Məhkəmə qərarları › İş №1(010)-204/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-204/2024

26.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-204/2024 26.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və onun müqavilə üzrə müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1987-ci ildə Şamaxı rayonu, Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2-si azyaşlı olmaqla, 3 uşağı olan, təhsilsiz, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Qobustan rayonu, Poladlı ə/d, Poladlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 05 oktyabr 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, 28 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 4(010)-449/2023 saylı qərarı ilə əvvəli 28 noyabr 2023-cü il tarixdən hesablanmaqla, barəsində 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 1(010)-204/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla oğurluq etmə, yəni özgənin əmlakını gizli olaraq talama ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 sentyabr 2023-cü il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan qanunsuz daxil olub, həyətdə olan 120 (yüz iyirmi) manat dəyərində su qızdırıcını, 01 (bir) ədəd 100 (yüz) manat dəyərində su qızdırıcını, 125 (yüz iyirmi beş) manat dəyərində su qızdırıcını, 01 (bir) ədəd 320 (üç yüz iyirmi) manat dəyərində “Pressure cleaner” markalı avtoyuma aparatını, 20 (iyirmi) manat dəyərində su bidonunu, 150 (yüz əlli) manat dəyərində açar dəstini, 45 (qırx beş) manat dəyərində su motorunu və hər biri 80 (səksən) manat olmaqla ümumilikdə 320 (üç yüz iyirmi) manat dəyərində profilləri oğurlayaraq Zərərçəkmiş şəxs2, ümumilikdə 1200 (min iki yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 noyabr 2023-cü il tarixdə gecə saat 10 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, İstixana yolunun arxasında yerləşən nömrəsiz fərdi yaşayış evinin zirzəmisinin nəfəsliyinin şüşəsini sındıraraq zirzəmiyə qanunsuz daxil olub oradan hər birinin dəyəri 15 (on beş) manat olmaqla, ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğində 300 (üç yüz) ədəd bayner dartanı, hər birinin dəyəri 0,25 manat (25 qəpik) olmaqla, ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində 10.000 (on min) ədəd led işıqlarını, hər birinin dəyəri 50 (əlli) manat olmaqla, ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində 50 (əlli) ədəd reklam ütüsünü və 70 (yetmiş) manat dəyərində su motorunu oğurlayaraq Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni ümumilikdə 9570 (doqquz min beş yüz yetmiş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə epizodlardan birində özünü tam, digərində isə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, oğurluq etməsinə səbəb çəkdiyi maddi sıxıntılar olmuşdur. 27 sentyabr 2023-cü il tarixdə, saat 21:30 radələrində öz avtomobili ilə hər gün işə getdiyi yoldan evə qayıdarkən yolun sağ tərəfində yerləşən evə nəzər yetirmiş və evin işıqlarının yanmadığını görüb maşınını saxlamış, bir neçə dəqiqə gözlədikdən sonra evə daxil olmaq fikrinə gəlib hasara çıxaraq həyətə boylanmışdır. Heç kimin olmadığını görüb hasardan həyətə daxil olmuş və həyətin qapısından içəri girən kimi həyətin solunda 02 (iki) ədəd su qızdırıcısı, 01 (bir) ədəd su bidonu, 01 (bir) ədəd avtoyuma aparatı, 01 (bir) ədəd qutu içərisində 03 (üç) ədəd açarı və 02 (iki) ədəd də qaz balonu olduğunu görmüşdür. Qaz balonu ağır olduğu üçün götürə bilməmiş, lakin yuxarıda sadalanan qalan əşyaları götürərək həyətdəki taxta pilləkəni hasara yerləşdirib əşyaları bir-bir çölə atmış, sonra isə özü hasardan enərək əşyaları maşına yükləyib Binə qəsəbəsindəki evinə gəlmişdir. 28 sentyabr 2023-cü il tarixində isə oğurladığı əşyalardan 02 (iki) ədəd su qızdırıcını və 01 (bir) ədəd su bidonunu Sabunçu rayonunda yerləşən “Rus bazarı” adlanan yerə apararaq 33 (otuz üç) manata satmışdır. Həmin pullarla isə marketdən alış-veriş etmişdir. Sonra isə iş yerində olarkən polis əməkdaşları gələrək onu Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etmişlər, o, da polis əməkdaşları ilə birlikdə getmiş və maşınının arxa hissəsində saxladığı 01 (bir) ədəd avtoyuma aparatını polis əməkdaşlarına təhvil vermişdir. Bundan başqa, 03 noyabr 2023cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində usta kimi çalışdığı fərdi yaşayış evindən Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq savxozunda yerləşən kirayə yaşadığı nömrəsiz evə qayıdarkən Suraxanı rayonu, Binə qəsəbəsi, İstixana yolunun arxasında yerləşən həyət evinin nəzarətsiz və işıqlarının sönük vəziyyətdə olduğunu görüb həmin evə daxil olmaq qərarına gəlmişdir. Buna səbəb də maddi sıxıntılarının olması və pula ehtiyacının olması idi. Həmin həyət evinin hasarını aşaraq içəri daxil olmuşdur. Bu zaman həyətdə maddi dəyəri olan bir şey tapmadığından evin zirzəmisinə baxmaq qərarına gəlmiş və evin zirzəmisinin nəfəsliyinin şüşəsini sındıraraq içəri daxil olmuşdur. Həmin vaxt orada 01 (bir) ədəd hidrafon və reklam materiallarının olduğunu görüb onları oğurlamaq qərarına gəlmişdir. Həmin əşyaları evin çölünə çıxararaq mobil tətbiq vasitəsilə taksi sifariş vermişdir. Məqsədi oğurladığı əşyaları aparmaq olmuşdur. Taksi gəldikdən sonra, oğurladığı əşyaları avtomobilin yük yerinə yükləyərək aparıb Binə qəsəbəsində çöllük bir əraziyə boşaltmışdır. Həmin günün səhəri isə həmin əşyaları götürüb Sabunçu rayonu ərazisində yerləşən “Bit” bazarına satmaq üçün aparmış və orada tanımadığı şəxsə 120 (yüz iyirmi) manata satmışdır. Əldə etdiyi pulu borclarını ödəmək üçün istifadə etmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirmişdir ki, törətdiyi oğurluq əməllərindən 1-ci epizod ilə bağlı özünü tam təqsirli bilir. Digər epizodla, yəni Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı isə ittiham aktında qeyd edilən məbləğlə razı deyildir. Belə ki, Zərərçəkmiş şəxs1 evindən oğurladığı əşyaların sayı şişirdilmiş məbləğdə yazılmışdır. Məhz bu səbəbdən özünü həmin epizod üzrə qismən təqsirli bilir. İttiham aktında göstərilən led işıqlar və reklam ütüləri də oğurladığı əşyalar arasında olmamışdır. Oğurladığı əşyaları tanımadığı şəxsə satmışdır. Oğurluq edərkən tək olmuş, yanında başqa kimsə olmamışdır. Saxlanılan zaman polis idarəsində polis əməkdaşları tərəfindən döyülmüş, fiziki zorakılığa məruz qalmışdır. Bədənində xəsarət izləri olmuş, həmin xəsarət izləri 3 saylı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinə zamanı aşkar olunaraq tibbi kartada qeyd olunmuşdur. Sonda isə törətdiyi əməldən peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, vurduğu ziyanın bir qismini ödəməsini və himayəsində 2si azyaşlı olmaqla 3 övladının olmasını nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evi hasara alınmış və darvazası vardır. Həmin fərdi yaşayış evinin həyətində yardımçı otaq kimi bir otaq tikmiş və orada özünə məxsus əşyaları saxlayırdı. Hər gün səhər saat 07 radələrində evdən çıxıb axşam saat təxminən 21-22 radələrinə evə qayıdır. 27 sentyabr 2023-cü il tarixdə o saat 07:20 radələrində evdən çıxıb öz işlərinin arxasınca getmiş, ailə üzvləri isə qayınanasıgilə getmişlər. Həmin günü, yəni 27 sentyabr 2023-cü il tarixdə, saat təxminən 21:15 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinə gəlib evinin həyətinə daxil olan kimi, evinin hasarına içəri tərəfdən nərdivan söykəndiyini görmüşdür. Həmin vaxtı o başa düşmüşdür ki, evinin həyətinə kimsə oğurluq etmək üçün daxil olub və buna görə də, dərhal evinin həyətində olan köməkçi otağa baxmış və ona məlum olmuşdur ki, naməlum şəxs onun evinin həyətinə, oradan da həyətdə olan köməkçi otağa daxil olaraq, oradan ona məxsus 120 (yüz iyirmi) manat dəyərində su qızdırıcını, 01 (bir) ədəd 100 (yüz) manat dəyərində su qızdırıcını, 01 ədəd 125 (yüz iyirmi beş) manat dəyərində su qızdırıcını, 01 (bir) ədəd 320 (üç yüz iyirmi) manat dəyərində “Pressure cleaner” markalı avtoyuma aparatını, 20 (iyirmi) manat dəyərində su bidonunu, 150 (yüz əlli) manat dəyərində açar dəstini, 45 (qırx beş) manat dəyərində su motorunu və hər biri 80 (səksən) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat dəyərində 04 (dörd) ədəd profili oğurlamışdır. Oğurluq nəticəsində ona, ümumilikdə 1200 (min iki yüz) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirdi ki, oğurlanmış əşyalardan “Pressure cleaner” markalı avtoyuma aparatı qaytarılmış, təqsirləndirilən şəxs digər əşyaları da qaytaracağını bildirsə də, həmin əşyaları qaytarmamışdır. Sonda isə bildirdi ki, maddi ziyan tam olaraq ödənilməsə də təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs2 27 may 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən dükanı icarəyə götürüb orada reklam materiallarının istehsalı və satışı ilə məşğul olub ailəsini dolandırır. Özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Kardon zavodunun arxasında iki mərtəbəli fərdi yaşayış evi var. Həmin evin ikinci mərtəbəsi yaşayış üçün, birinci mərtəbəsi isə anbar üçün nəzərdə tutulmuşdur. Lakin həmin evdə yaşayış olmadığı üçün o, həmin evin birinci mərtəbəsində yerləşən anbardan istifadə edir. Belə ki, həmin anbarda xarici ölkələrdən sifariş əsasında gətirdiyi reklam materiallarını saxlayır və Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən icarəyə götürdüyü dükanda reklam materialları qurtardığı zaman aparıb orada satır. Həmin özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Kardon zavodunun arxasında olan iki mərtəbəli fərdi yaşayış evinə arabir gedib-gəlir ki, hər şeyin qaydasında olub-olmamasına nəzarət etsin. Sonuncu dəfə həmin evə 03 noyabr 2023-cü il tarixdə işdən sonra getmiş və həmin vaxtı hər şey qaydasında olmuşdur. 04 noyabr 2023-cü il tarixdə, saat təxminən 10 radələrində onun Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Kardon zavodunun arxasında olan iki mərtəbəli fərdi yaşayış evinin yaxınlığında yaşayan xalası oğlu Kamil ona zəng vuraraq taxta parçası istəmişdir. Onun evinin birinci mərtəbəsində olan anbarda taxta parçaları olduğu üçün o, xalası oğlu Kamilə həmin evdən gedib götürməsini demişdir. Təxminən bir saat sonra, xalası oğlu Kamil Cəbrayılov ona zəng vurub evinin anbarından oğurluq olduğunu bildirmişdir. O, dərhal ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Kardon zavodunun arxasında olan iki mərtəbəli fərdi yaşayış evinə getmişdir. Orada ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər onun evinin birinci mərtəbəsində yerləşən anbarın plastik pəncərələrinin dəmir barmaqlıqlarını qıraraq anbara daxil olmuş və oradan hər birinin dəyəri 15 (on beş) manat olmaqla, 300 (üç yüz) ədəd bayner dartanı, hər birinin dəyəri 0,25 manat (25 qəpik) olmaqla, 10.000 (on min) ədəd led işıqları, hər birinin dəyəri 50 (əlli) manat olmaqla, 50 (əlli) ədəd reklam ütüsünü və 70 (yetmiş) manat dəyərində su nasosunu oğurlamışlar. Oğurluq nəticəsində ona, ümumilikdə 9570 (doqquz min beş yüz yetmiş) manat məbləğində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyandan heç bir məbləğ ödənilməmişdir və ondan şikayətçidir. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirdi ki, led işıqlar və reklam ütüsü də daxil olmaqla, ittiham aktında sadalanan bütün əşyalar oğurlanmışdır və həmin əşyaların orada olmasını təsdiq edəcək sənədləri təqdim edə bilər. Evində videokamera olmamışdır, qeyd edilən əşyalar sayca çox olsa da, balaca olduqları üçün hamısı bir qutuda olmuşdur və o qutunu pəncərənin dəmir barmalıqları olsa da, oradan götürmək olardı. Hadisədən əvvəl, sonuncu dəfə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Kardon zavodunun arxasında olan iki mərtəbəli fərdi yaşayış evində 3 noyabr 2023-cü il tarixdə axşam saatlarında olmuş, həmin vaxt isə əşyalar hamısı orada olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 noyabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis leytenantı X7 tərəfindən Zərərçəkmiş şəxs1 şikayət ərizəsi əsasında, ona məxsus bağ evinə qanunsuz daxil olmaqla, əmlakının gizli olaraq talanaraq oğurlanması faktına görə ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmışdır. (iş.v. 1) Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış 04 noyabr 2023-cü il tarixli 3176 saylı raportdan görünür ki, 04 noyabr 2023-cü il tarixdə, saat 10:42-də DİN-in 102 zəng mərkəzinə ********* sayla daxil olmuş məlumatda göstərilmişdir ki, H/Y-ri, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1, reklam materiallarının oğurlanmasını bildirmişdir. 04 noyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, İstixana yolunun arxasında yerləşən fərdi yaşayış evidir. Həmin ev iki mərtəbədən ibarətdir. Həmin evin birinci mərtəbəsində yerləşən anbarın plastik pəncərələrini naməlum şəxslər qıraraq oradan müxtəlif reklam materialları və su nasosunu oğurlamışlar. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Hadisə yerində əl-barmaq izləri ekspert tərəfindən çıxarılaraq protokola əlavə edilmişdir. (iş.v. 8-9) İş materiallarına əlavə edilmiş 17 noyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs1 tərəfindən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanan ərizədən görünür ki, 04 noyabr 2023-cü il tarixdə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, İstixana yolunun arxasında yerləşən evindən naməlum şəxs evin həyətinə hasardan keçmə yolu ilə evin anbarından reklam materialları oğurlayaraq 8500 (səkkiz min beş yüz) manat ziyan vurmuşdur. Oğurluq edən naməlum şəxs və ya şəxslərin tapılıb cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (iş.v.7) Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən DİN-in BCAİ-nin rəisinə ünvanlanmış 20 oktyabr 2023-cü il tarixli, 3-13-11/2- 14085/2024 saylı məktubundan görünür ki, İAMAS məlumat bankında olan xx xxxxxx 1987-ci ildə Şamaxı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs daktiloskopik kartı daxil olmuşdur. Həmin şəxsin əl əksləri ADİS-in məlumat bankında olan açılmayan cinayət işləri üzrə hadisə yerlərinin müayinəsi zamanı götürülmüş əl izləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində Suraxanı RPİ-nin 07 noyabr 2023-cü il tarixli, 3-13-54/2- 24362/2023 nömrəli məktubu vasitəsilə 04 noyabr 2023-cü il tarixdə Suraxanı rayonu, Binə qəsəbəsi, Kardon zavodun arxasında yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin zirzəmisində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 01 (bir) ədədi xx xxxxxx 1987-ci il təvəllüdlü, Şamaxı rayonunda anadan olmuş, Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi (şüşə parçasının üzərindən aşkar edilmiş iz) ilə eynilik müəyyən edilmişdir. (iş.v. 12) 29 noyabr 2023-cü il tarixli, “cinayət işlərinin birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. (iş.v. 41-42) 05 oktyabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X8 tərəfindən Zərərçəkmiş şəxs2 şikayət ərizəsi əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (iş.v. 44) İş materiallarına əlavə edilmiş 02 oktyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs2 tərəfindən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanan ərizədən görünür ki, 27 sentyabr 2023-cü il tarixdə naməlum şəxslərin yaşadığı evin həyətindən 03 (üç) ədəd su qızdırıcını, 01 (bir) ədəd qaz balonunu, 01 (bir) ədəd su nasosu, 01 (bir) ədəd avtoyuma aparatını, 01 (bir) ədəd süd çəni, 03 (üç) ədəd açar dəstini, 03 ədəd bel, 45 (qırx beş) manat dəyərində su motorunu və 04 (dörd) ədəd profili oğurlaması nəticəsində ona 1100 (min yüz) manat maddi ziyan dəymişdir. Oğurluq edən naməlum şəxslərin tapılaraq barələrində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. (iş.v. 46) 27 sentyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən fərdi yaşayış evinin həyətidir. Həmin həyətdə naməlum şəxs su qızdırıcını, avtoyuma aparatını və alüminium süd çənini oğurlamışdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Heç bir sübut əhəmiyyəti kəsb edən əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. (iş.v. 50-52) 04 oktyabr 2023-cü il tarixli “təqdim etmə və götürmə haqqında” protokoldan görünür ki, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçısı, polis mayoru Rəhman İsmayılov 27 sentyabr 2023-cü il tarixdə, saat 22:18-də Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs2 DİNnin 102 xidmətinə və ərizə ilə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə müraciət edərək ona məxsus həyət evindən oğurluq olduğunu bildirmişdir. Qeyd edilən hadisə ilə əlaqədar müvafiq tapşırıq göndərilmiş və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qobustan rayonu, Poladlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılaraq Suraxanı RPİ-in 30-cu polis şöbəsinə gətirilmişdir. Araşdırma zamanı X1 təqdim etdiyi 03 (üç) ədəd açar dəsti və 01 (bir) ədəd avtoyuma qurğusu iş üçün sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Fotoşəkillər protokola əlavə edilmişdir. (iş.v. 61-62) İş materiallarına əlavə edilmiş 29 noyabr 2023-cü il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş və həmin maddələr ilə ibtidai istintaq davam etdirilmişdir. (iş.v. 91-92) İş materiallarına əlavə edilmiş 30 noyabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 136) 01 dekabr 2023-cü il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. (iş.v. 149-150) İş materiallarına əlavə edilmiş 22 yanvar 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 155) 26 yanvar 2024-cü il tarixli, 14 saylı “X4” MMC tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd üzərində “Pressure cleaner” sözləri yazılmış elektrik avtomobil yuyan moyka aparatının hadisənin baş verdiyi 2023-cü ilin noyabr ayına olan nəzəri dəyəri 250,00 manat, 03 (üç) ədəd açarın nəzəri dəyəri isə 15,00 manat olmaqla, həmin əşyaların ümumilikdə dəyəri 265,00 manat məbləğində müəyyən edilmişdir. (iş.v. 175-179) 26 yanvar 2024-cü il tarixli “əşyanın tanınmasının aparılması haqqında” protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən fərdi yaşayış evinin həyətindən oğurlanmış 01 (bir) ədəd “Pressure cleaner” markalı avtoyuma aparatını və 03 (üç) ədəd açarların tanınması aparılmışdır. Zərərçəkmiş şəxs2 həmin 01 (bir) ədəd “Pressure cleaner” markalı avtoyuma aparatını və 03 (üç) ədəd açarı tanıyıb-tanımaması, tanıyırsa hansı əlamətlərindən tanımasını izah etmək təklif olunmuşdur. Tanıyan Zərərçəkmiş şəxs2 təqdim edilən 01 (bir) ədəd “Pressure cleaner” markalı avtoyuma aparatını rəngindən, markasından və 03 (üç) ədəd açarı görünüşündən, ölçüsündən tanıdığını bildirmişdir. Tanınma zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (iş.v. 184-186) İş materiallarına əlavə edilmiş 27 yanvar 2024-cü il tarixli, “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə, saat 21:30 radələrində öz avtomobili ilə hər gün işə getdiyi yoldan evə qayıdarkən yolun sağ tərəfində yerləşən evə nəzər yetirmiş, evin işıqlarının yanmadığını görüb maşınını saxlamış, bir neçə dəqiqə gözlədikdən sonra evə daxil olmaq fikrinə gəlib, hasara çıxaraq həyətə boylanmış, heç kimin olmadığını görüb hasardan həyətə daxil olmuş və həyətin qapısından içəri girən kimi həyətin solunda 02 (iki) ədəd su qızdırıcısı, 01 (bir) ədəd su bidonu, 01 (bir) ədəd avtoyuma aparatı, 01 (bir) qutu içərisində 03 (üç) ədəd açarı və 02 (iki) ədəd qaz balonu olduğunu görmüş, sadalanan əşyaları götürərək həyətdəki taxta pilləkanı hasara yerləşdirib əşyaları bir-bir çölə atmış, sonra isə özü hasardan enərək əşyaları maşına yükləyib Binə qəsəbəsindəki evinə getmişdir. Bundan başqa, 03 noyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində usta kimi çalışdığı fərdi yaşayış evindən Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozunda yerləşən kirayə yaşadığı nömrəsiz evə qayıdarkən Suraxanı rayonu, Binə qəsəbəsi, İstixana yolunun arxasında yerləşən həyət evinin nəzarətsiz və işıqlarının sönük vəziyyətdə olduğunu görüb həmin evə hasarını aşaraq, içəri daxil olub oradan 01 (bir) ədəd hidrafon və reklam materiallarını oğurlamışdır. Fotoşəkillər protokola əlavə edilmişdir. (iş.v. 207-211) 06 fevral 2024-cü il tarixli, 24/283 saylı məhkəmə daktiloskopik ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, 07 noyabr 2023-cü il tarixdə Suraxanı rayonu, Binə qəsəbəsi, Kardon zavodunun arxasında yerləşən evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 01 (bir) ədəd CD-R diskin yaddaşına köçürülmüş 09 (doqquz) ədəd fotoda olan 03 (üç) ədəd əl barmaq və 03 (üç) ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş vətəndaş Təqsirləndirilən şəxs adına çıxarılmış əl-barmaq və ovuc əksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 (bir) ədədi xx xxxxxx 1987-ci ildə Şamaxı rayonunda anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Fotoşəkillər rəyə əlavə edilmişdir. (iş.v. 215-224) Suraxanı RPİ-nin İŞ-nin əməliyyat tapşırığına cavab olaraq ünvanlanan 05 fevral 2024-cü il tarixli, ********* saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı əşyaları satdığı şəxsləri və Təqsirləndirilən şəxs oğurluq cinayətləri törədilən zaman onun əməlini görə biləcək şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. (iş.v. 225) 10 fevral 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanmış, Zərərçəkmiş şəxs2 dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən qismən ödənilmiş və Zərərçəkmiş şəxs1 isə ödənilməmiş, cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanlar ifadələrində göstərildiyi qiymətlərə əsaslanmış və Zərərçəkmiş şəxs2 1200 (min iki yüz) manat məbləğində maddi ziyan dəyməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXMin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməməsi nəzərə alınmışdır. (iş.v. 229- 236) Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd “Pressure cleaner” markalı avtoyuma aparatı və 03 (üç) ədəd açar iş üzrə 10 fevral 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsinə dair” qərarla maddi sübut qismində tanınmış və saxlanması üçün sahibinə qaytarılmışdır. (iş.v. 229-236) 10 fevral 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurlanmış 02 (iki) ədəd su qızdırıcını, 01 (bir) ədəd su bidonunu, 01 (bir) ədəd hidrafonu və reklam materiallarını alan şəxslərin əməllərində cinayət tərkibinin əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və material ayrılaraq Suraxanı rayon Prokurorluğuna göndərilmişdir. (iş.v. 229-236) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, iş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 4(010)-449/2023 saylı qərarından göründüyü kimi saat 18:15-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 29 noyabr 2023-cü il tarixdə törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən vəsatət və Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən təqdimat verilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 4(010)- 449/2023 saylı qərarı ilə əvvəli 28 noyabr 2023-cü il, saat 18:15-dən hesablanmaqla, barəsində 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş, 26 yanvar 2024cü il tarixdə, saat 15:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə nəzərdə tutulan yekun ittiham elan edilmişdir. (iş.v. 39, 80-81, 88- 90, 91-92, 98-99, 110-111, 115-117, 130-134, 193-194) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 11 mart 2024-cü il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı Təqsirləndirilən şəxs saxlanılan zaman polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsini bildirməsi səbəbindən bu barədə araşdırmanın aparılması və araşdırmanın nəticəsi barədə məhkəməyə məlumatın verilməsi məqsədilə Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudova sorğu ünvanlanmışdır. 06 aprel 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində toplanmış 312-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuş və bu barədə maraqlı tərəflərə məlumat verilmişdir. Həmin qərardan Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən şikayət verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı X3 Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 1(010)-204/2024 saylı sorğusuna cavab olaraq ünvanladığı 29 mart 2024-cü il tarixli, 20-12/40 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2023-cü il tarixində 3 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. İlkin tibbi baxış zamanı o, zədə aldığını bildirmiş, bədən səthinin müayinəsi zamanı sol bazunun arxa nahiyyəsində, sol pəncənin üst nahiyyəsində bənövşəyi rəngli qançır, sağ diz, sağ ayağın V barmağınında sıyrılmış qərtməkli yaralar aşkar edilmişdir. Təqsirləndirilən şəxsin adına TSH-da tərtib olunmuş tibbi kitabçanın müvafiq səhifələrinin surətləri məktuba əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X11 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə epizodlardan birində, yəni Zərərçəkmiş şəxs2 evindən etdiyi oğurluq hissəsində özünü tam, digərində isə, yəni Zərərçəkmiş şəxs1 evindən etdiyi oğurluq əməlində isə qismən təqsirli bilmiş, belə ki, Zərərçəkmiş şəxs1 evindən oğurluq etsə də, ittiham aktında göstərilən və zərərçəkmiş şəxsin özünün qeyd etdiyi əşyaların hamısını oğurlamadığını, ona ittiham edildiyi ziyanın məbləğinin 9570 (doqquz min beş yüz yetmiş) manat təşkil etmədiyini, bunun şişirdilmiş məbləğ olduğunu bildirmişdir. Bundan əlavə, polis əməkdaşları tərəfindən saxlanılarkən ona fiziki təzyiq göstərildiyini və döyüldüyünü bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs1 ifadəsi zamanı bildirmişdir ki, reklam materiallarını xarici ölkələrlə əlaqə saxlayıb xeyli miqdarda sifariş verərək əldə edir. Həmin məhsulların alışı ilə bağlı sənədlər də onda vardır. İbtidai istintaq zamanı ona dəymiş ziyanın məbləğini 8500 manat göstərsə də, sonradan dəqiq hesabat aparmış, bu zaman ona məlum olmuşdur ki, ona dəymiş ziyanın məbləği əslində daha artıq, yəni 9570 manat təşkil edir. DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş məlumatdan da görünür ki, daktiloskopik müayinə nəticəsində onun evindən oğurluq etmiş şəxs faktiki olaraq Təqsirləndirilən şəxs olmuşdur. Bu həmçinin Təqsirləndirilən şəxs ifadəsi zamanı da öz təsdiqini tapır. Odur ki, təqsirləndirilən şəxsin qeyd edilən məbləğlə razılaşmaması həmin məbləğin çox olması, buna görə də həmin ziyanı ödəyə bilməyəcəyi səbəbindən özünümüdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı oğurladığı əşyaları harada və kimə satması ilə bağlı dəqiq məlumat verməkdən yayınmış, araşdırmanın daha ətraflı aparılması və dediklərinin təsdiqini tapması üçün məhkəmə istintaqında köməklik göstərməmiş, buna görə də, həmin əşyaların əldə edilib ekspertiza təyin edilərək dəqiq dəyərinin və orta bazar qiymətinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmədə bu xüsusatla bağlı qeyri-səmimi ifadələr vermiş, zərərçəkmişə vurduğu məbləğin çox olması səbəbindən məsuliyyətdən yayınmaq istəmişdir. İş üzrə başqa sübutlarla zərərçəkmiş şəxsə dəymiş ziyanın məbləğini müəyyən etmək mümkünsüz olduğundan, zərərçəkmiş şəxsin ifadəsi isə sübut növü hesab olunduğundan, onun ifadələrində qeyd etdiyi məbləğ dəymiş ziyan olaraq əsas götürülməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs, saxlanılan zaman polis bölməsində polis əməkdaşları tərəfindən döyülərək fiziki təzyiqlərə məruz qaldığını bildirmiş, məhkəmə bununla bağlı araşdırmanın aparılması üçün Suraxanı rayon prokuroruna sorğu vermiş, sorğunun nəticəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış və polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz əməlin törədilməsi aşkar edilmədiyindən və əməldə cinayət hadisəsi olması müəyyən edilmədiyindən 06 aprel 2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsi bu hissədə də öz təsdiqini tapmamışdır. Həmçinin o, həmin qərardan narazı olduğu halda qərarın ləğv edilməsi üçün məhkəmə nəzarəti qaydasında və ya yuxarı prokurorluğa müraciət etməmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi xüsusatlar özünü müdafiə xarakteri daşımaqla heç bir dəlillə əsaslandırılmadığı üçün, məhkəmə onun dediklərinə tənqidi yanaşaraq məhkəmə iclasında verdiyi ifadəsini sübut növü kimi qiymətləndirmir. Əksinə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə tərəfindən sübut növü qismində qiymətləndirilir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəyini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177.2.4-cü maddəsinin tərkibi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə yaranmış hesab edilir. CM-nin 177-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 177- 182, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət – vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi-iqtisadi münasibətdir. Cinayət qanunvericiliyində mülkiyyətin bütün formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilmiş və onun qorunması CM-in əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. X11 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair 25 yanvar 2021-ci il tarixli Plenum Qərarına əsasən Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Təkrarlıqla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qobustan Rayon Məhkəməsinin 23 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq edilməklə 500 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2016-cı il tarixli qərarı ilə Bakı şəhəri Qobustan Rayon Məhkəməsinin 23 dekabr 2014-cü il tarixli hökmü ləğv edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.2 maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq edilməklə 500 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2016-cı il tarixli qərarı ləğv edilərək, cinayət işi yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinın 09 fevral 2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq edilməklə 3000 manat cərimə cəzasına məhkum edilmiş, həbsdə olduğu müddət nəzərə alınaraq cəzadan azad edilmişdir. (iş.v. 152-153) CM-nin 15-ci maddəsinə əsasən CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.2-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs 09 fevral 2017-ci il tarixdən hazırki iş üzrə cinayət əməllərini törətdiyi 27 sentyabr 2023 və 03 noyabr 2023-cü il tarixlərədək qanunla nəzərdə tutulmuş müddət keçdiyindən məhkumluğu ödənilmiş və götürülmüş olduğundan məhkumluğu olmayan şəxs hesab olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, CM-nin 61.1.1-ci maddəsində cinayətlərin təkrar törədilməsi qeyd olunsa da, CM-nin 61.3-cü maddəsinə əsasən CM-nin xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi (CM-nin 177.2.2) nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını və himayəsində 2-si azyaşlı olmaqla, 3 övladının olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini və ya ziyanın azadılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini, 2 zərərçəkmiş şəxsdən biri ilə barışıq əldə etməsini məhkəmə CM-nin 59.1.4, 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şəxsin tutulduğu vaxtdan yəni, 28 noyabr 2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, iş üzrə məhkəmə daktiloskopik ekspertiza rəyinə əlavə edilmiş 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı, iş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd üzərində “Pressure cleaner” sözləri yazılmış elektrik avtomobil yuyan moyka aparatının və 03 ədəd açarın saxlanılmasından ötrü sahibinə qaytarılması nəzərə alınmalı, zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində onlara dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis leytenantı X9 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi1 müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi1 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan yəni, 28 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə məhkəmə daktiloskopik ekspertiza rəyinə əlavə edilmiş 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd üzərində “Pressure cleaner” sözləri yazılmış elektrik avtomobil yuyan moyka aparatının və 03 ədəd açarın saxlanılmasından ötrü sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslərə cinayət əməlləri nəticəsində onlara dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi1 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis leytenantı X9 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar