Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-202/2024 04.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X5, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxxx 1994-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, natamam orta təhsilli, məhkumluğu və təhlükəli residivi olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşamış, 16 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 noyabr 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri seçilmiş, 06 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 4(010)- 465/2023 saylı qərarı ilə barəsində əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 1(010)-202/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddəti hazırlıq iclasının yekun qərarı qəbul edilənədək qüvvədə saxlanılmış, həmin məhkəmənin 08 aprel 2024-cü il tarixli, 1(010)-202/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddəti təsdiq edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PXnin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxx 2004-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 yaşamış, 16 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 noyabr 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 ibtidai istintaqda qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli yolla talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmə ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, 11 noyabr 2023-cü il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 25 saylı binanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus «Kia Cerato» markalı **- NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini burğacla vurub sındırmaqla, avtomobildən 01 (bir) ədəd ətir, 01 (bir) ədəd avtomobil monitoru və 01 (bir) ədəd gün eynəyini gizli yolla talayıb, Zərərçəkmiş şəxs2, ümumilikdə 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla ələ keçirmə məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, 11 noyabr 2023-cü il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində, 34A saylı binanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus «BMW» markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini burğacla vurub sındırmaqla, avtomobildən Zərərçəkmiş şəxs4 məxsus 03 (üç) ədəd qısaqol jilet, 04 (dörd) ədəd qış gödəkcəsi, 01 (bir) ədəd uzunqol sviter, 07 (yeddi) ədəd idman geyimi dəsti, 02 (iki) ədəd ağ rəngli ətək, 05 (beş) ədəd qaşlı kəmər, 20 (iyirmi) ədəd qadın corabı-kapronu, 06 (altı) ədəd kombat şalvar, 01 (bir) cüt idman ayaqqabısı, 01 (bir) ədəd «YLS» brendinə aid ətir, 01 (bir) ədəd "xxxx" Firmasına aid qulaqcıq, 01 (bir) ədəd 3 qramlıq qızıl boyunbağı, 01 (bir) ədəd 1 qramlıq qızıl boyunbağı, 01 (bir) ədəd gümüş boyunbağını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4, ümumilikdə 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 27 noyabr 2023-cü il tarixdə, saat 05 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində olan zaman özgənin əmlakını talama məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, ev 41C-də yaşadığı evin qarşısında saxladığı **-PV-*** dövlət qeydiyyat nişanlı “Hyundai Greta”markalı avtomobilinin sağ yan şüşəsinin sındırılması üsulu ilə avtomobilin salonundan 600 (altı yüz) manat və dəyəri 800 (səkkiz yüz) manat olan 01 (bir) ədəd qızıl boyunbağını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1, ümumilikdə 2020 (iki min iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə, 01 dekabr 2023-cü il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində olan zaman özgənin əmlakını talama məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Bağlar massivində sonuncunun yaşadığı evin qarşısında saxladığı ** RR *** dövlət qeydiyyat nişanlı “Mercedes C300” markalı avtomobilinin sağ yan şüşəsininin sındırılması üsulu ilə avtomobilin salonundan 16000 (on altı min) manat və milli valyuta ilə 3400 (üç min dörd yüz) manat ekvivalentində 2000 (iki min) “ABŞ dolları” pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə, 19400 (on doqquz min dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmə məqsədilə, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, 11 noyabr 2023-cü il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 25 saylı binanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus «Kia Cerato» markalı **- NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini burğacla vurub sındırmaqla, avtomobildən 01 (bir) ədəd ətir, 01 (bir) ədəd avtomobil monitoru və 01 (bir) ədəd gün eynəyini gizli yolla talayıb, Zərərçəkmiş şəxs2, ümumilikdə 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, 11 noyabr 2023-cü il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində, 34A saylı binanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs4 qızma məxsus «BMW» markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini burğacla vurub sındırmaqla, avtomobildən Zərərçəkmiş şəxs4 məxsus 03 (üç) ədəd qısaqol jilet, 04 (dörd) ədəd qış gödəkcəsi, 01 (bir) ədəd uzunqol sviter, 07 (yeddi) ədəd idman geyimi dəsti, 02 (iki) ədəd ağ rəngli ətək, 05 (beş) ədəd qaşlı kəmər, 20 (iyirmi) ədəd qadın corabı-kapronu, 06 (altı) ədəd kombat şalvar, 01 (bir) cüt idman ayaqqabısı, 01 (bir) ədəd «YLS» brendinə aid ətir, 01 (bir) ədəd "xxxx" firmasına aid qulaqcıq, 01 (bir) ədəd 3 qramlıq qızıl boyunbağı, 01 (bir) ədəd 1 qramlıq qızıl boyunbağı, 01 (bir) ədəd gümüş boyunbağını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4, ümumilikdə 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi aşağıdakılarla sübuta yetirilir. İbtidai istintaq dövründə və məhkəmənin ilk iclasları zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə özünü tam təqsirli bilərək göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuşdur. 2023-cü ilin iyul ayında 7 saylı cəzaçəkmə müəssəsindən azadlığa buraxılmışdır. Azadlığa çıxdığı gündən heç bir işlə məşğul olmamışdır. Təxminən sentyabr ayında Həzi Aslanov metrosu yaxınlığında Təqsirləndirilən şəxs2lə tanış olmuşdur. Dostluq münasibətləri yarandığından, ara-sıra asudə vaxtlarını birlikdə kafelərdə oturub söhbət etməklə keçirmişlər. Söhbət əsnasında Tahirin atası Fəqanla birlikdə 7 saylı çəzaçəkmə müəssəsində birlikdə cəza çəkdiklərini öyrənmişdir. Bundan sonra, Tahir atası ilə birlikdə onlara qonaq gəlmişdir. Tahir onlarda qonaq olan zaman işsiz və pulsuz olduqlarından avtomobillərdən oğurluq etmək qərarına gəlmişlər. Əldə etdikləri gəliri isə aralarında böləcəkdilər. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında avtomobillərdən oğurluq etməyə başlamışlar. 10 noyabr 2023-cü il tarixində, gecə saatlarında Tahir onlara gəlmiş və oğurluq etmək məqsədilə birlikdə, taksi ilə Nəsimi rayonunun ərazisinə getmişlər. 11 noyabr 2023-cü il tarixdə, gecə saat təxminən 02 radələrində Nəsimi rayonu, Cavadxan küçəsinin yaxınlığında “Kia” markalı avtomobil görmüşdür. Avtomobilin yan şüşəsindən salona baxmış və sürətlər qutusunun yanında eynək olduğunu görmüşdür. Evdən götürdüyü burğacla avtomobilin sağ yan pəncərəsini sındırmışdır. Avtomobildən 01 (bir) ədəd gün eynəyini götürmüş, avtomobildə başqa dəyərli əşya tapmadığından avtomobilin monitorunu sökmək qərarına gəlmişdir. Bu işdə Tahir köməklik etmiş və birlikdə monitoru sökmüşlər. Monitoru və eynəyi avtomobildən götürdüyü sellofana qoyub ara məhlələrlə hadisə yerindən uzaqlaşmışlar. Bundan başqa, 11 noyabr 2023-cü il tarixində, saat 03 radələrində ünvan 5 ünvanın qarşısında qara rəngli “BMW" markalı avtomobil görmüşdür. Avtomobilin içərisinə pəncərədən boylanmış və içərisində çox sayda paketlər olduğunu görmüşdür. Özü ilə gətirdiyi burğacla avtomobilin sağ yan pəncərisini sındırmışdır. Arxa oturacaqda olan 02 (iki) ədəd paketi götürüb Tahirə vermiş və biraz aralı aparmasını demişdir. Tahir yaxınlıqda paketləri zibil qutularının yanına qoyub, geri, yəni yanına qayıtmışdır. Bundan sonra, Tahir avtomobilə daxil olub bir qədər axtarmış, heçnə tapa bilmədiyindən orada piyada şəkildə ara məhlələrlə biraz uzaqlaşıb, taksi ilə birlikdə yaşadığı evə gəlmişlər. Evdə olan zaman avtomobildən götürdükləri paketlərə baxış keçirmiş və həmin paketlərdə müxtəlif qadın geyimləri olduğunu görmüşlər. Bundan başqa, 27 noyabr 2023-ci il tarixdə ağlına oğurluq etmək gəlmişdir. Bu məqsədlə, yaşadığı ünvanın yaxınlığında etsə, tutulacağını bildiyi üçün uzaq ərazi seçməyi qərara almışdır. Oğurluq etmək məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsinə gəlmişdir. Evə oğurluğa girməyin təhlükəli olduğunu bildiyi üçün avtomobilə daxil olmaq istəmişdir. Bülbülə qəsəbəsində gəzən zaman bir neçə avtomobil görsə də, oğurluq etmək üçün düzgün avtomobil olmadığını hiss etmişdir. Bir müddət də gəzdikdən sonra təxminən saat 05 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsindəki evin qarşısında yerləşən “Hyundai Greta” markalı avtomobili görmüşdür. Maşının içərisinə baxan zaman tünd qırmızı rəngli pulqabını görmüşdür. Maşının qabaq sərnişinin oturduğu qapının şüşəsini evdən götürdüyü burğac ilə qıraraq maşına daxil olmuşdur. Maşının şüşəsini sındırdığı tərəfdən əlini salaraq həmin pulqabını götürmüşdür. Pulqabını açan zaman, orada 480 (dörd yüz səksən) manat pul və qızıl boyunbağı olduğunu görüb ərtafa diqqətlə nəzər yetirdikdən sonra, yolun kənarına doğru getmişdir. Oğurladığı pulu evdə şkafda paltarlarının arasında gizlətmişdir. Oğurladığı qızıl boyunbağını Laçın univermağında tanımadığı şəxsə 400 (dörd yüz) manat müqabilində şəxsiyyət vəsiqəsi ilə satmışdır. Bundan sonra, 01 dekabr 2023-cü il tarixdə, saat 01 radələrində siqaret almaq üçün yaşadığı Xətai rayonu, X.Məmmədov küçəsi, ev 13, mənzil 65-dən çıxaraq marketə getmişdir. Siqareti aldıqdan sonra öz-özünə fikirləşmişdir ki, necə pul əldə edə bilər?. Bu zaman ağlına oğurluq etmək gəlmişdir. Bu məqsədlə yaşadığı ünvanın yaxınlığında oğurluq etsə, tutulacağını bildiyi üçün uzaq ərazi seçməyi qərara almışdır. Oğurluq etmək məqsədilə yaşadığı mənzilə qalxaraq evdən burğac götürüb taksi sifariş verib, həmin taksi ilə Hövsan qəsəbəsində yerləşən X4 yanında düşmüşdür. Taksinin gediş haqqını verdikdən sonra ətrafa nəzər salmağa başlamışdır. Üzü Hovsan bağları istiqamətinə doğru getməyə başlamışdır. Evə oğurluğa girməyin təhlükəli olduğunu bildiyi üçün avtomobilə daxil olmaq istəmişdir. Hövsan bağları istiqamətində gəzən zaman bir neçə avtomobil görsə də, oğurluq etmək üçün düzgün avtomobil olmadığını hiss etmişdir. Bir müddət də gəzdikdən sonra, təxminən saat 04 radələrində Hövsan bağlarındakı həyət evinin qarşısında yerləşən “Mercedes” markalı avtomobili görmüşdür. Həmin avtomobil bahalı olduğu üçün maşına yaxınlaşıb içərisinə baxmışdır. Bu zaman maşının içərisində “Airpods” markalı qulaqcığı görmüşdür. Həmin maşının sahibinin imkanlı olmasını güman edərək, maşının qabaq sərnişinin oturduğu qapının şüşəsini evdən götürdüyü burğac ilə qıraraq avtomobilə daxil olmuşdur. Avtomobili axtarmağa başlamış, bu vaxt saxlanc hissəsini açanda 01 (bir) ədəd qara rəngli pulqabı görmüşdür. Pulqabını açan zaman orda olan pulları görəndə axtarmağın yersiz olduğunu bilib, maşından düşərək ətrafı diqqətlə müşahidə etdikdən sonra, yolun kənarına doğru getmişdir. Yolun kənarında dayanan zaman “VAZ 2106” markalı taksi saxlayaraq hara getməsi barədə sual vermiş, o isə taksiyə Türkan qəsəbəsi yaxınlığında düşəcəyini demişdir. Taksiyə əyləşib həmin ünvanın yaxınlığında taksidən düşmüşdür. Oradan da başqa taksi ilə Koroğlu metrosuna gəlmiş, Koroğludan da 12 nömrəli avtobusla yaşadığı Xətai rayonu, X.Məmmədov küçəsi, ev 13, mənzil 65 ünvanına gəlmişdir. Oğurladığı pulu evdə şkafda paltarlarının arasında gizlətmişdir. O, evdə pulu sayan zaman 16000 manat və 2000 dollar olduğunu görmüşdür. Bu pullar barədə heç kimə məlumat verməmişdir. Pulları şəxsi ehtiyacları və onlayn qumar oyunlarında xərcləmişdir. Sonra isə özünə “Redmi Note 13” markalı mobil telefon almışdır. Həmin telefonu Xalqlar metrosunun yaxınlığında yerləşən telefon mağazasında 450 (dörd yüz əlli) manata almışdır. Pulun qalan hissəsi isə evdə şkafın içərisində paltarlarının arasında qalmışdır. 06 dekabr 2023cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİ-yə dəvət olunmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, törətdiyi əməldən peşmandır, özünü tam təqsirli bilir, hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qismini ödəmişdir. Təqsirləndirilən şəxs1 məhkəmənin növbəti iclasları zamanı isə Azərbaycan Respublikası 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus **-PV-*** dövlət qeydiyyat nişanlı “Hyundai Greta” markalı avtomobildən oğurluq etsə də, zərərçəkmiş şəxsə vurduğu ziyanın məbləği azdır. İttiham aktında qeyd edilən və zərərçəkmiş şəxsin bildirdiyi məbləğ şişirdilmiş məbləğdir. Həmçinin Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində sonuncunun yaşadığı evinin qarşısında saxladığı **- RR-*** dövlət qeydiyyat nişanlı “Mercedes C300” markalı avtomobildən pul oğurlasa da, bu pulun məbləği tamamilə şişirdilməklə, həqiqəti əks etdirmir. Odur ki, Zərərçəkmiş şəxs3 Sergey oğlunun avtomobilindən oğurladığı pulun məbləği 19400 (on doqquz min dörd yüz) manat təşkil etməmişdir. Bütün bunları və himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. İbtidai istintaqda və məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə özünü tam təqsirli bilərək göstərmişdir ki, 2019-cu ildə 182 saylı tam orta məktəbin 9 illik təhsilini bitirib məktəbdən ayrılmışdır. Bundan sonra, ailəsinə köməklik etmək məqsədilə müxtəlif ticarət-iaşə obyektlərində satıcı işləmişdir. X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmişdir. Atası 7 saylı cəzaçəkmə müəssəsində cəzasını çəkmişdir. 2022-ci ilin dekabr ayının 5-də azadlığa buraxılmışdır. Təxminən iki ay əvvəl atası “Azar” tətbiqində olarkən təsadüfən cəzaçəkmə müəssəsində birlikdə cəza çəkdiyi Emili görmüş və bir-birlərinə əlaqə nömrələri vermişlər. Atası, o və qardaşı Emilgilə qonaq getmişdir. Həmin vaxtdan Emillə aralarında münasibət yaranmış və tez-tez görüşməyə başlamışlar. İşsiz və pulsuz olduğundan görüşlərinin birində Emillə danışaraq Bakı şəhəri ərazisində avtomobillərdən oğurluq etmək qərarına gəlmişlər. Razılaşmalarına əsasən oğurluq edən zaman o, ətrafı güdməli, Emil isə avtomobillərə daxil olub oğurluq etməli idi. Əldə etdikləri gəliri isə aralarında böləcəkdilər. Bu zaman 2023-cü ilin oktyabr ayından oğurluq etməyə başlamış və Bakı şəhərinin müxtəlif ərazilərində avtomobillərdən oğurluq etməyə başlamışlar. 10 noyabr 2023-cü il tarixdə, gecə saat 23 radələrində Emilgilə getmiş və birlikdə oğurluq etmək məqsədilə Nəsimi rayonunun ərazisinə gəlmişlər. 11 noyabr 2023-cü il tarixdə, gecə saat 02 radələrində avtomobillərə bir-bir baxıb gəzmiş və Cavadxan küçəsində “Kia” markalı avtomobil görmüşdür. Emil avtomobilə yaxınlaşmış, o isə bir qədər aralı çəkilib ətrafı güdmüşdür. Emil özü ilə gətirdiyi burğacla avtomobilin sağ yan pəncərisini sındırmışdır. Emil avtomobildən 01 (bir) ədəd eynək, avtomobilə məxsus monitor, ətir və 7 manat pul götürmüşdür. Həmin əşyaları zibil qutusundan götürdükləri paketə qoyub hadisə yerindən uzaqlaşmışlar. Bundan başqa, 11 noyabr 2023-cü il tarixdə, saat 03 radələrində Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 34A ünvanın qarşısında qara rəngli “BMW” markalı avtomobil görmüşlər. Emil avtomobilin içərisinə pəncərədən boylanmış və içərisində çox sayda paketlər olduğunu görmüşdür. Emil özü ilə gətirdiyi burğacla avtomobilin sağ yan pəncərisini sındırmışdır. Arxa oturacaqda olan 02 (iki) ədəd paketi götürüb ona vermiş və biraz aralı aparmasını demişdir. O, da paketləri bir qədər kənara aparmış və zibil qutularının yanına qoyub, geri Emilin yanına qayıtmışdır. Bundan sonra, o, avtomobilə daxil olub bir qədər axtarmış, heç nə tapa bilmədiyindən oradan piyada ara məhlələrlə biraz uzaqlaşıb, taksi ilə birlikdə Emilin yaşadığı evə gəlmişlər. Evdə olan zaman avtomobildən götürdükləri paketlərə baxış keçirmiş və həmin paketlərdə müxtəlif qadın geyimləri olduğunu görmüşlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, törətdiyi əmələ görə çox peşmandır, özünü tam təqsirli bilir, zərərçəkmiş şəxslərə, yəni Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tamamilə ödəmiş və onlarla barışmışdır. Bütün bunları nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 26 noyabr 2023-cü il tarixdə, təxminən saat 20 radələrində “Hyundai Greta” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilini ünvan 6 ünvanının qarşısında saxlayıb evə keçmişdir. Maşından düşən zaman ona məxsus pulqabını götürmək yadından çıxmışdır. Həmin pulqabının içərisində 600 (altı yüz) manat pul, 100 (yüz) dollar və 800 (səkkiz yüz) manat dəyərində qızıl boyunbağı olmuşdur. 27 noyabr 2023-cü il tarixdə, təxminən saat 8 radələrində evdən çıxan zaman ona məxsus avtomobilin yan şüşəsinin sınıq olduğunu görmüşdür. Maşının içərisinə nəzər yetirən zaman orada olan özünə məxsus bank kartlarının oturacağın üzərində olduğunu görmüş, bu zaman dərhal DİN-in 102 zəng xidmətinə məlumat vermişdir. Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Odur ki, 450 manat dəyərində sınıq şüşənin bərpa xərci də daxil olmaqla, hadisə nəticəsində ona 2020 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs1 şikayətçidir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona dəymiş 2020 manat ziyanın 1000 manatı ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs1 şikayətçidir. Zərərçəkmiş şəxs1 08 may 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, oğurluq nəticəsində ona dəymiş 2020 manat ziyanın 1000 manatı ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs1 şikayətçidir. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla, ünvan 7 ünvanında yaşayır. 10 noyabr 2023-cü il tarixdə özünə məxsus “Kia Cerato” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı ünvan 7 ünvanının qarşısında saxlayaraq avtomobilin qapılarını kilitləmiş və gecələmək üçün yaşadığı evə getmişdir. 11 noyabr 2023-cü il tarixdə səhər işə gedəndə avtomobil ilə deyil, piyada getdiyi üçün avtomobildən məlumatı olmamışdır. Həmin gün işdə olan zaman adını unutduğu qonşusu ona məlumat verərək avtomobilinin şüşəsinin sınıq olduğunu bildirmişdir. O, dərhal avtomobilinin olduğu yerə getmiş və qonşu tərəfindən verilən məlumatın doğru olduğu ona məlum olmuşdur. Avtomobilin salonuna baxış keçirən zaman avtomobilə quraşdırdığı dəyəri 350 (üç yüz əlli) manat olan monitorun və dəyəri 100 (yüz) manat olan monitorun bərkidildiyi çərçivənin, 30 manat dəyərində ətirinin və 20 manat dəyərində günəş eynəyinin avtomobildə olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona 500 (beş yüz) manat məbləğində maddi ziyan dəymişdir. Oğurluq edən şəxslər tərəfindən ona məxsus avtomobilin şüşəsi də sındırıldığından əlavə olaraq ona 50 (əlli) manat da maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaqda 15 dekabr 2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 ilə barışmış və ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs2 qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayır. Təxminən 6 il olar ki, qadın geyimlərinin satışı ilə məşğul olur. Hal-hazırda ünvan 9 ünvanında yerləşən "CeyShop" adı altında fəaliyyət göstərən mağazasını icarə əsasında işlədir. 10 noyabr 2023-cü il tarixdə mağazadan çıxmamışdan öncə Azərbaycan Respublikasının müxtəlif rayonlarından qəbul etdiyi geyim sifarişlərini poçtla göndərmək məqsədi ilə avtomobilinə yığmışdır. Həmin gün saat təxminən 20 radələrində yaşadığı mənzilə gəlmiş və özünə məxsus olan **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobili binanın qarşısında saxlamışdır. Ertəsi gün, yəni 11 noyabr 2023-cü il tarixdə, səhər saat 08 radələrində avtomobilinə yaxınlaşan zaman avtomobilin sağ yan şüşəsinin sındırıldığını aşkar etmiş, lakin buna əhəmiyyət verməmişdir. 12 noyabr 2023-cü il tarixində, saat 12 radələrində anidən arxa oturacağa qoyduğu geyim əşyalarının yerində olmadığını görmüş və bu barədə dərhal "DİN"-in "102" xidməti-zəng mərkəzinə məlumat vermişdir. Bundan sonra, ona məlum olmuşdur ki, avtomobilindən 03 (üç) ədəd qısa qol jileti, 04 (dörd) ədəd qış gödəkçəsi, 01 (bir) ədəd "Zara" firmasına məxsus uzun qol sviter, 07 (yeddi) ədəd idman geyimi dəsti, 02 (iki) ədəd ağ rəngli ətək, 05 (beş) ədəd qaşlı kəmər, 20 (iyirmi) ədəd qadın corabı-kapronu, 6 (altı) kombat şalvar, bir cüt "Armani" firmasına məxsus idman ayaqqabısı, 01 (bir) ədəd “YLS" brendinə məxsus ətir, 01 (bir) ədəd "xxxx" firmasına məxsus qulaqcıq, 01 (bir) ədəd təxminən 3 qram çəkidə qızıl sep, 01 (bir) ədəd təxminən 1 qram çəkidə qızıl sep və 01 (ədəd) gümüş sepin naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Heç kimlə ədavəti yoxdur, hadisənin ona qarşı qərəzli törədilməsini güman etməmiş və heç kimdən şübhələnməmişdir. Hadisə nəticəsində ona, ümumilikdə 4000 (dörd min manat) maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaqda 15 dekabr 2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə və 27 may 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslərlə barışmış və ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir iddia və tələbi yoxdur, şikayətçi deyildir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 30 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində özünə məxsus “Mercedes” markalı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, fərdi evin qarşısında saxlamışdır. Həmin avtomobilin qapılarını bağladıqdan sonra, yaşadığı ünvana getmişdir. 01 dekabr 2023-cü il tarixdə, saat 05 radələrində işə getdiyi zaman avtomobilinin sağ və sol yan şüşəsinin sınıq olduğunu görmüşdür. Avtomobilin içərisinə nəzər keçirən zaman orada olan pul qabının olmadığını görmüşdür. O, DİN-in 102 zəng xidmətinə bu barədə məlumat vermişdir, hadisə nəticəsində ona 16000 (on altı min) manat və 2000 (iki min) dollar maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 06 may 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Hazırki cinayət işi üzrə ona dəymiş ziyan tam olaraq ödənilməmiş və aralarında barışıq əldə edilməmiş, hazırda şikayətçidir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08 dekabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis leytenantı X13 tərəfindən vətəndaş Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material üzrə fakta görə, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (iş.v. 1, İ cild) İş materiallarına əlavə edilmiş 30 noyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs1 tərəfindən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə ünvanlanan ərizədən görünür ki, 26 noyabr 2023-cü il tarixdə, saat 22:00-dan 27 noyabr 2023-cü il tarixə saat 07:40-dək olan müddət ərzində naməlum şəxs, yaşadığı evin qarşısında saxladığı etibarnamə əsasında idarə etdiyi “Hyundai Greta” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan şüşəsini sındıraraq tünd-qırmızı rəngli pulqabının içərisində olan 600 (altı yüz) manat nağd pulu, dəyəri 800 (səkkiz yüz) manat olan 01 (bir) ədəd qızıl boyunbağı ilə birlikdə oğurlamışdır. Avtomaşının şüşəsinin sındırılması nəticəsində də ona 150 manat dəyərində maddi ziyan dəymişdir. Hadisəni törətmiş şəxs və ya şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. (iş.v. 7, İ cild) 27 noyabr 2023-cü il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə, saat 08:25-də Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, 41C saylı evin qarşısında dayanmış qara rəngli, “Hyundai Greta” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmişdir. Baxış zamanı avtomaşının qabaq sağ yan şüşəsinin sındırılmış olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, avtomaşının salonundan tünd-qırmızı rəngli gödəkçəsinin içərisində olan 600 (altı yüz) manat nağd pulu və dəyəri 800 (səkkiz yüz) manat olan 01 (bir) ədəd qızıl boyunbağını oğurlamışdır. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (iş.v. 9-10, İ cild) 08 dekabr 2023-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 32, İ cild) 14 noyabr 2023-cü il tarixli, "xxxx" MMC tərəfindən təqdim edilmiş etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs1 (sürücülük vəsiqəsi BA №030506, dərəcə B, DİN BDYPİ QİŞ tərəfindən 25 noyabr 2021-ci il tarixdə verilib, 25 noyabr 2031-ci il tarixədək qüvvədədir.) 01 iyul 2022-ci il tarixli, ALL000158 saylı avtomobilin nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus **-PV-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Greta” markalı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətinə malikdir. Etibarnamə 05 yanvar 2024-cü il tarixədək qüvvədə olmuşdur. (iş.v. 41, İ cild) 06 dekabr 2023-cü il tarixli, “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (iş.v. 45, İ cild) Zərərçəkmiş şəxs3 tərəfindən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin rəisinə ünvanlanmış 01 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, 01 dekabr 2023-cü il tarixdə, saat təxminən 05:30 radəsində yaşadığı Hövsan qəsəbəsi, Bağlar massivi, Dənizkənarı küçəsində yerləşən nömrəsiz evinin qarşısında, yəni küçədə saxladığı özünə məxsus **-RR-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı maşının qabaq sağ və sol yan pəncərələri sındırılaraq içəri daxil olunub saxlanc yerindən 16000 (on altı min) və 2000 (iki min) ABŞ dolları oğurlanmışdır. Ona, ümumilikdə 19400 manat məbləğində ziyan dəymişdir. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. (iş.v. 51, İ cild) 01 dekabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, nömrəsiz fərdi yaşayış evinin qarşısına baxış keçirilmişdir. Hadisə yerində “Mercedes” markalı, **-RR-*** d.q.n-lı qara rəngli, sedan tipli avtomobil vardır. Hadisə yerinin yaxın ətrafına baxış keçirilən zaman ətrafda müşahidə kameralarına rast gəlinməmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (iş.v. 53-55, İ cild) 06 dekabr 2023-cü il tarixli “baxış keçirmə və götürmə haqqında” protokoldan görünür ki, ünvan 2nvanında müvəqqəti kirayə yaşayan, oğurluq etməkdə şübhəli olan Təqsirləndirilən şəxs1 evinə baxış keçirilmişdir. İçəridə olan qırmızı rəngli pul qabının içərisində 60 (altmış) ədəd 100 manatlıq, 03 (üç) ədəd 500 manatlıq, 04 (dörd) ədəd 200 manatlıq, 13 (on üç) ədəd 100 ABŞ dolları aşkar edilib fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (iş.v. 62-65, İ cild) 08 dekabr 2023-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 71, İ cild) İş materiallarına əlavə edilmiş “nəqliyyat vaqsitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, **-RR-*** d.q.n-lı, “Mercedes Benz C300” markalı, sedan tipli, qara rəngli avtomobil Zərərçəkmiş şəxs3 məxsusdur. (iş.v. 81-82, İ cild) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 müstəntiq X6 iş üçün maddi sübut əhəmiyyəti kəsb edən 8300 (səkkiz min üç yüz) manat və 1300 (min üç yüz) ABŞ dolları pulu təhvil almışdır. (iş.v. 142, İ cild) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 müstəntiq X13 üçün sübut əhəmiyyəti kəşf edən 01 (bir) ədəd dəri pulqabını və 1125 (min yüz iyirmi beş) manat pulu təhvil almışdır. (iş.v. 143, İ cild) 08 dekabr 2023-cü il tarixli, “cinayət işlərinin birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi onun Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə ibtidai istintaqın ********* nömrəsi altında davam etdirilməsi qərara alınmışdır. Bundan əlavə, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilmiş və ibtidai istintaqın həmin maddə ilə davam etdirilməsi qərara alınmışdır. (iş.v. 43, İ cild) 10 dekabr 2023-cü il tarixli “əşyanın tanınması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim edilən 01 (bir) ədəd pul qabını görünüşündən və rəngindən tanıdığını bildirmişdir. (iş.v. 148-150, İ cild) 01 yanvar 2024-cü il tarixli, “cinayət işlərinin birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və X8 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ibtidai istintaq ********* nömrəsi altında davam etdirilmişdir. (iş.v. 151-153, İ cild) 16 noyabr 2023-cü il tarixli qərarla Nəsimi RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru X14 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (iş.v. 155, İ cild) 12 noyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs4 tərəfindən Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə ünvanlanan ərizədən görünür ki, 10 noyabr 2023-cü il tarixdə, saat 20 radələrində özünə məxsus **-OY-*** d.q.n-lı “BMW” markalı avtomobilini yaşadığı binanın qarşısında saxlamışdır. 11 noyabr 2023-cü il tarixində, saat 08:00 radələrində avtomobilin sağ yan şüşəsinin naməlum şəxs (şəxslər) tərəfindən sındırıldığını və içərisindən təxminən 3000 manat dəyərində qadın geyim əşyaları, "xxxx" firmasına məxsus qulaqcıq və 02 ədəd qızıl sepin oğurlandığını aşkar etmişdir. Qanuni tədbir görülməsini xahiş etmişdir. (iş.v. 158, İ cild) İş materiallarına əlavə edilmiş 112677 №-li “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, **-OY-*** d.q.n-lı “BMW 428İ” minik markalı, sedan tipli, qara metallik rəngli avtomobil Zərərçəkmiş şəxs4 məxsusdur. (iş.v. 162, İ cild) İş materiallarına əlavə edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X24 haqqında şəhadətnaməsi”ndən (VÖEN: **********) görünür ki, Zərərçəkmiş şəxs4 fiziki şəxs kimi 04 oktyabr 2022-ci il tarixdən uçota alınmışdır. (iş.v. 163, İ cild) İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini Bakı şəhəri X15 üzrə Baş idarəsi tərəfindən Zərərçəkmiş şəxs4 vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********8 nömrəli arayış verilmişdir. Təsərrüfat subyektinin adı “Cey Shop”-dur (VÖEN **********). (iş.v. 166, İ cild) 12 noyabr 2023-cü il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə ünvan 13 ünvanda yerləşən hündürmərtəbəli binanın qarşısında baş vermişdir. Avtomobil “ayaqqabı təmiri” kimi fəaliyyət göstərən obyektin qarşısında olmuşdur. Çoxsaylı beşmərtəbəli yaşayış binaları vardır. Bundan əlavə, ticarət-iaşə obyektləri mövcuddur. Naməlum şəxs (şəxslər) “BMW” markalı avtomobilin sağ yan şüşəsini sındırmışlar. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (iş.v. 167-168, İ cild) 16 noyabr 2023-cü il tarixli “təqdimetmə və götürmə haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, 11 noyabr 2023-cü il tarixdə, saat təxminən 02 radələrində ünvan 14 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs4 məxsus “BMW” markalı, **-OY-*** d.q.n-li, avtomobildən oğurladığı 01 (bir) ədəd qısaqol tünd-qəhvəyi rəngdə jileti, 01 (bir) ədəd qara qara rəngli qış gödəkçəsini, 05 (beş) ədəd kəməri, 20 (iyirmi) ədəd qadın corabını, 01 (bir) ədəd uzun qol ağ-qara zolaqları olan, “Zara” brendinə məxsus koftanı, 02 (iki) ədəd ağ rəngli ətəyi, 04 (dörd) ədəd idman geyim dəstini könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi əşyaların fotoşəkilləri çəkilərək protokolda əlavə edilmişdir. (iş.v. 186-187, İ cild) Zərərçəkmiş şəxs2 tərəfindən Nəsimi RPİ-nin 19-cu PŞ-nə ünvanlanan ərizədən görünür ki, 10 noyabr 2023-cü il tarixdə özünə məxsus “Kia Cerato” markalı avtomobili yaşadığı binanın qarşısında saxlamışdır. 11 noyabr 2023-cü il tarixdə axşam saatlarında aşkar etmişdir ki, avtomobilinin şüşəsini sındırıb içərisindən oğurluq etmişlər. Həmin şəxsin (şəxslərin) tapılıb məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. (iş.v. 205, İ cild) 11 noyabr 2023-cü il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında hadisə yerində olmuşdur. Hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsidir. Vətəndaşın deməsinə görə, ünvanın qarşısında saxladığı avtomobilin şüşəsini naməlum şəxslər sındırıb oğurluq etmişlər. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (iş.v. 208-214, İ cild) 16 noyabr 2023-cü il tarixli “təqdimetmə və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 11 noyabr 2023-cü il tarixdə ünvan 17 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus ”Kia Cerato” markalı **-NJ-*** d.q.n-li, avtomobildən oğurladığı qara və qızılı rəng çalarları olar eynəyi və “Stilcool” markasına məxsus monitoru könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi əşyaların fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (iş.v. 219-220, İ cild) 16 noyabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs4 Sahib qızı ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 229, İ cild) 17 noyabr 2023-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.2-ci maddələrinə tövsif edilmişdir. (iş.v. 29, İİ cild) 01 dekabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 68-69, İİ cild) 03 yanvar 2024-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. (iş.v. 102-104, İİ cild) 11 yanvar 2024-cü il tarixli “Mərkəzi Bankın saytına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 01 dekabr 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək olan AZN məzənnələri siyahısından görünür ki, 1 ABŞ dolları 1 manat 70 qəpik təşkil etmişdir. Buna görə də, Zərərçəkmiş şəxs3 Sergeyoviçin həmin dövrün məzənnəsi ilə 2000 ABŞ dolları pulu 3400 manat təşkil etmişdir. (iş.v. 130, İİ cild) 12 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, “11 noyabr 2023cü il tarixdə, gecə saat 02 radələrində Nəsimi rayonu, Cavadxan küçəsinin yaxınlığında “Kia” markalı avtomobil görmüşdür. Avtomobilin yan şüşəsindən salona baxmış və sürətlər qutusunun yanında eynək olduğunu görmüşdür. Evdən götürdüyü burğacla avtomobilin sağ yan pəncərəsini sındırmışdır. Avtomobildən bir ədəd gün eynəyini götürmüşdür. Avtomobildə başqa dəyərli əşya tapmadığından avtomobilin monitorunu sökmək qərarına gəlmişdir. Bu işdə ona Təqsirləndirilən şəxs2 köməklik etmiş və birlikdə monitoru sökmüşlər. Monitoru və eynəyi avtomobildən götürdüyü sellofana qoyub ara məhlələrlə hadisə yerindən uzaqlaşmışlar. Bundan sonra, 11 noyabr 2023-cü il tarixdə, gecə saat 03 radələrində ünvan 18 ünvanın qarşısında qara rəngli ‘'BMW' markalı avtomobil görmüşlər. Avtomobilin içərisinə pəncərədən boylanmış və içərisində çox sayda paketlər olduğunu görmüşlər. Özü ilə gətirdiyi burğacla avtomobilin sağ yan pəncərəsini sındırmışdır. Arxa oturacaqda olan iki ədəd paketi götürüb Tahirə vermiş və biraz aralı aparmasını demişdir. Tahir yaxınlıqda paketləri zibil qutularının yanına qoyub, geri yanına qayıtmışdır. Bundan sonra, Tahir avtomobilə daxil olub bir qədər axtarmış, lakin heç nə tapa bilmədiyindən orada piyada ara məhlələrlə biraz uzaqlaşıb, taksi ilə birlikdə yaşadığı evə gəlmişlər. Bundan sonra, 27 noyabr 2023-ci il tarixdə ağlına oğurluq etmək gəlmiş, bu məqsədlə yaşadığı ünvanın yaxınlığında etsə, tutulacağını bildiyi üçün uzaq ərazi seçməyi qərara almışdır. Oğurluq etmək məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsinə gəlmişdir. Evə oğurluğa girməyin təhlükəli olduğunu bildiyi üçün avtomobilə daxil olmaq istəmişdir. Bülbülə qəsəbəsində gəzən zaman bir neçə avtomobil görsə də, oğurluq etmək üçün düzgün avtomobil olmadığını hiss etmiş, bir müddət də gəzdikdən sonra, təxminən saat 05 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən evin qarşısında saxlanmış “Hyundai Greta” markalı avtomobili görmüşdür. Maşının içərisinə baxan zaman tünd qırmızı təngli pulqabını görmüşdür. Maşının qabaq sərnişininin oturduğu qapının şüşəsini evdən götürdüyü atverka ilə qıraraq maşına daxil olmuşdur. Maşının şüşəni sındırdığı tərəfdən əlini salaraq həmin pulqabını götürmüşdür. Pulqabını açan zaman orda 480 manat pul və qızıl boyunbağı olduğunu görüb ərtafa diqqətlə nəzər yetirdikdən sonra, yolun kənarına doğru getmişdir. Oğurladığı pulu evdə şkafda paltarlarının arasında gizlətmişdir. Oğurladığı qızıl boyunbağını Laçın univermağında tanımadığı şəxsə 400 manat pul müqabilində şəxsiyyət vəsiqəsi ilə satmışdır. Bundan sonra, 01 dekabr 2023-cü il tarixdə, saat 01 radələrində siqaret almaq üçün yaşadığı Xətai rayonu, X.Məmmədov küçəsi, ev 13, mənzil 65-dən çıxaraq marketə getmişdir. Siqareti aldıqdan sonra, öz-özünə fikirləşmişdir ki, necə pul əldə edə bilər? Bu zaman ağlına oğurluq etmək gəlmişdir. Bu məqsədlə yaşadığı ünvanın yaxınlığında etsə, tutulacağını bildiyi üçün uzaq ərazi seçməyi qərara almışdır. Oğurluq etmək məqsədilə yaşadığı mənzilə qalxaraq evdən burğac götürüb taksi sifariş vermiş, taksi ilə Hövsan qəsəbəsində yerləşən X4 yanında düşmüşdür. Taksinin gediş haqqını verdikdən sonra ətrafa nəzər salmağa başlamışdır. Üzü Hovsan bağları istiqamətinə doğru getməyə başlamış, evə oğurluğa girməyin təhlükəli olduğunu bildiyi üçün avtomobilə daxil olmaq istəmiş, Hövsan bağları istiqamətində gəzən zaman bir neçə avtomobil görsə də, oğurluq üçün düzgün avtomobil olmadığını hiss etmişdir. Bir müddət də gəzdikdən sonra, təxminən saat 04 radələrində Hövsan bağlarında yerləşən həyət evinin qarşısında saxlanmış “Mercedes” markalı avtomobili görmüşdür. Həmin avtomobil bahalı olduğu üçün ona yaxınlaşıb içərisinə baxmışdır. Bu zaman avtomobilin içərisində “Air pods” markalı qulaqcığı görmüşdür. Həmin avtomobilin sahibinin imkanlı olduğunu güman edərək, qabaq sərnişinin oturduğu qapının şüşəsini evdən götürdüyü burğacla qıraraq daxil olmuşdur. Avtomobilin salonunu axtarmağa başlamış, onun saxlanc hissəsini açan zaman bir ədəd qara pul qabı görmüşdür. Pul qabını açan zaman orada olan pulları görəndə axtarmağın yersiz olduğunu bilib, avtomobildən düşərək diqqətlə ətrafı müşahidə etdikdən sonra, yolun kənarına doğru getmişdir. Yolun kənarında dayanan zaman VAZ 2106 markalı taksi saxlayaraq hara getməsi barədə sual vermişdir. Taksiyə Türkan qəsəbəsi yaxınlığında düçəcəyini demiş, taksiyə əyləşib Türkan qəsəbəsi yaxınlığında da düşmüşdür. Oradan da başqa taksi ilə Koroğlu metrosuna gəlmişdir. Koroğludan da 12 nömrəli avtobusla yaşadığı Xətai rayonu, X.Məmmədov küçəsi, ev 13, mənzil 65-ə gəlmişdir." İfadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs1 protokola əlavə edilməsi üçün istintaq hərəkətində iştirakı zamanı 07 ədəd fotoşəkli çəkilmişdir. (iş.v. 151-160, İİ cild) İş materiallarına əlavə edilmiş 12 yanvar 2024 və 13 yanvar 2024-cü il tarixli protokollardan görünür ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 ilə üzləşdirmə istintaq hərəkəti keçirilməsindən imtina etmişdir. Bu səbəbdən üzləşdirmə istintaq hərəkətinin keçirilməsi mümkün olmamışdır. (iş.v. 161-162, İİ cild) 15 yanvar 2024-cü il tarixli, 9/9488 saylı məhkəmə-əmtəəşünaslıq ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların (01 ədəd üzərində “Still Cool” yazıları olan istifadədə olmuş avtomobil monitoru çərçivəsi ilə birlikdə, 01 ədəd üzərində “Ray-Ban” yazısı olan, qara rəngli istifadədə olmuş gün eynəyi, 05 ədəd üzərində “Bellina elegant balenciaga sheer tights with elastane matt” yazıları olan qadın corabı (yeni vəziyyətdə), 03 ədəd üzərində “Fashion Shuaiermei” yazıları olan qadın corabı (yeni vəziyyətdə), 06 ədəd üzərində “Fashion the best new desing for women comfortable” qadın corabı (yeni vəziyyətdə), 01 ədəd üzərində markalanma göstəricisi olmayan, çin istehsalı istifadə olunmuş XS ölçülü qolsuz jilet, 04 dəst çin istehsalı üzərində “Ai sili clother” yazıları olan S ölçülü idman dəsti (yeni vəziyyətdə), 01 ədəd Tükiyə istehsalı üzərində “Zara” yazısı olan, S ölçülü, ağ-qara cızıqlı uzunqol gödəkçə (yeni vəziyyətdə), 01 ədəd üzərində “YSJ” yazısı olan qara rəngli, uzunqol gödəkçə (yeni vəziyyətdə), 04 ədəd qaşlı yeni vəziyyətdə qadın kəməri, 02 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan ağ rəngli mini ətək, 06 ədəd “Bellina elegant balenciaga sheer tights with elastane matt yazıları olan qadın corabı (yeni vəziyyətdə)) orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 551 (beş yüz əlli bir) manat müəyyən edilmişdir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. (iş.v. 163-166, İİ cild) 15 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs2 bildirmişdir ki, “10 noyabr 2023-cü il tarixdə, gecə saat 23 radələrində Emilgilə getmiş və bundan sonra, birlikdə oğurluq etmək məqsədilə Nəsimi rayonunun ərazisinə gəlmişlər. 11 noyabr 2023-cü il tarixində gecə saat 02 radələrində avtomobillərə bir-bir baxıb gəzişərkən, Cavadxan küçəsində “Kia” markalı avtomobil görmüşlər. Emil avtomobilə yaxınlaşmış, o isə bir qədər aralı çəkilib atrafı güdmüşdür. Emil özü ilə gətirdiyi burğacla avtomobilin sağ yan pəncərisini sındırmışdır. Emil avtomobildən bir ədəd eynək, avtomobilə məxsus monitor, ətir və 7 manat pul götürmüşdür. Həmin əşyaları zibil qutusundan götürdükləri paketə qoyub hadisə yerindən uzaqlaşmışlar. Bundan başqa, 11 noyabr 2023-cü il tarixdə, gecə saat 03 radələrində ünvan 19 ünvanın qarşısında qara rəngli "‘BMW” markalı avtomobil görmüşlər. Təqsirləndirilən şəxs1 avtomobilin içərisinə pəncərədən boylanmış və içərisində çox sayda paketlər olduğunu görmüşdür. Emil özü ilə gətirdiyi burğacla avtomobilin sağ yan pəncərisini sındırmışdır. Arxa oturacaqda olan iki ədəd paketi götürüb ona vermiş və biraz aralı aparmasını demişdir. O da paketləri bir qədər kənara aparmış və zibil qutularının yanına qoymuş, geri Emilin yanına qayıtmışdır. Bundan sonra, avtomobilə daxil olub bir qədər axtarmış, heç nə tapa bilmədiyindən oradan piyada ara məhlələrlə biraz uzaqlaşıb, taksi ilə birlikdə Emilin yaşadığı evə gəlmişlər. Evdə olan zaman avtomobildən götürdükləri paketlərə baxış keçirmişlər və həmin paketlərdə müxtəlif qadın geyimləri olduğunu görmüşlər.” İfadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs2 protokola əlavə edilməsi üçün istintaq hərəkətində iştirakı zamanı 03 ədəd fotoşəkli çəkilmişdir. (iş.v. 177-181, İİ cild) 18 yanvar 2024-cü il tarixli, “əşyanın tanınmasının aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ünvan 20 ünvanının qarşısında olan “BMW” markalı avtomobilindən oğurlanmış 04 ədəd idman geyim dəstini, 02 ədəd ağ rəngli ətəyi, 04 ədəd qaşlı kəməri, 20 ədəd qadın corabını, 01 ədəd ağ-qara rəngli uzunqol sviteri, 01 ədəd qara rəngli uzunqol qış gödəkçəsini, 01 ədəd tünd qəhvəyi rəngli qısaqol qış gödəkçəsini tanıması üçün istintaq hərəkəti keçirilmişdir. Ona həmin əşyaları tanıyıb-tanımaması, tanıyırsa, hansı əlamətlərindən tanımasını izah etməsi təklif edilmişdir. Tanıyan Zərərçəkmiş şəxs4 04 ədəd idman geyim dəstini, 02 ədəd ağ rəngli ətəyi, 04 ədəd qaşlı kəməri, 20 ədəd qadın corabını, 01 ədəd ağ-qara rəngli uzunqol sviteri, 01 ədəd qara rəngli uzunqol qış gödəkçəsini, 01 ədəd tünd qəhvəyi rəngli qısaqol qış gödəkçəsini tanımışdır. (iş.v. 186-190, İİ cild) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs4 müstəntiq X9 iştirakı ilə ona məxsus 20 ədəd qadın corabını, 01 ədəd qolsuz jileti, 01 ədəd uzun qol gödəkçəni, 04 ədəd qaşlı qadın kəmərini və 04 ədəd S ölçülü qadın kəmərini təhvil almışdır. (iş.v. 185, İİ cild) 18 yanvar 2024-cü il tarixli, “əşyanın tanınmasının aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Nəsimi rayonu, Cavadxan küçəsi 25-in qarşısında olan “Kia Cerato” markalı avtomobilindən oğurlanmış 01 ədəd “Still cool” markalı avtomobil monitorunu, 01 ədəd gün eynəyini tanıması üçün istintaq hərəkəti keçirilmişdir. Ona həmin əşyaları tanıyıbtanımaması, tanıyırsa, hansı əlamətlərindən tanımasını izah etməsi təklif edilmişdir. Tanıyan Zərərçəkmiş şəxs2 ona təqdim olunan 01 ədəd “Still cool” markalı avtomobil monitorunu, 01 ədəd gün eynəyini görünüşündən və rəngindən tanıdığını bildirmişdir. (iş.v. 194-195, İİ cild) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 müstəntiq X9 iştirakı ilə ona məxsus 01 ədəd “Still cool” markalı avtomobil monitorunu, 01 ədəd gün eynəyini saz və işlək vəziyyətdə təhvil almışdır. (iş.v. 196, İİ cild) İş materiallarına əlavə edilmiş nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 X10 ilə ailə qurmuş və bu nikahdan 07 iyun 2012-ci il təvəllüdlü Sevgi Miriyeva olmaqla, himayəsində 1 azyaşlı övladı vardır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 noyabr 2023-cü il tarixdə, saat 14:00-da şübhəli şəxs qismində tutulmuş, 17 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə saat 13:30-da müstəntiq tərəfindən barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri seçilmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 06 dekabr 2023-cü il tarixdə saat 11:30-da şübhəli şəxs qismində tutulmuş, saat 10:30-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 08 dekabr 2023-cü il tarixdə, saat 10:40-da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı müstəntiqin vəsatəti əsasında Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov təqdimatla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 4(010)- 465/2023 saylı qərarı ilə barəsində əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. 11 yanvar 2024-cü il tarixdə, saat 15:40-da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona yenidən həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 1(010)-202/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddəti hazırlıq iclasının yekun qərarı qəbul edilənədək qüvvədə saxlanılmış, həmin məhkəmənin 08 aprel 2024-cü il tarixli, 1(010)-202/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddəti təsdiq edilmiş və hazırda Azərbaycan Respulikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. (iş.v. 2, 31-32, 59-62 İİ cild; 94-95, 18-19, 130-141, İ cild; 133-135 İİ cild) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 16 noyabr 2023-cü il tarixdə, saat 16:00-da şübhəli şəxs qismində tutulmuş, 17 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən rədd edilmişdir. 17 noyabr 2023-cü il tarixdə saat 16:30-da müstəntiq tərəfindən barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 20, 41-42, 53-58, 62-63 İİ cild;) 26 yanvar 2024-cü il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinin tərkib əlamətləri olmadığından barələrində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, qəbul edilmiş qərar və toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Təqsirləndirilən şəxs1 götürülmüş “Redmi Note 13” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi nəzərə alınmışdır. Zərərçəkmiş şəxsə məxsus 01 (bir) ədəd üzərində “Still Cool” yazıları olan avtomobil monitoru, 01 ədəd üzərində “Ray-Ban" yazısı olan qara rəngli gün eynəyi maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmışdır. Zərərçəkmiş şəxsə məxsus 06 ədəd üzərində “Bellina elegant gucci” sheer tights with elastane matb yazıları olan qadın corabı, 05 ədəd üzərində “Bellina elegant balenciaga” sheer tights with elastane matt yazıları olan qadın corabı, 03 ədəd üzərində “Fashion Shuaiermei yazıları olan qadın corabı, 06 ədəd üzərində “Fashion the best new desing for women comfortable” yazısı olan qadın corabı, 01 ədəd üzərində markalanma göstəricisi olmayan, çin istehsalı XS ölçülü qolsuz jilet, 04 dəst çin istehsalı üzərində “Ai sili clother" yazıları olan S ölçülü idman dəsti, 01 ədəd Tükiyə istehsalı üzərində “Zara” yazısı olan, S ölçülü, ağ-qara cızıqlı uzunqol kofta, 01 ədəd üzərində “YSJ” yazısı olan qara rəngli, uzunqol gödəkcə, 04 ədəd qaşlı qadın kəməri, 02 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan ağ rəngli mini ətək maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmışdır. (iş.v. 204-215, İİ cild) Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X17 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqının ilk iclasları zamanı tam etiraf etsə də, məhkəmənin növbəti iclasları zamanı özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus **-PV-*** dövlət qeydiyyat nişanlı “Hyundai Greta” markalı avtomobildən oğurluq etsə də, zərərçəkmiş şəxsə vurduğu ziyanın məbləği azdır. İttiham aktında qeyd edilən və zərərçəkmiş şəxsin bildirdiyi məbləğ şişirdilmiş məbləğdir. Bundan əlavə, Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində sonuncunun yaşadığı evinin qarşısında saxladığı **-RR-*** dövlət qeydiyyat nişanlı “Mercedes C300” markalı avtomobildən pul oğurlasa da, bu pulun məbləği tamamilə şişirdilməklə, həqiqəti əks etdirmir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edəcək heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, ibtidai istintaq zamanı yuxarı qeyd edilən epizodlarla bağlı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın məbləği ilə razılaşmışdır. Məhkəmənin növbəti iclaslarının gedişində heç bir əsas olmadan Təqsirləndirilən şəxs1 vurulmuş ziyanın məbləği ilə razılaşmaması, həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən və sübut növü kimi qiymətləndirilə bilməyən qeyri-mötəbər dəlillər kimi qiymətləndirilir. Məhkəmə təqsirləndirilən şəxsin az məbləğdə olan iki epizod üzrə əlbir olduğu şəxslə birlikdə ziyanı tam ödəməsini, məbləği çox olan digər epizodlar üzrə isə ziyanın bir qisminin qaytarılmasını, qalan hissəsinin isə qaytarıla bilməməsini əsas gətirərək Təqsirləndirilən şəxs1 ziyanı ödəməkdən yayınmaq cəhdi kimi qiymətləndirir. Belə ki, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanın məbləğinin yüksək olması və ziyanı ödəmək iqtidarında olmaması, nəticədə təqsirləndirilən şəxsin məbləğlə razılaşmamasına gətirib çıxarmışdır. Odur ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi xüsusatlar özünü müdafiə xarakteri daşımaqla heç bir mötəbər dəlillə əsaslandırılmadığı üçün, məhkəmə onun dediklərinə tənqidi yanaşaraq məhkəmə iclasında verdiyi ifadəsini sübut növü kimi qiymətləndirmir, əksinə ibtidai istintaq zamanı verdiyi ifadələrini sübut növü olaraq qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyini, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin: 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət – vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi-iqtisadi münasibətdir. Cinayət qanunvericiliyində mülkiyyətin bütün formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilmiş və onun qorunması CM-in əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. X17 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Cinayət qanunvericiliyində cinayətlərin təkrar törədilməsi institutu məsuliyyətin gücləndirilməsi və ya məsuliyyətin ağırlaşdırılması halı kimi qiymətləndirilir. Şəxs tərəfindən cinayətin təkrar törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, ona edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyini göstərir. Bu baxımdan, qanunvericilikdə təkrar cinayətə görə daha ağır cəza təyin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların ibtidai istintaq və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadəsi, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlə məhkum olunmuşdur. O, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.2, 29, 180.2.2, 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3, 69.3 və 93.1.2-ci maddələri tətbiq edilməklə, əvvəli 16 iyun 2016-cı il tarixdən hesablanmaqla, 06 (altı) il 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qərarı ilə CM-in 66.2-ci maddəsi tətbiq edilməklə, ona 06 (altı) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07 may 2018-ci il tarixli qərarına əsasən cəzası 04 (dörd) il 10 (on) ay 29 (iyirmi doqquz) günə endirilmişdir. Bundan əlavə, Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 1(011)-293/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə, əvvəli 08 yanvar 2020-ci il tarixdən hesablanmaqla, qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 08 iyul 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (iş.v. 107-108, İİ cild) Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2016-cı il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli hökmləri ilə ona təyin edilmiş cəzalar üzrə məhkumluğu götürülməmiş və ödənilməmişdir. Belə ki, törətdiyi cinayət əməlləri müvafiq olaraq ağır və az ağır cinayətlər kateqoriyasına aid olmuşdur. CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il, CM-nin 83.3.3-cü maddəsinə əsasən isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2016-cı il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 1(011)-293/2020 saylı hökmləri ilə ona təyin edilmiş cəzaların sonundan CM-lə müəyyən edilmiş müddətlərin keçməməsinə baxmayaraq o, yenidən məhkumluğu ödənilməmiş və ya götürülməmiş 2023-cü ilin noyabr və dekabr aylarında cinayət əməllərini törətmişdir. CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətin residivinə görə, daha sərt cəza tətbiq edilir. Beləliklə, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən təhlükəli residiv hesab olunmalı və CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı üçün həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (iş.v. 183-184, İİ cild) Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməlindən peşman olması, himayəsində 1 azyaşlı uşağın olması, zərərçəkmiş şəxslərə vurduğu ziyanı qismən ödəməsi, onlardan 2-si ilə barışması, zərərçəkmiş şəxslərdən ikisinin ondan heç bir şikayət və tələbinin olmaması və bu barədə təqdim etdikləri ərizələri CM-nin 59.1.4, 59.1.12, 59.1.14 və 59.2ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 əməlindən peşman olması, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəməsi, onlardan hər 2-si ilə barışması, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmaması, bu barədə təqdim etdikləri ərizələri, əvvəllər məhkum olunmaması, CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunan qanunun norması təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 tətbiq oluna bilər. Çünki Təqsirləndirilən şəxs1 cəzanı ağırlaşdıran hal onun təhlükəli residivinin olmasıdır. Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayəthüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Göründüyü kimi, Cinayət Məcəlləsinin 18 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma deyil, əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymətdir. CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə, Təqsirləndirilən şəxs2 isə təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə, iş üzrə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini, zərərçəkmiş şəxsləri dinləyərək, toplanmış sübutların məcmusuna qiymət verərək, araşdırmanın yekunu olaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq cəza təyin edilməli, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 06 dekabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq cəza təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd “Redmi Note 13” markalı mobil telefon Təqsirləndirilən şəxs1 ailə üzvlərinə (yaxın qohumlarına) qaytarılmalı, iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd üzərində “Still Cool” yazıları olan avtomobil monitorunun, 01 ədəd üzərində “Ray-Ban” yazısı olan, qara rəngli gün eynəyinin, 05 ədəd üzərində “Bellina elegant balenciaga sheer tights with elastane matt” yazıları olan qadın corabının, 03 ədəd üzərində “Fashion Shuaiermei” yazıları olan qadın corabının, 06 ədəd üzərində “Fashion the best new desing for women comfortable” qadın corabının, 01 ədəd üzərində markalanma göstəricisi olmayan, çin istehsalı XS ölçülü qolsuz jiletin, 04 dəst çin istehsalı üzərində “Ai sili clother” yazıları olan S ölçülü idman dəstinin, 01 ədəd Tükiyə istehsalı üzərində “Zara” yazısı olan, S ölçülü, ağ-qara cızıqlı uzunqol koftanın, 01 ədəd üzərində “YSJ” yazısı olan qara rəngli, uzunqol gödəkçənin, 04 ədəd qaşlı qadın kəmərin, 02 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan ağ rəngli mini ətəyin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilməli, zərərçəkmiş şəxslərə cinayət əməlləri nəticəsində onlara dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi1, Təqsirləndirilən şəxs2 hüquqlarını isə məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü X18 müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 10 (on) saat, vəkil X11 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslər Təqsirləndirilən şəxs1, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün, Təqsirləndirilən şəxs2 isə məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X7 ödənilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 16 noyabr 2023-cü il tarixdən 17 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 06 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 16 noyabr 2023-cü il tarixdən 17 noyabr 2023-cü il tarixədək (azadlığının məhdudlaşdırıldığı saatlar nəzərə alınmaqla) şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd “Redmi Note 13” markalı mobil telefon Təqsirləndirilən şəxs1 ailə üzvlərinə (yaxın qohumlarına) qaytarılsın. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd üzərində “Still Cool” yazıları olan avtomobil monitorunun, 01 ədəd üzərində “Ray-Ban” yazısı olan, qara rəngli gün eynəyinin, 05 ədəd üzərində “Bellina elegant balenciaga sheer tights with elastane matt” yazıları olan qadın corabının, 03 ədəd üzərində “Fashion Shuaiermei” yazıları olan qadın corabının, 06 ədəd üzərində “Fashion the best new desing for women comfortable” qadın corabının, 01 ədəd üzərində markalanma göstəricisi olmayan, çin istehsalı XS ölçülü qolsuz jiletin, 04 dəst çin istehsalı üzərində “Ai sili clother” yazıları olan S ölçülü idman dəstinin, 01 ədəd Tükiyə istehsalı üzərində “Zara” yazısı olan, S ölçülü, ağ-qara cızıqlı uzunqol koftanın, 01 ədəd üzərində “YSJ” yazısı olan qara rəngli, uzunqol gödəkçənin, 04 ədəd qaşlı qadın kəmərin, 02 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan ağ rəngli mini ətəyin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxslərə cinayət əməlləri nəticəsində onlara dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə xüsusi müsadirənin və mülki iddianın olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat və vəkil X3 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Vəkil Müdafiəçi1 və vəkil X7 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-202/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-202/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver