Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-216/2023 20.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X8 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X3, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, X3, xx.xx.1988-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, xx.xx.2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 (altı) il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.1, 178.1, 310 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X6 özgənin əmlakını vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə “MİDA” sosial yaşayış sahəsində ev almaq üçün növbəyə salacağına dair Zərərçəkmiş şəxs yalan vədlər verib aldadaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsində yerləşən “AL-market” mağazasında quraşdırılmış Milli Ön” aparatından xx.xx.2022-ci il tarixdə saat 15:57-də 400 manat, xx.xx.2022-ci il tarixdə saat 17:37-də 350 manat, xx.xx.2022-ci tarixdə 17:45-də 150 manat olmaqla cəmi 900 manat pulu **********902852 nömrəli bank kartına köçürülmə yolu ilə ələ keçirərək verdiyi vədə əməl etməmiş və nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 900( doqquz yüz) manat miqdarında maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında iştirak edən X7 ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Suraxanı rayonu,Qaraçuxur qəsəbəsində kirayə yaşadığı vaxt həmin evin yaxınlığında yerləşən gözəllik salonuna gedib gəlirmiş.Həmin salonda saç ustası kimi işləyən Rəmziyyə adlı qadın öz problemlərindən danışarkən dövlət tərəfindən verilən sosial evlərdən ev almaq istəyindən danışmışdır. Qumru Vəliyeva da ona bildirmişdir ki, həmin evlər yalnız dövlət qulluğunda çalışanlara verilir. Buna baxmayaraq Qumru Vəliyeva onun da adını həmin qurumda işləyən tanışı vastəsiylə dövlət qulluğunda çalışanların siyahısına sala bilər.Bunun üçün 900 manat pul tələb olunur.Rəmziyyə adlı xanım onun bu təklifi ilə razılaşmışdır.Qumru Vəliyeva ona məxsus nömrənin vatsapına öz istifadəsində olan nömrənin vatsapı vastəsilə Kapital bank kartının şəklini göndərmiş və ondan pulu həmin hesaba göndərməsini istəmişdir. Rəmziyyə adlı qadın Qumru Vəliyevanın verdiyi kart nömrəsinə müxtəlif vaxtlarda müxtəlif məbləğlər göndərərk ümumilikdə 900 manat pulu göndərmişdir.Qumru Vəliyeva sonradan həbs olunduğu üçün ibtidai istintaq zamanı Rəmziyyə xanımın nə pulunu qaytara bilməməsini, nə də ona verdiyi vədi yerinə yetirə bildiyini qeyd etmişdir. Sonradan məhkəmə iclasında Zərərçəkmiş şəxs tam olaraq ziyanı ödədikdən sonra törətdiyi əməldən səmimi peşmançılıq hisslərinin keçirməsini və zərərçəkmiş şəxslə barışdığını nəzərə almaqla, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X11 rayonu,Qaraçuxur qəsəbəsində işlədiyi gözəllik salonuna gedib-gələn müştəri kimi təxminən 2022-ci ilin mart ayında tanıyır. Münasibətləri həmişə normal olmuşdur.O, söhbət əsnasında MİDA yaşayış kompleksindən ev almaq niyyətini bildirmiş, Qumru Vəliyeva da ona bu işə kömək edə biləcəyini, lakin bu işin üçün 900 manat lazım olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə Qumru Vəliyeva ona vatsap vastəsiylə 5243 7544 1890 2852 nömrəli Kapital bank kartını göndərərək pulu həmin hesaba göndərməsini istəmişdir.Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə “Milli Ön” terminalı vastəsilə həmin hesaba 400 manat, xx.xx.2022-ci il tarixdə 350 manat, xx.xx.2022-ci il tarixdə isə 150 manat pul göndərərək qəbzin şəkillərini Qumru Vəliyvanın vatsap nömrəsinə çəkib göndərmişdir. Bir neçə gün sonra Qumru Vəliyeva onun şəxsiyyət vəsiqəsinin əslini istəmişdir.O, Qumru adlı qadına vəsiqənin əslini verdikdən 3-4 gün sonra geri istəyən zaman Qumru Vəliyeva ona bir neçə günə ASAN xidmətə getməli olduqlarını bildirmişdir.X12 telefonlara və mesajlara cavab vermədiyindən Zərərçəkmiş şəxs aldadıldığını başa düşmüş və ərizə ilə 32-ci PB-ə müraciət etmişdir. Sonda təqsirləndirilən şəxs Q.Vəliyeva ona dəymiş ziyanının ödədiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbin olmayacağını, buna görə də cinayət işinə xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 1 il bundan əvvəl Xətai rayonunda yerləşən "Afrodita” şadlıq sarayının yanında yerləşən çoxmərtəbəli binanın 1-ci mərtəbəsindəki maşın salonunda usta kimi işləyirdi. Həmin vaxt Qumru adlı qadın həmin maşın salonunun icarədarı Ramin adlı şəxsin yanına gəlib-gedirdi. Daha sonra Qumru adlı qadın ona bildirdi ki,Qaraçuxur qəsəbəsində obyekt icarəyə götürüb və həmin obyektə usta lazımdır. O da işə baxdıqdan sonra onunla qiymətdə razılaşıb işə başlamışdır. Bir neçə gün işlədikdən sonra Qumru xanım ona bildirdi ki,onun şəxsiyyət vəsiqəsinin vaxtı keçdiyindən bankdan adına kart ala bilmir, mümkünsə onun adına “Kapital” bankdan kart alsın. O da heç bir problemin olmayacağını düşünüb “Kapital” bankdan kart alıb Qumru xanıma vermişdir. Bundan sonra Qumru xanım sövdələşdikləri iş müqabilindəki pulu onlara vermədiyi üçün onun işini görməkdən imtina etmişdir və onun nömrəsini bloka ataraq çıxıb getmişdir. Həmin gündən sonra bir daha Qumru adlı qadını görməmişdir.Daha sonra Qumrunun onun adına aldığı kartı bağlatdırmaq üçün banka yaxınlaşdıqda, həmin kartın başqa nömrə ilə qeydiyyatdan keçdiyini əsas gətirərək nömrə sahibinin də onunla bir yerdə banka gəlməli olduğunu bildirib kartı bağlamaqdan imtina etdilər. Beləliklə, onun adına olan kartı bağlatdıra bilməmişdir. X4 onun adına olan Kapital banka kartı ilə dələduzluq cinayəti törətdiyindindən xəbəri olmamışdır. Kart alarkən və ya ondan sonra X7 bunun qarşılığında heç bir məbləğ ödəməmişdir və bunun qarşılığında heç bir məvacib istəməmişdir. Cinayət işinin 10-cu vərəqində olan cinayət işi başlanması barədə 20 iyul 2022-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir. Cinayət işinin 57-58-ci vərəqlərində olan 24 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, X6 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində X3 təqsirliliyi öz ifadəsi, Zərərçəkmiş şəxs, şahid ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir və düzgün olaraq onun əməli Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İşdə olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 20 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, onun X1 heç bir şikayət və tələbi yoxdur. Vurulmuş ziyan tam ödənilmişdir. Cinayət işinə xitam verilməsinə etirazı yoxdur. Məhkəmə təqsirləndirilən şəxs X3 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələrini dinləyib, X3 zərərçəkmiş şəxslə barışıb ona dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alıb, iş materiallarını araşdırıb hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, o cinayət məsuliyyətindən azad edilməli və cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Qeyd edilən Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu məcəllənin 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar (cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda) olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə təqsirləndirilən şəxs X3 zərərçəkmiş şəxslə barışıb ona dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq hesab edir ki, X6 cinayət məsuliyyətindən azad olunmalı və işin icraatına xitam verilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X5 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43.1,43.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıb ona dəymiş ziyanı tamamilə ödədiyindən Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs X5 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-216/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-216/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver