Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-217/2025 25.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X6 İmamverdi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli , orta təhsilli, işləməyən, İİİ dərəcə əlilliyi olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 29-da daimi qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, 08 sentyabr 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,393 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 06 sentyabr 2024-cü il tarixdə saat 19:05-də Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 2 ünvanı yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cü PŞ-nə gətirilmiş və orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli gödəkçənin qabaq sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə içərisində ümumi təmiz çəkisi 0,393 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetmain aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, sentyabr ayının 6-da səhər vaxtı tanışı Fikrət ona iş təklif etdiyi üçün Bahar qəsəbəsinə getmişdir. O evin qapısına çatan kimi bir qadın çıxıb onu görmüş və sonra içəriyə girmişdir, o da həmin qadının Fikrətin bacısı olduğunu düşünmüşdür. Qadın qapıdan içəri girdikdən sonra kapitan rütbəsində biri evdən çıxmış, yanında da başqa polislər olmuşdur. Onlar onun üstünü axtarmışlar, axtarış vaxtı üstündən heçnə çıxmamışdır. Onun əlinə qandal vuraraq 30-cu PB-nə aparmış və onu orada rəisin otağına salmışdırlar. Orada başına qapaz vurmuş, sonra şillə vuranda onun gözü qaralmış və “qaytarmaq” üçün əli qandallı formada otaqdan çıxmışdır. Rəis də həmin otağa qaytarmamağı üçün ona ayaqyolunun yerini göstərmişdir. Daha sonra vəkil ondan sözünün olub-olmadığını soruşmuşdur. O da sözü olduğunu demişdir, 2 nəfər polis yanında üstündən axtarış vaxtı heçnə çıxmadığını bildirmişdir. O başından xəsarət almışdır, yenidən döyülməkdən qorxduğundan onun üstündə hansı narkotik vasitələrin tutulduğunu qeyd ediblərsə, hamısını qəbul etmişdir. Bunu yenidən döyülməmək üçün etmişdir. O həkimə getmiş, artıq istifadə etmədiyi təsdiqlənmişdir. Polis əməkdaşları ona yaxınlaşanda yanında heç kim olmamış, əlində iş paltarları olmuşdur. Onu özlərinin sedan formalı maşını ilə aparmışdırlar. Onun sənəti malyarlıqdır. Fikrətin yaşadığı yerdə tikinti işləri gedirdi. Ona qapıları rəngləməyini təklif etmişdir. Fikrətin yanına getdiyi yer həyət evi idi. O orada polisləri görməmiş, ondan əvvəl evdən taksi sürücüsünü çıxartmışlar, həmin sürücünü də daha əvvəl Fikrətin yanında gördüyü üçün tanımışdır. Probasiya İdarəsinə gedib qeydiyyata düşmüşdür, lakin qolbaq olmadığı üçün verilməmişdir. Ona daha əvvəl 1 il 1 ay müddətində qolbaq cəzası verilmişdir. İlk dəfə marixuana ilə tutulmuşdur, orada isə metamfetamin qeyd edilib. O marixuana istifadə etmişdir. Sonuncu dəfə 6 ay əvvəl qəbul etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin əməliyyat müvəkkilidir, təqsirləndirilən şəxsi əməliyyat tədbiri zamanı tanımışdır, onlara bu şəxsin narkotik vasitə daşıması barədə məlumat daxil olmuşdur, onlar da bu məlumat əsasında Bahar qəsəbəsinə getmişdirlər. Orada şəxsin hərəkətlərini görmüş və ona yaxınlaşmışdırlar. Ondan başqa 2 nəfər şəxs də var idi. Onu hərəkətlərinə görə polis bölməsinə dəvət etmişdirlər. Bölmədə baxış zamanı üzərində şəffaf bükümdə narkotik vasitəyə oxşar maddə aşkar edilmiş, bundan sonra özü də 6 ay istifadə etdiyini etiraf etmişdir. Şəxs tutulan vaxtı tək olmuş, ona heç bir təzyiq göstərilməmişdir. 20 manata aldığını etiraf etmişdir. Ancaq haradan alması yadında deyil. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü ildə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis mayoru X3 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51, 86, 242- 247-ci maddələrinin tələblərinə əsasən, Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Suraxanı RPİ-nin 30-cu PŞ-nin polis sahə inspektoru, polis mayoru Şahid2, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs xx.xx.1965-ci il Nizami rayonunda anadan olan, evli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər AR-sı CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, hal-hazırda ünvan 1-də yaşayan, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 20-də daimi pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs iştirakları ilə tərtib edilmişdir, ondan ötrü ki, xx.xx.2024-cü il tarixdə saat 19:05 radələrində Bakı şəhəri Suraxanı rayonu, Bahar qəsəbəsində fərdi yaşayış evlərinin yaxınlığında olarkən, özünü şübhəli apardığına görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və 30-cu Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan 06 sentyabr 2024-cü il tarixdə 30-cu PŞ-nin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin qabaq sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü tədqim edərək bildirmişdir ki, sellofanda olan narkotik maddədir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan «01» ədəd bağlama cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün 194” saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddə aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində 06 sentyabr 2024-cü il tarixdə aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli qeydlər vermək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd DVD-yə köçürülmüş bir ədəd fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin qabaq sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etmiş, sonra ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu və həmin psixotrop maddəni həmin gün saxlanılmamışdan əvvəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsi yaxınlığında tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün alıb əldə etməklə üzərində saxladığını bildirmiş, sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və onun üzərindən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/4490 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş maddi sübut; 1. “imza” Şahid1; 2. “imza” Şahid2; 3. Təqsirləndirilən şəxs “imza”; 4. Müdafiəçi İ.Hüseynov “imza”;
5. Qablaşdırdı: R.İsmayılov “imza” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,393 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,393 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq – 0,343 qram (ekspertiza tədqiqatın dəyəri 89 manatdır.) Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7276 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 83-cü maddəsində təqsirli bilinərək, Azərbaycan SSR Ali Məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmü ilə 07 (yeddi) il azadlıqdan məhrum etmə əmlakı müsadirə olunmaqla cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1991-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 383-cü maddəsinə əsasən xəstəliyinə görə vaxtından əvvəl şərti azad edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində təqsirli bilinərək, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs onda narkotik vasitənin olmaması və polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs İİİ dərəcə əlilliyinin olmasını cəzanı yüngülləşdirən hal kimi, cəzənı ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması ilə əlaqədar cəzanın seçilməsini məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 89 (səksən doqquz) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq 0,343 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə” haqqında istintaq hərəkətlərinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 89 (səksən doqquz) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-472/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-472/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın 25 fevral 2025-ci ilədək çəkilmiş hissəsi, 2 (iki) ay 7(yeddi) gün, hazırki hökmlə təyin edilmiş qəti cəza müddətinə hesablanmaqla, Təqsirləndirilən şəxs üzərində 2(iki) il 9 (doqquz) ay 23 (iyirmi üç) gün azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdən 08 sentyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) günün hər günü azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər tutulmaqla, həmin müddət təyin edilmiş cəza müddətindən çıxmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 19 (on doqquz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 89 (səksən doqquz) manat manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq 0,343 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə” haqqında istintaq hərəkətlərinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən hakim: Samir Əliyev