Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-215/2025 28.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Naxçıvan MR, Şərur rayonu, Yengicə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yengicə kəndİ ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə tanışı X2 etibarından sui-istifadə edərək ona məxsus «Vaz-2107» minik markalı ** UG *** dövlət qeydiyyat nişanlı minik avtomobilini əlverişli qiymətə satıb onun üçün qazanc təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq həmin avtomobilə dair Emin Əzizlidən sərəncam vermək hüququna dair xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş müvafiq etibarnamə əldə etdikdən sonra xx.xx.2024-cü il tarixdə qeyd olunan avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, maşın bazarı adlanan ərazidə 4000 manat müqabilində Süleyman adlı şəxsə sataraq həmin vəsaiti ələ keçirib zərərçəkmiş şəxs Emin Əzizliyə 4000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Elmini təqribən 5-6 aydır ki tanıyır. Həmin şəxs maşın alverçisidir. Onunla iş birlikləri olmuşdur. Belə ki o maşınları alaraq Hövsan maşın bazarında qoyur, o isə həmin maşınları satmaqda ona köməklik edib əvəzində pul almışdır. Təqribən beş ay bundan öncə axşam saat 22:00 radələrində Hövsan maşın bazarında Elmin ilə biryerdə olmuşlar. Bazara bir ədəd albalı rəngində vaz 2107 markalı maşın daxil olmuşdur. O maşına baxıb yoxlamışdır. Sonra Elmini çağırmış və demişdir ki bu maşının vəziyyəti və qiyməti uyğundur alıb sonra sataraq gəlir əldə etmək olar. Elmin də onunla razılaşmışdır. Elmin maşını 3700 manat ödəməklə alaraq onun adına sərəncam vermək haqqında etibarnamə almışdır. Etibarnaməni onun adına almağının səbəbi onun işi ilə bağlı Bakı şəhərində çox olmadığı olmuşdur. Maşını aldıqdan sonra maşın bazarında saxlamışdır. Sonra Elmin çıxıb getmişdir. Həmin vaxt bazarda maklerlik edən Tural adlı şəxsdən ehtiyacı olduğu üçün 2900 manat borca pul almışdır. Turala söz vermişdir ki bir həftə ərzində borcunu qaytaracaq əks təqdirdə vaz 2107 üçün onun adına baş etibarnamə verəcəkdir. Təqribən bir həftə sonra müştəri bazarda maşına yaxınlaşıb və maşını almaq istədiyini demişdir. O zəng edib Elminə bu barədə demişdir. Maşını almaq istəyən Rəsul adlı şəxsin maşını almaq üçün pulu tam düzəlməmişdir. Onun maşını almaq istəyən Rəsul adlı şəxslə razılaşmalarına əsasən o maşım icarədar vasitəsi ilə alacaqdı və icarədar 4000 manat verəcəkdi. Yerdə qalan pulu ayda 400 manat olmaqla altı ay ödəniş etməklə ödəyəcəkdi. O maşını icarədarın adına keçirmək üçün Respublika BDYPİ gedib maşını icarədar Süleyman adlı şəxsin adına keçirtmişdir. İcarədar 4000 manat ona vermiş o da üzərinə 1400 manat pul qoyub Turala olan borcunu qaytarmışdır. Elmin maşın satılan günün səhərisi maşın bazarına gəlmişdir. Orda onunla söhbət etmişdir. Ona bir ay ərzində onun pulunu verəcəyini bildirmişdir. O da onunla razılaşmışdır. Bundan sonra danışdıqları kimi bir ayın ödənişini etmiş lakin qalan ayları ödəməmişdir. O isə onunla əlaqə saxlaya bilməmişdir. Sonradan bilmişdir ki həmin şəxs pulu ödəyə bilməyib maşını yol qırağına qoyub çıxıb getmişdir. Həmin şəxs hal hazirda bildiyinə görə Rusiya Federasiyasına getmişdir. Hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş zərəri tam ödədiyini nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqribən 2024 cü ilin aprel ayının 20-si Hovsan maşın bazarında dayısıoğlu və İbrahim adlı tanışı ilə maşın axtarmışdır. İbrahim həmin maşın bazarında makler kimi işləyirdi. Oradan olan zoğalı rəngdə olan vaz 2107 markalı avtomobil bəyənmişdir. Maşınm qiymətini sahibindən soruşanda 4000 manat qiyməti olduğunu demişdir. İbrahim isə ona demişdir ki, maşının qiyməti çox ucuzdu gəl bu maşını sən al sonra baha satarsan əldə etdiyin gəlirdən 200- 300 manat pul verər. Həmin maşını 4000 manat ödəməklə almışdır. Həmin gün həmin maşını sürmüşdür və İbrahim zəng etmişdir ki gətir maşını bazarda saxla səhəri gün müştəri gələcək. xx.xx.2024 cü il tarixdə o işləri ilə əlaqədar Quba rayonuna getmişdir. xx.xx.2024 cü il tarixdə saat 10-11 radlərində işləri ilə əlaqədar o Quba rayonunda olarkən İbrahim ona zəng edib səhər avtomobil üçün müştəri gələcəyəni deyərək, avtomaşına sərəncam vermək üçün etibarnaməni onun adına verməyi demişdir. O da avtomobilin sahibi bi olan Elgizə birbaşa İbrahimin adına etibarnamə verməsini bildirmişdir. Elgiz bununla razılaşmışdır və elektron qaydada İbrahimin adına etibarnamə vermişdir. O İbrahimlə əlaqə saxlamağa cəhd göstərsə də onun telefonuna zəng çatmamışdır. Sonradan o zəng edib maşını satacağını bildirmişdir. Qubadan gələn kimi o maşın bazarına getmişdir. İbrahimi tapa bilməmişdir. Orda olan adını və anket məlumatlarım bilmədiyi şəxslər həmin maşının satıldığını və İbrahimin pulu götürüb getdiyini bildirmişdir. O bu bardədə maşının sahibinə bildirdikdə o İbrahimin bu cür işlərlə məşğul olduğunu bildirmişdir. Ona nə üçün etibarnamə verən zaman bu barədə demədiyini soruşduqda o maşını həmin şəxsə satdığını güman etdiyi üçün demədiyini bildirmişdir. O İbrahimlə əlaqə saxlaya bilməmişdir. Həmin şəxs öncədən avtomobili ələ keçirmək niyyəti olmuşdur. Maşın bazarında olan tanımadığı şəxslər İbrahimin bu cür işlərə məşğul olduğunu və bir neçə nəfəri aldatdığım bildirmişdir. Hazırda İbrahimlə barışdığını, ona dəymiş zərərin tam ödənildiyini, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqribən 2024 cü ilin aprel ayının 20-si Hovsan maşın bazarında bibisioğlu və İbrahim adlı tanışı ilə maşın axtarmışlar. Bu zaman bazarda albalı rəngli Vaz 2107 markalı maşın görmüşdülər. İbrahim Elminə demişdir ki, bu maşını al baha sataq. Elmin özü üçün maşın axtarmışdır, lakin baha satıb daha yaxşı maşın almaq istədiyi üçün İbrahimə inanmışdır. Onlar maşının sahibi ilə qiymətdə razılaşmışlar. Elmin maşının sahibinə 4000 manat pul vermişdir. Maşının sahibi kimə istəsə baş etibarnamə verərəcəyini gedib qayıda qeydiyyat edərsiz ifadəsini işlətmişdir. İbrahim Elminə maşını baha satıb ona daha yaxşı maşın alacağını və bunun müqabilində onadan 200-300 manat istəyəcəyini bildirmişdir. Elmin işi ilə əlaqədar olaraq Quba rayonuna getmişdir. Həmin günün axşamı ona zəng edərək, bildirmişdir ki, bəs İbrahimin adına etibarnamə almışdır, onunla əlaqə saxlasın müştəri gələcək qiymətdə razılşıb maşını satsın, həmin puldan İbrahimə 300 manat pul versin. O İbrahimlə əlaqə saxlamaq istəsə də bu mümkün olmamışdır. Elminə bu barədə dedikdə o sənsiz o maşını sata bilməz İbrahimə demişəm ki, sənin iştirakın ilə avtomobili satsın ifadəsini işlətmişdir. O və Elmin onunla əlaqə saxlamaq istəsə də bu mümkün olmamışdır. Sonradan Elmin ona bildirmişdir ki, bəs İbrahim maşını satıb pulu da götürüb yoxa çıxmışdır. O Elmindən nə üçün onun adına etibarnamə verdiyini soruşduqda o ibrahimə inandığı və İbrahimin tanışı olduğu üçün maşını daha rahat addan ada keçirəcəyini bildirmişdir. Bu barədə ona İbrahim demişdir. Həmin gündən sonra İbrahimlə əlaqə saxlaya bilməmişdirlər. Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması qərara alınmışdır (i.v. 1); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i. v. 16-17); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır (i.v. 64-65); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 78-79); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş və onlar ifadələrində göstərdiyi xüsusatları bir daha üzləşdirmə zamanı təsdiq etmişlər (i.v. 84-87); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir(i.v. 89-90); Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. təqsirləndirilən şəxsin məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-32/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun üzərinə müvafiq vəzifələr qoyulmuşdur.Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəza müddəti xx.xx.2025-ci il tarixdə bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189- 1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 90 (doxsan) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(010)-215/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-215/2025
28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver