Məhkəmə qərarları › İş №1(010)-216/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-216/2025

11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-216/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X6 İmamverdi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 (mülki iddiaçının) və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində nömrəsiz evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin küçəyə açılan pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaqla pəncərədən evə qanunsuz daxil olub oradan ümumi dəyəri 7300 manat olan qızıl zinyət əşyalarını və 10.000 manat nağd pulunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 17300 manat xeyli miqdarda zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talayaraq ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə 22:00-dan xx.xx.2024- cü il tarixdə saat 16:00-dək olan müddət ərzində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətinin hasarından aşaraq həyətə, oradan isə evin pəncərəsini sındırmaqla evə qanunsuz daxil olub oradan ümumi dəyəri 1100 manat olan ev əşyalarını və təmir alətlərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 zərər vurmaqla oğurluq etmişdir. Daha sonra o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla talayaraq ələ keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 07:00-da qabaqcadan əlbir olmaqla istintaqa məlum olmayan bir qrup şəxslə Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən ərzaq mağazasının plastik qapısını açma yolu ilə qanunsuz daxil olmaqla mağazadan Aqro qalın göy markalı 1 qutunun dəyəri 2 manat 50 qəpik olan ümumi dəyəri 12 manat 50 qəpik təşkil edən 5 qutu siqaret, Vinçestr nazik boz markalı 1 qutunun dəyəri 2 manat 90 qəpik olan ümumi dəyəri 26 manat 10 qəpik təşkil edən 9 qutu siqaret, Maqna nazik boz markalı 1 qutunun dəyəri 2 manat 60 qəpik olan ümumi dəyəri 13 manat təşkil edən 5 qutu siqaret, Vikeroy nazik boz markalı 1 qutunun dəyəri 2 manat 60 qəpik olan ümumi dəyəri 15 manat 60 qəpik təşkil edən 6 qutu siqaret Maqna qara markalı 1 qutunun dəyəri 2 manat 60 qəpik olan ümumi dəyəri 15 manat 60 qəpik təşkil edən 6 qutu siqaret, 170 manat nağd pulu, 20 qəpiklik dəmir pullarlarla dolu olan 1 qutuya yığılmış ümumi olaraq 20 manat olan qəpik pulları, 2 ədəd hər birinin dəyəri 5 manat olan, pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 365 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs1 yaşadığı yeni ünvan 3 ünvanına onu həmin vaxt təqib edən polis əməkdaşlarından gizlənmək məqsədi ilə ev sahibinin iradəsi ziddinə qanunsuz olaraq qapısı açıq qalmış evin mətbəxinə daxil olmuş, təxminən 10 dəqiqə mətbəxdə gizlənərək hasar tərəfə boylanıb polis əməkdaşlarının getməsini gözləyən zaman, ev sahibi Zərərçəkmiş şəxs1 təsadüfən mətbəxə gəldikdə, o, ev sahibini görən kimi qaçıb getmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsləri əvvəldən tanımamış, oğurluq məqsədilə girdiyi evləri təsadüfi olaraq seçmiş və oğurluğu tək törətmişdir. 22 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 evinə oğurluq məqsədilə 1-ci mərtəbədən girmiş, həmin şəxsin 10000 (on min) manata yaxın pulunu, miqdarını bilmədiyi qədər isə qızılını oğurlamışdır. Pulu götürmüş, qaçanda qızılların bir hissəsi düşmüş, qalan hissəsini və digər əşyaları isə müstəntiqə geri qaytarmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 barəsində olan epizodlara münasibətdə istintaqda verdiyi ifadələrini təsdiq edir. Füzuli, Cəbrayıl, Xocavənddə müharibədə iştirak etmişdir, oyuncağ silahı ermənilərin evindən götürmüşdür. Törətdiyi əməldən peşmandır. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, son zamanlar heç bir yerdə işləmədiyi üçün borcları və şəxsi ehtiyaclarının olması, eləcə də narkotik vasitələrdən istifadə etdiyindən pul əldə etmək məqsədilə oğurluqlar etmişdir. Zərərçəkmiş şəxs3 daimi Yeni Suraxanı qəsəbəsində yaşamasa da, sonuncunun qardaşı və valideynləri qəsəbədə yaşamış, Telman özünə məxsus Yeni ünvan 4 ünvanına və eləcə də valideyinlərinin yaşadığı ünvana daimi gəlib-getdiyindən onu tanımışdır. Telmanın evində yaşayış olmadığını bildiyindən xx.xx.2024-cü il tarixdə saat 02 radələrində oradan oğurluq etmək niyyəti ilə hasardan aşaraq həyətə daxil olmuş və açıq pəncərədən keçərək həyətdə yerləşən bir mərtəbəli iki otaqdan ibarət evə daxil olaraq oradan bir ədəd şirəçəkən aparatı, bir ədəd məişət ütüsünü, bir ədəd sərinkeşi, bir ədəd somavarı, bir ədəd laqondanı, bir ədəd dreli, bir ədəd batareyalı direli alət daşıma çantası ilə birlikdə, bir ədəd tozsoranı, bir ədəd avtoyuma aparatını, bir ədəd su qızdırıcısını (pitiminutka) və bir ədəd vakum aparatını oğurlamışdır. Həmin əşyalardan avtoyuma aparatını, tozsoranı və vakum aparatını yaşadığı evdə gizlətmiş, digər əşyaları isə 2 gün sonra Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən «bit bazan» deyilən yerdə tanımadığı şəxslərə satmışdır. Həmin cinayət hadisəsini tək özü törətdiyini, hadisədən sonra bu barədə heç kimə məlumat verməmişdir. Zərərçəkmiş şəxs3 məxsus evdən qeyd etdiyi əmlaklardan başqa hər hansı digər əşya oğurlamamış, həmin əşyanın böyük bir qismini zərərçəkmişə qaytarmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona hər hansı formada təzyiq olunmamışdır. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisə səhər vaxtı baş vermişdir. Mətbəxə daxil olarkən, əlində silah olan şəxsin dayandığını görmüş və şəxs ona polislərdən qaçdığını bildirmişdir. Dərhal yoldaşını çağırmış, yoldaşı və oğlu gəlmişdir. Daha sonra o mətbəxdən çıxmışdır. Yoldaşı şəxslə danışıb, onu yola salmışdır. Evdən heç nə götürülməmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, şəxsi tanımamışdır. 22-nə keçən gecə işlədiyi Zəfər parkında növbətçi olmuşdur. Evə gəldikdə qonaq otağının qapısının bağlı olduğunu görmüşdür. Evdəkilərdən bu barədə soruşduqdan sonra qapını sındırmışdır. Onlara məlum olmuşdur ki, otaqda olan plastik pəncərənin “reşotkası” sındırılıb və 10 min manat məbləğində pul, 7300 manat məbləğində qızıl oğurlanıb. Onlara yalnız 200 manat dəyərində sırğa qaytarılmışdır. Mülki iddiasını müdafiə edir ona dəymiş ziyanın təqsirləndirilən şəxsdən tutulub ona ödənilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, hər hansı şikayətinin və tələbinin olmadığını bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Digər Zərərçəkmiş şəxs4 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə tərəflərin fikrini nəzərə alaraq həmin zərərçəkmiş şəxslərin iştirakı olmadan məhkəmə proseslərinin keçirilməsini mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu yeni yaşayış sahəsində olan evlərində ailə üzvləri ilə birlikdə yaşayır. Ailəsini dolandırmaq məqsədilə yaşadığı evin yanında ərzaq mağazası açaraq həm satıcı, həm də müdir kimi işləyir. Hər gün səhər saat 06 radələrində mağazaya çörək gəldiyindən mağazanı açmış, çörəkləri sayıb təhvil götürdükdən sonra mağazanı bağlayıb evə getmiş və saat 08 radələrində gəlib mağazanı açaraq fəaliyyətə başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 06 radələrində mağazanı açaraq çörəkləri qəbul etmiş, saat 07:10 radələrinədək mağazada olmuş, sonra mağazanın plastik qapısını bağlamış, lakin dəmir barmaqlıq qapını bağlamayıb evə getmiş, saat 08 radələrində yenidən mağazaya gəldikdə mağazanın plastik qapısının açıq olduğunu görmüş, qapını açıq qoyub evə getdiyini fikirləşmişdir. Lakin mağazaya daxil olduqda oradan Aqro qalın göy markalı 1 qutunun dəyəri 2 manat 50 qəpik olan ümumi dəyəri 12 manat 50 qəpik təşkil edən 5 qutu siqaret, Vinçestr nazik boz markalı 1 qutu dəyəri 2 manat 90 qəpik olan ümumi dəyəri 26 manat 10 qəpik təşkil edən 9 qutu siqaret, Maqna nazik boz markalı 1 qutunun dəyəri 2 manat 60 qəpik olan ümumi dəyəri 13 manat təşkil edən 5 qutu siqaret, Vikeroy nazik boz markalı 1 qutunun dəyəri 2 manat 60 qəpik olan ümumi dəyəri 15 manat 60 qəpik təşkil edən 6 qutu siqaret, Maqna qara markalı 1 qutunun dəyəri 2 manat 60 manat nağd pulunun, 20 qəpiklik dəmir pullarla dolu olan bir qutuya yığılmış ümumi olaraq 20 manat olan qəpik pullarının, 2 ədəd hər birinin dəyəri 5 manat olan pul kisəsi, özünə məxsus şəxsiyyət vəsiqəsinin və Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən evinin olduğu torpaq sahəsinin bələdiyyə sənədlərinin oğurlandığını aşkar etmiş və bu barədə polisə məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona 365 manat maddi ziyan dəymiş, eyni zamanda şəxsiyyət vəsiqəsilə, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən evinin olduğu torpaq sahəsinin bələdiyyə sənədləri oğurlanmışdır. Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü il tarixli ifadəsində göstərmişdir ki, o, istintaqa mağazasına oğurluq məqsədilə daxil olan videogörüntünü təqdim edir. Həmin videogörüntüdən aydın olur ki, ağ maşın gələrək mağazanın qarşısında saxlamış, maşında iki oğlan və bir qız olmuşdur. O, həmin qızın ərinin ilk arvaddan olan adını bilmədiyi qızlarından biri olmasından şübhələnir, amma iki oğlanı tanımır. İşlətdiyi mağazaya gündə çox adam gəlib alış-veriş edir, ola bilər ki, Təqsirləndirilən şəxs da üzdən tanıyır, nə vaxtsa mağazaya gəlib ondan alış-veriş etmiş olsun, amma yadında deyil. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsi ev 47-də ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı evdən təxminən 30 metr aralıda bir mərtəbəli, iki otaqlı evi də olmaqla, evin hasarı, darvazası və qapı pəncərələri olmuşdur. Evdə usta işlədiyi üçün və öz evində lazım olan və nadir hallarda işlənən əşyaları həmin evə yığmışdır. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində həmin evə naməlum şəxslərin daxıl olması barədə ona məlumat verildiyindən işdən icazə alıb gəlmiş və evə baxdıqda otaqda olan bir ədəd 50 manat dəyərində sirəçəkən aparatın, bir ədəd 30 manat dəyərində markasını unutduğu ütünün, bir ədəd 15 manat dəyərində sərinkeşin, bir ədəd 200 manat dəyərində somavarın, bir ədəd dəyəri 40 manat olan laqondanın, bir ədəd 35 manat dəyərində drellin, bir ədəd 70 manat dəyərində batareyalı dreli alət daşman çanta ilə birlikdə, bir ədəd dəyəri 200 manat olan LG2 markalı tozsoranı, bir ədəd dəyəri 180 manat olan Lutian markalı avtoyuma aparatının, bir ədəd dəyəri 130 manat olan 32 İt həcmli su qızdırıcısmm (pitiminutka) və bir ədəd dəyəri 300 manat olan vakum aparatının oğurlandığını aşkar etmişdir. Ona məxsus evdən oğurlanmış əşyalar özünə məxsus olmaqla həmin əşyaları özü almışdır. Baş vermiş hadisə nəticəsində ona 1100 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hadisə səhər saatlarında baş vermişdir. Səhər yoldaşı onu çağıraraq, evə adam girdiyini bildirmişdir. Mətbəxə gəldikdə pəncərədən bir adamın çölə baxdığını görmüşdür. Şəxs ona arxasınca polis düşdüyünü, polis əməkdaşları getdikdən sonra çıxıb gedəcəyini bildirmişdir. O isə şəxsə dərhal çıxıb getməsini bildirmiş, şəxs bundan sonra evi tərk edərək getmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4cü maddələri ilə tövsif edilmişdir. Cinayət işində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 10 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 avqust 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə CM-nin 157, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay həddində, yəni 10 yanvar 2025-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan Zərərçəkmiş şəxs4 tərəfindən istintaqa təqdim edilmiş 01 (bir) ədəd CD-yə köçürülmüş fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, markası tam görünməyən, ağ rəngli avtomobil Zərərçəkmiş şəxs4 maqazininin qarşısına gələrək saxlayır. Avtomobilin içərisindən bir qadın və iki kişi düşərək Zərərçəkmiş şəxs4 maqazininin qapısını açıb içəri daxil olurlar və bir neçə dəqiqə sonra maqazindən çıxaraq avtomobilə əyləşib gedirlər. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışmış, şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan 02 dekabr 2024-cü il tarixli “əşyanın təhvil verilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus evdən oğurlanan və məhkəməəmtəəşünaslıq ekspertizasından təhvil verilmiş bir cüt qızıl sırğa onun özünə təhvil verilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli Suraxanı RPİ-nin 31-ci TŞ-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X3 tərəfindən tərəfindən tərtib edilmiş «əşyaların baxışı və götürülməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi qara rəngli 26C MİLSPEC 9X19 nömrəli silah iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülərək, 195 nömrəli möhürlə qablaşdırılmışdır. Təqdim edərkən Təqsirləndirilən şəxs həmin 26C MİLSPEC 9X19 nömrəli silahı Qarabağ müharibəsində iştirak edən zaman erməni evindən tapdığını bildirmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/1394 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə xarici dövlətdə istehsal olmuş tapança formasında olan uşaq oyuncağıdır və odlu silah hesab edilmir. Həmin tapança formasında olan əşya plastik qırmalarla yaxın məsafəyə atmaq üçün nəzərdə tutulmuşdur. Texniki cəhətdən nasazdır və istifadə üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, tapança formasında olan uşaq oyuncağının bir hissəsidir – darağıdır. Həmin daraq plastik qırmaların yerləşdirməsi üçün nəzərdə tutulmuşdur və istifadə üçün yararlıdır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 6/4365-9/7103 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd sırğa cütünün 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə dəyəri təxminən 567 manat müəyyən edilir. Bundan əlavə ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2024cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 390 manat müəyyən edilir. “LG” markalı, üzərində Ultra Turbo 1600W 18L yazıları olan tozsoran – 200 manat, “Lutian” markalı, LT220-1400 modelli avtomaşın yuma aparatı – 120 manat, üzərində markalanma göstəriciləri olmayan, boz rəngli mator – 70 manat. Tədqiqata təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan, ürək formalı elementli sırğa cütü – üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 6,67 qramdır. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində təqsirli bilinərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 (bir) il 02 (iki) ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 (iki) il 06 (altı) ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 02 gün azadlığın məhdudlaşdırılması saxlanılmışdır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5, 69.3-cü maddələri tətbiq edilməklə, 04 (dörd) il 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsada və məhkumluğu götürülməsə də, məhkəmə onu residiv kimi qəbul etmir, belə ki ona əvvəl azadlıqdan məhrum edilmə ilə bağlı olmayan cəza verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4, 184.3-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Cinayət işində olan AO seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2020-ci il tarixdə Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən xx.xx.2024-cü il tarixli, 5-20/2-2-188/2024 nömrəli xasiyyətnamədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42 ünvanında qeydiyyatsız yaşayan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs düzgün həyat tərzinə malik deyil və yaşayış tərzi mənfi xarakterizə olunur. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2013cü il təvəllüdlü və xx.xx.2014-cü il təvəllüdlü iki nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır. Cinayət işinin materiallarında olan, Bakı Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 3-16-21-1\2-4415\2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5, 69.3-cü maddələri tətbiq edilməklə, 04 (dörd) il 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini, Vətən müharibəsi iştirakçısı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını ağırlaşdıran hallar isə mövcud deyildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasının əvvəlini 10 avqust 2024-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etmədi. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Suraxanı Rayon Prokurorluğunun maddi sübutların saxlama otağında saxlanılan 01 (bir) ədəd oyuncaq tapança hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, oğurluq hadisəsini əks etdirən video görüntüsü olan 02 ədəd «CD» disklərin cinayət işində saxlanılması nəzərə alınmalıdır. Məhkəmə verilmiş mülki iddianı müzakirə edib, iş üzrə təqdim edilmiş sübutlara məcmu halında tam və obyektiv hüquqi qiymət verərək, hesab edir ki, mülki iddia təmin edilməli, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın, yəni şəxsin oğurladığı 10000 (on min) manatın və qızıl-zinət əşyalarının dəyəri 7300 ( yeddi min üç yüz) manatın və ödənilmiş 143 (yüz qırx üç) manat dövlət rüsumunun təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə aylıq qazancının 20 %-i məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə islah işlər növündə cəzasına məhkum edilsin. İslah işləri cəzası Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə dörd gün bərabər tutulmaqla həmin müddət 2 ay hesablanmaqla, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaqla, Təqsirləndirilən şəxs 2(iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-106/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 04 (dörd) il 22 (iyirmi iki) gün Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün bərabər tutulmaqla həmin müddət 2 il 11 ay hesablanmaqla, həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 10 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia təmin edilsin, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 17300 (on yeddi min üç yüz) manat və ödənilmiş 143 (yüz qırx üç) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilsin. İş üzrə maddi sübutlar olan və Suraxanı Rayon Prokurorluğunun maddi sübutların saxlama otağında saxlanılan 01 (bir) ədəd oyuncaq tapança hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, oğurluq hadisəsini əks etdirən video görüntüsü olan 02 ədəd «CD» disklərin cinayət işində saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən hakim: Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar