Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-215/2024 30.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X18 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs. Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi (mülki iddiaçı) Qanuni nümayəndə1, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs (mülki cavabdeh) yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsi Qanuni nümayəndə2 və müdafiəçisi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs (mülki cavabdeh) yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3, qanuni nümayəndəsi Qanuni nümayəndə3 və müdafiəçisi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 2006-cı ildə Dağıstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 02 fevral 2024-cü il tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxxxx 2006-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan, 05 fevral 2024-cü il tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxxxxxx 2008-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 154 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, 05 fevral 2024-cü il tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində tanışları Təqsirləndirilən şəxs2 və X11 ilə bir qrup şəxs halında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində yerləşən «Kapital Bank»ın yaxınlığında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeidlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxalq normalarına zidd olaraq kənar şəxslərin yanında ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqasının fövqündə qoymaqla Zərərçəkmiş şəxs ayağından qəsdən təpiklə vuraraq yerə yıxmış və sonuncuya qarnının küt travması ilə müşayiət olunan hemoturiya, bel nahiyəsinin, sol dirsək oynağının, sağ saidin depiqmentasiya sahələri - sıyrıq izləri ilə nəticələnən dərəcəsinə görə ümümilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində tanışları Təqsirləndirilən şəxs1 və X11 ilə bir qrup şəxs halında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində yerləşən «Poçtun» yaxınlığında, daha sonra isə ünvan 5 ünvanın yaxınlığında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeidlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqasının fövqündə qoymaqla Zərərçəkmiş şəxs ayağından qəsdən təpiklə vuraraq yerə yıxmış və sonuncuya qarnının küt travması ilə müşayiət olunan hemoturiya, bel nahiyəsinin, sol dirsək oynağının, sağ saidin depiqmentasiya sahələri - sıyrıq izləri ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində yerləşən «Poçtun» yaxınlığında, daha sonra isə ünvan 5 ünvanın yaxınlığında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeidlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqasının fövqündə qoymaqla Zərərçəkmiş şəxs ayağından qəsdən təpiklə vuraraq yerə yıxmış və sonuncuya qarnının küt travması ilə müşayiət olunan hemoturiya, bel nahiyəsinin, sol dirsək oynağının, sağ saidin depiqmentasiya sahələri - sıyrıq izləri ilə nəticələnən dərəcəsinə görə ümümilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 tərəfindən Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Qarabağ” stadionunda Qarabağ-Zirə futboluna baxmaq üçün o qardaşı Sultanla birlikdə 2-ci hissəyə getmişdir. Oyundan çıxdıqdan sonra Nicat, Abdullah, Rəsul, Elmir, Yusif və qardaşı Sultanla birlikdə evə gedirmişlər. Evə getdikləri zaman poçtun qarşısından keçmişlər, orada olan kafenin yanından ara küçəyə girmişlər. X17, Nicat isə Elmiri döyməyə başlamışdır. Daha sonra isə onlar aralaşmışlar, o, Yusif və Elmirin boyun hissəsindən tutub evə tərəf apararkən Kapital bankın yanında Yusif əlindən çıxaraq qaçmışdır. Kapital bankın qarşısından keçəndə o arxaya baxmış, Yusifin yerə yıxıldığını və ona güldüyünü görüb nə üçün güldüyünü soruşduqda Yusif ona söyüşlə cavab verib onun qarın nahiyəsindən geriyə itələmişdir. O həmin vaxt Yusifin ayağından badalaq vurmuş, lakin Yusifin çiyinlərindən tutduğu üçün yerə yıxılmamışdır. Artıq onlar yola davam edib evə gedərkən Yusif yenə də onun əlindən qaçmışdır. Həmin vaxt Abdullah Yusifin arxasınca qaçmış və orada tutaraq döyə-döyə onun yanına gətirmişdir. Daha sonra isə o, Yusiflə söhbət edərkən Yusifin anası gəlib onu evə aparmışdır. Bundan başqa o, qeyd etmişdir ki, Abdullah və Nicat Yusifi döyərək xəsarət yetirmişlər, o Yusifin ayağına badalaq vuraraq yıxmış, lakin yerə dəyməsin deyə çiynindən tutub saxlamışdır. Münaqişə zamanı nalayiq ifadələr işlənməsini xatırlamamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, həmin gün, uşaqlar onlarla birlikdə futbola getməyi təklif etmiş, o yorğun olduğundan getməmişdir. O, Rusiyada yaşayan anası ilə mübahisə etmiş, sonra qardaşı Sultanla futbolun İİ yarısına baxmağa getmişdir. Stadionda Abdullah, Nicat və digər uşaqları görmüşdür. Futbol bitəndə Abdullah yolun qısa olması üçün poçt tərəfdən getməyi təklif etmiş, onlar da poçt tərəfdən evə getmişlər. Poçt tərəfdə Abdullah Yusifi, Nicat Elmiri döyməyə başlamış, sonra ayrılmışlar. Bundan sonra o Elmir və Yusifin boyun hissəsindən tutmuşdur ki, evlərinə aparsın. Bazarın yaxınlığında maşın düzəltmə yeri tərəf – Kapital Bank tərəfdə Yusif onun əlindən qaçmış, Elmir yanında qalmışdır. Həmin vaxt o, qardaşı və Elmir ən qabaqda olmuşlar. Bir qədər getdikdən sonra Yusifin yerdə olduğunu, güldüyünü görmüşdür. O Yusifdən nə üçün güldüyünü soruşanda Yusif ona sərt cavab vermiş, o da əsəbi olduğundan Yusifin ayağına bir təpik vurmuş, ona bir badalaq atmış, Yusif tam yerə yıxılmamış, onu qaldırmış, sonra ona heç nə etməmişdir. Sonra yenə də Yusif və Elmiri boynundan tutub aparmışdır. 104 nömrəli avtobusun dayanacağında Elmir və Yusif ikisi də qaçmışdır. Abdullah Elmirin arxasından vurmuş, Elmir başı üstə yerə dəymiş, Abdullah evdəkilərə deməməsi barədə Elmiri təhdid etmişdir. Elmir artıq həmin vaxt ağlamırdı. Məhəlləyə girəndə Yusif evin arxa tərəfinə qaçmış, Abdullah Yusifin arxasınca qaçmış, Yusifi döyə-döyə gətirmiş, otluqda da döymüş, o onları ayırmış, məhəlləyə aparmışdır. Məhəllədə o, Yusif və Ərəstun söhbət edən zaman Ərəstunun anası gəldiyindən o getmiş, o da evə getmiş, Yusif də öz evi tərəfə getmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, əsəbi olduğundan sakitləşmək üçün futbola baxmağa getmişdir. Futbol bitəndə qardaşı Sultan və o qabaqda birlikdə getmişlər. O, poçtun yanında Abdullahdan Yusifi niyə döydüyünü soruşmuş, Abdullah da “Bazar Store” də uşaqların qaçdığını, bu barədə onlara şikayət edildiyindən döydüyünü bildirmişdir. Abdullah və Nicat Yusifi bərk döyəndə müdaxilə etmişdir, belə ki, Abdullah və Nicat Yusifi yerə yıxmış, təpikləmişlər. Həmin vaxt o qardaşı ilə ən arxada piyada yerimişlər və aralarında 5-10 metr məsafə olmuşdur. Yusifin üzərində qan izləri, bədənində sıyrıq, paltarında cırıq yox idi. Yusif ağrıyırdı amma ağlamırdı. Onun Yusif və Elmirin boynundan tutma səbəbi onların dalaşmaması, qaçmaması, maşınların çoxluğu və sürətli sürməsi, onları evlərinə aparması olmuşdur, belə ki, onlar bir məhəllədə yaşayırlar. Yusif ona söyüş söymüş, o da Yusifin sağ ayağına bir təpik vurmuş, Yusif ağlamamışdır. Qaranlıq olduğundan Abdullah və Nicatın Yusifin hansı nahiyəsinə vurması tam görünmürdü, bundan sonra Yusif ağlamışdır. O həmin yerə gedəndə özləri ayrılmışdılar. Onlar Yusifi vuranda heç nə demirdilər, söyüş söymürdülər. Bundan sonra Yusif yerə oturmuş, qarın tərəfini tutmuşdur. Elmirin başı yerə dəyəndən sonra Abdullah və Nicat onu qaldırmışdır. Abdullahın yaşadığı evlə onun evi arasında məsafə 20-30 metr olar. Abdullahla uşaq vaxtından birlikdə böyümüşlər, onunla münasibəti yaxşı olmuş, onunla aralarında dava olmamışdır. O, yorulduğundan futbola getmək istəməmişdir. Futbolda uşaqlara pul verməmiş, özü almışdır. Stadionda digər uşaqlarla aralarında 3 cərgə olmuşdur. Futboldan çıxanda qaranlıq olmuşdur. Poçt tərəfdən evə gedən yol qısa deyildi, əksinə daha uzun məsafə idi. O Nicatdan Elmiri niyə döydüyünü soruşmamışdır. Yusif onun qarnından itələmişdir. Şahidlər yalan ifadə verirlər. Abdullah və Nicat ona şər atdıqları və etdikləri hərəkəti boyunlarına almadıqları üçün o hal-hazırda onlarla danışmır. Nicat Yusifi vurub amma Abdullah qədər çox vurmayıb. Təqsirləndirilən şəxs1 son sözündə Yusifə bir təpik vurduğunu nəzərə alaraq məhkəmədən barəsində bəraət verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə2 və müdafiəçisinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Qarabağ” stadionunda Qarabağ-Zirə futboluna baxmaq üçün o, Nicat, Elmir və Rəsul ilə birlikdə stadiona saat 19:30 radələrində getmişlər. Bu məqsədlə də onlar məhəllədə aralarında pul yığmışlar və pulları ona vermişlər ki, həm bilet alsın, həm də stadionun yaxınlığında yerləşən «Bazar Store» marketdən şirniyat və su alsın ki, futbola baxanda yesinlər. Onlar «Bazar Store» marketə birlikdə daxil olmuşlar, orada Nicat və o bir ədəd su və bir ədəd suxarı alaraq aralarında bölüşmüşlər. Həmin vaxt Rəsul, Elmir, Zakir və Yusif birlikdə mağazanın içərisində qaçıb kassaya yaxınlaşmaq istədikdə orada olan mühafizəçi onlara yaxınlaşmış və qaçmaqlarını irad tutaraq, yıxılıb əziləcəklərini və valideynlərinin onların əziyyətini çəkəcəklərini bildirmişdir. Onlar kassaya yaxınlaşdıqda, onlardan mühafizəçinin nə dediyini soruşmuşdur. Onlar da mühafizəçinin dediklərini ona bildirdikdə, o da bildirmişdir ki, özlərini ağıllı aparsınlar. Bundan sonra onlar stadiona daxil olmuş, futbol saat 20 radələrində başlamış, 2-ci hissədə Qulam futbola baxmağa gəlmişdir. Onlar futbola baxdıqdan sonra stadiondan çıxmışlar, daha sonra isə Kapital bankın yaxınlığında Qulam Yusifi təpik və yumruqla vuraraq xəsarət yetirmişdir. Nə o, nə də ki, Nicat Yusifi döyməmişlər və hər hansı bir xəsarət yetirməmişlər. Münaqişə zamanı orada nalayiq ifadələr işlənməsini xatırlamır. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə2 və müdafiəçisinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisədən bir gün əvvəl o, Elmir, Rəsul, Nicat məhəllədə Qarabağ-Zirə klubları arasında oynanacaq futbol barədə danışmışlar. Sabahkı gün günorta vaxtı Yusif onun yanına gəlib onun da futbola gedəcəyini demişdir, belə ki, Yusif onların futbola gedəcəyini uşaqlardan eşitmişdir. Yusif nə qədər pul yığıldığını soruşmuş, o da 3 manat bilet pulu, 1 manat su və suxarı üçün pul verməli olduğunu demişdir. Vaxt çatanda o və Nicat Yusifi çağırmağa evlərinə getmiş, qapını döymüş, bacısı Yusifin evdə olmadığını demişdir. Futbola gedənə yaxın Yusifi görmüş, Yusif onlara 5 manat pul vermiş, 1 manatını Zakirə görə vermişdi. “Bazar Store” tərəfdə o bilet almışdır. “Bazar Store” marketdə o uşaqlara qoğal olub-olmamasına baxmağı demiş, uşaqlar onların yanına qayıdanda qaça-qaça gəlmişlər. Həmin vaxt mühafizə uşaqlardan böyüklərinin kim olduğunu soruşmuş, uşaqlar onu göstərmiş, mühafizə ona uşaqlara nəzarət etməsini, nəsə qırılsa evdəkilərin ödəyəcəyini demişdir. Mağazadan çıxan kimi o uşaqlara valideynləri ilə əlaqə saxlayacağını demişdir. Sonra futbola baxmağa getmişlər. İ yarı bitəndə Qulam və qardaşı Sultan gəlmişdir. Oyun bitdikdən sonra sakit şəkildə stadiondan çıxmışlar. Yolda o Nicatla qabaqda getmiş, futbol haqqında danışmışlar. Poçt tərəfdə dava olmamışdır. Kapital Bank tərəfdə Yusif dəcəllik etmiş, Qulamla aralarında dava olmuş, Yusifin yerdə olduğunu görmüş, onlar Yusifi qaldırmış, sonra hamı öz evinə getmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, o, Zakir, Nicat, Elmir, Rəsul, Yusif futbola baxmağa getmiş, Qulam və Sultan sonradan gəlmişdir. Yusif ilk olaraq futbola getmək istəməsi barədə Elmirə demiş və ona deməsini istəmişdir. Sonra isə Yusif ona yaxınlaşmış, nə qədər pul götürməli olduğunu soruşmuşdur. Pulları o yığmış, bütün uşaqlara hərədən 4 manat yığılacağını demişdir. Yusif dostuna görə 5 manat pul vermiş, o özü isə 6 manat götürmüşdür ki pul çatmasa üstünü tamamlasın. Bazarlığı Nicat və o etmişdir. Sonda pul çatmamış və o özü pulun qalan hissəsini tamamlamışdır. O və Nicat telefonda haqq-hesab etdiyindən uşaqlara demişdir ki, qoğal olub-olmadığına baxsınlar. Stadionda oturduqları yerdə 2-3 cərgə ara olmuşdur. Futboldan çıxanda Zakirin yaşadığı yer uzaqdır deyə Zakir onlarla yox, tək getmişdir və onlar 7 nəfər birlikdə evlərinə piyada yerimişlər. Yusif və Qulam onlardan arxada, Elmir və Rəsul birlikdə piyada yerimişlər. Kapital Bank tərəfdə səs gəldiyini eşitmişdir, belə ki, qışqırıq və söyüş səsləri gəlirdi. Qulam və Yusifin olduğu yerlə onların olduğu yer arasında təxminən 5 metr məsafə olmuşdur. Yusif qışqıra-qışqıra söyüş söymüşdür. Davadan sonra Qulam arxada gəlmişdir. Yolda olarkən Yusif dayısıgilə qaçmamışdır, hamısı birlikdə məhləyə girmişlər. Ümumiyyətlə, o, Yusifi vurmamışdır, Yusiflə və Qulamla onun arasında düşmənçilik yoxdur. Uşaq vaxtı Yusiflə onun arasında söz-söhbət olmuş, sonra münasibətlər lap yaxşı olmasa da, düzəlmişdir. Qulamla əvvəl münasibətləri normal olsa da, hal-hazırda bu hadisədən sonra danışmırlar, belə ki, o, polis bölməsində Yusifi Qulamın vurduğunu deyəndə Qulamın ona acığı tutmuşdur. Polis bölməsində şahidlər yəqin polisdən qorxub elə ifadə vermişlər. Təqsirləndirilən şəxs2 son sözündə Yusifi vurmadığını qeyd edərək bildirdi ki, əgər Yusifi dəfələrlə döyübsə Yusifin valideyni niyə onunla futbola getməyə icazə verirdi?! O, göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində bəraət verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə3 və müdafiəçisinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Qarabağ” stadionunda Qarabağ-Zirə futboluna baxmaq üçün o, Abdullah, Elmir və Rəsul ilə birlikdə stadiona saat 19:30 radələrində getmişlər. Bu məqsədlə də onlar məhəllədə aralarında pul yığmışlar, o, beş manat pulu Abdullaha vermişdir ki, həm bilet alsın, həm də stadionun yaxınlığında yerləşən «Bazar Store» marketdən şirniyat və su alsınlar ki, futbola baxanda yesinlər. Onlar «Bazar Store» marketə birlikdə daxil olmuşlar, orada o və Abdullah bir ədəd su və bir ədəd suxarı alaraq aralarında bölüşmüşlər. Həmin vaxt Rəsul, Elmir, Zakir və Yusif birlikdə mağazanın içində qaçıb kassaya yaxınlaşmaq istədikdə orada olan mühafizəçi onlara yaxınlaşmış və qaçmaqlarını irad tutaraq, yıxılıb əziləcəklərini və valideynlərinin onların əziyyətini çəkəcəklərini bildirmişdir. Onlar kassaya yaxınlaşdıqda Abdullah onlardan mühafizəçinin nə dediyini soruşduqda, onlar da mühafizəçinin dediklərini Abdullaha bildirdikdə, Abdullah stadiondan çıxandan sonra söhbət edəcəklərini bildirmişdir. Bundan sonra onlar stadiona daxil olmuşlar, futbol saat 20 radələrində başlamış, 2-ci hissədə Qulam futbola baxmağa gəlmişdir. Onlar futbola baxdıqdan sonra stadiondan çıxmışlar, daha sonra isə Kapital bankın yaxınlığında Qulam Yusifi təpik və yumruqla vuraraq xəsarət yetirmişdir. Nə o, nə də ki, Abdullah Yusifi döyməmişlər və hər hansı bir xəsarət yetirməmişlər. Münaqişə zamanı orada nalayiq ifadələr işlənməsini xatırlamır. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə3 və müdafiəçisinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisədən bir gün əvvəl o Abdullahla futbola getmək barədə danışmış, uşaqlar yanlarına gələrək onların da futbola baxmaq istəmələrini demişdir. Onlar da uşaqlara 3 manat bilet üçün, 1 manat su almaq üçün pul verməli olduqlarını demişdir. Sabahkı gün uşaqlarla futbola baxmağa getmək üçün yığışmışlar. Yusif də onların yanına gəlmiş, özünün də getmək istədiyini bildirmişdir. Yusifə özüylə pul götürməli olduğunu demiş, o da razılaşmışdır. Vaxt çatanda Yusifi yaşadığı evdən çağırmağa getmiş, bacısı evdə olmadığını demişdir. Yusif yolda onların qabağına çıxmış, pulu onlara vermişdir. Abdullah su və suxarı almaq üçüb “Bazar Store” marketə getmiş, o, uşaqların yanında qalmış, sonra Abdullah mağazadan çıxmış, sonra hamısı birlikdə marketə girmişlər. Onlar uşaqlardan qoğal olub-olmadığına baxmalarını demiş, uşaqlar gedəndə asta getmiş, onların yanına qayıdanda qaça-qaça gəlmişlər. Bu vaxt mühafizə uşaqlardan böyüklərinin kim olduğunu soruşmuş, uşaqlar onları göstərmişdir. Mühafizə onlara uşaqların qaçdığını, nəyinsə qırılacağını demişdir. Bundan sonra Abdullah uşaqları kənara çəkmiş, onların valideynlərinə bu barədə deyəcəyini bildirmişdir. Onlar futbola baxmağa getmiş, İİ yarıda Qulam gəlmişdir. Futbol bitdikdən sonra evə qayıdanda Yusif şitlik etmiş, onlar da Yusifi tutmuşlar ki maşın vurmasın. Kapital Bank tərəfdə Abdullah və o qabaqda getmişlər. Arxadan səs-küy gəldiyini, Yusifin söyüş söydüyünü eşitmiş, Yusifin Qulamı itələdiyini, Qulamın Yusifə təpik vurduğunu, yerə yıxdığını görmüş, onlar Yusif və Qulamı aralamış, sonra məhəllədə dağılışmışlar. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Yusiflə eyni məhəllədə yaşayırlar. Hadisə baş verən günə kimi Yusiflə münasaibətləri yaxşı olmuşdur, hadisədən sonra isə danışmırlar. Onlar futbola gedərkən Yusifin anasını yolda görmüş, o, Yusifə baxmağı onlara tapşırmışdır. Abdullah Yusifi vurmamışdır. O, Abdullahı 11-12 ildir ki tanıyır. Abdullahla Yusifin ailəsi arasında təxminən 4-5 il əvvəl mübahisə olmuşdur, belə ki, Yusifin üzü cırılmış və evdə bunu Abdullahın etdiyini demişdir. Amma həmin vaxt Abdullahın ayağı gipsdə olduğundan yeriyə bilmirdi. Bundan sonra Yusifin anası Abdullahın evinə getmiş, Yusifi niyə vurduğunu soruşmuşdur. Yusiflə Qulamın ailəsi arasında onun bildiyinə görə mübahisə olmayıb. Abdullahla Qulamın qardaşı Sultan arasında 2-3 il əvvəl mübahisə olmuşdur, belə ki, Sultan nəsə edəndə Abdullahın ayağı kəsilmişdi. Təqsirləndirilən şəxs3 son sözündə Yusifi vurmadığını nəzərə alaraq məhkəmədən barəsində bəraət verilməsini xahiş etmişdir. İbtidai stintaq zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Qarabağ” stadionunda Qarabağ-Zirə futboluna baxmaq üçün o, dostları Abdullah, Nicat, Elmir və Rəsul ilə birlikdə stadiona saat 19:30 radələrində getmişlər. Bu məqsədlə də onlar məhəllədə aralarında pul yığmışlar, o, 5 manat pulu Abdullaha vermişdir ki, həm onlara bilet alsın, həm də stadionun yaxınlığında yerləşən «Bazar Store» marketdən şirniyat və su alsınlar ki, futbola baxanda yesinlər. Onlar «Bazar Store» marketə birlikdə daxil olmuşlar, orada Abdullah və Nicat onlara bir ədəd su və bir ədəd suxarı almışlar. O, Rəsul, Elmir və Zakir ilə birlikdə mağazanın içində qaçıb kassaya yaxınlaşmaq istədikdə orada olan mühafizəçi onlara yaxınlaşmış və qaçmaqlarını irad tutaraq, yıxılıb əziləcəklərini və valideyinlərinin onların əziyətini çəkəcəyini bildirmişdir. Onlar kassaya yaxınlaşdıqda Abdullah onlardan mühafizəçinin nə dediyini soruşmuş, onlar da mühafizəçinin dediklərini Abdullaha bildirdikdə, Abdullah bildirmişdir ki, stadiondan çıxandan sonra görün sizi nə edəcəyik. Bundan sonra onlar stadiona daxil olmuş, futbol saat 20 radələrində başlamış və 2-ci hissədə Qulam futbola baxmağa gəlmiş və onlar futbola baxdıqdan sonra stadiondan çıxdıqda yaxınlıqda yerləşən Poçtun yanında Abdullah və Nicat onu vuraraq yerə yıxmışlar, yerdə təpik və yumruqla onun qarın və böyrəklərinə zərbələr endirmişlər. Həmin vaxt Elmir və Rəsul onun döyüldüyünü görüb oradan qaçmışlar. Daha sonra isə Rəsulu tutmuşlar, Qulam onun və Rəsulun boynundan tutub sıxaraq Kapital bankın yaxınlığına aparmışdır. Orada Qulam onun sağ dizinə təpik vuraraq yerə yıxmış, həmin vaxt Rəsul qaçaraq onlardan uzaqlaşmışdır. Daha sonra isə Elmir onlara yaxınlaşmış və bundan sonra Abdullah və Nicat onu, Elmiri və Rəsulu yol boyunca döyərək məhləyə gətirmişlər. O, bədənində ağrılar olduğu üçün məhlədə evlərindən təxminən 50 metr aralı məsafədə qaz borusunun üzərində oturmuşdur ki, ağrıları çəkilsin və evə getsin. Həmin vaxt Elmir də onun yanında olmuşdur. Artıq saat 01 radələri olarmış ki, anası onun ardınca gəlmiş, Elmir onun anasını görüb çıxıb getmişdir. O döyülərək xəsarət almağı barədə anasına bir söz deməsə də, anası onun paltarının tozlu olmasını və bədəni üzərində sıyrıqları və əzilmələri gördükdən sonra ondan nə baş verməsi barədə soruşduqda o məcbur olub baş verənləri anasına danışmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 23:45 radələrində Nicat, Abdullah və Qulam onu, Elmiri və Rəsulu Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yerləşən Poçtun yaxınlığında, Kapital bankın yaxınlığında və yol boyu döyərək xəsarət yetirmişlər. Baş vermiş münaqişə zamanı Abdullah və Nicat onları döyərək nalayiq söyüşlərlə söymüşlər. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində və verilən suallara cavab olaraq göstərmişdir ki, Abdullah və Nicat onu qapıdan Qarabağ-Zirə klubları arasında saat 19:00da oynanacaq futbola baxmaq üçün çağırmış, həmin vaxt o evdə olmamış, sinifyoldaşı Zakir ilə məhəllədə futbolun başlayacağı vaxtın çatması üçün gəzmişlər. Məhəllədə Abdullah və Nicatı görmüş, onlar vaxta az qaldığını, hazırlaşmalarını demişdir. O əvvəldən Abdullah, Nicat, Rəsul və Elmiri tanımışdır, münasibətləri yaxşı olmuş, məhəllədə birlikdə oyunlar oynamışlar. Abdullah və Nicat stadiona girməyə 1-2 saat qalmış “Bazar Store” tərəfdə onu, Rəsul, Zakir və Elmiri gözlətmiş, özləri “Bazar Store”ə giriş tərəfinə getmişlər. Stadion yaxın olduğundan oraya piyada getmişlər. Abdullah və Nicat ondan 4-5 yaş böyükdür. Abdullah və Nicat su və yemək almaq üçün kobud şəkildə ondan 5 manat, digər uşaqların bəzisindən 3 manat, bəzisindən 7 manat pul almış, nalayiq ifadələr işlətməmişlər. Abdullah və Nicat “Bazar Store”dən su və suxarı alıb onlara vermiş, sonra yenidən hamısı birlikdə “Bazar Store”ə girmişlər. Abdullah və Nicat o, Rəsul, Elmir və Zakiri qoğal olub-olmamasına baxmaq üçün göndərmiş, qoğal olmamış, onlar Abdullah və Nicat getdiklərindən onlara çatmaq üçün yanlarına qaça-qaça gəlmişlər. Həmin vaxt mühafizə onlara yanına gəlməyini demiş, onlar eşitməmiş, mühafizə Elmirə niyə qaçdıqlarını, ata-analarının evdə onları gözlədiyini demişdir. Mühafizə Abdullah və Nicata uşaqların qaçmamalı olduqlarını demiş, Abdullah və Nicat isə mağazadan çıxdıqdan sonra onlara “siz görərsiz, sizi çöldə vuracağıq” demişlər. Futbol başlamış, Abdullah və Nicat aşağı, onlar yuxarı oturacaqlarda ayrı-ayrı oturmuş, fasilədə stadionda uşaqlar onu zarafatla vurub qaçaraq oynamışlar. Həmin vaxt Abdullah və Nicatı görməmiş, onlar harasa getmişlər. Futbola baxanda Abdullah və Nicat onunla kobud danışmamışdır. Qulam 2-ci yarıda gəlmişdir və Qulam tək oturmuşdur. Zakir onlardan əvvəl çıxıb getmişdir. Futboldan çıxanda Abdullah və Nicat Qulama nəsə demiş, Qulam əsəbləşib heç nə demədən onun və Elmirin boynundan tutub bankın yanına qədər gətirmiş, niyə qaçdıqlarını soruşmuşdur. Həmin vaxt o qaçmaq istədiyi üçün Qulamı itələmiş, Qulam onun ayağından bir təpik vurmuş, tam yıxmamış, onun əlindən tutmuşdur. Sonra Abdullah və Nicat onu vurmağa başlamışdır. Həmin vaxt bank tərəfdə heç kim olmamış, qaranlıq olmuşdur. Həmin vaxt digər uşaqlar qaçıb uzaqlaşmışdır. Abdullah və Nicat Elmiri yıxmış, Elmirin başı turbaya dəymiş, Elmir ağlamışdır. Qulam onları vurmamış, kənarda durub baxmışdır. Abdullah Rəsul və onun arxasından qaçmış, Rəsul yolu keçərkən az qala maşın onu vururdu, buna görə də o maşının vurmasından qorxmuş, Abdullah onu tutmuşdur. Dəmiryolu tərəfdə daşlıqda Abdullah və Nicat onu yıxmış, bədənindən, belindən 5-6 dəqiqə vurmuş, sonradan o özü oradan çıxa bilmişdir. O, Rəsulun yanına getmiş, yıxılmış, böyrəyinin ağrıdığını demişdir. Rəsulun anası onları görmüşdür. Abdullah və Nicat Elmiri döyə-döyə aparmışlar. Uşaqlar onun döyülməyini görmüş, Qulam o döyülən vaxt müdaxilə etməmişdir. Ümumiyyətlə, Qulamla uşaq vatından münasibətləri yaxşı olmuşdur. Abdullah və Nicat onları marketdə olan hadisəyə görə döymüşlər. Əvvəllər onunla Abdullah arasında söz-söhbət olmuş, digər uşaqlarla olmamışdır. O təqsirləndirilən şəxslərlə barışmamışdır. Bu hadisədən sonra müalicə almış, böyrəyinə qan yığıldığından əməliyyat olmuş, 6000 manat xərcləri çıxmışdır. O, 6 aydan bir müayinə olunmalıdır. Bu hadisədən sonra Qulamın bibisi Rəqsanədən başqa heç kim onların evinə gəlib maraqlanmamışdır. Məhkəmə iclasında şahid qismində yetkinlik yaşına çatmayan Şahid1 qanuni nümayəndəsi Qanuni nümayəndə5 iştirakı ilə dindirilmişdir. O, ifadəsində göstərmişdir ki, uşaqlarla hadisədən bir gün əvvəl futbol barədə danışmışdır. Həmin gün birlikdə pul yığıb futbola baxmağa getmişlər. Abdullah həmin yığılan pullarla onlara bilet alıb verdikdən sonra “Bazar Store” marketə getmişdir. Həmin vaxt Nicat onların yanında qalmışdır. Sonra onlar marketə qaçmış, Abdullah marketdə onlara “gedin baxın qoğal var” demiş, onlar da gedib baxmış, sonra oradan qaça-qaça gəlmişlər. Həmin vaxt mühafizə onlardan “sizin böyüyünüz hanı” deyə soruşmuş, onlar Abdullah və Nicatı göstərmişdir. Mühafizə onlara “nəsə qırılsa siz ödəyəcəksiz, bahalı əşyalardır” demişdir. Bundan sonra Abdullah onların valideynlərinə bu barədə deyəcəyini bildirmişdir. Onlar futbola baxmağa getmiş, Qulam futbolun 2-ci yarısında gəlmiş, onlar Qulamla görüşmüşlər. Oyun bitəndə onlar stadiondan çıxmış, Kapital Bank tərəfdən evə getmək üçün piyada yerimişlər. Abdullah və Nicat daha qabaqda, o və Elmir onlardan biraz arxada, Yusif və Qulam isə onlardan arxada piyada yerimişlər. Arxadan səs gəldiyini, Qulamla Yusifin qışqırdığını eşitmişlər. Yusif Qulamı itələmiş, Qulam isə Yusifin ayağından bir təpik vurmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən gün onlar məhlədə futbol oynamışlar və Yusif də yanlarında olmuşdur. Abdullah və Nicat yaşadıqların evin qapısının yanında oturmuşlar. Onların futbol oynadığı yerdən Abdullah və Nicatın olduğu yerə kimi biraz məsafə olsa da, onları görmüşlər. Futbol bitəndə futbola baxmağa getməyi qərarlaşdırmışlar. O, Elmir, Nicat, Abdullah və Yusif futbola baxmaq üçün onların məhləsində toplanmışlar. Yusifin üstündə pul yox idi deyə evə gedib beş manat götürüb gəlmişdir. Futbol bitəndə evə getmək üçün başqa tərəfdən yol olsa da, Abdullah onlara “yoldan getməyək, sizi maşın vurar, Kapital Bank tərəfdən gedək” demişdir. Yusif onlarla birlikdə getmiş, tək gedəcəyini deməmişdir. Kapital Bank tərəfdə Yusif Qulama gülmüş, Qulam əsəbləşmiş, Yusif söyüş söymüş və Qulamı qarnından itələmiş, Qulam onun ayağından bir təpik vurmuşdur. O başqa heçnə görməmişdir. Bundan sonra Abdullah və Nicat gəlmiş, onları aralamış və sonra evə getmişlər. Elmiri heç kim vurmayıb. X19 aralamağa kömək etmişdir. O, Abdullahın Yusifi vurmasını görməmişdir. O, evə çatana qədər onlarla birlikdə olmuşdur. Abdullahın və Qulamın valideynlərinin arasında mübahisə olması barədə məlumatı yoxdur. O, Səttar Bəhlulzadə küçəsi, döngə 17 ünvanında yaşayandan bəri Abdullahı tanımışdır. Məhkəmə iclasında şahid qismində yetkinlik yaşına çatmayan Şahid2 qanuni nümayəndəsi Qanuni nümayəndə4 iştirakı ilə dindirilmişdir. O, ifadəsində göstərmişdir ki, Abdullah uşaqlarla futbola baxmağa getmək barədə söhbət edəndə o da onlarla getməsini təklif etmiş, Abdullah da 3 manat bilet pulu, 1 manat suxarı və su almaq üçün pul verməli olduqlarını demiş, onlar da pul vermişlər. Onlar “Bazar Store” marketə girmiş, Abullah onlara “gedin baxın qoğal var” demiş, onlar getmiş, qayıdanda qaça-qaça qayıtmışlar. Mühafizə onlardan “böyüyünüz kimdir” deyə soruşmuş, onlar Abdullah və Nicatı göstərmiş, mühafizə Abdullah və Nicata uşaqlara nəzarət etməli olduqlarını, uşaqların şüşələri qıra biləcəyini demişdir. Abdullah onlara valideynlərinə şikayət edəcəyini demişdir. Sonra onlar futbola baxmağa getmiş, 2-ci yarıda Qulamgil gəlmişdir. Onlar Qulamla görüşmüşlər. Futbol bitdikdən sonra stadiondan çölə çıxmış, futbol barədə danışmağa başlamışlar. Yusif dəcəllik etməyə başlamışdır. Abdullah və Nicat qabaqda, o və Rəsul arxada, Qulam və Yusif hamıdan arxada piyada yermişlər. Yusif Qulama gülmüş, Qulam Yusifdən “nə gülürsən” deyə soruşmuş, Yusif Qulamı itələmiş, Qulam Yusifin ayaqlarının arasından vurmuş, ayağından bir təpik vurmuş, Yusif yerə yıxılmışdır. Onlar Qulam və Yusifi aralamışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, Yusifi 2-3 ildir ki tanıyır. O Yusiflə bir sinifdə oxuyur, münasibətləri normaldır. Məhəllədə onlar söhbət edəndə Abdullah onlara demişdir ki, Yusif Abdullaha futbola baxmağa gedəndə onu da çağırmasını demiş, özü evə yemək yeməyə getmişdir. Onlar Yusifi çağırmağa getmiş, Yusif yemək yeyib gələcəyini demişdir. Polis bölməsində həyəcanlı olduğundan səhv ifadə vermişdir. Məhkəmə iclası keçirilməmişdən 1-2 gün əvvəl o məktəbdən gələrkən Yusifin anası ona yaxınlaşmış, əgər düzünü deməsə səsi göstərəcəyini, özünün, ata və anasının tutulacağını demişdir. O, doğulandan S.Bəhlulzadə küçəsi, döngə 17 ünvanında yaşayır. Abdullahı tanıyır, onunla tez-tez görüşürlər. Onun Abdullah və Yusifin, Abdullah və Qulamın, Abdullah və Qulamın qardaşının mübahisə etməsi barədə məlumatı yoxdur. Hadisə baş verən gün Abdullah Yusifi vurmayıb. Qulamla davadan sonra Yusif biraz ağlamışdır. Yusifin valideyni nə həmin gün, nə də sonrakı gün onlara gəlməmiş, hadisə barədə soruşmamışdır. Həmin gün o, davadan sonra Yusifin qaranlıq yerdə oturduğunu görmüş, Yusif ona qarnının ağrıdığını demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 01); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X14 xx.xx.2023-cü il tarixli, 814 nömrəli ekspert rəyindən görünür ki, 2011-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: qarının küt travması ilə müşayiət olunan hemoturiya, bel nahiyəsinin, sol dirsək oynağının, sağ saidin depiqmentasiya sahələri - sıyrıq izləri. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlağın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xarakterinə görə demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Tibbi sənəddə qeyd edilən «Kəskin qlomerulonefrit, nefrotik sindromla» diaqnozu xroniki xəstəlik olub xəsarətlə səbəbli əlaqəsi yoxdur (i.v. 14-16); qanuni nümayəndənin təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə1 Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin edilmişdir (i.v. 23); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 25); cinayət təqibi üzrə icraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin təqibi üzrə icraat dayandırılmışdır (i.v. 33); könüllü gəlmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 könüllü olaraq istintaq orqanına gəlmişlər (i.v. 35); cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir (i.v. 36); qanuni nümayəndənin təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X2 Qulam Hafis oğlunun qanuni nümayəndəsi təyin edilmişdir (i.v. 40); qanuni nümayəndənin təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə2 Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi təyin edilmişdir (i.v. 47); qanuni nümayəndənin təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə3 Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi təyin edilmişdir (i.v. 55); qanuni nümayəndənin təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə4 Şahid2 qanuni nümayəndəsi təyin edilmişdir (i.v. 64); qanuni nümayəndənin təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə5 Şahid1 qanuni nümayəndəsi təyin edilmişdir (i.v. 71); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X14 xx.xx.2023-cü il tarixli, 23/814 nömrəli ekspert rəyindən görünür ki, 2011-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: qarının küt travması ilə müşayiət olunan hemoturiya, bel nahiyəsinin, sol dirsək oynağının, sağ saidin depiqmentasiya sahələri - sıyrıq izləri. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, alınma müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixdə uyğun gəlir və dərəcəsinə görə hemoturiya ilə müşayiət olunan qarının küt travması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir; digər xəsarətlər hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlağa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xarakterinə görə demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Tibbi sənəddə qeyd edilən «Kəskin qlomerulonefrit, nefrotik sindromla» diaqnozu xroniki xəstəlik olub xəsarətlə səbəbli əlaqəsi yoxdur (i.v. 78-81); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzünə qarşı deməklə xx.xx.2023cü il tarixdə onlar tərəfindən döyülərək xəsarət aldığını bir daha təsdiq etmişdir (i.v. 82-93); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzünə qarşı deməklə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs onların tərəfindən döyülərək xəsarət aldığını bir daha təsdiq etmişdir (i.v. 94-101); xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid2 ifadəsində göstərdiklərini, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzünə qarşı deməklə xx.xx.2023cü il tarixdə onların Zərərçəkmiş şəxs döyərək xəsarət yetirdiklərini bir daha təsdiq etmişdir (i.v. 102-105; 118-125); xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid1 ifadəsində göstərdiklərini, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzünə qarşı deməklə xx.xx.2023cü il tarixdə onların Zərərçəkmiş şəxs döyüərək xəsarət yetirdiklərini bir daha təsdiq etmişdir (i.v. 106-117); ifadənin hadisə yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi hadisə yerində yoxlanılmaqla bu barədə fotocədvəl tərtib edilərək protokola əlavə edilmişdir (i.v. 126-130); ifadənin hadisə yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi hadisə yerində yoxlanılmaqla bu barədə fotocədvəl tərtib edilərək protokola əlavə edilmişdir (i.v. 131-135); ifadənin hadisə yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi hadisə yerində yoxlanılmaqla bu barədə fotocədvəl tərtib edilərək protokola əlavə edilmişdir (i.v. 136-137); ifadənin hadisə yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsi hadisə yerində yoxlanılmaqla bu barədə fotocədvəl tərtib edilərək protokola əlavə edilmişdir (i.v. 138-139); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu barədə məlumat yoxdur (i.v. 140); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (i.v. 141); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (i.v. 142); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və onlara həmin maddə ilə ittiham elan olunması, barələrində yetkinlik yaşına çatmayanı qanuni nümayəndənin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 126, 120, 221.2.2, 186.1 və 315.1-ci maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, cinayət nəticəsində Zərərçəkmiş şəxs fiziki və mənəvi zərər yetirildiyi təsdiq edildiyindən onun iş üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərarın öz qüvvəsində saxlanılması, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 adı Abdullahdır. Ona görə də Abdullahın adı Abdulla kimi deyil, Abdullah kimi oxunması və bundan sonrakı səndlərdə Abdullah kimi yazılması, cinayət işi üzrə təqsirləndirilən şəxslərin ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ifadələrin yerində yoxlanması protokolları, üzləşdirmə protokolları və məhkəmətibbi ekspertizasının rəyləri işin faktiki hallarına uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 143-150); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 159-160); yetkinlik yaşına çatmayanı qanuni nümayəndənin nəzarəti altına vermə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı qanuni nümayəndənin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 174-175); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 185- 186); yetkinlik yaşına çatmayanı qanuni nümayəndənin nəzarəti altına vermə barədə xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı qanuni nümayəndənin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 200- 201); vəsatətə baxılması və rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində ittihamın mahiyyəti üzrə dindirilərkən ifadəsində Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmədiyini bildirməsi onun vəsatəti kimi qiymətləndirilmiş və cəzadan yayınmasına nail olmağa çalışması ilə əlaqələndirilərək əsassız olduğundan rədd edilmişdir (i.v. 204-206); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 216- 217); yetkinlik yaşına çatmayanı qanuni nümayəndənin nəzarəti altına vermə barədə xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “yetkinlik yaşına çatmayanı qanuni nümayəndənin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 231- 232); vəsatətə baxılması və rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində ittihamın mahiyyəti üzrə dindirilərkən ifadəsində Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmədiyini bildirməsi onun vəsatəti kimi qiymətləndirilmiş və cəzadan yayınmasına nail olmağa çalışması ilə əlaqələndirilərək əsassız olduğundan rədd edilmişdir (i.v. 235-237); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-215/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və bununla əlaqədar cinayət işi üzrə Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsinin iştirakına xitam verilmişdir; Məhkəməni sorğusuna əsasən Bakı şəhəri üzrə Təhsil İdarəsi Albert Aqarunov adına 154 nömrəli tam orta məktəbin direktoru və sinif rəhbəri tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 2023-cü ildən məktəbin X sinfinə qəbul olunmuşdur. Zəngin daxili aləmi olan, özünü dərk edən, məsuliyyətli şagirddir. Sakit təbiətlidir, fəal və zirəkdir. Belə ki, sinif rəhbəri olaraq Nicatın heç bir müəllim ilə münaqişəsini görməmişdir. Dərs müddətində müəllimlərinə qarşı hər zaman hörmətlə yanaşmış, sinif yoldaşlarına qarşı səhv hərəkəti olmamışdır. Təqsirləndirilən şəxs3 şəxsi davranışı, tərbiyəsi ilə yaşıdlarına nümunədir. Söz ehtiyatı çox deyil; Məhkəməni sorğusuna əsasən Bakı şəhəri üzrə Təhsil İdarəsi Albert Aqarunov adına 154 nömrəli tam orta məktəbin direktoru və sinif rəhbəri tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 2014-cü ildən məktəbin İİ sinfinə qəbul olunmuşdur. Burada oxuduğu müddətdə özünü intizamlı, dərsə davamiyyəti müntəzəm olmaqla yanaşı yoldaşları ilə də ünsiyyətə girməyi bacaran şagird kimi tanınmışdır. Həmişə valideyn tərəfindən nəzarətdə olmuşdur. Məktəbin ictimai işlərində aktivlik göstərmişdir. Təqsirləndirilən şəxs2 şəxsi davranışı, tərbiyəsi ilə yaşıdlarına nümunədir. Müəllim və müdiriyyət tərəfindən ona xüsusi müsbət münasibət var; Məhkəməni sorğusuna əsasən Bakı şəhəri üzrə Təhsil İdarəsi 87 nömrəli tam orta məktəbin direktoru tərəfindən verilən xx.xx.2024-cü il tarixli məlumat məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 1-ci sinifdən 87 saylı məktəbdə oxuyur. Aşağı siniflərdən özünü məsuliyyətli, bacarıqlı, dərslərdə diqqətli, mehriban, tərbiyəli və xeyirxah bir şagird kimi göstərmişdir. Lakin 9-cu sinifdən Təqsirləndirilən şəxs1 dərslərə davamiyyəti, marağı və nailiyyətləri zəifləmişdir. Təqsirləndirilən şəxs1 problemli ailədəndir. Valideyn nəzarəti yoxdur. Anası Rusiya Federasiyasında yaşayır, atası onun həyatında və tərbiyəsində iştirak etmir, münasibətləri pisdir. Təqsirləndirilən şəxs1 bibisi himayəlik edir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair verilən məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 üçüncü dərəcə əlildir, gözdən əlildir, təyinatın tarixi xx.xx.2023-cü il tarixidir; iş materiallarına Zərərçəkmiş şəxs xəstəxanada müayinə olmasına dair 01 ədəd fotoşəkil əlavə edilmişdir; iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 4000 (dörd min) manat, Təqsirləndirilən şəxs2 4000 (dörd min) manat və Təqsirləndirilən şəxs3 4000 (dörd min) manat olmaqla, ümumilikdə 12000 (on iki min) manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin fikirlərini dinləyərək yerində müşavirə etdikdən sonra mülki iddianı icraata qəbul etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə nəzərə alır ki, hadisə ictimai yerdə - poçtun və bankın yanında, həmçinin yol boyu baş vermiş, ətraf yaşayış binaları olmuş, kiminsə evində yatdığı və ya küçədə istirahət etdiyi saatlarda ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vurulmuş və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydaları qərəzli surətdə pozulmuş, orada yaşayan insanların dincliyi pozulmuş, təqsirkarlar ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafeylərinə toxunan hərəkətlər edilmişdir. Məhkəmə qeyd edir ki, ictimai yerdə digər təqsirkarla birləşib qəsdən zorakılıqla və nalayiq söyüşlərlə müşayiət edilən cinayət əməlini törətmə ictimai qaydaların aşkar və qərəzli olaraq pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər kimi çıxış edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur; 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər; 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır; 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 428.2-ci maddəsinə əsasən cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür; 435.4.1-ci maddəsinə əsasən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfü axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, yetkinlik yaşına çatmayanlara münasibətdə cəza məsələsini həll edərkən hesab edir ki, ilk növbədə uşaq hüquqlarının müdafiəsi sahəsində milli qanunvericiliklə yanaşı, həm də Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq hüquq normaları nəzərdən keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının qoşulduğu BMT Baş Məclisinin 29 noyabr 1985-ci il tarixdə qəbul etdiyi “Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar minimum standart qaydalar”a görə yetkinlik yaşına çatmayanın təqsirləndirildiyi cinayət işləri üzrə məhkəmə qərar qəbul edərkən və zəruri təsir tədbirləri seçərkən həmin tədbirlərin təkcə işin hallarına və hüquq pozuntusunun ağırlığına uyğunluğu prinsipini deyil, həm də belə tədbirin yetkinlik yaşına çatmayanın vəziyyətinə və marağına uyğunluğu prinsipini rəhbər tutmalıdır. Azərbaycan Respublikasının qoşulduğu BMT Baş Məclisi tərəfindən 20 noyabr 1989-cu il tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 37-ci bəndinə əsasən heç bir uşaq qanunsuz və ya özbaşına azadlıqdan məhrum edilməsin. Uşağın həbsə alınması, tutulması və ya həbsxanaya salınması qanuna uyğun həyata keçirilir və yalnız son tədbir kimi və mümkün qədər daha qısa olan müvafiq müddət ərzində tətbiq edilir. Həmin Konvensiyanın 40.3-cü bəndinə əsasən iştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara bilavasitə aidiyyəti olan qanunlar, proseduralar, orqanlar və müəssisələr yaratmalı, o cümlədən zəruri və arzu olunan hallarda, belə uşaqlara insan hüquqlarını və hüquqi təminatları tam gözləmək şərti ilə, məhkəmə tədqiqatından istifadə etmədən rəftar edilməsi üçün tədbirlər görülməsini təmin etməlidirlər. Konvensiyanın müddəlarından göründüyü kimi cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara cəzanın son tədbir kimi tətbiq edilməsi, zəruri və arzu olunan hallarda məhkəmə araşdırmasından kənar təsir tədbirlərinin tətbiqi iştirakçı dövlətlərdən tələb edilmişdir. Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik normaları da öz növbəsində yetkinlik yaşına çatmayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə xüsusi həssaslıqla yanaşılmasını tələb edir, Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qanunla qorunan hüquqlarına dövlət tərəfindən tam təminat verilir və bu sahədə dövlət nəzarəti mexanizmi mövcuddur. O cümlədən qüvvədə olan cinayət qanunvericiliyinə görə ümumi normalarla yanaşı yetkinlik yaşına çatmayanlara münasibətdə cəza təyin edilərkən həmin şəxslərin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri nəzərə alınır. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, gənc olmasını, onun yetkinlik yaşına çatmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmuş, buna görə də, ona cəza təyin edilərkən qanunvericiliyin yetkinlik yaşına çatmayanlara münasibətdə normaları rəhbər tutulmalıdır. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxsin işləmədiyini və islah işləri cəzasının icrasının mümkün olmadığını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, üçüncü dərəcə əlil olduğunu, yetkinlik yaşına çatmadığını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxsin işləmədiyini və islah işləri cəzasının icrasının mümkün olmadığını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməli, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, yetkinlik yaşına çatmadığını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxsin işləmədiyini və islah işləri cəzasının icrasının mümkün olmadığını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməli, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin mülki iddiası məhkəməyə təqdim edilmişdir. Mülki iddiada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 4000 (dörd min) manat, Təqsirləndirilən şəxs2 4000 (dörd min) manat və Təqsirləndirilən şəxs3 4000 (dörd min) manat olmaqla, ümumilikdə 12000 (on iki min) manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq mülki iddiaçıya ödənilməsi xahiş edilmişdir. Məhkəmə tərəflərin fikirlərini dinləyərək, yerində müşavirə etdikdən sonra mülki iddianı icraata qəbul etmişdir. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, mülki iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir; 181-ci maddəsinə əsasən, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıda göstərilənləri edə bilər: 181.2.1-ci maddəsi - itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, habelə mümkün olan hallarda əmlakın natura şəklində ödənilməsini; 181.2.2-ci maddəsi itirilmiş əmlakın satın alınmasına, həmçinin zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3-cü maddəsi - itirilmiş gəlirin ödənilməsini; 181.2.4-cü maddəsi - mənəvi ziyanın ödənilməsini; 181.3.1-ci maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə dair xərclər şəklində özünü göstərir; 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər; 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir; 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hisssində mülki iddianın həlli göstərilməlidir; 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1104.1. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 67-ci bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci bəndində göstərilmişdir ki, Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Mülki iddiaya əlavə edilmiş X12 tərəfindən verilən xx.xx.2024-cü il tarixli fakturadan görünür ki, Zərərçəkmiş şəxs müalicəsi üçün 279,92 manat; Güven Klinik tərəfindən verilən xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs müalicəsi üçün 650 manat; Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi üçün 35 manat; Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən verilən xx.xx.2023-cü il tarixli çekin surətindən görünür ki, 141,92 manat ödənilmişdir; "xxxx" MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli çekin surətindən görünür ki, müxlətif tərkibli dərmanlar üçün 21,77 manat ödənilmişdir; "xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli çekin surətindən görünür ki, müxlətif tərkibli dərmanlar üçün 71,16 manat ödənilmişdir; Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən verilən xx.xx.2023-cü il tarixli çekin surətindən görünür ki, müayinə üçün 138 manat ödənilmişdir; "xxxx" MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli çekin surətindən görünür ki, dərman vasitələri üçün 118 manat və 47 manat ödənilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarının 71-ci bəndində göstərilmişdir ki, məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Müəyyən olunmuşdur ki, mülki iddiaçı Qanuni nümayəndə1 övladının döyülməsi, sağlamlığının pozulması onda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Beləliklə, iddiaçı mənəvi sarsıntılar keçirmiş, bunlar mülki cavabdehlərin qanunsuz hərəkəti nəticəsində baş vermiş, qanunsuz hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqə olmuş və zərərvuran şəxslərin təqsiri hazırkı hökmlə müəyyən edilmişdir. Beləliklə, məhkəmə AR CPM-nin və MPM-nin tələblərini nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (mülki iddiaçı) Qanuni nümayəndə1 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxslər (mülki cavabdehler) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət nəticəsində vurulmuş maddi zərər görə 1500 (min beş) manat və mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (mülki iddiaçı) Qanuni nümayəndə1 ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi1, Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü X4 və Müdafiəçi3, Təqsirləndirilən şəxs3 hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi2 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CMnin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CMnin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs3 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada müştərək qaydada maddi zərər görə 1500 (min beş yüz) manat və mənəvi zərərə görə 3000 (üç min) manat, cəmi 4500 (dörd min beş yüz) məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı Qanuni nümayəndə1 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərci və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə sərf etdiyi 30 (otuz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 180 (yüz səksən) manat; vəkil X1 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altımış) manat; vəkil Müdafiəçi3 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə sərf etdiyi 25 (iyirmi beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 150 (yüz əlli) manat; vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsinə sərf etdiyi 30 (otuz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 180 (yüz səksən) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-215/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-215/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver