Məhkəmə qərarları › İş №1(010)-21/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-21/2025

26.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-21/2025 26.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, dövlət ittihamçısı X3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1991-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Cəbrayıl rayonu, Quycaq kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan y/m, nömrəsiz evdə yaşamış, 11 – 13 fevral 2023-cü il tarixləri üzrə tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 4(010)- 67/2023 nömrəli iş üzrə 16 fevral 2023-cü il tarixli qərarına əsasən əvvəli 16 fevral 2023-cü ildən hesablanmaqla 11 may 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 4(010)-196/2023 nömrəli iş üzrə 08 may 2023-cü il tarixli qərarına əsasən həbsdə saxlanılma müddətinin uzadılmasından imtina olunmuş və dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, 08 may 2023-cü ildə O barəsində “başqa yerə getməmək” növündə iltizam qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin qərara əsasən 16 may 2025-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etməklə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 özünü yalandan mobil telefonların satışı ilə məşğul olan şəxs kimi təqdim etməklə aldadıb sonuncunun X2 Dubay əmirliyindən 30 ədəd “İphone 13 Pro” markalı mobil telefonu alıb satacağına vəd edərək etibarından sui-istifadə etməklə istintaqa məlum olmayan kuryerin vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 21 ünvanında yerləşən “RR shop” dükanında götürdüyü 10.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 17.000 manat) pulunu Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Sabunçu bazarı adlanan yerdə ələ keçirməklə Zərərçəkmiş şəxs1 17.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etməklə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 14 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 yalandan mobil telefonların satışı ilə məşğul olan şəxs kimi təqdim etməklə aldadıb sonuncunun öz mobil telefonunun götürmək şərti ilə və 500 manat pul müqabilində “İphone 14 Pro Max” markalı telefonu satacağına vəd edib etibarından suiistifadə etməklə vahid niyyətlə əhatə olunmuş qəsdlə 14 yanvar 2023-cü il tarixdə ünvan 2 ünvanında adına olan “Unibank”a məxsus 4098 5844 7860 0149 nömrəli “Leo kart” plastik kartına kart vasitəsi ilə köçürmə aparmaqla göndərdiyi 500 manatı, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında adına olan “Unibank”a məxsus 4098 5844 7860 0149 nömrəli “Leo kart” plastik kartına kart vasitəsi ilə köçürmə aparmaqla göndərdiyi 995 manatı və sonuncu dəfə isə 17 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Milli ön” aparatı vasitəsi ilə adına olan “Unibank”a məxsus 4098 5844 7860 0149 nömrəli “Leo kart” plastik kartına göndərdiyi 600 manat pulu ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 2.095 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 yanvar 2023-cü il tarixdə saat təxminən 19:00 radələrində qabaqcadan qurduğu plana əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 111 ünvanının yaxınlığına gələrək, orada park edilmiş şirkətdə kuryer vəzifəsində işləyən Şahid5 məxsus “Kia Sportage” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan şüşəsini yerdən götürdüyü daş parçası ilə sındırıb, avtomobilin salonunda olan "xxxx" MMC-yə məxsus, dəyəri 2949 manat olmaqla 01 ədəd **********13237 və **********82323 imey kodlu 128 GB yaddaş həcmində olan “İphone 14 Pro” markalı, dəyəri 2949 manat olmaqla 01 ədəd **********04341 və **********3732 imey kodlu 128 GB yaddaş həcmində olan “İphone 14 Pro” markalı və dəyəri 3.229 manat olmaqla 01 ədəd, **********01733 və **********94256 İmey kodlu 128 GB yaddaş həcmində olan “İphone 14 Pro Max” markalı mobil telefonları oğurlayaraq hüquqi zərərçəkmiş şəxs "xxxx" MMC-yə 9.127 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 fevral 2023-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində yerləşən 26 saylı binanın qarşısında dayanmış “Tofaş” markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini yerdən götürdüyü daşla sındıraraq orada oturacağın üzərində olan Zərərçəkmiş şəxs4 məxsus ümumi dəyəri 11.300 manat olan 6 ədəd “İphone” markalı mobil telefonları gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun ayrı-ayrı şəxslərə 20.000 manatdan çox borcu olduğuna görə oğurluq yolu ilə pul əldə edib borcunu qaytarmaq qərarına gəlmişdir. Bu səbəbdən əvvəllər mobil telefon alqı-satqısından tanıdığı 28 May ərazisində mobil telefonların alqı-satqısı ilə məşğul olan mobil nömrəsini bildiyi Vüqar adlı şəxsə zəng edərək özünü müştəri qismində təqdim etmişdir. Mobil telefon vasitəsilə Vüqara 1 ədəd “İphone 14 Pro”, 2 ədəd isə “İphone 14 Pro Max” markalı mobil telefonlar sifariş etmişdir. Onlar ümumilikdə 3 ədəd mobil telefonun satışı üçün 5.400 manat qarşılığında razılaşmışlar. Razılaşmaya əsasən Vüqar mobil telefonları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə göndərməli idi və o, isə 3 ədəd telefondan 2-ni seçərək ödənişi mobil telefonu çatdıran şəxsə etməli idi. Həmin gün özünü Vüqarın işçisi kimi təqdim edən şəxs ona zəng edərək mobil telefonları dəqiq hansı ünvana gətirməli olduğunu soruşmuşdur. O, həmin şəxsə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Araz” marketlə üzbə-üz olan məhəlləyə gətirməli olduğunu bildirmişdir. Həmin şəxs dediyi ünvana “Tofaş” markalı avtomobil ilə çatdıqda ona yenidən zəng eləmiş və ünvanda olduğunu bildirmişdir. O, həmin məhəllədə mobil telefonu gətirən şəxsi gizli izləmişdir. Mobil telefon vasitəsilə həmin şəxsdən axırıncı blokun 4-cü mərtəbəsinə qalxmasını xahiş etdikdən sonra həmin şəxs bloka daxil olmuş bu zaman o, cəld şəkildə həmin şəxsin avtomobilinin yanında olan daş parçasını götürərək avtomobilin sağ yan şüşəsini sındırıb sağ qabaq oturacağın üzərində olan ağ rəngli bağlamanı götürərək oradan qaçaraq uzaqlaşmışdır. Bundan sonra birbaşa Nizami rayonu ərazisindəki Neftçilər metrostansiyasının yaxınlığına gəlmişdir. Orada olan zaman bağlamanı açmış və içərisində onun sifariş etdiyi mobil telefonlardan əlavə 1 ədəd “İphone 13 Pro Max” olduğunu görmüşdür. Daha sonra həmin ərazidə əvvəllər tanıdığı mobil telefon dükanına “İphone 14 Pro” və “İphone 14 Pro Max” markalı mobil telefonları ümumilikdə 3.700 manat qarşılığında satmışdır. Bir gün sonra həmin ərazidə yerləşən digər dükana “İphone 13 Pro Max” və “İphone 14 Pro Max” markalı telefonları 3.500 manat qarşılığında satmışdır. Bundan başqa 2023-cü ilin yanvar ayının 27-si tarixində özünə gəlir əldə etmək məqsədi ilə plan qurmuşdur. Həmin plana əsasən “Google” axtarış saytından axtararaq qarşısına çıxan saytlardan birindən mobil telefon sifariş etmişdir. Həmin sifarişi əvvəllər yaşadığı ünvan 4 ünvana qeyd etmişdir. Sifarişə əsasən 02 ədəd “İphone 14 Pro” markalı və 01 ədəd “İphone 14 Pro Max” markalı mobil telefonu kuryer ünvana çatdırmalı idi qarşılığında isə o, kuryerə 9.127 manat pul ödəməli idi. Kuryer sifarişi ünvana 27 yanvar 2023-cü il tarixdə axşam, yəni günün qaranlıq saatlarında çatdırmalı idi. Sifarişi o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə vermişdir. Həmin tarixdə o, sifarişin çatdırlımasına yarım saat qalmış Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 111 ünvanının arxasına yollanmışdır. Ora dalan hissə idi. Artıq qaranlıq düşmüş və ətrafda heç kim olmamışdır. Orada kənara çəkilib hazırda mobil nömrəsi yadında qalmayan kuryerə zəng etmişdir. Kuryer artıq deyilən ünvana 5 dəqiqə ərzində çatacağını bildirmişdir. O, telefon vasitəsi ilə kuryerə qəsdlə yolu izah edərkən dalan hissəni izah etmişdir. Təxminən 10 dəqiqə sonra kuryer gəlib həmin yerdə “Kia Sportage” markalı avtomobili saxlamışdır. Bu zaman kuryer ona zəng edərək deyilən ünvana yaxınlaşdığını bildirmişdir. O, həmin şəxsə təklif etmişdir ki, "Whatsapp" ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə görüntülü danışsınlar və ünvanı göstərsin. Həmin şəxsdə onunla razılaşmışdır. O, "Whatsapp" ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə görüntülü həmin şəxsi yığmış, lakin öz görüntü hissəsini bağlı saxlamışdır. O, həmin şəxsi görsə də həmin şəxs onun yalnız səsini eşidirdi. Bu minvalla o, həmin şəxsi aldadaraq M.Hadi 111 ünvanının uydurma mənzillərindən birinin adını çəkərək aldadaraq həmin ünvanın qapısına qaldırmışdır. Həmin şəxsə bir qədər gözlədikdən sonra orada tanışı çıxaraq ödənişi həyata keçirəcəyini bildirmişdir. Bundan sonra ödənişi aldıqdan sonra mobil telefonları Qara Qarayev prospektində yerləşən “Bizbizə” restoranına gələrək ona təhvil verəcəkdir. Əmin olduqda sonra həmin şəxs avtomobildən uzaqlaşıb, ətrafdan biraz iri olan daş tapmışdır. Ardınca "Kia Sportage" markalı avtomobilin qabaq sağ tərəfinə yaxınlaşaraq əlindəki daş ilə avtomobilin şüşəsini sındırmışdır. Bundan sora avtomobilin qabaq sağ tərəfində olan 02 ədəd “İphone 14 Pro” markalı və 01 ədəd “İphone 14 Pro Max” markalı mobil telefonları götürmüşdür. Bundan sonra dərhal oradan uzaqlaşmışdır. Bir neçə dəfə kuryer ona zəng etsədə o, zənglərə heç bir məhəl qoymamışdır. Telefonları götürdükdən sonra Babək prospektində mobil telefonları içərisində saxlamağı üçün marketlərin birindən paket alaraq onları paketin içərisinə qoymuşdur. Bundan sonra adını “Sunay” kimi xatırladığı Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyası yaxınlığında yerləşən mağazada mobil telefonların satışı ilə məşğul olan şəxs ilə əlaqə saxlamışdır. Həmin şəxsə bir neçə dəfə topdan satış qiymətinə mobil telefon satdığı üçün həmin onu tanıyırdı. Sunaya zəng etdikdən sonra özünə məxsus 02 ədəd “İphone 14 Pro” markalı və 01 ədəd “İphone 14 Pro Max” markalı mobil telefonu olduğunu və ucuz qiymətə satdığını bildirmişdir. Sunay da mobil telefonları mağazaya gətirməyini, baxdıqdan sonra ala biləcəyini bildirmişdir. Bundan sonra o, həmin mağazaya yollanmışdır. Sunay ilə razılaşmaqlarına əsasən 02 ədəd “İphone 14 Pro” markalı və 01 ədəd “İphone 14 Pro Max” markalı mobil telefonları ümumilikdə 6.300 manata satmışdır. Bundan sonra isə əldə etdiyi pulu əvvəllər işinin ziyana getməsi ilə əlaqədar düşdüyü borcun bir qismini ödəmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 təxminən bir il olar ki, tanıyır. Belə ki, Zərərçəkmiş şəxs2 o, Zərərçəkmiş şəxs2 bacısı Aygün Babayevanın vasitəsi ilə tanımışdır. Aygün Babayeva ona bir neçə dəfə mobil telefonlar sifariş verib almışdır. Təxminən 2022-ci il ilin avqust ayında Zərərçəkmiş şəxs2 öz arvadı Şahid1 üçün 1.100 ABŞ dolları dəyərində “İphone 14 Pro Max” markalı mobil telefon sifariş vermiş və o, həmin telefonu Səməd Vurğun parkının yanında Aygün Babayevaya təhvil vermişdir. Daha sonra həmin mobil telefonda problemlər yarandığından dəyişib yenisi ilə əvəz etmişdir. Təxminən 2023-cü ilin yanvar ayında onun borcları olduğu üçün Zərərçəkmiş şəxs2 zəng vurub yalandan guya Dubayda olduğunu və orada düşmə, yəni ucuz qiymətə “İphone 14 Pro Max” markalı mobil telefon olduğunu və həmin mobil telefonun qiyməti 2050 manat olduğunu demişdir. Zərərçəkmiş şəxs2 həmin telefonu almaq üçün onunla razılaşmış və xx.xx.2023-cü il tarixdə onun istifadəsində olan “Unibank”a məxsus 4098 5844 7860 0149 nömrəli “Leo kart” plastik kartına köçürtmə yolu ilə 500 manat, xx.xx.2023-cü il tarixdə 995 mant və xx.xx.2023-cü il tarixdə isə 600 manat pulu göndərmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2 “İphone 14 Pro Max” markalı mobil telefonu 20.01,2023-cü il tarixdə təhvil verəcəyinə dair vəd vermiş, lakin onun özünün maddi vəziyyəti pis olduğu üçün Zərərçəkmiş şəxs2 aldığı cəmi 2050 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 təxminən 2020-ci il tarixdən tanıyır. Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 21 ünvanında yerləşən “RR shop” adlı telefon dükanında satıcı işləyir. O, Rəşad Neymətlinin işlədiyi dükana dəfələrlə yeni mobil telefonlar gətirib satmışdır. Həmin mobil telefonları o, X5 alıb Bakı şəhərində satış ilə məşqul olurdu. 2021-ci ildə onun maddi vəziyyəti pisləşdiyi üçün və çoxlu borcları olduğundan o, həmin ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 zəng vurub yalandan demişdir ki, guya Dubaydadır və oradan 30 ədəd “İphone 13 Pro” markalı mobil telefon almaq istəyir, lakin 10.000 ABŞ dollar pulu çatmadığı üçün həmin mobil telefonları ala bilmir. Buna görə də Rəşaddan 10.000 ABŞ dollar pul istəmişdir. O, Rəşada həmin mobil telefonları ona satacağını və Rəşad öz növbəsində həmin mobil telefonları satıb pul qazanacağını bildirmişdir. Buna görə də Rəşad onunla razılaşmışdır. Lakin onun məqsədi həmin 10.000 ABŞ dollar pulu Rəşaddan alıb öz şəxsi borclarına vermək olmuşdur. Bundan sonra o, Rəşada bildirmişdir ki, adını xatırlamadığı kuryeri Rəşadın iş yerinə göndərəcəyini və Rəşad 10.000 ABŞ dollar həmin kuryerə versin, kuryer həmin pulu ona göndərəcəkdir. Rəşadda onunla razılaşmışdır. Təxminən 2021-ci ilin sentyabr ayının axırlarında o, adını xatırlamadığı kuryeri Rəşadın işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 21 ünvanında yerləşən “RR shop” adlı telefon dükanına göndərmişdir ki, gedib 10000 ABŞ dollar pulu götürüb ona versin. Lakin, həmin kuryerin onun Rəşaddan nə məqsədlə pul götürməyini bilməmişdir. O, kuryerə sadəcə olaraq 10.000 ABŞ dollar pulu Rəşaddan götürüb ona gətirməyini demişdir. Kuryerdə gedib Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 21 ünvanında yerləşən “RR shop” adlı telefon dükanında işləyən Rəşaddan 10000 ABŞ dollar pulu götürdükdən sonra həmin pulu gətirib Bakı şəhəri, Sabunçu rayonu ərazisində ona vermişdir. O, pulu götürdükdən sonra həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Hal-hazırda zərərçəkmiş şəxslərə borcu ödədiyindən, zərərçəkmiş şəxslərin ona qarşı şikayətləri yoxdur. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş hüquqi şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bundan başqa zərərçəkmiş hüquqi şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs3 "xxxx" MMC-nin Təqsirləndirilən şəxs qarşı “vurulmuş zərərin ödənilməsi” barədə mülki iddia təqdim edərək "xxxx" MMC-ni mülki iddiaçı qismində tanınması, 9127 manat məbləğində pul vəsaitin Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-yə ödənilməsi, mülki iddia ərizəsinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 111.27 manat məbləğinin Təqsirləndirilən şəxs tutularaq MMC-yə ödənilməsini xahiş etmişdir. Bundan başqa "xxxx" MMC tərəfindən ərizə təqdim edilərək qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəyən zərər ödənilib və Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətləri yoxdur. İlkin təhqiqat və ibtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, 2022-ci ilin avqust ayından "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Şirkət mobil cihazların satışı ilə məşğuldur. Şahid5 şirkətin sifarişlərini çatdırmaq üçün kuryer vəzifəsini yerinə yetirir. Şirkət həmin şəxslə xidmət müqaviləsi bağlamışdır. 27 yanvar 2023-ci il tarixdə Şahid5 şirkətlə əlaqə saxlayaraq 02 ədəd "İphone 14 Pro" markalı və 01 ədəd "İphone 14 Pro Max" markalı mobil telefonu sifariş əsasında apardığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 111 ünvanında özünə məxsus "Kia Sportage" markalı avtomobilin şüşəsi sındırılaraq avtomobilin salonundan oğurlandığını bildirmişdir. Bu barədə şirkətə məlumat daxil olan kimi ona məlumat verildi. Məlumatı aldıqdan dərhal sonra o, sürücü ilə əlaqə saxlamış və sürücü baş vermiş hadisəni ətraflı şəkildə ona izah etmişdir. Bundan sonar Vüqar ona baş vermiş oğurluq hadisəsi ilə bağlı olaraq DİN-nin 102 ZMX-nə məlumat verdiyini və hadisə yerinə polis əməkdaşlarının gəlməsini gözlədiyini bildirdi. Daha sonra o, şirkət ilə dəqiqləşdirərək baş vermiş oğurluq hadisəsi ilə əlaqədar "xxxx" MMC-yə məxsus, hər birinin dəyəri 2949 manat olan, 02 ədəd "İphone 14 Pro" markalı, 128 GB yaddaş həcmində olan və 3229 manat dəyərində 01 ədəd "İphone 14 Pro Max" markalı, 128 GB dəyəri 2949 manat olan mobil telefonlar oğurlanaraq "xxxx" MMC-yə ümumilikdə 9.127 manat maddi ziyan dəymişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 ərizə təqdim edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İlkin təhqiqat və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, təxminən 2022-ci ilin avqust ayından Təqsirləndirilən şəxs bacısının Aygun Ağayevanın vasitəsi ilə tanımış, belə ki, Aygun Özala bir neçə dəfə telefon sifariş vermiş və Özal telefonu gətirmişdir. 2022-ci ilin avqust ayında o, həyat yoldaşı Ləman üçün Özala İphone 14 pro maks markalı mobil telefonu 1100 ABŞ dollarına sifariş vermiş və Ləman həmin telefonu X10 bağının yaxınlığında götürmüşdür. Daha sonra isə telefonda nasazlıq olduğundan həmin telefonu Özal yenisi ilə əvəz etmiş və vermişdir. Həmin telefon təzə olmuş və telefonu qeydiyyata almışlar. Təqsirləndirilən şəxs mobil telefon satışı ilə məşğul olan şəxs kimi tanımışlar və ailə üzvləri də Özaldan bir neçə dəfə mobil telefon almışlar. Belə ki, Özal onlara mobil telefonları Dubaydan alıb gətirdiyini bildirmişdir. Həyat yoldaşı Ləmanın mobil telefonunu yenisi ilə dəyişmək üçün o, Özala İphone 14 pro maks markalı mobil telefonu 1700 manata sifariş etmişdir. Lakin Özal onunla telefonla danışarkən Dubayda olduğunu və düşmə mobil telefon olduğunu bildirmişdir. Ona görə də o, özü üçün də 500 manat və öz istifadə etdiyi mobil telefonu verməklə İphone 14 pro maks markalı mobil telefonu Özala sifariş etmişdir. Bunun üçün isə xx.xx.2023-ci il tarixdə Özalın adına olan 4098 5844 7860 0149 nömrəli Unibanka məxsus Leo karta öz kartından 500 manat pulu, daha sonra isə həmin karta xx.xx.2023-cu il tarixdə bacısı Aygünün kartından 995 manat pulu və xx.xx.2023-cü il tarixdə isə həmin karta 600 manat pulu Xəzər rayonu ərazisində Milli ön aparatı vasitəsi ilə köçürmüşdür. Özal pulları aldıqdan sonra mobil telefonları xx.xx.2023-ci il tarixdə gətirib təhvil verəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, Özalla mobil telefon vasitəsi ilə əlaqə saxlamış və telefonlarla maraqlanmışdır. Lakin həmin gündən sonra Özal müxtəlif bəhanələr gətirərək hal-hazırda ölkədə olmadığın bildirərək mobil telefonları gətirməmiş və almış olduğu ümümilikdə 2095 manat pulu qaytarmamışdır. Daha sonra isə o, Özalın tutulduğunu bilmiş və bu barədə həyat yoldaşı Ləmana bildirdikdə Ləman DİN-nin 102 xidmətinə zəng edərək Özal tərəfindən aldadıldıqlarını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 ərizə təqdim edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda nəzərdə tutulmuş 11300 manat məbləğində pul ona tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı cinayət işi üzrə şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin ona 6700 manat şəxsi borcu var. Həmin borcu tələb edir. İlkin təhqiqat və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, o, təxminən 10 ildən artıq müddətdir ki, mobil telefon alqı-satqısı ilə məşğul olur. Həmin müddətdən 28 May ərazisində «Mobile lux» telefon dükanında işləyir. 07 fevral 2023-cü il tarixində saat 13-14 radələrində ***-***-**-** saylı mobil nömrəsindən ona zəng gəlmişdir. Zəng edən şəxs özünü onun tanışı olan Elşənin tanışı kimi təqdim etmişdir. O, həmin şəxsi dəqiq tanımasa da adətən belə zənglərə müsbət cavab verir və həmin adam ona 1 ədəd iphone 128 gb yaddaşı olan “İphone 14 pro” və 2 ədəd də 128 gb yaddaşı olan “İphone 14 pro max” göndərməyini istəmişdir. Onlar həmin şəxslə ümumi 5400 manat qarşılığında razılaşmışlar və həmin şəxs telefonları təhvil aldıqdan sonra pulu onun işçisinə verməli idi. Bundan əlavə həmin gün təmirə gətirilmiş İphone 7, İphone 11 və 1 ədəd yeni İphone 13 pro max modeli Lökbatan ərazisində olan müştəriyə çatmalı idi. O, sifarişləri müştərilərə çatdırmaq üçün çatdırma xidməti qismində işə götürdüyü Şahid4a mobil telefonları və müştərilərin əlaqə nömrələrini verib yola salmışdır. Ramil sifarişləri şəxsi avtomobili ilə aparırdı. Təxminən axşam 8-ə işləmiş Ramil ona zəng edərək Qaraçuxurda müştərinin ünvanında olarkən avtomobilin şüşəsinin sındırıldığını və mobil telefonların oğurlandığını bu səbəbdən DİN-in 102 Zəng xidmətinə məlumat verdiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İlkin təhqiqat və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, 2017-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 21 ünvanında yerləşən “RR shop” adlı telefon dükanında satıcı işləyir. Təqsirləndirilən şəxs o, təxminən 2020-ci il tarixdən tanıyır. Belə ki, Təqsirləndirilən şəxs o, işlədiyi dükana dəfələrlə yeni mobil telefonlar gətirib satmışdır. Özal dediyinə görə, həmin mobil telefonları X5 alıb Bakı şəhərində satışı ilə məşqul olurdu. 2021 -ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ona zəng vurub, hazırda Dubayda olduğunu və orada 30 ədəd “İphone 13 Pro” markalı telefon almaq istədiyini, lakin 10000 ABŞ dollar pulu çatmadığını bildirmiş və ondan həmin malları almaq üçün 10000 ABŞ dollar pul istəmişdir. Özal ona həmin mobil telefonları aldıqdan sonra gətirib ona satacağını bildirmişdir. O, da həmin mobil telefonları alıb üstünə bir az pul qoyduqdan sonra satıb pul qazanacağını fikirləşmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onun iş yerinə kuryer göndərəcəyini və həmin 10000 ABŞ dollar pulu kuryerə verməyini bildirmişdir. 2021-ci ilin sentyabr ayının axırlarında tarixi dəqiq yadında deyil Təqsirləndirilən şəxs onun işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 21 ünvanında yerləşən “RR shop” adlı telefon dükanına kuryeri göndərmiş və həmin kuryerə o, özündən 10000 ABŞ dollar pul vermişdir ki, Özala göndərsin. Bir gün sonra o, Özal ilə danışdıqdan sonra Özal ona göndərdiyi 10000 ABŞ dollar pul çatdığını və həmin mobil telefonları 2-3 gün sonra Bakı şəhərinə gətirib ona verəcəyini bildirmişdir. Lakin həmin gündən sonra Özal müxtəlif bəhanələr gətirərək hal-hazırda ölkədə olmadığını bildirərək mobil telefonları gətirməmiş və almış olduğu ümümilikdə 10000 ABŞ dollar puldan ona 5550 ABŞ dollarını qaytarmışdır. Lakin bu qünə qədər 4450 ABŞ dollar pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2022-ci ilin avqust ayında həyat yoldaşı Zərərçəkmiş şəxs2 onun üçün Özala “İphone 14 pro Max” markalı mobil telefonu 1100 ABŞ dollarına sifariş vermiş və o, həmin telefonu X10 bağının yaxınlığında götürdüyü üçün onu sifətdən tanıyırdı. Daha sonra isə telefonda nasazlıq olduğundan həmin telefonu onun üçün yenisi ilə əvəz etmiş və ona vermişdir. Həmin telefon təzə olmuş və o, telefonu qeydiyyata almışdır. Təqsirləndirilən şəxs mobil telefon satışı ilə məşğul olan şəxs kimi tanımışlar və ailə üzvləri də bir neçə mobil telefon Özaldan almışdır. O, mobil telefonunu yenisi ilə dəyişmək üçün həyat yoldaşı Ayaz onun üçün “İphone 14 pro Max” markalı mobil telefonu 1700 manata Özala sifariş etmişdir. X12 telefonla danışarkən Ayaza Dubayda olduğunu və düşmə mobil telefon olduğunu bildirmişdir. Ona görə də Ayaz özü üçün isə 500 manat və özünün istifadə etdiyi mobil telefonu verməklə “İphone 14 pro Max” markalı mobil telefonu Özala sifariş etmişdir. Bunun üçün isə xx.xx.2023-ci il tarixdə Özalın adına olan 4098 5844 7860 0149 nömrəli Unibanka məxsus Leo karta 500 manat pulu, daha sonra isə həmin karta xx.xx.2023-cu il tarixdə 995 manat və xx.xx.2023-cü il tarixdə isə həmin karta 600 manat pulu köçürmüşdür. Özal Ayazdan pulları aldıqdan sonra mobil telefonları xx.xx.2023-ci il tarixdə gətirib təhvil verəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Ayaz Özalla mobil telefon vasitəsi ilə əlaqə saxlamış və telefonlarla maraqlanmışdır. Lakin həmin gündən sonra Özal müxtəlif bəhanələr gətirərək hal-hazırda ölkədə olmadığı bildirərək mobil telefonları gətirməmiş və almış olduğu ümümilikdə 2000 manat pulu qaytarmamışdır. Daha sonra isə Ayaz Özalın tutulduğunu bilmiş və o, da bu barədə DİN-nin 102 xidmətinə zəng edərək Özal tərəfindən aldadıldıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 2022-ci ilin dekabr ayından "xxxx" MMC-nin sifarişlərini yerinə yetirmə fəaliyyəti ilə məşğul olur. Bir növ kuryer fəaliyyətini həyata keçirir. 27 yanvar 2023-cü il tarixdə "xxxx" MMC-nin qəbul etmiş olduğu sifariş barədə ona məlumat verilmişdir. O, sifarişi qəbul etdikdən sonra həmin tarixdə saat 18 radələrində Nəsimi rayonu, Zərifə Əliyeva 111 ünvanından 02 ədəd “İphone 14 Pro” və 01 ədəd “İphone 14 Pro max” markalı mobil telefonları, Xətai rayonu, Həzi Aslanov metrostansiyası yaxınlığında sifarişi qeydə alınmış Murad adlı şəxsə təhvil vermək məqsədilə sifarişin qeydə alındığı ünvana gəlmişdir. Həmin sifarişin qeydiyyatında sifarişi qeydə alan şəxsin mobil nömrəsi 055 *** ** ** saylı nömrə qeyd olunmuşdur. O, sifariş olunan ünvana yaxınlaşan zaman həmin mobil nömrə ilə əlaqə saxlamışdır. Telefona cavab verən kişi cinsindən olan şəxs ona “Vhatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə görüntülü danışaraq ünvanı göstərməyi təklif etmişdir. O, da həmin şəxslə razılaşdıqdan sonra onlar görüntülü danışmağa başlamışlar. Həmin şəxs ünvana yaxın olsa da dəqiq olaraq göstərilən ünvana gəlmədiyini ona bildirmişdir. O, da bundan sonra Məhəmməd Hadi küçəsi 111 ünvanının yaxınlığında özünə məxsus, sifarişləri yerinə yetirmək üçün sürdüyü ** FV *** dövlət qeydiyyat nişanlı, “Kia Sportage” markalı avtomobilini saxlamışdır. Özü ilə götürdüyü 02 ədəd “İphone 14 Pro” və 01 ədəd “İphone 14 Pro Max” markalı mobil telefonları avtomobilinin qabaq sağ oturacağının alt hissəsinə qoymuşdur. Bunu həmin şəxs görməmişdir. Bundan sonra həmin şəxslə görüntülü şəkildə danışaraq onun izah etdiyi ünvana getmişdir. Bu zaman ünvana yaxınlaşan anda həmin şəxsə ona ev ünvanında mobil telefonları qəbul edən şəxs pulları ona təqdim edəcəyini bildirmişdir. Bundan sonra o, sifariş olunan mobil telefonları Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Biz-Bizə” restoranına aparıb təhvil verəcəyini telefon vasitəsi ilə danışdığı şəxs ona bildirmişdir. O, həmin şəxsin qeyd etdiyi ünvanda bir müddət gözləmiş, lakin heç bir şəxs gələrək ona yaxınlaşmamışdır. Bundan sonra o, həmin şəxsə yenidən yığaraq gözlədiyini bildirmişdir. Lakin yenidən heç kəs ona yaxınlaşmamışdır. O, dəfələrlə həmin şəxsə zəng etsə də həmin şəxs onun çağırışlarına cavab verməmişdir. Bundan sonra o, M.Hadi küçəsi 111 ünvanında saxladığı ** FV *** dövlət qeydiyyat nişanlı, “Kia Sportage” markalı avtomobilinə yaxınlaşmışdır. Bu zaman avtomobilinin qabaq sağ yan şüşəsinin qırıldığını və "xxxx" MMC şirkətinə məxsus ümumi dəyəri 8900 manat olan 02 ədəd “İphone 14 Pro” və 01 ədəd “İphone 14 Pro Max” markalı mobil telefonları oğurlandığını aşkar etmişdir. O, bu barədə dərhal şirkətin rəhbərliyinə və daha sonra DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hadisə nəticəsində onun avtomobilinin qabaq sağ yan şüşəsinin qırılması nəticəsində ona 150 manat maddi ziyan dəymişdir. Şahidlər Şahid2, X7, Şahid6 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, 2015-ci ildən ünvan 6 ünvanda yerləşən Xiomi Telekom mağazasında satıcı işləyir və orada telefonların alışı və satışı il məşğul olur. Onun müdiri isə X4r. xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində əvvəllər tanımadığı şəxs sonradan adını bildiyi Təqsirləndirilən şəxs mağazaya yaxınlaşaraq selofan torbada olan bir ədəd təzə İphone 13 pro max 128gb gold İ İMEİ **********61578 / mobil telefonu satmaq üçün ona təklif etmişdir. O, da telefona baxdıqdan sonra telefonun təzə olduğunu görmüş və Özal ilə 2200 manat dəyərində olan həmin telefonu 1700 manata almağa razılaşmışlar və o, Özalın şəxsiyyət vəsiqəsinin sürətini götürərək aldığı telefonun imei kodunu və hansı tarixdə aldığını qeyd etmişdir. Özal ona telefonu Dubaydan satmaq üçün gətirdiyini demişdir. O, da 1700 manat pulu Özala verib telefonu almışdır. Həmin gün o, telefonu 1900 manata tanımadığı şəxsə satmışdır. xx.xx.2023-cü il tarixdə dostu telefon satışı ilə məşğul olan Vüqar ona zəng edərək 8 və 9 fevral tarixlərində İphone 13 pro max qızılı rəngdə mobil telefon alıb-almadığını soruşmuşdur. O, da alıb satdığını bildirmişdir. Vüqar daha sonra ona həmin telefonlar onun maşınından oğurlandığını bildirmişdir. Daha sonra isə telefonun imei kodunu ona göndərmiş, o, da işdə yoxladıqda Özalın ona satdığı telefon olduğunu görmüşdür. Artıq o, telefonu satmışdır. Ona görə də Vüqara qaytara bilməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş şahid X7 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, 2007-ci ildən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., 74 D ünvanda yerləşən «Fediya Telekom» mağazasını icarə əsasında işlədir və həmin mağazanın müdiridir. O işlətdiyi mağazada təzə və işlək mobil telefonların, eləcə də telefon aksesuralarının alışı və satışı ilə məşğul olur və mağazasında bir nəfər Azəddin adlı satıcı işləyir. Əvvəllər tanıdığı mobil telefonların alışı və satışı ilə məşğul olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 14 radələrində onun işlədiyi mağazaya gəlmiş və həmişə olduğu kimi ona satmaq üçün təzə vəziyyətdə olan İphone 14 pro max 128gb DEEP PEERPUL (bənövşəyi) markalı mobil telefonu olduğunu və həmin telefonu 1400 ABŞ dollarına satdığını bildirmişdir. O, da mobil telefona baxmış və mobil telefonun qutusu bağlı vəziyyətdə olduğunu görüb həmin telefona 1400 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 2380 manat pul verib Özaldan almışdır. Daha sonra isə Özal çıxıb getmişdir. Bir neçə gündən sonra isə telefon alışı və satışı ilə məşğul olan tanışı Vüqar mağazaya gəlmiş və Özaldan mobil telefon alıb-almamağı ilə maraqlanmış və o, Özaldan 01 ədəd İphone 14 pro max 128gb DEEP PEERPUL (bənövşəyi) markalı mobil telefon aldığını bildirmişdir. Vüqar həmin telefonu ondan oğurladığını bildirmişdir. Daha sonra isə ona həmin telefonu satmamasını, pulun verib ondan götürücəyini demişdir. O, da bir müddət gözləmiş, lakin Vüqardan bir xəbər çıxmadığı üçün həmin mobil telefonu tanımadığı müştəriyə 2380 manata satmışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2022-ci ildən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq 18 ünvanında yerləşən “Alma GSM Mobile” telefon mağazasında satıcı kimi fəaliyyət göstərir. Özalı təxminən bir ildən artıqdır ki, tanıyır. Həmin şəxsin mobil telefonların pərakəndə satışı ilə məşğul olması ona məlumdur, əvvəllərdə bir neçə dəfə onların mağazasına gələrək mobil telefonlar satmışdır. 2023-cü ilin yanvar ayının sonlarında Özal ona zəng edərək xaricdən 02 ədəd “İphone 14 Pro” markalı və 01 ədəd “İphone 14 Pro Max” mobil telefon gətirərək satdığını bildirmişdir. O, da Özala həmin mobil telefonları mağazaya gətirməyini xahiş etmişdir. Bundan təxminən 1 saat sonra Özal mağazaya gəlmişdir. Özü ilə 02 ədəd “İphone 14 Pro” markalı və 01 ədəd “İphone 14 Pro Max” markalı mobil telefon gətirmiş və həmin telefonları pərakəndə qiymətə ümumilikdə 6300 manata satdığını bildirmişdir. O, da Özal ilə razılaşıb Özalın şəxsiyyət vəsiqəsinin surətini əldə edərək həmin qiymətə telefonları almışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, təxminən 9 ay olar ki, Cabir adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, 28 may ərazisində yerləşən “Mobile lux” mobil telefon dükanında ona məxsus olan Tofaş markalı ** ML *** d.q.n avtomobil ilə çatdırma xidməti kimi fəaliyyət göstərir. 07 fevral 2023-cü il tarixdə müdiri Zərərçəkmiş şəxs4 6 ədəd “İphone” markalı mobil telefonu müştərilərə çatdırmağı üçün ona vermişdir. Həmin telefonlardan 4 ədədi yeni 2 ədədi işlənmiş olmuş və onlardan üçünü Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki müştəriyə digər üçünü isə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki müştəriyə aparmalı olmuşdur. İlk olaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki müştəriyə sifarişi gətirmişdir. O, Qaraçuxur qəsəbəsinə çatdıqdan sonra müştərinin istifadəsində olan 055 *** ** ** saylı mobil nömrə ilə əlaqə saxlayan zaman telefon vasitəsi ilə izah olunan məhəlləyə çatmışdır. Həmin şəxs mobil telefonları mobil telefonda izah etdiyi binanın 4-cü mərtəbəsinə qaldırmağı xahiş etmişdir. Eyni zamanda həmin şəxs ona ilk öncə gəlib pulu götürməyi daha sonra özünün düşüb mobil telefonları götürəcəyini bildirmişdir. O, həmin şəxsin dediyi mərtəbəyə qalxmış və dediyi mənzilin qapısını döydü, lakin qapını açan olmamış və eyni zamanda həmin şəxsə də zəng çatmamışdır. Bundan sonra o, geri aşağı düşdükdə görmüşdür ki, onun idarə etdiyi Tofaş markalı ** ML *** d.q.n avtomobilinin sağ qabaq şüşəsinin sındırıldığını sağ qabaq tərəfdən ayaq altına qoyduğu mobil telefonların oğurlandığını aşkar etmiş və dərhal bu barədə zəng vurub DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan iş materiallarını da sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 13 fevral 2023-cü il tarixdə Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-67/2023 nömrəli iş üzrə 16 fevral 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CMnin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 16 fevral 2023-cü il tarixdən hesablanmaqla 11 may 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-196/2023 nömrəli iş üzrə 08 may 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina olunmuş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş qərardan görünür ki, 08 may 2023-cü ildə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” növündə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 24 oktyabr 2024cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 16 may 2025-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq 17 may 2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 310-cü maddələrinin tərkib əlamətləri olmadığına görə həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərə vurduğu ziyanın ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs 11 – 13 fevral 2023-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 16 fevral – 08 may 2025-ci il tarixləri və 16 may – 26 avqust 2025-ci il tarixləri üzrə həbsdə saxlanıldığı 06 (altı) ay 02 (iki) gün, cəmi 06 (altı) ay 04 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Şahid4 məxsus “Tofaş” minik markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobil və Şahid5 məxsus “Kia Sportage” minik markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobil həmin şəxslərə qaytarılması nəzərə alınmalıdır. "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs qarşı “vurulmuş zərərin ödənilməsinə” dair mülki iddiaya münasibət bildirərək, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən «Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur», «Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir», «Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir». Azərbaycan Respublikası MPM-nin 77.1, 14.2 və 217.4-cü maddələrinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir», «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-ci maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür». Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələbinə görə «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-yə dəyən zərər ödənildiyindən və "xxxx" MMC bu barədə məhkəməyə ərizə təqdim etdiyindən "xxxx" MMC-nin mülki iddiası qismən təmin edilməli, Təqsirləndirilən şəxs mülki iddia ərizəsinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 111.27 (yüz on bir manat iyirmi yeddi qəpik) manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi1 müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi1 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 11 – 13 fevral 2023-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 16 fevral – 08 may 2025-ci il tarixləri və 16 may – 26 avqust 2025-ci il tarixləri üzrə həbsdə saxlanıldığı 06 (altı) ay 02 (iki) gün, cəmi 06 (altı) ay 04 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Şahid4 məxsus “Tofaş” minik markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobil və Şahid5 məxsus “Kia Sportage” minik markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobil həmin şəxslərə qaytarılması nəzərə alınsın. "xxxx" MMC-nin Təqsirləndirilən şəxs qarşı “vurulmuş zərərin ödənilməsinə” dair dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs mülki iddia ərizəsinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 111.27 (yüz on bir manat iyirmi yeddi qəpik) manat tutularaq "xxxx" MMC-yə ödənilsin. Vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 25 (iyirmi beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 275 (iki yüz yetmiş beş) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi1 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar