Məhkəmə qərarları › İş №1(010)-205/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-205/2021

26.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-205/2021 26.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs X9 iştirakı ilə xx xxxxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, N.Abdullayev döngəsi, ev 8də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S. Bəhlulzadə küçəsi, ev 73-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X15 cavabdeh kimi Bakı Apellyasiya Məhkəməsinin Zərərçəkmiş şəxs 50000,00 manat borcun məhkəmə qərardadının qüvvəyə mindiyi vaxtdan 20 ay müddətində hər ay 2500,0 manat olaraq, hər ayın 5-dək nəğd şəkildə edilmiş ödənişə dair yazılı qəbz alınmaqla və ya poçt vasitəsilə ödənilməsi, 30000,00 manat barışıq sazişinin şərtlərinə uyğun Zərərçəkmiş şəxs tam şəkildə ödənildikdən sonra, sonuncunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisinin onun adına rəsmiləşdirilməsi ilə bağlı bütün zəruri hərəkətləri yerinə yetirilməsi şərti ilə tələbkarla aralarındakı barışıq sazişinin təsdiq edilməsinə dair 14 iyun 2018-ci il tarixli, 2(103)- 4655/2018 saylı qərardadı üzrə verilmiş 13 sentyabr 2018-ci il tarixli icra vərəqəsini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 3(010)-888/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə həbs tənbeh növü təyin edilməsinə, habelə icra sənədi üzrə tələbi icra etmədiyi halda, cinayət məsuliyyətinə cəlb olunacağı haqqında 17 dekabr 2020-ci il və 14 yanvar 2021-ci il tarixlərdə təkrarən rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz qanunsuz hərəkətlərini davam etdirib, Zərərçəkmiş şəxs olan borcunu ödəməyərək, ona qeyd edilən məbləğdə maddi ziyan vurmaqla və qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bu əməlinə görə X15 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X15 ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs onunla bir qəsəbədə qonşuluqda yaşayır və onu təxminən 2015-ci ilin noyabr ayından tanıyır. Həmin ərəfələrdə ev almaq məqsədi ilə qəsəbədə müəyyən sakinlərlə əlaqə saxlamış və Zərərçəkmiş şəxs özünə məxsus fərdi yaşayış evinin satmaq istədiyini ona bildirmişdir. O, Zərərçəkmiş şəxs məxsus, ünvan 2 ünvanında yerləşən evə baxmış və ev xoşuna gəldiyi üçün, evin qiymətini aralarında 106000,00 ABŞ dollarına satılmasına razılaşmışlar. 2015ci il tarixdə manatın dolları məzənnəsi ilə qeyd edilən məbləğ 112000.00 manat müqabilində təşkil edirmiş. Bundan sonra 3 dekabr 2015-ci il tarixdə qeyd edilən evlə əlaqədar Zərərçəkmiş şəxsla aralarında notarial qaydada beh müqaviləsi bağlamışlar. Aralarında bağlanmış beh müqaviləsinin şərtlərinə əsasən evin qiymətini 112000,00 manat olaraq müəyyən edərək, Zərərçəkmiş şəxs beh kimi 56000,00 manat pul vermişdir. Qalan 56000,00 manat məbləğində pulu isə 15 iyul 2016-cı il tarixədək Zərərçəkmiş şəxs verməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra o, ailə üzvləri ilə birlikdə qeyd olunan ünvana köçərək, yaşamağa başlamışdır. 2016-cı ilin yanvar ayından başlayaraq həmin ilin oktyabr ayına kimi Zərərçəkmiş şəxs ümumilikdə hissə-hissə 26000,00 manat məbləğində pul ödəmişdir. O, həmin vaxtlar Rusiya Federasiyasından iri buynuzlu malqara gətirərək, onları satıb qazanc əldə etmişdir. Bundan bir müddət sonra dolların manata məzənnəsi dəyişdiyinə görə, gördüyü xırda biznes fəaliyyətində iflasa uğradığına görə yerdə qalan məbləği Zərərçəkmiş şəxs ödəyə bilmədiyi üçün, sonuncu 2018-ci ilin əvvəllərində onun barəsində aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd edilən rayon məhkəməsi tərəfindən Zərərçəkmiş şəxs iddiasının təmin edilməməsi barədə 18 yanvar 2018-ci İ tarixli, 2(010)-406/2018 saylı qətnamə çıxarılmışdır. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs 2018-ci ilin yay aylarında Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(103)- 4655/2018 saylı qərardadına əsasən Zərərçəkmiş şəxs ilə arasında 50000,00 manat borcun, aralarındakı barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə qərardadının qüvvəyə mindiyi vaxtdan 20 ay müddətində hər 2500.0 manat olmaqla, hər ayın 5-dək onun tərəfindən Zərərçəkmiş şəxs nəğd şəkildə edilmiş ödənişə dair yazılı qəbz almaqla və ya poçt vasitəsilə ödənilməsi, 30000,00 manat barışıq sazişinin şərtlərinə uyğun olaraq tam şəkildə ödənildikdən sonra, Zərərçəkmiş şəxs mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisinin onun adına rəsmiləşdirilməsi ilə bağlı bütün zəruri hərəkətləri yerinə yetirilməsi şərti ilə barışıq sazişi təsdiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərardadından sonra o, ümumiləkdə Zərərçəkmiş şəxs imkanı daxilində müəyyən məbləğdə ödəniş etməyinə baxmayaraq 46400,00 manat məbləğində pul borcu qamışdır. O, 2020-ci lin mart ayından pandemiya ilə əlaqədar heç bir yerdə işləyə bilmədiyi üçün Zərərçəkmiş şəxs olan borcunu tam olaraq ödəyə bilməmişdir. Hər ay hissə-hissə ödəniş etməyə hazırdır. Həyat yoldaşı X4 2015-ci ildə rəhmətə getmişdir, bundan sonra himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı olmaqla, 2 uşağı vardır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, iş üzrə təqsirləndirilən şəxs X15 onunla bir qəsəbədə yaşayır və sonuncunu təxminən 2015-ci ilin qış aylarından tanıyır. Həmin ərəfələrdə Qüdrət Səfərovun yaşadıqları qəsəbədə ev almaq istədiyini biləndən sonra özünə məxsus olan fərdi yaşayış evinin satmaq istədiyini bildirərək, ünvan 1 ünvanında yerləşən çıxarışlı evini sonuncuya göstərmişdir. Qüdrət Səfərov evə baxandan sonra xoşuna gəldiyi üçün qiyməti ilə maraqlanmış və aralarında 106000,00 manata satılmasına razılığa gəlmişlər. Razılığa gələndən sonra 3 dekabr 2015-ci il tarixdə qeyd edilən evin Qüdrət Səfərov ilə aralarında notarial qaydada beh müqaviləsi bağlamışlar. Aralarında bağlanmış beh müqaviləsinin şərtlərinə əsasən evin qiymətini 112000.0 manat olaraq müəyyən etmişlər. Həmin vaxtı müqavilə bağlanan zaman Qüdrət Səfərov beh kimi ona 50000,00 manat pul vermiş, qalan məbləği isə hissə-hissə 15 iyul 2016-cı il tarixədək verməyi öhdəsinə götürmüşdür. Bundan sonra Qüdrət Səfərov öz ailə üzvləri ilə birlikdə qeyd olunan ünvana köçərək yaşamağa başlamışlar. 2016-cı ilin yanvar ayından başlayaraq Qüdrət Səfərov müxtəlif vaxtlarda hissə-hissə həmin ilin noyabr ayına kimi ona ümumilikdə 27000,00 manat məbləğində pul ödəmişdir. Bundan bir müddət sonra Qüdrət Səfərov ona borclu olduğu məbləği ödəmədiyi üçün, məcburiyyət qarşısında qalaraq 2018-ci ilin əvvəllərində sonuncunun barəsində aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd edilən rayon məhkəməsi tərəfindən onun iddiasının təmin edilməməsi barədə 18 yanvar 2018-ci İ tarixli, 2(010)-406/2018 saylı qətnamə çıxarılmışdır. Bundan bir müddət sonra o, 2018-ci ilin yay aylarında Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(103)-4655/2018 saylı qərardadına əsasən onunla Qüdrət Səfərovun arasında 50000,00 manat borcun, aralarındakı barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə qərardadının qüvvəyə mindiyi vaxtdan 20 ay müddətində hər ay 2500,00 manat olmaqla, hər ayın 5-dək Qüdrət Səfərovun tərəfindən ona nəğd şəkildə edilmiş ödənişə dair yazılı qəbz almaqla və ya poçt vasitəsilə ödənilməsi, 30000,00 manat barışıq sazişinin şərtlərinə uyğun olaraq tam şəkildə ödənildikdən sonra, mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisinin Qüdrət Səfərovun adına rəsmiləşdirilməsi ilə bağlı bütün zəruri hərəkətləri yerinə yetirilməsi şərti ilə barışıq sazişi təsdiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərardadından sonra Qüdrət Səfərov ona müxtəlif vaxtlarda hissə-hissə ödəniş etməyinə baxmayaraq, ümumiləkdə ona 46400,0 manat məbləğində borju qalmışdır. Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək, borjunu ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs barəsində şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Suraxanı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(103)-4655/2018 saylı icra sənədinə əsasən 20 ay müddətində hər ayın 05-dək X8 Zərərçəkmiş şəxs xeyrinə hər ay 2500,00 manat olmaqla nağd şəkildə pul vəsaiti ödənilməli, 30000,00 manat tam şəkildə ödənildikdən sonra Zərərçəkmiş şəxs mülkiyyətçisi olduğu ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisinin X9 adına rəsmiləşdirilməsi ilə bağlı bütün zəruri hərəkətləri yerinə yetirməlidir. İcra sənədi 25 sentyabr 2018-ci il tarixdə Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, icraata başlanılaraq bu barədə tərəflərə məlumat, həmçinin X17a icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. X17 xəbərdarlıq olunaraq, icra sənədinin icrasını təmin etmək məqsədi ilə onun Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinə gəlməsi tələb olunmuş, lakin o üzrlü səbəb göstərmədən uzun müddət çağrışa gəlməmişdir. Təqdimat əsasında Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qərardadı ilə X17un ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 26 avqust 2019-cu il tarixdə Qüdrət Səfərovun şöbəyə gəlməsi təmin edilmiş, iş üzrə onun izahatı alınmışdır. İcra məmurunun qanuni tələbini yerinə yetirməməsinə və icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsi ilə bağlı X17 Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla qanuna müvafiq olaraq yeni müddət verilmişdir. Borclu ona xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin məlum aktını icra etməmişdir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs 01 oktyabr 2020-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək, X17un icra sənədi üzrə mövcud 46400,00 manat məbləğində borcunu qərəzli olaraq ödəmədiyini bildirmiş, bu səbəbdən də icra materiallarının onun əməlinə hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilməsini xahiş etmişdir. X17 icra sənədinin icrası ilə bağlı borc məbləğinin tam ödənilməsi ondan tələb olunmuş və ödənilmədiyi təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə aktını qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində gəstərilənləri təsdiq etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4655/2018 saylı 14 iyun 2018-ci il tarixli qərarından görünür ki, iddiaçı Zərərçəkmiş şəxs və javabdeh X9 arasında 50.000 manat borj bu barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə qərardadının qüvvəyə mindiyi vaxtdan 20 ay müddətində hər ay 2500,00 manat olmaqla, hər ayın 5-dək X15 tərəfindən Zərərçəkmiş şəxs nağd şəkildə sonunjudan edilmiş ödənişə dair yazılı qəbz almaqla və ya poçt vasitəsilə ödənilməli, 30000,00 manat barışıq sazişinin şərtlərinə uyğun tam şəkildə ödənildikdən sonra Zərərçəkmiş şəxs mülkiyyətçisi olduğu ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisinin X9 adına rəsmiləşdirilməsi ilə bağlı bütün zəruri hərəkətləri yerinə yetirməlidir. İş materiallarına əlavə edilmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı X9 adına ünvanlanmış borcu könüllü ödənilməsinə dair bildirişdən, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati xəta haqqında 29 noyabr 2019-cu il tarixli, 3(010)-888/2019 saylı qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(103)-4655/2018 saylı qərardadını qərəzli olaraq icra etməmişdir. İstintaq zamanı X11 02 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin gün barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X3 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, X15 əvvəllər məhkum olunmamışdir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X1 Samirə İskəndər qızı ilə 16.11.2001-ci ildə ailə qurmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X7 10.12.2015-ci ildə ölmüşdür. İş materiallarında olan vəsiqələrdən görünür ki, X9 himayəsində 2000-ci il, 2002-ci il, 2006cı il, 2012-ci il təvəllüdlü 4 övladı var. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışlına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqlan üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasınaa qarşı" (21 iyul 2005-ci il) işdə Məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X9 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün, zərərçəkmişin, şahidlərin ifadələri, iş materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs X9 ilk dəfə olaraq jinayət əməli törətməsini, törətdiyi əməlini etiraf etməsi, törətdiyi əməldən peşman olmasını, himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını onun barəsində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, X9 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə onu da nəzərə alır ki, təqsirləndirilən şəxsin həyat yoldaşı X4 2015-ci ildə rəhmətə getmişdir, bundan sonra təqsirləndirilən şəxsin himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşaqları qalmışlar. Jinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən, təyin olunmuş cəzanın şəxsin ailəsinin həyat şəraitinə təsiri nəzərə almalıdır. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən X11 cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah –tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimai-faydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X11 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Bu zaman məhkəmə onu da nəzərə alır ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyana dair 4 saylı Protokolunun ( Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında) 1-ji maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. X9 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X15 Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli X9 yaşayış yeri üzrə Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. X9 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. X9 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar