Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-202/2022 28.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx xxxxxxxx 2000-ci ildə Yardımlı rayonu, Mirimli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Yardımlı rayonu, Mirimli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qum Adası yaşayış sahəsi, nömrəsiz evdə yaşayan, Suraxanı Rayon Məhkəməsinin 1(010)-25/2019 nömrəli iş üzrə 14 fevral 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3 və 66.5-ci maddələri tətbiq olunmaqla 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 noyabr 2020-ci ildə cəzasının sonu ilə azad olunmuş, Suraxanı Rayon Məhkəməsinin 23 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 21 yanvar 2022-ci il tarixindən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 noyabr 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, “Qum Adası” yaşayış sahəsində yerləşən nömrəsiz evin həyətinə qanunsuz daxil olaraq həyətdə olan yarımtikilidən ümumi dəyəri 9.500 manat olan iki ədəd samovarı və 01 ədəd 120 manat dəyərində 5 litr su tutumlu odun samovarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 9.620 manat olmaqla xeyli miqdarda ziyan vurub oğurluq etmişdir. Bundan başqa o, təkrarən 09 yanvar 2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, “Qum Adası” yaşayış sahəsi, ATS küçəsində yerləşən nömrəsiz evin həyətinə qanunsuz daxil olaraq, həyətdə yerləşən, məişət əşyalarının saxlandığı otağa açıq qapıdan daxil olub oradan 1 ədəd 40 manat dəyərində “AEG” markalı “PN20R” modelli orta ölçülü perforatoru, 1 ədəd 80 manat dəyərində “İnter” markalı böyük ölçülü perforatoru, 1 ədəd 40 manat dəyərində “Maekida” markalı orta ölçülü laqondanı, 1 ədəd 100 manat dəyərində samovarı, 300 manat dəyərində kombiyə aid mühərriki, hər birinin dəyəri 50 manat olan ümumi dəyəri 100 manat olan 2 ədəd dreli və 50 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 710 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, 09 yanvar 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Hövsan qəsəbəsi, Qum adası, ATS küçəsində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus olan bir mərtəbəli fərdi yaşayış evindən oğurluq etmişdir. Belə ki, həmin gün yuxarıda göstərilən evin ətrafında gəzərək istər evin yaxınlığında, istərsə də evdə heç kimin olmadığını dəqiqləşdirmiş, daha sonra hasardan aşmaqla həyətə daxil olmuşdur. Daha sonra əl damı kimi hazır olmayan və yaşayış olmayan saxlanc yerinə qapının açıq olmasından istifadə edərək daxil olmuş, oradan 2 ədəd perforatoru, 1 ədəd laqondanı, bir ədəd samovarı, kombi motorunu və bir qədər elektrik naqillərini oğurlamışdır. Həmin əşyaları yaşadığı evə aparıb daha sonra satıb pul əldə etmək üçün gizlətməklə saxlamışdır. Samovarı dəmir əlvan metal qəbulu məntəqəsini işlədən Anar adlı şəxsə təxminən 30 manata satmışdır. Digər əşyalar isə saxlanıldıqdan sonra polis əməkdaşlarına təqdim etmişdir. Bu epizod üzrə törətdiyi cinayət əməlinə görə peşmandır. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq etməyib. Göstərilənlərə əsasən ona ittiham aktında göstərilən birinci epizod üzrə bəraət verilməsini, ikinci epizod üzrə isə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 8 noyabr “Zəfər Günü” ilə əlaqədar oğlunun yarışı olduğu üçün dostu ilə birlikdə Göygöl rayonuna getmişdir. Həmin gecə 12 – 01 radələrində oğlu ilə birlikdə evə qayıtmış, qızı və arvadı evdə olmuşdur. Evə qayıtdıqdan sonra gecə saat 04-ə qədər oyaq olmuşlar. Səhər yuxudan oyandıqdan sonra işə getmək üçün həyətə çıxmış və evin həyətində olan yarımtikilidə pilləkənin yerində olmadığını görmüşdür. Sonra arvadı gecə həyətə kiminsə girdiyini bildirmişdir. O, isə arvadının dediyinə inanmamış və elə bir şey olmadığını demişdir. Daha sonra zirzəmiyə baxdıqda samovarların yerində olmadığını görmüş və həqiqətən kiminsə həyətə girdiyini, oğurluq olduğunu bilmişdir. Həmin vaxt 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həyətindən üç ədəd samovar oğurlanıb. Oğurlanan samovarlardan ikisi antikvar, digəri isə adi samovar olub. Zərərçəkmiş şəxs həmçinin bildirir ki, samovarları çətin tapıla biləcək yerdə gizlətmişdir və ağlına belə gəlmirdi ki, onları oradan kimsə oğurlaya bilər. Lakin hadisə yerinə polis əməkdaşlarının və təqsirləndirilən şəxsin iştirakı ilə baxış keçirilməsi zamanı təqsirləndirilən şəxs özü, heç bir kənar müdaxilə olmadan evə necə və hansı üsulla daxil olduğunu dəqiqliklə bildirmiş və samovarları götürdüyü yeri dəqiq göstərmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, 2003-cü ildən etibarən ünvan 1 ünvanında dəmir əlvan metal qəbulu məntəqəsini işlədir. Təqsirləndirilən şəxs onun işlətdiyi məntəqəyə yaxınlaşaraq bir ədəd samovarı satdığını ona dedikdə, o, samovara baxdıqdan sonra həmin samovarı 30 manata Təqsirləndirilən şəxs almışdır. Təqsirləndirilən şəxs samovarı alan zaman müvafiq sənədləşmə aparmamışdır. Samovarın oğurluq olmasından xəbəri olmayıb. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyinə baxmayaraq, onun ittiham aktının nəticəvi hissəsində təsvir olunmuş cinayət əməllərini törətməsi faktı iş üzrə toplanmış sübutlarla təsdiq olunur. 12 aprel 2022-ci il tarixli 9/1725 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1 ədəd “AEG” markalı “PN20R” modelli orta ölçülü perforator 2022-ci ilin yanvar ayına – 40,0 manat; 1 ədəd “İnter” markalı böyük ölçülü perforator 2022-ci ilin yanvar ayına – 80,0 manat; 1 ədəd “Maekida” markalı orta ölçülü laqonda 2022-ci ilin yanvar ayına – 40,0 manat; 1 ədəd 5 litr su tutumlu odun samovarı 2021-ci ilin noyabr ayına – 120,0 manat. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə həmçinin cinayət işinin materiallarını, o cümlədən təqsirləndirilən şəxsin iş üzrə ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində hər iki epizod üzrə oğurluq cinayətini törətdiyini etiraf etməsini (təqsirləndirilən şəxs öz ifadələrində cinayətləri hansı üsulla törətdiyini belə ətraflı təsvir edib), zərərçəkmiş şəxsin ifadəsini (zərərçəkmiş şəxsin ifadəsindən görünür ki, hadisə yerinin müayinəsi zamanı təqsirləndirilən şəxs oğurluğu hansı üsulla etdiyini sərbəst və ətraflı təsvir etmişdir) və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirlən şəxsin işin məhkəmə baxışı dövründəki ifadəsi bir epizod üzrə həqiqəti gizlətməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz cinayət əməlini qismən də olsa etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Vəlizadə X1 Rayon Məhkəməsinin 1(010)-25/2019 nömrəli iş üzrə 14 fevral 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3 və 66.5-cü maddələri tətbiq edilməklə 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməllərini yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilmədiyi dövrdə törədib. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1 maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd 5 litr su tutumlu odun samovarı Zərərçəkmiş şəxs1, 1 ədəd “AEG” markalı “PN20R” modelli orta ölçülü perforator, 1 ədəd “İnter” markalı böyük ölçülü perforator və 1 ədəd “Maekida” markalı orta ölçülü laqonda Zərərçəkmiş şəxs2 qaytarıldığından onların sərəncamına verilmiş hesab olunmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 21 yanvar 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd 5 litr su tutumlu odun samovarı Zərərçəkmiş şəxs1, 1 ədəd “AEG” markalı “PN20R” modelli orta ölçülü perforator, 1 ədəd “İnter” markalı böyük ölçülü perforator və 1 ədəd “Maekida” markalı orta ölçülü laqonda Zərərçəkmiş şəxs2 qaytarıldığından həmin zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-202/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-202/2022
28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver