Məhkəmə qərarları › İş №1(010)-207/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-207/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-207/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi Məhkəmə iclas katibi Qocazadə Aysel Məzayim qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1999-cu ildə Füzuli rayonu, Böyk Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmuş, Füzuli rayonu, Böyük Bəhməli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovzozu, nömrəsiz evdə yaşayan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-432/2023 saylı 20 noyabr 2023-cü il tarixli qərarla barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədilyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində X8 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə Donuzçuluq sovxozunda yerləşən təmir- tikinti işləri aparılan yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin plastik pəncərəsini vintaçanla əyib açaraq, içəri qanunsuz daxil olub oradan 480 manat dəyərində bir ədəd prefaratoru, 600 manat dəyərində elektrik naqilini və ümumi dəyəri 350 manat olan razetkakuliçaterləri gizli olaraq talayıb zərərçəkmiş şəxs X5 ümumilikdə 1430 (min dörd yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla gizli oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozunda ailəsi ilə birlikdə fərdi yaşayış evində yaşayır. Atası isə onlardan ayrılaraq ayrı yaşayır. Heç bir yerdə işləmir, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə qəbul etmədikdə bədənində əmələ gələn dözülməz ağrıların qarşısını almaq üçün oğurluq edib pul əldə etmək qərarına gələrək xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində özü tək evlərindən çıxaraq Binə qəsəbəsində oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Evlərindən təxminən 15-20 dəqiqəlik məsafədə aralandıqdan sonra ətrafında hasarı olmayan bir fərdi yaşayış evinin işıqlarının yanmadığını görüb orada yaşayış olmadığını bilmiş, evə yaxınlaşıb üstündə olan vintaçanla evin plastik pəncərəsini əyib açaraq pəncərədən içəri girmişdir. Evin aşağı mərtəbəsində üç otaq olmuş, divarlara suvaq vurulmamış, evin çöl qapı və pəncərələri olsa da içəri otaqların qapıları olmamışdır. Otaqlardan birində təzə vurulmuş döşəmənin üstündə bir ədəd prefarator, qutunun içərisində təzə razetkalar və bir top naqil olduğunu görüb prefaratoru, bir top naqili və qutuda olan razetkaları oğurlayıb evdən çıxmışdır. Oğurladığı əşyaları gecə ikən gətirib qapılarının yanında gizlətmiş, sonra səhəri günü oğurladığı əşyaları Sabunçu bazarına aparıb hamısını bir yerdən 200 manata tanımadığı şəxsə satmışdır, bu zaman həmin əşyaların özünə məxsus olmasını bildirmişdir, alan şəxs əşyaların oğurluq yolu ilə əldə edilməsini bilməmişdir. Sonda, cavan olduğunu, ailəli və himayəsində 1 azyaşlı uşağının olmasını və törətdiyi əməldən səmimi peşmançılıq hissi çəkdiyini bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, oğlu ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evində yaşayır. Oğlu Vətən uğrunda İİ Qarabağ döyüşlərində iştirak etmişdir, döyüşlərdə yaralanmışdır, qazidir. Oğlu xx.xx.2023cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozundakı evindən çıxıb ailə üzvlərilə birlikdə qardaşı Xanların evinə qonaq getmiş, gecə olduğundan qardaşı Xanların evində qonaq qalmış, səhərisi gün xx.xx.2023-cü il tarixdə saat 12 radələrində evinə gəldikdən sonra evinin plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Tez evə daxil olub içəri baxmış, evdə olmadıqları zaman naməlum şəxsin evinin plastik materialdan olan pəncərsini hansısa bir alətlə açaraq evinə girdiyini, evindən ona məxsus olan 480 manat dəyərində bir ədəd pereferatoru, 600 manat dəyəridə elektirik naqilini, ümumi dəyəri 350 manat olan 20 ədəd razetka və kuliçaterləri oğurlayıb ümumilikdə ona 1430 manat maddi ziyan vurmasını müəyyən etmişdir. Buna görə də hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, sonra da Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. DİN-nin 102 xidmətinə məlumat verəndən sonra polislər evinə gələrək baxış keçirmişlər, baxış zamanı 02 ədəd əl-barmaq izi aşkar olunaraq götürülmüşdür. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş və protokol oxunduqdan sonra doğru olduğundan imza etmişdir. Sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 01 dekabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs etdiyi oğurluq nəticəsində əldə etdiyi bir ədəd prefarator, qutunun içərisində təzə razetkalar və bir top naqil prefaratoru, bir top naqili və qutuda olan razetkaları oğurladığı evin yerini, yəni Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evini göstərərək təsvir etmişdir. Bununla bağlı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış ünvanda yerləşən zərərçəkmiş şəxs X5 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri iş üzrə maddi sübut kimi tanınmışdır və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 13 sentyabr 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərərçəkmiş şəxs X5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə Donuzçuluq sovxozunda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, hadisə yerindən əl-baramq izi aşkar edilərək götürülmüş, baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 18 noyabr 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2023-ci il tarixdə, saat 16:30-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-432/2023 saylı 20 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablamaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 05 fevral 2024-cü il tarixli 24/264 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi nömrəsiz ünvanda yerləşən vət. X5 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim editlmiş 05 ədəd yapışqanlı lent kəsiklərinin üzərində olan 03 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş vətəndaş Təqsirləndirilən şəxs əl-barmaq və ovuc əksləri (daktiloskopik xəritə) müqaisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izindən 02 ədədi xx.xx.1999-cu ildə Füzuli rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət və orta barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi DİN- nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o, cümlədən Təqsirləndirilən şəxs əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış 20 fevral 2024-cü il tarixli tələbnamədən müəyyən edilmişdir ki, xx xxx 1999-cu ildə Füzuli rayonu, Böyk Bəhmənli kəndində anadan olmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin1(003)-863/2023 saylı 01 dekabr 2023-cü il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, sonuncunun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə 03 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarından görünür ki, 03 oktyabr 2021-ci il təvəllüdlü X1 Dünyamalı Əşir oğlunun uşağıdır. Törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin 1(003)-863/2023 saylı 01 dekabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 01 dekabr 2023-cü il tarixdən hesablanmış və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 1(003)-863/2023 saylı 01 dekabr 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 18 noyabr 2023-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-432/2023 saylı 20 noyabr 2023-cü il tarixli qərarı ilə 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-863/2023 saylı 01 dekabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-863/2023 saylı 01 dekabr 2023-cü il tarixli hökmü üzrə ibtidai istintaq zamanı şübhəli şəxs qismində saxlanıldığı 09 avqust 2023-cü il tarixdən 10 avqust 2023-cü il tarixədək olan müddət ona təyin edilmiş 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzasından çıxılsın və ona qəti olaraq 02 (iki) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar