Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-200/2025 28.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X15 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 12 avqust 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 27 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 noyabr 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 03 fevral 2024-cü il tarixdə tutulmuş, 05 fevral 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 28 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 iyun 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5, 228.1 və 29, 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 iyun 2023-cü il tarixdə gecə saat 02 radələrində ünvan 2 ünvanında yerləşən yaşayış binasının blokunun qarşısından Zərərçəkmiş şəxs1 məxsus 900 (doqquz yüz) manat dəyərində «Tufan M-50» markalı mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 900 (doqquz yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 iyul 2023-cü il tarixdə gecə saat 04 radələrində ünvan 3 ünvanının qarşısından Zərərçəkmiş şəxs8 məxsus 1800 (bir min səkkiz yüz) manat dəyərində «Tufan M-50» markalı mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 1800 (bir min səkkiz yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 04 iyul 2023-cü il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu və Topçubaşov küçələrinin kəsişməsində Zərərçəkmiş şəxs6 məxsus 1100 (bir min bir yüz) manat dəyərində «Tufan M-50» markalı mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 1100 (bir min bir yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 sentyabr 2023-cü il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən Yeni Günəşli qəsəbəsi istiqamətində 104 nömrəli şəhərdaxili müntəzəm marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusunun salonunda sərnişin Zərərçəkmiş şəxs9 şalvarının sağ yan cibindən ona məxsus 250 (iki yüz əlli) manat dəyərində «Redmi Note 9S» markalı mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 250 (iki yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 oktyabr 2023-cü il tarixdə gecə saat 03 radələrində ünvan 4 ünvanının girişindən Zərərçəkmiş şəxs4 məxsus 800 (səkkiz yüz) manat dəyərində «Moon AF50» markalı mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 800 (səkkiz yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 noyabr 2023-cü il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən «Yusif Petrol» yanacaq doldurma məntəqəsinin içərisindəki təkər təmiri sexində işləyən tanışı Zərərçəkmiş şəxs3 Ötərxan oğlunun həmin sexdə yatmasından sui-istifadə edərək onun şalvarının sol yan cibini kəsici alətlə kəsməklə Zərərçəkmiş şəxs3 şalvarının sol yan cibindən 1800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaitini və 200 (iki yüz) manat dəyərində «Redmi Note 9» markalı mobil telefonunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 2000 (iki min) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs koronavirus - COVİD-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə 31 mart 2020-ci il tarixdən etibarən ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq, həmçinin aviabilet almaq üçün maddi imkanı olmadığına görə Azərbaycan Respublikasından Rusiya Federasiyasına qanunla müəyyən edilmiş qaydada gedə bilmədiyindən həmin ölkədə yaşamaq və işləmək məqsədi ilə 22 noyabr 2023-cü il tarixdə gecə saat 03:20 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qusar rayonunun Şirvanlı kəndi ərazisində yerləşən 4-cü sərhəd zastavasının 18-ci sahəsinin xidməti ərazisindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd edərkən DSX-nin Sərhəd Qoşunlarının əməkdaşkarı tərəfindən aşkar olunaraq saxlanıldığından bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 dekabr 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsindən Yeni Suraxanı qəsəbəsi istiqamətində 146 nömrəli şəhərdaxili müntəzəm marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusunun salonunda sərnişin Zərərçəkmiş şəxs5 üzərindəki əl çantasından ona məxsus içərisində 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti olan pul kisəsini çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 850 (səkkiz yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 dekabr 2023-cü il tarixdə gecə saatlarında ünvan 5 ünvanda kirayədə yaşayan Zərərçəkmiş şəxs7 yatmasından sui-istifadə edib qonaq otağında yastığın altından sonuncuya məxsus 1052 (bir min əlli iki) manat məbləğində pul vəsaitini, daha sonra isə cinayət əməlini davam etdirməklə Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 81 ünvanının qarşısından vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs7 məxsus 2000 (iki min) manat dəyərində «Tufan M50» markalı mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 3052 (üç min əlli iki) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 iyun 2024-cü il tarixdə gecə saat 02 radələrində ünvan 6 ünvanın qarşısından Zərərçəkmiş şəxs2 məxsus 600 (altı yüz) manat dəyərində «Tufan M50» markalı mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 600 (altı yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq AM-5843 P nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı, texniki cəhətdən nasaz, atəş üçün yararsız, yivli odlu 1 ədəd silahı, texniki cəhətdən saz, istifadə üçün yararlı, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan 01 ədəd darağı, 09 ədədi 2008-ci ildə, 05 ədədi 2011-ci ildə Azərbaycan Respublikasında istehsal edilmiş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı döyüş sursatı hesab olunan 14 ədəd patronu əldə edib özünə məxsus hərbi çantada saxlayaraq üzərində daşıyıb gəzdirmiş və Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 28 iyun 2024-cü il tarixdə saat 07 radələrində ünvan 7 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılıb Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına gətirələrək orada üzərində şəxsi axtarış aparılan zaman əlində saxladığı hərbi çantanın içərisindən AM-5843 P nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı, texniki cəhətdən nasaz, atəş üçün yararsız, yivli odlu 1 ədəd silah, texniki cvəhətdən saz, istifadə üçün yararlı, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan 01 ədəd daraq, 09 ədədi 2008-ci ildə, 05 ədədi 2011-ci ildə Azərbaycan Respublikasında istehsal edilmiş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı döyüş sursatı hesab olunan 14 ədəd patron aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5, 228.1 və 29, 318.1ci maddələri ilə elan edilmiş ittihamda tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1-də qeydiyyatda olmaqla həbs olunanadək ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən peşə liseyində aşbaz köməkçisi sahəsi üzrə təhsil almış, bir müddət aşbaz köməkçisi kimi Bakı şəhərində müxtəlif kafelərdə işləmişdir. X19 Universitetində 2-ci kursa qədər təhsil almışdır. Müvafiq sərəncama əsasən 2023-cü ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Bununla əlaqədar 04 oktyabr 2023-cü il tarixdə çağırış vərəqəsinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsinə getmişdir. Oradan digər 23 nəfər çağırışçı ilə birlikdə təyin olunmuş avtobusla həmin şöbənin əməkdaşının müşayiəti ilə Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən «N» saylı hərbi hissəsinə aparılmışdır. Hərbi hissəyə çatandan sonra tibbi yoxlanışdan keçmiş və müayinə zamanı ağciyərində naməlum ləkə aşkar olunmuşdur. Bu səbəbdən hərbi hissə tərəfindən qəbul edilməmiş və 05 oktyabr 2023-cü il tarixdə onları müşayiət edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsinin Əhməd adlı əməkdaşı ilə birlikdə Bakı şəhərinə geri qayıtmışdır. Bakı şəhərinə çatdıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsi tərəfindən ağciyər iltihabından (pnevmoniya) müayinə və müalicə olunmaq məqsədilə Nizami tibb mərkəzinə yönləndirilmiş və 14 oktyabr 2023-cü il tarixdə həmin tibb mərkəzinə getmişdir. 5 gün orada qaldıqdan sonra elə həmin tibb müəssisəsi tərəfindən vərəm dispanserinə göndərilmişdir. 20 oktyabr 2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Saray yolunda yerləşən vərəm dispanserinə getmiş və 03 gün orada qalaraq müayinə və müalicə olunmuşdur. Vərəm dispanserində heç bir xəstəlik aşkar olunmadığı üçün barəsində 01 aylıq ambulator müalicə təyin edilərək evə buraxılmışdır. Vərəm dispanserindən çıxdıqdan bir gün sonra yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsinə gedib onda heç bir xəstəliyin aşkar olunmadığını bildirmişdir. Həmin şöbədə bildirilmişdir ki, 01 aylıq ambulator müalicəsi qurtardıqdan sonra 2024-cü ilin yanvar ayında növbəti çağırışı üzrə yenidən hərbi xidmətə göndəriləcəkdir. 2022-ci ildə Ələt qəsəbəsində dönərxanada paketçi olaraq çalışan zaman moped, motosiklet sürməyi öyrənmişdir. Dönərxananm mopedi tez-tez xarab olduğundan «Youtube» platformasında videolara baxaraq zəruri texniki xüsusiyyətləri və moped təmir etməyi öyrənmişdir. Eyni zamanda moped və motosikletləri açarsız işə salmağı öyrənmiş və çox vaxt açardan istifadə etmədən qırmızı və qara rəngli naqilləri birləşdirib mühərriki işə salmışdır. 2023-cü ilin may ayında orta məktəbin 11-ci sinfini bitirdikdən sonra bir müddət iş tapa bilməmiş və gəlir əldə etmək üçün moped oğurlayıb satmaq qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri 3-cü mikrorayon dairəsindən piyada gəzərək Nəsimi rayonu, Cavadxan küçəsinə gəlmiş və orada köhnə bina evinin qarşısında qırmızı rəngli «Tufan M50» markalı mopedi görmüşdür. Həmin mopedə yaxınlaşıb ətrafda heç kimin olmadığına əmin olduqdan sonra itələyərək təxminən 200 metr kənara aparmış və orada kabelləri çıxarıb birləşdirməklə mühərriki işə saldıqdan sonra sürərək yaşadığı Ələt qəsəbəsinə getmişdir. Həmin mopedi iki gün həyətdə saxlayandan sonra satmaq qərarına gəlmiş və yalandan özünə məxsus olduğunu bildirməklə qonşuluqda yaşayan Orxan adlı şəxsə təklif etmişdir. Orxan pulunun olmadığını bildirib mopedi özünə məxsus «Redmi 12c» markalı mobil telefonla «barter» etməyi təklif etmişdir. Razılaşıb mopedi Orxana verərək əvəzində ondan «Redmi 12c» markalı mobil telefon almışdır. Mobil telefonu götürdükdən sonra 20 Yanvar metrostansiyası yaxınlığında mağazaya öz vəsiqəsini təqdim etməklə 150 (bir yüz əlli) manata satmışdır. Telefon satışından əldə etdiyi 150 (bir yüz əlli) manatı xərcləyərək özünə paltar və ayaqqabı almışdır. xx.xx.2023-cü il tarixdə gecə saat təxminən 04 radələrində Bakı şəhəri 3-cü mikrorayon bazarına gedib bazarın qarşısında yerləşən köhnə tikili binanın həyətinə daxil olmuşdur. Orada qarajların arasında boz rəngli «Tufan M50» markalı mopedi görüb yaxınlaşmış və heç kimin olmadığına əmin olduqdan sonra mopedi itələyərək məhəllədən uzaqlaşmışdır. Sonra mopedin naqillərini birləşdirərək mühərriki işə salmış və sürərək Ələt qəsəbəsində yerləşən yaşadığı evə getmişdir. Tanımasınlar deyə mopedin rəngini dəyişmək qərarına gəlmiş və bu məqsədlə mopedin ban nömrəsini şlifləyib silmişdir. Mopedi Ələtdə yaşadığı evin həyətindəki əl damında gizlətmişdir. xx.xx.2023-cü il tarixdə səhərə yaxın təxminən saat 05 radələrində oğurluq etmək üçün «Tarqovı» adlanan ərazidə gəzib oradan yaşayış binaları olan hissəyə keçmişdir. Bu zaman Topçubaşov küçəsində yerləşən hostelin qarşısında qara rəngli «Tufan M50» markalı mopedi görüb yaxınlaşmış və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin mopedi itələyərək oradan uzaqlaşmışdır. Sonra naqilləri birləşdirib mühərriki işə salaraq mopedi sürüb yaşadığı Ələt qəsəbəsinə getmişdir. Elə həmin gün gəzmək üçün Gəncə şəhərinə getmək qərarına gəlmiş və yola çıxmışdır. Yolda Zərdab rayonu ərazisində yuxuladığı üçün idaretməni itirib mopedi aşırtmış və ətrafına tanımadığı adamlar yığışmışdır. Həmin şəxslərdən biri mopedi ona satmasını təklif etmiş, razılaşaraq mopedi həmin şəxsə 250 (iki yüz əlli) manata satmışdır. Zərdab rayonundan 15 (on beş) manat ödəniş etməklə taksi ilə evə qayıtmışdır. Yerdə qalan pulu özünə paltar almağa və yeyib-içməyə sərf etmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 104 nömrəli marşurut avtobusunda sərnişin kimi hərəkətdə olan zaman avtobusda çoxlu adam olduğunu görüb oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə ayaq üstə dayanaraq iki əli ilə avtobusun yuxarısında olan dəmirdən tutmuş ahıl yaşlı bir kişiyə yaxınlaşıb gizlincə onun şalvarının cibindən “Redmi NOTE 9 S” markalı mobil telefonunu çıxarıb öz cibinə qoyaraq oğurlamışdır. Bundan sonra növbəti dayanacaqda heç kəs şübhələnməsin deyə sakitcə avtobusu tərk etmişdir. Oğurladığı “Redmi NOTE 9 S” markalı mobil telefonu elə həmin gün Sabunçu rayonunda tanımadığı şəxsə 150 (bir yüz əlli) manata sataraq əldə etdiyi pulu yeyib-içməyə sərf edib xərcləmişdir. 2023-cü ilin oktyabr ayında səhhətində problem yarandığı üçün həqiqi hərbi xidmətə gedə bilməmiş və müalicə olunduqdan sonra 2024-cü ilin yanvar ayında hərbi xidmətə çağırılacağı bildirilmişdir. 20 oktyabr 2023-cü il tarixdə Ələt qəsəbə sakini, tanışı Röyal adlı şəxsin doğum günü olduğu üçün Ələt qəsəbəsində yerləşən kafelərin birində bir neçə tanışı ilə oturub yeyib-içmişlər. Həmin ərəfələrdə Əcəmi metrostansiyası yaxınlığında kirayədə tək yaşayırmış. 21 oktyabr 2023-cü il tarixdə saat 03 radələrində Ələt qəsəbəsində yerləşən 16 saylı yataqxananın binasının qarşısından tək keçib kirayə yaşadığı evə qayıdan zaman binanın girişində divara 01 ədəd mopedin söykədildiyini görmüşdür. Gecə saatları olduğundan mopedi götürüb naqillərini kəsərək bir-birinə toxundurmaqla işə salmış, sonra isə mopedi sürüb kirayə yaşadığı evə getmişdir. İfşa olunmamaq üçün mopedi axşam saatlarında sürmüş, gündüz saatlarında isə müxtəlif yerlərdə gizlətmişdir. 2023-cü ilin noyabr ayının əvvəllərində Ələt qəsəbəsindəki evlərinə, atasının yanına qayıtmışdır. Qəsəbədə yerləşən “Yusif Petrol” yanacaq doldurma məntəqəsində avtoyumaya yuyucu vəzifəsinə işə düzəlmişdir. 09 noyabr 2023-cü il tarixdə yanacaq doldurma məntəqəsinin təkər düzəltmə yerində işləyən Murad adlı şəxs ona demişdir ki, “bu gün qal mənimlə işlə, maaşını verəcəm”. O, Muradla razılaşmışdır. Birlikdə iş yerində olduqları müddət ərzində Muradın bir neçə dəfə cibindəki pulu çıxarıb saydığını görmüşdür. Həmin gecə Murad təkər düzəltmə yerində yatmışdır. Həmin vaxt, yəni 10 noyabr 2024-cü il tarixdə saat 02 radələrində orada olan divar kağızı kəsən bıçağı götürüb Muradın yatdığı vəziyyətdə şalvarının sol yan cibini kəsərək onun cibindəki 1800 (bir min səkkiz yüz) manatı və pulun yanındakı qara rəngli “Redmi Note 9” markalı mobil telefonunu götürüb sakitcə oradan uzaqlaşmışdır. Yenidən Əcəmi metrostansiyası yaxınlığında yerləşən kirayədə yaşadığı evə getmiş, növbəti gün isə Ələt qəsəbəsinə qayıtmışdır. Qəsəbədə yerləşən «Kərim» marketə olan 450 (dörd yüz əlli) manat məbləğində, habelə qəsəbədə yerləşən yataqxananın arxa tərəfindəki geyim mağazasına olan 610 (altı yüz on) manat məbləğində borcunu ödəmişdir. Qalan pula özü üçün paltar almış, kirayə qaldığı evin pulunu vermişdir. Muraddan oğurladığı mobil telefonu 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən telefon mağazalarından birinə 150 (bir yüz əlli) manata satmışdır. Murada məxsus nömrə telefonun üzərində qaldığı üçün düşünmüşdür ki, axtarıb taparlar, ona görə təxminən 2 gün sonra 150 (bir yüz əlli) manatı mağazaya qaytarıb telefonu geri almışdır. Mopedi Ələt qəsəbəsində yerləşən rus qəbirstanlığı deyilən yerdəki körpünün altında gizlətmişdir. Bir neçə gün sonra Ələt qəsəbəsinə getmək üçün Lökbatan dairəsində avtobus gözləyərkən 11-ci Polis bölməsində çalışan Cəsarət müəllim onu görüb yaxınlaşaraq Polis bölməsinə dəvət edib aparmışdır. Polis bölməsində olan zaman üzərində saxladığı, Muraddan oğurladığı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı Ələt qəsəbəsindən həmçinin moped oğurladığını etiraf etmiş, mopedi gizlətdiyi yeri polis əməkdaşlarına göstərməklə mopedi təhvil vermişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında ailəsi ilə birlikdə yaşadığı evdə atası ilə aralarında mübahisə yarandığı üçün əsəbləşib evi tərk etmişdir. Bundan sonra Memar Əcəmi metrosu yaxınlığında günlük kirayə verilən evlərdən birinə yerləşmiş və ümumilikdə 10 gün olmaqla, gündəlik 03 manat ödəmək şərti ilə həmin ünvanda yaşamışdır. xx.xx.2023-cü il tarixdə qərara gəlmişdir ki, işləyib özünə şərait qurmaq üçün Qusar rayonu ərazisindən gizlincə sərhəddən Rusiya Federasiyasına keçsin. Bu məqsədlə həmin gün Bakı şəhər avtovağzalından avtobusla yola çıxmış və təxminən saat 18 radələrində Qusar rayonuna çatmışdır. Bundan sonra piyada Qusar rayonunun Şirvanlı kəndinə getmişdir. Şirvanlı kəndinə çatdıqdan sonra mobil telefonundakı GPS vasitəsi ilə Rusiya Federasiyası ərazisinə qeyri-qanuni yolla gedə biləcəyi istiqaməti müəyyənləşdirib hərəkətə başlamışdır. Təxminən saat 22 radələrində meşəlik ərazi ilə hərəkətə başlamış və təxminən 02 saat sonra sərhədyanı əraziyə gedib çatmışdir. Oradan Rusiya istiqamətində hərəkət edərkən qarşısına təpəlik çıxmış və təpəni aşa bilməyəcəyəyini başa düşüb geri qayıtmağı qərara almışdır. Lakin geri qayıtmaq istəyərkən sərhədboyu ərazidə hərbi avtomobilin hərəkət etdiyini görmüş və yenidən Rusiya istiqamətində qaçmağa başlamışdır. Bu zaman qəfildən dərin xəndəyə düşərək huşunu itirmişdir. Ayılan vaxt sərhədçilər tərəfindən saxlanıldığını görmüşdür. xx.xx.2023-cü il tarixdə günorta saat 13 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində Binə qəsəbəsi istiqamətində hərəkət edən 146 saylı sərnişin avtobusuna əyləşmişdir. Avtobusda arxa oturacaqda əyləşən zaman qarşı tərəfdəki oturacağın üzərində qara rəngli qadın çantasının olduğunu görmüşdür. Avtobusdakı sərnişinlərin ona fikir vermədiklərinə əmin olduqdan sonra gizlincə həmin çantanı götürüb açaraq içərisinə baxdıqda pul kisəsi gözünə sataşmışdır. Pul kisəsini açıb içərisinə baxan zaman 850 (səkkiz yüz əlli) manat pul olduğunu görmüşdür. Həmin pulu götürüb cibinə qoydudan sonra Bakı şəhəri, Suraxanı rayonu, Kardon zavodu adlanan ərazidə düşmək məqsədi ilə sürücüdən xahiş etmişdir ki, avtobusu dayandırsın. Avtobusdan düşərkən tapdığı əl çantasını sürücüyə verib kiminsə yadından çıxdığını bildirmiş və oradan uzaqlaşmışdır. 146 saylı sərnişin avtobusunda oğurluq etdikdən sonra ifşa olunmamaq üçün Gəncə şəhərinə gedib bir müddət orada işləməyi qərara almışdır. Bu məqsədlə həmin ərəfələrdə avtobusla Gəncə şəhərinə getmişdir. xx.xx.2023-cü il tarixdə Gəncə şəhərinqdə «KözTantuni1» adlı restorana yaxınlaşıb kuryer kimi işə düzəlmək istədiyini bildirmişdir. Obyektin adını xatınmadığı sahibi xx.xx.2023-cü il tarixdən səhər saatlarında işə başlamalı olduğunu demişdir. Özünü həmin vaxt yalandan Nəriman Qurbanov kimi təqdim etmişdir. Obyektin sahibi ilə söhbət zamanı Bakı şəhərindən gəldiyini, Gəncə şəhərində yaşamağa evinin olmadığını söyləmiş və bu zaman kafedə işləyən Nurələm adlı şəxs onu yaşadığı ünvana dəvət etmişdir. Nurələm onu Gəncə şəhərində «Bəy hamamı»nın yaxınlığında yerləşən kirayədə qaldığı binaya aparmışdır. xx.xx.2023-cü il tarixdə Nurələm və otaq yoldaşları ilə birlikdə həmin evdə qalmışdır. Nurələm yatan zaman cibində olan pulunu və həyətdə saxladığı «Tufan M50» markalı mopedin açarını yastığının altına qoyduğunu görüb həmin mopedi və pulu oğurlamaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında kafeyə işə getmiş, Nurələm isə evdə qalmışdır. Bir neçə saat sonra evə qayıtmış və Nurələmə bəhanə ilə evdən paltar götürəcəyini deyib gizlincə onun yatdığı otaqda yastığın altında olan «Tufan M50» markalı motoskiletin açarını və pulu götürüb cibinə qoymuşdur. Ondan şüphələnməsinlər deyə əlində paltar evdən çıxmışdır. Evdən çıxdıqdan sonra pulu sayan zaman 1052 (bir min əlli iki) manat olduğunu görmüşdür. Sonra Nurələmin həyətdə olan «Tufan M50» markalı mopedini işə salıb həmin ərazidən uzaqlaşmışdır. Mopedlə Gəncə şəhərindən Göygöl şəhərinə getmişdir. Göygöldə mopedi satmaq qərarına gəlmişdir. Bu məqsədlə Göygöldə inşaat mallarının satışı mağazasına yaxınlaşaraq orada sonradan adını bildiyi Şahid3 demişdir ki, «uzaq yoldan gəlmişəm və özümə məxsus «Tufan M50» markalı mopedi satmaq istəyirəm». Həmçinin yalandan demişdir ki, guya Neft Akademiyasında tələbə olduğu üçün pula ehtiyacı olduğundan mopedi satmaq istəyir. Mopedin özünə məxsus olduğunu inandırdıqdan sonra 200 (iki yüz) manata Şahid3 satmışdır. Mopedi satdıqdan sonra tanımadığı yol maşını ilə Bakı şəhərinə qayıtmışdır. Əldə etmiş olduğu pulu elə həmin ərəfələrdə şəxsi ehtiyaclarına sərf edib xərcləmişdir. Bundan sonra bir müddət oğurluq etməmişdir. 09 iyun 2024-cü il tarixdə təxminən saat 04-05 radələrində ünvan 6 ünvanında olan zaman evin qarşısında dayanan qırmızı rəngli moped görmüşdür. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin mopedi götürüb oğurlayaraq oradan uzaqlaşmışdır. Təxminən 2-3 gün sonra həmin mopedi Sabunçu bazarının girişində tanımadığı şəxsə 200 (iki yüz) manata satmışdır. 27 iyun 2024-cü il tarixdə günorta saatlarında yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində məişət tullantılarının yığıldığı ərazidən satmaq üçün metal qırıntıları toplayan zaman 01 ədəd tapança, 14 ədəd patron, 01 ədəd tapança darağı və 3 ədəd bıçaq aşkar edib tapmışdır. Satıb pul qazanmaq üçün həmin 01 ədəd tapança, 14 ədəd patron, 01 ədəd tapança darağı və 03 ədəd bıçağı götürüb özü ilə götürdüyü hərbi çantanın içərisinə qoymuşdur. Bundan sonra yaşadığı evə qayıtmışdır. Bakı şəhərində bir çox yerlərdə həmin silahı və patronları satmağa çalışsa da, sata bilməmişdir. 28 iyun 2024-cü il tarixdə Xatun adlı tanışı ilə birlikdə ünvan 11 ünvanının yaxınlığında olarkən mülki geyimli şəxslər onlara yaxınlaşaraq qanunsuz olaraq silah əldə edib saxlamaqda şübhəli olduğunu bildirib onu 32-ci Polis bölməsinə dəvət edib aparmışlar. 32-ci Polis bölməsində şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış aparılacağını bildirib ona hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra ona öz istəyi ilə hüquqlarının müdafiə olunması üçün dövlət büdcəsi hesabına vəkil təqdim olunmuşdur. Daha sonra polis əməkdaşları üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparmışlar. Axtarış zamanı üzərində hər hansı qadağan olunmuş əşya, o cümlədən silah varsa çıxarıb təqdim etməsi təklif olunmuşdur. Buna cavab olaraq əlində saxladığı hərbi çantanı açaraq 01 ədəd tapança, 14 ədəd patron, 01 ədəd tapança darağı və 03 ədəd bıçağı, həmçinin özünə aid digər avadanlıqları təqdim etmişdir. Həmin tapança və patronları haradan və hansı şəkildə əldə etməsi barədə soruşulduqda Ələt qəsəbəsində onunla qonşuluqda yaşayan X4 onun barəsində polisə məlumat verməsini və məhz bundan sonra polis əməkdaşları tərəfindən saxlanıldığını düşünərək məsuliyyətdən yayınmaq üçün polis əməkdaşlarına yalandan həmin tapançanı, patronları və üç ədəd bıçağı X5 məxsus ünvan 12 ünvanından gizlincə oğurladığını bildirmişdir. Bundan sonra təqdim etdiyi həmin silah-sursat qablaşdırılmışdır. Şəxsi axtarışla bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o, həmin protokolu imzalamışdır. Sonda əməlindən peşman olduğunu qeyd edərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi, ev 25, mənzil 72-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində işdən çıxıb evinə getmək üçün Yeni Suraxanı qəsəbəsində 104 nömrəli marşurut avtobusuna minmişdir. Həmin vaxt avtobusda çoxlu adam olduğundan basabas olmuş, o, iki əli ilə avtobusun yuxarısında olan dəmirdən tutub dayanmışdır. Basabas olduğu üçün cibindən oğurluq ola biləcəyindən ehtiyat etdiyinə görə yolun yarısında ciblərini yoxlamışdır. Həmin vaxt şalvarının sol cibində pul, sağ cibində isə üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrəsi olan “Redmi NOTE 9 S” markalı, 865 029 054 143 683 və 865 029 054 143 691 İMEİ kodlu mobil telefonu olmuşdur. O, Yeni Günəşli qəsəbəsinə çatıb avtobusdan düşəndə sağ cibinin boş olduğunu hiss edib əlini cibinə salıb görmüşdür ki, telefonu cibində yoxdur, oğurlanmışdır. Bundan sonra o, DİN- nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş və 33-cü PB-nə gedib ərizə yazmışdır. Polis bölməsində təhqiqatçı izahatını almış, lakin o, izahatı oxumadan imza etmişdir. Sonradan izahatını oxuyanda bilmişdir ki, izahatı onun dediyi kimi deyil, başqa cür yazılmışdır. Oğurluq nəticəsində ona 250 (iki yüz əlli) manat məbləğində ziyan dəymişdir. O, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı şikayəti olmadığını, digər məhkəmə iclaslarında iştirak etmək imkanı olmadığından onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2024-cü il tarixli teleqram təqdim edərək məhkəmədə iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs ilə bağlı şikayəti olmadığını, bu və sonrakı məhkəmə proseslərinin onun iştirakı olmadan davam etməsini xahiş etmişdir. Müdafiə tərəfi həmin zərərçəkmiş şəxsi dindirmək istəmədiyini bildirmiş, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Qax şəhəri, Vaqif Eyvazov küçəsi, ev 14-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Atatürk prospektində yerləşən mənzildə kirayədə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində özünə məxsus «Tufan M50» markalı mopedi həmin ərəfələrdə kirayədə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 19 saylı binanın qarşısında saxlayaraq, kirayədə yaşadığı mənzilə qalxmışdır. xx.xx.2023-cü il tarixdə saat 06 radələrində evdən çıxarkən özünə məxsus «Tufan M50» markalı mopedin binanın qarşısında olmadığını görüb oğurlandığını yəqin etmişdir. 21 iyun 2023-cü il tarixdə bununla əlaqədar Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə gedərək ona məxsus «Tufan M50» markalı mopedin oğurlanması barədə şikayət etmişdir. Mopedin oğurlanması nəticəsində ona 900 (doqquz yüz) manat məbləğində maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs8 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gələməməsinin səbəbləri barədə məlumat verməmişdir. Müdafiə tərəfi həmin zərərçəkmiş şəxsi dindirmək istəmədiyini bildirmiş, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri, ünvan 13 ünvanda yaşayır. 2021-ci ildən etibarən «Wolt» şirkətində kuryer işləyir. xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində işdən qayıdıb yaşadığı ünvan 14 ünvanının qarşısında özünə məxsus «Tufan M50» markalı mopedi saxlayaraq evə getmişidr. xx.xx.2023-cü il tarixdə saat 18:40 radələrində işə getmək üçün evdən çıxmışdır. Bu zaman gecə vaxtı binanın qarşısında saxladığı mopedin yerində olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Ətrafdakı şəxslərdən, obyektlərdən, o cümlədən qonşulardan mopedlə bağlı məlumat almaq üçün sorğu-sual etmiş, lakin bunun heç bir nəticəsi olmamışdır. Odur ki, bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Həmin «Tufan M50» markalı mopedi xx.xx.2021-ci il tarixdə 1800 manata almışdır. Mopedin oğurlanması nəticəsində ona 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs6 məhkəmənin hazırlıq iclasında iştirak etsə də, məhkəmənin baxış iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə təqdim edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, məhkəmə iclaslarında iştirak etmək imkanının olmadığını, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirib yekun qərar verilməsini xahiş etmişdir. Müdafiə tərəfi həmin zərərçəkmiş şəxsi dindirmək istəmədiyini bildirmiş, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Musabəyov küçəsi, ev 32-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ali təhsil alır. 2023-cü ilin iyun ayının sonlarında Xəzər rayonu, Mərdəkan qəsəbəsindən 1100 (bir min bir yüz) manata 2020-ci il buraxılış olan qara rəngli «Tufan M50» markalı moped almışdır. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində yaşadığı ünvandan çıxaraq qara rəngli «Tufan M50» markalı mopedi ilə Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi ilə Bəşir Səfəroğlu küçələrinin kəsişməsində yerləşən «Old School» adlı kafeyə getmişdir. Kafeyə daxil olan zaman idarə etdiyi mopedi «Old School» kafesinin yaxınlığında səkinin kənarında saxlamışdır. Bir neçə saat «Old School» kafesində dostları ilə əyləşərək istirahət etmişdir. xx.xx.2023-cü il tarixdə saat 05 radələrində «Old School» kafesindən çıxan zaman ona məxsus «Tufan M50» markalı mopedin yerində olmadığını aşkar etmişdir. Mopedin oğurlandığını aşkar etdikdən sonra DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Mopedin oğurlanması nəticəsində ona 1100 (bir min bir yüz) manat məbləğində maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2025-ci il tarixli teleqram göndərərək xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmədə səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası olmadığını qeyd etmişdir. Müdafiə tərəfi həmin zərərçəkmiş şəxsi dindirmək istəmədiyini bildirmiş, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 17, mənzil 42-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Hazırda işləmir, təqaüdçüdür. Bekar olduğu üçün dəniz kənarında balıq tutmağa getmək üçün özünə 800 (səkkiz yüz) manat müqabilində «Moon AF50» markalı moped almış və sonradan həmin mopedə 500 manat xərc çəkmişdir. 50 kub sm motor həcminə malik həmin moped 2022-ci il tarixdə istehsal edilmiş, rama nömrəsi LJ7PGA289NC, motor nömrəsi 139FMB N4033220 olmuşdur. Mopedi həmişə binanın girişində saxlamışdır. 21 oktyabr 2023-cü il tarixdə saat 09 radələrində mənzildən çıxıb həyətə düşən zaman mopedin yaşadığı ünvan 17 ünvanında yerləşən binanın girişində olmadığını və oğurlandığını aşkar etmişdir. Dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmiş və fotoşəkillər çəkmişlər. Hadisə barədə polisə ərizə vermişdir. Hadisə nəticəsində ümumilikdə ona 1300 (bir min üç yüz) manat məbləğində maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs3 Ötərxan oğlu məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2025-ci il tarixli teleqram göndərərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Müdafiə tərəfi həmin zərərçəkmiş şəxsi dindirmək istəmədiyini bildirmiş, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Salyan rayonu, 2-ci Varlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən nömrəsiz ünvanda ailəsi ilə birlikdə yaşayır. Ələt qəsəbəsində yerləşən «Yusif Petrol» yanacaqdoldurma məntəqəsindəki təkər təmiri sexində işləyir. 10 noyabr 2023-cü il tarixdə «Yusif Petrol» yanacaqdoldurma məntəqəsindəki təkər təmiri sexində işdə olarkən gözünə qaynaq aparatının qaynaq maddəsi düşdüyü üçün gecə saat təxminən 02 radələrində sexdə yatıbmış. Yatan zaman təmir sexinin qapısını açıq qoyubmuş. Yatmamışdan əvvəl «Yusif Petrol» yanacaqdoldurma məntəqəsinin arxa tərəfində yerləşən avtoyuma məntəqəsində işləyən Təqsirləndirilən şəxs da iş yerində qaldığını görmüşdür. Gecə saat təxminən 03 radələrində qəflətən yuxudan oyanmış və bu zaman şalvarının sol cibinin kəsildiyini, cibində olan 1800 manat pulun, habelə yatarkən yanına qoyduğu qara rəngli, üzərində ***- ***-**-** mobil telefon nömrəsi olan 200 (iki yüz) manat dəyərində «Redmi Note 9» markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. Pulunun və mobil telefonunun avtoyuma məntəqəsində işləyən Nəriman tərəfindən oğurlanmasından şübhələndliyi üçün həmin gün Nərimanın atası Eminin Ələt qəsəbəsindəki evinə getmişdir. Emin oğlu Nərimanın evə gəlmədiyini bildirmiş və söz vermişdir ki 3-4 gün ərzində Nərimanı tapıb onun pulunu və mobil telefonunu qaytaracaqdır. Lakin 3-4 gün keçsə də, Emin onun mobil telefonunu və 1800 manat pulunu qaytarmamışdır. Odur ki, hadisə barədə 11-ci Polis bölməsinə ərizə ilə müraciət etmiş və polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər. Oğurluq nəticəsində ümumilikdə ona 2000 (iki min) manat məbləğində maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2025-ci il tarixli teleqram və xx.xx.2025-ci il tarixli ərizə göndərərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasında iştirak etməyə imkanı olmadığını, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini, hökm çıxarılarkən bunun nəzərə alınmasını və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Müdafiə tərəfi həmin zərərçəkmiş şəxsi dindirmək istəmədiyini bildirmiş, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Badaşqan kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində yerləşən nömrəsiz evdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat təxminən 12:15də Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsinə getmək üçün Binə qəsəbəsində **-ZC-*** dövlət qeydiyyat nişanlı 146 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusuna əyləşmişdir. Həmin gün saat 12:55 radələrində Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində avtobusdan düşüb evə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 10:00-da yaşadığı evdə çantasını tapa bilməmiş və çantanı avtobusda unutduğunu düşünüb Binə qəsəbəsinə getmişdir. Orada **-ZC-*** dövlət qeydiyyat nişanlı avtobus sürücüsünü və dispetçeri tapıb bu barədə onlara məlumat vermişdir. Sürücü çantanı ona təqdim edib bildirmişdir ki, naməlum şərnişin çantanı avtobusun salonunda aşkar edərək ona təhvil vermişdir. Həmin vaxt çantaya baxarkən pul kisəsində olan 850 (səkkiz yüz əlli) manat məbləğində pulunun oğurlandığını aşkar etmişdir. Zərərçəkmiş şəxs7 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2025-ci il tarixli teleqram göndərərək xx.xx.2025-ci il tarixdə keçiriləcək məhkəmə iclasında səhhəti ilə bağlı olaraq iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Müdafiə tərəfi həmin zərərçəkmiş şəxsi dindirmək istəmədiyini bildirmiş, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 80, mənzil 61-də kirayədə yaşayır. X12 Kollecinin kompyuter mühəndisliyi fakültəsində 3-cü kursda təhsil alır. Dərsdən sonra Gəncə şəhəri, Nizami küçəsində yerləşən “KözTantuni1” kafesində kuryer işləyir. 14 dekabr 2023-cü il tarixdə “KözTantuni1” kafesində işdə olarkən tanımadığı şəxs kafeyə gəlib özünü Nəriman Qurbanov kimi təqdim edərək işə düzəlmək istədiyini demişdir. Obyekt sahibi həmin şəxsin 15 dekabr 2023-cü ildən işə başlamalı olduğunu demişdir. Söhbət əsnasında həmin şəxs ona Bakı şəhərindən Gəncəyə gəldiyini və yaşamağa evinin olmadığını bildirmişdir. Bu səbəbhən həmin şəxsi Gəncə şəhərində “Bəy hamamı”nın yaxınlığında yerləşən yaşadığı ünvana dəvət etmişdir. Nəriman 14 dekabr 2023-cü il tarixdə onunla və otaq yoldaşları ilə birlikdə həmin mənzildə qalmışdır. Həmin gün evdə olarkən cibindəki 1052 (bir min əlli iki) manat məbləğində pulunu yatdığı otaqda balıncın altına qoyub gizlətmişdir. İdarə etdiyi “Tufan M50” markalı mopedin açarını da balıncın yanına qoymuşdur. 15 dekabr 2023-cü il tarixdə səhər saatlarında Nəriman kafeyə işə getmişdir. Bir neçə saat sonra Nəriman geri qayıdıb paltarlarını götürmək istədiyini demiş və əlində paltar mənzili tərk etmişdir. Nəriman mənzili tərk etdikdən sonra yatdığı otağa keçib balıncan altına baxdıqda 1052 (bir min əlli iki) manat məbləğində pulunun və balıncın yanına qoyduğu “Tufan M50” markalı mopedin açarının yerində olmadığını aşkar etmişdir. Cəld mənzili tərk edərək həyətə çıxmış və “Tufan M50” markalı mopedin həyətdə olmadığını aşkar etmişdir. Bundan sonra hadisə ilə bağlı DİN-nin 102-xidmətinə zəng vurub məlumat vermişdir. Nəriman tərəfindən 1052 (bir min əlli iki) manat məbləğində pulunun və 2000 (iki min) manat dəyərində “Tufan M50” markalı mopedinin oğurlanması nəticəsində ümumilikdə ona 3052 (üç min əlli iki) manat məbləğində maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2025-ci il tarixli teleqram göndərərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, məhkəmədə iştirak etmək imkanı olmadığını, ona vurulan ziyanı tələb etdiyini qeyd etmişdir. Müdafiə tərəfi həmin zərərçəkmiş şəxsi dindirmək istəmədiyini bildirmiş, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 6-də yaşayır. Bakı şəhərində «Pizza in» kafesində kuryer işləyir. 09 iyun 2024-cü il tarixdə saat 02 radələrində özünə məxsus «Tufan M50» markalı mopedi yaşadığı ünvan 6 ünvanının qarşısında saxlamışdır. 10 iyun 2024-cü il tarixdə saat 12 radələrində işə getmək üçün evdən çıxan zaman mopedin yerində olmadığını görmüşdür. Ətrafa nəzər salmış və mopedin ətrafda olmadığına əmin olduqdan sonra bu bardədə dərhal polisə məlumat vermişdir. Mopedin oğurlanması nəticəsində ona 600 (altı yüz) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il tarixdən etibarən bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır, onunla qohumluğu yoxdur, aralarında əlaqə və münasibət, habelə ədavət və ziddiyyət olmamışdır. 28 iyun 2024-cü il tarixdə Nəriman adlı şəxsin qanunsuz olaraq odlu və soyuq silah əldə edib üzərində daşıyaraq gəzdirməsi barədə Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar bölmə rəisinə raportla məruzə edərək əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmiş və Nəriman adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilərək yaxalanmasından ötrü onun rəhbərliyi altında Suraxanı RPİ-nin 32-ci Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 28 iyun 2024-cü il tarixdə saat 07:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs, yəni 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yanında olan 2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmamış X8 ilə birlikdə ünvan 20 ünvanının yaxınlığında saxlanılaraq əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə gətirilmişlər. Bu barədə bölmə rəisinə raportla məruzə olunduqdan sonra bölmənin baş təhqiqatçı, polis kapitanı Rəşad Həsənzadə tərəfindən müdafiə hüququ təmin edilməklə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq şəxsi axtarış və götürmə aparılması haqqında müvafiq qərar qəbul edilməklə onun, əməliyyat müvəkkili Şahid1, Suraxanı RPİ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektoru, polis kapitanı X6, Suraxanı Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi X7 və X3 iştirakları ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl baş təhqiqatçı Rəşad Həsənzadə tərəfindən Təqsirləndirilən şəxs, habelə digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya silah varsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində tutduğu hərbi çantanı təqdim edərək içərisində silah olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin çantaya baxış keçirilərkən içərisində lülə qutusunda ilişmiş vəziyyətdə 01 ədəd patrona bənzər predmet olan "AM 5843 P" №-li, "Makarov" tipli 01 ədəd tapança, həmin tapançanın komplekt hissəsi olan, içərisində 08 ədəd patron olan 01 ədəd daraq, ağ rəngli parçaya bükülmüş 06 ədəd patron, 03 ədəd bıçaq, hərbi kəmər, 01 ədəd məişətdə istifadə olunan qaşıq, səhra şəraitində qida qızdırmaq üçün istifdə olunan şam və onun dəmir altlığı, səhra şəraitində istifadə olunan qida isidici vasitə, tibbi yod, 04 ədəd yara bandı, 02 ədəd sellofan qablaşdırmada olan steril salfet və 01 ədəd rezin jqut aşkar olunmuşdur. Axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Aşkar olunmuş həmin predmetlər baş təhqiqatçı Rəşad Həsənzadə tərəfindən müvafiq qaydada qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Sonra baş təhqiqatçı Rəşad Həsənzadə tərəfindən şəxsi axtarış və götürmə aparılmasına dair müvafiq protokol tərtib olunmuş, tərtib olunmuş protokol şəxsi axtarışda iştirak edən hər bir şəxs, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. O da öz növbəsində həmin protokolu imzalamışdır. Protokol tərtib edilərkən iştirakçılar, eləcə də üzərində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Şahid2 ifadəsinə uyğun olan, eyni məzmunlu ifadə vermişdir. Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2025-ci il tarixli teleqram təqdim edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, üzrlü səbəbdən maddi imkanı və xəstəliyi ilə əlaqədar olaraq məhkəmədə iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmədə cinayət işinə baxılmasını xahiş etmişdir. Müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 21 ünvanda yaşayır. Göygöl rayonunda yerləşən Azər adlı şəxsə məxsus inşaat malları mağazasında fəhlə işləyir. 15 dekabr 2023-cü il tarixdə mağazada olan zaman tanımadığı şəxs mağazaya gəlib Bakı şəhərində Neft Akademiyasında təhsil aldığını, növbəti gün bu məqsədlə Bakı şəhərinə getməli olduğunu, lakin özünə məxsus mopedi apara bilmədiyini və bu səbəbdən həmin mopedi satmaq istədiyini bildirmişdir. Sonra həmin şəxs mopedi 300 (üç yüz) manat müqabilində ona təklif etmişdir. Bir qədər tərəddüd etdikdən sonra cəmi 200 (iki yüz) manat pulunun olduğunu bildirmiş və özünü Təqsirləndirilən şəxs kimi təqdim edən həmin şəxs razılaşaraq idarə etdiyi «Tufan M50» markalı mopedi 200 (iki yüz) manata ona satmışdır. 19 dekabr 2023-cü il tarixdə mağazada olarkən Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin əməkdaşları mağazaya gəlib həmin şəxsin fotoşəkilini təqdim edərək mopedin harada olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs tanıdığını və ondan moped aldığını etiraf edərək bu barədə 2-ci Polis şöbəsində izahat vermişdir. Şahid Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin maddi texniki təminat bölüyünün sürücüsü, baş çavuş Şahid4 Şəmsi oğlu məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, 2021-ci ilin mart ayından etibarən N nömrəli hərbi hissədə xidmət edir. N noyabr 2023-cü il tarixdə təxminən saat 23:38 radələrində hərbi hissənin şəxsi heyəti «Silaha» komandası ilə qaldırılaraq 4-cü sərhəd zastavasının xidməti ərazisinə aparılmışdır. Ərazidə axtarış tədbirlərinə başladıqdan sonra hərbi hissənin qərargah bölüyünün tağım komandiri, gizir Şahid5 ilə birlikdə xidməti davam etdirərkən bir nəfər naməlum şəxsin hərəkət etdiyini aşkar etmişlər. Axtarış hərəkətləri nəticəsində 22 noyabr 2023-cü il təxminən saat 03:20 radələrində 4-cü sərhəd zastavasının 18-ci sahəsində, 65 nömrəli sərhəd nişanından 10 metr sağda, dövlət sərhəd xəttindən 10 metr aralıda, maneə çəpərindən 100 metr aralıda xəndəyin içərisində huşsuz vəziyyətdə bir nəfər naməlum şəxsin olduğunu görmüş və onu ayıldaraq saxlamışlar. İlkin söhbət zamanı həmin şəxsin 2005-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Təqsirləndirilən şəxs dediklərinə görə o, işləmək üçün qanunsuz yolla Rusiya Federasiyasına getmək üçün həmin əraziyə gəlmiş, lakin hərəkətdə olarkən xəndəyin içərisinə yıxılaraq huşunu itirmişdir. Bu barədə dərhal radiorabitə vasitəsilə aidiyyəti üzrə məruzə edib Təqsirləndirilən şəxs 4-cü sərhəd zastavasına aparmışlar. Orada Təqsirləndirilən şəxs ilkin tibbi yardım göstərmişlər. Sonra Təqsirləndirilən şəxs iştirakı ilə əraziyə baxış keçirilmiş və Təqsirləndirilən şəxs inzibati qaydada tutulmuşdur. şahid Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin qərargah bölüyünün 2-ci mühafizə tağımının komandiri, gizir Şahid5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, Şahid4 Şəmsi oğlunun ifadəsinə uyğun olan, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 228.1 və 232.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild İ, i.v. 01); şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli prokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə saat 07:55-də Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasında tutulmuş, onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 07:00-dan tutulmuş hesab edilir (cild İ, i.v. 24); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən silah, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlindəki çantanı təqdim etmiş, çantanın içərisindən 01 ədəd “Makar” tipli üzərində “ДM 5843p” yazılmış içərisində ilişmiş vəziyyətdə bir ədəd patrona bənzər predmet olan silah, içərisində 08 ədəd patron olan 01 ədəd daraq, ağ rəngli parçaya bükülmüş 06 ədəd patron, 03 ədəd bıçaq, hərbi kəmər, 01 ədəd məişətdə istifadə olunan qaşıq, səhra şəraitində qida qızdırmaq üçün istifadə olunan şam və onun dəmir altlığı, səhra şəraitində istifadə olunan qida isidici vasitə, tibbi yod, 04 ədəd yara bandı, 02 ədəd sellofan qablaşdırmada olan steril salfet və 01 ədəd rezin jqut aşkar olunmuşdur. 01 ədəd “Makar” tipli üzərində “ДM 5843p” yazılmış içərisində ilişmiş vəziyyətdə bir ədəd patrona bənzər predmet olan silah, 14 ədəd patron, 01 ədəd daraq bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və AR DİN “Zərflər üçün” 196 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. 03 ədəd bıçaq bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və AR DİN “Zərflər üçün” 196 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Digər əşyalar hərbi çantada qablaşdırılmış və AR DİN “Zərflər üçün” 196 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı onun üzərindən qanunsuz əşya və maddə aşkar edilməmişdir (cild İ, i.v. 27-28); Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild İV, i.v. 3-33); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən tərtib olunan məhkəmə-ballistik ekspertizasına dair xx.xx.2024-cü il tarixli 24/1158 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd AM-5843 P №-li silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır. Yuxarıda göstərilən səbəbə görə həmin silah hal-hazırda texniki cəhətdən nasazdır və atəş açmaq üçün yararsızdır. Silahın təyinatı hər hansı bir dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 14 ədəd patronlar zavod üsulu ilə, Azərbaycan Respublikasında 09 ədədi 2008-ci, 05 ədədi 2011-ci illərdə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdı, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd AM-5843 P №-li silah atəşə yarasız olduğundan qərarın 10-cu sualına cavab verilməmişdir. Təqdim edilmiş cəmi 14 ədəd 9x18 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur. Ekspert rəyinə fotoşəkillər əlavə edilmişdir (cild İ, i.v. 37-44); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 228.1 və 232.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (cild İ, i.v. 51-53); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-210/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1 və 232.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəlinin 28 iyun 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild İ, i.v. 70-73); cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 228.1 və 232.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir (cild İ, i.v. 74-76); cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın ləğv olunması və cinayət işinin başlanılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 müraciəti əsasında toplanmış material üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar əsassız və qanunsuz olduğu üçün ləğv edilmiş və fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cild İ, i.v. 78-79); cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir (cild İ, i.v. 84-85); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İ, i.v. 91); cinayət işi üzrə icraatının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraatının dayandırılmışdır (cild İ, i.v. 103); cinayət işi üzrə icraatının təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraatının təzələnmişdir (cild İ, i.v. 107); cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 29. 318.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 228.1 və 232.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir (cild İ, i.v. 112-117); cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild İ, i.v. 119); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 Ötərxan oğluna məxsus 1800 manat məbləğində pul vəsaitinin və «Redmi Note 9» markalı mobil telefonun oğurlandığı hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən «Yusif Petrol» yanacaq doldurma məntəqəsinin içərisindəki təkər təmiri sexidir. Hadisə yerinin fotocədvəli tərtib olunaraq protokola əlavə olunmuşdur (cild İ, i.v. 124-125); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus «Moon AF50» markalı mopedin oğurlandığı hadisə yeri ünvan 4 ünvanının girişidir. Hadisə yerinin fotocədvəli tərtib olunaraq protokola əlavə olunmuşdur (cild İ, i.v. 134-136); şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə saat 16:30-da tutulmuşdur (cild İ, i.v. 154-155); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (cild İ, i.v. 167-168); Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-272/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimat təmin edilməmişdir (cild İ, i.v. 184-188); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild İ, i.v. 189-190); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 Ötərxan oğlu ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İ, i.v. 199); əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, «Redmi Note 9» markalı mobil telefon Zərərçəkmiş şəxs3 Ötərxan oğluna tanınmaya təqdim edilmişdir. Zərərçəkmiş şəxs3 həmin mobil telefonun ona məxsus olduğunu tanımışdır. Müvafiq fotocədvəl tərtib olunaraq protokola əlavə olunmuşdur (cild İ, i.v. 207- 208); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İ, i.v. 209); əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, “Moon AF50” markalı moped Zərərçəkmiş şəxs4 tanınmaya təqdim edilmişdir. Zərərçəkmiş şəxs4 həmin mopedin ona məxsus olduğunu tanımışdır. Müvafiq fotocədvəl tərtib olunaraq protokola əlavə olunmuşdur (cild İ, i.v. 217-218); axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cild İ, i.v. 220); cinayət işi üzrə icraatının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (cild İ, i.v. 221); xx.xx.2024-cü il tarixli tutma protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:20-də tutulmuşdur (cild İ, i.v. 225); cinayət işi üzrə icraatının təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (cild İ, i.v. 226); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (cild İ, i.v. 227-229); cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaqı davam etdirilmişdir (cild İ, i.v. 240-241); cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild İ, i.v. 243); xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, inzibati qaydada tutulan Təqsirləndirilən şəxs üzərindən 1 ədəd AR şəxsiyyət vəsiqəsi, 1 ədəd mobil telefon, 2 manat pul, bel çantası və geyim dəstləri aşkar edilmişdir (cild İ, i.v. 250); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədini Rusiya Federasiyası istiqamətində keçməyə cəhd göstərdiyi hadisə yeri Qusar rayonu, Şirvanlı kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin 4-cü sərhəd zastavasının 18-ci sahəsidir (cild İİ, i.v. 1-2); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild İİ, i.v. 11-12); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild İİ, i.v. 32-33); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur (cild İİ, i.v. 56); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X9 Şəxsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild İİ, i.v. 57); cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaqı davam etdirilmişdir (cild İİ, i.v. 62-63); cinayət işi üzrə icraatının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (cild İİ, i.v. 67); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (cild İİ, i.v. 70-71); cinayət işlərinin birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaqı davam etdirilmişdir (cild İİ, i.v. 72-73); cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild İİ, i.v. 75); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus «Tufan M-50» markalı mopedin oğurlandığı hadisə yeri ünvan 2 ünvanında yerləşən yaşayış binasının giriş blokunun qarşısıdır. Hadisə yerinin fotocədvəli tərtib olunaraq protokola əlavə olunmuşdur (cild İİ, i.v. 81-85); video görüntülərə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus «Tufan M-50» markalı mopedin oğurlanması hadisəsi ilə əlaqədar hadisə yerinin ətrafından əldə edilmiş video görüntülərə baxış keçirilmiş, buna dair bir ədəd disk protokola əlavə olunmuşdur (cild İİ, i.v. 88); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 məxsus «Tufan M-50» markalı mopedin oğurlandığı hadisə yeri ünvan 3 ünvanının qarşısıdır. Hadisə yerinin fotocədvəli tərtib olunaraq protokola əlavə olunmuşdur (cild İİ, i.v. 101-103); götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus «Tufan M-50» markalı moped və Zərərçəkmiş şəxs8 məxsus «Tufan M-50» markalı moped Qaradağ rayonu, Ələt qəsəbəsi, Məşədi Əzizbəyov küçəsi, ev 43 ünvanından və Bakı-Qazax yolunun 75-ci kilometrliyində yerləşən qırmızı rəngli “Yusif” adlı YDM-dən götürülmüşdür (cild İİ, i.v. 111); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 məxsus «Tufan M-50» markalı mopedin oğurlandığı hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu və Topçubaşov küçələrinin kəsişməsidir. Hadisə yerinin fotocədvəli tərtib olunaraq protokola əlavə olunmuşdur (cild İİ, i.v. 125-129); xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs8 məxsus «Tufan M- 50» markalı moped ona geri qaytarılmışdır (cild İİ, i.v. 137); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İİ, i.v. 141-142); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İİ, i.v. 149-150); axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutulması qərara alınmışdır (cild İİ, i.v. 157); cinayət işi üzrə icraatının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (cild İİ, i.v. 159); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (cild İİ, i.v. 161); xx.xx.2024-cü il tarixli tutma protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:10-da tutulmuşdur (cild İİ, i.v. 163); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild İİ, i.v. 173-174); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild İİ, i.v. 186-187); cinayət işi üzrə icraatının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (cild İİ, i.v. 197-198); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair xx.xx.2024-cü il tarixli 9/532 nömrəli rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və fotoşəkilləri təqdim edilmiş malların qərarda göstərilən tarixlərə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 920,00 manata müəyyən edilir. O cümlədən: 2023-cü ilin noyabr ayına: 01 ədəd istifadədə olmuş, “Redmi” markalı, M2004J19G modelli mobil telefon (kompekləşməsinə daxil edilən aksesuarlarının olmaması və üzərindəki qüsurlar nəzərə alınmaqla) 120 manat; 2023-cü ilin oktyabr ayına: 01 ədəd istifadədə olmuş «Moon AF50» markalı moped (orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq) - 800 manat (cild İİ, i.v. 199-202); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (cild İİ, i.v. 203-204); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 29, 318.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (cild İİ, i.v. 205-207); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs4 məxsus «Moon AF 50» markalı moped ona təhvil verilmişdir (cild İİ, i.v. 222); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İİ, i.v. 239-240); cinayət işlərinin birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir (cild İİİ, i.v. 6-8); cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild İİİ, i.v. 12); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 məxsus pul vəsaitinin oğurlandığı hadisə yeri Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 81 ünvanında yerləşən 61 nömrəli mənzil, Zərərçəkmiş şəxs7 məxsus «Tufan M50» markalı mopedin oğurlandığı hadisə yeri isə Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 81 ünvanının qarşısıdır. Hadisə yerinin fotocədvəli tərtib olunaraq protokola əlavə olunmuşdur (cild İİİ, i.v. 22-23; 25-27); əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid3 xx.xx.2023-cü il tarixdə 200 manata aldığı motosikleti könüllü olaraq təqdim etmiş, buna dair fotocədvəli tərtib olunaraq protokola əlavə olunmuşdur (cild İİİ, i.v. 24; 28-29); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İİİ, i.v. 38-39); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild İİİ, i.v. 59-60); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild İİİ, i.v. 68-69); axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutulması qərara alınmışdır (cild İİİ, i.v. 70); cinayət işi üzrə icraatının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (cild İİİ, i.v. 71); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 10/301 nömrəli rəyindən görünür ki, Respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, anoloji malların markasına, modelinə uyğun olaraq ekspertiza ekspertiza təyini haqqında qərarda qeyd edilən «Tufan M50» markalı motosikletin 2023-cü ilin dekabr ayına olan orta bazar qiyiməti nəzəri qaydada təxminən 900 manat müəyyən edilir (cild İİİ, i.v. 73-76); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (cild İİİ, i.v. 77); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid X10 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı onlar ifadələrində göstərdiklərini bir daha təsdiq etmişlər (cild İİİ, i.v. 106-108); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-320/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5, 228.1, 232.1 və 29, 318.1-ci maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay olmaqla, 29 noyabr 2024-cü il tarixədək uzadılmışdır (cild İİİ, i.v. 115-120); cinayət işlərinin birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir (cild İİİ, i.v. 130-132); cinayət işinin başlanılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 məxsus çantada olan pul kisəsindən 850 manat pulun naməlum şəxs(lər) tərəfindən oğurlanması faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild İİİ, i.v. 135-136); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 üzərindəki əl çantasından pul vəsaitinin oğurlanmasını aşkar etdiyi yer Xəzər rayonu, Binə qəsəbəsi, H.Əliyev prospekti istiqamətində yerləşən, yəni “Bazar Store” market tərəfdə olan dayanacaqdır. Hadisə yerinin fotocədvəli tərtib olunaraq protokola əlavə olunmuşdur (cild İİİ, i.v. 151-152); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 üzərindəki əl çantasından pul vəsaitinin oğurlanmasına dair X11 rayonu, Hövsan qəsəbəsi, Kardon zavodun yaxınlığında yerləşən avtobus dayanacağını göstərmişdir. Hadisə yerinin fotocədvəli tərtib olunaraq protokola əlavə olunmuşdur (cild İİİ, i.v. 157-158); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İİİ, i.v. 164); ifadənin hadisə yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kardon zavod adlanan ünvanda yoxlanmışdır. Bu barədə fotocədvəllər tərtib olunaraq protokola əlavə olunmuşdur (cild İİİ, i.v. 167-168); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild İİİ, i.v. 171- 172); cinayət işlərinin birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir (cild İİİ, i.v. 193-195); cinayət işinin başlanılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild İİİ, i.v. 187); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus «Tufan M50» markalı mopedin oğurlandığı hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, 91 saylı binanın qarşısıdır. Hadisə yerinin fotocədvəli tərtib olunaraq protokola əlavə olunmuşdur (cild İİİ, i.v. 193- 194); cinayət işi üzrə icraatının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (cild İİİ, i.v. 200); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (cild İİİ, i.v. 204); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İİİ, i.v. 205); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild İİİ, i.v. 227-228); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild İİİ, i.v. 233-234); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 3/1667 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli olmaqla “AM 5843 P” №-li, “Makarov” (PM) konstruksiyalı tapançadır-yivli odlu silahdır, texniki cəhətdən nasazdır və atəş açmaq üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet Makarov konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissələri olmaqla, 8 ədəd 9 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş sandıqçadır (daraqdır), istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 10 (on) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (“PM”), “PA-63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır - döyüş sursatıdırlar, istifadəyə (atəşə) yararlıdırlar (cild İİİ, i.v. 244- 247); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd 9 mm kalibrli, AM-5843 P N№-li PM modelli, Makarov kostruksiyalı tapança, 01 ədəd daraq və ekspertiza tədqiqatından sonra qalıq qalmış 11 ədəd 9x18 mm kalibrli patron maddi sübut hesab edilmiş və Suraxanı RPİ-yə saxlanışa verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd CD disk sübut növü hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 03 ədəd bıçaq, hərbi kəmər, 01 ədəd məişətdə istifadə olunan qaşıq, səhra şəraitində qida qızdırmaq üçün istifadə olunan şam və onun dəmir altlığı, səhra şəraitində istifadə olunan qida isidici vasitə, tibbi yod, 04 ədəd yara bandı, 02 ədəd sellofan qablaşdırmada olan steril salfet və 01 ədəd rezin jqut onun ailə üzvlərinə qaytarılmışdır. İş üzrə talamanın predmeti olan əmlakın real dəyəri zərərçəkmiş şəxslərin ifadələrinə istinadən əsas götürülmüşdür. Məhkəmə-ballistik, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri və istintaq hərəkətlərinin protokolları iş üzrə sübut növü kimi qəbul olunmuşdur (cild İV, i.v. 3-33); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham dəyişdirilərək və əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5, 228.1 və 29, 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir (cild İV, i.v. 38-43); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-400/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün olmaqla, 19 dekabr 2024-cü il tarixədək uzadılmışdır (cild İV, i.v. 136-147); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-626/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək dəyişdirilmədən saxlanılmışdır; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-200/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5, 228.1 və 29, 318.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — təkrar törədildikdə (177.2.2); zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə (177.2.5) — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə – iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə — min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.1-ci maddəsinə görə bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 63.1-ci maddəsinə əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır; 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını, cinayət əməlinin bir hissəsini yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslərdən bəzilərinə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin bir çoxunun ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5, 228.1 və 29, 318.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), ziyanın tam ödənilməməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 228.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 29, 318.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə həmin cəzalar qismən toplanmalı, cəzaçəkmə müddətinin başlanğıcı 28 iyun 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd 9 mm kalibrli, AM-5843 P N№-li PM modelli, Makarov kostruksiyalı tapança, 01 ədəd daraq və ekspertiza tədqiqatından sonra qalıq qalmış 11 ədəd 9x18 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 164 (yüz altmış dörd) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 09 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdən 29 noyabr 2023-cü il tarixə qədər, 03 fevral 2024-cü il tarixdən 05 fevral 2024-cü il tarixə qədər, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 05 (beş) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 164 (yüz altmış dörd) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınan Suraxanı RPİ-də saxlanılan – 01 ədəd 9 mm kalibrli, AM-5843 P N№-li PM modelli, Makarov kostruksiyalı tapança, 01 ədəd daraq və ekspertiza tədqiqatından sonra qalıq qalmış 11 ədəd 9x18 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-200/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-200/2025
28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver