Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-217/2020 19.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 mənzil 46ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 22 radələrində ünvan 3 mənzil 46 ünvanında arvadı Zərərçəkmiş şəxs evdə makaron olduğu halda əlavə makaron almağına irad bildirməsi səbəbindən aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sağ gözünə sağ əlinin arxası ilə, bədənin müxtəlif nahiyələrinə əlləri ilə qəsdən vuraraq, ona sağ qöz ətrafı yumsaq toxumaların qançırı, sağ gözün ağlı qisasının qansızması, sağ əlin, sağ saidin, sağ bazunun, boyunun, hər iki baldırın, sağ diz oynağının qançırları ilə müşayiət olunmuş dərəcəsinə qörə ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onlar 2015-ci il tarixdə ailə həyatı qurmuş, evliliklərindən xx.xx.2015-ci il tarixdə oğlanları X4, xx.xx.2017-ci il tarixdə isə qızları X5 dünyaya gəlmişlər. xx.xx.2020-ci il tarixdə, təxminən saat 22 radələrində yaşadıqları ünvanda olan zaman həyat yoldaşı Zərərçəkmiş şəxs yenə də yaşayışlarından narazılıq edərək məişət zəminində onunla münaqişə etmiş, Zərərçəkmiş şəxs evdə makaron olduğu halda əlavə makaron almağına dair öz iradını bildirmiş, o, uşaqların yanında əziyyətini yerə vurmamasını, sakitləşməyini təklif etmiş, lakin Zərərçəkmiş şəxs sakitləşməyib qışqırmağa davam etmiş, o, özündən çıxıb Zərərçəkmiş şəxs sağ gözünə sağ əlinin arxası ilə, həmçinin hər iki qol və ayaqlarına əlləri ilə qəsdən vuraraq döymüşdür. Həmçinin bildirmişdir ki, hadisə zamanı yanlarında azyaşlı övladları olmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və onun barəsində olan sadələşdirilmiş icraat materiallarına xitam verilməsini xahiş etməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onlar 2015-ci il tarixdə ailə həyatı qurmuş, evliliklərindən xx.xx.2015-ci il tarixdə oğlanları X4, xx.xx.2017ci il tarixdə isə qızları X5 dünyaya gəlmişlər. xx.xx.2020-cı ıl tarixdə təxminən saat 22 radələrində yaşadıqları ünvanda olan zaman həyat yoldaşı Təqsirləndirilən şəxs evə əlavə makaron aldığı üçün onunla mübahisə etmiş, yenə də onu bəyənmədiyini, onun aldıqlarına qiymət vermədiyini deyib əsəbiləşərək, sağ əli ilə onun sağ gözünə, əlləri ilə sağ qoluna, sağ və sol ayaqlarına yumruqla və təpiklə qəsdən vuraraq onu döymüşdür. Həmçinin bildirmişdir ki, hadisə zamanı yanlarında azyaşlı övladları olmuşdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışmasını, ona qarşı heç bir tələb və şikayətinin olmamasını, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsidinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi və istintaq protokolları və sadələşdirilmiş icraat materiallarında olan digər sübutlarla da təsdiq edilir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən keçirilmiş MTE və PA Birliyinin Suraxanı rayon şöbəsinin canlı şəxsin xx.xx.2020-ci il tarixli «994» saylı ekspertizası rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sağ göz ətrafı yumşaq toxumaların qançırı, sağ gözün ağlı qişasının qansızması, sağ əlin, sağ saidin, sağ bazunun, boyunun, hər iki baldırın, sağ diz oynağının qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-cı il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin sadələşdirilmiş icraat materialı üzrə məhkumluğun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli tələbnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar, həmin nikahdan xx.xx.2015-ci il tarixdə X4, xx.xx.2017-ci il tarixdə X5 dünyaya gəlmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-X2 180 saylı Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, həmçinin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunmasını məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində göstərilir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəyən ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən “məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində(40.2.2. zərər çəkmiş şəxslə barışdıqda) nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Odur ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublkası CM-nın 128-ci maddəsi ilə təqsirləndirilməsinə daircinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini və Azərbaycan Respublikası CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-217/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-217/2020
19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver