Məhkəmə qərarları › İş №1(010)-205/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-205/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-205/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X10 iştirakı ilə, saat 11:30-da, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, heç yerdə işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qərarının surətindən və cinayət işi materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci addəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qərarına asasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017ci il tarixli qanunu tətbiq edilərək əməli CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək ona təyin edilmiş cəza dəyişdirilərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş və 13 yanvar 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 79 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə digər şəxslərlə əlbir olub cinayətkar əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs, işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilbilə həqiqətə uyğun olmayan yalan məlumatlar verərək sonuncunun inam və etibarını qazanmaqla Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yüksək əmək haqqı nəzərdə tutulmuş sürücü kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə 2019-cu ilin oktyabr ayının əvvəlində Bakı şəhəri Xətai rayonunda yerləşən Bakı Metropoliteninin “Xətai” stansiyasının giriş hissəsinin qarşısında 1.500 manat, 14 oktyabr 2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən “Ballı Market” adlı qeyri-yaşayış obyektində olan “Milli Ön” ödəmə terminalından X8 adına olan bank kartı hesabına köçürülməklə 1.500 manat, 2019-cu ilin oktyabr ayının sonunda ünvan 2 ünvanında yerləşən “Bizim Market” qeyri-yaşayış obyektinin qarşısında 1.000 manat, 2019-cu ilin oktyabr ayının sonunda Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 35 ünvanında yerləşən Bakı şəhəri 2 saylı uşaq poliklinikasının qarşısında X8 adına olan bank kartına köçürülməklə 400 manat, 2019-cu ilin noyabr ayının əvvəlində yaşadığı ünvan 5 ünvanın yaxınlığında 300 manat olmaqla ümumilikdə 4.700 pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs 4.700 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə üç ildir ki, qohumdurlar. Belə ki, Zərərçəkmiş şəxs bibisi onun bacısının qudasıdır. Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. O, Zərərçəkmiş şəxs ilə qohum olandan təxminən bir il sonra 2019-cu ilin sentyabr ayında Zərərçəkmiş şəxs ailə üzvləri ilə qonaqlıqda olanda söhbət əsnasında Zərərçəkmiş şəxs nə işlə məşğul olmasını maraqlanmışdır. Bu zaman o, Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi olduğu təqdirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sürücü kimi işə düzəltməyin mümkün olmasını bildirmişdir. Halbu ki, onun həmin şirkətdə hər hansı bir tanışı və yaxud bu şirkətlə hər hansı bir əlaqəsi yoxdur. O, bu sözü deyən zaman özündə fikirləşmişdir ki, həmin işlə bağlı Zərərçəkmiş şəxs bir qədər pul alıb bunu özü üçün sərf edib, sonradan geri qaytarar. Zərərçəkmiş şəxs özü dəfələrlə onun telefonuna zəng vurub işə düzəltməyini xahiş edirmiş. O, Namiq və sonuncunun atası Vaqiflə telefonla danışan zaman həmin şəxslərə əvvəllər dediklərini bir daha təsdiq edib Namiqi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sürücü kimi işə düzəldə biləcəyini, bunun müqabilində Namiq əvvəlcədən 1.500 manat pulu depozit adı ilə verməyini, həmin məbləğin Namiq işlədiyi müddətdə əmək haqqısından əlavə Zərərçəkmiş şəxs bank kartına hissə-hissə geri ödəyəcəyini bildirmiş, bundan sonra Namiq özü də onunla həmin iş barəsində danışmış, o Namiqə bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən sedan markalı avtomobillə sürücü kimi quruda idarə etməklə aylıq 800-900 manat arası əmək haqqı müqabilində çalışacaq, sonradan isə dənizdə daha yüksək əmək haqqı müqabilində işləyə biləcəkdir. Təxminən bir həftə sonra o, Zərərçəkmiş şəxs atasıyla telefon əlaqəsi saxlayaraq, Namiq, atası Vaqif və o, Xətai metrosunun qarşısında ayaqüstü görüşmüşlər. Həmin vaxtı o, qohum olmaqlarını xatırladıb çörək kəsdikləri, həmin şəxslərə böyük hörmətinin olmasını, özünün də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində geniş əlaqələrinin olmasını, bu kimi işləri yaxınları vasitəsilə asanlıqla həll etdiyini yalandan bildirmişdir. Elə həmin görüşdə Zərərçəkmiş şəxs üstündə 1.500 manat gətirmişdir. O, bu pulu işə düzəltmək üçün ilkin olaraq Namiqdən həmin yerdə almışdır. Bu vaxt o, həmin şəxsləri inadırmaq üçün Namiq və atasına bir daha bildirmişdir ki, həmin pulu hörmət olaraq işinin düzəlməsi üçün guya başqa şəxsə verəcək, lakin bu pulun hissə-hissə kart hesabına geri qaytarılacağını da həmin şəxslərə demişdir. O, bu iş barədə əvvəldən tanıdığı X9 və Məcnuna bildirmişdir. X13 ilə əvvəlcədən razılaşmışlar ki, Zərərçəkmiş şəxs guya işə düzəltmək adı ilə pulun alınmasından ona müəyyən köməklik etsin, o da bunun qarşılığında aldığı pullardan müəyyən hissə versin. Zərərçəkmiş şəxs özü ona bildirmişdir ki, guya o maraqlanıb bu kimi işin düzəlməsi üçün ən azı 5.000 manat pul lazımdır, o da elə Zərərçəkmiş şəxs dedikərinə müvafiq olaraq bu işin tam həlli üçün təxminən 5.000 manat civarında pul lazım olacağını bildirmişdir. Birinci dəfə pulu aldıqdan təxminən 3-4 gün sonra o, Namiqlə telefon əlaqəsi saxlayıb sonuncunun öz adına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı filialında bank kart hesabı açmalı olduğunu bildirmişdir ki, Namiq bu işin real olmasına bir daha inansın. Beləliklə, o Namiqlə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı filialında görüşmüşlər. Həmin görüş zamanı Zərərçəkmiş şəxs şəxsiyyət vəqəsini banka təqdim edib burada öz adına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin debit kartını açdırmışlar, həmin vaxtı o, kart hesabını açılması üçün 11 manat pulu da Zərərçəkmiş şəxs əvəzinə özü ödəmişdir. Bundan bir neçə gün sonra o, X9 Zərərçəkmiş şəxs telefon nömrəsini verib növbəti pulun sonuncu tərəfindən alınmasını istəmiş, bundan sonra X13 onun yanında ***-***-**-** saylı mobil telefon nörməsindən Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil telefon nömrəsinə watshapp mesajlaşma proqramı vasitəsilə yazaraq özünü onun yaxını kimi təqdim edib Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə işə düzəlməsi ilə bağlı işlə özünün məşğul olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs X8 yaxını olmasını, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə işə düzəltməyini X8 həll edəcəyini, sonuncu nə desə dediklərini eynilə etməli olduğunu bildirmişdir. Bundan sonra X5 Namiq Vaqif oğlu ilə sonuncunun işə düzəlməsi ilə bağlı yazışmağa başlamışdır. Daha sonra X13 2019-cu ilin oktyabr ayında Zərərçəkmiş şəxs bildirmişdir ki, işə düzəlmə məsələsinin həlli üçün təcili X4 hesabına 1.500 manat köçürməlidir. X6 həmin məbləğin sonuncunun işinin düzəlməsinə sərf ediləcəyini, yəni, həmin pulu lazımı şəxslərə verib guya rəisə Zərərçəkmiş şəxs işə qəbul edilmə əmrini imzalatdıracağını bildirmişdir. Zərərçəkmiş şəxs bu barədə ona bildirmişdir. O da, X3 dediyini mütləq etməli olduğunu yəni, X1 təcili 1.500 manat pul köçürməyini bildirmişdir. Bundan sonra Namiq həqiqətəndə 1.500 manat pulu X1 köçürmüşdür. O, inandırıcı olsun deyə Elxanla birlikdə olmağına baxmayaraq Namiqə əvvəlcədən köçürməni etdikdən sonra qəbzin şəklini ona göndərməyini istəmişdir. Zərərçəkmiş şəxs köçürmə ilə bağlı qəbzin şəkilini çəkib onun ***-***-**-** saylı mobil telefon nömrəsinə watshapp vasitəsilə göndərmişdir. O Elxanla birlikdə dərhal həmin vaxt səhv etmirsə “Elit” Ticarət Mərkəzinin yaxınlığına gedib burada "xxxx" Açıq Səhmdar Cəmiyyətini terminalından Elxanla birlikdə sonuncunun kartından 1.500 manat çıxarmış, həmin puldan səhv etmirsə 300 manat Elxana vermişdir. Həmin ərəfədə o, Namiqə bildirmişdir ki, Namiqlə birlikdə açdırdığı kart hesabına 500 manat civarında pul qoysun, guya düzələcəyi işdən Zərərçəkmiş şəxs hesabında pul olmasını görəcəkləri təqdirdə Zərərçəkmiş şəxs verdiyi pulları sonuncunun kart hesabına hissə-hissə ödəsinlər. Namiq də 400 manat pulu öz kart hesabına qoyub bu barədə ona bildirmişdir. 2019-cu ilin oktyabr ayının sonunda o, Namiqlə telefon əlaqəsi saxlayıb işinin həll olması üçün əlavə 1.000 manat pul lazım olmasını bildirmişdir. Bundan sonra onun deməyinə əsasən Zərərçəkmiş şəxs 1.000 manat pulu ona Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsində olan Bizim marketin qarşısında vermişdir. O, yenə də Zərərçəkmiş şəxs narahat olmamağını Elxanla birlikdə problemsiz bu işi həll edəcəklərini bildirib Namiqi arxayın salmışdır. Bundan bir neçə gün sonra o, Namiqlə əlaqə saxlayıb onun yaşadığı ünvana gəlməyini bildirmişdir, Namiq də onun yaşadığı ünvana gəlmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs yanında Elxanı əvvəlcədən təlimatlandırmağına uyğun olaraq guya Zərərçəkmiş şəxs işinin həlli üçün danışmış, bundan sonra yaşadığı ünvanda onun çağırışı əsasında tanımadığı hazırda xatırlamadığı taksi gəlmiş, o, Namiq və həmin taksinin sürücüsü ilə birlikdə getmişlər. Koroğlu metrosu yaxınlığında Elxan avtomobilin boş olan qabaq sərnişin oturacağında əyləşmişdir. Həmin vaxt Namiq Elxanla birinci dəfə görüşmüşdür. Bu vaxt onun əvvəlcədən təlimatına uyğun olaraq Elxan Namiqə özünü təqdim edib bir daha təsdiq etmişdir ki, Elxan onunla yaxındır. X5 Namiq Vaqif oğluna bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə işə düzəltmək məsələsini özü həll edəcəkdir, bu vaxt Namiq bir daha X1 köçürdüyü 1.500 manat pulu almasını dəqiqləşdirmiş, Elxan da həmin vaxtı bu pulu aldığını təsdiq etmişdir. Onlar birlikdə Xətai metorunsunun yaxınlığında olan Dəmirçi Plazanın yanına getmişlər. O həmin vaxtı Namiqə avtomobildə qalmağını tapşırmış, Elxanla birlikdə Dəmirçi Plazanın 25-ci mərtəbəsində olan kafeyə qalxıb burada Elxanla əyləşib pivə içmişlər. Namiqin özünə isə bildirmişdir ki, guya Namiqin işinin həlli üçün müəyyən şəxslərlə görüşə getmişlər. Təxminən 30 dəqiqə sonra o Namiqə telefonla zəng vurub hazırda Elxanın Namiqin yanına gələcəyini, öz hesab kartından olan 400 manat pulu çıxarıb Elxana verməyini bildirmiş, həmin pul məbləğinin də Namiqin işə düzəlməyi üçün sərf olunacağını demişdir. Bundan sonra həm Elxan, həm də Namiqin ona deməsindən məlum olmuşdur ki, Namiq 400 manat pulu öz kart hesabından telefon vasitəsilə Elxanın kartına köçürmüşdür. Daha sonra o və Elxan birlikdə Namiqin yanına gəlmişlər, Elxan onlardan ayrılıb çıxıb getmiş, o, Namiq və taksi sürücüsü ilə birlikdə oradan getmişlər. Yolüstü Namiqdə avtomobildən düşüb getmiş, o da tezliklə əlaqə saxlayıb işə düzəlmə məsələsini həll edəcəyini bildirmişdir. Daha sonra Elxanla əlaqə saxlayıb yenidən sonuncu ilə görüşmüş, taksi ilə Elxanla birlikdə yenidən səhv etmirsə Elit Ticarət Mərkəzinin yaxınlığında olan bonkomatdan Namiqdən aldıqları 400 manat pulu çıxarmışdır. Həmin puldan da cəmi 100 manat pulu Elxana vermişdir. 2019-cu ilin noyabr ayının əvvəlində o yenidən Namiqi yaşadığı ünvana çağırmış, bu telefon danışığı zamanı Namiqin işini sürətləndirmək üçün 600 manat pul lazım olmasını bildirmiş, Namiq isə 300 manat pul üstündə götürüb daha sonra onun çağırışı ilə yaşadığı ünvana gəlmiş, birlikdə oturub söhbət etməyə başlamışlar. Bu zaman o Namiqə bildirmişdir ki, işə düzəlməyi məsələsini sürətləndirmək üçün guya kadrlar şöbəsindən müəyyən şəxsə hörmət etmək lazımdır və həmin vaxtı yaşadığı evdə 300 manat pulu ona vermişdir. Beləliklə, 2019-cu ilin oktyabr və noyabr aylarında o Elxanla birlikdə Zərərçəkmiş şəxs guya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sürücü kimi işə düzəltmək adı ilə aldadıb ümumilikdə 4.700 manat pulu alıb qeyd etdiyi kimi aralarında bölüşdürmüşlər. O, bir müddət sonra Zərərçəkmiş şəxs işinin düzəlmədiyini bildirərək, aldığı pulları geri qaytarmağı düşünmüş, lakin maddi imkanı olmadığı üçün pulunu geri qaytara bilməmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs pulları qaytarmasın tələb etdikdə, o, tanışı Məcnundan xahiş etmişdir ki, Namiqi sakitləşdirmək üçün sonuncu danışsın. Məcnunda Namiqin telefon nömrəsini ondan alıb Zərərçəkmiş şəxs ilə guya Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işləyən şəxsin adıyla danışıb bir müdət sakitləşdirmişdir. Lakin, o, X13 ilə birlikdə aldığı puldan Məcnuna heç bir manatda pul verməmişdir. Məcnunun pulun alınmasında iştirakı olmamış, sadəcə onun xahişiylə bir dəfə Namiqlə danışmışdır. Məcnun bu hərəkəti yalnız onun xahişiylə maddi maraq güdmədən etmiş, Məcnuna aldığı puldan heç bir məbləğ verməmişdir. Onun və Məcnunun dediyi Namiqlə yanaşı guya ikinci Şahin adlı şəxsin işə düzəlməsi üçün 7.000 manat pulun alınması yalandır. O, özü bu fikiri yalandan Namiqə deyirmişdir ki, onun həqiqətəndə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə işə düzəltmək imkanının olmasına inanıb ondan ehtiyat edərək pulu tələb etməsindən əl çəksin və ya bu prosesi bir qədər uzada bilsin. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, Zərərçəkmiş şəxs barışdığını, ona vurulmuş zərəri tamamilə ödədiyini bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 3-4 ildir ki, qohum olduqları vaxtdan tanıyır. Əfqanla əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. O, 2019-cu ilin sentyabr ayında bibisi Cəvahir öz qızıgilə qonaq kimi gedən zaman bu vaxt Əfqanda həmin qonaqlıqda olmuşdur. O, Təqsirləndirilən şəxs bir qohum kimi tanımışdır. Təqsirləndirilən şəxs həmin qonaqlıqda onun sürücülük vəsiqəsinin olub-olmaması ilə maraqlanmış, geniş əlaqələrə malik olmasını deyib əgər istədiyi təqdirdə onu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sürücü kimi işə düzəldə biləcəyini bildirmişdir. O da həmin ərəfədə özü üçün özəl tikinti şirkətlərində iş axtarırmış. Təqsirləndirilən şəxs bu təklifindən sonra bibisi Cəvahir sözlərinə əsasən onunla telefon əlaqəsi saxlayıb Təqsirləndirilən şəxs dediyi təklifi ona bildirmiş, o da atasına bu barədə dedikdən sonra danışmalı olduğunu demişdir. O telefonla danışandan sonra atasına da bu barədə demişdir. Həmin danışıq zamanı bibisi ona Təqsirləndirilən şəxs ***-***-**-** saylı telefon nömrəsini vermişdir. Atası da səhəri günü həmin telefon nömrəsi vasitəsilə Əfqanla əlaqə saxlamış, Əfqan bibisinə dediyi sözləri bir daha təsdiq edib, onu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sürücü kimi işə düzəldə biləcəyini, bunun müqabilində onun əvvəlcədən 1.500 manat pulu depozit adı ilə verməyini, həmin məbləğin o işlədiyi müddətdə əmək haqqısından əlavə onun bank kartına hissə-hissə geri ödəyəcəyini bildirmiş, bundan sonra o özü də Əfqanla həmin iş barəsində danışmışdır. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində sedan markalı avtomobillə sürücü kimi quruda idarə etməklə aylıq 800-900 manat arası əmək haqqı müqabilində çalışaq, sonradan isə dənizdə daha yüksək əmək haqqı müqabilində işləyəcək. Təxminən bir həftə sonra Təqsirləndirilən şəxs onun atası ilə telefon əlaqəsi saxlamış, bundan sonra o, atası və Təqsirləndirilən şəxs Xətai metrosunun qarşısında ayaqüstü görüşmüşlər. Həmin vaxtı Təqsirləndirilən şəxs bir daha onların qohum olmağını xatırladıb birlikdə çörək kəsdiklərini, onlara böyük hörmətinin olmasını, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində geniş əlaqələrinin olmasını, bu kimi işləri yaxınları vasitəsilə asanlıqla həll etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tələbi ilə atası ona məxsus olan 1.500 manat pulu 2019-cu ilin oktyabr ayının əvvəlində qeyd etdiyi ünvanda Təqsirləndirilən şəxs vermiş, sonuncu bir daha bildirmişdir ki, həmin pulu hörmət olaraq onun işinin düzəlməsi üçün həmin vaxt adını qeyd etmədiyi şəxsə verəcək, lakin bu pulun hissə-hissə kart hesabına geri qaytarılacağını da onlara demişdir. Həmçinin, Təqsirləndirilən şəxs özü onlara onun işimin düzəlməsi üçün təxminən 5.000 manatdan çox pul lazım olacağını bildirmişdir. Bundan təxminən 3-4 gün sonra Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayıb onun öz adına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı filialında kart hesabı açmalı olduğunu bildirmişdir. Beləliklə, Əfqanla "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı filialında görüşmüşlər. Həmin görüş zamanı onun şəxsiyyət vəqisəsini banka təqdim edib burada öz adına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “**********206426” saylı debit kartını açdırmışlar, hətta həmin vaxtı Əfqan kart hesabını açılması üçün təkidlə 11 manat onun əvəzindən rüsumu özü ödəyib onun qohumu olmasını bildirmiş, sonradan başa düşmüşdür ki, Əfqan bunu onda inam yaradıb guya ona hörmətlə yanaşmasını göstərmək üçün edirmiş. Bundan bir neçə gün sonra əvvəllər tanımadığı Elxan adlı şəxs “***-***-**-**” saylı mobil telefon nörməsindən onun ***- ***-**-** saylı mobil telefon nömrəsinə “watshapp” meajlaşma proqramı vasitəsilə yazaraq özünü Təqsirləndirilən şəxs yaxını kimi təqdim edib onun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə işə düzəlməsi ilə bağlı işlə şəxsən özünün məşğul olduğunu bildirmişdir. O, Əfqanla telefonla əlaqəsi saxlayıb bu barədə bildirmişdir. Əfqan da ona Elxanın yaxını olmasını, onun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə işə düzəltməyini, həmin şəxsin həll edəcəyini, Elxan nə desə sonuncunun dediklərini eyniylə etməli olduğunu ona bildirmişdir. O, Təqsirləndirilən şəxs inandığı üçün sonuncunun dedikləri ilə razılaşmışdır. Bundan sonra Elxan onunla işə düzəlməsi ilə bağlı yazışmağa başlamışdır. Daha sonra Elxan 14 oktyabr 2019-cu il tarixdə ona bildirmişdir ki, işə düzəlmə məsələsinin həlli üçün təcili kart hesabına 1.500 manat köçürməlidir, həmin məbləği onun işinin düzəlməsinə sərf edəcək, yəni, həmin pulu lazımı şəxslərə verib rəisə onun işə qəbul edilmə əmrini imzalatdıracaqdır. Elxan ona bildirmişdir ki, rəis bir neçə saat sonra iş yerindən gedəcək, o həmin pulu saat 18-ə qədər Elxanın kart hesabına göndərsin. O da bu barədə Əfqana bildirmiş, Əfqan da ona Elxanın dediyini mütləq etməli olduğunu yəni, kartına təcili 1.500 manat pul köçürməyini bildirmişdir. O da işinin düzəlməsi üçün məcbur qalıb həmin pulu yaxınları və qonşularından tapıb Elxanın ona göndərdiyi sonu “6261” nömrəsi ilə qurtaran kart hesabına həmin günü Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən yaşadığı ünvanın yaxınlığında olan “Ballı” marketin içərisində olan “Milli Ön” ödəmə terminalından özünə məxsus olan 1.500 manat pulu köçürmüş, köçürmə zamanı həmin şəxsin X13 olmasını bilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona əvvəlcədən köçürməni etdikdən sonra qəbzin şəklini göndərmədiyini istədiyi üçün köçürmə ilə bağlı qəbzin şəkilini çəkib Təqsirləndirilən şəxs ***-***-**-** saylı telefon nömrəsinə “watshapp” vasitəsilə göndərmişdir. O, həmin vaxt Elxanla da pulun köçməsini dəqiləşdirmiş, Elxan da həmin pulun kartına köçürülməsini təsdiq etmişdir. Bundan sonra o, Əfqan və Elxandan işinin həll olunmasını tələb etsə də, həmin şəxslər müxtəlif bəhanələrlə işi yubadıb hər şeyin yaxşı olacağını bildirirmişlər. Həmin ərəfədə Əfqan ona bildirmişdir ki, birlikdə açdıqları kart hesabına 500 manat civarında pul qoysun, düzələciyi işdən onun hesabında pul olmasını görəcəkləri təqdirdə onun həmin şəxslərə verdiyi pulları onun kart hesabına hissə-hissə ödəsinlər. O da həmin ərəfədə yaşadığı ünvanın yaxınlığında yerləşən “Ballı market”də olan “Milli Ön” ödəmə terminalı vasitəsilə öz kart hesabına 400 manat pul qoyub bu barədə Əfqana bildirmişdir. 2019-cu ilin oktyabr ayının sonunda Əfqan onunla telefon əlaqəsi saxlayıb onun işinin həll olması üçün əlavə 1.000 manat pul lazım olmasını, artıq işinin yekunlaşmaq üzrə olmasını bildirmişdir. O da məcbur qalıb artıq kifayət qədər pulları Elxan və Əfqana verdiyi üçün işinin həll olması məqsədilə Əfqanla razılaşmış, bundan sonra o Təqsirləndirilən şəxs tələbi ilə 1.000 manat pulu Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsində olan “Bizim market”in qarşısında Əfqana vermişdir. Əfqan bu vaxtı da narahat olmamağını Elxanla birlikdə problemsiz bu işi həll edəcəyini bildirib onu arxayın salmışdır. Bundan bir neçə gün sonra Əfqan onunla əlaqə saxlayıb yaşadığı ünvana gəlməyini bildirmiş, o da yaşadığı ünvana getmiş, onun yanında guya kimləsə danışıb guya onun işinin həlli üçün danşıqlar aparırmışdır. Bundan sonra yaşadığı ünvana Təqsirləndirilən şəxs çağırışı ilə yaş asfalt rəngində nömrəsini xatırlamadığı “Mersedes E-klas" markalı taksi gəlmiş, o, Əfqan və həmin taksinin tanımadığı sürücüsü ilə birlikdə getməyə başlamışlar, onlar yolda olan zaman Əfqan Elxanla telefonla danışmış, yolüstü təxminən Koroğlu metrosu yaxınlığında Elxan avtomobilin boş olan qabaq sərnişin oturacağında əyləşmiş, həmin vaxt Elxanla birinci dəfə imiş ki, görüşürmüş. Bu vaxt Elxan ona özünü təqdim edib bir daha təsdiq etmişdir ki, o Əfqanla yaxındır, onun Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işə düzəltmək məsələsini özü həll edəcəkdir, bu vaxt o bir daha Elxanın kartına köçürdüyü 1.500 manat pulu alıb almadığını dəqiqləşdirmiş, Elxan da həmin vaxtı bu pulu aldığını təsdiq etmişdir. Onlar birlikdə Xətai metrosunun yaxınlığında olan Dəmirçi Plazanın yanında dayanmışlar. Əfqan həmin vaxtı onun avtomobildə qalmağını tapşırıb, Elxanla birlikdə onun işinin həlli üçün Plazaya daxil olub lazımı adamlarla söhbət edəcəyini bildirmişdir. O da taksi sürücüsü ilə avtomobildə gözləmiş, bu zaman o taksi sürücüsündən Əfqan və Elxanı tanıyıb tanımadığını soruşandan həmin şəxsləri yaxından tanımadığını bildirmişdir. Təxminən 30 dəqiqə sonra Əfqan ona telefonla zəng vurub hazırda Elxanın onun yanına gələcəyini, öz hesab kartında olan 400 manat pulu çıxarıb Elxana verməyini bildirmiş, həmin pul məbləğinin də onun işə düzəlməyi üçün sərf olunacağını demişdir. O da Əfqana və Elxana inandığı üçün Təqsirləndirilən şəxs dedikləri ilə razılaşmış, bir neçə dəqiqə sonra Elxan onun yanına gəlmiş, onu bir qədər kənara çəkib Təqsirləndirilən şəxs onunla danışmasını soruşmuş, o da Əfqanla danışdığını demiş, Elxan əvvəlcə kartında olan 400 manat pulu bankomatdan çıxarmağı təklif etmiş, daha sonra isə onun mobil telefonundan kart hesabının Kapital Bank mobil tətbiqi olub-olmasını soruşmuş, o da bu mobil tətbiqin olmasını bildirmişdir. O, həmin vaxtlar istifadə etdiyi “Honor 8S” markalı mobil telefonu Elxana həmin proqramı parolunu daxil etməklə açıb vermişdir. Elxan onun kart hesabında olan 400 manat pulu öz kart hesabına köçürmüşdür. O avtomobilə qayıtmış, Elxan isə Əfqanı plazanın qapısında gözləyib yuxarı qalxmamışdır. Sonradan Əfqan və Elxanla birlikdə gəlmiş, Elxan onlardan ayrılıb çıxıb getmiş, o, Əfqan və taksi sürücüsü ilə birlikdə oradan getmişlər. O hazırda dəqiq xatırlamadığı yerdə yolüstü avtomobildən düşüb getmiş, Əfqanda onunla tezliklə əlaqə saxlayıb işə düzəlmə məsələsini həll edəcəyini bildirmişdir. O tez-tez Əfqanla əlaqə saxlasa da, Əfqan ona xəbər gözləməyini deyirmiş. 2019-cu ilin noyabr ayının əvvəlində Əfqan yenidən onu yaşadığı ünvana çağırmış, bu telefon danışığı zamanı onun işini sürətləndirmək üçün 600 manat pul lazım olmasını bildirmiş, o isə artıq pulunun qalmadığını desə də onu təkidlə yanına gəlməli olduğunu bildirmiş, bu zaman o 300 manat pul üstündə götürmüş, daha sonra Təqsirləndirilən şəxs çağırışı ilə yaşadığı ünvana getmiş, birlikdə oturub söhbət etməyə başlamışlar. Bu zaman Əfqan ona demişdir ki, onun işə düzəlməyi məsələsini sürətləndirmək üçün kadrlar şöbəsindən tanımadığı şəxsə hörmət etmək lazımdır, o da yenə də inanıb işinin düzəlməsi xətrinə razılaşmış və həmin vaxtı yaşadığı evdə 300 manat pulu Əfqana vermişdir. Beləliklə 2019-cu ilin okyabr və noyabr aylarında Elxan və Əfqan birlikdə onu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sürücü kimi işə düzəltmək adı ilə aldadıb etibarından sui-istifadə edərək onun ümumilikdə 4.700 manat pulu ələ keçirmişlər. Əfqan və Elxan ona verdikləri vədi yerinə yetirməyib müxtəlif bəhanələrlə aldatdıqları üçün bundan sonra Təqsirləndirilən şəxs səs yazılarını yazmağa başlamışdır. Həmin vaxtlarda özünü Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışan şəxs və Təqsirləndirilən şəxs yaxını kimi təqdim edən Fərhad adlı şəxs ***-***-**-** saylı mobil telefon nörməsindən onun ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng vurub ona işinin həll olması mərhələsində olduğunu bildirmişdir. O, pulunu tələb etdiyi üçün onunla yanaşı başqa tanımadığı şəxsin də işə düzəlməsi üçün ümumilikdə 9.000 manat pulun verilməsini deyərək onun verdiyi 4.700 manat pulu beş günün içərisində kartına köçürüləcəyini bildirmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində onun müraciəti əsasında cinayət işi isitintaq olunan zaman müstəntiq Fərid Alıyev ona Elxan Cəfərov tərəfindən ödənilmiş maddi ziyandan 1.700 manat pulu təqdim etmiş, o da həmin qəbul etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tərəfidən ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Sonda Zərərçəkmiş şəxs, ona vurulmuş zərəri tam aradan qaldırıldığına görə Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid, Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş tələbnamə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qərarının surətindən və cinayət işi materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 178.3.2-ci addəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qərarına asasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanunu tətbiq edilərək əməli CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək ona təyin edilmiş cəza dəyişdirilərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş və 13 yanvar 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2014-cü il tarixli hökmü üzrə məhkumluğu ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, onu tamamlayan və birbirinə uyğun gələn zərərçəkmiş şəxsin, şahidin və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial təsdiq olunmuş 06 oktyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, cinayət nəticəsində ona vurulmuş maddi ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və maddi tələbi yoxdur. Bununla yanaşı, müdafiə tərəfinin təqdim etdiyi 07 oktyabr 2022-ci il tarixli qəbzlə müəyyən olunur ki, cinayət nəticəsində vurulmuş 4.700 manat miqdarında ziyanın 25 faizi miqdarında, yəni 1.175 manat məbləğində dövlət büdcəsinə ödəniş edilib. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, dövlət ittihamçısını və şahidi dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı, cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə görə bu Məcəllənin 39.1.4, 39.1.6—39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs təqdim etdiyi 02 (iki) ədəd disk, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olan **********206426 sayli plastik kartin surəti və 14 oktyabr 2019-cu ii tarixli "Milli Ön" elektron ödəmə terminalı vasitəsilə edilmiş pul köçürülmə qəbzi iş materiallarında saxlanılmalıdır. Bundan başqa, iş materiallarında olan qətimkan tədbiri seçilməsi barədə 22 dekabr 2021-ci il tarixli qərardan, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 1(010)-205/2022 saylı 14 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 dekabr 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, daha sonra Bakı şəhər Suraxanı rayon Məhkəməsinin qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilərək, həbs qətimkan tədbiri ilə əvəz olunmuşdur. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, sonuncu məhkəmə iclas zalından azadlığa buraxılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X14 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X14 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və onun CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılsın. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs təqdim etdiyi 02 (iki) ədəd disk, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olan **********206426 sayli plastik kartin surəti və 14 oktyabr 2019-cu ii tarixli "Milli Ön" elektron ödəmə terminalı vasitəsilə edilmiş pul köçürülmə qəbzi iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X14 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar