Məhkəmə qərarları › İş №1(010)-200/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-200/2021

15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-200/2021 15.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X4 qızının katibliyi, dövlət ittihamçısı X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 yaşayan, 17 – 19 mart 2021-ci il tarixləri üzrə tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 19 mart 2021-i il tarixli qərarı ilə barəsində əvvəli 17 mart 2021-ci ildən hesablanmaqla 15 iyun 2021-ci il tarixinədək «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının 02 iyul 2021-ci il tarixli qərarı ilə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 3 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 17 – 19 mart 2021-ci il tarixləri üzrə tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 19 mart 2021-i il tarixli qərarı ilə barəsində əvvəli 17 mart 2021-ci ildən hesablanmaqla 15 iyun 2021-ci il tarixinədək «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının 02 iyul 2021-ci il tarixli qərarı ilə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 22 yanvar 2021-ci ildə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus olan, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə hasarından aşıb, pəncərənin şüşəsini çıxarıb qanunsuz daxil olaraq evdən 130 manat dəyərində İran istehsalı olan qaz peçini, hər birinin qiyməti 20 manat olmaqla cəmi 200 manat dəyərində olan 10 ədəd alüminim qazanı, 40 manat dəyərində 01 ədəd «Marquis» markalı su motorunu, hər 1 metri 1 manat qiymətində olmaqla cəmi 400 manat dəyərində olan 400 metr uzunluğunda 4x4 mm ölçülü içərisi mis metalından olan elektrik kabelini, hər 1 metri 1 manat 50 qəpik qiymətində olmaqla cəmi 300 manat dəyərində olan 200 metr uzunluğunda içərisi mis metaldan olan elektrik kabelini, hər bir cütü 50 manat qiymətində olmaqla cəmi 300 manat dəyərində avtomobil ehtiyat hissələri olan 06 cüt 6307 nömrəli yastıqları (podşipnikləri), 85 manat dəyərində olan 01 ədəd elektrik ətçəkən maşını və 500 manat dəyərində Hindistan istehsalı olan antik gül qabını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1.955 manat miqdarında ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 22 yanvar 2021-ci ildə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus olan, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə hasarından aşıb, pəncərənin şüşəsini çıxarıb qanunsuz daxil olaraq evdən 130 manat dəyərində İran istehsalı olan qaz peçini, hər birinin qiyməti 20 manat olmaqla cəmi 200 manat dəyərində olan 10 ədəd alüminim qazanı, 40 manat dəyərində 01 ədəd «Marquis» markalı su motorunu, hər 1 metri 1 manat qiymətində olmaqla cəmi 400 manat dəyərində olan 400 metr uzunluğunda 4x4 mm ölçülü içərisi mis metalından olan elektrik kabelini, hər 1 metri 1 manat 50 qəpik qiymətində olmaqla cəmi 300 manat dəyərində olan 200 metr uzunluğunda içərisi mis metaldan olan elektrik kabelini, hər bir cütü 50 manat qiymətində olmaqla cəmi 300 manat dəyərində avtomobil ehtiyat hissələri olan 06 cüt 6307 nömrəli yastıqları (podşipnikləri), 85 manat dəyərində olan 01 ədəd elektrik ətçəkən maşını və 500 manat dəyərində Hindistan istehsalı olan antik gül qabını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1.955 manat miqdarında ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yaşayan yerli sakin kimi tanıyır. Yeni Suraxanı qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 1 ünvanda yerləşən həyət evində yaşayış olmadığını görüb müşahidə etmiş və oradan oğurluq etmək qərarına gəlmişdir. 22 yanvar 2021-ci il tarixdə günorta saatlarında Həmidlə bir yerdə olarkən Yeni Suraxanı qəsəbəsində olan bir həyət evində uzun müddətdir ki, yaşayışın olmadığını bildirərək, həmin evdən oğurluq etməyi Həmidə təklif etmiş və əldə edəcəkləri pulu yarı böləcəklərini söz vermişdir. Həmid onun təklifi ilə razılaşmışdır. Həmin gün saat 22 radələrində Həmidi də özü ilə götürüb yuxarıda göstərilən ünvana getmişdir. Oğurluğa gedərkən özü ilə kəlbətin və un torbası götürmüşdür. Oğurluq edəcəkləri həyət evinin qarşısına çatdıqda, ətrafa göz gəzdirmişlər və aralarında olan razılığa əsasən Həmid evin hasarından çöl tərəfdə dayanmış, özü isə hasardan aşıb həyətə düşmüşdür. Həyətə düşdükdə özü ilə götürdüyü kəlbətinlə evin taxta çərçivəli pəncərəsinin mismarlarını çıxardıb şüşəsini çıxarmış və pəncərə yerindən evə daxil olmuşdur. Evə daxil olduqda, dəhlizdə olan 01 ədəd su motorunu, 01 ədəd qaz peçini, bir neçə ədəd dəmir podşipnikləri, mis kabelləri, bir neçə ədəd alüminium qazanı, 01 ədəd elektrik ət çəkən maşını və 01 ədəd metaldan olan üstü bəzəkli gül qabını oğurlayaraq özü ilə apardığı un torbasına yığmışdır. Evə daxil olduğu yolla evdən həyətə çıxıb, həyətin hasarından torbanı qaldıraraq Həmidə ötürmüşdür. Həmid torbanı tutub yerə qoyduqdan sonra hasardan aşaraq Həmidin yanına düşmüşdür. Un torbasının içərisində olan oğurladıqları əşyaları götürərək oradan kənarlaşmışlar. Yolda Həmidə demişdir ki, özü ilə götürdüyü kəlbətinlə pəncərənin üzərində olan mismarları dartıb çıxardaraq şüşəni çıxardıb yerə qoymuş və həmin pəncərədən evə daxil olub oğurluğu etmişdir. Həmin gecə oğurladıqları əşyaları gizlətmişlər. Səhər isə oğurladıqları əşyalardan alüminium qazanları əzərək və su motorunu özləri ilə götürüb Yeni Suraxanı qəsəbəsində yaşayan, metal alğısatqısı ilə məşğul olan tanıdığı Nemət adlı şəxsə aparıb satmışlar. Nemət əzilmiş qazanlara görə 13 manat, su motoruna görə isə 20 manat vermişdir. Əzilmiş qazanları və su motorunu Nemət adlı şəxsə satanda, Nemət ondan həmin əşyaların kimə məxsus olduğunu və onları haradan əldə etdiyini soruşmuş, cavabında bildirmişdir ki, bu əşyalar onun özünə məxsusdur və onları pula ehtiyacı olduğuna görə satır. Həmid də, bunu təsdiq etmişdir. Yerdə qalan əşyaları isə həmin gün tanımadığı taksi ilə aparıb Sabunçu qəsəbəsində yerləşən bazarda tanımadığı şəxsə 300 manata satmışdır. Oğurladıqları əşyaların satışından əldə olunan pulu digər təqsirləndirilən şəxslə aralarında bölüblər. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək Təqsirləndirilən şəxs1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 23 yanvar 2021-ci ildə saat 11 radələrində özünə məxsus olan, yaşayış olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Z.Tağıyev küçəsində yerləşən 1 nömrəli fərdi yaşayış evinə getmiş, həyətə daxil olduqda evin taxta pəncərəsinin şüşələrinin çıxarıldığını görmüşdür. Evə daxil olub ətrafa göz gəzdirdikdə görmüşdür ki, özünə məxsus olan, ittiham aktının nəticəvi hissəsində göstərilən əşyalar oğurlanıb. Bundan sonra ərizə ilə Suraxanı Rayon Polis İdarəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı həmçinin bildirmişdir ki, cinayət nəticəsində ona vurulmuş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmışdır. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslərin müvafiq cinayət əməllərini törətmələri faktı onların səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam olaraq təsdiq edilir. 03 iyun 2021-ci il tarixli 9/3591 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Marquis” markalı su motorunun istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 40,0 manat müəyyən edilir». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərərin ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərərin ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdikləri müddətdə daimi yaşayış yerlərini hər gün saat 21.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerlərini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerlərinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Marquis” markalı su motoru Zərərçəkmiş şəxs qaytarıldığından onun sərəncamına verilmiş hesab olunmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 17 mart – 15 iyun 2021-ci il tarixləri üzrə tutulduğu və «ev dustaqlığında» saxlanıldığı 02 (iki) ay 29 (iyirmi doqquz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli yaşadığı yer üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 17 mart – 15 iyun 2021-ci il tarixləri üzrə tutulduğu və «ev dustaqlığında» saxlanıldığı 02 (iki) ay 29 (iyirmi doqquz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli yaşadığı yer üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Marquis” markalı su motoru Zərərçəkmiş şəxs qaytarıldığından onun sərəncamına verilmiş hesab olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar