Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-21/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, X11 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2010cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 23 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(010)-1102/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixindən hesablanır), hazırkı iş üzrə 30 aprel – xx xxx 2020-ci il tarixləri üzrə tutulmuş, barəsində müstəntiqin qərarı ilə «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş (təqsirləndirilən şəxsin yuxarıda qeyd olunan iş üzrə müvafiq dövrdə həbsdə saxlanıldığı nəzərə alınaraq barəsində müstəntiqin hazırkı iş üzrə qərarı ilə seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə ləğv edilmiş və qətimkan tədbiri seçilməmişdir) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd qara rəngli sellofan paketdə, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 450,0 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kristal üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxx 2020-ci ildə saat 13:20 radələrində Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət axtarış idarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Dəmir Yolu QSC-nin Zabrat-1 dəmir yolu stansiyası ərazisində saxlanılaraq Nəqliyyatda Baş Polis İdarəsinə gətirilmiş və idarənin inzibati binasının 401 nömrəli xidməti otağında üzərinə baxış keçirilərkən əynində olan qış gödəkcəsinin sağ astar hissəsində, qolunun alt nahiyəsində gizlətdiyi bir ədəd qara rəngli sellofan paketdə təmiz çəkisi 450,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, plastik əşyalar yığıb satmaqla məşğul olur. Həmçinin uzun müddətdir narkotik vasitə marixuana istifadə edir. xx xxxxx 2020-ci ildə saat 11:30 radələrində çörəkpulu qazanmaq üçün Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Zabrat-1 dəmir yolu stansiyasının yanındakı zibillikdə plastik qab axtararkən relsin yanında bir sellofan bağlama görmüş, içərisində nə olduğunu bilmək üçün onu götürüb açmışdır. Müəyyən etmişdir ki, sellofanın içərisində olan narkotik vasitə marixuanadır. Onun bir qədərini götürüb siqaretə dolduraraq çəkmiş, qalanını isə sonradan istifadə etməsi üçün əynindəki qara rəngli qış gödəkcəsinin astar tərəfində gizlədərək plastik əşyalar axtarmağa davam etmişdir. Saat 13:20 radələrində Zabrat-1 dəmiryolu stansiyasının ərazisindən çıxıb getmək istədikdə ona 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis işçiləri kimi təqdim edib onu Nəqliyyatda Baş Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində ona bildirmişlər ki, narkotik vasitələri gəzdirməkdə, istifadə etməkdə və satmaqda şübhəli bilinir. Daha sonra ona bildirilmişdir ki, üstünə baxış keçiriləcək. Polis İdarəsində 2 nəfər hal şahidinin və müdafiəçisinin iştirakı ilə üzərinə baxış keçirmiş, baxış zamanı o, əynindəki qara rəngli gödəkcənin astar tərəfində gizlətdiyi bir ədəd qara rəngli sellofanı təqdim edərək içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra həmin narkotik vasitə müdafiəçisinin və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edildikdən sonra həmin protokol özü, müdafiəçisi və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, NBPİ-nin CAİ-nin ŞƏCMB-nin rəisi polis polkovnik-leytenantı vəzifəsində işləyir. «Yaşar» adlı şəxsin üzərində narkotik olması və xx xxxxx 2020-ci il tarixdə onun həmin narkotiki istifadə etmək məqsədi ilə Zabrat dəmiryol stansiyasının ərazisinə gələcəyi barədə məlumat daxil olduğu üçün dərhal bu barədə rəhbərliyə raportla məruzə olunaraq təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. İdarə rəisinin göstərişinə əsasən əməliyyat qrupu təşkil edilmiş və həmin qrupun tərkibinə onunla bərabər idarənin XMİÜ baş əməliyyat müvəkkili Şahid2, CAİ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3 daxil edilmişdir. Bundan sonra onlar Zabrat dəmiryol stansiyasına gedib “Yaşar” adlı şəxsi müəyyən edib onu izləməyə başlamışlar. Məlumatı verən şəxs “Yaşar” adlı şəxsin nişanələrini əvvəlcədən onlara demiş, həmçinin qeyd edilən şəxsin anket məlumatları dəqiqləşdirilmiş və müəyyən olunmuşdur ki, xx xxxx 1971-ci ildə Bakı şəhərində anadan olub, ünvan 1-də qeydiyyatdadır. Ona görə də onu tez müəyyən edə bilmişlər. xx xxxxx 2020-ci il tarixdə saat 13 radələrində deyilən nişanələrdə olan bir nəfərin həmin yerə gəldiyini və özünü şübhəli apardığını müşahidə etmiş və ona yaxınlaşıb özlərini təqdim etməklə NBPİ-nin polis əməkdaşları olduqlarını bildirmişlər. Onu NBPİ-nin inzibati binasına gəlməsi üçün dəvət etmişlər. NBPİ-nin inzibati binasına daxil olduqdan sonra raportla rəhbərliyə müraciət etmiş, hal şahidləri, dövlət hesabına vəkil dəvət olunmuş, onlara hüquqları və vəzifələri izah edilmişdir. Sonra hal-şahidlərinin iştirakı ilə inzibati otaqların birində təhqiqatçı saxlanılan şəxsə demişdir ki, o, narkotik vasitələri qanunsuz daşımaqda və istifadə etməkdə şübhəli bilinir. Daha sonra Təqsirləndirilən şəxs üstündə olan əşyaları masanın üzərinə qoyması təklif olunmuşdur. Baxış zamanı o, əynində olan qış gödəkcəsinin sağ astar hissəsində qolunun alt nahiyəsində gizlətdiyi bir ədəd qara rəngli sellofan bağlamanı masanın üzərinə qoymuşdur. Həmin bağlamada yaşıl rəngli qurumuş bitkiyə bənzər ot şəkilli spesifik iyə malik olan kütlə olmuş, Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu soruşduqda o, bildirmişdir ki, həmin maddə narkotik vasitə olan nəşə (marixuanadır) və onu xx xxxxx 2020-ci il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində Zabrat-1 dəmiryolu stansiyasının ərazisində zibillikdən plastik qab axtararkən dəmir yolu relsinin yanından tapmış, istifadəsi üçün özü ilə götürərək üzərində saxlamışdır. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, protokol imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotikə bənzər maddə iştirak edən hal-şahidlərinin və onun müdafiəçisinin yanında təhqiqatçı tərəfindən ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq möhürlənib götürülmüşdür. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, xx xxxxx 2020-ci ildə saat 14 radələrində polis əməkdaşları tərəfindən hal-şahidi qismində Nəqliyyatda Baş Polis İdarəsinə dəvət edilmişdir. Ondan başqa bir nəfər də halşahidi kimi ora dəvət olunmuşdur. Polis idarəsində onların yanında polis əməkdaşları tərəfindən gətirilmiş sonradan adını bildiyi Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış keçirilməzdən əvvəl ona və digər hal-şahidinə hüquqları və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündə olan əşyaları masanın üzərinə qoyması təklif olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qış gödəkcəsinin sağ astar hissəsində qolunun alt nahiyəsində gizlətdiyi bir ədəd qara rəngli sellofana şəffaf yapışdırıcı ilə bükülmüş bağlamanı masanın üzərinə qoymuşdur. Həmin bağlamada yaşıl rəngli qurumuş bitkiyə bənzər ot şəkilli spesifık iyə malik olan kütlə olmuş və Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu soruşduqda o, bildirmişdir ki, həmin maddə narkotik vasitə olan nəşə (marixuanadır) və onu xx xxxxx 2020-ci il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində Zabrat-1 dəmir yolu stansiyasının ərazisində zibillikdən plastik qab axtararkən dəmir yolu relsinin yanından tapmış, istifadəsi üçün özü ilə götürərək üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq möhürlənmiş bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, o, digər hal-şahidi, Təqsirləndirilən şəxs və müdafiəçisi, iştirak edən polis əməkdaşları tərəfindən protokol imzalarla təsdiq edilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 Temur Zahid oğlunun bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış sənədlər, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. xx xxxxx 2020-ci il tarixli 7/175 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində “vət Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi- 450,0 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır”. xx xxx 2020-ci il tarixli 1191 nömrəli ekspert rəyində qeyd olunur ki, «Müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, «Ağciyər vərəmi» xəstəliyindən əziyyət çəkdiyini, hazırda cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 rəhbərliyi tərəfindən müsbət xarakterizə olunduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs X11 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 23 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.1 maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Nəqliyyatda Baş Polis X12 X3 saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 449,9 qr təşkil edən maddə – çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 30 aprel – xx xxx 2020-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1102/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxx 2020-ci ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(010)-1102/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkdiyinə görə barəsində hazırkı iş üzrə qətimkan tədbiri seçilmədiyi nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Nəqliyyatda Baş Polis X12 X3 saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 449,9 qr təşkil edən maddə – çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-21/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-21/2021
26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver