Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-202/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim: Əliyev Samir İmamverdi oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X3 qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1979-cu ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Oktyabr küçəsi, ev 39, m. 31-də qeydiyyatda olmaqla yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü vəkil kimi, eyni zamanda nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək, Bakı İnzibati və Apellyasiya Məhkəmələrində sonuncuya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeçiliyində olan Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən müavinətlərin ödənilməsi məsələsini həll edəcəyini yalandan vəd verib aldadaraq vahid niyyətə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla Zərərçəkmiş şəxs 01 iyul 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, 39 ünvanda yerləşən 133 saylı poçt şöbəsinin yanında 60 manat, 07 iyul 2023-cü il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən «Araz Market»-də quraşdırılmış “Mpay” ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi "xxxx" ASC-nə aid 4169 7388 4245 0227 saylı bank hesabına göndərilməklə 25 manat, 17 iyul 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, 39 ünvanda yerləşən 133 saylı poçt şöbəsinin yanında 150 manat, 12 noyabr 2023-cü il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən «X4»-də quraşdırılmış “Mpay” ödəniş termnalı vasitəsilə Təqsirləndirilən şəxs istifadə etdiyi həmin bank hesabına göndərilməklə 16 manat, 20 noyabr 2023-cü il tarixdə həmin yerdə quraşdırılmış “Mpay” ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadə etdiyi həmin bank hesabına göndərilməklə 111 manat, 05 mart 2024-cü il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, 39 ünvanda yerləşən 133 saylı poçt şöbəsinin yanında 150 manat, 15 mart 2024-cü il tarixdə həmin ünvanda yerləşən 133 saylı poçt şöbəsinin yanında 500 manat məbləğində pul vəsaitlərini ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 1012 (bir min on iki) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə hər hansı tanışlığı olmamışdır. Təxminən 1-2 il əvvəl Şahid adlı şəxsin taksi fəaliyyəti ilə məşğul olduğu maşınına minərək, “Razin” qəsəbəsinə getmişdir. Onun maşınında gedərkən aralarında açılmış söhbət əsnasında o, hərbi xidmətdə yaralandığını və “veteranlıq” vəsiqəsi aldığını, lakin buna görə müəyyən edilmiş müavinəti almadığını bildirmişdir. O, qanuna əsasən 3 il geri müəyyən edilmiş vaxtda ödənişləri ala bildiyini, buna görə də Müdafiə Nazirliyinə müraciət edərək, imtina məktubu alıb məhkəməyə müraciət etməsini bildirmişdir. Buna görə də ona köməklik etmiş, müraciət edib imtina məktubu almış və Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bu qayda Zərərçəkmiş şəxs də təkrarlanmışdır. Nazilə xanım İlqar vasitəsilə ona da köməklik etməyini istəmişdir. O da eyni qaydada müraciət edib, Bakı İnzibati məhkəməsinə ərizə vermişdir. Məhkəmədə həmin ərizələr təmin edilməmiş, o onlara hüquqi yardım göstərmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suallarda bildirmişdir ki, ümumilikdə ona müraciət etməyi və hüquqi xidmətlər göstərməyi qarşılığında 500 manat pul verilmişdir. Hüquq təhsili yoxdur, ixtisası ümumi iqtisadiyyatdır. Ona Zərərçəkmiş şəxs tərəfindən bütün müraciətləri etməyi üçün etibarnamə verilmiş, o da bütün sənədləri toplayaraq məhkəməyə müraciət etmişdir. 500 manat ümumi, 500 manatı isə hissə-hissə vermişdir, ümumilikdə 1000 manat verdiyin demişdir. Aldatma niyyəti olmamışdır. Şahid adından o müraciət eləmiş, onun vasitəsi ilə Zərərçəkmiş şəxs tanımışdır. O, hüquqi xidmət göstərmiş, xidmət haqqını almışdır, Nazilə xanım isə razı qalmamışdır. Pulu alıb müraciət etdiyi vaxt lazım olan sənədlərə xərcləmişdir. 1000 manatı qaytarmaq niyyəti var. Xəzər Rayon Məhkəməsində də barəsində cinayət işi var, orada hələ hökm çıxarılmamışdır. 8 yaşında bir qızı var. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Siyavuş ilə tanış deyildi, onunla qonşusu İlqar vasitəsi ilə tanış olmuşdur. İlqar da, o da müharibə veteranıdır, onların 3 illik müavinətləri verilmədən qalmışdı. İlqar da Siyavuş ilə tanış olub və Siyavuş ona məsələni həll edəcəyini bildirmişdir. Onlardan hissə-hissə 100-60-20-15 manat pul almış, cəmi 1000 manat pul verilmişdir. Onların məhkəmədə işinə baxılanda Siyavuş işin düzəlməsi üçün hakimə 300 manat pul verməyini demiş, o da ona hazırda həmin məbləğdə pulunun olmadığını, həll edildikdən sonra pul verəcəyini bildirmişdir. Məhkəmədə ərizələri təmin edilmədikdən sonra Siyavuş pul vermədikləri üçün təmin edilmədiyini bildirdi. Həmçinin, o onu arxayın etmişdi ki, Müdafiə Nazirliyindən sosial müavinətin verilməsindən imtina olunma barədə məktub gəlməlidir. O, Asan imza ilə apellyasiya şikayəti imzalanması üçün 150 manat, başqa 100 manat, sonra isə məsələnin həll olması üçün məhkəməyə 500 manat verməli olduqlarını bildirmişdir. Onlarda həll olunması qarşılığında pul verəcəklərini deyəndə o, qardaşının da ona köməklik etdiyini, məsələnin pulla həll olacağına dair söz vermişdir. Apellyasiya Məhkəməsində onlara İnzibati Məhkəmədə deyilən sözlər təkrar deyilmişdir. O, ondan etibarnamə alanda onu vəkil kimi təmsil edəcəyini də bildirmişdi, ancaq Apellyasiya Məhkəməsində onun olmadığını görəndə o dolandırıldıqlarını anlamış və etibarnaməni ləğv etdirmişdir. İstintaq dövründə 1012 manat ziyan dəydiyini demiş və orada yazılanla razılaşır. Ona vəd verilmişdir ki, məhkəmədə sosialdan verilməli olan müavinət bərpa olunacaq və dövlət tərəfindən hissə-hissə kartlarına həmin pul köçürüləcək. Siyavuşa onu vəkil kimi təmsil edəcəyinə görə etibarnamə vermişdir, lakin Apellyasiya məhkəməsində gəlməyəndə gəlməyəndə aldadıldığını bilmiş və sabahı gün gedib ləğv etdirmişdir. İlk dəfə 60 manat ərizə vermək üçün, 100 manat isə İlqar və ondan ayrı-ayrılıqda işə başlamaq üçün xidmət haqqı kimi almışdır. Onların məhkəməyə getməklərini, sənədlər üçün çoxlu yerlərə getməklərini istəmədiyini və bu xidmətlərə görə özü gedəcəyəni demişdir. Xırda-xırda da pul vermişdirlər, qızı ilə gələndə ona pul vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, şirkətdə taksi sürücüsü işləyir və Siyavuş onu taksi kimi sifariş eləmişdir, onu götürüb Razin qəsəbəsinə aparmışdır. Bu formada tanış olmuşdurlar. Onunla söhbətləşmiş və eyni regionlu olduqlarını öyrənmişdir. O, söhbətdən sonra müavinət məsələsini həll edəcəyini bildirmişdir. Hər şey istintaq dövründə qeyd etdiyi kimi olub. O, ona köməklik edəcəyini bildirmiş, o da köməklik etməsini və qarşılığında əvəzini verəcəyini bildirmişdir. Siyavuşu təxminən 1,5-2 il əvvəl olar ki, tanıyır. Siyavuşu tanıdıqdan az sonra Nazilə xanıma məsələni danışmışdır. Nazilə xanımla qonşudur, ona belə bir şəxs olduğunu bildirmiş, o da eyni məsələ olduğu üçün həll olunmasını istədiyini və Siyavuşla görüşmək istədiyini bildirmişdir. Siyavuş özünü vəkil kimi tanıtmışdır və o ondan bir neçə dəfə soruşduqdan sonra ona inanmışdır. Nazilə xanım təxminən 1500 manatdan çox, ancaq qeydiyyatda 1500 manat verdiyini qeyd etmişdir. O isə 500 manatdan çox pul vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü ildə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, lakin barəsində Xəzər RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi məhkəməyə göndərilmişdir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-799/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək barəsində “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(010)-202/2025 nömrəli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək barəsində “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarından müəyyən olubur ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü bir nəfər yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 202/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etməmişdir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 oktyabr 2024-cü il tarixdən 31 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) günün hər günü, azadlıqdan məhrum etmə cəzasının 1(bir) gününə bərabər tutulmaqla, həmin müddət təyin edilmiş cəza müddətindən çıxmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 17 yanvar 2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən hakim: Samir Əliyev
Məhkəmə qərarları › İş №1(010)-202/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-202/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver