Məhkəmə qərarları › İş №1(010)-211/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-211/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-211/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1991-cı ildə, Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də ocaqçı işləyən, məhkum olunmamış, Gədəbəy rayonu Heriknaz kəndində qeydiyyatda olub Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi Zığ Bağları yaşayış masivi nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 15 avqust 2022-ci il tarixdə, saat 20:30 radələrində "BC" kateqoriyalı sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz 190E» markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Hövsan-Zığ yolu ilə Zığ qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib, piyada Zərərçəkmiş şəxs yolun sağından soluna keçmək üçün hərəkət zolağına daxil olub təhlükə yaratdığı gördükdə, avtomobili dayandırmağa kifayət qədər məsafə olduğu halda dayandıra bilməmiş, idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə piyadanı vurmuş, nəticədə ehtiyatsızlıqdan zərərçəkmişə kəllə qapığı, kəllə əsası və üz skleti sümüklərinin çoxsaylı, çoxqəlpəli sınıqları, kəllə qapağı sümüklərinin bəzi hissələrinin sümük defektləri, baş beyin maddəsinin bütövlükdə evakuasiyası, qabırğaların hər iki tərəfdə çoxsaylı sınıqları, döş sümüyünün və hər iki körpücük sümüklərinin sınıqları, hər iki ağ ciyərin kontuziyası, başın əzilmiş-cırılmış yaraları, bədənin çoxsaylı sıyrıqları və qançırları xəsarətləri yetirməklə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gədəbəy rayonunun, Heriknaz kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birgə qardaşı Arzu Məmmədova məxsus Bakı şəhəri, Suraxanı rayonu Zığ qəsəbəsi, «Zığ bağları» yaşayış massivində nömrəsiz ünvanda yaşayır. "xxxx" MMC-də qazanxanada ocaqçı işləməklə ailəsinə çörəkpulu qazanır. «Mercedes Benz 190E» markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili məxsus olmaqla, həmin avtomobili «B,C» dərəcəli sürücülük vəsiqəsi ilə idarə edir. 15 avqust 2022-ci il tarixdə saat 19 radələrində işdən çıxıb, yaşadığı Zığ qəsəbəsi, «Zığ bağları» yaşayış massivinə gedirmiş. Saat 20:30 radələrində idarə etdiyi avtomobillə «Hövsan-Zığ» avtomobil yolu ilə Zığ qəsəbəsi istiqamətində hərəkətdə olub yaşadığı ünvana çatmağa təxminən 1 km məsafə qalmış hal-hazırda təmirə bağlanmış yola keçərək yoluna davam edərkən hərəkət istiqamətinin sağ tərəfindən, yəni yolun orta hissəindən bir nəfət kişi cinsindən olan şəxsin yolun hərəkət hissəsinə daxil olub, əks tərəfə doğru qaçdığını görmüşdür. Bu anda idarə etdiyi avtomobili saxlaya bilməmiş və avtomobilin sol qarşı hissəsi ilə həmin piyadanı vurmuş, zərbənin nəticəsində piyada kapotun üzərindən onun tərəfindən, yəni sürücü tərəfindən qarşı alın şüşəsinə çırpılaraq sol tərəfə asfalt üzərinə düşmüşdür. Bir qədər qarşıda avtomobili saxlayıb, yerə düşərək vurduğu şəxsə kömək etmək məqsədilə yaxınlaşmaq istədikdə əks istiqamətdə gələn nömrəsinə sonradan fikir verdiyi «Mercedes Benz C» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil də dayanmışdır. Qışqıraraq kömək istədikdə həmin avtomobilin sürücüsü saxlayaraq geri qayıtmışdır. Orada öz mobil telefonu vasitəsilə DİN-nin «102» xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Artıq piyada ölmüşdür. Sonra isə yolla keçən tanımadığı avtomobillər saxlamış və meyitin üzərini bağlamışlar. Az sonra hadisə yerinə polis işçiləri gələrək hadisə yerini qorumuş və daha sonra isə müstəntiq gələrək onun iştirakı ilə hadisə yerini müayinəsini aparmışdır. Hadisə zamanı avtomobildə yük və ya sərnişin olmamış, tək olmuşdur. Hadisədən əvvəl idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, hava qaranlıq, yol quru, görmə məsafəsi kifayət qədər olmuş, hadisədən əvvəl avtomobili 50 km/saat sürətlə idarə etmişdir. Piyadanı öz hərəkət zolağının sol tərəfində orta xəttə yaxın yerdə vurmuşdur. Sonradan ona məlum olmuşdur ki, vurduğu həmin piyada Sabunçu rayonu Pirşağı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxsdur. Onun bütün dəfn xərclərini ödəmiş, hüquqi varisi ilə barışmışdır. Hadisədən bilavasitə sonra şahid qismində verdiyi ifadəsində hadisənin təsirindən həyəcanlı vəziyyətdə olduğundan hesab etmişdir ki, «Mercedes Benz C» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil də piyadanın üzərindən keçməsini göstərmimiş, lakin daha sonra hadisəni tam xatırlamışdır ki, piyadanı özü vurmuş və həmin avtomobilin sürücüsü kömək göstərmək məqsədi ilə dayanmışdır. Sonda himayəsində 2 azyaşlı uşağının olduğunu, ilk dəfə cinayət əməlinin törədilməsini və əməlindən peşman olduğunu nəzərə alınmaqla, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X1 göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Özümə məxsus «Reno Meqan» makah avtomobillə taksi kimi fəaliyyət göstərir. Mərhum Zərərçəkmiş şəxs onun doğma atası olmaqla eyni ünvanda yaşayırmışlır. 15 avqust 2022ci il tarixdə saat 23 radələrində sifariş əsasında Mərdəkan qəsəbəsinə müştəri aparmış, oradan şəhər istiqamətində qayıdarkən mərhum atasına məxsus mobil telefondan ona zəng gəlmiş və özünü Suraxanı RPİ-nin əməkdaşı kimi təqdim edən şəxs telefonun kimə məxsus olduğunu “soruşduqda ona atasının olduğunu və onun haqqında anket məlumatlarını soruşmuşdur. Ondan sonra isə atası Zərərçəkmiş şəxs Hövsan qəsəbəsində yolu keçərkən avtomobil vurduğunu demişdir. Dərhal Suraxanı RPl-nə gəlmiş və orada yol nəqliyyat hadisəsi nəticəsində atasının vəfat etdiyini və meyiti MTE və PA birliyinin Suraxanı rayon şöbəsində məhkəmə-tibbi ekspertizasına aparıldığını bilmişdir. Dərhal ora getmiş və atasının meyiti müayinə olunduqdan sonra ona təqdim olunmuşdur. Meyiti qəbul edərək öz evinə aparmış, 16 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən qəbirastanhqda dəfn etmişlər.Hadisə barədə sonradan eşitmişdir ki, atası Zərərçəkmiş şəxs yolu piyada keçmək istəyərkən avtomobil onu vurmuşdur. Hadisənin hansı şəraitdə baş verməsini bilmir. Zərəçəkmiş şəxsin hüquqi varisi X1 05 yanvar 2023-cü il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsində, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, gələcəkdə də bu işlə əlaqədar heç bir tələbi və iddiası olmayacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Zeytun Sovxozu №1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində ailə üzvləri ilə birgə yaşayı. «Mercedes Benz C240» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili özünə məxsus olmaqla «B,C» dərəcəli sürücülük vəsiqəsi ilə idarə edir. 15 avqust 2022-ci il tarixdə saat 20 radələrində qonşusu Yahya ilə birgə yaşadığı Hövsan qəsəbəsinə gedirmiş. Təxminən saat 20:30 radələrində idarə etdiyi avtomobillə «Hövsan-Zığ» avtomobil yolu ilə Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olarkən, hadisə yerinə çatmağa təxminən 3-4 km məsafə qalmış hal-hazırda təmirə bağlanmış yola keçərək yoluna davam edib, hadisə yerinə çatana yaxın qarşı tərəfdən əks istiqamətdə sonradan markası və nömrəsini bildiyi «Mercedes Benz 190E» markalı **-VL- *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı ön sağ tərəfin işığının yanmış vəziyyətdə dayandığını görmüşdür. Həmin avtomobilin bərabərliyini ötüb, keçərkən bu andan bir nəfərin «ay ölüb, mən neynəyəcəm, mən neynəyəcəm» deyə qışqıraraq səsinə avtomobili sağ tərəfdə saxlayıb, iş yoldaşı Yahya ilə avtomobildən yerə düşərək hadisə yerinə yaxınlaşdıqda bir nəfər kişi cinsindən olan şəxsin, yəni adını sonradan bildiyi «Mercedes Benz 190E» markalı avtomobilin sürücüsü Farizin hər iki əlini baş nahiyəsinə tutraraq asfalt üzərində hərəkətsiz və baş nahiyəsinin asfalt üzərinə dağılmış vəziyyətdə kişi meyitinə baxaraq «Mən neylədim, mən neylədim» deyə səsləndiyini görmüşdür. Həmin sürücü Fariz ona az əvvəl yolu qaçaraq keçmək istəyən həmin piyadanı idarə etdiyi avtomobilin qarşı hissəsi ilə vurduğunu demişdir. Onun avtomobilinin qarşı hissəsinə baxdıqda qarşı ön sol faranın şüşəsinin və qarşı alın şüşəsinin sol tərəfdən sındığının şahidi olmuşdur. Hətta hadisənin təsirindən özünü o dərəcədə itirmişdir ki, ondan piyadanı sonradan onun da vurub-vurmadığımıda soruşmuşdur. O, isə ona ölmüş piyadanın xeyli kənarından keçdiyini və ümumiyyətlə ona toxunmadığını bildirmişdir. Avtomobili onun qışqıraraq kömək istəməsi səsinə saxladığını demişdir. Ona bu barədə polisə məlumat verməsini məsləhət gördükdən sonra o, öz mobil telefonu vasitəsilə DİN-nin «102» xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və hər ikisi orada qalaraq gözləmiş, az sonra hadisə yerinə polis işçiləri gələrək hadisə yerini qorumuşlar və daha sonra isə hadisə yerinə müstəntiq gələrək hər ikisinin iştirakı ilə hadisə yerinin müayinəsini aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Şahid2 5 ilə yaxın müddətdir ki, tanıyır, dostluq münasibətimiz vardır. 15 avqust 2022-ci il tarixdə saat 20 radələrində tanışı Rahidin idarə etdiyi «Mercedes Benz C240» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yaşadığı Hövsan qəsəbəsinə gedirmiş. Rahid avtomobili «Hövsan-Zığ» avtomobil yolu ilə Hövsan qəsəbəsi istiqamətində hərəkətdə etdirərkən əks hərəkət zolağında sonradan markası və nömrəsini bildiyi qarşı tərəfdə bir işığı yanan «Mercedes Benz 190E» markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərabərliyini ötüb, keçərkən bir nəfərin «ay ölüb, mən neynəyəcəm, mən neynəyəcəm» deyə qışqırıq səsi eşitmişlər, bu səsə Rahid avtomobili yolun sağ kənarında saxlamış və hər ikisi avtomobildən yerə düşərək hadisə yerinə yaxınlaşdıqda bir nəfər kişinin, yəni adını sonradan bildiyi «Mercedes Benz 190E» markalı avtomobilin sürücüsü olduğunu bildiyi şəxsin hər iki əlini baş nahiyəsinə tutraraq asfalt üzərində hərəkətsiz qalan kişi meyitinə baxaraq «Mən neylədim, mən neylədim» deyə səsləndiyini görmüş, Rahid ondan nə olduğunu soruşduqda Rahidə az əvvəl yolu qaçaraq keçmək istəyən həmin piyadanı idarə etdiyi avtomobilin qarşı hissəsi ilə vurduğunu demişdir. Hətta Rahiddən piyadanı sonradan vurub- vurmadığımda soruşmuş, Rahid isə ona cavabında öz avtomobili ilə ölmüş piyadanın xeyli kənarından keçdiyini və ümumiyyətlə ona toxunmadığım və onun qışqıraraq kömək istəməsi səsinə avtomobili saxladığını demişdir. O, da həmin sürücüyə belə bir vəziyyətin olmağını təsdiq etmiş, çünki Rahid həmin piyadanı vurmuş olsaydı o görərdi. Meyitə baxdıqda baş nahiyəsi dağılmış vəziyyətdə olduğu üçün özünü pis hiss etmiş və kənara çəkilmişdir. Rahidlə həmin sürücü isə orada qalmışlar. Bundan bir müddət sonra hadisə yerinə polis işçiləri gələrək müstəntiq tərəfindən hadisə yerinin müayinəsi aparılmışdır. Hadisədən əvvəl Şahid2 avtomobili təxminən 60 km/saat sürətlə idarə edirmiş, belə ki həmin vaxt avtomobilin cihazlar tablosuna baxarkən sürəti görmüşdür. Cinayət işinin 4-18-ci vərəqələrində olan iş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 15 avqust 2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Hövsan-Zığ yolu ilə Zığ qəsəbəsi istiqamətində baş vermişdir. Yolun hərəkət zolaqlarının sayı 02, yolun hərəkət hissəsi düz, yol örtüyünün növü asfalt, yol örtüyünün eni isə 9 metrdir. Yol nəqliyyat hadisəsi nəticəsində, piyada Zərərçəkmiş şəxs yolun sağından soluna keçmək üçün hərəkət zolağına daxil olub, avtomobilin qabaq sol hissəsi ilə piyada vurulmuşdur. Cinayət işinin 29-cu vərəqəsində olan 16 avqust 2022-ci il tarixli, 1/4370 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü X2 ayıq olmuşdur. Cinayət işinin 65-69-cu vərəqələrində olan iş üzrə təyin edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs meyiti üzərində olan xəsarətlər- kəllə qapığı, kəllə əsası və üz skleti sümüklərinin çoxsaylı, çoxqəlpəli sınıqları, kəllə qapağı sümüklərinin bəzi hissələrinin sümük defektləri, baş beyin maddəsinin bütövlükdə evakuasiyası, qabırğaların hər iki tərəfdə çoxsaylı sınıqları, döş sümüyünün və hər iki körpücük sümüklərinin sınıqları, hər iki ağ ciyərin kontuziyası, başın əzilmiş-cırılmış yaraları, bədənin çoxsaylı sıyrıqları və qançırları bərk-küt əşya təsirindən törənmişlər, xx.xx.2022-ci ildə baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqədədirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə alınmadın inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs ilkin xəsarətləri ayaqüstü vəziyyətdə almaqla, almış olduğu xəsarətlərin avtomobillə toqquşması zamanı onun hissələrinin zərbəsi və adamın avtomobilin üzərinə düşməsi, yolun örtük səthinə atılması və sonradan şəxsin bədəni (başı) üzərindən avtomobilin keçə bilməsi zamanı alınmaları inkar olunmur. Zərərçəkmiş şəxs meyitindən götürdülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı -1,6%-dir. Bu miqdar canlı şəxslərdə orta dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 83-86-cı vərəqələrində olan iş üzrə təyin edilmiş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 23 noyabr 2022-ci il tarixli 8/3059 №-li rəyi ilə müəyyən edilmişdir ki, «Mercedes Benz 190E» markalı, 99-VL- 190 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddələrin tələblərinə əsasən, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Cinayət işinin 87-94-cü vərəqələrində olan iş üzrə təyin edilmiş kompleks məhkəmə trasiloji-fıziki-kimyəvi ekspertizasının 3/1666, 6/6796, 6/6819 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş geyim əşyalarının (köynəyin, şalvarın) üzərində olan zədələr, izlər hər hansı bərk (küt) predmetlə kontaktda olması, ilişməsi, sürtünməsi nəticəsində yaranması mümkündür. Həmin zədələr „avtomobilin vurulması nəticəsində yarana bilər. Təqdim edilmiş «Mercedes Benz 190E» markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotunda, qabaq bamperində, qabaq sol farada, alın şüşəsində) olan zədələr, izlər hər hansı bərk olmayan predmetin, o cümlədən insanın (piyadanın) vurması nəticəsində yaranması mümkündür. Təqdim olnmuş «Mercedes Benz C» markalı, 90-V-S-441 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində hər hansı bir zədə aşkar editlmədi. Həmin rəylə həmçinin müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd şalvarın üzərində bir təbəqəli göy-qara rəngli boya sürtünməsi izi və mikrohissəcikləri vardır. Həmin boya mikrohissəcikləri «Mercedes Benz 190E» markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin (Təqsirləndirilən şəxs məxsus) lak boya örtüyündən götürülmüş boya hissəcikləri ilə göy-qara rəngli üst emal qatı ilə rənginə, təbiətinə və tərkibinə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Tədqiqata təqdim edilmiş «Mercedes Benz 190E» markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobildən silinərək götürülmüş süngərin səthi üzərində aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 1 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş «Mercedes Benz C» markalı, **-VS-*** dövlət qeydiyyat nişanh avtomobilin (Şahid2 məxsus) silinərək götürülmüş süngərlərin sətşləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus geyim əşyaları olan 1 ədəd köynək və 1 ədəd şalvarın tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus geyim əşyaları olan 1 ədəd köynək və 1 ədəd şalvarın səthləri üzərində «Mercedes Benz C» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin lak-boya örtüyünün sürtünmə izləri, mikrohissəcikləri yoxdur. Cinayət işinin 64-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işində olan zərəçəkmiş şəxsin hüquqi varisi X1 05 yanvar 2023-cü il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsində, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, gələcəkdə də bu işlə əlaqədar heç bir tələbi və iddiası olmayacağını bildirmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğu olmayan şəxs olduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələblərinin olmamasını və təqsirləndirilən şəxsin cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına yönəlmiş hərəkətlərin edilməsi, himayəsində 2 azyaşlı uşağının olması məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12 -ci maddələrinə görə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi, himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 85 manat və məhkəmə trasoloji ekspertizasının keçirilməsinə xərclənmiş xərc 254 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 339 (üç yüz otuz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar