Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-210/2023 28.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 Bəhrəm oğlunun, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasinin üzvü, “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 28 mart 2023-cü il tarixdə, saat 11:30-da, Bakı şəhərində, xx xxxx 1980-cı ildə, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, «Azəriqaz» İB-nin Suraxanı rayonu üzrə nəzarətçi işləyən, məhkumluğu olmayan, Bakı şəhəri Suraxanı rayonu, Yeni ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdə, saat 18:30 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında idarə etdiyi “X19” markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Suraxanı-Hövsan yolu ilə Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni “maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 40 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60 km/saat sürətlə idarə etmiş, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib, hərəkət zolağına sağdan birləşən yoldan hərəkət hissəyə daxil olub əks istiqamətə hərəkət zolağına keçmək istəyən Zərərçəkmiş şəxs2 idarə etdiyi “Opel Vectra” markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin təhlükə yaratdığı gördükdə, avtomobili dayandırmağa kifayət qədər məsafə olduğu halda dayandıra bilməmiş, idarə etdiyi avtomobilin qabaq hissəsi ilə «Opel Vectra» markalı avtomobilin sol yan hissəsi toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sol tərəfli hemopnevmotoraksla müşayiət olunan sol 3-4-5-6-7-8-9-10-11-ci qabırğaların çoxsaylı sınıqları, ağ ciyərin kontuziyası, dalağın travması, sol almacıq nahiyəsinin və alt çənənin əzilmiş-cırılmış yaraları, beyin ödemi xəsarətləri alaraq xx.xx.2022-ci ildə xəstəxanada ölümünə, həmin avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 Bəhrəm oğlunun sol mil sümüyünün yerdəyişən sınığı, təpə, təpə-gicgah və alın nahiyələrinin əzilmiş yaraları xəsarətləri almaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ailə üzvləri ilə birgə həmin ünvanda yaşayır. 6 aya yaxın müddətdir ki, “Azərqaz” İstehsalat Birliyinin nəzdində "xxxx" MMC-nin Suraxanı rayonu üzrə nəzarətçi kimi işləyir. «X19» markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili X8 məxsus olmaqla həmin avtomobili etibarnamə və «BC» dərəcəli sürücülük vəsiqəsi ilə idarə edir. 29 mart 2022-ci il tarixdə saat 18:30 radələrində idarə etdiyi avtomobillə yaşadığı Yeni Suraxanı qısəbəsindən Hövsan qəsəbəsi istiqamətində gedərkən öndə, təxminən 150 metr qarşıda-evni istiqamətdə ağ rəngli, markasına və nömrəsinə fikir vermədiyi avtomobil hərəkət edirmiş. «Suraxanı- Hövsan» yolunun Suraxanı rayonu ərazisində «Bahar» qəsəbəsinə dönən yola çatmağıma təxminən 10 metr qamış, həmin yoldan qırmızı rəngli «Opel Vectra» markalı minik avtomobili əks hərəkət zolağına doğru hərəkətdə olmaqla onun hərəkət zolağına keçmiş, toqquşmadan qaçmaq üçün idarə etdiyi «X19» markalı avtomobilin sükanını sola doğru çevirərək əks hərəkət zolağına çıxmaqla həmin avtomobilin qarşısından yoluma davam etmək istədikdə, «Opel Vectra» markalı avtomobilin sürücüsü avtomobili saxlamadan hərəkətinə davam etməklə iki zolağın üstünə çıxmışdır. O, sükanı əks tərəfə, yəni sağa doğru çevirərək öz hərəkət zolağına qayıtmaq istədikdə əks hərəkət zolağında idarə etdiyi avtomobilin qarşı sol hissəsi ilə həmin avtomobilin sol yan hissəsi arasında toqquşma baş vermişdir. Toqquşmadan sonra idarə etməni itirmiş və idarə etdiyi avtomobil asfalt üzərində fırlanaraq dayanmış, «Opel Vektra» markalı avtomobili isə yolun əks tərəfində yol kənarında dayanmışdır. Dərhal avtomobildən yerə düşərək toqquşduğu avtomobilə yaxınlaşmış, həmin avtomobildə sürücüdən başqa bir nəfər sərnişin olmuş, sərnişin ciddi xəsarət almadığı üçün özü yerə düşmüş, sürücü isə huşsuz vəziyyətdə sükan arxasında qalmışdır. Ona kömək edərək ayıltmış, yolla keçən avtomobiL sürücülərinin köməyi ilə sürücü tərəfin qapısını açmışlar. Sürücü özü avtomobildən yerə düşmüşdür. Sonra isə hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və yaralıları xəstəxanaya aparmışlar. Özü isə hadisə yerində qalmış, hadisə yerinə Suraxanı rayon polis idarəsinin yol polis işçiləri gəlmişlər, yol bağlı olduğu üçün avtomobilini kənara çəkmişlər. Təhqiqatçı isə hadisə yerinə gələrək onun iştirakı ila hadisə yerinə baxış keçirmişdir. Sonra isə sərxoşluq müayinələrdən keçərək Suraxanı polis idarəsində hadisə barədə izahat vermişdir. Hadisə zamanı idarə etdiyi avtomobildə sərnişin olmamış, avtomobilin arxa yük yerində 1 ədəd, təxminən 100 kq işıq generatoru olmuş, başqa yük olmamışdır. Hadisədən əvvəl idarə etdiyi «X19» markalı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, heç bir nasazlıq olmamışdır. Hadisə zamanı hava tam işıqlı olmaqla asfalt quru olmuş, yol tam aydın, yolu görmə məsafəsi isə kifayət qədər olmuşdur. Hadisədən əvvəl avtomobili 60 km/saat sürətlə öz hərəkət zolağı ilə idarə etmişdir. Həmin avtomobili isə onun hərəkət zolağına çıxarkən uzaqdan görürmüş, lakin sürəti yavaş olduğu üçün hadisənin baş verə biləcəy ini əvvəlcədən bilməmiş və gəldiyi sürətlə həmin avtomobili ötüb, keçmək üçün əks hərəkət zol ağına çıxdıqda həmin avtomobilin sürücüsü hərəkətə davam etməklə o. da əks hərəkət zolağına çıxmışdır. Ona görə də toqquşma baş vermişdir. Həmin toqquşma hadisəsi ani olaraq baş verdiyindən hadisənin qarşısına ala bilməmişdir. Sonda o, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barşıq əldə etdiyini, sonuncuların ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiriaşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 Bəhrəm oğlu göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun əmisi nəvəsi olmaqla qohumluq əlaqəsi vardır, ona görə təxminən 2 ay müddətdir ki, Ceyhunla birgə onun idarə etdiyi avtomobillə kondisioner təmiri və quraşdırılması işləri ilə məşğul olmaqla ailəsinə çörəkpulu qazanmışlar. 29 mart 2022-ci il tarixdə Suraxanı rayonu «Bahar» qəsəbəsində sifariş əsasında fərdi yaşayış evində soyuducu təmir etdikdən sonra saat 19:00 radələrində Zərərçəkmiş şəxs2 idarə etdiyi «Opel Vectra» markalı. **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yeni Suraxanı qəsəbəsində kondisioner quraşdırmaq üçün gedərkən «Bahar» qəsəbəsi yolundan «Hövsan» avtomobil yoluna çıxarkən Ceyhun avtomobilin sürətini demək olar ki, tam dayanma həddinə qədər azaldaraq əsas yola çıxmışdır. O isə qabaq sağ oturacaqda əyləşmiş və əsas yola çıxarkən sağ tərəfə baxırmış ki, avtomobil gəlsə ona xəbər etsin. Ceyhun isə hər iki istiqamətə baxırmış. Həmin vaxt yolun yarsınını keçmişlər ki, əvvəlcədən görmədiyi markasını sonradan bildiyi qara rəngli «X19» markalı avtomobil onun sərnişin olduğu avtomobilin sol yan orta hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra Ceyhunun idarə etdiyi «Opel Vectra» markalı avtomobil bir dəfə yolda fırlanaraq aşmadan əks hərəkət hissəinin kənarında dayanmışdır. Hadisə nəticəsində sağ qolundan sınıq, baş, alın nahiyədən və sol qolundan isə əzik xəsarətləri almışdır. Ceyhun isə aldığı xəsarətdən huşsuz vəziyyətdə avtomobilin içərisində sıxışmış vəziyyətdə qalmışdır. Tanımadığı kənar şəslər Ceyhunu avtomobildən çıxarmağa cəhd etsələr də mümkün olmamış, ona görə də hadisə yerinə gəlmiş Polis və Fövqaladə Hallar Nazirliyinin işçiləri tərəfindən xususi avadanlıqla sıxışdığı yerdən çıxarılıb, TTY avtomobili ilə 3 saylı X3 gedərək orada tibbi yardım almışlar. Orada məlumu olmuşdur ki, sağ qolunda sınıq, baş, alın və sol qolunda isə əzik xəsarətləri vardır. Ona tibbi yardım göstərilmiş, həmin gün evə buraxılmış, Ceyhun isə ağır bədən xəsarəti aldığı üçün xəstəxanada qalmış və cərrahi əməliyyat olunduğunu bilmişdir. Xəstəxanada olduğu üçün hadisə yerinin müayinəsi zamanı da iştirak etməmişdir. Sonda o, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmənin 07 mart 2023-cü il tarixli iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində bildirdi ki, 29 mart 2022-ci il tarixdə Suraxanı-Hövsan yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən 18 iyul 2022-ci ildə xəstəxanada ölmüş Zərərçəkmiş şəxs2 onun əri olmuşdur. O, xx.xx.1978-ci il təvəllüdlü olmaqla ailə qurub bir evdə yaşamışlar. Əri Zərərçəkmiş şəxs2 «Opel Vectra» markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur ki, həmin avtomlbilin qeydiyyat şəhadətnaməsi onun adına olsa da Ceyhun «BC» dərəcəli sürücülük vəsiqəsi olmaqla avtomobili özü idarə edirmiş. Ceyhun fərdi qaydada kondisioner və soyuducu təmiri işləri ilə məşğul olurmuş. Sonuncu həmin işlə qohumu Zərərçəkmiş şəxs1la birlikdə məşğul olmuşdur. 29 mart 2022-ci il tarixdə təxminən saat 19:00 radələrində məlumat vermişlər ki, Ceyhunun Suraxanı- Hövsan yolunda idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi baş verib, sonuncu xəsarət alaraq Sabunçu 3 saylı xəstəxanasına aparılmışdır. Bir neçə gün xəstəxanada qalmış və 03 aprel 2022-ci ildə cərrahi əməliyyat aparıldıqdan sonra koma vəziyyətinə düşmüşdür. 10 gün həmin xəstəxanada qaldıqdan sonra X14 reanimasiya şöbəsinə göçürülmüş və 18 iyul 2022-ci il tarixdə həmin xəstəxanada ölmüşdür. Məhkəmə-tibb ekspertizası müayinəsində sonra meyiti qəbul edib həmin gün qəbristanlığında dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, Ceyhun idarə etdiyi avtomobillə «X19» markalı avtomobil toqquşmuşdur. Hadisə nəticəsində avtomobilin əzilməsi ilə bağlı sığorta şirkətinə müraciət edəcək. Bununla bağlı şikayəti və iddiası yoxdur. Sonda o, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarında olan “İfadənin hadisə yerində yoxlanılması haqqında” 05 may 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs etdiyi yol-nəqliyyat hadisəsinin baş verdiyi yeri əyani şəkildə dəqiq olaraq göstərdi. Bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə Zərərçəkmiş şəxs2 idarə etdiyi “Opel Vectra” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili yolların kəsişməsinə ilk dəfə gördüyü yerdən toqquşma yerinə kimi olan məsafə ölçülərək 125 metr olması müəyyən edildi Bundan başqa ifadənin yerində yoxlanılması zamanı yol-nəqliyyat hadisəsinin baş verdiyi yolda dayanacaq, eləcə də, piyada keçidi və maksimum surət həddinin 40 km/saat olmasını göstərən lövhə olması müəyyən edildi. İş materiallarında olan məhkəmə tibb ekspertizasının 1 1.08.2022-ci il tarixli 95 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyiti üzərində olan xəsarətlər: sol tərəfli hemopnevmotoraksla müşayiət olunan sol 3-4-5-6-7-8-9-10-11-ci qabırğaların çoxsaylı sınıqları, ağ ciyərin kontuziyası, dalağın travması, sol almsacıq nahiyəsinin və alt çənənin əzilmiş-cırılmış yaraları, beyin ödemi bərk-klit əşya təsirindən törənmişlər, xx.xx.2022-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi şəraitində sürücüsü oldiiğii avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdilər, dərcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs2 ölümünə səbəb aldığı xəsarətlər fonunda posthipoksit ensefalopatiya ilə müşayiət olunan baş beyin ödemi olmuşdur. İş materiallarında olan təkrar məhkəmə komisyon tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 656/KEŞ №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 aparılmış müayinə və müalicələr səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Zərərçəkmiş şəxs2 meyiti müayinə olunmuş və onun ölümünə səbəb almış olduğu xəsarətlər fonunda posthipoksit ensefalopatiya ilə müşayiət olunan baş beyin ödemi olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. İş materiallarında olan məhkəmə tibb ekspertizasının 17 may 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Bəhrəm oğlunun bədəni üzərində olan xəsarətlərsol mil sümüyünün yerdəyişən sınığı, təpə, təpə-gicgah və alın nahiyələrinin əzilmiş yaraları bərk- küt əşya təsirindən törənmişlər, xx.xx.2022-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 06 iyun 2022-ci il tarixli 8/1288 №-li rəyindən görünür ki, «X19» markalı, 90-TÜ-332 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 05 may 2022-ci il tarixli protokoldan, habelə iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki videogörüntünün 01 dəqiqə 58-ci saniyəsində Təqsirləndirilən şəxs idarə etdiyi “X19” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində Suraxan-Hövsan şossesi ilə hərəkətdə olan zaman Bahar qəsəbəsindən Suraxanı-Hövsan şossesinə doğru hərəkət edən Zərərçəkmiş şəxs2 idarə etdiyi “Opel Vectra” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bahar qəsəbəsindən Suraxanı-Hövsan şossesinə doğru gəlib yola daxil olması gözləmədən yola daxil olması və bu zaman “X19” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma baş verməməsi üçün qarşı hərəkət zolağına daxil olması və idarəetməni itirərək ön hissəsi ilə “Opel Vectra” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşması müəyyən edilir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 29 mart 2022-ci il tarixli, 1/1330 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi baş verən zaman ayıq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış 20 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs evli, himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 657396 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X6 ilə evlidir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 11937932 saylı, AZE seriyalı 11937929 saylı və AA seriyalı ******* saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs X6 ilə birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı uşaqları var. İş materiallarında olan Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2022-ci il tarixli xasiyyətnamədən müəyyən olunur ki, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini və zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncuların ona qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Belə ki, iş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X2 notarial qaydada təsdiqlənmiş 28 dekabr 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncunun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Belə ki, iş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiqlənmiş 07 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncunun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə görə zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin 02 fevral 2023-cü il tarixli iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin 02 fevral 2023-cü il tarixli iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 02 (iki) iş saatı üçün 12 (on iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X7 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmənin 02 fevral 2023-cü il tarixli iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 02 (iki) iş saatı üçün 12 (on iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X7 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-210/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-210/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver