Məhkəmə qərarları › İş №1(010)-213/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-213/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-213/2022 10.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:45-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 oktyabr 2020-ci il tarixdən 26 aprel 2021-ci il tarixədək olan müddət ərzində əmisi Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evinin giriş qapısının üzərində olan açarla qapını açıb evə girərək qonaq otağında göy rəngli sellofanlara yığılmış hər biri 35 manat dəyərində 09 ədəd qadın əl çantalarını, hər biri 20 manat dəyərində 05 ədəd qadın əl çantalarını, hər biri 40 manat dəyərində 07 ədəd qadın əl çantalarını, hər biri 28 manat dəyərində 13 ədəd qadın şalvarlarını, hər biri 25 manat dəyərində 14 ədəd qadın şalvarlarını, hər biri 20 manat dəyərində 08 ədəd qadın şalvarlarını, hər biri 15 manat dəyərində 10 ədəd qadın şalvarlarını, hər biri 25 manat dəyərində 08 ədəd qadın koftalarını, hər biri 20 manat dəyərində 12 ədəd qadın koftalarını, hər biri 33 manat dəyərində 06 ədəd qadın koftalarını, hər biri 15 manat dəyərində 12 ədəd qadın koftalarını, hər biri 23 manat dəyərində 12 ədəd kişi şalvarlarını, hər biri 18 manat dəyərində 08 ədəd kişi şalvarlarını, hər biri 30 manat dəyərində 10 ədəd kişi şalvarlarını, hər biri 25 manat dəyərində 08 ədəd kişi şalvarlarını, hər biri 50 manat dəyərində 06 ədəd kişi şalvarlarını, hər biri 40 manat dəyərində 08 cüt kişi ayaqqabılarını, hər biri 50 manat dəyərində 12 cüt kişi ayaqqabılarını, hər biri 30 manat dəyərində 11 cüt kişi ayaqqabılarını, hər biri 20 manat dəyərində 10 ədəd “Philip Plein” markalı kişi köynəklərini, hər biri 20 manat dəyərində 08 ədəd “Mexx sport” markalı kişi köynəklərini, hər biri 15 manat dəyərində 14 ədəd “Salgado” markalı kişi köynəklərini, hər biri 30 manat dəyərində 07 ədəd kişi köynəklərini, hər biri 35 manat dəyərində 07 ədəd kişi gödəkçələrini, hər biri 45 manat dəyərində 10 ədəd kişi gödəkcələrini, hər biri 50 manat dəyərində 07 ədəd kişi gödəkcələrini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamış və Zərərçəkmiş şəxs xeyli miqdarda yəni, ümumilikdə 6.832 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda – 03 ədəd qızılı siqaret kağızı bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0.554 qram, 0.407 qram və 0.526 qram, ümumi təmiz çəkisi 1.487 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edərək, daşımaqla üzərində saxlamış, 24 noyabr 2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilmiş, orada xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən zaman həmin 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.554 qram, 0.407 qram və 0.526 qram olmaqla ümumi təmiz çəkisi 1.487 qram olan narkotik vasitə - heroin Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə elan olunmuş ittihamda isə özünü tam təqsirli bilərək göstərdi ki, təxminən bir iki il bundan əvvəl atasının tikdiyi ünvan 7 ünvanda yerləşən evə girib orada bir gün vaxt keçirmək qərarına gəlmiş, çünki anadan olandan sonra 07 ay həmin evdə yaşamışdır. Buna görə də, gecə təxminən saat 02 radələrində tək həmin evin hasarına qalxıb oradan həyətə düşmüş və həyətdə yerləşən evin çöl qapısının üstündə olan açarla qapını açaraq evə girib orada bir gün qalmışdır. Həmin vaxt görmüşdür ki, evdə sellofanların içərisində çoxlu kişi, qadın paltarları, qadın çantaları və ayaqqabıları vardır. Bu vaxt qərara gəlmişdir ki, həmin paltarlardan bəzilərini həm özü geyinmək üçün götürsün. Buna görə də, həmin vaxt bir ədəd ədəd qış gödəkçəsi və bir ədəd qalın kişi koftasını götürüb geyinmiş, eyni zamanda əynində olan köhnə qış gödəkçəsi və köynəyi isə həmin evdə saxlamışdır. Həmin vaxt özünə məxsus olan hərbi bileti və bir ədəd təsbehini bilə-bilə həmin qış gödəkçəsinin cibində saxlamışdır ki, sonra əmisi Hilal bu barədə ondan soruşduqda onu oğru kimi bilməsinlər. Sonuncu dəfə isə 26 aprel 2021-ci il tarixdə qərara gəlmişdir ki, ünvan 7 ünvanda yerləşən evə girib orada dincəlsin. Gecə təxminən saat 02 radələrində həmin evin hasarına yaxınlaşıb hasara qalxıb həyətə tullanmış və yenə də həmin evin çöl qapısının üzərində olan açarla qapını açıb evə daxil olmuşdur. Həmin evdə biraz dincəldikdən sonra səhər radələrində evdən çıxmış, bu zaman həmin evin həyətində Hilal əmisi onu görüb kim olduğunu, onun evində nə gəzdiyini soruşduqda Hilala qardaşı Eltayın oğlu olduğunu bildirib ona yaxınlaşmışdır. Əmisi onun evində nə gəzdiyini soruşduqda ona həmin evə baş çəkmək istədiyini bildirmişdir. Hilal oğurluğa gəldiyini soruşduqda ona oğurluq üçün gəlmədiyimi bildirmişdir. Sonra Hilal onun həmin evindən paltar oğurlayıb-oğurlamadığını soruşmuş, həmin zaman sonuncuya iki il əvvəl həmin evə girdikdən sonra həmin vaxt bir ədəd ədəd qış gödəkçəsi və bir ədəd qalın kişi koftasını özü geyinmək üçün götürdüyünü və özünə məxsus qış gödəkçəsi ilə koftanı da həmin evdə saxladığını, eyni zamanda özünə məxsus hərbi bileti və təsbehini də həmin qış gödəkçəsinin cibində saxladığını bildirmişdir. Bundan sonra Hilal ona həyətindən çıxmağını bildirmiş və onun həyətindən çıxıb getmişdir. 26 aprel 2021-ci il tarixdə həmin evə özü üçün biraz dincəlmək məqsədilə getmişdir. Həmin günü oğurluq etmək fikri olmamışdır. Əvvəllər oğurladığı bir ədəd ədəd qış gödəkçəsi və bir ədəd qalın kişi koftasını biraz geyindikdən sonra köhnəldiyi üçün atmışdır. Bundan başqa, o, uzun müddətdir ki, narkotik vasitələrin kakos kimi tanıdığı növündən çəkmək yolu ilə istifadə edir. Həmin narkotik vasitəni isə Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alıb istifadə edir. 23 noyabr 2021-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən bir bükümünü 10 manata olmaqla cəmi 30 (otuz) manat ödəməklə 03 ədəd siqaretin kağızına bükülmüş vəziyyətdə narkotik vasitə olan heroin almışdır. Aldığı narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. 24 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında, gəzdirilməsində və istifadəsində şübhəli olduğunu bildirib onu, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinə dəvət etmişlər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə həmin polis şöbəsinə getmiş, orada xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, əynindəki əynindəki göy rəngli cins şalvarının sağ cibində saxladığı 03 ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddələr narkotik vasitə heroindir, onları 23 noyabr 2021-ci il tarixdə axşam saat 23 radələrində Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 30 manata almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, qismən etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, ünvan 8 ünvanında ona məxsus yaşamadığı köhnə evi vardır. Uzun müddətdir ki, həmin evdə hər hansı bir yaşayış yoxdur. Evin həyətinin yanları daş hasardır, həyətə giriş qapısı dəmir darvazadır. Eyni zamanda evə giriş qapısı taxta qapıdır, açarın bir nüsxəsini isə evə giriş qapısının üst hissəsində saxlamışdır. Təqsirləndirilən şəxs onun qardaşı Eltayın oğludur. Ağanın narkotik vasitələrdən istifadə etdiyini eşitdiyi üçün onunla aralarında hər hansı bir münasibəti olmamışdır. Lakin Ağa ilə aralarında hər hansı bir ədavət və ya düşmənçilikləri olmayıb və hazırda da yoxdur. Təxminən 5-6 il əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində geyim mağazası işlətmişdir. Lakin, həmin mağaza bağlandığı üçün təxminən 5-6 il əvvəl həmin mağazada qalan geyim əşyalarını gətirib həmin evə yığmışdır. Sonuncu dəfə 2020-ci ilin oktyabr ayının 20-də həmin evdə olan paltarlara baxmış və hər hansı bir oğurluq hadisəsi aşkar etməmişdir. Bundan sonra 26 aprel 2021-ci il tarixdə səhər radələrində həmin mənzilə gəlib baxan zaman Ağa ilə rastlaşmış, əvvəlcə onu tanımamış, sonra ondan kim olduğunu soruşduqda Ağa ona qardaşı Eltayın oğlu olduğunu bildirmişdir. Ondan evinə nə üçün gəldiyini soruşduqda Ağa evə baş çəkmək üçün gəldiyini demişdir. Ağanın narkotik vasitə aludəçisi olduğunu bildiyindən evdə olan platarları oğurlamağa gəlməsindən şübhələnmiş və bu barədə ondan soruşduqda Ağa bildirmişdir ki, uzun müddət əvvəl onun evinə gəlib bəzi paltarları özü geyinmək üçün götürübdür, eyni zamanda özünə məxsus qış gödəkcəsini və koftasını, həmin gödəkcənin cibində özünə məxsus təsbehlə hərbi biletini onun sözügedən evində saxlayıbdır. Bundan sonra Ağaya həyətindən çıxmasını bildirmiş, Ağa getdikdən sonra evə çıxıb baxdıqda ona məlum olmuşdur ki, evindən müxtəlif növ qadın və kişi geyim əşyaları Ağa tərəfindən oğurlanmışdır. Əvvəlcə Ağanın evə pəncərənin şüşəsini sındırmaq yolu ilə girdiyini güman edib bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 102 xidmətinə zəng vurub məlumat vermiş, daha sonra isə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə gəlib hadisə barədə ərizə yazmışdır. Polis əməkdaşları həmin günü onun sözügedən evinə baxış keçirmiş, baxış zamanı Ağanın gödəkcəsi, göcəkcəsinin cibində olan təsbeh və hərbi bileti aşkar olunaraq götürülmüşdür. Evindən konkret olaraq ona məxsus hər biri 35 manat dəyərində 09 ədəd qadın əl çantaları, hər biri 20 manat dəyərində 05 ədəd qadın əl çantaları, hər biri 40 manat dəyərində 07 ədəd qadın əl çantaları, hər biri 28 manat dəyərində 13 ədəd qadın şalvarları, hər biri 25 manat dəyərində 14 ədəd qadın şalvarları, hər biri 20 manat dəyərində 08 ədəd qadın şalvarları, hər biri 15 manat dəyərində 10 ədəd qadın şalvarları, hər biri 25 manat dəyərində 08 ədəd qadın koftaları, hər biri 20 manat dəyərində 12 ədəd qadın koftaları, hər biri 33 manat dəyərində 06 ədəd qadın koftaları, hər biri 15 manat dəyərində 12 ədəd qadın koftaları, hər biri 23 manat dəyərində 12 ədəd kişi şalvarları, hər biri 18 manat dəyərində 8 ədəd kişi şalvarları, hər biri 30 manat dəyərində 10 ədəd kişi şalvarları, hər biri 25 manat dəyərində 08 ədəd kişi şalvarları, hər biri 50 manat dəyərində 6 ədəd kişi şalvarları, hər biri 40 manat dəyərində 08 cüt kişi ayaqqabıları, hər biri 50 manat dəyərində 12 cüt kişi ayaqqabıları, hər biri 30 manat dəyərində 11 cüt kişi ayaqqabıları, hər biri 20 manat dəyərində 18 ədəd kişi köynəkləri, hər biri 15 manat dəyərində 14 ədəd kişi köynəkləri, hər biri 30 manat dəyərində 07 ədəd kişi köynəkləri, hər biri 35 manat dəyərində 07 ədəd kişi gödəkçələri, hər biri 45 manat dəyərində 10 ədəd kişi gödəkcələri, hər biri 50 manat dəyərində 07 ədəd kişi gödəkcələri oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 6.832 manat maddi ziyan dəymişdir. Oğurlanmış yuxarıda qeyd etdiyi geyim əşyalarının hər biri təzə vəziyyətdə olmuşdur, lakin həmin geyim əşyalarının markalarını xatırlamır. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 24 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında onun və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra həmin tarixdə axşam saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs sonuncunun yaşadığı evin yaxınlığında tərəflərindən saxlanılmış, məlumatla uyğun gələn həmin şəxsdən özünü təqdim etməsini xahiş etdiklərində, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsə üzərində narkotik vasitə olması barədə şübhə olduğunu bildirib, üzərinə baxış keçirilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs razı olaraq onlarla birlikdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gəlmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs, göy rəngli cins şalvarının sağ cibində saxladığı 03 ədəd bükümləri təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddə narkotik vasitə heroindir, onları 23 noyabr 2021-ci il tarixdə axşam saat 23 radələrində Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 30 manata almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitə heroin qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzərində axtarış həyata keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid2, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 26 aprel 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evidir. Həmin evi birmərtəbəli olmaqla orada yaşayış yoxdur, lakin həmin ev orta təmirlidir və yaşayış üçün tam şərait vardır. Həmin evin girişində geniş eninə doğru dəhliz, girişlə üzbə-üz isə yan-yana bir qonaq otağı və iki yataq otağı vardır. Həmin evə baxış zamanı otaqların birində yan-yana yerə düzülmüş müxtəlif markalı və müxtəlif rəngli kişi ayaqqabılar, sellofanın içərisində isə müxtəlif qadın və kişi geyim paltarları olduğu müəyyən edilmişdir. Baxış zamanı həmin evin qapısından asılmış halda qış gödəkçəsi, həmin qış gödəkçəsinin cibində qara rəngli üzərində ağ nöqtələri olan təsbeh və Təqsirləndirilən şəxs məxsus ******* nömrəli hərbi bilet aşkar edilərək götürülmüşdür. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 08 dekabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini göstərərək, həmin evin əmisi Zərərçəkmiş şəxs məxsus olduğunu, ora bir neçə dəfə daxil olaraq həm dincəldiniyini, həm də oğurluq etdiyini bidirmiş, həmin evə haradan və necə daxil olduğunu, oradan hansı geyim əşyalarını oğurladığını əyani şəkildə göstərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan əşyanın tanınması haqqında 08 dekabr 2021-ci il tarixli protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsinin baş verdiyi ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən aşkar edilərək götürülmüş bir ədəd qış gödəkçəsi, bir ədəd hərbi bilet və bir ədəd təsbeh Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncu həmin əşyaların ona məxsus olduğundan tanıdığını və əmisi Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən oğurluq etdiyi zaman həmin özünə məxsus bir ədəd qış gödəkçəsini, bir ədəd hərbi bileti və bir ədəd təsbehi özünün bilərək həmin evdə saxladığını bildirmişdir. İş materiallarında olan əşyanın götürülməsi barədə 02 mart 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd “Philip Plein” markalı, bir ədəd “Mexx sport” markalı və iki ədəd “Salgado” markalı köynəklər iş üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 24 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki göy rəngli cins şalvarının sağ cibində saxladığı, 03 (üç) ədəd siqaretin qızılı rəngli kağız parçasına bükülmüş bükümləri polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddə narkotik vasitə heroindir, onları 23 noyabr 2021-ci il tarixdə axşam saat 23:00 radələrində Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 30 manata almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 noyabr 2021-ci il tarixli, 6/5226 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut” yazısı olan zərfdəki üç ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.554 qram, 0.407 qram və 0.526 qram, ümumi təmiz çəkisi 1.487 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Ümumi təmiz çəkisi 1.487 qram heroinin 0.15 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1.337 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 25 noyabr 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki göy rəngli cins şalvarının sağ cibində saxladığı, 03 (üç) ədəd siqaretin qızılı rəngli kağız parçasına bükülmüş bükümləri polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddə narkotik vasitə heroindir, onları 23 noyabr 2021-ci il tarixdə axşam saat 23:00 radələrində Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 30 manata almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin bükümlərdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülür və baxışın nəticələrinə dair protokol tərtib edilir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin sonuncunun üzərindən dövriyyəsi qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmur. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 mart 2022-ci il tarixli, 1123 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-əmtəəşunaslıq ekspertizasının 31 mart 2022-ci il tarixli, 9/2038 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş bir ədəd “Philip Plein” markalı köynəyin 2021-ci ilin mart-aprel ayına orta bazar qiyməti 20 manat, bir ədəd “Mexx sport” markalı köynəyin 2021-ci ilin mart-aprel ayına orta bazar qiyməti 20 manat və iki ədəd “Salgado” markalı köynəklərin 2021-ci ilin mart-aprel ayına orta bazar qiyməti bir ədədinin qiyməti 15 manat, cəmi 30 manat, həmin malların 2021-ci ilin martaprel ayına orta bazar qiyməti ilə ümumi dəyəri 70 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi 11 iyun 2021-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrindən həmin Məcəllənin Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan yeni ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış olmayan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin babasına məxsus olması, həmin evə qanunsuz daxil olmaması və oradan ümumilikdə 6.832 manat dəyərində geyim əşyalarını oğurlamaması, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən cəmi bir ədəd ədəd qış gödəkçəsi və bir ədəd qalın kişi koftasını özü geyinmək üçün götürdüyünə dair ifadəsi işdə olan sübutlarla, o cümlədən şahidlərinin ifadəsi ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs hələ ibtidai araşdırma zamanı 12 may 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində verdiyi izahatında təxminən bir iki il bundan əvvəl atasının tikdiyi ünvan 7 ünvanda yerləşən evə girib orada bir gün vaxt keçirmək qərarına gəldiyini buna görə də, gecə təxminən saat 02 radələrində tək həmin evin hasarına qalxıb oradan həyətə düşdüyünü və həyətdə yerləşən evin çöl qapısının üstündə olan açarla qapını açaraq evə girib orada bir gün qaldığını bildirmişdir. Həmin vaxt görmüşdür ki, evdə sellofanların içərisində çoxlu kişi, qadın paltarları, qadın çantaları və ayaqqabıları vardır. Bu vaxt qərara gəlmişdir ki, həmin paltarlardan bəzilərini həm özü geyinmək üçün, həm də satıb pul əldə etmək üçün götürsün. Buna görə də, həmin vaxt bir neçə ədəd qış gödəkçəsi və bir neçə ədəd qalın kişi koftası götürüb geyinmiş, eyni zamanda əynində olan köhnə qış gödəkçəsi və köynəyi isə həmin evdə saxlamışdır. Həmin vaxt özünə məxsus olan hərbi bileti və bir ədəd təsbehini bilə-bilə həmin qış gödəkçəsinin cibində saxlamışdır ki, sonra əmisi Hilal bu barədə ondan soruşduqda onu oğru kimi bilməsinlər. Həmçinin həmin zaman qərara gəlmişdir ki, sonradan da geyimə və pula ehtiyacı olduqca həmin evə gəlib evdən geyim əşyaları oğurlayıb satıb pul əldə edər. Bundan sonra bir neçə dəfə həmin evə girib oradan müxtəlif kişi və qadın geyim paltarlarını, qadın çantalarını və ayaqqabıları oğurladığını, bəzilərini tanımadığı şəxslərə satıb öz ehtiyaclarını ödədiyini, bəzilərini isə özü geyindiyini bildirmiş, həmin izahatının öz sözlərindən yazıldığını imzası ilə təsdiq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən hərəkətlərini, yəni əvvəlcə təqsirini tam olaraq etiraf etməsini, cinayət işinə məhkəmədə baxılan zaman isə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü ümumiyyətlə təqsirli bilməməsini təqsirləndirilən şəxsin qismən də olsa cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan əlavə, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxs ilə barışdığını və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında 11 may 2021-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 12 may 2021-ci il tarixli qərardan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 may 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs məhkəmə zalından azad edilmişdir, Bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarından həmçinin görünür ki, 13 dekabr 2021-ci il tarixdə ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət təqibi ********* nömrəsi altında davam etdirilmişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 24 noyabr 2021-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 26 noyabr 2021-ci il tarixli qərardan və təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 24 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 24 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 24 noyabr 2021-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1.337 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, 132.1.5-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkcə, bir ədəd təsbeh və bir ədəd hərbi bilet Təqsirləndirilən şəxs qaytarılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən, iş üzrə məhkəmə-bioloji ekspertizasının və məhkəməəmtəəşunaslıq ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 164 (yüz altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 24 noyabr 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1.337 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkcə, bir ədəd təsbeh və bir ədəd hərbi bilet Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə məhkəmə-bioloji ekspertizasının və məhkəmə-əmtəəşunaslıq ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 164 (yüz altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar