Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-217/2023 17.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 18 oktyabr 2023-cü il tarixdə, saat 10:25-də, Bakı şəhərində, 28 avqust 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ünvan 2ci il tarixli qərarı barəsində əvvəli 03 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 1(010)-217/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının axırlarında axşam saatlarında, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi xalis çəkisi 440,586 qram miqdarda narkotik vasitə-qurudulmuş marixuana əldə edərək üzərində və evində saxlamaqla daşımış, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı xx.xx.2022-ci il tarixdə, saat 18:00 dəqiqədə yaşadığı ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə 56 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə aparılıb orada üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 45,586 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulumuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 20:20-dən 22:31-dək olan müddət ərzində yaşadığı ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə baxış və götürmə keçirilərkən evin giriş qapısının sağ tərəfində yerləşən boz rəngli dəmir qapısı olan yardımçı tikilidən 1 (bir) ədəd qara rəngli sellofan torbada üzərindən aşkar edilmiş 45,586 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana ilə tərkiblərinə görə eynilik təşkil edən təmiz çəkisi 395,0 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 2022-ci il sentyabr ayının sonlarında, dəqiq xatırlamadı tarixdə yol ilə gedərkən qarşısına çıxmış bir ədəd sellofan torba diqqətini çəkmiş, içərisini açdıqda isə orada narkotik vasitə olan marixuananı görərək tanımış və sonra istifadə etmək üçün özü ilə götürmüşür. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində yaşadığı ünvanın yaxınlığında piyada gəzdiyi zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, narkotik vasitə satmaqda şübhəli olduğunu deyib barəsində əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərarı elan edib Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. PB-nin inzibati binasında, xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiə edilməsindən ötrü vəkil dəvət olunmuşdur. Daha sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi barədə qərar elan olunmuş, üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edlib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. Əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofana bükülmüş qurudulmuş marixuananı, sağ yan cibindən dörd manat pulunu, şəxsiyyət vəsiqəsini və üzərində ***-***-**-** GSM mobil nömrəsi olan mobil telefonunu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bir ədəd sellofana bükülmüş qurudulmuş marixuana bir ədəd zərfə qoyulmuş, zərf möhürlənmiş, bu barədə protokol tərtib olunduqdan sonra protokolun məzmunu ilə tanış olaraq protokolu və möhürlənmiş zərfin üzərini imzalamışdır. Qurudulmuş marixuananın bir hissəsini evində saxladığını, evində olan marixuananı da təqdim edə biləcəyini bildirmiş, polis əməkdaşları və müdafiəçisi ilə birlikdə yaşadığı ünvan 1 ünvanına gedərək yaşadığı fərdi evinin giriş qapısının sağ tərəfində yerləşən boz rəngli dəmir qapısı olan yardımçı tikilidə saxladığı 01 (bir) ədəd qara rəngli sellofan torbada olan marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi marixuana polis əməkdaşları tərəfindən götürülmüş, bir ədəd zərfə qoyularaq zərf möhürlənmiş, bu barədə protokol tərtib olunduqdan sonra protokolun məzmunu ilə tanış olaraq möhürlənmiş zərfin üzərini və protokolu sərbəst şəkildə imzalamışdır. O, narkotik vasitə aludəçisidir, özü mütamadi olaraq narkotik vasitə olan marixuanadan istifadə edir. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır, narkotik vasitəni satış məqsədi ilə əldə etməmişdir. Lakin ittihamda göstərilən marixuanın miqdarı ilə razı deyil, belə ki, aşkar edilmiş marixuana daha az çəkidə olmuşdur. Sonda o, törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, himayəsində xəstə anasının olmasını, özünün sağlamlıq vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respullikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə etimad doğuran, məlum və qərəzsiz mənbədən xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin Bakı şəhəri Suraxanı rayonu ərazisində qanunsuz dövriyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, daxil olmuş əməliyyat məlumatı barədə dərhal İdarə rəisinə raportla məruzə etmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. İdarə rəisinin əmri ilə onun rəhbərliyi ilə İdarənin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovniki Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat məlumatında göstərilən Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyt-axtarış tədbirlərinin icrasına başlamışdır. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində Məşədi Əzizbəyov küçəsində 7 nömrəli evin yaxınlığnda piyada hərəkətdə olduğunu görüb orada sonuncuya yaxınlaşıb saxlamışlar. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını, narkotik vasitə əldə edib saxlayıb daşımaqda və qanunsuz dövriyəsi ilə məşğul olmaqda şübhəli olduğunu Təqsirləndirilən şəxs bildirərək əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına aparmışlar. PB-nin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilmiş, videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasına başlamazdan əvvəl təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, sağ yan cibindən 01 (bir) ədəd içərisində ***-***-**-** GSM nömrəsi olan «Samsung» markalı mobil telefonu, 4 (dörd) manat pulu, yaşadığı evinin açarlarını və şəxsiyyət vəsiqəsini çıxarıb təqdim edərək təqdim etdiyi narkotik vasitə marixuananı özü qəbul etməsi üçün üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Təqdim olunan sellofan torba açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olduğu məlum olmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, amma üzərindən özünün təqdim etdiyi kütlədən və əşyalardan başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə qablaşdırılaraq möhürlənib götürülmüş, bu barədə protokol tərtib olunduqdan sonra protokolun məzmunu ilə tanış olub protokolu imzalamışlar. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında da narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin marixuananı da təqdim etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs razılığı ilə özünün və müdafiəçisinin iştirakları ilə yaşadığı ünvan 6 ünvanına baxış keçirilmiş, Təqsirləndirilən şəxs narkotik tərkibli maddənin qalan hissəsini evin giriş qapısının yanında yerləşən boz rəngli qapısı olan saxlanc yerində saxladığını bildirib həmin saxlanc yerinə daxil olaraq həmin saxlanc yerinin girişindən sağ tərəfdə yerdən 01 (bir) ədəd qara rəngli sellofan torbanı götürərək təqdim etmişdir. Sellofan torbaya baxıldıqda içərisində narkotik vasitə marixuanaya oxşar kütlənin olduğu məlum olmuş, təqdim olunan kütlə götürələrək qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olub protokolu imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələri satması üçün kimlərlə sövdələşməsini, konkret olaraq kimlərə narkotik vasitə və ya psixotrop maddələr satmasını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirilərkən evin həyətyanı sahəsində və ya dipçəklərdə narkotik tərkibli bitkilərin əkilib yetişdirilməsi faktları müəyyən edilməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi ilə mühim işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovniki Şahid2 məhkəmə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut sübut əhəmiyyətinə malik ola bilərək hər hansı bir əşya və ya sənədləri könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, sağ yan cibindən 01 (bir) ədəd içərisində ***-***-**-** GSM nömrəsi olan «Samsung» markalı mobil telefonu, 4 (dörd) manat pulu, yaşadığı evinin açarlarını və şəxsiyyət vəsiqəsini çıxarıb təqdim edərək təqdim etdiyi narkotik vasitə marixuananı özü qəbul etməsi üçün üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Təqdim olunan sellofan torba açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olduğu məlum olmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, amma üzərindən özünün təqdim etdiyi kütlədən və əşyalardan başqa heç nə aşkar edilməmişdir. İş materiallarında olan “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 03 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanına baxış keçirilmiş, Təqsirləndirilən şəxs narkotik tərkibli maddənin qalan hissəsini evin giriş qapısının yanında yerləşən boz rəngli qapısı olan saxlanc yerində saxladığını bildirib həmin saxlanc yerinə daxil olaraq həmin saxlanc yerinin girişindən sağ tərəfdə yerdən 01 (bir) ədəd qara rəngli sellofan torbanı götürərək təqdim etmişdir. Sellofan torbaya baxıldıqda içərisində narkotik vasitə marixuanaya oxşar kütlənin olduğu məlum olmuş, təqdim olunan kütlə götürələrək qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərib edilmişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 04 oktyabr 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, PB-nin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq vəzifələri izah olunur, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilir, videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılır. Axtarış aparılmasına başlamazdan əvvəl təklif olunur ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, sağ yan cibindən 01 (bir) ədəd içərisində ***-***-**-** GSM nömrəsi olan «Samsung» markalı mobil telefonu, 4 (dörd) manat pulu, yaşadığı evinin açarlarını və şəxsiyyət vəsiqəsini çıxarıb təqdim edir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 04 oktyabr 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs razılığı ilə özünün və müdafiəçisinin iştirakları ilə yaşadığı ünvan 6 ünvanına baxış keçirilir, Təqsirləndirilən şəxs narkotik tərkibli maddənin qalan hissəsini evin giriş qapısının yanında yerləşən boz rəngli qapısı olan saxlanc yerində saxladığını bildirib həmin saxlanc yerinə daxil olaraq həmin saxlanc yerinin girişindən sağ tərəfdə yerdən 01 (bir) ədəd qara rəngli sellofan torbanı götürərək təqdim edir. Sellofan torbaya baxıldıqda içərisində narkotik vasitə marixuanaya oxşar kütlənin olduğu məlum olur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci tarixli, 7/1135 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən...» yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 45,586 qram və üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvandan...» yazısı və imzalar olan qara rəngli polietilen bağlamada 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 395,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, ümumi çəkisi 440,586 qramdır, təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Təmiz çəkisi 440,586 qram olan marixuanain 0.2 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 440,386 qram təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X4- Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2022-ci il tarixli 7659 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Məhkəməsinin 25 mart 1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 2226-cı maddəsinin 2-ci hissəi ilə təqsirli bilinərək 07 il müddədə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, polis əməkdaşları tərəfindən üzərində keçirilmiş şəxsi axtarış və evinə keçirilmiş baxış zamanı daha az çəkidə marixuananın aşkar olunması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci tarixli, 7/1135 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən və evindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 45,586 qram və 395,0 qram marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının 28 iyun 2175-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2175-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, hazırda məhkumluğunun olmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməli qismən etiraf etməsini və əməlindən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 03 oktyabr 2022-ci il protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 oktyabr 2022-ci il tarixli qərardan, habelə təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair ünvan 2ci il tarixli qərarından, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında 03 yanvar 2023cü il tarixli qərarından, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-217/2023 saylı, 04 iyul 2023-cü il tarixli qərarından, Azərbaycan Respubilikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə ittiham elan edilmiş, 05 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmiş, 05 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilmiş, barəsində əvvəli 03 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, 24 dekabr 2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, 31 iyul 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin tarixdə saxlanılması üçün Azərbaycan Respubilikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı Təcridxanasına təhvil vermişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 03 oktyabr 2022-ci il tarixdən 03 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 31 iyul 2023-cü il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 440,386 qram olan narkotik vasitə - marixuana məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2171-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 18 (on səkkiz) iş saatı üçün 108 (yüz səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 03 oktyabr 2022-ci il tarixdən 03 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 31 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 440,386 qram olan narkotik vasitə - marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 18 (on səkkiz) iş saatı üçün 108 (yüz səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-**********1300204113, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-217/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-217/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver