Məhkəmə qərarları › İş №1(010)-208/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-208/2025

17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-208/2025 17.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X5 İmamverdi oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi Əsgərova Şəhla qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndiriləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilənsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, 2023-cü ilin avqust ayında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu yaşayış massivində yerləşən, Zərərçəkmiş şəxs məxsus ümumi qiyməti 35.000 manat, üstündə tikintisi başa çatdırılmamış fərdi yaşayış evi olan 500 kvadratmetr torpaq sahəsinin oraya heç bir aidiyyatı olmayan Şahid6tərəfindənqanunsuz olaraq satılmasını bildikdən sonra Zərərçəkmiş şəxs yaxın qohumları tərəfindən həmin evə girməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, torpaq sahəsini və evi qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Şahid6 35.000 manata alaraq ələ keçirdikdən sonra həyətyanı sahəyə hasar çəkib ailəsi ilə birlikdə evə girib yaşamağa davam etməklə torpaq sahəsinivə evi özbaşına tutub Zərərçəkmiş şəxs məxsus qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozmuşdur. Məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı məhkəməyə vəsatət verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə bir sıra kobud anun pozuntularına yol verildiyindən cinayət işinə baxılmasına xitam verilməsi və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə vəsatəti müzakirə edərək, hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılan zaman müəyyən edilmişdir ki, ibtidai istintaq qeyd olunan cinayət işinin yekunlaşması barədə zərərçəkmiş şəxs kimi Zərərçəkmiş şəxs adlı şəxsə məlumat versə də və o da cinayət işi materialları ilə tanış olsa da, həmin şəxsin qeyd olunan cinayət işi materiallarından zərərçəkmiş şəxs kimi tanınmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 284-cü maddəsində göstərilir ki, ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir; cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. Həmin məcəllənin 285.3-cü maddəsinə əsasən zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh cinayət işinin materialları ilə öz nümayəndəsi ilə birlikdə tanış olmaq hüququna malikdirlər. Həmin məcəllənin 289.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 284-288-ci maddələrində nəzərdə tutulmuş tələbləri yerinə yetirdikdən sonra müstəntiq ittiham aktını tərtib edir. Həmin məcəllənin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin məcəllənin 303.3, 303.3.8-ci maddələrinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Avropa Məhkəməsinin mövqeyinə əsasən cinayət təqibinə məruz qalan şəxslərin müdafiə hüquqlarının reallaşdırılması vaxtında təmin edilməli, cinayət işinin konkret şəxslərə qarşı başlandığı hallarda onlara həmin andan Konvensiyanın 6(3) maddəsində nəzərdə tutulmuş hüquqlarını həyata keçirilməsinə şərait yaradılmalıdır. Formal olaraq fakta görə cinayət işi başlayıb, əsil həqiqətdə isə konkret şəxsin barəsində cinayət təqibi üzrə hərəkətlərin aparılması İnsan Hüquqlarının və X3 X2 6-cı maddəsinin birbaşa pozuntusu sayılır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X4 Federasiyasına qarşı” iş üzrə 18 fevral 2010-cu il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 6-cı maddəsi, xüsusən də həmin maddənin 3-cü bəndi işlər birinci instansiya məhkəməsinə göndərilməzdən əvvəl o vaxt əhəmiyyət kəsb edə bilər ki, onun tələblərinin ilkin pozuntusu məhkəmə araşdırmasının ədalətliliyinə toxuna bilər. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilənsinə dair cinayət işi üzrə istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.8-ci maddəsində nəzərdə tutulmuş kobud pozuntuya yol verilərək, ibtidai istintaq qanuvericiliyin tələblərinə uyğun olmayan qaydada həyata keçirilmiş və adı yuxarıda qeyd olunan şəxsin zərərçəkmiş şəxs kimi tanınıb tanınmasını müəyyən etmək mümkün olmamışdır və buna görə də cinayət işinə baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tətbirinin dəyişdirilməsinə əsas görmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndiriləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilməsin. Qərardan şikayət və protest verilə bilməz. Sədrlik edən hakim Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar