Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-215/2023 12.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 etibarnamə üzrə nümayəndəsi X7 iştirakı ilə, X2 X6 və X4 qarşı xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 X6 və X4 qarşı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edib. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 etibarnamə üzrə nümayəndəsi X8 dinləyib, iş materiallarını nəzərdən keçirib, işin faktiki hallarını araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən «şikayətin məzmunu bu Məcəllənin 293.3.1 – 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə «şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi)» göstərilməlidir. Qeyd olunur ki, hazırkı iş üzrə şikayətdə X1, adı, atasının adı, doğulduğu il və yaşayış yeri göstərildiyinə baxmayaraq, onun məşğuliyyət növü və vəzifəsi göstərilməmiş, bununla da prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələbi pozulmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-nin 293.3.5-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə «cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş» göstərilməlidir. Şikayətdə isə X5 və X3 əməlində isə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmalı olmasının hesab edildiyi göstərildiyinə baxmayaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin hansı maddəsi ilə cinayət törətmələri barədə və bununla bağlı məhkəməyə ünvanlanmış müvafiq xahiş yoxdur. Bunlarla yanaşı, Azərbaycan Respublikası CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə «şikayətin verildiyi tarix (il, ay və gün) və yer» göstərilməlidir. Şikayətdə isə tərtib edildiyi tarix və yer göstərilməyib. Beləliklə, şikayət verilərkən Azərbaycan Respublikası CPM-nin yuxarıda istinad olunan maddələrinin tələbləri pozulub. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək «bu Məcəllənin 302.1.2 – 302.1.4, 302.1.6 – 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə» qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 X6 və X4 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 X6 və X4 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-215/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-215/2023
12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver