Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-206/2021 03.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli - himayəsində 3 azyaşlı uşağın olan, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs əmisi X5 istintaqa məlum olmayan mənbədən əldə etdiyi MDB dövlətlərinn hərbi qüvvələrində istifadə olunan, təyinatı üzrə istifadə üçün yararlı olan, natamam döyüş sursatı olmaqla döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-l tipli əl qumbarasının gövdəsini və F-l, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısı olan döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş “UZRQM” tipli partlayıcını 1999-cu ilin fevral ayında qanunsuz olaraq əldə edərək, yaşadığı ünvan 2 ünvanında yerləşən yataq otağındakı paltar dolabında saxlamış, 08 mart 2021-ci il tarixdə, saat 05:00 radələrində yaşadığı evdən çıxaraq, tanışı Şahid1 idarə etdiyi “Saipa” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomaşına daşıyaraq, həmin avtomobilin salonunda olan arxa oturacaqla arxa şüşənin arasında yerləşən səsgücləndirici üçün nəzərdə tutulmuş hissədə gizlətməklə, avtomobildə daşıyaraq gəzdirmiş, 08 mart 2021-ci il tarixdə saat 06:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində olan zaman o, və avtomobildə olan digər sərnişinlər özlərini şübhəli apardıqları üçün Suraxanı RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən saxlanılaraq, “Saipa” minik markalı, **-XP-*** dövlət nömrə nişanlı avtomobil ilə brilikdə ünvan 3 ünvanında yerləşən Suraxanl RPİ-nin 30-cu PŞ-nin inzibati binasının həyətinə gətirildikdən sonra avtomobilə baxış aparılmış və baxış zamanı avtomobilin salonunda arxa oturacaqla arxa şüşənin arasında yerləşən səsgücləndirici üçün nəzərdə tutulmuş hissədə MDB dövlətlərinn hərbi qüvvələrində istifadə olunan, təyinatı üzrə istifadə üçün yararlı olan natamam döyüş sursatı olmaqla döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-l tipli əl qumbarasının gövdəsini və F-l, RQD-5,RQ-42 əl qumbaralarının partlayıcısı olan döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş “UZRQM” tipli partlayıcı aşkar edilərək götürülmüşdür. Bu əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, ailəsi ilə bilrikdə ünvan 1 ünvanında yaşayır. Evli olmaqla, himayəsində üç azyaşlı uşağı var. Əvvəllər oğurluq etdiyi üçün Bakı Ağır Cinayəltər Məhkəməsinin hökmünə əsasən cinayət məsuliyyətinə cəlb edilmiş və 2019cu ildə azadlığa buraxılmışdır. Mərhum atası X6 onun anası ilə boşandıqdan sonra onları əmisi X1 və əmisi Aydın anası ilə ər-arvad münasibətlərində olmuşdur. 1999-cu ilin fevral ayında əmisi və həm də atalağı olan Aydın vəfat etmişdir. 1999-cu ilin elə fevral ayında o, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi ev 15 A, mənzil 5-də əmisi Aydının yataq otağında bir ədəd əl qumbarası və bir ədəd tapança tapmış və heç kimə deməyib onları özünə məxsus yataq otağında paltar şfanerində gizlətmiş və bundan heç kimin xəbəri olmamışdır. Evdə mübahisə etdiyi üçün 08 mart 2021-ci il tarixdə, saat 05:00 radələrində əl qumbarasını və tapançanı gzilətdiyi yerdən götürüb yaşadığı evdən çıxmış və tanışı Orxana zəng edib demişdir ki, Hövsan qəsəbəsinə gəlib onu götürsün. Həmin vaxt onun qeyri rəsmi nikahda olduğu Züleyxa da onunla olmuşdur. Orxan idarə etdiyi “Saipa” markalı **-XP-*** nömrəli maşınla gəlib, onları Hövsan qəsəbəsindən götürmüş və həmin vaxt o, üzərində olan əl qumbarasını və tapançanı arxa şüşənin qarşısında gizlətmiş, bundan heç kimin, yəni nə Orxanın, nədə ki, Züleyxanın xəbəri olmamışdır. Avtomobildə olan zaman, yolda Vüqar adlı tanışını görüb, Orxandan maşını saxlayıb, Vüqarı da götürməsini xahiş etmişdir. Vüqarın yanında başqa oğlan da var idi. Hövsan qəsəbəsi, İ.Əhlimanaov küçəsində Orxanın avtomobilində oturub söhbət edən zaman, həmin vaxt, saat 06:50 radələrində polis maşını onların oturduqları maşına yaxınlaşmışdır. Bu zaman Vüqar maşından düşüb qaçmışdır. Vüqar haqqında onun başqa məlumatı yoxdur. Polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər və maskadan istifadə etmədikərini onlara bildirib, onları 30-cu PŞ-nə gətirmişlər. Polislərin maşında əl qumbarasının və tapançanın olmasından xəbərləri olmamışdır və bu barədə polislər ondan soruşmadıqları üçün, o, polislərə heç nə deməmişdir.30-cu PŞ-nin təhqiqatçısı ondan izahat alan zaman o, təhqiqatçıya Orxana məxsus “Saipa” markalı avtomobilin salonunda arxa oturacağın arxasında əl qumbarası və tapança gizlətdiyini və həmin əl qumbarasını və silahı başqa yerdə gizlətmək üçün evdən çıxanda özü ilə götürdüyünü demişdir. Şahid1 məxsus “Saipa” markalı, **-XP-*** dövlət nömrə nişanlı avtomaşına videoçə-kilişdən istifadə edilməklə baxış aparılmış və baxış zamanı onun avtomaşının arxa oturacağının arxasında gizlətdiyi əl qumbarası və start tipli tapança aşkar etmişlər. Əl qumbarası və tapança qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və o, protokolla tanış olduqdan sonra protokola imza etmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış aparılacağı ona izah edilmiş və şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd “HTC” markalı və “Xiaomi” markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Həmin əl qumbarası ona məxsusdur. Əl-qumbarasmı satmaq niyyəti olmayıb və əl qumbarasını evdən çıxarmağına səbəb onu başqa yerdə gizlətmək olmuşdur. Onda əl qumbarasının olmasından heç kimin xəbəri olmayıb.Tapança həqiqi silah deyil və tapançadan istifadə etməklə hər hansı bir cinayət törətməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən DİO-da xidmət aparır və xidmətə qəbul olunduğu gündən bu günədək xidmətini Suraxanı RPİ-nin PPXB-də aparır. Gecə növbəsində işlədiyindən, onun xidmət saatları axşam saat 20.00-dan səhər saat 08.00-dək olan müddət ərzindədir. 08.03.2021ci il tarixdə, saat 06.50-da xidmət etdiyi ərazidə, yəni Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmasını və sənişinlədən heç birinin tibbi maskadan istifadə etməməsini müəyyən etdikdə, o, və ekipac yoldaşları olan Xətai və Nurlan avtomobillə həmin şəxslərə yaxınlaşaraq, özlərini təqdim etmişlər. Onlar avtomobilə yaxınlaşan kimi avtomobildə oturan şəxslərdən biri avtomobildən düşərək qaçmış, avtomobildə oturan digər şəxslərdən isə şəxsiyyətlərini təsdiq edən sənədlərin olub-olmaması barədə soruşmuşlar. Həmin sərnişinlərdən biri olan, adını sonradan bidliyi Fuad adlı şəxs avtomobildən düşərək, həyəcanlı şəkildə danışmağa başlamış, bu zaman həmin şəxslərin hərəkətləri onlara şübhəli gəldiyi üçün onlar həmin şəxsləri Suraxanı RPİ-nin 30-cu PŞ- nə dəvət etmişlər. Onların dəvəti ilə Orxan, Fuad, İkram və Züleyxa adlı şəxslər 30-cu PŞ-nə gəlmişlər. Onlar həmin şəxsləri şöbəyə təhvil verib xidməti əraziyə qayıtmışlar. Sonradan ona məlum olmuşdur ki, avtomobildən Fuad adlı şəxsə aid olan qumbara aşkar edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ilə Şahid6 Şahid4 ifadəsi ilə analoci ifadə vermişlər. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 30-cu PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 08 mart 2021-ci il tarixdə, səhər saatlarında Suraxanı RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən 30-cu PŞ-nə Şahid1 idarə etdiyi “Saipa” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil və həmin avtomobilin sərnişinləri olan X10, Şahid2 və Şahid3 şöbəyə gətirilmişlər. Təhqiqatçı tərəfindən Şahid1 idarə etdiyi “Saipa” markalı, 10- XP-019 dövlət qeydiyyat nişanlı avtomobilə şöbənin həyətində Təqsirləndirilən şəxs, müdafiəçinin və Şahid1 iştirakı ilə baxış aparılan zaman, avtomaşının arxa şüşəsinin yanından 1 ədəd əl qumbarası və bir ədəd tapança aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin tapança və qumbara onun özünə məxsusdur. Aşkar edilmiş əl qumbarası və tapança təhqiqatçı tərəfindən götürülərək və zərflərə qoyularaq qablaşdırılmış və zərflər möhürlənmişdir. Baxış zamanı tərtib edilmiş protokol iştirakçılar tərəfindən imza edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 08.03.2021-ci il tarixdə yaşadığı evdən çıxıb, borc pulunu almaq üçün tanıdığı şəxsin evinə getmək üçün yol kənarına gəlmişdir ki, həmin istiqamətdə gedən taksilərə əyləşsin. Yolun kənarında çatanda, əvvəllər tanıdığı Vüqar adlı şəxsi orda görmüş, Vüqar ona demişdir ki, dalınca maşın gəlir, onu da getdiyi yerə düşürdərlər. O, da Vüqarla razılaşmış və yanında dayanıb gözləmişdir. Təxminən 5 dəqiə sonra əvvəllər tanımadığı 3 nəfər şəxs “Saipa” markalı **-XP-*** d.q.n-lı avtomaşınla gəlib, onların yanında dayanmışlar. Həmin vaxt o, sürücünün yanında oturmuş, Vüqar isə arxada oturmuşdur. Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində olarkən, saat təxminən 06:50 dəqiqədə polis əməkdaşları onlara yaxınlaşmışlar. Onlar maşında olan zaman heç birində tibbi maska yox idi. Polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edəndə, arxada oturan Vüqar maşından düşərək qaçmışdır. Daha sonra avtomaşında ortada oturan, əvvəllər tanımadığı şəxs maşından düşmüşdür. Elə bu zamanda polis əməkdaşları onların hərəkətlərindən şübhə edərək, onları avtomaşınla birlikdə yaxınlıqda olan PŞ-nə gətirərək təhvil vermişlər. Daha sonra PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirdilər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, da üzərində heç bır qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə baxış keçirdilər və heç bir qanunsuz əşya və predmet aşkar etmədilər. Bundan əlavə qeyd etmək istəyir ki, keçirilən bütün prosesslər video çəkilişlə qeydə alındı. Onunla əlaqədar sorğu sual bitdikdən sonra xəbəri olmuşdur ki, avtomobildən, avtomobildə oturan, sonradan adını bildiyi Fuad adlı şəxsə məxsus qumbara aşkar edilib götürülmüşdür. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, tanıyır. Və Fuadla o, aradabir görüşüb oturub, çay içib söhbət edir. Son zamanlar Fuadın avtomobili xarab olduğundan harasa getmək lazım olduğu halda onu çağırmışdır. Şahid2 isə çox vaxt Fuadla birlikdə olur. 08.03.2021-ci il tarixdə Fuad ona zəng edib Züleyxanı yaşadığı Şüvəlan qəsəbəsinə aparmaq lazım olduğunu bildirərək, ondan Hövsan qəsəbəsində yaşadığı evin qarşısına gəlməyini xahiş etmişdir. O, da Fuada heç bir etiraz etmədən Faudın yaşadığı evin qarşısına gəlmişdir. Bundan sonra Fuad Züleyxa ilə birlikdə gəlmiş, avtomobildə Fuad qarşı tərəfdə, Züleyxa isə arxada əyləşmişdir. Onlar Hövsan qəsəbəsi “pekarnaya” adlanan ərazi istiqamətində getmişlər. Yolda Fuad öz tanışı, lakin onun əvvəllər tanımadığı Vüqar adlı şəxsi və yanında daha bir nəfəri gördükdə, ondan onları da götürməyini xahiş etmişdir. Bundan sonra o, avtomaşını həmin şəxslərin yanında saxlamış, Fuad qarşıdan düşərək arxaya keçmiş, yoldan götürdüyü şəxslərdən biri qabaqda, digəri isə arxada, Fuad və Züleyxanın yanında əyləşmişlər. Belə ki, Züleyxa arxa sağ tərəfdə, Fuad ortada, digər onun tanımadığı şəxs isə sol tərəfdə oturmuşlar. Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində olarkən, saat 06:50 dəqiqədə polis əməkdaşları onlara yaxmlaşmışlar. Polislərin onlara yaxınlaşmasına səbəb onların tibbi maskalarının olmaması olmuşdur. Polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edəndə, arxada oturan onun tanımadığı, adını sonradan eşitdiyi Vüqar adlı şəxs maşından düşərək qaçmışdır. Daha sonra Fuad maşından düşmüş və elə bu zaman polis əməkdaşları onların hərəkətlərindən şübhə edərək, onları avtomaşınla birlikdə yaxınlıqda olan PŞ-nə gətirərək, təhvil vermişlər. Daha sonra PŞ-də onun şəxsiyyəti müəyyən olunduqdan sonra, polis əməkdaşları avtomaşına video çəkiliş aparmaqla onun avtomobilinə baxış keçirilməsi zərurəti olduğunu bildirmişlər. O, heç bir etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Polis əməkdaşları onun, Fuadın və Fuad üçün dəvət olunmuş müdafiəçinin iştirakı ilə avtomaşına baxış keçirmişlər. Baxış zamanı onun avtomaşınının arxa alın şüşəsinin yanından 1 ədəd əl qumbarası və bir ədəd tapança aşkar etmişlər. Sorğu zamanı Fuad bildirmişdir ki, həmin tapança və qumbara onun özünə məxsusdur. Daha sonra polis əməkdaşları videoçəkiliş aparmaqla onun üzərinə baxış keçirilməsinin zəruri olmasını ona bildirdikdə o, buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqlann birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verildikdə, o, üzərində heç bir qanunsuz əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə baxış keçirmişlər və heç bir qanunsuz əşya və predmet aşkar etməmişlər. Fuad evdən götürdüyü paketi avtomobilin arxa alın şüşəsin qarşısına qoymuşdur. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Hacıyeva X4 Orxan Rafiq oğlu ilə eyni məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstədiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 08 mart 2021-ci il tarixində şübhəli şəxs kimi tutulmuşdur. 09 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. 09 mart 2021-ci il tarixdə ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məqsədi ilə Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudova vəsatət verilmiş və Suraxanı prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudovun qərarı ilə həmin vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. 09 mart 2021-ci il tarixdə ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində tərəfimdən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Lazimov X8 RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, 08 mart 2021-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Vüqar İsizadə tərəfindən Şahid1 idarə etdiyi “Saipa” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs iştirakı ilə videokameradan istifadə edilməklə baxış aparılmış və baxış zamanı avtomobilin salonundan arxa oturacaqla arxa şüşənin arasında yerləşən səsgücləndiricilər üçün nəzərdə tutulmuş hissədə zavod üsülü ilə hazırlanmış tapança formasında olan uşaq oyuncağı və həmin uşaq tapançasma aid olan içərisində 03 ədəd 5,6 mm diametrli gümüşü rəngli qırmalar olan 01 ədəd daraq, MDB dövlətlərinn hərbi qüvvələrində istifadə olunan, təyinatı üzrə istifadə üçün yararlı olan natamam döyüş sursatı olmaqla döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-l tipli əl qumbarasının gövdəsi və F-l, RQD-5,RQ-42 əl qumbaralarının partlayıcısı olan döyüş sursatı hesab edilən, zavod üsulu ilə isteshsal olunmuş “UZRQM” tipli partlayıcı aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmiş, həmçinin baxışın gedişatmı əks etdirən videogörüntülər “DVD” diskə köçürlüməklə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə partlayış-texniki ekspertizasının 08.03.2021-ci il tarixli 21/187R nömrəli rəyindən göründüyü kimi, tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-l tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır.Digər 01 ədəd əşya “UZRQM” tipli partlayıcıdır, F-l, RQD-5, RG-42 əl qumbaralarının partlayıcısıdır. Həmin 01 ədəd əl qumbarasının gövdəsi və 01 ədəd “UZRQM” tipli partlayıcısı ilə birlidkə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatıdır, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, təyinatı üzrə istifadə üçün yararlıdır. İş materiallarında olan Kriminalisik Tədqiqatlar İdarəsinin ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 01 ədəd əşya UZRQM tipli partlayıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısıdır. Həmin 01 ədəd əl qumbarasının gövdəsi və 01 ədəd UZRQM tipli partlayıcısı ilə birlikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatıdır. MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, təyinatı üzrə istifadə üçün yararlıdır. İş materiallarında olan Kriminalisik Tədqiqatlar İdarəsinin ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, tapança formasında olan uşaq oyuncağıdır və odlu silah hesab edilmir. Həmin tapança formasında olan əşya 5,9 mm diametrli plastik qırmalarla yaxın məsafəyə atmaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 5,9 mm diametrli plastik qırmalar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli uşaq oyuncağı tapançasının komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 03 ədəd 5,6 mm diametrli gümüşü rəngli qırmalar zavod üsulu ilə istehsal olunmuş pnevmatik silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş qırmalar, döyüş sursatı hesab edilmirlər və istifadə üçün yararlıdırlar. İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşından və 2008, 2010 və 2011-ci il təvəllüdlü 3 övladından ibarətdir. İş materiallarında olan, 103 saylı MKİS-dan verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Hövsan qəsəbəsi, E.Qasımov, ev 15a, mənzil 5 ünvanında qeydiyyatdadır və yaşayır, onun barəsində MKİS-yə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.10.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 307.1 -ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhər Xəzər rayon Məhkəməsinin 02.03.2016-cı il tarixli qərarı ilə 02 ay 15 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 30.11.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.3.2 və 326.1-ci maddəsi ilə təqsirli bilinib 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 326.1-ci maddsəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməməklə həbsdə saxlandığı 01 il 03 ay 15 gün təyin edilmiş cəzadan çıxarılmaqla qəti 05 il 08 ay 15 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 04.10.2017-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə onun barəsində 02 il 02 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və 19.03.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 19.03.2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmiş və azad edildiyi vaxtdan CM-nin 83.3.4-cü maddəsində nəzərdə tutulan altı il müddət keçmədiyindən o, məhkumluğu olan təqsirləndirilən şəxsdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətlərin residivi kimi müəyyən edilmişdir. CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. İş materiallarından görünür ki, 05 mart 2021-ci il tarixdə Şahid1 idarə etdiyi “Saipa” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş Təqsirləndirilən şəxs məxsus MDB dövlətlərinn hərbi qüvvələrində istifadə olunan, təyinatı üzrə istifadə üçün yararlı olan natamam döyüş sursatı olmaqla döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-l tipli əl qumbarasının gövdəsi və F-l, RQD- 5,RQ-42 əl qumbaralarının partlayıcısı olan döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş “UZRQM” tipli partlayıcı iş üzrə maddi sübut kimi tanınmış və əl qumbarası gövdəsi ilə birlikdə saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici izahatı, məhkəmədə və ibtidai istintaq zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, həmçinin, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 4-cü bəndinə əsasən CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu, ailəli olduğunu, himayəsində 3 azyaşlı uşağın olmasını olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hal kimi residivinin olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə onu da nəzərə almalıdır ki, Təqsirləndirilən şəxs ailəlidir və onun himayəsində 3 uşağı vardır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri də məhkəmə tərəfindən nəzərə alınmalıdır. Mhkəmə bu qənaətə gəlir ki, mühakimə edilən şəxsdə təyin ediləcək cəzanın həddi onda güclü islah –tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimai-faydalı fəaliyyətə qayıtmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi recimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan - 03.08.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə maddi sübutlara dair məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, F-l tipli əl qumbarasının gövdəsi və F-l, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısı olan döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş “UZRQM” tipli partlayıcı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 mart 2021-ci il tarixindən 09 mart 2021-ci il il tarixədək tutuldugu 01 gün müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 01 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş F-l tipli əl qumbarasının gövdəsi və F-l, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısı olan döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş “UZRQM” tipli partlayıcı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-206/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-206/2021
03.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver