Məhkəmə qərarları › İş №1(010)-208/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-208/2020

30.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-208/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 12 – xx xxxxxxxx 2020-ci il tarixləri üzrə tutulmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,267 qr təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroini 40 manata alıb əldə edərək üzərində daşımaqla saxlamış, xx xxxxxxxx 2020-ci ildə saat 12 radələrində ünvan 2 ünvanının qarşısında Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə baxış keçirilən zaman, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 1 ədəd bükümdə içərisində ümumi təmiz çəkisi 0,267 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, xx xxxxxxxx 2020-ci ildə saat 11 radələrində narkotik vasitə heroin almaq üçün Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gedərək, adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxsi tapıb 40 manat pul vermiş və əvəzində 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə narkotik vasitə heroin alaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur ki, münasib vaxtda həmin narkotik vasitəni istifadə etsin. xx xxxxxxxx 2020-ci ildə saat 12 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Caparidze küçəsində yerləşən 7 saylı evin qarşısında olduğu vaxt ona iki nəfər mülki giyimli şəxs yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirərək adını soruşmuşlar. O, həmin şəxslərə Natiq olduğunu bildirdikdə həmiş şəxslər onun narkotik vasitələrin qanunsuz istifadəsində və daşınmasında şübhəli olduğunu bildirib Suraxanı Rayon Polis İdarəsinə getməsini təklif etmişlər. O, da polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə idarəyə getmişdir. Polis idarəsində xidməti otaqların birində, polis əməkdaşları müdafiəçi dəvət etmiş və üzərinə videoçəklişdən istifadə etməklə baxış keçirmişlər. O, əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş, bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu və onu Bakıxanov qəsəbəsində üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bu barədə protokol tərtib olunaraq o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin polis əməkdaşları həmin bükümü zərfə qoyaraq qablaşdırmış və möhürləmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Qeyd edir ki, ailəyə yeganə qazanc gətirən şəxsdir, yaşlı atası və anası onun himayəsindədirlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxxxx 2020-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə polis idarəsinə əməliyyat məlumatı daxil olmuşdur. O, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis idarəsinin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar idarə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı Rayon Məhkəməsinə qanunamüvafiq qaydada məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupa o, idarənin NMB-nin rəisi, polis mayoru Anar İbrahimov və NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 təyin olunmuşlar. Sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanıldı. Həmin gün polis əməkdaşı Şahid2lə birlikdə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Caparidze küçəsi, 7 saylı evin qarşısına gəlmişlər. Saat 12 radələrində həmin küçədə Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxs adının Natiq olduğunu bildirmişdir. Natiqə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib Suraxanı RPİ-nə dəvət etmiş, sonuncu buna heç bir etiraz etməyərək razılaşmışdır. Bundan sonra onlar birlikdə polis idarəsinə gəlmişlər. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edildi. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilərək, qanunsuz əşya olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş və həmin bükümün içərisində narkotik maddə heroin olmasını, xx xxxxxxxx 2020-ci ildə saat 11 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən adını bilmədiyi üzdən tanıdığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmişdir. Aşkar edilmiş həmin narkotik vasitələr kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən şəxslər və Təqsirləndirilən şəxs özü, tərəfindən imzalanmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun öz etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. xx xxxxxxxx 2020-cı il tarixli 6/1861 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN arayışlar üçün №45” dairəvi möhür əksi olan və “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə“sözləri və imzalar qeyd edilmiş zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,267 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir». xx xxxxxxxx 2020-ci il tarixli 2636 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, ailə vəziyyətini və ailəyə yeganə qazanc gətirən şəxs olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, ərazi narkoloji dispanserində qeydiyyata alınmaq və zərurət yaranarsa narkomaniyadan müalicə kursu keçmək, pandemiya əleyhinə rejimə, sanitariyagigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Bununla yanaşı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,217 qr təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 – xx xxxxxxxx 2020-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, ərazi narkoloji dispanserində qeydiyyata alınmaq və zərurət yaranarsa narkomaniyadan müalicə kursu keçmək, pandemiya əleyhinə rejimə, sanitariyagigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,217 qr təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar