Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-213/2024 10.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, taksi sürücüsü işləmiş, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, 24 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Naxçıvan Şəhər Məhkəməsinin 26 avqust 2023-cü il tarixli, 4(078)-78/2023 saylı qərarı ilə barəsində əvvəli 24 avqust 2023-cü il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 4(010)- 435/2023 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 18 dekabr 2023-cü il tarixədək uzadılmış, həmin Məhkəmənin 18 dekabr 2023-cü il tarixli, 4(010)- 471/2023 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 18 fevral 2024-cü il tarixədək uzadılmış və Suraxanı rayon prokuroru tərəfindən 18 fevral 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi ilə narkotik vasitəni əldə edib üzərində saxlaması və satması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə əldə etdiyi metadon narkotik vasitəsini əvvəlcədən Şahid1 ilə arasında olan razılığa əsasən istifadə etməsi üçün ona çatdırmaq məqsədilə 01 (bir) ədəd divar saatının arxasına konvalyut kəsiyində yapışqanlı lentlə yapışdırılmış formada şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,04 qram olan 01 (bir) ədəd metadon narkotik vasitə həbini 17 manat qarşılığında karqo vasitəsilə göndərməsini təmin etməklə, Şahid1 satmışdır. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 26 avqust 2023-cü il tarixli qərarı ilə əvvəli 24 avqust 2023-cü il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli qərarı ilə həbsdə saxlama müddəti 18 dekabr 2023-cü il tarixə kimi uzadılmışdır. İki il bundan əvvəl yaşadığı binada yıxıldığı üçün ayağında problem yaranmış və həmin problem ilə əlaqədar 25 noyabr 2023-cü il tarixə kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunmuşdur. Hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılır. 2019-cu ildən bəri narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitələrdən istifadə etməyə ilk dəfə, toylara gedən zaman başlamışdır. Şahid1 çoxdandır ki, tanıyır. Telman ilə münasibəti bir məhəllədə yaşadıqları üçün yaranmışdır. Onunla eyni binada yaşadıqları üçün ailəvi münasibətləri olmuşdur. Özü taksi sürücüsü kimi işləmişdir. Telman və ailəsini harasa aparmaq lazım olanda, anası Arifə xala ona demiş, o da onları aparıb gətirmişdir. Telman Naxçıvana getdikdən sonra, onunla əlaqəsi kəsilmişdir. Son bir-iki ildə yenidən onunla əlaqəsi yaranmışdır. Telman 2023-cü ilin mart ayında ailəsi ilə birlikdə, anası Arifənin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivindəki 16 nömrəli binanın, 150 nömrəli mənzilinə gəlmişdir. Həmin vaxt Arifə xala ondan Telmanın gələcəyini və gedib onları Bakı Hava Limanından gətirməsini xahiş etmişdir. Onun həmin gün işi olduğundan Telmanı Bakı Hava Limanından gətirməyə gedə bilməmişdir. Sonradan bir neçə dəfə, onları anası Arifə xala ilə birlikdə atasının qəbri üzərinə aparmışdır. Daha sonra, Telman ondan narkotik vasitə tapmasını istəmişdir. O, həmin vaxtı Telmana 01 (bir) ədəd metadon narkotik vasitəsini təşkil etmişdir. Telman metadonu alması üçün ona 15 (on beş) manat pul vermişdir. 2023-cü ilin iyul ayının əvvəllərində Telman ona zəng edərək Naxçıvanda olduğunu bildirmiş və ona narkotik vasitə lazım olduğunu demişdir. O, həmin vaxt Əmircan kəndində toyda olmuşdur. Toydan çıxdıqdan sonra, Telmana 15 manat kartına pul göndərməsini demiş, qarşılığında narkotik vasitə olan metadon göndərəcəyinə söz vermişdir. Telman onun istifadəsində olan kartına 17 manat pul göndərmişdir. O, həmin metadon həbini yaşadıqları binanın blokunda yerləşən istilik sistemləri borusunun üzərinə qoymuşdur. Daha sonra, Telman ona zəng etmiş, o isə Telmana narkotiki binanın blokunda yerləşən istilik sistemləri borusunun üzərinə qoyduğunu, kim istəyirsə, gəlib götürməsini demişdir. Bir neçə gün sonra, məhlədə olan zaman, Fuad ona Telmanı Naxçıvanda polislərin tutduğunu demişdir. Belə ki, göndərdiyi narkotik vasitə olan metadonu karqoda saatın içində yerləşdirilmiş formada Telman götürən zaman tutulmuşdur. Fuad Sədərəkdə voltun kuryerinin bağlamanı götürdüyünü və sonra da, “Sürət” karqoya verdiyini demişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, özünü tam təqsirli bilir, narkotik vasitələrin satışı ilə məşğul olmaq niyyəti olmamışdır, ancaq Telmana yaxın münasibətləri olduğu üçün satmışdır. Metadonu aldığı qiymətin pulunu Telmandan almışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona psixi və ya fiziki zorakılıq tətbiq edilməmiş, o da həmçinin polis əməkdaşlarına qarşı hər hansı bir müqavimət göstərməmişdir. Sonda isə, əməlindən peşman olmasını, tramadol toksikomaniya xəstəliyindən əziyyət çəkməsini, səhhətində ciddi problemlər olmasını, həmçinin ayağında dəmir millər olması səbəbindən müalicəsinin davam etməsini, ailəsinin yeganə qazanc gətirəni olmasını və himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Elçin onunla birlikdə, eyni binada yaşamış, lakin onunla münasibəti olmamışdır. Elçin narkotik vasitələrdən istifadə etdiyi üçün o, Elçindən uzaq gəzmişdir. Bundan başqa, Şahid1 də onunla birlikdə, əvvəllər eyni binada yaşamışdır. Telman ilə münasibətləri yaxşı olmuş, Telman ilə ailəvi yaxınlıq etmişdir. Telman təxminən 10 il bundan əvvəl Naxçıvan MR-ə köçərək orada yaşamağa başlamışdır. Telmanın anası Arifə xala isə hazırda onun yaşadığı binada yerləşən mənzildə yaşayır. Telman Naxçıvanda yaşamağına baxmayaraq, onunla daima əlaqə saxlayaraq danışmışdır. Telman bir neçə ay bundan əvvəl, ona zəng edərək Naxçıvanda özü üçün ev tikdiyini və həmin evə divar saatı lazım olduğunu demişdir. O, Sədərək Ticarət Mərkəzində divar saatları satdığı üçün satdığı saatlardan birini Telman üçün götürüb anası Arifə xalaya vermişdir. Bir müddətdən sonra, Telman ona zəng edərək göndərdiyi saatın xoşuna gəlmədiyini və həmin saatı satıb pulunu ona göndərəcəyini demişdir. 03 iyul 2023-cü il tarixdə Telman ona zəng edərək qonşuları olan Təqsirləndirilən şəxs ağrıkəsici tabletka tapşırdığını, həmin tabletkanı Elçindən götürüb ona göndərməsini istəmişdir. O, isə Telmana, dediyi tabletkanı Elçindən götürüb ona göndərə bilməyəcəyini bildirmişdir. Telman ona-“mən Elçinə deyərəm, o tabletkanı harasa qoyar, sən onu götürərsən demişdir.” O, Telmana bunu da edə bilməyəcəyini demişdir. Sonra Telman-“onda sən saatı hazırlayarsan, səndən götürəcəklər” demişdir. 05 iyul 2023-cü il tarixdə Telman ona zəng edərək demişdir ki,“səninlə əlaqə saxlayıb saatı götürəcəklər.” Saat təxminən 12 radələrində onun Sədərək Ticarət Mərkəzində yerləşən saat dükanına bir nəfər şəxs yaxınlaşmış və Telmana çatacaq saatı götürməsi üçün gəldiyini bildirmişdir. O, Telman üçün ayırdığı divar saatını həmin şəxsə vermiş, sonra isə Telmana zəng edərək bunu bildirmişdir. 06 iyul 2023-cü il tarixdə, onun Telmana verdiyi divar saatının içərisindən narkotik vasitə aşkar olunduğunu və buna görə də, Telmanın Naxçıvan RPİ-nin polis əməkdaşları tərəfindən saxlanıldığını bilmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsi zamanı göstərmişdir ki, Şərur rayonu, Çəmənli kəndində yaşadığını və işsiz olduğunu, 25 il bundan öncə, Azərbaycan Dövlət İqtisad Universitetində tələbə olarkən narkotik vasitələrdən istifadə etməyə başladığını, həmin vaxt marixuana narkotik tərkibli bitkilərindən istifadə etdiyini, marixuanadan başqa da, müxtəlif təsiredici həblərdən istifadə etdiyini, 2006-cı ildə marixuanadan istifadə etdiyinə görə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində barəsində cinayət işi olmuş və Binəqədi Rayon Məhkəməsi tərəfindən 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu bildirmişdir. 2023cü il ərzində 5 dəfə Bakı şəhərindən həm özünün gətirdiyini, həm də sifariş verərək müxtəlif kargolar vasitəsilə həblər, marixuana və patı narkotik vasitələri gətirildiyini, həmin narkotik vasitələrini ancaq Bakı şəhərindən gətirdiyini, ilk dəfə 2023-cü ilin yanvar ayında Bakı şəhər sakini olan, məhəllələrində əvvəllər yaşayıb tanımadığı başqa ünvana köçən “Orxan” adlı şəxsin kart hesabına 120 manat pul köçürməklə, 03 ədəd marixuana, 02 ədəd metadon həbi və patı narkotik vasitələrini “Nurlu” kargo vasitəsilə gətizdirdiyini demişdir. Mart ayında ailə üzvləri ilə birgə, Bakı şəhərində yaşayan anasını görmək üçün oraya getmiş, orada dostları, onun üçün müxtəlif narkotik tərkibli maddələrdən istifadə etməsini təşkil etmişlər. 15 gün Bakı şəhərində qaldıqdan sonra, Naxçıvana qayıdarkən 02 ədəd metadon həbi, yarım qram patı, 02 ədəd büküm marixuana gətirmiş, aprel ayında Orxan adlı dostunun kart hesabına 100 manat pul yükləməklə, “Nurlu” karqo vasitəsilə marixuana və həblər gətizdirmişdir. İyun ayında isə 2 dəfə “Sürət” kargo vasitəsilə marixuana və həblər gətizdirmişdir. Sonuncu dəfə isə, Bakı şəhərində yaşayan Elçin adlı taksi sürücüsünə 3-4 gün bundan öncə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə görüntülü zəng vurmaqla, metadon həbini evi üçün aldığı divar saatının içərisinə yerləşdirməklə göndərməsini xahiş etmişdir. Elçinin isə saatı ona Sədərək Ticarət Mərkəzində saat satan Fuad adlı şəxsin vasitəsilə, onun göstərdiyi yerə yerləşdirməklə iyul ayının 5-də Bakı şəhərindən yola salındığını, 01 ədəd metadon adlı narkotik vasitə olan həb üçün 15 manat, 2 manat isə taksi pulu verməklə, ümumilikdə 17 manata “Sürət” kargo vasitəsilə Naxçıvana gətizdirdiyini, “Sürət” kargoya isə 6 manat pul ödədiyini bildirmişdir. 06 iyul 2023-cü il tarixdə, saat 11 radələrində yaşadığı Şərur rayonu, Çəmənli kəndindən çıxmaqla, saat 12:00 radələrində Naxçıvan şəhərində yerləşən “Sürət” kargoya gəlmiş, 6 manat pul ödəmiş, sifariş verdiyi saat və içərisində metadon həbi olan torbanı götürmüş və bayıra çıxarkən Sürət karqonun qapısının qarşısında polis əməkdaşları onu saxlayaraq avtomobilə dəvət etmiş, onlarla bərabər avtomobilə minmişdir. Narkotik vasitə gətizdirməyi barədə məlumatı təsdiq etmiş və avtomobilə əyləşərək onlarla bərabər Naxçıvan Şəhər Polis İdarəsinə gəlmişdir. Bir neçə dəfə “Sürət” və “Nurlu” karqo vasitəsilə narkotik vasitə gətirdiyini, gətirdiyi narkotik vasitələrin marixuana və metadon həbi olduğunu, karqoda işləyən kimlərləsə əlaqəsinin olmadığını, Bakıdan əvvəlcədən tanıdığı taksi şoferi işləyən Elçin adlı şəxslə əlaqə saxladığını və ona metadon həbini göndərdiyini izahatı zamanı bildirmişdir. Bir neçə dəfə isə tanışı Orxan adlı şəxsin karqo vasitəsilə ona narkotik vasitə göndərdiyini, hal-hazırda Orxanın reabilitasiya mərkəzində müalicə aldığını, Orxanla əlaqəsinin kəsildiyini, buna görə də, Elçindən xahiş etdiyindən ona narkotik vasitə alıb göndərdiyini, Elçinin həmin vasitəni kimdən aldığını, necə əldə etdiyini bilmədiyini, Orxan adlı şəxsi dörd-beş il olar ki, tanıdığını, Orxanın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşadığını, X8 atası Əli ilə birlikdə balaca dəmirdən olan ərzaq mağazası işlətdiklərini, həmin mağazaya alverə getdiyi üçün Orxanla arasında münasibət yarandığını, Orxan ona narkotik çəkməyi təklif etdiyini, həmin vaxtdan onların münasibətlərinin daha da sıxlaşdığı, sonradan isə Naxçıvana gəldiyini bildirmişdir. Axırıncı dəfə, 2023-cü ilin mart ayında anasını görmək üçün Bakı şəhərinə getmişdir. Həmin vaxt yenidən Orxanla qarşılaşmışdır. Orxandan narkotik vasitə olub-olmamasını soruşmuş, o isə təşkil edə biləcəyini demişdir. Bir neçə gün sonra, Orxanla ona məxsus olan ***-***-**- ** mobil nömrə ilə əlaqə saxlamışdır. Orxan onu evlərinin qarşısına çağırmışdır. Orxangilin qaldığı binanın qarşısına getmiş, Orxan isə ona 01 ədəd metadon həbi vermişdir. Qarşılığında ona 15 manat məbləğində pul vermiş, sonra bir dəfə də, yenə əlaqə saxlamış, Orxanın 4098 5844 6772 5626 nömrəli “Leo bank” kartına 15 manat pul yükləmişdir. Onun dərmanı Yeni Günəşlidə olan ərzaq mağazalarına göndərdiyini, həmin mağazadan götürdüyünü, mart ayının sonunda Naxçıvana qayıtdığını, Naxçıvana gələn zaman Orxandan aldığı 01 ədəd metadon həbini də özü ilə birlikdə Naxçıvana gətirdiyini, Naxçıvana gələndən sonra da, üç dəfə Orxanla əlaqə saxladığını, həmin kartına ayrıayrılıqda hər dəfə 80 manat olmaqla, pul göndərdiyini, Orxanın “Sürət” karqo vasitəsilə ona metadon və metamfetamin göndərdiyini, Orxanın ona narkotik vasitələri saatın içərisinə qoyaraq X10 filialından göndərdiyini, həmin bağlamaları Naxçıvan şəhərində yerləşən “Sürət” karqonun filialından götürdüyünü bildirmişdir. Tutulmamışdan iki həftə qabaq Orxanın nömrəsinə zəng etmiş, telefonu bir nəfər qadın açmış və Orxanı soruşan zaman Orxanın xəstəxanada olduğunu bildirmişdir. Telefonu söndürdükdən sonra, ona “Whatsapp” sosial şəbəkəsində yazmış, ona Orxanın xəstəxanada olması barədə mesaj gəlmişdir. Bundan sonra, Orxanla əlaqəsinin kəsildiyi üçün ona narkotik vasitə lazım olduğu üçün əvvəlcədən tanıdığı ünvan 4 ünvanında yaşayan keçmiş məhlə uşağı olan Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə zəng etdiyini, Elçinə ona metadon narkotik vasitəsi lazım olduğunu dediyini, Elçin ona metadon tapa biləcəyini bildirdiyini, Elçinə məxsus olan 4613 8602 0542 1280 nömrəli karta 17 manat yüklədiyini, Elçinin Sədərəkdən dediyi saat mağazasından bir ədəd divar saatı götürdüyünü, ona göndərəcəyi metadon narkotik vasitəsini saatın içərisinə yerləşdirərək Sədərək Ticarət Mərkəzində yerləşən “Sürət” karqonun filialına təhvil verdiyini, Elçinin göndərdiyi metadon narkotik vasitəsini Naxçıvan şəhərində yerləşən Sürət Karqonun filialından götürən zaman tutulduğunu ifadəsinə əlavə edərək bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 sentyabr 2024-cü il tarixdə Naxçıvan şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi, polis kapitanı X5 tərəfindən qəbul edilmiş qərarla, 07 iyul 2023-cü il tarixdə Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə başlanılan ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və müstəntiqin icraatına qəbul edilmişdir. (iş.v. 1-5, 13-14 İ cild) 06 iyul 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Şahid1 həmin tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin CA şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin daşınması və istifadəsində şübhəli şəxs qismində saxlanılmışdır. (iş.v. 35-36 İ cild) 06 iyul 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı şübhəli şəxs Şahid1 əl yükündə ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra, Şahid1 əl yükünü göstərərək bildirmişdir ki, “Sürət” kargodan aldığı qırmızı rəngli sellofan torbanın içərisində bir ədəd divar saatı və həmin saatın içərisində bir ədəd metadon həbi vardır. İş üçün əhəmiyyətli olduğundan həmin qırmızı sellofan torba iştirakçılarla birlikdə videogörüntülü şəkildə açılmışdır. Sellofan torbanın içərisindən iki tərəfdən penoplasla bağlanmış saat aşkar olunmuşdur. İştirakçılarla birlikdə şübhəli bilinən Şahid1 həmin penoplasın yapışqanlarını açmış və həmin penoplasın arasından bir ədəd oval şəkilli qəhvəyi rəngli “QUARTZ” markalı divar saatı aşkar olunmuşdur. Həmin saatın arxa hissəsindən 2 ədəd şurupla saatın arxası açılmışdır. Sonra, saatın 8 ədəd şurupu açılmış və saatın üz hissəsi çıxarılmışdır. Üz hissəsi çıxarılarkən 12 rəqəminə tərəf hissədə yapışqanla ora bərkidilmiş bir ədəd həb aşkar olunmuşdur. Şahid1 müdafiəçinin iştirakı ilə göstərmişdir ki, Bakı şəhərində Sədərək bazarında içərisində bir ədəd metadon narkotik vasitəsinə bənzər həb olan divar saatı götürməsini taksi sürücüsündən xahiş etmiş, taksi sürücüsü isə həmin saatı götürüb “Sürət” kargo vasitəsilə göndərmiş və Naxçıvan şəhərində içərisində metadon narkotik vasitəsinə bənzər saatı götürəndən sonra, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin saatın iç hissəsindən bir ədəd tünd qəhvəyi rəngli konvalyutun içərisində olan metadon narkotik vasitəsinə bənzər həb aşkar edilərək prosessual qaydada götürülərək bir ədəd kağız zərfdə birləşdirilmiş və iştirakçılar tərəfindən imzalanmış, möhürlənərək götürülmüşdür. Baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlər aşkar edilməmişdir. (iş.v. 37-39 İ cild) 16 avqust 2023-cü il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid1 məxsus 01 ədəd “Redmi Note 11” markalı ***-***-**-** nömrəli mobil telefona baxış keçirilmişdir. Baxış zamanı Şahid1 bildirmişdir ki, telefon alış-verişini “Məmmədyar”la edir. ***-***-**-** mobil nömrəsinin aşkar olunduğu müəyyən edildi. Şahid1 bildirmişdir ki, həmin nömrə Elçinə məxsusdur. Narkotik vasitələri alıb-satmaq üçün onunla əlaqə saxlayırlarmış. Baxış zamanı Şahid1 bildirmişdir ki, Elçin ona “Sürət” karqo vasitəsilə 17 manat qarşılığında 01 ədəd metadon narkotik vasitəsini göndərmiş, o da götürmüşdür. Sonra da, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin protokola əlavə edilmiş ekran görüntülərindən müəyyən olunur ki, 05 iyul 2023-cü il tarixdə ***-***-**-** mobil nömrəsi ilə Whatsapp sosial şəbəkəsində əlaqə saxlanılmışdır. Həmçinin içərisinə narkotik vasitə yerləşdirilmiş divar saatının və **********421280 saylı (Təqsirləndirilən şəxs) məxsus kart hesabının fotoşəkilləri protokola əlavə edilmişdir. (iş.v. 95- 99 İ cild) Cinayət işi materiallarına əlavə edilmiş 24 avqust 2023-cü il tarixli, “şübhəli şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, X9 ifadəsi zamanı bildirmişdir ki, Telmana son zamanlar narkotik vasitəni göndərən Elçin adlı şəxs olmuşdur. Elçin Telmanın ailəsinin yaşadığı binada yaşamışdır. Elçin taksi fəaliyyəti ilə məşğul olmuşdur. (iş.v. 136-138 İ cild) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 avqust 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmə aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində qanunla qadağan olunmuş narkotik vasitə və psixotrop maddə yoxdur. Onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən qanunla dövriyyəsi qadağan olmuş və dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. (iş.v. 159-160, İ cild) 25 avqust 2023-cü il tarixli, “üzləşdirmə aparmaq haqqında” protokoldan görünür ki, Şahid1 ifadəsində dediyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (iş.v. 171-172, İ cild) Naxçıvan şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Eldar Qazıbəyovun 26 avqust 2023-cü il tarixli, 3-13-43-6/2-11097/2023 saylı sorğusuna Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Xəstəxanası X18 tərəfindən eyni tarixdə ünvanlanan cavab məktubundan görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs 26 avqust 2023-cü il tarixdə xəstəxanada ambulator olaraq tibbi müayinədən keçmiş və onda “sağ topuğun iç səthinin yarası” diaqnozu müəyyən olunmuşdur. (iş.v. 216, İ cild) Təqsirləndirilən şəxs barəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Xəstəxanası X17 Diaqnostika şöbəsindən verilən nəticələrə əsasən aşkar olunur: tibia distal ucda osteolitik sklerotik-degenerativ dəyişikliklər izlənilir-xr osteomielit, postop dəyişikliklər və tibia distal metafizdə bir ədəd şurup izlənilir. Tibia-talar oynaq yarığı kəskin daralıb-artroz İİİ st. (iş.v. 217, İ cild) X11 barəsində aparılan cinayət işi üzrə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 avqust 2023-cü il tarixli, fiziki-kimyəvi ekspertizasının 798 saylı rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Şərur rayonu, Çəmənli kəndində yaşayan Şahid1 “Sürət” karqo vasitəsilə...” əl yazıları, ad, soyad və imzalar (6 imza) olan və “Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi ZƏRFLƏR ÜÇÜN” dairəvi möhür əksi ilə möhürlənmiş 01 ədəd kağız zərfin içərisindəki konvalyut kəsiyində boz rəngli yarım həb parçası (təsiredici maddəsinin miqdarı-0,02 qram) narkotik vasitə olan metadon dərman preparatlarıdır. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin Siyahısı"na daxildir. (İİ siyahı, İ bənd, sıra № 6). Qeyd: metadon həblərinin sayı– yarım həb, tədqiqata sərf edildi – ¼ həb, qalıq – ¼ həb. (iş.v. 234-235 İ cild) Azərbaycan Respublikası DİN-nin Naxçıvan MR DİN-in Naxçıvan şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin rəisinin 18 sentyabr 2023-cü il tarixli, 3-13-43- 6/2-23093036 saylı məktubun icrası ilə əlaqədar Sürət karqo” MMC tərəfindən ünvanlanan 19 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, karqonun qeydiyyat sisteminə baxış keçirilmiş və Orxan Fərzəliyevin istifadəsində olan ***-***-**-** mobil nömrəsi üzərindən 31 iyul 2022-ci il tarixində Neftçilər filialından 300 qram üzqırxan maşın Şərur filialına göndərilmişdir. 01 avqust 2022-ci il tarixində təhvil alan qismində isə Şahid1 və mobil nömrə olaraq ***-***-**-** nömrəsi qeyd edilmişdir. 06 iyul 2023-cü il tarixində Sədərək Ticarət Mərkəzi filialından Mahir Əliyev adından ***-***-**-** mobil nömrəsi qeyd olunmaqla, 1,400 kq divar saatı Şahid1 ***-***-**-** nömrəsi qeyd olunmaqla, göndərilmişdir. (iş.v. 3, İİ cild) Ambulator məhkəmə-narkoloji ekspertizasının 18 sentyabr 2023-cü il tarixli, 270 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs spirtli içki istifadəçisi deyil. Təqsirləndirilən şəxs xroniki alkoqolizmdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, Tramadol toksikomaniyasından əziyyət çəkir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır. (iş.v. 21-24, İİ cild) Ambulator məhkəmə-psixiatrik ekspertizasının 18 sentyabr 2023-cü il tarixli, 271 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra, psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. (iş.v. 25-27, İİ cild) 09 oktyabr 2023-cü il tarixli, “cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərarla, Naxçıvan ŞPİ-nin İstintaq təhqiqat şöbəsinin müstəntiqi, polis kapitanı Qasım İsmayıllı tərəfindən sonuncu dəfə Təqsirləndirilən şəxs, X7 göndərilməsi üçün yaşadığı, ünvan 7 ünvanında satdığı 01 ədəd metadon narkotik vasitəni Sədərək Ticarət Mərkəzində yerləşən “Sürət” karqo filialından göndərilməsini təmin etdiyindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin ərazi aidiyyəti üzrə ibtidai istintaqın davam etdirilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə Naxçıvan şəhər prokurorluğu vasitəsilə göndərilmişdir. 28 oktyabr 2023-cü il tarixli, “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərarla Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru X12, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işinin istintaqının davam etdirilməsi üçün icraatına qəbul edilməsi barədə qərar qəbul etmişdir. (iş.v. 73, İİ cild) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 5(010)- 623/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş (055)-593-03-53 saylı GSM nömrəsinin kimə məxsus olması, 24 may 2023-cü il tarixdən 24 avqust 2023-cü il tarixədək olan müddət ərzində həmin nömrəyə daxil olan və çıxan zənglər cədvəlinin, zəng olunan nömrələrin abonentlərinin anket məlumatları barədə cədvəlin, həmin müddətdə SMS mətnlərinin və onların qeyd olunan müddətdə anten dairəsinin elektron daşıyıcıda "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. (iş.v. 110, İİ cild) İş materiallarına əlavə edilmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru Rəşad Nuriyevin 19 dekabr 2023-cü il tarixli, 3-13-54/2-27742/23 saylı sorğusuna cavab olaraq ünvanlanmış "xxxx" MMC-ninin 11 yanvar 2024-cü il tarixli, BKC/LGL-1317/24 saylı məktubuna əlavə edilmiş diskə baxış zamanı Təqsirləndirilən şəxs öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 11 iyun 2023-cü il tarixdə (055)-406-88-80 saylı və 03 avqust 2023-cü il tarixdə (070)-993-96-93 saylı mobil nömrələri arasında olan SMS mətnlərindən aşkar surətdə bəlli olur ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. (iş.v. 131-133, İİ cild) "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxış keçirildikdə Təqsirləndirilən şəxs istifadəsinə olan ***-***-**-** saylı mobil nömrənin məxsusluq tarixçəsi, müxtəlif nömrə sahibləri ilə yazışdığı narkotik vasitələrin satışı ilə məşğul olmasını göstərən SMS mətnləri əks olunduğu müəyyən olunur. Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru Rəşad Nuriyevin 15 dekabr 2023-cü il tarixli, 3-13-54/2-27452/2023 saylı sorğusuna Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 müdiriyyəti tərəfindən cavab olaraq ünvanlanan 23 dekabr 2023-cü il tarixli, 1/6563 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli Klinik Psixiatriya xəstəxanasına müraciət etməmişdir. (iş.v. 129, İİ cild) 22 yanvar 2024-cü il tarixli, “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy J6 Plus” markalı mobil telefona Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru Rəşad Nuriyev tərəfindən baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd “Samsung Galaxy J6 Plus” markalı mobil telefonun sim kart üçün nəzərdə tutulmuş yerində 01 ədəd ***-***-**-** saylı mobil sim nömrə olması müəyyən edilmişdir. Həmin nömrəyə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyə kəsb edən heç bir SMS mətnləri və mobil nömrə zəngləri aşkar edilməmişdir. (iş.v. 130, İİ cild) İş materiallarına əlavə edilmiş “Nikah haqqında” şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2017-ci il tarixdə X6 ilə ailə qurmuşdur. (iş.v. 136, İİ cild) İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 05 yanvar 2022-ci il təvəllüdlü, Sadıqov Seyidağa və 15 avqust 2018-ci il təvəllüdlü Sadıqov Aydın olmaqla, 2 azyaşlı övladı vardır. (iş.v. 137-138, İİ cild) İş materiallarına əlavə edilmiş 01 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, təqsirləndirilən şəxs Rəvanə Sadıqova həmin tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs məxsus içərisində 01 ədəd sim nömrəsi olan “Samsung Galaxy J6 Plus” markalı mobil telefonu Suraxanı RPİ-nin İŞ-dən təhvil almışdır. 08 fevral 2024-cü il tarixli, “üzləşdirmə aparmaq haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində dediyi xüsusatları Şahid2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (iş.v. 143-145, İİ cild) 08 fevral 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1 ifadəsi ********* nömrəli cinayət işi üzrə şahid ifadəsi kimi qəbul edilmişdir. İş üzrə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1 aşkar edilərək götürülmüş 01 ədəd narkotik vasitə metadon həbinin həmin cinayət işi üzrə maddi sübut hesab edilməsi və saxlanca verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk və həmin diskə baxış protokolu ********* nömrəli cinayət işi üzrə sübut kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir. (iş.v. 151-157, İİ cild) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk 13 aprel 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsinə dair” qərarla maddi sübut qimsində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (iş.v. 96-102) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2023-cü il tarixdə, saat 19:50-də şübhəli şəxs qismində tutulmuş, 25 avqust 2023-cü il tarixdə, saat 17:30-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatət Naxçıvan şəhər prokuroru, ədliyyə müşaviri Qalib İsmayılov tərəfindən təmin edilərək müvafiq qərar qəbul edilməsi üçün məhkəməyə təqdim edilmişdir. Naxçıvan MR Naxçıvan şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 26 avqust 2023-cü il tarixli, 4(078)-78/2023 saylı qərarla barəsində əvvəli 24 avqust 2023-cü il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 4(010)-435/2023 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 18 dekabr 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 18 dekabr 2023-cü il tarixli, 4(010)-471/2023 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 02 ay həddində, yəni 18 fevral 2024-cü il tarixədək uzadılmışdır. Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən 18 fevral 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 155-156, 203-204, 218-223, 226-229 İ cild; 91-94, 124-127 İİ cild. ) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 13-cü qrafasına əsasən təmiz halda 0,02 qram narkotik vasitə metadon həbi, şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Bundan başqa qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxış keçirilərkən aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə 11 fevral 1955-ci il təvəllüdlü X3 adına olsa da faktiki olaraq istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. (055)-406-88-80 saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə yazılan “15-lik kola var ididə, malın pulunu mənə düzəlt”, ***-***-**-** saylı mobil nömrədən yazılan “**********657100 Kapital bank. Birazdan gorserik vererem”, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə yazılan “Salam qardasm. Evdeyem gelisen bize gel kolada var gel qoyagda. oyagsanda yeqin yetm”, (055)-406-88-80 saylı mobil nömrəsinə “5103 0714 2823 4450 Qardasmsan bacardugun qeder tez vur brat.evde onsuzda zibili cixib tez vurum kartaki yerinde olsun pul”, (055)406-88-80 saylı mobil nömrəsinə “Salam qaqaw necesen neynirsen yiqiramda tele cavab vermirsene yeke oqlansan vurda karta 15 m hec olmasa yoxdu bilirem hec olmasa 10 m vur Allaha and olsun yoxumdu”, (070)-993-96-93 saylı mobil nömrəyə isə “Menem Bahadur yari kola alinar” kimi smslərin yazılması Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, o cümlədən narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini sübut edən hallardır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (iş.v. 37, İİ cild) Məhkəmə tərəfindən Təqsirləndirilən şəxsin əməlindən peşman olması, himayəsində 2 azyaşlı övladının olması və hökmün təsviri-əsaslandırıcı hissəsində qeyd edilmiş xəstəliklərdən əziyyət çəkməsini CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq cəza təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 10 iyul 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Şəhər Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış ¼ ədəd metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd "xxxx" MMC-dən alınmış disk cinayət işi materiallarında saxlanılmalı, 07 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi1 müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi1 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 avqust 2023-cü il tarixdən 18 fevral 2024-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 05 (beş) ay 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin olunan 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla, ona qəti olaraq 03 (üç) il 03 (üç) ay 05 (beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 10 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Şəhər Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış ¼ ədəd metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. 07 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi1 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-213/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-213/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver