Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-214/2021 14.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:45-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, 10 avqust 1996-cı ildə Lənkəran rayonunun Vilvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəlləsinin 67.1 və 68.1.3-cü maddələri tətbiq edilməklə qəti olaraq 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Lənkəran rayonunun Vilvan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Gənclər küçəsi, 72 nömrəli evdə yaşamış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 10 yanvar 2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olduqdan sonra evin zirzəmisinin nəfəsliyini sındırmaqla evə daxil olmuş və evdən 900 manat dəyərində Türkiyə istehsalı olan 60 m2 kafeli, 250 manat dəyərində 01 ədəd əlüzyuyanı, 200 manat dəyərində 01 ədəd hamam güzgüsünü, cəmi 180 manat dəyərində 03 ədəd yun ədyalı, dəyəri 250 manat olan 01 ədəd laqondanı, dəyəri 150 manat olan 01 ədəd radio telefonu, dəyəri 150 manat olan 01 ədəd ipək ədyalı, cəmi 1.000 manat dəyərində 100 metr elektrik naqilini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 3.080 (üç min səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, maddi imkanı olmadığından və ehtiyaclarını ödəyə bilmədiyi üçün 10 yanvar 2021-ci il tarixdə, gecə saat 02 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxıb Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə getmiş, Bağlar massivində piyada gəzərək oğurluq etməyə münasib axtarmışdır. Həmin vaxt fərdi yaşayış evlərindən birinin işığının yanmadığını görmüş, ətrafa baxıb heç kim olmadığına əmin olduqdan sonra hasardan aşaraq həmin evin həyətinə keçmiş, bundan sonra evin zirzəmisinə daxil olub orada olan nəfəsliyi, zirzəmidən götürdüyü əşya ilə sındırıb evə daxil olmuşdur. Evdə olan bir neçə qutu kafeli, bir ədəd əlüzyuyanı, bir ədəd hamam güzgüsünü, bir neçə ədyalı, bir ədəd laqondanı, bir ədəd radio telefonu və yeni elektrik naqilini çölə çıxartdıqdan sonra onları yoldan keçən tanımadığı taksi avtomobili ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yaşayış olmayan və yarımtikilmiş halda olan yerə aparıb orada gizlətmişdir. Növbəti gün elektrik naqilindən savayı oğurladığı digər əşyaları “Rus” bazarı deyilən yerdə tanımadığı şəxslərə 310 manata satmışdır. Oğurladığı elektrik naqilini isə yandırıb içərisindəki misi Türkan qəsəbəsindən Hövsan qəsəbəsinə gedərkən “yeddi gözəl” deyilən yerin yaxınlığındakı metal qəbulu məntəqəsinə satmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı maddi imkanı olmadığına görə ödəyə bilmədiyini bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 12 avqust 2021-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, təxminən 20 ildən artıqdır Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evi var, orada sonuncu dəfə 20 avqust 2020-ci il tarixdə olmuşdur. 17 yanvar 2021-ci il tarixdə, saat 16:30 radələrində gedib həmin evinə baş çəkən zaman əşyaların dağınıq halda olduğunu görüb evindən oğurluq edildiyini başa düşmüşdür. Nəzər yetirdikdə evindən 900 manat dəyərində Türkiyə istehsalı olan 60 m2 kafelin, 250 manat dəyərində 01 ədəd əlüzyuyanın, 200 manat dəyərində 01 ədəd hamam güzgüsünün, cəmi 180 manat dəyərində 03 ədəd yun ədyalın, dəyəri 250 manat olan 01 ədəd laqondanın, dəyəri 150 manat olan 01 ədəd radio telefonun, dəyəri 150 manat olan 01 ədəd ipək ədyalın, cəmi 1.000 manat dəyərində 100 metr elektrik naqilinin oğurlandığını müəyyən etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 3.080 (üç min səksən) manat maddi ziyan dəymişdir. Buna görə də o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bir müddət sonra polis əməkdaşları gəlib evinə baxış keçirtmişlər. Sonda Zərərçəkmiş şəxs, cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, fərdi şəkildə obyekt icarəyə götürərək metal qəbulu və satışı fəaliyyəti ilə məşğul olaraq dolanır. Hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində nömrəsiz ünvanda obyekt icarəyə götürərək metal alqı-satqısı ilə məşğul olur. Bundan əvvəl isə təxminən 2020-ci ilin əvvəllərindən 2021-ci ilin may ayına kimi Türkan qəsəbəsindən Hövsan qəsəbəsinə gedən yolun üzərində yerləşən “yeddi gözəl” deyilən yerdə obyekt icarəyə götürərək orada metal alqı-satqısı ilə məşğul olmuşdur. Orxanı təxminən 2 ilə yaxındır tanıyır, belə ki sonuncu bir neçə dəfə ona müxtəlif metal və naqillər satmışdır. 2021-ci ilin yanvar ayında Orxan onun həmin vaxt işlədiyi metal qəbulu məntəqəsinə gəlmiş və ona, özündə mis naqil olduğunu, onu satmaq istədiyini bildirmişdir. Həmin naqilin kimə məxsus olduğunu soruşduqda isə Orxan həmişəki kimi özünə məxsus olduğunu demişdir. Bundan sonra Oraxana 30 manat ödəyərək həmin naqili ondan almışdır. Sonradan isə həmin misi metal qəbulu zavoduna satmışdır. Orxan ona, dəfələrlə müxtəlif metallar satmış, hər dəfə də satdığı malların özünə məxsus olduğunu demişdir. Orxanın satdığı naqilin oğurluq yolu ilə əldə etməsi barədə məlumatı olmamışdır. İş materiallarında olan baxış keçirilməsi haqqında 18 yanvar 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evində oğurluq hadisəsi baş vermişdir. Baxış zamanı evdə təmirtikinti işlərinin aparıldığı, təmir-tikintidə üçün müxtəlif əşyaların olduğu müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilən zaman Zərərçəkmiş şəxs oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3.080 (üç min səksən) manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 19 may 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində yerləşən Zərərçəkmiş şəxs məxsus nömrəsiz fərdi yaşayış evini göstərərək, 10 yanvar 2021-ci il tarixdə, təxminən gecə saat 02 radələrində hasardan aşaraq həmin evin həyətinə keçdiyini, bundan sonra evin zirzəmisinə daxil olub orada olan nəfəsliyi, zirzəmidən götürdüyü əşya ilə sındırıb evə daxil olduğunu, evdən olan bir neçə qutu kafeli, bir ədəd əlüzyuyanı, bir ədəd hamam güzgüsünü, bir neçə ədyalı, bir ədəd laqondanı, bir ədəd radio telefonu və yeni elektrik naqilini oğurladığını bildirmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 may 2021-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla, 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.2-ci maddələrinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini, Lənkəran rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzasını çəkdiyi müddət ərzində törətmişdir. Lakin, Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə, yenidən qəsdən cinayət törətmiş Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər Lənkəran rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmü ilə məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyini nəzərə alaraq hesab edir ki, həmin məhkumluq, hazırki iş üzrə cinayətin residivi növündə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 1(003)-221/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti 05 yanvar 2021-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək olan müddət ərzində törətməkdə təqsirli bilinərək, həmin Məcəlləsinin 67.1 və 68.1.3-cü maddələri tətbiq edilməklə qəti olaraq 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 01 fevral 2021-ci il tarixdən hesablanmış və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 1(003)-221/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, həmin Məcəllənin 68.1.3 və 67.1-ci maddələri tətbiq edilməklə qəti olaraq təyin edilmiş 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CMnin 66.2 və 66.5-ci maddələrinə əsasən bu hökm üzrə təyin ediləcək cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və bu zaman Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi cəzaçəkmə müddətinə hesablanaraq, azadlıqdan məhrum etmə cəzasının əvvəli həmin cinayət işi üzrə həbsə alındığı vaxtdan 01 fevral 2021-ci il tarixdən sayılmalı, azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2-ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya barəsində ittiham irəli sürülmüş şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar versin. Məhkəmə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçildiyini, həmin məhkəmənin 11 avqust 2021-ci il tarixli, 1(003)-221/2021 nömrəli hökmü ilə ona azadlıqdan məhrum etmə cəzasının təyin edildiyini, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanıldığını, onun hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanıldığını, bununla da təqsirləndirilən şəxs tərəfindən hazırki hökmün icrasına maneə törətmək ehtimalının olmadığını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair əlavə qərarın qəbul edilməsinə zərurət yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsa məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 1(003)-221/2021 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin.. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 1(003)-221/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilmiş hissəsi qəti cəzaçəkmə müddətinə hesablansın və Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2021-ci il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-214/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-214/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver