Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-212/2021 26.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin hakimi Əliyev Kəramət Fətəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında 15 yanvar 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay - 2 azyaşlı uşaq atası, fərdi əməklə məşğul olan, 19.08.2019-cu ildə Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində 19.03.2021-ci il tarixdən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunmasına dair işə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, üç ədəd bükümdə 0,430 qram, 1,045 qram, 0,267 qram - ümumilikdə təmiz çəkisi 1,742 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib, üstündə saxlayaraq daşımış, 17.03.2021-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanın qarşısında Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinin inzibati binasına gətirilmiş, video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli dəri gödəkcənin sol iç cibindən üç bükümdə 0,430 qram, 1,045 qram, 0,267 qram ümumilikdə təmiz çəkisi 1,742 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi ibtidai istintaq və məhkəmə baxışında verdiyi ifadələri, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 il Türkiyə Respublikasının İstanbul şəhərində yaşayaraq işləmiş, təxminən 3 il olar ki, Bakı şəhərinə qayıtmışdır. Bakıda yaşadığı müddətdə ailəsində problemlər olmuş, bu səbəbdən də “kakos” kimi bildiyi narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. Narkotik vasitəni əsasən Əmircan qəsəbəsində adını bilmədiyi və sifətdən tanıdığı, hər gün saat 10 radələrində velosipedlə “Əmircan svetoforu” adlanan əraziyə gələn şəxsdən almışdır. Narkotik vasitə istifadə edən şəxslər həmin müddətdə göstərilən əraziyə gələrək narkotik almışlar. 16.03.2021-ci il tarixdə üzdən tanıdığı həmin şəxsdən şəxsi istifadəsi üçün 30 manata 3 büküm narkotik vasitə olan heroin alaraq gödəkcəsinin cibinə qoymuşdur. Sabahı gün səhər saat 10 radələrində evlərinin yaxınlığında olarkən iki nəfər mülki şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları olmalarını bildirərək 31-ci Polis Bölməsinə aparmışlar. Bölmədə müdafiəçi dəvət olunmuş, video çəkiliş aparmaqla üzərinə baxış keçirilmişdir. Baxışdan əvvəl üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və təqdim etməsi bildirilmişdir. O da gödəkcəsinin cibində saxladığı üç bükümdə olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən bu barədə protokol tərtib olunmuş, narkotik vasitə zərfə qoyularaq möhürlənib götürülmüş, o da protokolu imzalamışdır. Törətdiyi hərəkətə görə peşman olmuş, ailəsi ilə barışmış, tanış həkim narkoloqun məsləhəti və yazdığı dərmanlar əsasında evdə müalicəsini həyata keçirir, normal həyata qayıtmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər xidmət etdiyi ərazinin sakini kimi sifətdən tanımış, ədavəti, qohumluğu olmamışdır. Əmircan qəsəbəsində yaşayan “Adil” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, ondan istifadə etməsi ilə bağlı 17.03.2021ci il tarixdə məlumat daxil olduğundan bu barədə rəhbərliyə məruzə etmiş, “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi” qərara alınaraq iş yoldaşı Şahid2 də daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 10 radələrində Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsində əlamətləri “Adil” adlı şəxsə uyğun gələn şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin şəxsiyyətini müəyyənləşdirmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs adlı şəxs olmasını bildirdiyindən, ona narkotik vasitə əldə etməsi və istifadə etməsi ilə bağlı şübhələr olduğundan bölməyə aparılması bildirilmişdir. Birlikdə 31-ci Polis Bölməsinə gələrək rəhbərliyə məruzə olunmuş, müdafiəçi dəvət olunmuş, onların da iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxışdan əvvəl təhqiqatçı tərəfindən hüquqları izah olunmuş və bildirilmişdir ki, üzərində narkotik vasitə saxlamasında şübhəlidir, ona görə də narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs də gödəkcəsinin cibindən üç büküm çıxararaq təqdim etmiş, bükümlərdə narkotik vasitə heroin olmasını, şəxsi istifadəsi üçün bir gün əvvəl Əmircan qəsəbəsində sifətdən tanıdığı şəxsdən 30 manata almasını bildirmişdir. Təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş, bükümlər zərfə qoyularaq möhürlənmiş, hamı protokolu imzalamış, heç bir narazılıq və etiraz olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da ifadəsində Şahid1 göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq olunan Suraxanı RPİ-in 31-ci Polis Bölməsinin əməliyyat müvəkkilinin 17.03.2021-ci il tarixli raportunda göstərilir ki, “Adil” adlı şəxs Əmircan qəsəbəsində narkotik vasitə əldə edərək saxlayır və istifadə edir. Məhkəmədə tədqiq olunan Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkillərinin 17.03.2021-ci il tarixli protokolundan aydın olur ki, “Adil” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlaması və istifadə etməsi faktının aydınlaşdırılması üçün əməliyyat qrupu yaradılmışdır. Məhkəmədə tədqiq olunan “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 17.03.2021-ci il tarixli qərardan aydın olur ki, “Adil” adlı şəxsin cinayət əməllərinin ifşa edilməsi, yaxalanması, narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə yaşadığı ünvanın, şəxsiyyətinin müəyyən edilməsi, ola biləcəyi yerlərin müşahidəsinin aparılması, saxlandığı halda üzərinə və mənzilinə baxış keçirilməsi, qərara alınmışdır. Cinayət işində olan Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkilinin 17.03.2021-ci il tarixli raportunda göstərilmişdir ki, “Adil” adlı şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanması və istifadəsində şübhəli olduğundan saat 10-da saxlanılaraq 31-ci Polis Bölməsinə gətirilmiş, aydın olmuşdur ki, həmin şəxs Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi 34 ünvanda qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxsdur. Məhkəmədə tədqiq olunan 17.03.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan aydın olur ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə çəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Belə ki, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs qərarla tanış edilmiş, üzərində narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və sənədləri varsa könüllü təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkcənin sol iç cibindən üç ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxararaq təqdim etmiş, baxıldıqda bükümdə heroinə oxşar maddənin olması müəyyən olunmuşdur. Bu barədə protokol yazılmış və iştirakçılar tərəfindən imzalanmış, narkotik vasitəyə oxşar maddə olan üç büküm zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmişdir. Protokol tərtib olunarkən Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunan üç bükümdə olan maddə heroindir, dünən günorta saatlarında Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün almışdır. Məhkəmə baxışı zamanı çəkiliş aparılmış DVD diskə baxış keçirilməsinə dair tərtib edilmiş 09.06.2021-ci il tarixli protokol tədqiq olunarkən və DVD diskə baxış keçirilərkən protokolda göstərilənlər bir daha təsdiq edilmiş və Təqsirləndirilən şəxs bildirmişdir ki, cibindən çıxararaq təqdim etdiyi üç bükümdə olan narkotik vasitə olan heroindir, Əmircan qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən istifadə etməsi üçün almış və üzərində saxlamışdır. Məhkəmədə tədqiq olunan Məhkəmə Fiziki-Kimyəvi Ekspertizasının 18.03.2021-ci il tarixli 6/1092 saylı rəyindən aydın olur ki, tədqiqata təqdim edilmiş üzərində “AR DİN zərflər üçün № 195” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,430 qram, 1,045 qram, 0,267 qram, ümumi təmiz çəkiləri 1,742 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 03 ədəd bükümdəki heroinlər kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Məhkəmədə tədqiq olunan X3 tibbi yoxlama ekspertizasının 11.06.2021-ci il tarixli 1846 saylı rəyindən aydın olur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri, Suraxanı RİHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 26.07.2021-ci il tarixli 1726 saylı arayışından aydın olur ki, Təqsirləndirilən şəxs həyat yoldaşından ayrılmış, lakin 2 azyaşlı övladı vardır. Suraxanı RİHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs yaşadığı müddətdə onun haqqında nimayəndəliyə şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən və Sabunçu Rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli qərarının surətindən aydın olur ki, Quliyev X4 Rayon Məhkəməsinin 19.08.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli qərarına əsasən cəzanın çəkilməmiş qalan 01 ay 13 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Cinayət işində olan qərarın surətindən aydın olur ki, Təqsirləndirilən şəxs 17.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19.03.2021-ci il tarixdə haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan 20.06.2021-ci il tarixli qərardan aydın olur ki, ekspertiza tədqiqatından sonra qalan üç bükümdə 1,652 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Suraxanı RPİ-in maddi sübutların saxlanması otağına təhvil verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.9-cu maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərin edildiyini nəzərdə tutmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, 2 azyaşlı övladı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 19.08.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli qərarına əsasən cəzanın çəkilməmiş qalan 01 ay 13 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Yəni təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəlki cinayətlə bağlı məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi az ağır cinayətlərə aiddir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən resedivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin resedivi təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edilərkən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını, uzun müddət narkotik vasitədən istifadə etdiyinə görə tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunub, məcburi müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməli və cəza çəkdiyi müddətdə narkomaniyadan müalicəyə ehtiyacı olduğundan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin resedivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicəyə ehtiyacı olduğundan cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsində göstərilir ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Cinayət işində maddi sübut kimi götürülərək Suraxanı RPİ-də saxlanılan 1,652 qram kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 109,90 manat Təqsirləndirilən şəxs alınaraq X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41NABZ********************, SWİFT BİK:STREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, HesabN: AZ43CTRE********************, Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirdiyinə görə 60 manat dövlət hesabından tutularaq Bakı şəhəri 9 saylı vəkil bürosunun (VÖEN: ********** h./h ******************** Bank ABB Suraxanı filialı SWİF GODE İBAZAAZ2X, müxbir hesab: **********031, kod 805692, VOEN **********) hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablansın və ona 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqda iltizam” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 26.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicəyə ehtiyacı olduğundan cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. Cinayət işində maddi sübut kimi götürülərək Suraxanı RPİ-də saxlanılan 1,652 qram kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 109,90 manat Təqsirləndirilən şəxs alınaraq X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41NABZ********************, SWİFT BİK:STREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, HesabN: AZ43CTRE********************, Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəsini ibtidai istintaq və məhkəmədə Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirdiyinə görə 60 manat dövlət hesabından tutularaq Bakı şəhəri 9 saylı vəkil bürosunun (VÖEN: ********** h./h ******************** Bank ABB Suraxanı filialı SWİF GODE İBAZAAZ2X, müxbir hesab: **********031, kod 805692, VOEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən hakim: Kəramət Əliyev.
Məhkəmə qərarları › İş №1(010)-212/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-212/2021
26.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver