Məhkəmə qərarları › İş №1(010)-200/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-200/2020

30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-200/2020 30.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs İsmayılov Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, saat 12:10-da, Bakı şəhərində, İsmayılov Təqsirləndirilən şəxs, xx xxxxxxx 1981-ci ildə Kəlbəcər rayonu, Milli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məcburi köçkün, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu, Milli kəndində qeydiyyatda olan, Bərdə rayonu, Cəyirli kəndində məskunlaşmış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsində yerləşən fermada yaşayan, barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İsmayılov Təqsirləndirilən şəxs, xx xxxx 2020-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsi, keçmiş X1 yanında yerləşən Şahid1 məxsus fermaya şəxsi işi ilə əlaqədar gəlmiş Zərərçəkmiş şəxs əvvəllər hər dəfə fermaya gəldikdə onunla kobud rəftar edərək şəxsiyyətini alçatması səbəbindən üzərində olan mətbəx bıçağı ilə sonuncunu qəsdən vuraraq, ona döş qəfəsinin sol yarısının arxa səthinin və yan səthinin boşluqlara nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, boynunun sol yan arxa səthinin deşilmiş-kəsilmiş yarası (cəmi 3 ədəd), təpə nahiyəsinin əzilmiş səthi yarası və alt dodağın selikli qişasının qansızması ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs İsmayılov Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 2019-cu ilin sentyabr ayından anası və azyaşlı qızı ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsində yerləşən Şahid1 məxsus fermada bir otaqlı evdə yaşayır və həmin fermada çoban işləyir. Fermada işlədiyi zaman Zərərçəkmiş şəxs bir baytar həkim kimi tanımış və sonuncu tez-tez fermaya gələrək iribuynuzlu heyvanların müalicəsi ilə məşğul olmuşdur. Füzuli heyvanlara baxmaq üçün hər dəfə fermaya gəldikdə onunla kobud rəftar etmiş, ünvanına artıq-əskik sözlər işlədərək onu alçatmış və təhqir etmişdir. Hər dəfə Füzuliyə belə hərəkətlər etməməsini, onu alçaltmamasını bildirsə də, Füzuli onun bu iradına əhəmiyyət verməyərək onu alçaltmağa davam etmişdir. xx xxxx 2020-ci il tarixdə, səhər saat 06 radələrində fermanın sahibi olan Mehmanla birlikdə heyvanlara yem alıb qayıtdıqdan sonra bir yerdə yemək yeyib, bir qədər də araq içmişlər. Mehman qohumu Allahverənin, həmçinin baytar həkim Füzulinin fermaya gələcəklərini və sonuncunun heyvanlara baxacağını bildirmişdir. Spirtli içki qəbul etdikdən sonra sərxoş vəziiyətdə gedib heyvanların altını təmizləməyə başlamışdır. Bir müddət sonra Allahverən, sonradan isə Füzuli fermaya gəlmişlər. Füzuli, Allahverən və Mehmanla birlikdə heyvanlara baxmağa getmişlər və oradan da sonuncunun fermanın içərisində yerləşən ofisinə qayıtmışlar. Füzuli isə onlardan ayrılaraq təxminən 10-15 dəqiqə fermanın içərisində hərləndikdən sonra ofisə qayıtmışdır. O, işini qurtardıqdan sonra Füzulidən fermanın sahəsində nə axtardığını soruşmaq üçün ofisə tərəf getmişdir, ofisə çatmağa az qalmış Füzulinin ofisdən tək çıxdığını və fermanın aşağı hissəsinə, avtomobilini saxladığı yerə tərəf getdiyini görmüşdür. Füzulinin qabağını kəsib, ondan fermanın sahəsində nə axtardığını soruşmuşdur. Füzuli isə ona, təhqiramiz ifadələrlə çıxıb getməsini, gedib çobanlığını etməsini demişdir. Həmin vaxt sərxoş olduğu üçün çox əsəbləşmiş və Füzulinin onu alçaltmasına səbr edə biməyib yumruqla onun sifətindən vurmuşdur. Bu vaxt Füzuli qarşılıq vermiş və onlar əlbəyaxa olmuşlar. Həmin vaxtı təsərrüfat məqsədi ilə üzərində gəzdirdiyi mətbəx bıçağı ilə Füzulinin bədənindən bir dəfə vurmuşdur. Füzulinin hələ də onunla dalaşmağa davam etdiyini, ondan əl çəkmədiyini, onu vurmağa davam etdiyini görüb əlində olan həmin bıçaqla yenə də Füzulini vurmuşdur. Bu vaxt Mehmanla Allahverən gəlib onları aralaşdıraraq Füzulini ofisə aparmışlar. Baş vermiş hadisədən qorxaraq oradan çıxıb getmiş, mobil telefonunu isə söndürmüşdür. Füzulinin şikayət etməyəcəyini düşündüyündən həmin gün polisə getməmişdir. Səhəri gün, yəni xx xxxx 2020-ci il tarixdə vəziyyəti ağırlaşdığı üçün Füzulinin xəstəxanaya getdiyini eşitmişdir. Buna görə də könüllü şəkildə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gedib əməlini etiraf etmişdir. Hazırda o, etdiyi əməlindən səmimi peşmançılıq çəkir, zərərçəmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı aradan qaldıraraq onunla barışıq əldə etmişdir. Buna görə də Təqsirləndirilən şəxsİsmayılov cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, fərdi olaraq baytar həkim fəaliyyəti ilə məşğul olur. Suraxanı-Hovsan yolunun yanında yerləşən Şahid1 məxsus olan fermaya da hərdən bir Mehmanın çağırışı ilə gedib onun heyvanlarına baxış keçirir. Təqsirləndirilən şəxs də həmin fermada çoban işlədiyindən, onu orada tanımış, Təqsirləndirilən şəxslə heç bir ədavəti və düşmənçiliyi, aralarında hər hansı xırda bir narazılıq olmamışdır. Əksinə heyvanlara baxanda Təqsirləndirilən şəxs ona kömək etmiş və onunla səmimi rəftar etmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 11 radələrində bir neçə iri buynuzlu heyvan almaq üşün Mehmanın fermasına getmişdir. Fermanın qapısını ona Təqsirləndirilən şəxs açmış, idarə etdiyi avtomobili içəri saldıqdan sonra Mehman və Allahverənlə fermanın qapısının yanında bir qədər söhbət etmiş, həmin vaxt Təqsirləndirilən şəxs də yanlarında dayanmış, sonuncu ilə onun arasında hər hansı bir söz-söhbət olmamışdır. Sonra heyvanlara baxmaq üçün Mehman və Allahverənlə fermanın sahəsinə getmişdir. Təqsirləndirilən şəxs isə onlardan aralanıb işinin dalınca getmişdir. Heyvanlara baxandan sonra, Mehman onu çay içməyə dəvət etmiş, Allahverənlə ofisə getmiş o, isə təxminən 10-15 dəqiqə ərazini gəzdikdən sonra ofisə getmişdir. Çay içdikdən sonra başqa fermaya gedib xəstə heyvana baxmalı olduğundan ofisdən çıxıb avtomobilinə tərəf getmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs onu çağırdığı üçün dayanıb gözləmiş, Təqsirləndirilən şəxs heç nə olmamış kimi ona yaxınlaşıb sol tərəfdən qoluna girib yoldaşcasına əlini belinə qoymuşdur. Təqsirləndirilən şəxs barmağı ilə sol böyür tərəfindən basmış, daha sonra isə qəfildən bıçaqla boynunun sol tərəfindən vurmuşdur. Təqsirləndirilən şəxs belə hərəkət edəcəyini qətiyyən gözləməmişdir. Təqsirləndirilən şəxs onu vuranda əlindəki mətbəx bıçağı əyilmişdir. Özünü müdafiə edib onunla əlbəyaxa olduğu xaman əyilmiş bıçaq sol böyür tərəfini 1-2 yerdən cızmışdır. Həmin vaxt səsə Mehmanla Allahverən gəlib onları aralamışlar. Mehman onu otağına aparıb orada ona ilkin tibbi yardım göstərmişdir. Halı olmadığı üçün saat 18 radələrinə kimi fermada qalmış, özünə gəldikdə isə evinə getmişdir. Evdə sonradan vəziyyəti pisləşdiyindən saat 24 radələrində 3 saylı Şəhər xəstəxanasına getmişdir. Sonda Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin dəymiş ziyanı aradan qaldırdığını, buna görə də onunla barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, İsmayılov Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, İsmayılov Təqsirləndirilən şəxs hal-hazırda zərərçəkmişə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İsmayılov Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə, cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. İsmayılov Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar