Məhkəmə qərarları › İş №1(010)-219/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-219/2021

12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-219/2021 12.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikası, ƏN-nin, PX-nin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq bir ədəd bükümdə təmiz çəkisi 0,378 qram olan narkotik vasitə olan heroini əldə edərək, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlayaraq daşımış, 27 mart 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri. Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsində saxlanılaraq, Bakı şəhəri. Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vladimir Balandin 42 küçəsində yerləşən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə gətirilərək, inzibati binada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətlərini həyata keçirən zaman onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,378 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, adını kakos kimi bildiyi narkotik maddə olan heroini inyeksiya yolu ilə istifadə etmişdir. 27 mart 2021-ci il tarixdə o, bir ədəd siqaret kağızı bükümündə adını kakos kimi bildiyi narkotik maddə olan heroini Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün beş manata alaraq, üzərində gəzdirmişdir. Həmin gün o, təxminən saat 14:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsində piyada hərəkət edən zaman, mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq və özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmiş, bundan sonra onun narkotik vasitələrin gəzdirilməsində və saxlanmasında şübhəli olduğunu deyərək, onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. O, razılaşaraq, polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə gəlmiş, polis idarəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra vəkilinin iştirakı ilə videoçəkilişlə üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşyanın olduğu təqdirdə, onları təqdim etməyi təklif olunmuşdur. O, etiraz etməyərək, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən beş manata aldığı bir büküm, adını kakos kimi bildiyi narkotik maddə olan heroini çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olması və nə vaxt və kimdən əldə etməsi barədə soruşulmuş, o, cavab olaraq həmin bükümün içərisində adını kakos kimi bildiyi narkotik maddə heroinin olduğunu, və həmin narkotik vasitəni 27 mart 2021-ci il tarixdə səhər 10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün alaraq əldə etdiyini bildirmişdir. Bundan sonra həmin bir ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyularaq qablaşdırılmış, üzəri o, və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində axtarışın həyata keçirilmiş və hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Törətdiyi əməldən peşmandır Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 27 mart 2021-ci il tarixdə Suraxanı RPİ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib, gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Suraxanı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 və kiçik əməliyyat müvəkkili Şahid3 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. 27 mart 2021-ci il tarixdə, təxminən saat 14 radələrində o, yaradılmış əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, M.Baydəmirov küçəsinə getmiş, həmin küçədə bir müddət gözlədikdən sonra, daxil olmuş əməliyyat məlumatına uyğun əlamətlərə malik olan şəxsin qeyd edilən ünvana gəlməsini müşahidə etmişlər. Bundan sonra onlar həmin şəxsə yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxsə qanunsuz olaraq narkotik vasitəni əldə edib üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirmiş, sonra isə həmin şəxsi Suraxanı RPİ-nə dəvət etmiş və həmin şəxs buna etiraz etməyərək, onlarla idarəyə gəlmişdir. İdarədə xidməti otaqların birində bu şəxsin, yəni Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər-hansı qeyri-qanuni əşyanın təqdim edilməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ cibindəki bir ədəd siqaretin kağızına bükülmüş, içərisində narkotik vasitəyə oxşar maddənin olduğu bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş bükülünün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni həmin gün, yəni, 27 mart 2021-ci il tarixdə Suraxanı rayonunun Bülbülə qəsəbəsində tanımadığı şəxsdən istifadə etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə oxşar maddə onlar tərəfindən götürülərək və zərfə qoyularaq möhürlənmişdir. Daha sonra protokol tərtib olunmuş və ucadan oxunmuş, protokolun doğru olması bütün iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Narkotik maddənin çəkisini və növünü müəyyən etmək məqsədilə möhürlənmiş zərf Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroini aldığı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları eyniylə təsdiq etmişdirlər. İş materiallarında olan 27 mart 2021-ci il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan 29 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)- 126/2021 nömrəli qərarı ilə əvvəli 27.03.2021-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir. Araşdırma zamanı təyin edilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 28 mart 2021-ci il tarixli 6/1206 nömrəli rəydə qeyd edilmişdir ki, "Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,378 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir". Rəyin tədqiqat prosesinin qeyd hissəsindən görünür ki, Səfərov Eltunun üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 0,378 qram narkotik vasitə olan heroindən 0,05 qram tədqiqata sərf edilmiş 0,328 qram qalıq qalmışdır. Ambulator X2 dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin verdiyi 21.06.2021-ci il tarixli 2017 nömrəli rəydə qeyd edilmişdir ki, "müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür". Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Nəcəfov X6 rayon Məhkəməsinin 1(002)-85/2019 saylı 30.07.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1-ci və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 29.12.2019-cu il tarixli 7(010)-646/2019 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs 30.07.2019-cu il tarixli hökm ilə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının qalan hissəsini çəkmək üçün X5 müəssisəsinə keçirilmişdir. İş materiallarından görünür ki, 9 saylı X5 Müəssisəsinin 28 iyul 2021-ci il tarixli 17/49-469 nömrəli arayışına əsasən məhkum Təqsirləndirilən şəxs 29 mart 2021-ci il tarixinə cəzasının çəkilmiş hissəsi 02 il 05 ay 27 gün, cəzasının çəkilməmiş hissəsi 06 ay 03 gün hesablanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etiafediji izahatı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə-fiziki-kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi jinayət əməlini etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini cəzanın ağırlaşdıran hal olmasını qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbayjan Respublikası JM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 0,328 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 1(002)- 85/2019 saylı 30.07.2019-cu il tarixli hökmü ilə təyin olunmuş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasının barəsində həbs qətimkan tədbirinin seçildiyi tarixədək çəkilməmiş 06 ay 03 gün hissəsi yeni hökmlə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək, üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 27 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış Suraxanı RPİ-də saxlanılan 0,328 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar