Məhkəmə qərarları › İş №1(010)-213/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-213/2021

12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-213/2021 12.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1993-cü ildə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Hacıqabul rayonu, M.B.Nadim küçəsi, ev 5 qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 mart 2021-ci il tarixdə satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 20 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda 0,998 qram narkotik maddə olan heroin alaraq əldə edib, əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxlayıb, daşımış və 17 mart 2021-ci il tarixdə, gecə saat 00.30 radələrində Suraxanı RPİ- nin PPXB-nin əməkdaşları tərəfindən Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsində tibbi qoruyucu vasitələrdən istifadə edib-etməməsi yoxlanılan zaman özünü şübhəli apardığı üçün ünvan 1 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 31-cu PB-nin inzibati binasına gətirilmiş, şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,998 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, narkotik maddə olan heroindən istifadə etmişdir. 17.03.2021-ci il tarixdə, saat 00.30 radələrində o, Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən "Onlayn" vasitəsi ilə 20 manata öz şəxsi istifadəsi üçün bir bükümdə narkotik maddə olan heroin almışdır. O, terminal vasitəsi ilə həmin şəxsin hesabına 20 manat pul köçürdükdən sonra, həmin şəxs narkotik maddəni qoyduğu yeri demiş və o, da həmin yerə gedib, Suraxanı rayonunun Əmircan qəsəbəsində həmin narkotik maddəni götürüb, əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoyaraq, yaşadığı ünvana getmək istəyən zaman, Suraxanı rayonu, Z.Əliyev küçəsində, “Bərdə ət məhsulları" mağazasının yaxınlığında post patrul xidməti əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim edərək və vəsiqələrini göstərərək, polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ondan kim olduğunu və hansı səbəbdən qoruyucu vasitə olan tibbi maskadan istifadə etmədiyini soruşmuşlar. Həmin vaxt o, polis əməkdaşlarını gördüyü üçün özünü itirib həyəcanlanmış və verilən suallara şübhəli şəkildə cavablar verməyə başlamışdır. Polis əməkdaşları onun belə danışığından və hərəkətlərindən şübhələnib, sorğu-sual etmişlər. Həmin vaxt o, qorxduğu üçün polis əməkdaşlarına üzərində öz şəxsi istifadəsi üçün aldığı narkotik maddə olan heroin olduğunu demiş və onu təqdim edə biləcəyini bildirmişdir. Bu zaman polis əməkdaşları onu yaxınlıqda olan Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. O, razılaşaraq, polis əməkdaşları ilə birlikdə 31-ci PB-nə getmişdir. PB-də ona hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına dəvət edilmiş vəkilin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. Axtarış zamanı əvvəlcədən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən öz istifadəsi üçün əldə etdiyi bir ədəd, içərisində heroin kimi tanıdığı narkotik maddə olan bükümü təqdim etmişdir. Həmin büküm açıldıqdan sonra ondan bükümün içərisində nə olması və haradan, necə, nə vaxt, hansı məqsədlə əldə etməyi barədə soruşulmuşdur. O, da həmin bükümün içərisində narkotik maddə olan heroin olmasını və onu bir müddət əvvəl Suraxanı rayonunun Əmircan qəsəbəsində tanımadığı şəxsin hesabına pul ödəyərək, öz istifadəsi üçün aldığını bildirmişdir. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək, iştirakçıların gözü qarşısında zərfə qoyulmaqla qablaşdırılarq möhürlənmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərinə baxılmış və hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş, protokol və qablaşdırılmış zərf o, və digər iştirakçılar tərəfindən imzalanaraq, tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. O, öz istifadəsi üçün adını və ünvanını bilmədiyi şəxsin hesabına pul köçürdükdən sonra onun dediyi yerə, yəni Suraxanı rayonunun Əmircan qəsəbəsinə gedib, həmin narkotik maddəni almışdır. Narkotik maddələrin satışı ilə məşğul olmur və polis bölməsində üzərinə baxış keçirilən zaman ona qarşı heç bir fiziki və ya psixi təsir olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nn əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, o, 17 mart 2021-ci il tarixdə PPXB-də iş yoldaşları olan polis serjantları Şahid3, Şahid1 və Şahid4 ilə birgə xidmətdə olan zaman, saat 00:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsində bir nəfər şəxsin narkotik vasitənin istifadəsi, saxlanması və gəzdirməsində şübhələndiklərindən, sonunjuya yaxınlaşaraq, özlərini təqdim etməklə, onu Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına dəvət etmişlər. Polis Bölməsində xidməti otaqlardan birində özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə onun, polis serjantları Şahid3, Şahid1, Şahid4 və Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili, müdafiəçi X4 iştirakı ilə 31-ci PB-nin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən inzibati binada xidməti otaqda baxış keçirilərkən, Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olmasını, habelə həmin narkotok vasitəni "Onlayn" vasitəsi ilə Suraxanı rayonu ərazisində 20 manata aldığını bildirmişdir. Aşkar edilmiş bükümdəki narkotik vasitə olan heroin yuxarıda adları göstərilən polis əməkdaşları və vəkilin iştirakı ilə bir ədəd zərfdə qablaşdırılaraq möhürlənməklə götürülmüş və bundan sonra onlar xidməti davam etdirmək üçün dislokasiya üzrə onlara təhkim edilmiş xidməti əraziyə yollanmışlar, Təqsirləndirilən şəxs isə 31-ci Polis Bölməsində qalmışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər görməmiş, onunla heç bir münasibəti, o cümlədən aralarında tanışlıqları, düşmənçilik və ədavət olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, həmçinin, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid3 da Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarında olan 17 mart 2021-ci il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan 18 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 18 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən barəsində axtarış elan edilməsi haqqında qərar qəbul olunmuş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 25 mart 2021-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 23 mart 2021-ji il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir. 18 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs 18 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanmış, barəsində 18 mart 2021-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş və haqqında 25.03.2021-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. İş materiallarında olan Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 1(011)-304/2021 saylı, 14.07.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR JM-nin 177.2.3-jü maddəsi ilə təqsirli bilinərək, jəzasının əvvəli 23 mart 2021-ji il tarixdən hesablanmaqla 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 09 avqust 2021-ji il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 1(011)-304/2021 saylı, 14.07.2021-ci il tarixli hökmü 4 avqust 2021-ji il tarixdə qüvvəyə minmişdir. Araşdırma zamanı təyin edilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 18 mart 2021 -ci il tarixli 6/1093 nömrəli rəydə qeyd edilmişdir ki, “Tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün №195" möhür əski, "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ..." və s. yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,998 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir". Rəyin tədqiqat prosesinin qeyd hissəsindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 0,998 qram narkotik vasitə olan heroindən 0,05 qram tədqiqata sərf edilmiş 0,948 qram qalıq qalmışdır. Ambulator X2 dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin verdiyi 08.06.2021-ci il tarixli 1801 nömrəli rəydə qeyd edilmişdir ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafediji izahatı, ibtidai və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə-fizikikimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi jinayət əməlini etiraf etdiyini, əməlindən peşman olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 0,948 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbayan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 1(011)-304/2021 saylı, 14.07.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplansın və ona 02 (iki) 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.03.2021-ci il tarixdən 18.03.2021-ci il tarixədək tutuldugu 01 gün müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 01 gün müddəti ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 23 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti hökm qanuni qüvvəyə minənədək müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Suraxanı RPİ-də saxlanılan 0,948 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar