Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-213/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Arif oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan barəsində 01 avqust 2024-cü il tarixli qərarla “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixdə saat 20:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 232 saylı tam orta məktəbin yaxınlığında qonşusu Zərərçəkmiş şəxs bacısı oğluna qışqırması ilə əlaqədar Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı özündə saxladığı zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab olunmayan mətbəx bıçağı ilə qəsdən üç dəfə sonuncunun döş qəfəsinin sol yarısına, döş qəfəsinin sağ yarısına və sağ buduna zərbə vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının sol diaqfraqma səhvələriarası boşluğa irradiasiya edən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ yarısının ön divarının İV qabırğanın kəsilmə xarakterli sınığı ilə məhdudlaşan deşilmişkəsilmiş yarası, sağ budun deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, təxminən on gün bundan qabaq yaşadığı evə yaxın olan Qarabağ kafesində çay içdikdən bir müddət sonra ayaq yoluna getmiş və bu zaman ayaq yolunun işığı sönmüş, o, çölə çıxan zamanı qonşuluqda yaşayan Rasim adlı şəxsin bacısı oğlu Kənanın olmasını görmüş, bu zamanı o, Kənana sözlə irad bildirdikdə Kənan ona gülərək içəridə adam olduğunu bilmədiyini demiş və o, bu zamanı Kənan heç bir söz demiyərək masada əyləşməsini bildirmişdir. Sonra o, Kənana heç bir söz demədən kafeni tərk edərək yaşadığı evə getmişdir. Həmin ərəfədə o, Kənan adlı şəxsi görməmişdir. xx.xx.2024-cu il tarixdə təxminən saat 18:10 radələrində Kənanın dayısı Rasim adlı şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna zəng edərək bacısı oğlu Kənanla mübahisənin olmasını bildirərək mobil telefonda onunla mübahisə etmiş və ona evə gələndə görüşməyini istəmişdir. O, xx.xx.2024-cü İl tarixdə saat 20:00 radələrində yaşadığı evin yaxınlığında olan Qarabağ kafesinin yanında Rasimin istifadəsində olan mobil telefona zəng etmiş və Rasim onu yaşadığı evin qarşısına çağırmışdır. O, Rasimin evinin qarşısına çatan zamanı Rasim evdə çölə çıxmış və Rasim kinayəli sözlərlə onu acılamışdır. O, Rasimə özünə məxsus avtomobilə əyləşərək birlikdə sakit yerdə söhbətlərini davam etməyi təklif etmişdir. Rasim onun təklifi ilə razılaşmış və o, Rasimə məxsus avtomobilin ön oturacağında əyləşən zamanı Rasim uca səslə danışmış, sonra o, Rasimə bacısı oğlu Kənana qarşı nəlayiq ifadələr işlətmədiyini bildirsə də, Rasim onun üzərinə qışqıraraq cavab vermişdir. Sonra onlar Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, İ.Məmmədov küçəsində yerləşən 232 saylı tam orta məktəbin yanına getmişlər və avtomobildən yerə düşən zaman Rasim onun üzərinə hücum edərək onu əli və ayaqları ilə döyməyə başlamışdır. Rasim fiziki cəhətdən güclü olduğu üçün onun Rasimə gücü çatmamış və əlində olan idman çantasının içərisindən mətbəx bıçağını çıxararaq Rasimi qorxutmaq istəmişdir. Rasim onun üzərinə gəldiyi üçün əlində olan bıçaqla Rasimin bədən nahiyyəsinə bir neçə bıçaq vuraraq ona xəsarət yetirmişdir. Onun Rasimi vurmaqda məqsədi ondan əl çəkməsi olmuşdur. Həmçinin bildirmişdir ki, o, zərərçəkmiş şəxslə artıq ibtidai istintaqda barışmış, barışıqla bağlı ərizələri müstəntiq qəbul etməmiş, özündə saxlamalı olduğunu və məhkəməyə təqdim etməli olduğunu bildirmişdir. Sonda, Təqsirləndirilən şəxs ifadəsində əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayət, tələbinin və iddiasının olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır. xx.xx.2024-cü il tarixdə bacısı oğlu Kənan ona qonşusu Vüqar bacısı oğlu Kənanın üzərinə qışqırdığını bildirmişdir. Buna görə də o, Vüqarın mobil telefonuna zəng etmiş və nə üçün Kənana qışqırdığını bildirmişdir. xx.xx.2024-cü il tarixə o, Vüqarla yaşadığı evin qarşısında görüşmüş, onların arasında sözlə mübahisə olmuş, Vüqar onun avtomobilinə əyləşib 232 saylı tam orta məktəbin yaxınlığına getmişlər. Orada onların mübahisəsi davam etmişdir. Mübahisə zamanı hər ikisi bir birini əlləri ilə vurmuşlar. Bir müddət sonra əynində olan paltarının qan olmasını görmüş və Vüqar onu bıçaqla vurduğunu başa düşmüşdür. Məhkəmə tərəfindən Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırıldığına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə üzrlü səbəb barədə heç bir məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş 23 avqust 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi və mənəvi ziyanın ödənildiyindən, təqsirləndirilən şəxsə qarşı şikayət, tələbinin, iddiasının olmadığını və gələcəkdə bu işlə əlaqədar Təqsirləndirilən şəxs heç bir tələbi və iddiası olmayacağını bildirmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin ifadəsinin dinləyib, zərərçəkmiş şəxs tərəfindən verilmiş barışıqla bağlı ərizəsini nəzərə alaraq, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi Arif oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-213/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-213/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver