hər şeyi dedi. Semaşqadan polisə məlumat verildiyi üçün ekspertə də getdik. Kafenin görüntüləri də var idi, maşını marqat edib, saxlatdırmaqları da görüntü də var idi, lakin, sonra görüntülərə noldu, bilmədim. O maşınına görə 10.000, telefona görə 800 manat ziyana düşdüm. O Xəyal, Knyaz Samux uşaqlarına yığdı, dedilər ki, “pulumuzu bir təhər almışıq”. O əvvəl yığanda pul üçün dedilər ki, mal satılanda verərik, dedi “yəni istəmirlərsə, başqa istəyən var”. O baxanda gördü ki, ağzı tikili kisədə verməmiş. O dedi ki, kameranı açın, onundursa, 1000 manat və semiçqa da sizin ki, olsun. Verilmiş suallara Zərərçəkmiş şəxs1 cavab olaraq bildirmişdir ki, “dekabrda semeçka verdik, dedilər ki, 300-500 belə-belə verərik, dedim ki, yaxşı”. 3500 manatlıq “semeçka” vermişdi. 700 manatın dərhal verdilər, qaldı 2800 manatı, onu da 500 manat bir dəfə, 500 manat bir dəfə, 300 manatda bir dəfə verdilər. Qaldı 1000 manat. Çiy idi. Kamerada var, kisələrdə vermiş, açıb, baxıblar. İşçilər daşıyıblar, özü zəng vurdu ki, 1-2 kisə də zibil var. Dedi ki, “əlavə endirim edərəm”. Anbarda saxlama şəraitini görmədi. Boşaltdıqları yerdə qıcqıra bilməzdi. Qıcqırma söhbəti sonradan olub. Vatsapda demişdir ki, incimirsənsə, malı istəyən var. O mala baxdı və dedi ki, o deyil. Pul üçün görüşmüşdü. Mayıs başladı ki, “balası belə-belə olsun”. Mayıs gəl görüşək demədi. Şaiq yığdı ki, “sən bizə maşennik demisən”, dedi ki, belə eləmisizsə, elə osuz. Qardaşı deyirdi ki, Mayısla söhbət elə, onunla alver eləməmisən ki. Düşdü dedi ki, maşınım qırılıb, pul ver, o da başladı, hay-küyə. İlk mülayim salamlaşdılar. Sonra ona dedi ki, “üzr istə pulunu verim”. Qardaşına yanımda yığdı, o dedi ki, “tapmıram səni”, bu da dedi ki, “karkazın yanındayam”. “Mənə Zakir dedi ki, düşmə yerə, qapını bağladı”. Mais başladı, qapını təpikləməyə. Güzgünü sındırdı. Bu zaman Şaiq gəldi. Sonra dayanacaqdan bir nəfər gəldi. Bizi bir neçə nəfər araladı. Verilmiş suallara əsasən Zərərçəkmiş şəxs1 cavab verərək bildirmişdir, ki, dodağından xəsarət almış, üst dodağına tikiş qoyulub. Qolunda, çiynində, dirsəkdə bita izi var idi. Xəsarətə Suraxanıda ekspertiza baxdı. Birinci dodağına, ya qoluna vurulması yadında deyil. Mübahisə vaxtı, vaxta baxmadım. 7-8 nəfər var idi, araladılar, onu qan apardı. Şaiq ona yaxınlaşmadı. Ona Mais yaxınlaşdı. Axır axırda Şaiq kürəyinə vurub. Əvvəlcə Zakiri vurub. Mais məni vuranda, Şaiq bitayla məni də vurdu. Əlində bitayla düşdü gəldi. O biri qardaşı qapının qabağında idi. Kəllə atanda Zakir tutdu, o heç nə eləmirdi. Şaiq gələndə avtomobildən düşdü. Mən qorxsam, gedib, pulumu istəməzdim. Dodağına Mais vurub. Mayıs qapını təpiklədi, qardaşı gəldi. O vaxt o qapını açıb, düşdü. Dedi üzr istə pul verək. Qardaşı bitayla düşdü. Mais kəllə vurdu. Zərbə dəydi, qan apardı, camaat araladı. Maşınla məsafələri 1 metr olardı. Camaat Maisin səsinə gəlib. Tanımadıqları adamın qoluna vurublar. Xəstəxanada xəsarətləri, hara necə vurulduğunu qeyd etmişdir. O heç vaxt şikayət etməmiş, indi şikayətçidir. Yalan danışır, Şaiq heç vaxt polisi çağırmayıb. Bunlar elə bildi ki, ilk polisə gedəcəkdik, lakin ilk sağlamlığımdır. küt alətlə xəsarət vurulub. Ekspert rəyi də var, xəsarətlər amma yadımdan çıxıb. Qolu göyərib, kürəyinə vurub. Bilmir neçə xəsarət vurub. İlk qoluna vurub, sağ ya sol qol olması yadında deyil. Sonra kürəyinə vurdu. Şaiq bitayla ilk Zakirə vurdu. Qolu və gözünün altında xəsarət var, onu Şaiq elədi. Verilmiş suallara Zərərçəkmiş şəxs1 cavab verərək bildirmişdir ki,1-ci zərbə olub, sonra onu vurublar. O xəstəxanada Zakirin gözünün göyünü gördüm. Özü bitayla Zakirin vurulmasını görmüşdür. Zakir onunla Maisin arasına girmişdi. - Zakirin qoluna və gözünə xəsarət yetirmişdilər. Bita 1 metr idi. Bitanı almağa cəhd eləmədi. Əlini qabağa verdi ki, başına vurmasın. Bilmirəm, hansı qoluna vurublar. Taxta bita idi, küt idi. 3-6 nəfər olardı ki, aralayırdı. Aralayanda bir nəfərin qoluna vurdular. Mən onu görməmişəm ki, aralayanlara xəsarət dəysin. O özünün, Zakirin və qabağa duran şəxsin vurulmasını gördü. Tanımadığı şəxs Şaiqə yaxınlaşdı, “lazım deyil” dedi. Şaiq onun var-yoxun söydü, sonra da onu vurdu. Mais təpiklə avtomobilə vururdu, maşını xodlayanda Şaiq şüşəyə vurdu. Avtomobilin önünü Mais kəsdi. Zakir maşını bağladı ki, düşmə. Maisə qardaşı yığanda dedi ki, “arkonun” yanındayam. Sürücü düşmüşdü, necə sürüb gedə bilərdim. Pul Ramanada sexdə verilib. Bakıya alver məqsədilə gəlmişdi, dostuNa dedi, qoyub onu getsin. Ramanadakı sexə Zakir onu düşürdəcəkdi. Onun uşağı həkimdə idi, ora gedəcəkdi. Mən pulumu almağa gedirdim. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, siqnal verdim, əl elədim, saxlayanda yerə düşüb, salamlaşdıq, dedim ki, pula görə gəlmişəm. Dedi ki, “ağzını cıraram”. Dedi ki, “kameraya baxın, mən o kisədə semiçka verməmişəm”. Mənə dedi ki, “sənin malındır, söyüşlə danışdı”. Mən oruc idim, söymədim. Birinci səfər mənə dartındı, çıxıb getdim, sürüb qabağında saxladı. Səsin atıb başına, Zakirə dedim sür gedək. Ona dedi ki, üzr istə, pulunu verim. Birinci səfər o maşında tək idi. Yəqin ki, qardaşın köməyə çağırıb. Dodağına Mais vurub. Şaiq gələndən sonra Mais coşdu. Mais kəllə atanda, Şaiq yanımızda idi. Oğlan gəldi aralaya, Şaiq oğlanı vurdu, Mais mənə kəllə atdı. Aralarında Zakir var idi, kəllə atanda yerə yıxılmadım. Maislə qarşı-qarşıya idik. Hadisə yerində telefonu itdi. Onun iki telefonu var idi. 1-in sırf vatsapa istifadə edirdi, digəri Rusiya nömrəsidir. Telefonunu itirməklə bağlı müraciət eləmişdir. O nömrə Rusiya nömrəsidir, yalnız vatsapı işləyir. Mais əliylə aynaya vurdu, cırmaqlayırdı. Şüşəyə çırpır, bərkdən əli ilə vurur, yumruqla yox. Zərərçəkmiş şəxs2 ilkin araşdırma zamanı izahatında, sonradan isə iş üzrə verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır, belə ki, onunla hərbi xidmətdə olmuşdur. Şamxal 04 aprel 2023- cü il tarixdə zəng edərək avtomobilinin xarab olduğunu bildirib məndən Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsinə gedibgəlməyimizi xahiş etmişdir. O, təxminən 30 dəqiqə sonra idarə etdiyi “X27” markalı, ** UC *** dövlət qeytdiyyat nişanlı avtomobili ilə Şamxalı «Dərnəgül» adlanan ərazidən götürdükdən sonra Suraxanı rayonu istiqamətində hərəkət etmişdir. Yolda Şamxal söhbət əsnasında Mais adlı şəxsin ona 1000 manat pul borclu olduğunu və borcu ala bilmədiyini, bu səbəbdən də hazırda onun görüşə getdiyini bildirmişdir. Onlar Suraxanı rayonu, Ramana qəsəbəsinə Maisin sexi olan əraziyə çatarkən Maisin qarşıdan öz gümüşü rəngli «Hyundai Sonata» markalı avtomobili ilə gəldiyini görmüş, ona siqnal vasitəsi ilə işarə edib saxlatdırmışlar. O, bir neçə metr uzaqlaşdıqdan sonra avtomobili saxlamışdır. Bu zaman Şamxal ona «sən qarşıdan dön geri qayıt, mən bununla söhbət edim gəlirəm, gedərik» sözlərini deyərək avtomobildən düşüb Maisin yanına getmişdir. O həmin vaxt Maisi ilk dəfə görmüş və onunla əvvəllər tanışlığı olmamışdır. Az bir vaxt sonra Zərərçəkmiş şəxs2 da avtomobili tərk etmiş və onlara yaxınlaşmışdır. Əvvəlcə Maislə görüşmüş, söhbət zamanı Mais aqressiv danışaraq Şamxalın anasının ünvanına nalayiq söyüşlər söyməyə başlamış, bu zaman Şamxal ona əhəmiyyət vermədən ondan borcunu tələb etmişdir. Lakin Şamxala borcunu qaytarmaq niyyətində olmadığı üçün Şamxalla kobud şəkildə mübahisə etmişdir. Onların mübahisəsi qızışdığı üçün Zərərçəkmiş şəxs2 Maisi qucaqlayıb onu avtomobilinə tərəf aparmış və onu sükanı arxasında əyləşdirmişdir. O, avtomobilə oturar-oturmaz mobil telefona əl atıb kiməsə zəng etmişdir. Zərərçəkmiş şəxs2 öz avtomobilinə tərəf qayıtmış və Şamxalla birlikdə oranı tərk etmişdir. Avtomobili yeni hərəkətə gətirib oradan uzaqlaşmışdır ki, arxadan Maisin öz avtomobili ilə gəldiyini görmüş, o, Zərərçəkmiş şəxs2 avtomobilinin qarşısını kəsərək onu avtomobilini saxlamağa məcbur etmişdir. O, avtomobildən düşüb Şamxala avtomobili tərk etməməsini, mənim onunla söhbət edib məsələni yoluna qoyacağını bildirmişdir. O, Maisi avtomobilinə əyləşdirmək istədikdə Mais, Şamxalın ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Bu zaman Şamxal avtomobildən düşərək Maisə yaxınlaşmış və onlar bir-birilərini dartışdırmağa başlamışdırlar. Daha sonra ətrafda olan tanımadığı iki nəfər onlara yaxınlaşmış, Maisin qolundan tutaraq sakitləşdirib avtomobilinə tərəf aparmağa cəhd göstərmişdir. Onlar həmin vaxt yaranmış fürsətdən istifadə edib avtomobilimə əyləşib oranı tərk etmək istədikdə Mais onu sakitləşdirən həmin şəxsə müqavimət göstərib onların əllərindən çıxıb Zərərçəkmiş şəxs2 avtomobilinə tərəf gəlmişdir. Mais avtomobilimin qabaq sağ qapısını açmağa cəhd etmiş, Şamxal isə əli ilə qapının açılmasına mane olurmuşdur. Mais qapını aça bilməsi üçün təpiyi ilə maşının sağ qapısına bir neçə dəfə təpiklə vurmuşdur. O, avtomobilinə ziyan dəyməsin deyə, məcbur qalıb avtomobili tərk edib ona tərəf getmişdir. Onu sakitləşdirməyə çalışdığı vaxt sonradan Maisin qardaşı olduğunu bildiyim Şaiq adlı şəxs idarə etdiyi “Mercedes Viano” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobildən düşərək götürdüyü «bita», yəni taxta parçası ilə onun üzərinə hücum etmiş, həmin taxta parçası ilə sağ qolundan və kürəyindən olmaqla Zərərçəkmiş şəxs2 2 dəfə vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs2 xəsarət almış, Mais qardaşının onun üzərinə hücum etdiyini görüb ürəklənərək yumruq zərbələri ilə onu vurmağa başlamışdır. Maisin zərbələrindən qorunmağa çalışarkən Şaiq əlindəki taxta parçası ilə onu təkrar vurmuş, taxta parçası həmin vaxt onun sifətinə və sol gözünün alt hissəsinə dəymiş və o həmin nahiyələrdən xəsarətlər almışdır. Bu vaxt ətrafdakı şəxslərdən biri Maisi və Şaiqi ayırmağa çalışarkən Şaiq əlindəki taxa parçası ilə həmin şəxsin sağ biləyindən vuraraq ona xəsarət yetirmişdir. Həmin şəxs qolunu tutaraq yerə oturmuş, Şaiq bu dəfə əlindəki taxta parçası ilə Şamxala hücum edib onu 3-4 dəfə vurmağa başlamışdır. Bu zaman Şamxal sağ qolundan və sifətindən xəsarət almışdır. Ətrafdakı şəxslərin müdaxiləsindən sonra onlar oranı tərk edə bilmişdir. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Yolun hərəkət hissəsi ilə hərəkət edən nəqliyyat vasitələri dayanmış və onların döyülməyinə tamaşa etmişdirlər. Hadisə nəticəsində Şamxal ilə Zərərçəkmiş şəxs2 təxminən 9000 manat maddi ziyan dəymişdir. Həmin ziyanın ona aid olan hissəsi təxminən 2000 manat təşkil etmişdir. Həmçinin hadisə zamanı Şamxalın "Samsung” markalı mobil telefonu itmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Şamxal əsgər yoldaşıdır. Uşağı ilə “Baku Medical” xəstəxanasında idi. Şamxal dedi ki, “məni bir yerə düşür”. Ramana ərazisinə getdik. Yolda Mais qarşısına çıxdı. Maşını dönüb qayıtdı ki, bunlar mübahisə edir. Şamxalı onun maşına qoyduq, gedirdik. Yolun kənarında 1 km sonra qarşısına sürdü. Düşüb qucaqladı ki, qardaş lazım deyil. 5 dəqiqə sonra “Vita” ilə qardaşı gəldi. Düşən kimi cumdu, bu vaxt Şamxal maşından düşdü. Şamxalın dodağın partladıblar. Maşını əzdilər. Camaat gəldi. Sonra “Semaşka” xəstəxanasına getdilər. Verilən suallara Zərərçəkmiş şəxs2 cavab olaraq bildirmişdir ki, Şamxal onun əsgər yoldaşıdır. Maşın xarab olmuşdu. Dedi ki, “üstümdə pul yoxdur, məni düşür ora”. Yeri demədi ki, ora haradır. 25 dəqiqəyə çatdılar. Çatanda dedi ki, “mənim alacağım var”. Ramanıya, Şamxalgilin ərazisinə çatanda dedi ki, alacağım var. Şamxalgilin ərazisinə yaxınlaşanda dedi ki, “məni burda düşür qayıt, alacağım var. Maşının ehtiyat hissələrin alacağam, taksi ilə qayıdacağam”. Türməni keçən kimi 10 metr fırlandı. Şaiqi gördülər, Şamxal dedi ki, siqnal ver. Burda saxla, sən fırlan dedi. O dönüb qayıtdı ki, söyüş söyülür. O (Zakir) bir dəqiqəyə qayıtdım, Şamxala nalayiq ifadələr deyirdi. Şamxala dedi ki, gəl otur maşına. Onlar qayıdırdılar. Maşına oturub, çıxanda Mais arxasınca düşdü. Maşını təpikləyirdi. 300 metr gəldi, maşını verdi qarşısına. Zakir düşdü, Şamxalın üzərinə yüyürdü, o (Zakir) qaçdı, qucaqladı. Dedi ki, “ayıbdır, camaat keçir, dayanacaq var”. Qardaşı 5-6 dəqiqəyə gəldi, gələn kimi elə bildi ki, Maislə dalaşırıq. Ağacı maşından çıxarıb vurdu. Şamxal sonra aşağı düşdü. Qoluna və gözünün altına dəyib. Maşına da vurublar. Şaiq sağ güzgüyə vurdu. Onlar semaşkaya getdilər, çünki Şamxalın dodağı partlamışdı. Dodağı içəridən cızırılmışdı, Şamxal dedi ki, tanış var, ora gedək. Avtomobilin zərərin Şamxal qarşılayıb, düzəldib. Şikayətçidir, barışığı yoxdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, bir yerə gedəcəyik deyəndə, bilmirdi, hara olduğunu. Maisdə alacağı var idi. Balaca “Hundai” metal rəng maşın idi. Şamxal düşəndə dedi otur, maşına. Düşəndə ilk söyüş eşitdi. Hər ikisi söyürdü. Qardaşların heç birini tanımırdı.Şamxalı araladı ki, get otur maşına, Mais əl çəkmirdi, oturmurdu, maşına. İlk hadisədə bizdən başqa kimsə yox idi. Fikri o idi ki, Şamxalı Dərnəgüldə düşürək. Onlar 20 metr tərpəndik, maşınla Mais düşdü arxalarınca. Hadisə yerindən 10 metr aralaşmamışdılar. Həmin vaxta kimi bilmirdi, çatana yaxın bildi ki, pul məsələsidir. Bu məsələdən o aydınlaşır ki, Mais pulu batırmaq istəyir. Maşının qarşısına verdi deyə saxladı. 200-300 metr sonra arxanca düşdülər. Orada dayancaqda, mağazada var idi. 8-9 nəfər var idi, hətta bir nəfər də maşını saxladı. 5 dəqiqə sonra qardaşı gəlib, gələn kimi Şaiq ağacla onu vurub. Hadisə 10-15 dəqiqə çəkdi. Şamxalın dodağı partlamışdı, dedilər ki, o xəstəxana yaxşıdır. Yaxşı həkimdir, deyə oraya aparmışıq. Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, vəzifəsi acil həkimidir. Müraciət edən pasientləri müalicə edib tibbi yardım göstərir. Ağır hal olarsa, mütəxəssis çağırıb ötürür. Xəstəni qəbul edəndə kitabçada qeydiyyat aparırlar, şikayətləri və müalicə sonrası diaqnozu qeyd edirlər və hansı mütəxəssisi dəvət etdikləri hansı diaqnoz qoyulduğu, hansı Polis Bölməsinə məlumat verildiyi qeyd edilmişdir. X21 adlı həkim qəbul edib. O da ABŞ-da yaşayır. O xəstəyə o, baxmamışdır. Kitabı görə bilməmişdir. Həmin kitab arxivə verilir, komputerdə yazılmışdır ki, Tural doktor qəbul edib, dodağın kəsilmiş yarası diaqnozu qoyulmuşdur. Xəstəxananın kompyuter yaddaşında bu məlumat yazılmışdır. Yazı onun xəttidir. Amma Tural doktorla birgə işləyirdilər. Növbəyə iki həkim olaraq çıxırdılar. Xəstəni Tural doktor qəbul edib. Xəstənin diaqnozu barədə məlumat verilir və xahiş edilir ki, qeydiyyat et və polisə məlumat ver. Yazılan məlumatı o, yazmışdır. Məlumat verilən PB-də yazmışdır. Xəstəni bəlkə də görmüş, görsə bəlkə xatırlayar. Başqa həkimin adına olan xəstəyə onlar baxmırlar, əgər xahiş eləsə, baxırlar, o zaman xəsdə onların adlarına keçir. Quliyev Tural yardım edib, ona deyib ki, məlumatı yaz, o da yazmışdır. Məlumatlarda bir-birlərinə kömək edirlər. O, işə ora qəbul olanda elə idi ki, qeydiyyatı onlar edib və polisədə məlumat verməlidirlər. Amma, fiziki olaraq çatdırmamışlar. Xəstə çox olur, bir həkim hamısına baxmağı çatdırmır. Rəhbərliyə bildirilir ki, xəstəyə baxmaqla yazı eyni anda çatdırmaq olmur və onlara ayrıca əməkdaş ayrıldı. Qanunda necədir, bilmir. Saatı yazmamış, çünki Tural həkim həmin məlumatı doldurmalı idi. Çünki növbədən sonra boş xanalar doldurulurdu. Yəqin ki, həmin gün növbəyə tez gəlmişdir. 2024-cü il martda yeni işinə başlamışdır. Xaricə gedib, qayıtmış, başqa yerdə işə davam etmişdir. Onun növbəsi həmin günü 09:00-dan başlayırdı. Aralarında tabeçilik münasibəti olmamışdır. Saatı komputerdən gəlmədən öncə yazmışdır. Gəlməmişdən araşdırmışdır ki, bu xəstəni o qəbul etmişdir və diaqnozu nə olub?. Səhər 09:00-a kimi rəsmi olurlar. Axşam 21:00-dan səhər 09:00-a kimi, yaxud əksinə növbələri olur. Polisə məlumat vermişdir. 31-ci PB-yə Əliyev adlı şəxsə məlumat verilib, ya onun, ya xəstəxananın telefonundan məlumat verilmişdir. Ondan xahiş olunub ki, o, polisə məlumat vermişdir. Ona deyilənləri yazmış, ona görə polisə o vaxt məlumat verilmişdir. Ola bilər ki, ya xəstənin adı iki yerdə yazılıb, ya da ki, həkim gecə yığmış ola bilər ki, həmin xəstə qeyd etmək yadından çıxmışdır. Deməli, 19:25-də xəstə gəlib, ondan xahiş edib, yazmışdır. Evdən yığıb və o polisə zəng etmişdir. O da saat 23:40-da xəstəyə baxmışdır. Üst dodağın yarası, sarğı qoyulub, yazılmışdır. E-Təbibə düşmüyübsə, o, kompyuterdə görə bilməz idi. O, təkrar müraciətdə heç bir məlumat tapa bilməmişdir. Əvvəl problem oldu, 6 aylıq xəstə məlumatları silinmişdi. Yəqin ki, şöbə müdirləri proqramist vasitəsi ilə məlumatı geri qaytarmışdır. Onlar həm kompyuterə, həm jurnala məlumatı yazırdılar. Ayın 4-ü həmin xəstəni qəbul etmiş və 23.00-dan öz növbəsini yazmışdır. 51,52,53 nömrələr mənə məxsus deyil. Altda olan şəxslə üstəki şəxsin diaqnozunun eyni olmasının səbəbini bilmir. Ayın 4-ü işdə olmuşdur. Bugünki tarixlə kompyuterə dəyişiklik etmək mümkün deyildir. İlk o, deyəndə dedilər ki, jurnal onlarda deyil, kompyuterdə də məlumat yoxdur. Sonra direktorları dedi ki, belə bir xəstə olub, Tural müəllim baxıb. Ünvanı mən yazmışam harada baş verib. Eyni xəsarətlə eyni diaqnozlu xəstə olur. Ardıcıl gəlib, boşluq olub və oraya qeyd etmişdir. Ola bilər ki, o, zəng vurub ki, 19.20-dən sonra ora yaz, 19.35-dən öncə tarixə görə yazmış ola bilər. Axşam növbəsində o, olmuşdur. Yəqin ki, Tural həkim növbədən sonra qalaraq kompyuterə şəxsin məlumatlarını yazmışdır. Travmatoloq həmin gün 1 nəfər Təhmiraz doktor olmuşdur. Ola bilər ki, növbədən çıxıb gedib və imza çəkməmişdir. Çox güman ki, o, öz növbəsində olanda Tural həkim deyib ki, bu aralığa yaz. Polisə o, zəng vurmuşdur. Yazılmışdır ki, Suraxanı, Ramana, 16 saylı Cəzaçəkmə müəssisəsinin ərazisində baş verib. 00.39-da öz növbəsidir. Deməli ki, onun növbəsində zəng etmişdir. Polisə məlumatı elektron qeyd etmirlər. Şahid1 ifadəsində bildirmişdir ki, həmin xəstəxanada may ayında işləyir, hal-hazırda təcili tibbi yardış şöəbsinin kitabına nəzarət edir, lakin o vaxt işləmirdi. İndi əsas qeydiyyat elektrondur, amma kitbada da aparılır. E-təbibin ümumi proqramı var, ayrıc exsel olmur. Eyni zonda işləyirsə, həkim və ya onun təyin etdiyi şəxs polis məlumat verə bilər. Əgər bölməni bilirlərsə, bölməyə məlumat verirlər. proqram 2024-cü ildə yenilənmə verdilər, o xəstə o proqramdan çıxıb, proqramda, oldu, proqrama dəyişikliklər sorad müdaxilə edəndə, dəyişikliklər görsənir. Hər həkimin loqini və parolu var. Exseldə işləmirlər, elektron sistemdir. Əgər xəstə naməlumdursa, sonradan şəxsi məlumatlar bilinəndən sonra, ikinci qeyd aparılır. Əlavə şahid X11 ifadəsini verərək, bildirmişdir ki, uşağı xəstəxanadan gətirirdi, uşağı xəstəanadan gətirirdi, 16 saylı cəzaçəkmə müəssisəsinn qarşısında 2 maşın gördü ki, “sporlaşırdılar”. Biri qoymurdu, digəri ikisi isə sporlaşırdı. Sonra oturdular, çıxıb, getdilər. Onlarda biri sporlaşmağa qoymurdu. Biri indi boz kurtka geyən Mais və digər burada olmayan şəxs sor edirdi. Biri ayıran idi, burada yoxdur.7-10 dəqiqə çəkdi. Bir o birini maşına qoydu, dalqabaq getdilər.Vurmaq örmədi. Əlində küt alət yox idi. Maşında xəsarət olmayıb. Biri qara yekə maşın, digəri isə ağ balaca maşın idi. Qara maşını kmi sürürdü bilmir. O özü orada yaşayır. Saxladı, baxdı, isdə düşsün, aralaşıb getdilər. Sözlə mübahisə idi. Cinayət işin materiallarına əlavə edilmiş ibtidai istintaqı zamanı toplanmış sübutlar: Cinayət işinin başlanmasına dair qərara əsasən cinayət işi Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Ramil Əliyev tərəfindən 21 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 barələrində şəxslərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə başlanılmışdır. Həmin qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs1 bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, xuliqanlıq etmələri ilə bağlı Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsində toplanmış material olmuşdur. 21 iyun 2023-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ramil Əliyev tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 21 iyun 2023-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ramil Əliyev tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri, Suruxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X7 tərəfindən tərtib edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında qərarına əsasən Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 04 aprel 2023-cü il tarixdə saat təxminən 16 radələrində Bakı şəhəri Suraxanı rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsində borclu olduqları Zərərçəkmiş şəxs1 ilə qarşılaşıb sonuncu ilə mübahisə etməklə borcu qaytarmayacaqlarını bildirib Zərərçəkmiş şəxs1 olduğu və tanışı Zərərçəkmiş şəxs2 idarə etdiyi nəqliyyat vasitəsini təqib etməklə qarşısını kəsərək heç bir halda əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2la mübahisə etməyə başlayıb küçədə digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneə yaratmış, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq onların ünvanına ucadan qeyri-etik, nalayiq ifadələr səsləndirib ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalan, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etmiş və öz hüquqazidd hərəkətlərini davam etdirərək o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üstünə hücum çəkib qəsdən yumruqla baş nahiyəsinə zərbələr vurub Zərərçəkmiş şəxs1 üst dodağın iç səthinin ağızın selikli qişasının əzilmiş yarası və hər iki dodağın selikli qişasının hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs2 isə sol göz altı nahiyənin qançırları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə zərərçəkmiş şəxslərin üzərində zor tətbiq olunması, habelə Zərərçəkmiş şəxs2 “X27” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 2000 manat miqdarında maddi ziyan vurulması ilə müşayiət edilən qərəzli xüliqanlıq etmişdir. Göstərilən hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduğundan və şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas, cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən kifayət qədər sübutların məcmusu olduğuna görə cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. Suraxanı rayon prokurorunun qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina olunması barədə 23 iyun 2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru, Ramil Əliyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında 23 iyun 2023-cü il tarixli vəsatətin müdafiə olunmasından imtina edilmişdir. Törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs1 Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ramil Əliyev tərəfindən 23 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində əvvəli 21 iyun 2023-cü il tarixdən hesablanmaqla 03 ay, yəni 21 sentyabr 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. 23 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində baş müstəntiq Ramil Əliyev tərəfindən “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. 27 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 12 dekabr 2023-cü il tarixdə axtarışda olan şəxsin könüllü gəlməsi haqqında protokola əsasən Təqsirləndirilən şəxs1 istintaq orqanına könüllü gəlmişdir. 12 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. 20 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 “ev dustaqlığı” qətimkan tədbirinin şərtlərini pozduğuna və istintaqa gəlməkdən boyun qaçırdığına görə barəsində baş müstəntiq Ramil Əliyev tərəfindən “axtarış və tutma” haqqında qərar qəbul edilmiş və cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 27 oktyabr 2023-cü il tarixdə cinayət işi üzrə icraat zəruri istintaq hərəkətlərinin keçirilməsi üçün baş müstəntiq Ramil Əliyev tərəfindən təzələnmişdir. 27 oktyabr 2023-cü il tarixdə baş müstəntiq Ramil Əliyev tərəfindən cinayət üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs2 ifadəsi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsi arasında olan ziddiyyətin aradan qaldırılması məqsədi ilə üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı təsdiq etməklə 04 aprel 2023-cü il tarixdə saat 16 radələrində Mais, Şamxalın ünvanına nalayiq söyüşlər söyməyə başlamasını, bu zaman Şamxalın avtomobildən düşərək Maisə yaxınlaşmış və onlar bir-birilərini dartışdırmağa başlamasını, daha sonra ətrafda olan tanımadığı iki nəfər onlara yaxınlaşmasını, Maisin qolundan tutaraq sakitləşdirib avtomobilinə tərəf aparmağa cəhd göstərməsini, onların həmin vaxt yaranmış fürsətdən istifadə edib avtomobilinə əyləşib oranı tərk etmək istəməsini, Maisi onu sakitləşdirən həmin şəxsə müqavimət göstərib onların əllərindən çıxıb Zərərçəkmiş şəxs2 avtomobilinə tərəf gəlməsini, Mais avtomobilinin qabaq sağ qapısını açmağa cəhd etməsini, Şamxalın isə əli ilə qapının açılmasına mane olmasını, Maisin qapını aça bilməsi üçün təpiyi ilə avtomobilin sağ qapısına bir neçə dəfə təpiklə vurmasını, onun avtomobilinə ziyan dəyməsin deyə, məcbur qalıb avtomobili tərk edib ona tərəf getməsini, onu sakitləşdirməyə çalışdığı vaxt sonradan Maisin qardaşı olduğunu bildiyi Şaiq adlı şəxsin idarə etdiyi “Mercedes Viano” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobildən düşərək götürdüyü «bita», yəni taxta parçası ilə onun üzərinə hücum etəsini, həmin taxta parçası ilə sağ qolundan və kürəyindən olmaqla Zərərçəkmiş şəxs2 2 dəfə vurmasını, nəticədə Zərərçəkmiş şəxs2 xəsarət almasını, Mais qardaşının onun üzərinə hücum etdiyini görüb ürəklənərək yumruq zərbələri ilə onu vurmağa başlamasını. Maisin zərbələrindən qorunmağa çalışarkən Şaiqin əlindəki taxta parçası ilə onu təkrar vurmasını, taxta parçasının həmin vaxt onun sifətinə və sol gözünün alt hissəsinə dəyməsini və onun həmin nahiyələrdən xəsarətlər almasını, bu vaxt ətrafdakı şəxslərdən birinin Maisi və Şaiqi ayırmağa çalışarkən Şaiq əlindəki taxta parçası ilə həmin şəxsin sağ biləyindən vuraraq ona xəsarət yetirməsini, həmin şəxs qolunu tutaraq yerə oturması, Şaiqin bu dəfə əlindəki taxta parçası ilə Şamxala hücum edib onu 3-4 dəfə vurmağa başlaması, bu zaman Şamxalın sağ qolundan və sifətindən xəsarət almasını, orada olan bir çox vətəndaşın hadisənin şahidi olduğunu bir daha göstərmişdir bir daha göstərmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 ifadəsi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsi arasında olan ziddiyyətin aradan qaldırılması məqsədi ilə üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı təsdiq etməklə 04 aprel 2023-cü il tarixdə saat 16 radələrində Mais, Şamxalın ünvanına nalayiq söyüşlər söyməyə başlamasını, bu zaman Şamxalın avtomobildən düşərək Maisə yaxınlaşmış və onlar bir-birilərini dartışdırmağa başlamasını, daha sonra ətrafda olan tanımadığı iki nəfər onlara yaxınlaşmasını, Maisin qolundan tutaraq sakitləşdirib avtomobilinə tərəf aparmağa cəhd göstərməsini, onların həmin vaxt yaranmış fürsətdən istifadə edib avtomobilinə əyləşib oranı tərk etmək istəməsini, Maisi onu sakitləşdirən həmin şəxsə müqavimət göstərib onların əllərindən çıxıb Zərərçəkmiş şəxs2 avtomobilinə tərəf gəlməsini, Mais avtomobilinin qabaq sağ qapısını açmağa cəhd etməsini, Şamxalın isə əli ilə qapının açılmasına mane olmasını, Maisin qapını aça bilməsi üçün təpiyi ilə avtomobilin sağ qapısına bir neçə dəfə təpiklə vurmasını, onun avtomobilinə ziyan dəyməsin deyə, məcbur qalıb avtomobili tərk edib ona tərəf getməsini, onu sakitləşdirməyə çalışdığı vaxt sonradan Maisin qardaşı olduğunu bildiyi Şaiq adlı şəxsin idarə etdiyi “Mercedes Viano” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobildən düşərək götürdüyü «bita», yəni taxta parçası ilə onun üzərinə hücum etəsini, həmin taxta parçası ilə sağ qolundan və kürəyindən olmaqla Zərərçəkmiş şəxs2 2 dəfə vurmasını, nəticədə Zərərçəkmiş şəxs2 xəsarət almasını, Mais qardaşının onun üzərinə hücum etdiyini görüb ürəklənərək yumruq zərbələri ilə onu vurmağa başlamasını. Maisin zərbələrindən qorunmağa çalışarkən Şaiqin əlindəki taxta parçası ilə onu təkrar vurmasını, taxta parçasının həmin vaxt onun sifətinə və sol gözünün alt hissəsinə dəyməsini və onun həmin nahiyələrdən xəsarətlər almasını, bu vaxt ətrafdakı şəxslərdən birinin Maisi və Şaiqi ayırmağa çalışarkən Şaiq əlindəki taxta parçası ilə həmin şəxsin sağ biləyindən vuraraq ona xəsarət yetirməsini, həmin şəxs qolunu tutaraq yerə oturması, Şaiqin bu dəfə əlindəki taxta parçası ilə Şamxala hücum edib onu 3-4 dəfə vurmağa başlaması, bu zaman Şamxalın sağ qolundan və sifətindən xəsarət almasını, orada olan bir çox vətəndaşın hadisənin şahidi olduğunu bir daha göstərmişdir bir daha göstərmişdir. Cinayət işinə əlavə edilmiş «hadisə yerinə baxış keçirilməsi haqqında» 04 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsidir. Hadisə yerinin yaxınlığında müxtəlif obyektlər, yaşayış evləri və yolüstü piyada keçidi vardır. Belə olduqda hadisə yerinin vətəndaşların gediş gəlişi olan ictimai yer olduğu müəyyən olunmuşdur. İş üzrə Təqsirləndirilən şəxs2 ifadəsi ilə Zərərçəkmiş şəxs1 ifadəsi arasında olan ziddiyyətin aradan qaldırılması məqsədilə üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı təsdiq etməklə 04 aprel 2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs1 ona avtomobili saxlaması üçün əl işarəsi etməsini və onun avtomobili sağa çəkərək saxlamasını, Maisin avtomobildən düşməsini və salamlaşdıqdan sonra söhbət etməyə başlamasını, söhbət edən zaman ona pulunu hansı səbəbə qaytarmamasını soruşduqda, onun çox kobud şəkildə danışmağa başlamasını, nalayiq söyüşlərlə söyüb təhqir etməsini, daha sonra üstünə gələrək yaxasından tutmasını, onunla dartışan zaman dostu Zakirin onlarını ayırmasını, daha sonra mübahisələri daha da böyüməsin deyə avtomobilinə əyləşib getmək istəməsini, bu zaman Maisin arxadan öz avtomobili ilə gəlməsini, onların avtomobili saxlamaq istəməməsini və Maisin o öz avtomobili ilə onların avtomobilinin qarşısını kəsməsini, ondan yol kənarında saxlamasını istəməsini, daha sonra yenidən avtomobildən düşüb onunla söhbət etməyə başlamasını, yenədə mübahisə edərək onun ünvanına söyüşlər söyməyə başlamasını, Zərərçəkmiş şəxs1 isə ona məhəl qoymayıb avtomobilə əyləşməsini, onun yenədə avtomobilə yaxınlaşaraq avtomobilin şüşəsinə və qapısına əli ilə vuraraq düşməsini istəməsini, daha sonra qapını açmasını və onun aşağı düşməsini tələb etməsini, bu zaman onun qardaşı Şaiq adlı şəxsin özünə məxsus “Mersedec Viano” markalı avtomobili ilə ona yaxınlaşmasını, daha sonra heç bir aydınlıq gətirmədən əlində olan bita ilə dostu Zakirə və onun “X27” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurmağa başlamasını, bu zaman Maisin də Zakirin üzıriə hücum edərək onu yumruq zərbələri ilə vurmağa başlamasını, Zərərçəkmiş şəxs1 dərhal onlara yaxınlaşmasını, Maisi saxlamaq istəməsini, lakin onun yumruq zərbələri ilə vurmağa başlamasını, daha sonra qardaşı Şaiq üzərinə hücum edərək əlindəki bita ilə qolundan və ağzından vuraraq döyməyə başlamasını. Bu zaman ətrafda olan şəxslərin onları ayırmağa çalışmasını, Şaiq adlı şəxsin onları ayırmağa çalışan tanımadığı şəxsin ünvanına nalyaiq söyüşlər söyüb bita ilə onun biləyindən vuraraq xəsarət yetirməsini, orada olan bir çox vətəndaşın hadisənin şahidi olduğunu bir daha göstərmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 ifadəsi ilə Zərərçəkmiş şəxs1 ifadəsi arasında olan ziddiyyətin aradan qaldırılması məqsədilə üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatlan Təqsirləndirilən şəxs1 üzünə qarşı təsdiq etməklə 04 aprel 2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs1 ona avtomobili saxlaması üçün əl işarəsi etməsini və onun avtomobili sağa çəkərək saxlamasını, Maisin avtomobildən düşməsini və salamlaşdıqdan sonra söhbət etməyə başlamasını, söhbət edən zaman ona pulunu hansı səbəbə qaytarmamasını soruşduqda, onun çox kobud şəkildə danışmağa başlamasını, nalayiq söyüşlərlə söyüb təhqir etməsini, daha sonra üstünə gələrək yaxasından tutmasını, onunla dartışan zaman dostu Zakirin onlarını ayırmasını, daha sonra mübahisələri daha da böyüməsin deyə avtomobilinə əyləşib getmək istəməsini, bu zaman Maisin arxadan öz avtomobili ilə gəlməsini, onların avtomobili saxlamaq istəməməsini və Maisin o öz avtomobili ilə onların avtomobilinin qarşısını kəsməsini, ondan yol kənarında saxlamasını istəməsini, daha sonra yenidən avtomobildən düşüb onunla söhbət etməyə başlamasını, yenədə mübahisə edərək onun ünvanına söyüşlər söyməyə başlamasını, Zərərçəkmiş şəxs1 isə ona məhəl qoymayıb avtomobilə əyləşməsini, onun yenədə avtomobilə yaxınlaşaraq avtomobilin şüşəsinə və qapısına əli ilə vuraraq düşməsini istəməsini, daha sonra qapını açmasını və onun aşağı düşməsini tələb etməsini, bu zaman onun qardaşı Şaiq adlı şəxsin özünə məxsus “Mersedec Viano” markalı avtomobili ilə ona yaxınlaşmasını, daha sonra heç bir aydınlıq gətirmədən əlində olan bita ilə dostu Zakirə və onun “X27” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurmağa başlamasını, bu zaman Maisin də Zakirin üzıriə hücum edərək onu yumruq zərbələri ilə vurmağa başlamasını, Zərərçəkmiş şəxs1 dərhal onlara yaxınlaşmasını, Maisi saxlamaq istəməsini, lakin onun yumruq zərbələri ilə vurmağa başlamasını, daha sonra qardaşı Şaiq üzərinə hücum edərək əlindəki bita ilə qolundan və ağzından vuraraq döyməyə başlamasını. Bu zaman ətrafda olan şəxslərin onları ayırmağa çalışmasını, Şaiq adlı şəxsin onları ayırmağa çalışan tanımadığı şəxsin ünvanına nalyaiq söyüşlər söyüb bita ilə onun biləyindən vuraraq xəsarət yetirməsini, orada olan bir çox vətəndaşın hadisənin şahidi olduğunu bir daha göstərmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X25 Suraxanı rayon şöbəsinin canlı şəxsin ekspertizasının 14 aprel 2023-cü il tarixli 253 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 oynaqda hərəkət məhdudluğu və ağrı sindromu ilə müşayiət olunan sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin V barmağının qançırları sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddətləri qərarda göstərilmiş 04 aprel 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə üst dodağın iş səthinin ağızın selikli qişasının əzilmiş yarası və hər iki dodağın selikli qişasının hematoması, oynaqda hərəkət məhdudluğu və ağrı indromu ilə müşayiət olunan sağ mil-bilək oynağı nahiyəsinin bayır səthini əhatə edən yumşaq toxumanın hematoması, ümumilikdə və ayrı-ayrıqılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarınan dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiya və xarakterinə görə qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X25 Suraxanı rayon şöbəsinin canlı şəxsin ekspertizasının 08 aprel 2023-cü il tarixli 254 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol göz altı nahiyənin, sağ saidin, sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin İ barmağının qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddətləri qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X25 Suraxanı rayon şöbəsinin canlı şəxsin ekspertizasının 15 aprel 2023-cü il tarixli 250 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 sağ əli İV barmağının sıyrığı və İİ barmağının qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törədilmişdir, müddət qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin özü tərərfindən yetirilməsi inkar olunur. Təqsirləndirilən şəxs2 adına 11 saylı TTYS-da tərtib olunmuş “Stressə qarşı nevrotik reaksiya” diaqnozu xəsarət kimi məhkəmə-tibbi qiymətləndirilmir, belə ki, tibbi sənəddə qeyd edilən diaqnoz obyektiv əlamətləri (qançır,sıyrıq,yara və s.) ilə xarakterizə edilməmişdir, eləcə də şəxsin müayinəsi zamanı başında xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilibedilməməsi və məhkum edilib-edilməməsinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə edilən sorğu nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Suraxanı rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, lakin məhkumluğu ödənilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilibedilməməsi və məhkum edilib-edilməməsinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə edilən sorğu nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Yaşar oğlu Suraxanı rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, lakin məhkumluğu ödənilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış və cinayət işin materiallarına əlavə edilmiş sübutlar: Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X30 “X28” X30 tərəfindən göndərilmiş 12 fevral 2025-ci il tarixli 18-1-2/2-597/2025 məktubunda qeyd edilmişdir ki, “1(010)-20/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixində saat 19:20-də X23 müracət etmişdir. Xəstənin dediyinə görə 8 km bazarının yanında yıxılıb, ilkin olaraq xəstə səhv məlumat verib. Xəstənin sonradan dediyinə görə Suraxanı rayonu, Ramana qəsəbəsi 16 saylı cəzaçəkmə məntəqəsinin yanında tanıdığı şəxs tərəfindən döyülərək xəsarət almışdır. Xəstənin yaraları birincili işləndi, tikiş, aseptik sarğı olundu. Diaqnoz: Üst dodağın cırılmış yarası. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X30 “X28” X30 tərəfindən göndərilmiş 27 fevral 2025-ci il tarixli 18-1-2/2-828/2025 məktubunda qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 barəsində xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək müddəti əhatə edən TTTYŞ-nin Ambulator çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 klinikaya müraciət edərək bildirmişdir ki, Suraxanı rayonu Ramana qəsəbəsi 16 saylı cəzaçəkmə müəssisəsinin yanında tanıdığı şəxslər tərəfindən döyülüb. M.A.Topçubaşov adına X10 xx.xx.2025-ci il tarixli Kolonoskopiya məktubundan görünür ki, Anal kanalda 1-2 dərəcəli daxili babasil düyünləri var. S-vari bağırsaqda 1 ədəd 5 mm ölçülü və dalaq əyriliyində 7-8 mm ölçülü poliplər var-biopsiyalar alındı. Düz, köndələn, qalxan və kor bağırsaqlar normaldır.Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X30 “X28” X30 tərəfindən göndərilmiş 26 may 2025-ci il tarixli 18-1-2/2- 2320/2025 məktubunda qeyd edilmişdir ki, 1(010)-20/2025 saylı xx.xx.2025-cü il tarixli məktubuna cavab olaraq Zərərçəkmiş şəxs1 barəsində E-təbib portalından çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə TTTY X1 müraciət etmişdir. əsas diaqnoz bölümündə dodağın tən orta yarığı, əsas diaqnozun kodu bölümündə - Q36.1 qeyd olunmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X30 “X28” X30 tərəfindən göndərilmiş 19 iyun 2025-ci il tarixli 18-1-2/2-2686/2025 məktubunda qeyd edilmişdir ki, X18 Zərərçəkmiş şəxs1 ilə bağlı xx.xx.2023-cü il tarixli PHŞ-6-2/2-1477/2023 nömrəli Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Akşin Vəliyevə ünvanladığı məktubda qeyd edilir ki, xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixində saat 19:25-də X23 müraciət etmiş, xəstənin dediyinə görə tanıdığı şəxs onu döyüb. Xəstəyə rentgenoskopiya müayinəsi olundu, tikiş aseptik sarğı qoyuldu, yara birincili işləndi. Bu öz təsdiqini X18 11 saylı xx.xx.2023-cü il tarixli Korrespondensiyanın reyestrində və göndərilən sənədlərin qeydə alınması kitabında tapır. (Məktub Suraxanı Rayon 31-ci Polis Bölməsinə göndərilmişdir, göndərişin üstünə 1961 nömrə göstərilmiş, ştampın üstünə xx.xx.2023-cü il tarix göstərilmişdir. xx.xx.2023-cü il tarixdə Məmmədov X5 RPİ-nin 31-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Akşin Vəliyevə məktub elektron poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə göndərilmiş, göndərişin nömrəsi 2359-dur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X30 tərəfindən göndərilmiş 04 avqust 2025-ci il tarixli 18-1-2-6882/2025 saylı məktubunda qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 barəsində “e-Təbib” elektron sisteminə daxil edilən məlumatlar haqqında xx.xx.2025-ci tarixli 1(010)- 20/2025 nömrəli müraciətə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X30”də aidiyyəti üzrə baxılmışdır. “E-Tabib” elektron sistemində Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixində “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X30də (Tibb müəssisəsi) həkim travmatoloqun qəbulunda olduğu, xx.xx.2022-ci il tarixində isə həmin Tibb müəssisəsinə “İşə qəbuldan əvvəl müayinə” üçün müraciət etdiyi və müvafiq müayinələrdən keçdiyi müəyyən edimişdir. Eyni zamanda qeyd edir ki, Zərərçəkmiş şəxs1 barəsində “e-Tabib” elektron sisteminə daxil edilmiş məlumatlar barədə hər hansı dəyişiklik edilməmişdir. Zərərçəkmiş şəxs1 X15 təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim X8 (AA*******) müraciət etmiş, əsas diaqnoz bölümündə dodağın tən orta yarığı, əsas diaqnozun kodu bölümündə - Q36.1 qeyd olunmuşdur. Suraxanı Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin, Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin və Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**- ** telefon nömrələrinin 04 aprel-07 aprel 2023-cü il, 21 iyun 2023-cü il tarixləri əhatə edən dövr ərzində həmin nömrələrə daxil olan və çıxan zənglər, həmin zəngləri edən abonentlərin şəxsi məlumatları və həmin abonentlərin cədvəli anten əhatə dairəsi, qeyd edilən nömrənin hansı İMEİ kodlu mobil telefon cihazında istifadə edilməsi, həmin İMEİ kodlu mobil telefonun və həmin nömrənin anten əhatə dairəsi barədə məlumatların və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin, Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin və Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**- ** telefon nömrələrinin 04 aprel-07 aprel 2023-cü il, 21 iyun 2023-cü il tarixləri əhatə edən sms mətnləri, , həmin nömrənin və mobil telefonun həmin müddət ərzində aktiv olması barədə, internetdən istifadə edilməsi barədə məlumatların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır. "xxxx" MMC tərəfindən daxil olmuş məktuba və ona əlavə edilmiş məlumatlara əsasən Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsinin məlumatları 04 aprel 2023-cü il tarixdə saat 18:22-də Aptek Semashka/Bakı şəhəri, Nəsimi rayonu, Mirqasım küçəsi 1, 634 saylı aptek/Nasimi/ (40.392xx/xx.83289). Həmçinin, saat 18:29-da Med-univers/Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 165/Nasimi/ (40.3961xx/xx.8327) ünvanında qeyd edilmişdir. Elektron Məhkəmə sistemindən əldə edilmiş qohumluq məlumatları üzrə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2014-cü il təvəllüdlü X3 adında övladı vardır. Eskulapmed “X26” tərəfindən təqdim edilmiş tam abdominal USM müayinəsinə əsasən Təqsirləndirilən şəxs1 İ-ci dərəcəli hipoteastoz müəyyən edilmişdir. Həmin Tibb mərkəzi tərəfindən keçirilmiş EKQ nəticələrinə əsasən Təqsirləndirilən şəxs1 ürəyin erkən repolyarizasiya sindromu qeyd edilmişdir. Həmçinin sol ətrafı venalarının rəngli doppler ultrasonografiya müayinəsinə əsasən sol tərəfdə səthi venoz çatışmazlıq əlamətləri GR İİ- İİİ qeyd edilmişdir. Həmçinin “Əhmədli” Klinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli elektrokardioqrammasının nəticəsinə əsasən Təqsirləndirilən şəxs1 erkən repolyarizasıya diaqnozu qoyulmuşdur. X26 tərəfindən verilmiş baş beynin T1, T2 rejimli multiplanar MR-tomoqrammalarında Kranial MRT nəticələrinə əsasən pasiyent Mayis Seyfullayevdə hər iki hemisferdə xroniki işemik qliotik ocaqlar müəyyən edilmişdir. Elektron Məhkəmə sistemindən əldə edilmiş qohumluq məlumatları üzrə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2010-cu il təvəllüdlü X4 adında övladı vardır. Müdafiə tərəfi ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 barəsində təyin edilmiş tibbi ekspertizanın rəyini mübahisələndirib, qeyri-mötəbər olması barədə dəlilləri gətirərək, həmin ekspertizanın və ibtidai istintaq tərəfindən Zərərçəkmiş şəxs1 xəsarətlərin yetirilməsi ilə əlaqədar Mais və Təqsirləndirilən şəxs1lərə qarşı irəli sürülmüş ittihamın və ona dair toplanmış materiallarını mübahisələndirməklə, bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Təqsirləndirilən şəxs2 özünü təqsirli bilmədiyini, barəsində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə cinayət əməlinin törədilməsi ilə əlaqədar təqsirləndirləndirilməsinə dair cinayət işin materiallarında sübutların olmamasını bildirərək, ilk olaraq Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs1 xəsarətin yetirilməsini, ekspertizadan keçməməsini, rəyin həqiqi olduğunu mübahisələndirərək, zərərçəkmiş şəxsin yalnız 08 aprel, yəni 4 gün sonra ekspertizadan keçdiyini, başqa şəraitdə də, 4 gün ərzində xəsarət ala bildiyini, cinayət işin materiallarında olan ekspertiza rəyinin Zərərçəkmiş şəxs1 həmin tarixdə xəsarət almasını təsdiq edə bilmədiyini göstərmişdir. Bundan əlavə Tibbi mərkəzin xəstəxananın arayışı da şübhə altına qoyaraq, bütün şəxslərin elektron portalda qeydiyyatdan keçirilməsi, mərkəzləşdirilmiş bazada saxlanılması ilə əsaslandırmışdır. Xəstəxana məhkəməyə qeydiyyat kitabların təqdim etmiş, müdafiəçi həmin kitabların və orada aparılmış qeydlərinin mötəbərliyi böyük sual doğurmasını bildirmişdir. Zərərçəkmiş şəxsin adı iki yerdə qeydiyyata alınmış, birinci qeydiyyatda bazarın ərazisində yıxılıb xəsarət aldığını göstərilməsi, başqa şəxsin adının yanında onun adı qeyd olunmuş və iki səhifə sonra təhqiqat aparılan zaman aşkar etdik ki, ikinci dəfə də onun adı qeyd olunub. Tibb bacısı bildirib ki, həkimin deməyi ilə qeydiyyat aparıb. E-Təbibdən alınan məlumata görə şəxs həmin günü müraciət etməmişdir. Bundan əlavə zərərəçəkmiş şəxsin ümumiyyətlə hadisə yerində olduğunu mübahisələndirərək, bildirmişdir ki, anten məlumatları mütəxəsissin iştirakı ilə müzakirə olunarkən müəyyən olundu ki, 04 aprel 2023-cü il tarixdə 16.00 radələrində zərərçəkmiş şəxs heç də Suraxanı rayonu, Sabir Əliyev küçəsində olmamışdır. O, Dərnəgül prospektində olmuşdur, prospektlə Ramana qəsəbəsi arasında məsafə kifayət qədər genişdir. Məhz təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilməsinə dair nə bir görüntü, nə şahid yoxdur, yalnız zərərçəkmiş şəxsin dedikləridir. Məhkəmə müdafiə tərəfin ittihamla əlaqədar gətirdiyi etiraz və dəlillərə münasibət bildirərək, qeyd etməyi zəruri hesab edir ki, iş üzrə məhkəmə tərəfindən tam və hərtərəfli araşdırma aparılmış, araşdırma ilə əlaqədar müxtəlif sorğurlar göndərilmiş, şahidlər dindirilmiş, və nəticə etibarı ilə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixində saat 19:20-də X23 müracət etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X30 “X28” X25 məktubuna əsasən xəstənin dediyinə görə 8 km bazarının yanında yıxılıb, ilkin olaraq xəstə səhv məlumat verib. Xəstənin sonradan dediyinə görə Suraxanı rayonu, Ramana qəsəbəsi 16 saylı cəzaçəkmə məntəqəsinin yanında tanıdığı şəxs tərəfindən döyülərək xəsarət almışdır. Xəstənin yaraları birincili işləndi, tikiş, aseptik sarğı olundu. Diaqnoz: Üst dodağın cırılmış yarası diaqnozu qoyulmuşdur. Qeyd olunan hal həmin məktubla, həmçinin Zərərçəkmiş şəxs1 barəsində xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək müddəti əhatə edən TTTYŞ-nin Ambulator çıxarışı ilə da təsdiq edilmiş, həmin çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 klinikaya müraciət edərək bildirmişdir ki, Suraxanı rayonu Ramana qəsəbəsi 16 saylı cəzaçəkmə müəssisəsinin yanında tanıdığı şəxslər tərəfindən döyülüb. Yuxarıda göstərilənlər həmçinin məhkəmə tərəfindən tələb edilmiş və məhkəməyə təqdim edilmiş qeydiyyat jurnalında öz təsdiqini tapmışdır. Həmin halın mötəbərliyinin yoxlanılması ilə əlaqədar “E-Tabib” elektron sisteminə sorğu göndərilmiş, məhkəməyə daxil olmuş məktubuna əsasən göstərilmişdir ki, “E-Tabib” elektron sistemində Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixində “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X30də (Tibb müəssisəsi) həkim travmatoloqun qəbulunda olduğu, xx.xx.2022-ci il tarixində isə həmin Tibb müəssisəsinə “İşə qəbuldan əvvəl müayinə” üçün müraciət etdiyi və müvafiq müayinələrdən keçdiyi müəyyən edimişdir. Eyni zamanda məktubda qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 barəsində “e-Tabib” elektron sisteminə daxil edilmiş məlumatlar barədə hər hansı dəyişiklik edilməmişdir. Zərərçəkmiş şəxs1 X15 təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim X8 (AA*******) müraciət etmiş, əsas diaqnoz bölümündə dodağın tən orta yarığı, əsas diaqnozun kodu bölümündə - Q36.1 qeyd olunmuşdur. Bundan əlavə Zərərçəkmiş şəxs1 oğunun barəsində olan məhkəmə tibbi ekspertizanın rəyində həmin rəyin təsvri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Suraxanı RPİ-in 31-in PB-in baş təhiqatçısı Akşin Vəliyevin xx.xx.2023-cü tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 05 aprel 2023-cü il tarixdə ərizə ilə Suraxanı RPİ-in 31-ci PB-nə müraciət edərək, tanışı Mais və onun qardaşı Şaiq adlı şəxslərlə 04 aprel 2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı onlar tərəfindən döyülərək bədənin müxtəlif nahiyələrindən xəsarət aldığını bildirmişdir. 05 aprel 2023-cü il tarixdə müayinədən keçmişdir. Obyektiv müayinə hissəsində göstərilmişdir ki, üst dodağın iç səthində ağızın selikli qişasında üzərində cərrahi tikişlər olan, kənarları bir qədər nahamar, ağımtıl rəngli cərrahi işlənmiş yara vardır. Həmin səviyyədə selikli qişa şişkindir, tünd qırmızı rəngli qansızmalıdır. Eləcə də alt dodağın iç səthində selikli qişa şişkindir, tünd rəngli qansızmalıdır. Sol bazunun yuxarı 1/3-nin iç səthində 3.0x2.0sm. sol dirsək oynağı nahiyəsinin ön səthində 4.0x3.0sm, sağ əlin V barmağının əsas falanqasının arxa səthində 2.0x1.0sm ölçülərdə, qeyri-müəyyən formalı, qırmızımtıl-göy rəngli qançırlar vardır. Sağ mil-bilək oynağı nahiyəsinin bayır səthini əhatə edən yumşaq toxuma şişkindir, əllə müayinədə və oynaqda hərəkət zamanı kəskin ağrılıdır, dəri örtüyü 8.0x5.0sm-lik sahədə qırmızımtıl-göy rəngdədir. Sağ mil-bilək oynağında ağrılıq hesabına hərəkətin həcmi tam deyildir. Digər xəsarətlər müəyyən edilmədi. xx.xx.2023-cü il tarixdə ekspertizaya təqdim edilmiş xx.xx.2023-cü il tarixli 1477 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə saat 19:25-də KTM-ə müraciət etmişdir. Xəstənin dediyinə görə tanıdığı şəxs döyüb. Xəstəyə R-skopiya müayinəsi olundu, tikiş, aseptik sarğı qoyuldu, yara birincili işləndi. Diaqnoz: Üst dodağın çapılmış yarası. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Yaşar oğlunun deməsinə görə xx.xx.2023-cü il tarixdə günorta radələrində Suraxanı rayonu Ramana qəsəbəsində küçədə Mais adlı şəxs əl və təpiklə onu vurmuş, sonradan hadisə yerinə gəlmiş Maisin qardaşı Şaiq isə avtomaşınından götürdüyü taxta bita ilə onu və dostu Zakiri bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Tibbi yardım üçün KTM-ə mürcaitə etmişdir. Hal-hazırda şikayəti xəsarət yerlərinin ağırılı olmasındandır. Müdafiə tərəfinin vəsatətinə əsasən xx.xx.2023-cü il tarixli arayışın məhkəməyə təqdim edilməsi ilə əlaqədar sorğu göndərilmiş, sorğuya verilmiş cavab nəticəsində Zərərçəkmiş şəxs1 tərəfindən xəstəxanaya müraciət edilməsindən sonra xəstəxana tərəfindən polisə məlumatın verilməsi təsdiqlənmiş, müəyyən edilmişdir ki, X18 Zərərçəkmiş şəxs1 ilə bağlı xx.xx.2023-cü il tarixli PHŞ-6-2/2-1477/2023 nömrəli Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Akşin Vəliyevə ünvanladığı məktubda qeyd edilir ki, xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixində saat 19:25də X23 müraciət etmiş, xəstənin dediyinə görə tanıdığı şəxs onu döyüb. Xəstəyə rentgenoskopiya müayinəsi olundu, tikiş aseptik sarğı qoyuldu, yara birincili işləndi. Bu öz təsdiqini X18 11 saylı xx.xx.2023-cü il tarixli Korrespondensiyanın reyestrində və göndərilən sənədlərin qeydə alınması kitabında tapır. (Məktub Suraxanı Rayon 31-ci Polis Bölməsinə göndərilmişdir, göndərişin üstünə 1961 nömrə göstərilmiş, ştampın üstünə xx.xx.2023-cü il tarix göstərilmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 müraciət edilməsi ilə əlaqədar məlumat Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Akşin Vəliyevə elektron poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə göndərilmiş, göndərişin nömrəsi 2359-dur. Bundan əlavə, Zərərçəkmiş şəxs1 həqiqətən həmin saatlarda X23 (özünün dediyi “Semaşka” xəstəxanasına) müraciət edilməsini təsdiq edən həmçinin də, məhkəmə tərəfindən göndərilmiş zərərçəkmiş şəxsin istifadəsində olan mobil nömrəsinin anten dairəsinin məlumatlarının 04 aprel 2023-cü il tarixdə saat 18:22-də Aptek Semashka/Bakı şəhəri, Nəsimi rayonu, Mirqasım küçəsi 1, 634 saylı aptek/Nasimi/ (40.392xx/xx.83289). Həmçinin, saat 18:29-da Med-univers/Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 165/Nasimi/ (40.3961xx/xx.8327) ünvanın göstərilməsidir. Bunda əlavə istər təqsirəndirilən şəxslərin, istərsə də zərərçəkmiş şəxslərin ifadələrində hadisənin yeri, vaxtı, tərəflər arasında mübahisənin baş verməsi özü-özülyündə inkar olunmur və artıq sübuta yetirilmiş hal kimi hesab olunur. Bundan əlavə həmin hadisənin 04 aprel 2023-cü il tarixdə baş verməsi Təqsirləndirilən şəxs2 Suraxanı rayon Polis İdarəsinin 31-ci bölməsinə ilk müraciətində - ərizəsində, verdiyi izahatında də hadisənin vaxtı 04 aprel 2023-cü il tarixdə saat 16:00 radələrində baş veriməsi göstərilmişdir. Bundan əlavə cinayət işin materiallarına əlavə edilmiş Suraxanı RP-in 31-ci PB-in məsul növbətçisi, polis mayoru Elbəyi Əliyevin tərəfindən tərtib edilmiş raporta əsasən Sabunçu rayonu Ramana qəsəbəsi, Kəndistan kafesinin yanında qardaşı Maisin döyülməsi barədə Təqsirləndirilən şəxs1 “102” xidmətinə müraciəti göstərilmişdir. Raport xx.xx.2023-cü il tarixdə saat 15:57-də tərtib edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrinin, həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə və təqdimata baxılmasına dair Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixi qərarında qeyd edilmiş Təqsirləndirilən şəxs1 ifadəsinin, əlavə şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, məhkəm-tibbi ekspertizasının rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsləri cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl CM-nin 221.3-cü maddəsi isə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. İbtidai istintaq orqanları tərəfindən isə kifayət qədər faktik və hüquqi əsaslar olmadan xuliqanlıq cinayətini törətmiş Təqsirləndirilən şəxs2 qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş tövsifedici (cinayətin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməsi kimi) əlamət üzrə ittihamı irəli sürülmuş, bununla bağlı da Təqsirləndirilən şəxs2 törətdiyi əməl isə CM-nin 221.2.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, ittiham aktında göstərilir ki, törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs2 Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ramil Əliyev tərəfindən 23 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Lakin cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin cəlb edilməsinə dair qərarın məzmununa nəzər salarkən, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı - 23 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cəlb edilmiş, bundan əlavə qərarın təsviri-əsaslandırıcı hissəsində cəlb edildiyi ittihamın elementləri təsvir edilərək, Mais Sefullayev tərəfindən hər hansı silahdan və yaxud silah qismində istifadə edildiyi alətdən istifadəsi göstərilməmişdir. Bundan əlavə bütün ibtidai istintaq zamanı ərzində ona yeni ittiham elan edilməmiş, barəsində prosessual sənədlər, o cümlədən Suraxanı rayon prokuroru qətimkan tədbirinni seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina olunması barədə 23 iyun 2023-cü il tarixli qərarı tərtib edilərkən, onun ittiham edildiyi maddə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi kimi göstərilmiş, lakin sonradan vəsatətin rədd edilməsi haqqında qərarda sübutların qiymətləndirilməsi haqqında qərarda və ittiham aktında, hər hansı prosessual əsas olmadan, heç bir yeni ittiham elan edilmədən, yeni ittihamın elan edilməsi ilə əlaqədar qərar mövcud olmadan, sanki təqsirləndirilən şəxsin əcəlb edilməsi haqqında qərar mövcud deyil, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası 221.3-cü maddəsi ilə tövsif edilmiş kimi göstərilmiş, müstəntiqin həmin qənaətə gəlinməsi hər hansı sübutla və yaxud zərəçəkmiş şəxsin, və ya şahidlərin ifadələri ilə təsdiq edilməmişdir. Bundan əlavə hər iki zərərçəkmiş şəxsin ifadəsində yalnız Təqsirləndirilən şəxs1 tərəfindən taxtadan istifadə edilərək, xəsarətin yetirilməsi və əmlakına ziyan vurulması göstərilmiş, hər iki zərərçəkmiş şəxs Maisin deyil, Şaiqin əlində taxtanın olmasını təsdiqləmişdir. X16 tərəfindən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair qənaəti barədə istər cinayət işin materiallarında, istərsə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamış, sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə ibtidai istintaqın işin faktiki hallarından düzgün hüquqi nəticə çıxarmayıb “silah tətbiq etmə” əlamətini əsassız olaraq Təqsirləndirilən şəxs2 əməllərinə şamil etməsinə dair qənaətə gəlməklə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilindiyi əməllərinin hüquqi tövsifini CM-in 221.2.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, 2 ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Həmin qərarın 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olduğunu (CM-in 59.1.4), ailənin yeganə qazanc mənbəyi olduğunu, 1-ci dərəcəli hipoteastoz – qara ciyərində olan xəstəliyindən əziyyət çəkməsi, ürək xəstəliyindən əziyyət çəkməsini, ürəyində erkən repolyarizasiya sindromundan əziyyət çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olduğunu (CM-in 59.1.4), ailənin yeganə qazanc mənbəyi olduğunu, baş beyin xroniki işemik xəstəliyindən əziyyət çəkməsi (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olduğunu, ailənin yeganə qazanc mənbəyi olduğunu, 1-ci dərəcəli hipoteastoz – qara ciyərində xəstəliyindən əziyyət çəkməsi, ürək xəstəliyindən əziyyət çəkməsini, ürəyində erkən repolyarizasiya sindromundan əziyyət çəkməsini (CM-59.2) şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektronnəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün onaxidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digərvəzifələr də qoya bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tаriхli qərаrının 2-ci bəndində nəzərdə tutulаn “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsаsən məhkəmələrə tövsiyə еdilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığnda olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə bахışı zаmаnı müəyyən еdildi ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs1 barəsində Suraxanı rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə əvvəli 21 iyun 2023-cü il tarixdən hesablanmaqla 21 sentyabr 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiriri seçilmişdir. Qеyd оlunаnlаrа əsаsən məhkəmə bеlə nəticəyə gəlir ki, təqsirləndirilən şəхs Şaiq Seyfullaevin bаrəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı mаddəsinin tələbləri (məhkəməyədək, hаbеlə birinci və аpеllyаsiyа instаnsiyаsı məhkəmələrində həbsdə və yа еv dustаqlığndа sахlаnılаn müddətin cəzа müddətinə dахil еdilməsi) tətbiq еdilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-60), məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən Həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 21 iyun 2023-ci il tarixdən 23 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 90 (doxsan) iş saatı üçün 990 (doqquz yüz doxsan) manat, Təqsirləndirilən şəxs2 vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 90 (doxsan) iş saatı üçün 990 (doqquz yüz doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353,356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, ona 03 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunmuş cəza şərti hesab olunsun və ona 03 (üç) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə İcra şöbəsinə həvalə olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 04 (dörd) gün müddət Təqsirləndirilən şəxs2 təyin edilən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 90 (doxsan) iş saatı üçün 990 (doqquz yüz doxsan ) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 90 (doxsan) iş saatı üçün 990 (doqquz yüz doxsan ) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-20/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-20/2025
19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver