Məhkəmə qərarları › İş №1(010)-208/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-208/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-208/2022 15.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs1, xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2, 19 avqust 1992-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 3 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar Y/M, keçid 1 ünvanda yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat təxminən 02 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə özgə əmlakını gizli talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanında yerləşən evinə qapının açıq olmasından istifadə edərək qanunsuz daxil olub qonaq otağında masanın üzərində olan 500 (beş yüz) manat nağd pulu, qonaq otağında divanın üzərində hər birinin qiyməti 100 (yüz) manat olan 01 ədəd «Gülenay» markalı, 02 ədəd «Sunteks» markalı qara rəngli boğazlı yun kişi sviterləri və evin 2-ci mərtəbəsinə qalxan hissədə pilləkənin altında yerləşən saxlanc yerindən ağ kisənin içərisində saxlanılan 900 manat dəyərində olan 1500 metr uzunluğunda elektrik kabelini oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1700 (bir min yeddi yüz) manat dəyərində qeyd olunan əşyalarını gizli yolla talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat təxminən 02 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə özgə əmlakını gizli talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanında yerləşən evinə qapının açıq olmasından istifadə edərək qanunsuz daxil olub qonaq otağında masanın üzərində olan 500 (beş yüz) manat nağd pulu, qonaq otağında divanın üzərində hər birinin qiyməti 100 (yüz) manat olan 01 ədəd «Gülenay» markalı, 02 ədəd «Sunteks» markalı qara rəngli boğaz yun kişi sviterləri və evin 2-ci mərtəbəsinə qalxan hissədə pilləkənin altında yerləşən saxlanc yerindən ağ kisənin içərisində saxlanılan 900 manat dəyərində olan 1500 metr uzunluğunda elektrik kabelini oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1700 (bir min yeddi yüz) manat dəyərində qeyd olanan əşyaları gizli yolla talayaraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə dostu Təqsirləndirilən şəxs2 onun Ramana qəsəbəsində yerləşən yaşadığı evinə gəlmişdir. Birlikdə evdə söhbət etmişlər və saat 23 radələrində evdən çıxıb hava limanı yoluna tərəf gəzməyə getmişlər. 17 yanvar 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yolun kənarında 2 mərtəbəli hündür gözəl görüntülü ev görmüşlər. Evin qarşısından keçdikdə evin küçə qapısının açıq olduğunu gördükdə, qapını açıb içəri baxmışlar və həyətdə 2 ədəd avtomobilin olduğunu görmüşlər. Oğurluq etmək məqsədi ilə evin həyətinə daxil olub, həyətdə olan avtomobillərin qapısının açıq olduğunu görüb, avtomobillərin salon hissələrində axtarış aparmışlar. Lakin, oğurlamaq üçün heç bir əşya tapa bilməmişlər. Bundan sonra həyətdən çölə çıxıb bir qədər evdən uzaqlaşdıqda,biribirinə deyərək ki, deyəsən evdə heç kim yoxdur, evdən oğurluq etmək qərarına gələrək, geri qayıtmışlar. Geri qayıtdıqda açıq qapıdan həyətə daxil olmuşlar. Fərrux evin giriş qapısını yoxladıqda, həmin qapının da açıq olduğu müəyyən edildi. Fərrux qapını açdıqdan sonra, qapının girişində dayanıb evdə kiminsə olub-olmamasını bilmək üçün gözləmişlər. Bir qədər gözlədikdən sonra səs gəlmədiyini görüb düşünərək ki, evdə heç kim yoxdur, hər ikisi evə daxil olmuşlar. İlk öncə mətbəxin qapısını açıb otağın içərisinə, sonra isə qonaq otağının qapısını açıb içərisinə baxaraq, içəri daxil olmuşlar. Mətbəxdəki masanın üzərində olan 15 manat pulu, divanın üzərində olan 03 ədəd qara rəngli boğazlı yun kişi sviterləri götürmüşlər. Bundan sonra o, aşağıda qalmış, Fərrux isə yuxarı mərtəbəyə çıxmışdır. Bir qədərdən sonra Fərrux sakitcə aşağı düşərək yuxarıda kiminsə olduğunu və yatdığını bildirmişdir. Bundan sonra evin pilləkəninin altında yerləşən saxlanc yerində ağ torbanın içərisində olan elektrik kabeli götürüb evdən bayıra çıxmışlar. Küçədə yolun kənarında təsadüfən qarşılarına taksi çıxmış və onlar həmin taksiyə əyləşib onun evinə getmişlər. Birlikdə evin həyətində oğurladıqları kabeli ocaqda əridib həyətdə gizlətmişlər və evə keçib yatmışlar. Səhəri gün yuxudan durub əritdikləri kabelin misini aparıb Bakı şəhəri, Sabunçu rayonu, Zabrat yolunda tanımadıqları dəmiryığan avtomobilə 50 manata satmışlar. Əldə etdikləri pulu və oğurladıqları 15 manat pulu öz ehtiyacları üçün xərcləmişlər. Onlar polis tərəfindən saxlanılarkən oğurladıqları sviterlərin biri onun əynində, biri isə Fərruxun əynində olmuşdur. Üçüncü sviteri isə oğurluq etdikdən sonra yolda itirmişlər. İstintaq zamanı əyinlərində olan sviterlər qərar əsasında tərtib edilmiş protokollarla onlardan götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ramana qəsəbəsində yaşayan dostu Təqsirləndirilən şəxs1 gilə getmişdir. Birlikdə evdə söhbət etmişlər və saat 23 radələrində evdən çıxıb hava limanı yoluna tərəf gəzməyə getmişlər. 17 yanvar 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yolun kənarında 2 mərtəbəli hündür gözəl görüntülü ev görmüşlər. Evin qarşısından keçdikdə evin küçə qapısının açıq olduğunu gördükdə, qapını açıb içəri baxmışlar və həyətdə 2 ədəd avtomobilin olduğunu görmüşlər. Oğurluq etmək məqsədi ilə evin həyətinə daxil olub, həyətdə olan avtomobillərin qapısının açıq olduğunu görüb, avtomobillərin salon hissələrində axtarış aparmışlar. Lakin, oğurlamaq üçün heç bir əşya tapa bilməmişlər. Bundan sonra həyətdən çölə çıxıb bir qədər evdən uzaqlaşdıqda, biri-birinə deyərək ki, deyəsən evdə heç kim yoxdur, evdən oğurluq etmək qərarına gələrək, geri qayıtmışlar. Geri qayıtdıqda açıq qapıdan həyətə daxil olmuşlar. O, evin giriş qapısını yoxladıqda, həmin qapının da açıq olduğu müəyyən etmişdir. O, qapını açdıqdan sonra, qapının girişində Elşənlə dayanıb evdə kiminsə olub-olmamasını bilmək üçün gözləmişlər. Bir qədər gözlədikdən sonra səs gəlmədiyini görüb düşünərək ki, evdə heç kim yoxdur, hər ikisi evə daxil olmuşlar. İlk öncə mətbəxin qapısını açıb otağın içərisinə, sonra isə qonaq otağının qapısını açıb içərisinə baxaraq, içəri daxil olmuşlar. Mətbəxdəki masanın üzərində olan 15 manat pulu, divanın üzərində olan 03 ədəd qara rəngli boğazlı yun kişi sviterləri götürmüşlər. Bundan sonra Elşən aşağıda qalmış, o, isə yuxarı mərtəbəyə qalxmışdır. Evin 2-ci mərtəbəsində kiminsə yatdığını görüb, aşağı düşmüş və bu barədə Elşənə məlumat vermişdir. Bundan sonra evin pilləkəninin altında yerləşən saxlanc yerində ağ torbanın içərisində olan elektrik kabeli götürüb evdən bayıra çıxmışlar. Küçədə yolun kənarında təsadüfən qarşılarına taksi çıxmış və onlar həmin taksiyə əyləşib Elşənin evinə getmişlər. Birlikdə evin həyətində oğurladıqları kabeli ocaqda əridib həyətdə gizlətmişlər və evə keçib yatmışlar. Səhəri gün yuxudan durub əritdikləri kabelin misini aparıb Bakı şəhəri, Sabunçu rayonu, Zabrat yolunda tanımadıqları dəmiryığan avtomobilə 50 manata satmışlar. Əldə etdikləri pulu və oğurladıqları 15 manat pulu öz ehtiyacları üçün xərcləmişlər. Onlar polis tərəfindən saxlanılarkən oğurladıqları sviterlərin biri onun əynimdə, biri isə Təqsirləndirilən şəxs1 əynində olmuşdur. Üçüncü sviteri isə oğurluq etdikdən sonra yolda itirmişlər. İstintaq zamanı əyinlərində olan sviterlər qərar əsasında tərtib edilmiş protokollarla onlardan götürülmüşdür. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri və onun müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda yerləşən iki mərtəbəli və mansarlı ev ona məxsusdur, həmin evdə o, həyat yoldaşı ilə birlikdə yaşayır. 2022-ci ilin yanvar ayının 16-dan 17-nə keçən gecə o, evdə tək olmuşdur. 17 yanvar 2022-ci il tarixdə gecə saat 02:45-də yaşadığı evdə yatan zaman su içmək üçün evin 1-ci mərtəbəsinə düşmüşdür. Bu zaman otaqların soyuq olduğunu hiss etmiş və evin giriş qapısına baxdıqda, qapının açıq olduğunu aşkarlamışdır. Bundan sonra həyətə çıxmış, evin həyət qapısının da açıq olduğunu görmüş və naməlum şəxsin, yaxud şəxslərin evə daxil olaraq oğurluq faktının baş verməsini başa düşmüşdür. Həyətdə olan avtomobillərinə yaxınlaşmış, ona məxsus olan «Ceyr-FC» markalı **-BJ-*** və «Ceyr-MK» markalı **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin qapılarının açıq olduğunu, salon hissələrinin dağınıq olduğunu, lakin heç bir əşyanın oğurlanmadığını aşkar etmişdir. Avtomobillərə baxdıqdan sonra, yaşadığı evə daxil olmuş, evin 1-ci mərtəbəsində yerləşən qonaq otağının dağınıq olduğunu, divanın üzərində hər birinin qiyməti 100 manat olan 01 ədəd «Gülenay» markalı və 02 ədəd «Sunteks» markalı qara rəngli boğazlı yun kişi sviterlərin, qonaq otağında olan masanın üzərindən də 500 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Oğurlanan pulların 04 ədədi 100 manatlıq, 01 ədədi 50 manatlıq, 04 ədədi 10 manatlıq və 02 ədədi 5 manatlıq pul əskinazları olmuşdur. Evin 2-ci mərtəbəsinə qalxan hissədə pilləkənin altında yerləşən saxlanc yerindən də ağ kisənin içərisində saxladığı ümumi qiyməti 900 manat dəyərində olan 1500 metr uzunluğunda elektrik kabelin də oğurlanmasını aşkar etmişdir. Ümumilikdə baş vermiş oğurluq nəticəsində ona 1700 (min yeddi yüz) manat məbləğində maddi ziyan dəymişdir. O, polisə baş vermiş oğurluq barədə ərizə ilə müraciət etdikdən sonra, polisdə olarkən ona məlum olmuşdur ki, evindən oğurluq edən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olmuşlar. Onları polisdə görmüş, onları əvvəllər görməmiş və tanımamışdır. Məhkəmə istintaqı zamanı isə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğurlanmış 500 manat pul məbləği Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 280 saylı fərdi yaşayış evinin mətbəx otağı olmuş, 500 manat pul məbləği isə 5 ədəd 100 manatdan ibarət olmuşdur. Cinayət işinin 9-12-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 19 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 280 saylı fərdi yaşayış evində aparılır. Ev təqribən 20 sotun içərisində olmaqla 03 mərtəbədən ibarətdir. Evin giriş darvazası boz rənglidir. Evin ətrafında yaşayış evləri vardır. Evin hasarı daş hasardandır və hündürdür. Həyətə daxil olduqda boş sahə vardır. Evin giriş qapısı yaşıl rəngli olmaqla dəmirdəndir. Vətəndaş evin pilləkanlarının altında yerləşən saxlanc yerini göstərərək oğurlanmış kabellərin oradan götürüldüyünü bildirdi. Hadisə yerinin müayinəsi, BŞBPİ-nin KTQ-nın ekspert-kriminalst tərəfindən aparıldı və sübut əhəmiyyətinə malik izlər aşkarlandı. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 44-cü vərəqində “şübhəli şəxsin tutulması haqqında” 20 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 20 yanvar 2022-ci il tarixdə, saat 18:15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 65-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 20 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 20 yanvar 2022-ci il tarixdə, saat 19:05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 76-77-ci vərəqində olan 20 yanvar 2022-ci il tarixdə əşyanın götürülməsi haqqında qərar əsasında tərtib edilmiş protokolla şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 əynindən oğurluq yolu ilə əldə etdiyi maddi sübut olan “Gülenay” markalı, qara rəngli, yun, boğazlı, kişi sviteri çıxarılaraq götürülmüşdür. Cinayət işinin 79-80-ci vərəqində olan 20 yanvar 2022-ci il tarixdə əşyanın götürülməsi haqqında qərar əsasında tərtib edilmiş protokolla şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 əynindən oğurluq yolu ilə əldə etdiyi maddi sübut olan “Sunteks” markalı, qara rəngli, yun, boğazlı, kişi sviteri çıxarılaraq götürülmüşdür. Cinayət işinin 125-128-ci vərəqələrində olan ifadənin yerində yoxlanılması haqqında 22 yanvar 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 6 ünvanda yerləşən həyət evinin qarşısına gəldikdə təklifə əsasən Təqsirləndirilən şəxs1 evin qarşısını göstərərək 17 yanvar 2022-ci il tarixdə saat 02 radələrində həmin həyət evinin qapısının açıq olmasından istifadə edərək, Təqsirləndirilən şəxs2 ilə birlikdə qanunsuz olaraq həyətə daxil olub, həyətdə qapıları açıq olan 02 ədəd avtomobilin salonlarını axtardıqların, oğurlamağa heç bir əşya tapa bilmədikdə, həyətdən çıxıb getdiklərini bildirdi. Arasından bir neçə dəqiqə keçmiş evdən oğurluq etmək məqsədi ilə yenidən həmin həyət evinə qayıdaraq həyətə daxil olduqlarını, evin giriş qapısını göstərərək, qapının açıq olduğundan istifadə edərək, evə daxil olub qonaq otağında olan divanı göstərərək həmin divanın üzərində olan 03 ədəd qara rəngli boğazlı kişi sviterləri, masanı göstərərək həmin masanın üzərində olan 15 manat nəğd pulu, sonra isə evin 2-ci mərtəbəsinə qalxan hissədə pilləkənin altında yerləşən saxlanc yerini göstərərək, həmin saxlanc yerindən ağ kisənin içərisində saxlanılan elektrik kabelini oğurladıqlarını və oradan çıxıb getdiklərini bildirdi və ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini əyani şəkildə təsdiq etmişdir. Cinayət işinin 129-132-ci vərəqələrində olan ifadənin yerində yoxlanılması haqqında 22 yanvar 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 7 ünvanda yerləşən həyət evinin qarşısına gəldikdə təklifə əsasən Təqsirləndirilən şəxs2 evin qarşısını cöstərərək 17 yanvar 2022-ci il tarixdə saat 02 radələrində həmin həyət evinin qapısının açıq İmasından istifadə edərək, Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz olaraq həyətə daxil olub, həyətdə qapıları açıq olan 02 ədəd avtomobilin salonlarını axtardıqlann, oğurlamağa heç bir əşya tapa bilmədikdə, həyətdən çıxıb getdiklərini bildirdi. Arasından bir neçə dəqiqə keçmiş evdən oğurluq etmək məqsədi ilə yenidən həmin həyət evinə qayıdaraq həyətə daxil olduqlarını, evin giriş qapısını göstərərək, qapının açıq olduğundan istifadə edərək, evə daxil olub qonaq otağında olan divanı göstərərək həmin divanın üzərində olan 03 ədəd qara rəngli boğazlı kişi sviterləri, masanı göstərərək həmin masanın üzərində olan 15 manat nəğd pulu, sonra isə evin 2-ci mərtəbəsinə qalxan hissədə pilləkənin altında yerləşən saxlanc yerini göstərərək, həmin saxlanc yerindən ağ kisənin içərisində saxlanılan elektrik kabelini oğurladıqlarını və oradan çıxıb getdiklərini bildirdi və ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini əyani şəkildə təsdiq etmişdir. Cinayət işinin 195-197-ci vərəqələrində olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzində keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 mart 2022-ci il tarixli 9/1481 №-li rəyində göstərilmişdir ki,ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 20,00 manat müəyyən edilir. O, cümlədən: 01 ədəd «Gülenay» markalı, qara rəngli, yun materialından, boğazlı sviter-10,0 manat; 01 ədəd «Sunteks» markalı, qara rəngli, yun materialından, boğazlı sviter-10,0 manat. Cinayət işin 149-153-cü vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 yanvar 2022-ci il tarixli 4(010)-47/2022-ci il tarixli qərarına əsasən, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 barəsində 03 ay həddində, əvvəli 20 yanvar 2022-ci il tarixdən hesablanaraq həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işin 154-158-ci vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 yanvar 2022-ci il tarixli 4(010)-48/2022-ci il tarixli qərarına əsasən, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 barəsində 03 ay həddində, əvvəli 20 yanvar 2022-ci il tarixdən hesablanaraq həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 215-220-ci vərəqlərində olan sübutların qiymətləndirilməsi haqqında 02 aprel 2021-ci il tarixli qərarından görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamlar dəyişdirilmədən qüvvəsində saxlanılması, barələrində də seçilmiş «həbs» növündə qətimkan tədbiri nəzərə alınması, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs iş üzrə təyin edilərək alınmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 mart 2022-ci il tarixli 9/1481 №-li rəyi ilə tanış olub rəylə razı olmadığına görə, ifadəsinə əsasən onun evindən oğurlanmış əşyaların qiymətləri və oğurlanmış 500 manat nəğd pulun məbləği ifadəsində göstərildiyi kimi əsas götürülərək cinayət işinin materiallarında göstərilməsi nəzərə alınması, iş üzrə xx.xx.2022ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əynindən çıxarılaraq götürülmüşt “Gülenay” və Təqsirləndirilən şəxs2 əynindən çıxarılaraq götürülmüş «Sunteks» markeh, qara rəngli, yun materiahndän olan, boğazlı kişi sviterlər maddi sübut kimi tanınaraq təqsirləndirilən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra, məhkəmənin hökmünə kimi saxlanılmasından ötrü qəbz ilə Zərərçəkmiş şəxs qaytarılması, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs ifadələri, xx.xx.2022-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi haqqında protokol və protokola aid fotocədvəl, məhkəmə - əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/1481 №-li rəyi, istintaq zamanı təxsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 götürülmüş “Gülenay” və Təqsirləndirilən şəxs2 götürülmüş «Sunteks» markalı sviterlər, ifadələrin yerində yoxlanılması protokolları və protokollara aid fotocədvəllər, üzləşdirmədə protokolları və s. istintaq materialları sübut kimi qiymətləndirilməsi, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun hərəkətlərində onların Azərbaycan Respublikası CM-nin 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən məsuliyyətlərini ağırlaşdıran hallar cinayətin təkrar və qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi və qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin 165-194-cü vərəqlərində olan Sabunçu Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 1(008)-64/2022 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2,177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinməsi və o, CM-nin 177.2.1,177.2.2,177.2.3,177.2.4-cü maddələri ilə 03 (üç) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 234.1-ci maddəsi 01 (bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.2ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunduğu 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 13 (on üç) günü, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq alınan 07 (yeddi) ay 07 (yeddi) gün azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı cəzaya qismən birləşdirilməsi və ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməkıə, CM-nin 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanıldığı 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin olunmuş cəzadan çıxılması və üzərində 04(dörd) il 01 (bir) ay 02(iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 16 mart 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, onun hazırda 3 saylı istintaq Təcridxanasında saxlanılması nəzərə alınması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2,177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinməsi və o, CM-nin 177.2.1,177.2.2,177.2.3, 177.2.4-cü maddələri ilə 03(üç) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 234.1-ci maddəsi 01(bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.2ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza 04(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanıldığı 04(dörd) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin olunmuş cəzadan çıxılması və üzərində 03(üç) il 07(yeddi) ay 02(iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 16 mart 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talahmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 177.2.3cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. Zərərçəkmiş şəxs vurulmuş ziyanla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı hər iki təqsirləndirilən şəxs həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 verdiyi ifadələrində Zərərçəkmiş şəxs evindən oğurladığı pul ilə əlaqədar bildirmişlər ki, oğurlanmış pulun yeri zərərçəkmiş şəxs göstərdiyi kimi qonaq otağında masanın üstündən deyil, mətbəx otağındakı masanın üzərindən olmuş, pulun məbləği isə 15 manat olmuşdur. Belə ki, cinayət işinin125-127-ci vərəqlərində olan ifadənin yerində yoxlanması haqqında 22 yanvar 2022-ci il tarixli protokola əlavə edilmiş foto-şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 280 saylı fərdi yaşayış evinin mətbəxindəki masanın üstünü göstərərək oğurladıqları pulu əyani şəkildə göstərmişlər. Bundan əlavə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı oğurlanmış pulun hansı əskinazlardan ibarət olması barədə suala cavab verdikdə, 500 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Oğurlanan pulların 04 ədədi 100 manatlıq, 01 ədədi 50 manatlıq, 04 ədədi 10 manatlıq və 02 ədədi 5 manatlıq pul əskinazları olduğunu qeyd etmişdir. Məhkəmə istintaqında isə Zərərçəkmiş şəxs ifadə verdikdə əskinazların yalnız 100 manatdan, yəni 5 ədəd 100 manat əskinazın olduğunu bildirmişdir. Bununla da məhkəmə hesab edir ki, oğurlanmış pulun həqiqətən 500 manat olub-olmaması, zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxslərin ifadələrini və həmçinin də, cinayət işinin materiallarını nəzərə alaraq, şübhə doğurur və bu halda zərərçəkmiş şəxsin ifadəsi bu hissədə mötəbər və sübuta yetirilmiş hesab edilə bilməz. Bundan əlavə, cinayət işinin 195-197-ci vərəqələrində olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzində keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 mart 2022-ci il tarixli 9/1481 №-li rəyində göstərilmişdir ki,ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 20,00 manat müəyyən edilir. O, cümlədən: 01 ədəd «Gülenay» markalı, qara rəngli, yun materialından, boğazlı sviter-10,0 manat; 01 ədəd «Sunteks» markalı, qara rəngli, yun materialından, boğazlı sviter-10,0 manat. Məhkəmə qeyd etməlidir ki, ekspert rəyi ilə bütün digər sübutlarla birlikdə qiymətləndirərək, mötəbər hesab edir, Zərərçəkmiş şəxs qiyməti 100 manat olan 01 ədəd «Gülenay» markalı və 02 ədəd «Sunteks» markalı qara rəngli boğazlı yun kişi sviterlərin oğurlanması və bununla ona vurulmuş ziyanla bağlı ifadəsini bu hissədə də, sübuta yetirilməmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, yuxarıda qeyd edilənlərdən başqa sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlini səmimi etiraf etməsini və peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlini səmimi etiraf etməsini və peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən cinayətin törədilməsidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 1(008)-64/2022 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2,177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinməklə o, CM-nin 177.2.1,177.2.2,177.2.3,177.2.4-cü maddələri ilə 03(üç) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 234.1-ci maddəsi 01 (bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza 04(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunduğu 2(iki) il 5(beş) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 02(iki) ay 13(on üç) günü, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq alınan 07(yeddi) ay 07(yeddi) gün azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı cəzaya qismən birləşdirilməsi və ona 04 (dörd) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.CM-nin 69.3cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanıldığı 04(dörd) ay 28(iyirmi səkkiz) gün müddət ona təyin olunmuş cəzadan çıxılması və üzərində 04(dörd) il 01 (bir) ay 02(iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 16 mart 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, onun hazırda 3 saylı istintaq Təcridxanasında saxlanılması nəzərə alınması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2,177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinməsi və o, CM-nin 177.2.1,177.2.2,177.2.3, 177.2.4-cü maddələri ilə 03(üç) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 234.1-ci maddəsi 01(bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza 04(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanıldığı 04(dörd) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin olunmuş cəzadan çıxılması və üzərində 03(üç) il 07(yeddi) ay 02(iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 16 mart 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Sabunçu Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci, 67.1-ci, 68.1.1-1-ci və 69.3-cü maddələri tətbiq edilməklə, ona qəti olaraq 04 (dörd) il 01 (bir) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs2 Sabunçu Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 69.3-cü maddələri tətbiq edilməklə, ona qəti olaraq 03 (üç) il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini və peşman olmasını, habelə təqsirkarları şəxsiyyətini, təqsirləndirilən şəxslərin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il 01 (bir) ay 02 (iki) gün müddətinə azadlıqdan məһrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 66.5 maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmalı, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzalarının əvvəli 20 yanvar 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, İş üzrə maddi sübut kimi tanınmış iş üzrə xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əynindən çıxarılaraq götürülmüş “Gülenay” və Təqsirləndirilən şəxs2 əynindən çıxarılaraq götürülmüş «Sunteks» markalı, qara rəngli, yun materialından olan, boğazlı kişi sviterləri maddi sübut kimi tanınaraq təqsirləndirilən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra, məhkəmənin hökmünə kimi saxlanılmasından ötrü qəbz ilə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il 01 (bir) ay 02 (iki) gün müddətinə azadlıqdan məһrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 66.5 maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs1 çəkilməsi üçün 05 (beş) il müddətinə azadlıqdan məһrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs1 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı faktiki olaraq tutulduğu vaxtdan, yəni 20 yanvar 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il 01 (bir) ay 02 (iki) gün müddətinə azadlıqdan məһrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs2 çəkilməsi üçün 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs2 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı faktiki olaraq tutulduğu vaxtdan, yəni 20 yanvar 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış iş üzrə xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əynindən çıxarılaraq götürülmüş “Gülenay” və Təqsirləndirilən şəxs2 əynindən çıxarılaraq götürülmüş «Sunteks» markalı, qara rəngli, yun materialından olan, boğazlı kişi sviterləri maddi sübut kimi tanınaraq təqsirləndirilən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra, məhkəmənin hökmünə kimi saxlanılmasından ötrü qəbz ilə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri, 9 saylı vəkil bürosu vasitəsi ilə cəmi 150 (bir yüz əlli) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri, 9 saylı vəkil bürosu vasitəsi ilə cəmi 150 (bir yüz əlli) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar