Məhkəmə qərarları › İş №1(010)-208/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-208/2021

11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-208/2021 11.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1982-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq edilməklə qəti olaraq 3.300 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.3 və 66.5-ci maddələri tətbiq edilməklə qəti olaraq 6.000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli qərarı ilə barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli, 816-VQD saylı Qanununu tətbiq edilməklə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli hökmünə əsasən təqsirli bilindiyi əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməklə cinayət məsuliyyətindən azad edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 3.300 manat cərimə cəzası dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli hökmünə əsasən qəti olaraq təyin edilmiş 3.300 manat cərimə cəzasının çəkilməmiş 3.000 manat hissəsi 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qərarı ilə həmin Məhkəmənin 29 oktyabr 2018-ci il tarixli qərarına əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 ay 01 gün hissəsi 05 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 08 iyun 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, məhəllə 1055, 102 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X18 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayətkar əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs1, işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bil-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verərək sonuncunun inam və etibarını qazanmaqla əri Şahid2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı cəza çəkmə müəssisəsindən azadlığa buraxılması adı ilə yalandan vəd verərək onu aldatmaqla 23 noyabr 2015-ci il tarixdə ünvan 1 ünvanının qarşısında sonuncunun 3.800 (üç min səkkiz yüz) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X10 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayətkar əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs6, işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bil-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verərək inam və etibarını qazanmaqla sonuncunun oğlu Şahid7 Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəldəcəyinə dair yalandan vəd verərək aldatmaqla vahid niyyətlə 2020-ci ilin fevral ayı ərzində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin inzibati binasının qarşısında 5.000 manat və 1.000 manat pulunu alaraq, 2020-ci ilin mart ayı ərzində isə özünə məxsus bank hesabına 380 manat və 160 manat pulun köçürülməsi nəticəsində ələ keçirərək Zərərçəkmiş şəxs6 ümumilikdə 6.530 manat yəni, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bil-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verərək inam və etibarını qazanmaqla sonuncunun oğlu X11 Hallar Nazirliyinin akademiyasına kursant kimi qəbul etdirəcəyinə dair yalandan vəd verərək vahid niyyətlə 05 may 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 ünvan 2 ünvanında yerləşən mənzilində 500 manat, poçt vasitəsilə öz adına göndərilməklə 20 may 2020-ci il tarixdə 273 manat, 22 may 2020-ci il tarixdə 2.000 manat və 08 iyun 2020-ci il tarixdə isə 300 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 3.073 (üç min yetmiş üç) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “X5” adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan razılaşmaqla əlbir olub cinayətkar əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bil-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verərək inam və etibarını qazanmaqla sonuncunun qohumu Ceyhun Qurbanovu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə işə bərpa etdirəcəyinə dair yalandan vəd verərək vahid niyyətlə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Şəki” restoranının qarşısında 2019-cu ilin avqust ayının sonunda 1.500 manat, həmin ilin sentyabr ayının sonunda 1.000 manat, Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilində 14 yanvar 2021-ci il tarixdə 250 manat, Bakı şəhəri Yasamal rayonu ərazisinə yerləşən Hüseyn Cavid adına parkda 03 iyun 2020-ci il tarixdə 1.000 manat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin inzibati binasının qarşısında 03 iyul 2020-ci il tarixdə 2.000 manat, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Narkoloji dispanserin qarşısında 2020-ci ilin iyul ayında 300 manat və 2019-cu ilin avqust ayından 2020-ci ilin iyul ayınadək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 4.250 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 10300 (on min üç yüz) manat yəni, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X18 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayətkar əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs7, işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bil-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verərək inam və etibarını qazanmaqla sonuncuya Türkiyə Respublikasından mebel alacağına dair yalandan vəd verərək 2020-ci ilin avqust ayında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən mtronun “Xətai” stansiyasının yaxınlığında sonuncunun 3.000 (üç min) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs7 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “Əfqan Mahmudov” adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan razılaşmaqla əlbir olub cinayətkar əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs8, işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bil-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verərək inam və etibarını qazanmaqla sonuncuya məxsus “Ford Transit” markalı avtomobilini gömrük rəsmiləşdirməsindən keçirəcəyinə dair yalandan verərək 20 sentyabr 2020-ci ildə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Gömrük İdarəsinin qarşısında sonuncunun 4.000 (dörd min) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs8 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “X5” adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan razılaşmaqla əlbir olub cinayətkar əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bil-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verərək inam və etibarını qazanmaqla sonuncunun qohumu Ceyhun Qurbanovu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə işə bərpa etdirəcəyi adı ilə aldadaraq dələduzluq yolu ilə ələ keçirdikləri 10.300 manat pulun bir qismini geri qaytaracağına dair yalandan vəd verərək bu məqsədlə sonuncuya verdiyi istifadəyə yararsız və satılması mümkün olmayan Çin istehsalı olan dörd ədəd “İphone” markalı mobil telefonların satışından ümumilikdə 8000 manat qazanc əldə edəcəyinə inandırmaqla Zərərçəkmiş şəxs3 əldə edəcəyi qazancın 1.500 manatını əvvəlcədən nəğd şəkildə özünə qaytarması və qalan məbləği ona olan borcu ilə əvəzləşdirməsinə dair aralarında razılıq əldə edərək 05 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “20 Yanvar” stansiyasının qarşısında Zərərçəkmiş şəxs3 1.500 (min beş yüz) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bil-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verərək inam və etibarını qazanmaqla sonuncunu Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəldəcəyinə dair yalandan vəd verərək vahid niyyətlə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Çin restoranının qarşısında 2020-ci ilin noyabr ayının ortalarında 775 manat, “Milli Ön” ödəniş terminalı vasitəsilə özünə məxsus bank hesabına köçürülməsi nəticəsində 29 noyabr 2020-ci il tarixdə 760 manat, 30 noyabr 2020-ci il tarixdə 780 manat, 03 dekabr 2020-ci il tarixdə 370 manat, 05 dekabr 2020-ci il tarixdə 200 manat, 08 dekabr 2020-ci il tarixdə 300 manat, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “20 Yanvar” stansiyasının qarşısında 11 dekabr 2020-ci il tarixdə 600 manat, 12 dekabr 2020-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin inzibati binasının qarşısında 400 manat, poçt vasitəsilə öz adına göndərilməklə 14 dekabr 2020-ci il tarixdə 530 manat, 16 dekabr 2020-ci il tarixdə 250 manat, 2020-ci ilin dekabr ayının ortalarında 100 manat, həmin ilin dekabr ayının sonlarında sonuncunun qohumu Rivzan Tağıyev vasitəsilə göndərdiyi 500 manat pulu Bakı şəhəri, Xətai Rayonu, N.Rəfiyev küçəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan baş idarənin inzibati binasının qarşısında ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs4 hissə-hissə olmaqla ümumilikdə 5.565 (beş min beş yüz altımış beş) manat yəni, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə X18 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayətkar əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 ilə Akif Zamanov arasında olan telefon danışığı zamanı sonuncunun Zərərçəkmiş şəxs5 əvvəlcədən olan 64.000 manat məbləğində borcunun bir hissəsini əvəzləşdirmək məqsədilə həmin vaxtı 38.000 manata dəyərləşdirdikləri “Range Rover” markalı avtomobili Türkiyə Respublikasından ona göndərəcəyi və 1.000 manat gömrük rüsumu ödəyərək həmin avtomobili Zərərçəkmiş şəxs5 adına rəsmiləşdirilməsində onun köməklik göstərəcəyinə dair əldə olunmuş razılıqdan istifadə edərək 01 yanvar 2021 -ci ildə dövlət qeydiyyat nişanı olmayan həmin markalı avtomobili Zərərçəkmiş şəxs5 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, 19 saylı evin həyətində saxlayıb açarlarını təhvil verərək işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bil-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verərək inam və etibarını qazanmaqla avtomobilin sonuncunun adına gömrük rəsmiləşdirməsində köməklik göstərəcəyini yalandan vəd verərək vahid niyyətlə həmin tarixdə 100 manat, 02 yanvar 2021-ci il tarixdə qeyd olunan ünvanda 500 manat pulunu ələ keçirdikdən sonra avtomobili də özü ilə aparmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 600 (altı yüz) manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, dələduzluq etdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş əmisi oğlu X18 2015-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi zaman zəng edib pul lazım olduğunu bildirmiş və hazırda dəqiq xatırlamadığı mobil telefon nömrəsini verib ondan Təranə adlı şəxslə əlaqə saxlamağı tapşırmışdır. Buna görə də o, 23 noyabr 2015-ci il tarixdə həmin Təranə adlı qadına zəng etmiş, daha sonra onunla Bakı şəhəri, Yasamal rayonunda Alatava adlanan yaşayış sahəsində görüşmüş, sonuncu həmin vaxt ona 3.800 manat pul vermişdir. Akiflə əvvəlcədən aralarında olan razılaşmaya əsasən həmin məbləğin 800 manatını götürərək şəxsi ehtiyacları üçün xərcləmiş, qalan 3.000 manat pulu isə elə həmin günü metronun “20 Yanvar” stansiyasının yaxınlığında Akifə çatdırması üçün sonuncunun dediyi tanımadığı şəxsə vermişdir. Bundan başqa, hazırda vəfat etmiş dostu X10 2020-ci ilin əvvəllərində ona, dostu Zərərçəkmiş şəxs6 oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəltdirmək istədiyini bildirmiş və ondan bu məsələdə köməklik etmək imkanının olduğunu soruşmuşdur. Elşənə həmin şəxsi Fövqəladə Hallar Nazirliyinə işə düzəldə biləcəyini demiş və ondan işə qəbul üçün müvafiq sənədləri təqdim etməsini istəmişdir. Bir neçə gün keçdikdən sonra o, Zərərçəkmiş şəxs6la Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən metronun “20 Yanvar” stansiyasının yaxınlığında görüşüb ondan oğlunun sənədlərini almışdır. Zərərçəkmiş şəxs6 həmin işin həll olunması üçün nə qədər pul lazım olduğunu soruşduqda, Məhəmmədə 5.000 manat məbləğində pul verməli olduğunu demişdir. Zərərçəkmiş şəxs6 onun dediyi həmin məbləğlə razılaşmış və onlar ayrılmışlar. Təxminən 10 gündən sonra o, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin inzibati binasının qarşısında Elşən Cəfərov, Zərərçəkmiş şəxs6 və sonuncunun oğlu Şahid7la görüşüb onlarla birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin inzibati binasına doğru getmişdir. Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Qələbə dairəsi” adlanan əraziyə çatdıqda Zərərçəkmiş şəxs6 5.000 manat məbləğində pulu Elşən Cəfərova vermişdir. Fövqəladə Hallar Nazirliyinin inzibati binasının qarşısına çatdıqda o, Zərərçəkmiş şəxs6 və sonuncunun oğlu Sahilə gözləmələrini deyib Elşən Cəfərovla birlikdə nazirliyin inzibati binasına daxil olmuşdur. Orada Elşən, həmin 5.000 manat puldan 1.000 manatını ona verib, bu barədə heç kimə heç nə deməməyi tapşırmış, pulun qalan məbləğini isə özündə saxlamışdır. Bundan sonra onlar birlikdə Ramana qəsəbəsinə gedərək oradakı kafelərin birində yemək yemişlər. Təxminən 3-4 gündən sonra Zərərçəkmiş şəxs6 zəng edib Şahid7 komissiyalardan keçməli olduğunu, hər hansı bir problemin yaranmaması üçün 1.000 manat pul vermək lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs6 Elşən Cəfərovla birlikdə yenidən Bakı şəhərinə gəlimiş və Xətai rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin inzibati binasının qarşısında onunla görüşüb həmin 1.000 manatı ona vermişdir. Pulu aldıqdan sonra Məhəmmədə, 20 mart 2020-ci il tarixdə oğlu Sahilin işə qəbulla bağlı əmrinin veriləcəyini, həmin zaman ayrıca olaraq onun da hörmətini etməli olacağını demişdir. 2020-ci ilin mart ayının ortalarında yenidən Məhəmmədə zəng edib Sahilin işə qəbul olunması barədə əmrinin qısa müddət ərzində veriləcəyini, habelə oğluna veriləcək xüsusi geyim formasına görə 380 manat ödəniş etməli olduğunu bildirmişdir. Məhəmməd həmin pulu ödəməyə razı olduğunu bildirdikdən sonra o, “Whatsapp” vasitəsi ilə bank kartının şəklini Məhəmmədə göndərib pulu həmin karta köçürməsini istəmişdir. Bundan sonra Məhəmməd 380 manat məbləğində pulu “milli ön” ödəniş terminalı vasitəsilə onun kartına köçürmüşdür. Təxminən bir həftə keçdikdən sonra o, yenidən Məhəmmədə zəng edib Sahilin işə qəbul əmrinin hazır olduğunu, lakin əmri təsdiq etmək üçün möhür vuran şəxsə 150 manat pul vermək lazım olduğunu bildirmiş, həmin pulu da əvvəlki kimi onun kartına köçürməsini istəmişdir. Məhəmməd də qeyd etdiyi 150 manat pulu onun bank kartına köçürmüşdür. Bir müddət keçdikdən sonra bir nəfər şəxs zəng edib Zərərçəkmiş şəxs6 qohumu olduğunu, onunla görüşmək istədiyini bildirmişdir. Həmin şəxslə Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki parkda görüşmüşlər, özünü Nağı kimi təqdim edən şəxs ondan qohumu Məhəmməddən aldığı pulları qaytarmasını tələb etmişdir. Məhəmmədin pulunu qaytaracağına söz versə də, maddi imkanı aşağı olduğundan vədinə əməl edə bilməmişdir. Bundan başqa, 2020-ci ilin avqust ayından Türkiyə Respublikasında yaşayan əmisi oğlu Akif ona zəng edib Naxçıvan Muxtar Respublikasında turizmlə məşğul olan Kamil adlı şəxsin ona 3.000 manat borcunun olduğunu demiş, Kamil adlı şəxsin mobil nömrəsini verib borc pulu götürmək üçün sonuncu ilə əlaqə saxlamasını ondan xahiş etmişdir. Eyni zamadna Akif Zamanov bildirmişdir ki, Kamil adlı şəxsdən pulu alıb onu metronun “Əhmədli” stansiyasının yaxınlığındakı telefon alqı-satqısı mağazalarından birində işləyən şəxsə çatdırmaq lazımdır. Buna görə də Kamil adlı şəxsə zəng edib Akifə çatması 3.000 manat pulu ona verməli olduğunu demişdir. Kamil isə Naxçıvan Muxtar Respublikasında yaşadığını bildirib pulu ona poçt vasitəsilə göndərə bilməsi üçün ondan şəxsiyyət vəsiqəsinin şəklini istəmişdir. Şəxsiyyət vəsiqəsinin şəklini göndərdikdən bir qədər sonra Kamil zəng edib poçt vasitəsilə 3.000 manat pulu göndərdiyi barədə məlumat vermişdir. Metronun “Xətai” stansiyasının yaxınlığındakı poçtdan həmin pulu götürdükdən sonra Akiflə telefonda danışmış, sonuncu metronun “Əhmədli” stansiyasının yaxınlığında yerləşən telefon alqısatıqısı mağazalarından birində işləyən adını və mobil nömrəsini xatırlamadığı bir nəfər şəxsin əlaqə nömrəsini verib pulu həmin şəxsə çatdırmasını xahiş etmişdir. Buna görə də o, həmin nömrəyə zəng edib tanımadığı həmin şəxslə danışdıqdan sonra sonuncunun işlədiyi mağazaya gedib orada pulu ona vermişdir. Sonradan Kamilin oğlu bir neçə dəfə zəng edib pulun qaytarmasını tələb etmiş, sonuncuya həmin pulu Akifin xahişi əsasında metronun “Əhmədli” stansiyanın yaxınlığındakı telefon alqı-satqısı mağazasında işləyən şəxsə verdiyini bildirmişdir. Bundan başqa, 2011-ci ildən tanıdığı və 02 il Nəqliyyat Departamentində onunla birlikdə işləmiş Zərərçəkmiş şəxs8 2020-ci ilin sentyabr ayında zəng edib, özünə məxsus “Ford Transit” markalı avtomobilini gömrük rəsmiləşdirilməsindən keçirmək istədiyini, bu işdə kömək edə biləcək tanışının olubolmadığını soruşmuş, Ramilə belə bir tanışının olduğunu demişdir. Bundan iki gün sonra Ramil gəlib yaşadığı ünvandan onu götürüb Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Qaradağ rayonu Gömrük İdarəsinə aparmışdır. Orada Ramili, avtomobilinin gömrük rəsmiləşdirməsində köməklik göstərməsi üçün tanışı Əfqan Mahmudovla görüşdürmüşdür. Bundan sonra onların arasında olan hər hansı söhbətdən məlumatı olmamışdır. Bir neçə gündən sonra Ramil ona zəng edib Əfqan Mahmudovun onu aldatdığını demişdir. Bundan başqa, əvvəllər qonşusu olmuş Könül 2020-ci ilin aprel ayının əvvəllərində əşyalarını qardaşı Zərərçəkmiş şəxs2 yaşadığı evə daşıyarkən Könülə köməklik etmiş, həmin vaxt Ziya ilə tanış olmuşdur. X15 Hallar Nazirliyinin ehtiyyatda olan zabiti kimi təqdim etmiş, habelə söhbət əsnasında sonuncuya Fövqəladə Hallar Nazirliyinə və ya akademiyasına düzəlmək istəyən qohumları olarsa ona müraciət edə biləcəyini demişdir. 2020-ci ilin aprel ayının sonlarında evində qonaq olduğu zaman Ziyanın həmin ərəfədə 10-cu sinif şagirdi olan oğlu Amili 10.000 manat müqabilində Fövqəladə Hallar Nazirliyinin akademiyasına düzəltməyi təklif etmişdir. Ziya ilə 10.000 manat pulun üçdə birinin əvvəlcə, qalan hissəsinin isə Amil akademiyaya qəbul olduqdan sonra veriləcəyi barədə razılığa gəlmişlər. 05 may 2020-ci il tarixdə Ziyanın evində olan zaman sonuncu ona 500 manat vermiş, qalan 2.600 manat pulu isə dayısı oğlunun Ağcabədi rayonundan poçt vasitəsilə onun adına göndərəcəyini demişdir. Həmin vaxt o, Ziyadan Amilin şəxsiyyət vəsiqəsinin surətini, fotoşəkillərini, sağlamlıq və yaşayış yeri barədə arayışları götürmüşdür. 20 may 2020-ci il tarixdə Ziyanın qeyd etdiyi qohumu poçt vasitəsi ilə onun adına 273 manat, 22 may 2020-ci il tarixdə 2.000 manat, 08 iyun 2020-ci il tarixdə isə 300 manat pul göndərmişdir. Həmin vaxt əməlinin cinayət olduğunu dərk etsə də, dələduzluqla ələ keçirdiyi ümumilikdə 3.073 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 2019-cu ilin avqust ayında, atası Xanbəyi ilə uzun müddət dost olmuş Zərərçəkmiş şəxs3 ilə hazırda xatırlamadığı yerdə təsadüfən görüşmüş, söhbət əsnasında sonuncu ona qohumu Ceyhun Qurbanovu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində əvvəlki işinə bərpa etdirmək lazım olduğunu demişdir. Sultanəliyə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində, əvvəllər X2 tanıdığı, lakin sonradan əsl adının Kamil Kamandar oğlu olduğunu bildiyi tanışının işlədiyini, onun Ceyhunun işə bərpa olunmasına köməklik edə biləcəyini bildirmişdir. Sultanəli ilə 2019-cu ilin avqust ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Şəki” restoranının yaxınlığında görüşmüş, Kamilin tapşırığına əsasən tanımadığı general rütbəli şəxsə 1.500 manat vermək lazım olduğunu Sultanəliyə demişdir. Sonradan Sultanəli ilə yenidən həmin yerdə görüşüb ondan 1.500 manat pulu götürüb Kamilə vermişdir. 2019-cu ilin sentyabr ayının sonlarında Kamil Şüvələn qəsəbəsində yerləşən istintaq təcridxanasının rəisinə 1.000 manat pul vermək lazım olduğunu ona demiş, o da, bu barədə Sultanəliyə demiş və həmin pulu da sonuncudan götürüb Şüvələn qəsəbəsinə gedərək orada Kamilin dediyi tanımadığı şəxsə vermişlər. 14 yanvar 2020-ci il tarixdə birlikdə olduqları zaman Kamil istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Sultanəliyə zəng edib Ədliyyə Nazirliyində general rütbəli şəxsin sürücüsü Elvinin tanışı Hüseyn olduğunu, Ceyhunun işə bərpa edilməsini şəxsən həll etdiyini bildirmiş, eyni zamanda sürücünü Sultanəlinin yaşadığı ünvana göndərəcəyini və həmin şəxsə 250 manat pul vermək lazım olduğunu demişdir. Bundan sonra o, həmin günü taksi ilə Sultanəlinin yaşadığı ünvana gedib həmin 250 manat pul ondan götürmüşdür. 03 iyun 2020-ci il tarixdə yenə də onunla birlikdə olarkən Kamil zəng edib Sultanəliyə demişdir ki, Ədliyyə Nazirliyində Ceyhunun barəsində tərtib edilmiş məktubu götürüb Penitensiar Xidmətin Kadrlar şöbəsində çalışan Rəşid adlı şəxsə çatdırmaq, məktubu verəcək şəxsə isə 1.000 manat vermək lazımdır. Bundan sonra Sultanəli ona zəng etmiş, onlar Bakı şəhəri, H.Cavid parkında görüşmüşlər, orada 1.000 manatı Sultanəlidən götürdükdən sonra sonuncuya nazirlikdən məktubu götürüb qayıdanadək onu gözləməsini tapşırmışdır. Təxminən 15-20 dəqiqədən sonra onu parkda gözləyən Sultanəlinin yanına qayıtmış və əvvəlcədən üzərində olan bir ədəd bağlı zərfi ona göstərək, zərfdə sözügedən məktubun olduğunu demişdir. Sultanəli həmin zərfin içərisində həqiqətən də hər hansı bir sənədin olub olmadığını yoxlamamışdır. Bundan sonra onlar taksi ilə Penitensiar Xidmətin inzibati binanın qarşısına getmişlər. Kamilə isə əvvəlcədən zəng edib həmin yerə getməsini demişdir. X12 Xidmətin inzibati binanın qarşısına çıxıb onunla görüşüb zərfi ondan götürmüşdür. Həmin vaxt, Kamili Sultanəliyə həmin yerdə çalışan Rəşid adlı şəxsin sürücüsü kimi təqdim etmişdir. 03 iyul 2020-ci il tarixdə Kamil yenə də Sultanəli zəng edərək, Ceyhunun işə bərpa olunmasından ötrü Penitensiar Xidmətdə olan general rütbəli iki nəfər şəxsin hər birinə 1.000 manat, ümumilikdə 2.000 manat vermək lazım olduğunu demişdir. Bundan sonra da Sultanəli onunla görüşüb Penitensiar Xidmətin inzibati binasının qarşısına getmişlər, Sultanəli inzibati binanın qarşısında onu gözləmiş, özü isə binaya daxil olub 2.000 manat pulu kiməsə verirmiş görüntüsü yaradaraq geri qayıtmış, Sultanəliyə isə həmin pulu generalın sürücüsünə verdiyini demişdir. Bundan sonra hazırda xatırlamadığı tarixlərdə, mütəmadi olaraq Sultanəli ilə Nərimanov rayonunun ərazisində görüşüb ondan qeyd etdiyi məqsədlə müxtəlif məbləğlərdə pul almışdır. Sultanəliyə isə həmin pulları Ceyhunun işə bərpa olunmasına görə ayrı-ayrı şəxslərə verdiyini demişdir. 2020-ci ilin iyul ayında Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən narkoloji mərkəzin qarşısında görüşdüyü zaman Sultanəlidən Ceyhuna sağlamlıq sənədi düzəltdirəcəyi adı ilə 300 manat pul almışdır. Bundan sonra Sultanəli aldanıldığını baş düşərək zəng edib Ceyhunun işə bərpa edilməsi adı ilə ümumilikdə aldığı 10.300 manat pulun geri qaytarılmasını tələb etmişdir. Sultanəliyə pulu qaytaracaqlarına dair vədlər versə də, pulu xərclədikləri üçün qaytara bilməmişlər. Bundan başqa, əvvəlcədən aralarında olan razılığa əsasən Kamil 05 dekabr 2020-ci il tarixdə istifadəsində olan ***- ***-**-** mobil nömrədən Sultanəliyə zəng edib onlara verdiyi 10.300 manat pulun əvəzinə ona 04 ədəd “İphone” markalı mobil telefon göndərəcəyini, həmin telefonların bahalı olduğunu, telefonları metronun “Nərimanov” stansiyasının yaxınlığında yerləşən telefon mağazasına verib 8.000 manat əldə edəcəyini, həmin puldan 1.500 manat telefonu gətirənə verib qalan 6.500 manat pulu isə özünə götürə biləcəyini demişdir. Həmin gün Kamilin göndərdiyi tanımadığı şəxs metronun “20 Yanvar” stansiyası yaxınlığında həmin mobil telefonları Sultanəliyə vermiş və sonuncudan 1.500 manat pul alıb getmişdir. Həmin vaxt sözügedən mobil telefonların satılmasında köməklik göstərməsi adı ilə o, Sultanəli ilə birlikdə olmuşdur. Sultanəli mobil telefonları götürdükdən sonra birlikdə qeyd edilən mağazaya getmişlər, lakin mobil telefonların orijinal olmadığı, “Çin” istehsallı olduğu müəyyən edilmiş, buna görə də mağazada telefonları almaqdan imtina etmişlər. Sultanəli Kamilə zəng edib bu barədə dedikdə, sonuncu bundan məlumatının olmadığını, Türkiyə Respublikasında olduğunu, tezliklə onunla əlaqə saxlayacağını bildirmişdir. Buna görə də Sultanəli telefonları özü ilə evinə aparmış, o isə Hüseynlə görüşüb əldə etdikləri pulu öz aralarında bölmüşlər. Bundan başqa, E.X.Zamanov bildirdi ki, Zərərçəkmiş şəxs4, onun həmkəndlisi Azər Əliyevin vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs4 da FHN-nin DYMX-nə düzəltmək adı ilə aldadaraq ona qarşı dələduzluq etmişdir. Belə ki, ayrı-ayrı vaxtlarda Fikran ona “milli ön” ödəmə terminalı və ya poçt vasitəsilə müxtəlif məbləğlərdə, yəni 760- 780-250-200-100-600-400 və s. pul göndərmişdir. Sonuncu dəfə Fikranla telefonda danışan zaman ona, işə qəbul əmrinin hazır olduğunu, buna görə 500 manat verməli olduğunu demiş, bu adla Fikranın qohumu Rizvan adlı şəxslə Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsində FHN-nə məxsus idarənin qarşısında görüşüb ondan 500 manat pulu götürüb həmin şəxsə bir ədəd zərf və bir ədəd əmək kitabçası verib onları Fikrana çatdırmağı tapşırmışdır. Zərərçəkmiş şəxs4 ümumilikdə 5.565 manat pulunu ələ keçirmişdir. Bundan başqa, əmisi oğlu Akif 01 yanvar 2021-ci il tarixdə ona zəng edərək Tural adlı dostunun ona avtomobil verəcəyini bildirib həmin avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayan Nazim adlı bir nəfərə verməsini, həmin şəxsdən isə avtomobilin rəsmiləşdirilməsində köməklik edəcəyi adı ilə 1.000 manat məbləğində pul almasını deyib Nazim adlı şəxsin mobil nömrəsini ona vermişdir. Aralarında olan razılığa əsasən Nazim adlı şəxsdən alacağı 1.000 manat pulun bir qismini əmisi oğlu Akifə göndərməli, bir qismini isə öz ehtiyaclarına xərcləməli idi. Bir qədər keçdikdən sonra Tural adlı şəxs onun istifadəsində olan mobil nömrəsinə zəng edərək Akifin tapşırığı ilə “Range Rover” markalı avtomobili bir günlük ona verməli olduğunu deyib Nərimanov rayonu ərazisində görüşməyi təklif etmişdir. Nərimanov rayonunda yerləşən “Pekin” restoranının qarşısında Turalla görüşüb avtomobili ondan götürmüş, həmin vaxt avtomobilin üzərində dövlət qeydiyyat nömrəsi olmamışdır. Bundan sonra o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gedib orada Nazim adlı şəxslə görüşmüş, özünü təqdim edərək Akifin əmisi oğlu olduğunu, idarə etdiyi avtomobili sonuncunun göndərdiyini, avtomobilin onun adına rəsmiləşdirilməsində köməklik edəcəyini demişdir. Daha sonra o, Akifə zəng edib telefonu Nazimə vermiş, sonuncu Akiflə danışdıqdan sonra ona 100 manat verib 1.000 manat pulunun olmadığını, əlavə olaraq yalnız 500 manat verə biləcəyini demişdir. O isə Gömrük komitəsində tanışının olduğunu, avtomobili ucuz qiymətə rəsmiləşdirə biləcəyinə dair Nazimə vəd vermişdir. Bundan sonra o, “Range Rover” markalı avtomobili Nazimin yaşadığı evin həyətində saxlayıb açarını da sonuncuya təqdim edərək çıxıb getmişdir. Səhəri gün yəni, 02 yanvar 2021-ci il tarixdə, təxminən 12 radələrində Nazimin yaşadığı evə getmiş, həmin vaxt Nazimlə küçəyə qızı ilə çıxmışdır. O, avtomobilin sükanı arxasında, Nazim sağ qabaq oturacaqda, Nazimin qızı isə arxa oturacaqda əyləşmişdir. 500 manatı istədikdə həmin pulu Nazim qızından götürüb ona vermişdir. Pulu sayıb cibinə qoyduqdan sonra Nazimdən qızını hansı məqsədlə özü ilə birlikdə apardığını soruşmuş, Nazim isə cavabında avtomobili qızının adına rəsmiləşdirəcəyini demişdir. Avtomobildə əlavə kiminsə olmasını istəmədiyi üçün Nazimə, qızının iştirakı olmadan da avtomobili sonuncunun adına rəsmiləşdirə biləcəyini demişdir. Bundan sonra Nazimin qızı avtomobildən enmiş və o, avtomobili işə salaraq Nazimlə birlikdə oradan getmişlər. Əvvəlcədən Akiflə aralarında olan razılaşmaya əsasən o, avtomobili Nazimdən alıb Tural adlı şəxsə geri qaytarmalı idi. Elə bu məqsədlə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hərəkətdə olduqları zaman avtomobili “Bakıxanov” bazarının qarşısında sxlayıb Nazimə gömrük rəsmiləşdirilməsi zamanı sənədlərin ksero sürətlərinin lazım olacağını bildirmiş və ondan üzərində olan sənədlərin surətlərini çıxarmasını istəmişdir. Bundan sonra Nazim avtomobildən düşüb yaxınlıqdan olan surət çıxarma mərkəzinə getmişdir. Nazimin uzaqlaşdıqdan sonra o, avtomobili idarə edib dərhal oradan getmişdir. Sonra isə Turala zəng edib onunla Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Pekin” restoranının qarşısına görüşüb avtomobili ona geri qaytarmışdır. Yolda olarkən Nazim zəng edib ondan hara getdiyini soruşduqda Nazimə, Bakı şəhəri Xətai rayonu X28 Şöbəsinin əməkdaşlarının avtomobili cərimə meydançasına apardıqlarını demişdir. Bir qədər sonra Nazim yenidən onunla əlaqə saxlamış, Nazimə həmin gün 16 radələrində onun yaşadığı evə gələcəyini deyib mobil telefonunu söndürmüşdür. Nazimi aldığı 600 manat puldan 100 manatını öz ehtiyaclarına sərf etmək üçün götürmüş, qalan 500 manat pulu isə bank vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yaşayan əmisi oğlu Akifə göndərmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş zərəri maddi imkanı olmadığına görə ödəyə bilmədiyini bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 29 iyul 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 2012-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 9 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkərkən əri Şahid2 təxminən 2014-cü ilin aprel ayının sonlarında onunla birlikdə cəzaçəkən X18 ilə tanış olmuşdur. Cəza çəkdikləri müddətdə Akif Rafaelin günahsız olduğunu, eyni zamanda ona azadlığa buraxılmasına və işinə bərpa olunmasında köməklik edə biləcəyini demişdir. Rafael də telefonla danışdıqları zaman bu barədə ona və bildirmişdir ki, X25 adlı qohumu ona işinə bərpa olunmasına, Akifin atası Azər adlı şəxsin isə azadlığa buraxılmasına köməklik edəcəkdir. Telefon danışığı zamanı Rafael həmçinin bildirmişdir ki, qısa müddət ərzində azadlığa buraxılması üçün 30.000 manat verilməlidir. Bundan sonra Akif, Rafaelin yanından ona zəng edərək ilkin mərhələdə pulun 12.000 manat məbləğini hazır etməsini, həmin məbləği Anar adlı şəxsin gəlib ondan götürəcəyini demişdir. 07 oktyabr 2014-cü il tarixdə, saat 11:05-də zəng edib özünü Anar kimi təqdim edən şəxs Akifin dediyi şəxs olduğunu və Kamal adlı şəxsin gəlib ondan 12.000 manat pulu götürəcəyini demişdir. Həmin tarixdə, saat 11:47-də zəng edib özünü Kamal kimi təqdim etmiş şəxs Anar tərəfindən göndərildiyini bildirdiyinə görə sonuncuya telefonda yaşadığı ünvanı barədə məlumat vermiş, təxminən bir neçə dəqiqə sonra Kamal adlı şəxs gəlib ondan 50 və 100 manatlıq əskinaslardan ibarət, ümumilikdə 12.000 manat pulu götürmüşdür. Kamala 12.000 manat pul verən zaman tək olmuş, Kamal da onun yaşadığı ünvana tək gəlmişdir. Həmin günü, saat 11:56-da zəng edib özünü Anar kimi təqdim edən şəxs Kamal adlı şəxsin 12.000 manat pulu ona çadırdığını təsdiq etmiş, həmin şəxs saat 12:05-də təkrarən ona zəng edib pulun lazımi şəxslərə çatdırıldığını demişdir. Təxminən bir neçə gün keçdikdən sonra Akif yenidən ona zəng edib pulun qalan hissəsinin Elxan adlı şəxs tərəfindən götürüləcəyini deyərək, pulu həmin şəxsə və ya onun həvalə etdiyi başqa bir şəxsə vermək lazım olduğunu bildirmişdir. Bundan sonra 26 mart 2015-ci il tarixdə zəng edib özünü Elxan kimi təqdim edən şəxs pulu gəlib götürəcəyini demişdir. Beləliklə o, 26 mart 2015-ci il tarixdən 2015-ci ilin aprel ayının sonlarınadək yaşadığı evin yaxınlığında, yəni Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatavada hissə-hissə olmaqla Elxan adlı şəxsə əlavə olaraq 29.000 manat pul vermişdir. Bundan sonra Akif ona zəng edərək, ondan götürülmüş ümumilikdə 41.000 manat puldan guya 30.000 manat hissəsinin lazımi şəxsə çatdırılmadığına görə sonuncunun hələ də işə başlamadığını, bu səbəbdən işin uzandığını bildirmişdir. Bundan sonra 03 may 2015-ci il tarixdə zəng edərək özünü Mürsəl kimi təqdim etmiş şəxs, onun mobil nömrəsini Akifdən aldığını və Rafaelin cəzaçəkmə müəssisəsindən azad olunmasını həll edən şəxs olduğunu bildirmişdir. Telefon danışığı zamanı Mürsəl lazım olan pulun ona çatmadığına görə Rafaelin azadlığa buraxılması məsələsini həll edə bilmədiyini demişdir. O, Mürsələ ayrı-ayrı vaxtlarda və ayrı-ayrı şəxslərə ümumilikdə 41.000 manat pul verdiyini desə də, həmin şəxs pulun ona çatdırılmadığını bildirmişdir. Bundan sonra 07 may 2015-ci il tarixdə Akiflə telefonda danışarkən ona, Mürsəllə aralarında olan söhbəti danışmış, bu zaman Akif puldan 5.000 manat məbləğini xərclədiyinə görə pulun çatmadığını, həmin 5.000 manat pulu Təqsirləndirilən şəxs adlı şəxsin gəlib ondan götürəcəyini demişdir. Bundan sonra 23 noyabr 2015-ci il tarixdə zəng edərək özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs Akifin dediyi adam olduğunu bildirmiş, sonuncu ilə yaşadığı evin qarşısında görüşmüş, lakin ona 5.000 manat deyil, 3.800 manat pul vermişdir. Sonda Zərərçəkmiş şəxs1, cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. 29 iyul 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs6 göstərmişdir ki, Təqsirləndirilən şəxs rəhmətə getmiş dostu Elşənin Cəfərovun vasitəsi ilə tanımışdır. Belə ki, o, 2020-ci ilin fevral ayında Elşən Cəfərovla söhbət zamanı oğlu Şahid7 işsiz olduğunu bildirdikdə Elşən Elvin adlı bir nəfər tanışının vasitəsi ilə X13 Nazirliyinə işə düzəldə biləcəyini demişdir. Onlar razılaşdıqdan sonra Elşən Cəfərov Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək söhbət etmişdir. Telefon danışığı zamanı Elvin, X13 Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəldə biləcəyini bildirmiş və bunun üçün də Sahilin sənədlərini istəmişdir. Bundan təxminən 1-2 gün keçdikdən sonra o, Sahilin sənədlərini götürüb Bakı şəhərinə gəlmiş, Bakı şəhəri, Xətai rayonu ərazisində Elvinlə görüşmüş, həmin vaxt sonuncu özünü Fövqəladə Hallar Nazirliyinin baş leytenant rütbəli əməkdaşı kimi təqdim etmişdir. O, özü ilə gətirdiyi sənədləri Elvinə verib yaşadığı Ağdam rayonuna geri qayıtmışdır. Bir neçə gün keçdikdən sonra Elvin ona zəng edərək sənədləri aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyin əməkdaşlarına verdiyini, Sahilin işə düzələ biləcəyini, bunun üçün 5.000 manat məbləğində pul verməli olacağını bildirmişdir. O, Elvinlə razılaşsa da, həmin vaxtı qeyd edilən məbləğdə pulunun olmadığını bildirib bir neçə gün möhlət istəmişdir. Bu məqsədlə də o, qohumu Şahid8 3.800 manat məbləğində borc almış, qalan məbləği də düzəldərək təxminən 7-8 gün keçdikdən sonra 5.000 manat pulu Elşən Cəfərov və Şahid7la birlikdə Bakı şəhərinə gətirmişdir. Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin inzibati binasının qarşısında Elvinlə görüşmüş və gətirdiyi 5.000 manat pulu ona vermişdir. Bundan sonra Elvin onlara gözləmələrini deyib Fövqəladə Hallar Nazirliyinin inzibati binasına daxil olmuşdur. Təxminən 10 dəqiqə keçdikdən sonra Elvin qayıdaraq onlarla birlikdə kafeyə getmişdir. Onlar kafedə olan zaman X16 Nazirliyinin general rütbəli Niyazi Zamanovun onun əmisi olduğunu və Sahilin işə düzəlməsində həmin generalın biləvasitə köməkliyindən istifadə edəcəyini bildirmişdir. Elvin məhz bu səbəbdən də Sahilin işə düzəlməsi üçün heç bir problem olmadığını deyərək ondan xəbər gözləmələrini bildirmişdir. Bundan sonra o, oğlu ilə birlikdə Ağdam rayonuna qayıtmışdır. Təxminən 3-4 gün sonra Elvin onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Sahilin komissiyalardan keçməli olduğunu bildirərək həmin komissiyalarda problem yaranmaması üçün ondan 1.000 manat məbləğində pul istəmişdir. O, Elşən Cəfərovla birlikdə yenidən Bakı şəhərinə gəlmiş və Fövqəladə Hallar Nazirliyinin inzibati binasının qarşısında Elvinlə görüşərək ona 1.000 manat məbləğində pulu vermişdir. Elvin həmin pulu aldıqdan sonra 20 mart 2020-ci il tarixdə Sahilin işə qəbul əmrinin veriləcəyini və həmin zaman onun da ayrıca hörmətini etməli olacağını bildirmişdir. O, Elvinlə razılaşdıqdan sonra Elşən Cəfərovla birlikdə yaşadığı rayona qayıtmışdır. 2020-ci ilin mart ayının ortalarında Sahilin işə qəbul əmrinin xəbərini gözlədiyi halda Elvin yenidən ona zəng edərək Sahilin əmrinin qısa müddət ərzində veriləcəyini bildirmiş və oğluna veriləcək xüsusi geyim formasına görə 380 manat ödəniş etməli olduğunu demişdir. O, həmin pulu ödəməyə razılıq verdikdən sonra Elvin “Whatsapp” vasitəsi ilə ona bank kartının şəklini göndərmiş və pulu həmin karta köçürməsini istəmişdir. Bundan sonra o, 380 manat məbləğində pulu “milli ön” ödəniş terminalı vasitəsilə həmin karta köçürmüşdür. Təxminən bir həftə keçdikdən sonra Elvin yenidən zəng edərək Sahilin işə qəbul əmrinin hazır olduğunu, lakin əmri təsdiq etmək üçün möhür vuran şəxsə 150 manat məbləğində pul vermək lazım olduğunu bildirmiş, həmin pulu da əvvəlki kimi onun kartına köçürməsini istəmişdir. Bundan sonra o, 150 manat pulu əvvəlki qaydada Elvinin bank kartına köçürmüşdür. Xeyli müddət keçməsinə baxmayaraq Sahilin işə qəbul əmri verilmədiyi üçün narahat olmağa başlamış, dəfələrlə Elvinlə telefon vasitəsi ilə əlaqə saxlasa da, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüş və bu barədə hüquq mühafizə orqanlarına ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs onun ümumilikdə 6.530 manat məbləğində pulunu ələ keçirmişdir. Sonda Zərərçəkmiş şəxs6, cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. 29 iyul 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 2020-ci aprel ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonunda yaşayan bacısı Könül evindən köçdüyünə görə əşyalarının bir hissəsini onun yaşadığı Bakı şəhəri, Yasamal rayonunda yerləşən evinə aparmışdır. Həmin vaxt yük daşıyan fəhlələr arasında olan şəxsin kimliyi barədə bacısından soruşduqda Könül həmin şəxsi göstərək onun qonşusu Təqsirləndirilən şəxs olduğunu deyərək kömək məqsədilə gəldiyini demişdir. Həmin vaxt o, Elvinlə tanış olmuş, Elvin özünü Fövqəladə Hallar Nazirliyinin kapitan rütbəli əməkdaşı kimi təqdim etmiş və Könül qonşu olduğu üçün kömək etmək məqsədilə gəldiyini bildirmişdir. İşlərini bitirdikdən sonra o, Elvini fələlərlə birlikdə çay süfrəsinə dəvət etmişdir. Elvinlə aralarında olan söhbət zamanı sonuncu Fövqəladə Hallar Nazirliyində işləyən general rütbəli Niyazi Zamanovun onun əmisi olduğunu bildirmişdir. Bundan sonra aralarında mütəmadi olaraq telefon danışıqları olmuş və dostluq münasibəti yaranmağa başlamışdır. Bir neçə dəfə onlar Bakı şəhərində ayrı-ayrı yerlərdə restoranda da görüşmüşlər. Həmin ərəfələrdə Elvin yaxınlarında Fövqəladə Hallar Nazirliyinə və akademiyasına düzəlmək istəyən şəxs olacağı təqdirdə ona bildirməsini təklif etmiş, müəyyən pul müqabilində bu kimi məsələləri həll etmək iqtidarında olduğunu demişdir. Bundan sonra 2020-ci ilin aprel ayının sonlarında Elvin evində qonaq olduğu zaman sonuncudan oğlu X17 Nazirliyinin akademiyasına kursant, yəni akademiyanı oxumaq üçün düzəltməsini xahiş etmişdir. Elvin bunun qarşılığında ondan 10.000 manat pul istəmişdir. Həmin vaxtı qeyd edilən məbləğdə pulu olmadığından Elvinin təklifi ilə pulun üçdə birini əvvəlcə, qalan pulu isə oğlu akademiyaya qəbul olduqdan sonra verəcəyinə dair aralarında razılıq əldə olunmuşdur. 05 may 2020-ci il tarixdə o, Elvinlə yaşadığı evdə görüşmüş, həmin vaxt qardaşları Ramil və Hikmət, xalası oğlu Ramilin iştirakı ilə Elvinə 500 manat pul vermiş və 2.600 manat pulu isə dayısı oğlunun Ağcabədidən onun adına poçt vasitəsilə göndərəcəyini bildirmişdir. Elvin 500 manat pulu götürərək qeyd olunanlar barədə onunla razılaşmışdır. Həmin vaxt Elvin, Amilin şəxsiyyət vəsiqəsinin surətini, fotoşəkillərini, sağlamlıq və yaşayış yeri barədə arayışlarını da ondan götürmüşdür. 2020ci ilin may ayında o, dayısı oğlu Sərxanla əlaqə saxlayıb ona Elvinlə aralarında olan söhbət barədə bildirmiş və Sərxandan ona 2.600 manat borca pul verməsini istəmişdir. Bu məqsədlə də o, 20 may 2020-ci il tarixdə Elvinə zəng edib onun anket məlumatlarını götürüb onları Sərxana vermiş və bundan sonra sonuncu həmin gün Elvinə poçt vasitəsilə 273 manat, 22 may 2020-ci il tarixdə 2.000 manat, 08 iyun 2020-ci il tarixdə isə 300 manat pul göndərmişdir. Elvin hər dəfə qeyd edilən məbləğdə pulu qəbul etdikdən sonra zəng edib ona məlumat vermişdir. Beləliklə Elvin X17 Nazirliyinin akademiyasına qəbul etdirəcəyinə dair yalan vəd verərək onun ümumilikdə 3.073 manat pulunu ələ keçirmişdir. O, həmin pulları Elvinə verdiyi zaman onunla mütəmadi olaraq görüşmüş və münasibətləri yaxşı olmuşdur. Onların arasında olan razılaşmaya görə Elvin pulu aldıqdan sonra Amil 2020-ci ilin sentyabr ayında akademiyada dərsə başlamalı idi. 2020-ci ilin avqust ayının sonlarında Elvinlə bir neçə dəfə mobil telefon vasitəsilə əlaqə saxlamağa çalışsa da, sonuncu müxtəlif bəhanələr gətirməklə onunla görüşməkdən imtina etmişdir. Bu səbəbdən də o, həmin vaxtlardan etibarən Elvindən şübhələnməyə başlamışdır. 2020-ci ilin sentyabr ayında Elvinin onunla əlaqə saxlamadığını, Amilin akademiyaya düzəlməsi üçün heç bir addım atmadığını görüb Elvinin ona qarşı dələduzluq etdiyini müəyyən etmişdir. Bundan sonra Elvindən dəfələrlə pulunu tələb etsə də, sonuncu müxtəlif bəhanələr gətirib yalan vədlər verərək onu aldatmışdır. Sonda Zərərçəkmiş şəxs2, cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. 29 iyul 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 göstərmişdir ki, qohumu X7 uzun müddət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində işləmişdir. 2018-ci il tarixdə Ceyhun işlərində yol verdiyi nöqsanla əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən xaric edilmişdir. O, Ceyhunuun yenidən işinə bərpa edilməsindən ötrü Ədliyyə Nazirliyinin rəhbərliyinə müraciət etmək istədiyi vaxt, yəni 2019-cu ilin avqust ayında Təqsirləndirilən şəxs ilə təsadüfən metronun “Nərimanov” stansiyasının qarşısında görüşmüşdür. Belə ki, Elvinin atası Xanbəyi ilə onun uzun illər dostluq münasibəti olmuş, buna görə də, Elvini əvvəlcədən tanımış, həmin vaxtlarda isə Elvinin atası Xanbəyi vəfat etmişdir. Aralarında olan söhbət əsnasında qohumu Ceyhun barəsində danışdıqda, Elvin həmin vaxt qohumu X3 Ədliyyə Nazirliyində işlədiyini, onun vasitəsilə Ceyhuna işə bərpa olunmasında köməklik edə biləcəyini demişdir. 2019-cu ilin avqust ayının sonlarında Nərimanov rayonu ərazisində yerləşən “Şəki” restoranının yaxınlığında görüşməyə gedərkən əvvəlcədən aralarında olan razılığa əsasən Ceyhunun işə bərpa olunması üçün Elvinin Ədliyyə Nazirliyində işləyən hansısa tanımadığı general rütbəli şəxsə şirinlik verməsindən ötrü özü ilə 1.500 manat pul götürmüşdür. Həmin vaxt dostu Şahid4lə birlikdə sonuncunun idarə etdiyi “Ford” markalı avtomobillə qeyd edilən yerə getmişdir. Orada Şahid4 avtomobildə gözləmiş, o isə avtomobildən düşüb Elvinlə piyada gəzərək söhbət edib üzərində olan 1.500 manat pulu sonuncuya vermişdir. 2019-cu ilin sentyabr ayının sonlarında Elvin zəng edib onunla görüşmək istədiyini demiş və o, sonuncunu evinə dəvət etmişdir. O, yaşadığı mənzildə Elvinlə görüşdüyü vaxt Şahid4 də, onun evində qonaq olmuşdur. Aralarında olan söhbət zamanı Elvin, Ceyhunun işə bərpa olunmasına görə Şüvəlan qəsəbəsində yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasının rəisinə 1.000 manat şirinlik vermək lazım olduğunu bildirmiş, onlar razılaşdıqdan sonra o, qeyd olunan məbləğdə pulu Şahid4 iştirakı ilə Elvinə vermişdir. 14 yanvar 2020-ci il tarixdə onun istifadəsində olan mobil telefona ***-***-**-** saylı mobil nömrədən zəng edib özünü Elvinin tanışı Hüseyn kimi təqdim etmiş şəxs Ədliyyə Nazirliyində işləyən general rütbəli vəzifəli şəxsin sürücüsü olduğunu, Ceyhunun işə bərpa edilməsində şəxsən özünün köməklik etdiyini bildirmişdir. Bununla yanaşı söhbət zamanı Hüseyn sürücünü onun yaşadığı ünvana göndərəcəyini və həmin şəxsə 250 manat pul verməli olduğunu demişdir. Bundan sonra həmin gün hazırda xatırlamadığı avtomobillə bir nəfər şəxs onun yaşadığı ünvana gəlmiş və həmin vaxt Elvində sürücünün idarə etdiyi avtomobildə olmuşdur. O da, Elvinə inanıb ona 250 manat pul vermişdir. 05 mart 2020-ci il tarixədək Hüseyn kimi tanıdığı şəxslə mütəmadi olaraq ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış, Hüseyn ona həmişə telefonla danışarkən “səbrli ol, yaxşı olacaq” deyərək özünə qarşı inam yaratmışdır. 03 iyun 2020-ci il tarixdə Elvin və Hüseyn ona zəng edərək Ceyhunun barəsində Ədliyyə Nazirliyində tərtib edilmiş məktubu götürüb Penitensiar Xidmətin Kadrlar şöbəsində çalışan Rəşid adlı şəxsə verməsini, məktubu verəcək şəxsə də 1.000 manat vermək lazım olduğunu bildirmişdir. Buna görə də Elvinlə Bakı şəhəri, H.Cavid parkında görüşüb ona 1.000 manat pul vermiş, Elvin məktubu parkın yaxınlığında yerləşən nazirlikdən götürmək adı ilə getmiş, o isə sonuncunu həmin yerdə gözləmişdir. Təxminən 15-20 dəqiqə sonra Elvin əlində bağlı formada bir ədəd zərflə qayıdıb gəlmiş, o, zərfin içərisində konkret olaraq hansı sənədin olması ilə maraqlanmamışdır. Bundan sonra onlar taksi ilə Penitensiar Xidmətin inzibati binanın qarşısına getmişlər. O, həmin yerdə gözləmiş, Elvin isə Hüseynin ona verdiyi mobil nömrə ilə əlaqə saxlamış, bir qədər sonra həmin yerdə işləyən Rəşid adlı şəxsin sürücüsü kimi tanıdığı və adını bilmədiyi bir nəfər şəxs Penitensiar Xidmətinin inzibati binasının qarşısına çıxıb Elvinlə görüşmüş, sonuncu da məktubu həmin şəxsə vermişdir. Bunda sonra Elvinlə birlikdə oradan uzaqlaşmışla və o, evinə qayıtmışdır. 03 iyul 2020-ci il tarixdə Hüseyn ona zəng edərək, Ceyhunun işə bərpa olunmasından ötrü Penitensiar Xidmətdə işləyən iki nəfər general rütbəli şəxslərin hərəsinə 1.000 manat olmaqla ümumilikdə 2.000 manat pul vermək lazım olduğunu demişdir. O da, Elvinlə görüşüb Penitensiar Xidmətin inzibati binasının qarşısına getmiş, həmin inzibati binanın qarşısında Elvini gözləmiş, Elvin binaya daxil olub ondan aldığı 2.000 manat pulu kiməsə verib geri qayıtmışdır. Elvin ona, həmin pulu generalın sürücüsünə verdiyini demişdir. Bundan sonra hazırda xatırlamadığı tarixlərdə, mütəmadi olaraq Elvinlə Nərimanov rayonu ərazisində görüşüb ona bu məqsədlə 500-300-200-100 məbləğlərində olmaqla müxtəlif məbləğlərdə pul vermişdir. Elvin də həmin pulları Ceyhunun işə bərpa olunmasına görə ayrı-ayrı şəxslərə verdiyini demişdir. 2020-ci ilin iyul ayında Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən narkoloji mərkəzin qarşısında Elvinlə görüşdüyü zaman sonuncu ondan Ceyhuna sağlamlıq sənədi düzəltdirəcəyi adı ilə 300 manat pul almışdır. 2020-ci ilin iyul ayında Ceyhunun işə bərpa olunacağı barədə Elvindən və Hüseyndən məlumat almış, bundan sonra Ceyhunun işə bərpa edilmədiyini görüb həmin şəxslərin ona qarşı dələduzluq etdiyini müəyyən etmişdir. O, Hüseynlə həmin vaxtdan etibarən mütəmadi olaraq mobil telefon vasitəsilə əlaqə saxlayıb Ceyhunun işə nə vaxt bərpa ediləcəyini soruşduqda sonuncu ona müxtəlif bəhanələr gətirib yalan vədlər vermişdir. Buna görə də Hüseyndən və X6 işə bərpa edilməsindən ötrü verdiyi 10.300 manat pulun qaytarılmasını tələb etsə də, onlar hər dəfə yalan vədlər verərək onu aldatmışlar. 05 dekabr 2020-ci il tarixdə Hüseyn onun istifadə etdiyi mobil telefonuna ***- ***-**-** saylı mobil nömrədən zəng edib onlara verdiyi 10.300 manat pulun əvəzinə ona 04 ədəd “İphone” markalı mobil telefon göndərəcəyini, həmin telefonların bahalı olduğunu, telefonları metronun “Nərimanov” stansiyasının yaxınlığında yerləşən telefon mağazasına verib 8.000 manat pul alacağını, həmin puldan 1.500 manat məbləğini telefonu gətirən şəxsə verib qalan 6.500 manat pul özünə götürə biləcəyini demişdir. Həmin gün ***-***-**- ** saylı mobil nömrədən ona zəng etmiş tanımadığı şəxs Hüseynin dediyi telefonları gətirməli olduğunu bildirmiş, sonuncu ilə metronun “20 Yanvar” stansiyası yaxınlığında görüşmüş, telefonları götürüb həmin şəxsə 1.500 manat pul vermişdir. Həmin vaxt Elvin də mobil telefonların satılmasında köməklik göstərməsi üçün onunla birlikdə olmuşdur. Mobil telefonları götürdükdən sonra Elvinlə birlikdə qeyd edilən mağazaya getmiş, lakin mobil telefonlar original olmadığından mağazada onları almaqdan imtina etmişlər. Zəng edib Hüseynə bu barədə bildirdikdə, sonuncu bundan məlumatının olmadığını, hazırda Türkiyə Respublikasında olduğunu, tezliklə onunla əlaqə saxlayacağını demişdir. Bundan sonra o, telefonları özü ilə evinə aparmışdır. Mütəmadi olaraq Elvindən pulunu tələb etsə də, sonuncu pulun Hüseyndə olduğunu, alıb ona qaytaracağını deyərək onu aldatmışdır. Sonda Zərərçəkmiş şəxs3, cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. 29 iyul 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs7 göstərmişdir ki, 2020-ci ilin avqust ayının əvvəllərində atası Kamil ona zəng edib bildirmişdir ki, istifadəsində olan mobil nömrəyə zəng edərək özünü Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Polis Şöbəsinin rəisi Əli Nəbiyevin oğlu kimi təqdim etmiş Elvin adlı şəxs Türkiyədən Bakıya mebel gətizdirəcəyini və bunun üçün 3.000 manat məbləğində pul lazım olduğunu, pulu bir həftə müddətinə qaytaracağını demişdir. X22 rayonu Polis Şöbəsinin rəisi Əli Nəbiyevlə yaxşı münasibətləri yaxşı olduğundan ona, Elvinlə Bakı şəhərində görüşüb sonuncuya 3.000 manat məbləğində pul verməsini tapşırmışdır. Buna görə də o, Elvin adlı şəxsə zəng edib ondan Əli Nəbiyevin oğlu olubolmadığını soruşmuş, Elvin də Əli Nəbiyevin oğlu olduğunu demişdir. Elvinlə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Xətai” stansiyasının yaxınlığında görüşüb 3.000 manat pulu sonuncuya vermişdir. Həmin vaxt Elvin pulu bir həftəyə qaytaracağına dair söz vermiş və onlar ayrılmışdır. Bir həftədən sonra pulu qaytarmadığı üçün Elvinə zəng etmiş, sonuncu hələ pulu düzəldə bilmədiyini və qısa müddət ərzində qaytaracağını demişdir. Lakin hər dəfə Elvinlə əlaqə saxladıqda, sonuncu müxtəlif bəhanələr gətirərək 3.000 manat pulu qaytamaqdan boyun qaçırmışdır. Bundan sonra o, Elvin adlı şəxs barəsində araşdırma apardıqda onun Təqsirləndirilən şəxs olduğunu, Ordubad rayon Polis Şöbəsinin rəisinin oğlu olmadığını müəyyən etmişdir. Bundan sonra o, Elvinə zəng edib onun əslən Şərur rayonundan olan Təqsirləndirilən şəxs olduğunu və Əli Nəbiyevin oğlu olmadığını bildiyini söyləmişdir. Bu zaman Elvin onun dediklərini təsdiqləyərək özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib 3000 manat məbləğində pulu qısa müddət ərzində qaytaracağını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs yenə də hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmadığından, habelə onun barəsində Bakı şəhəri Xətai rayon Polis İdarəsində cinayət işinin açılması barədə məlumat əldə etdiyindən o, da ərizə ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs3, cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. 29 iyul 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs8 göstərmişdir ki, o, 20 sentyabr 2020-ci il tarixdə Gürcüstan Respublikasından gətirdiyi “Ford” markalı avtomobili rəsmiləşdirmək üçün Qaradağ rayonu Gömrük İdarəsinə getmişdir. Orada əvvəllər tanıdığı X8 ilə təsadüfən görüşmüş və bu barədə söhbət etmişlər. Bu zaman Elvin avtomobillərin gömrük rəsmiləşdirməsi ilə məşğul olduğunu, əmisinin də gömrükdə işlədiyini, onun avtomobilini ucuz qiymətə rəsmiləşdirə biləyəcini bildirmişdir. Həmin vaxt Elvin telefonla guya əmisinə zəng etmiş və bir az keçməmiş bir nəfər tanımadığı şəxs onlara yaxınlaşmışdır. Elvin həmin şəxsi ona əmisi kimi təqdim etmişdir. Elvinin həmin şəxslə aralarında nə danışdıqlarını eşitməsə də, Elvin ona “qiymət bahadır, lakin sənə 4.000 manata həll edərik, odur ki, sənədləri və pulu mənə yox, həmin adama ver” demişdir. Elvinə etibar edərək 4.000 manat pulu Elvinin təkidi ilə həmin şəxsə vermişdir. Həmin gün axşam saatlarınadək gözləmiş, Elvin daha gec olduğunu və səhər gələrik deyərək ayrılmışlar. Səhəri gün yəni, 21 sentyabr 2020-ci il tarixdə Gömrük İdarəsinin qarşısında olmuş, lakin Elvin gəlib çıxmamış, zəng etdikdə Elvin ona “işim var görüşə bilməyəcəyəm sənədləri isə sənə göndərəcəyəm” demişdir. Bu zaman o, Elvinin onun etibarından sui-istifadə etdiyini baş düşmüşdür. Sonradan Elvin sənədlərini tanımadığı taksi sürücüsü ilə ona göndərmişdir. Taksi sürücüsü isə ona “bilmirəm mənə sənəd verdilər və telefon nömrəsi verdilər ki, zəng edib sizə çatdırım” deyə cavab vermişdir. Buna görə də o, elə həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyiin “102” xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş və daha sonra ərizə ilə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs8, cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. 29 iyul 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs5 göstərmişdir ki, Təqsirləndirilən şəxs 02 yanvar 2021-ci il tarixdə tanımışdır. Belə ki, Elvin tanışı Akifin əmisi oğludur. Akifi isə təxminən 6-7 ildir tanıyır, onunla ailəvi münasibəti olmuşdur. Akif ondan ev tikmək məqsədilə 64.000 manat borc pul almış, borcumun 8.000 manatını qaytarsa da, qalan pulu qaytara bilməmişdir. 2020-ci ilin dekabr ayında Akif ona zəng edib qarşıdan gələn yeni ilini təbrik etdikdən sonra o, Akifdən pulunu istəmiş sonuncu həmin vaxtı Türkiyə Respublikasında olduğunu və borcun müəyyən hissəsinin əvəzinə ona “Lexus” markalı avtomobil göndərəcəyini bildirmişdir. O, Akiflə 64.000 borcunun müqabilində həmin avtomobili 38.000 manata götürəcəyini və həmin məbləği ümumi borcdan şıxacağına dair razılaşmışdır. Həmin vaxt Akif avtomobili ona Elvin adlı şəxsin gətirəcəyini, avtomobili gömrük rəsmiləşdirməsindən keçirməsi üçün sonuncuya 1.000 manat pul vermək lazım olduğunu bildirmişdir. O, isə cavabında həmin məbləğdə pulunun olmadığını bildirdikdə Akif üzərində olan pulu Elvinə verməsini, qalan pulu isə sonra verməli olacağını demişdir. Bundan sonra 01 yanvar 2021-ci il tarixdə özünü Elvin kimi təqdim etmiş bir nəfər tanımadığı şəxs onun yaşadığı mənzilə gələrək və Akifin əmisi oğlu olduğunu demişdir. Elvin həmin vaxtı “Range Rover” markalı avtomobillə gəlmiş və həmin avtomobilin dövlət nömrə nişanı olmamışdır. Bundan sonra Elvin Akifə zəng edib danışdıqdan sonra telefonu ona vermiş, Akif onunla danışarkən Elvinə 200 manat pul verməli olduğunu demişdir. Akifə üzərində yalnız 100 manat pulun olduğunu dedikdə sonuncu həmin pulu Elvinə verməsini istəmişdir. Buna görə də o, həmin pulu Elvinə vermiş, lakin sonuncu avtomobilin gömrük rəsmiləşdirməsi üçün əlavə pul verməli olduğunu dedikdə, o, əlavə olaraq 500 manat verə biləcəyini bildirmişdir. Elvin onunla razılaşaraq Gömrük komitəsində tanışı olduğunu, avtomobili ucuz qiymətə rəsmiləşdirə biləcəyinə deyərək onu inandırmışdır. Bundan sonra Elvin gətirdiyi avtomobili onun həyətində saxlayaraq çıxıb getmişdir. Səhəri gün yəni, 02 yanvar 2021-ci il tarixdə, 12 radələrində Elvin onun yaşadığı ünvana gəlmiş və avtomobili gömrük rəsmiləşdirməsinə aparacaqlarını demişdir. Həmin vaxt Elvin avtomobilin sükanı arxasında, özü avtomobilin qabaq sağ oturacağında, qızı Mələkxanım isə avtomobilin arxa oturacağında əyləşmişdir. Elvin ondan qızını hansı səbəbdən aparmaq istədiyini soruşduqda, Elvinə avtomobili qızının adına rəsmiləşdirmək istədiyini demişdir. Elvin isə bunun üçün qızının getməsinə ehtiyac olmadığını, qızının iştirakı olmadan da avtomobili onun adına rəsmiləşdirə biləcəyini bildirmişdir. Elvinə inandığından onunla razılaşmış və qızı üzərində olan 500 manatı ona verib avtomobildən düşmüşdür. O isə öz növbəsində həmin pulu Elvinə vermişdir. Onlar Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov” bazarının qarşısına çatdıqda Elvin avtomobili saxlayıb gömrük rəsmiləşdiriləməsi zamanı sənədlərin kserosurətinin lazım olacağını deyərək, ondan avtomobildən düşüb üzərində olan sənədlərinin surətlərini çıxarmasını istəmişdir. Buna görə də o, avtomobildən düşüb yaxınlıqdan olan surət çıxarma mərkəzinə getmişdir. Geri qayıtdıqda isə Elvinin avtomobillə birlikdə oradan getdiyini görmüşdür. Elvinə zəng edib hara getdiyini soruşduqda, sonuncu Bakı şəhəri Xətai rayonu X28 Şöbəsinin əməkdaşlarının avtomobili cərimə meydançasına apardıqlarını demişdir. Lakin tanışlarından maraqlandıqdan sonra Elvinin yalan dediyini, onun etibarından sui istifadə edərək onu aldatdığını və 600 manat pulunu ələ keçirdiyini dərk etmişdir. Yenidən Elvinlə əlaqə saxlamış, danışıq zamanı Elvin həmin gün saat 16 radələrində onun yaşadığı mənzilə gələcəyini demişdir. Saat 16-dək gözləsə də, Elvinin gəlmədiyini görüb baş vermiş hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermişdir. Sonda Zərərçəkmiş şəxs5, cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 05 yanvar 2020-ci il tarixdə hərbi xidmətdən tərxis olunduqdan sonra mütəmadi olaraq atası Nüşrəvan onu işə düzəltmək istəmişdir. 2020-ci ilin noyabr ayının əvvəllərində hazırda dəqiq xatırlamadığı tarixdə atası ona qohumu və həmkəndlisi Azər Əliyevin Bakı şəhərində yaşayan Elvin adlı tanışının olduğunu, Elvinin ona işə düzəlməyə köməklik edəcəyini demişdir. O, da Azərlə yaşadığı kənddə görüşdükdə, sonuncu Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, həmin şəxsin onu Fövqəladə Hallar Nazirliyinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsinə köməklik edəcəyini demişdir. Azər Elvinlə telefonla danışdıqdan sonra ona şəxsiyyət vəsiqəsinin, hərbi biletin, doğum haqqında şəhadətnamənin surətlərini, 3x4 ölçüdə 4 ədəd fotoşəkilini, yaşayış yeri haqqında arayışı əldə edib və üzərində də 775 manat pul götürüb Bakı şəhərinə getmək lazım olduğunu demişdir. O, həmin sənədləri və pulu hazırladıqdan sonra 2020-ci ilin noyabr ayının ortalarında Bakı şəhərində metronun “20 Yanvar” stansiyasının yaxınlığına getmişdir. Bakı şəhərini yaxşı tanımadığı üçün əvvəlcədən zəng edib həmin yerə çağırdığı qohumu Şahid5lə orada görüşmüşdür. Həmin vaxt o, Elvinin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib Azərin dediyi adam olduğunu bildirmiş, onlar Nərimanov rayonu ərazisində yerləşən “Çin” restoranının yaxınlığında görüşmüşlər. Qohumu Rizvanın idarə etdiyi avtomobildə bir az söhbət etdikdən sonra o, gətirdiyi sənədləri Elvinə vermişdir. Elvin onu Fövqəladə Hallar Nazirliyinə yanğınsöndürən vəzifəsinə işə düzəlməyi üçün 500 manat şirinlik və işə qəbul olduqdan sonra kursu Ağdam rayonunda keçəcəyi adı ilə ondan 275 manat pul istəmişdir. Özü ilə gətirdiyi 775 manat pulu Elvinə verdikdən sonra sonuncu özü onunla əlaqə saxlayacağını bildirib avtomobildən düşüb getmişdir. 29 noyabr 2020-ci il tarixdə Elvin ona zəng edib barəsində sağlamlıq sənədi almaq üçün 760 manat pul lazım olduğunu bildirmişdir. O, həmin vaxt rayonda olduğu üçün Elvinə həmin pulu “milli ön” ödəmə terminalı vasitəsilə göndərə biləcəyini demişdir. Buna görə də o, Elvinin bildirdiyi bank hesabına Ağcabədi rayonu Boyat kəndinin mərkəzində olan mağazadan “milli ön” ödəmə terminalı vasitəsilə 760 manat pul göndərmişdir. Elvin həmin pulu götürdükdən sonra ona zəng edib məlumat vermişdir. 30 noyabr 2020-ci il tarixdə Elvin yenidən onunla əlaqə saxlayaraq idman məqbulundan keçmək üçün 780 manat pul lazım olduğunu demişdir. Bu dəfə də o, Elvinə pulu əvvəlki qaydada göndərmişdir. Elvin həmin pulu götürdükdən sonra ona zəng edib məlumat vermişdir. 03 dekabr 2020-ci il tarixdə Elvin bir daha ona zəng edərək işə düzəlməyi üçün 370 manat pul lazım olduğunu demiş və o, Elvinə pulu həmişəki qaydada göndərmişdir. Elvin həmin pulu götürdükdən sonra ona zəng edib məlumat vermişdir. 05 dekabr 2020-ci il tarixdə Elvin onunla yenidən əlaqə saxlayaraq geyim forması əldə etmək üçün 200 manat pul lazım olduğunu deyərək həmin pulu da “milli ön” ödəmə terminalı vasitəsilə göndərmək lazım olduğunu bildirdiyindən o, yenə də Ağcabədi rayonu Boyat kəndinin mərkəzində olan mağazadan “milli ön” ödəmə terminalı vasitəsilə 200 manat pulu Elvinə göndərmiş, sonuncu həmin pulu da götürdükdən sonra ona zəng edib məlumat vermişdir. 08 dekabr 2020-ci il tarixdə Elvin ona zəng edib serjant rütbəsi verilməsi üçün 300 manat pul lazım olduğunu və həmin pulu da əvvəlki qaydada ödəməyi tapşırdığından o, yaşadığı kənddəki “milli ön” ödəmə terminalı vasitəsilə 300 manat pulu Elvinə göndərmişdir. Elvin həmin pulu da götürdükdən sonra ona zəng edib pulu götürdüyünü demişdir. 10 dekabr 2020-ci il tarixdə Elvin ona zəng edərək forma almaq üçün general rütbəli tanımadığı şəxslə görüşmək üçün Bakı şəhərinə gəlmək lazım olduğunu, özü ilə pul gətirməli olduğunu demişdir. Buna görə də o, 11 dekabr 2020-ci il tarixdə Bakı şəhərinə gəlmiş və metronun “20 Yanvar” stansiyası yaxınlığında Elvinlə görüşüb kafeyə getmişlər. Kafedə oturub yemək yedikdən sonra Elvin özünə şirinlik adı ilə 600 manat pul istədiyindən o, həmin pulu Elvinə vermiş və onlar ayrılmışlar. Bundan başqa o, 12 dekabr 2020-ci il tarixdə Nərimanov rayonunda Elvinlə görüşmüş və birlikdə taksi ilə Yasamal rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinə məxus X9 Xidmətinə getmişlər. Onlar taksidən düşdükdən sonra Elvin həmin inzibati binadan sellofan paketdə bir dəst hərbi geyimi gətirib ona vermişdir. Formanı verdikdən sonra generala şirinlik olaraq vermək üçün ondan 400 manat pul istəmiş, o da, həmin məbləğdə pulu orada Elvinə vermişdir. 14 dekabr 2020-ci il tarixdə Elvin ona zəng edib işə düzəlməyi barədə əmrin təsdiq edilməsindən ötrü 530 manat pul lazım olduğunu bildirmiş, o da, pulu Elvinin adına Ağdam rayonu, Quzanlı kəndində yerləşən poçt filialından göndərmişdir. Elvin pulu qəbul etdikdən sonra zəng edib pulu götürdüyünü ona bildirmişdir. 16 dekabr 2020-ci il tarixdə Elvin ona zəng edib müxtəlif bəhanələr deməklə yenidən 250 manat pul göndərmək lazım olduğunu bildirmiş, o da poçt vasitəsilə həmin pulu Təqsirləndirilən şəxs göndərmiş, pulu götürdükdən sonra Elvin bu barədə ona bildirmişdir. 2020-ci ilin dekabr ayının ortalarında Elvin bir daha ona zəng edib müxtəlif bəhanələr deməklə ondan 100 manat pul istəmişdir. O, bu dəfə də inanıb həmin pulu poçt vasitəsilə Elvinə göndərmişdir. 2020-ci ilin dekabr ayının sonlarında Elvin yenidən zəng edib əmrin hazır olduğunu, lakin buna görə 500 yüz manat şirinlik vermək lazım olduğunu bildirdikdə o, Elvinlə razılaşmış, lakin həmin vaxtı kifayət qədər pulu qalmadığına görə Bakı şəhərində yaşayan qohumu Şahid5 müraciət edərək bu məqsədlə Elvinlə görüşüb ona 500 manat pul verməsini xahiş etmiş, Bakı şəhərinə gəldikdə ona 500 manatı qaytaracağını bildirmişdir. Rizvan da Elvinlə əlaqə saxlayıb onunla Bakı şəhərində görüşüb 500 manat pul verdikdən sonra Elvin, Rizvana bir ədəd bağlı formada zərf verərək içərisindəkinin əmr olduğunu, onu açmadan ona çatdırmasını tapşırmışdır. Rizvan da zərfi həmin gün taksi vasitəsilə ona göndərmişdir. O, zərfi açdıqdan sonra içərisindəkinin “inspektor Rəna Ramazanova” tərəfindən imzalanmış kəsilmiş kağız parçasının olduğunu, üzərində də bir ədəd içərisi boş olan əmək kitabçasının ona göndərildiyini görmüşdür. Həmin vaxt Elvinin ona qarşı dələduzluq etdiyini, müxtəlif bəhanələr gətirməklə onu işə düzəltmək adı ilə aldadıb ümumilikdə 5.565 manat pulunu ələ keçirdiyini başa düşmüşdür. Dəfələrlə Elvinlə mobil telefon vasitəsi ilə əlaqə saxlamağa çalışsa da, sonuncu zənglərə cavab verməmişdir. Zərərçəkmiş şəxs4 16 sentyabr 2021-ci il tarixdə məhkəməyə teleqram vuraraq, cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçi olduğunu qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 Zərərçəkmiş şəxs6 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Şahid7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs6 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Aylətdin oğlu Zərərçəkmiş şəxs2 Aylətdin oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs2 Aylətdin oğlunun oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Zərərçəkmiş şəxs3 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Şahid5 Fərhad oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs5 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 14 yanvar 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə demiş, sonuncu isə Zərərçəkmiş şəxs6 dediklərini təsdiq etmişdir. İş materiallarında olan 14 yanvar 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid7 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə demiş, sonuncu isə Şahid7 dediklərini təsdiq etmişdir. İş materiallarında olan 14 yanvar 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid8 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə demiş, sonuncu isə Şahid8 dediklərini təsdiq etmişdir. İş materiallarında olan 05 fevral 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs7 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə demiş, sonuncu isə Zərərçəkmiş şəxs7 dediklərini inkar etmişdir. İş materiallarında olan səs yazısının dinlənilməsi haqqında 01 aprel 2012-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı iş üzrə Zərərçəkmiş şəxs6 istintaqa təqdim etdiyi bir ədəd CD diskin içərisində olan Zərərçəkmiş şəxs6 və Şahid7 ilə təqsirləndirilən şəxs X24 arasında aparılmış telefon danışıqları zamanı qeydə alınmış səs yazılarını özündə əks etdirən dörd ədəd fayllara, adları qeyd olunan şəxslərin birlikdə çəkdirdikləri iki ədəd foto şəkillərə və iki ədəd ödəniş qəbzinin görüntülərini özündə əks etdirən foto şəkillərə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Coşğun Abbasov tərəfindən baxış keçirilmiş, bununla əlaqədar müvafiq protokol tərtib edilərək cinayət işi materialına əlavə olunmuşdur. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 24 noyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 6 ünvanın qarşısına baxış keçirilən zaman Zərərçəkmiş şəxs3, həmin ünvanda yerləşən narkoloji mərkəzin qarşısını göstərərək, sonuncu dəfə Təqsirləndirilən şəxs onun 300 manat pulunu həmin yerdə ələ keçirdiyini bildirmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 29 iyun 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 Aylətdin oğlunun yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə baxış keçirilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 Aylətdin oğlu Təqsirləndirilən şəxs 500 manat məbləğində pul vəsaitini həmin ünvanda verdiyini bildirmişdir. Habelə həmin protokola əlavə edilmiş ödəniş qəbzlərindən görünr ki, poçt vasitəsilə Təqsirləndirilən şəxs 20 may 2020-ci il tarixdə 273 manat, 22 may 2020-ci il tarixdə 2.000 manat, 08 iyun 2020-ci il tarixdə isə 300 manat pul göndərilmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 29 iyun 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid5 Fərhad oğlu Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsində yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X9 Xidmətinin yaxınlığında Təqsirləndirilən şəxs vermişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 02 iyun 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ünvan 7 ünvanında hadisənin baş verdiyi yeri əyani şəkildə göstərərək, həmin yerdə “Range Rover” markalı avtomobilin içərisində Zərərçəkmiş şəxs5 sözügedən avtomobilin gömrük rəsmiləşdirilməsini həyata keçirəcəyinə dair yalan vəd verib 01 yanvar 2021-ci il tarixdə 100 manat, 02 yanvar 2021-ci il tarixdə isə 500 manat olmaqla, Zərərçəkmiş şəxs5 ümumilikdə 600 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. İş materialalrında olan 14 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olaraq bir qrup şəxs halında dələduzluq cinayətini törətdiyi X18, X10, X5 və Əfqan Mahmudov adlı şəxslərin, həmçinin istintaq sənədlərində adları qeyd olunmuş Azər Əliyev, Kamal Kamandar oğlu, Tural, Özbəy Zamanov, Azər Zamanov, Anar, Kamal, Elxan, Mürsəl adlı şəxslərin, bundan başqa təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi Zərərçəkmiş şəxs7 aldığı 3.000 manat məbləğində pulu aparıb verdiyi Bakı şəhəri, Xətai rayonu ərazisindəki metronun “Əhmədli” stansiyası yaxınlığında yerləşən telefon mağazaların birində çalışan şəxsin, Zərərçəkmiş şəxs3 mobil telefonlar aparıb vermiş şəxsin şəxsiyyətlərini və olduqları yerin müəyyən edilərək istintaq prosesində iştirakları təmin olunaraq onların əməllərinə hüquqi qiymət verilməsi məqsədilə istintaqı aparılmış ********* nömrəli cinayət işindən X18 və digərlərinin barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi ayrılmış və həmin şəxslərin əməlinə ayrılmış işdə hüquqi qiymət verilməsi qərara alınmışdır. İş materiallarında olan cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması haqqında 14 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubliksı CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən X18 və digərlərinin barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi ayrılmaqla ayrıca icraatda istintaqının aparılması qərara alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər eyni əmələ görə məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 yanvar 2021-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin 25 noyabr 2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq edilməklə qəti olaraq 3.300 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.3 və 66.5-ci maddələri tətbiq edilməklə qəti olaraq 6.000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli qərarı ilə barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli, 816-VQD saylı Qanununu tətbiq edilməklə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli hökmünə əsasən təqsirli bilindiyi əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməklə cinayət məsuliyyətindən azad edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 3.300 manat cərimə cəzası dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli hökmünə əsasən qəti olaraq təyin edilmiş 3.300 manat cərimə cəzasının çəkilməmiş 3.000 manat hissəsi 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qərarı ilə həmin Məhkəmənin 29 oktyabr 2018-ci il tarixli qərarına əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 ay 01 gün hissəsi 05 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 08 iyun 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə görə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli hökmü ilə cərimə cəzasına məhkum olunmuş E.X.Zamanovun həmin cinayət əməlinə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni cərimə və azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi E.X.Zamanova Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli, 4(011)-12/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 06 mart 2021-ci il tarixli, 4(002)-47/2021 nömrəli qərarı ilə 02 (iki) ay müddətinə, yəni 13 may 2021-ci il tarixədək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 may 2021-ci il tarixli, 4(011)-192/2021 nömrəli qərarı ilə 01 (bir) ay müddətinə, yəni 13 iyun 2021-ci il tarixədək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 4(010)-267/2021 nömrəli qərarı ilə 13 iyul 2021-ci il tarixədək uzadılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 13 yanvar 2021-ci il tarixdən һesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs E.X.Zamanovun barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs E.X.Zamanovun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “CD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 13 yanvar 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-**********1300204113, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar