Məhkəmə qərarları › İş №1(010)-219/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-219/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-219/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X12 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1980-ci il tarixdə Astara rayonu, Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, nömrəsiz evdə yaşayan, 28 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 oktyabr 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 0,510 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, onun qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 oktyabr 2024-cü il tarixdə saat 16:47-də Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, nömrəsiz ünvanda saxlanılıb üstünün yoxlanılması və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,510 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu evdə olarkən tutmuşlar. 2007-ci ildən narkotik vasitə istifadə edir amma uzun müddətdir ki, istifadə etmirdi. 4-5 aydır ki, narkotik vasitə istifadə etməyə başlamışdır. Narkotik vasitəni həftədə 1-2 dəfə, yəni iki-üç gündən bir, bəzən beş gündən bir istifadə edir. Sonuncu dəfə tutulmamışdan üç gün əvvəl istifadə etmişdir, həmin vasitəni otuz manata almışdır. Tutulan vaxt üstündə narkotik vasitə olmayıb. Ona psixioloji təyziqlər olub deyə üstündə psixotrop maddə olmasını boynuna almışdır. Təqsirləndirilən şəxs son sözündə uşaqlarını oxutduğunu, dayısı oğlunun 2-ci Qarabağ müharibəsində şəhid nəzərə alaraq barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qismən təqsirli bilsə də, heç bir təsir və təzyiq göstərilmədən ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Psixotrop maddə olan metafetamindən 6-7 aydır ki, istifadə edir. Psixotrop maddəni tanımadığı müxtəlif şəxslərdən əldə edərək istifadə edir. 28 oktyabr 2024-cü il tarixdə saat 16:47 dəqiqədə ünvan 1 ünvanında olan zaman üç nəfər şəxs yaxınlaşaraq özlərinin polis əməkdaşları olduğunu bildirib üzərində qanunla gəzdirilməsi qadağan edilmiş əşya olub-olmadığını soruşmuşlar. Bu zaman özünü itirib onlara üzərində olan qara rəngıi cins şalvarın sol yan cibində 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Həmin psixotrop maddə qablaşdırılmış və götürülmüşdür. Bundan sonra onu polis şöbəsinə dəvət etmişlər. Şöbədə otaqların birində yərləşdirib gözləmişlər, sonra təhqiqatçı tərəfindən zərf açılmış və ona üzərindən aşkar edilmiş psixotrop maddə təqdim edilmişdir. Həmin maddənin ona aid olub-olmadığı soruşulduqda həmin maddənin ona aid olduğunu və öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını, istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra yenidən psixotrop maddə qablaşdırılmış və möhürlənmişdir. Sonra isə iştirakı ilə polis əməkdaşlarının onu saxlayan zaman çəkdikləri videogörüntülər göstərilmiş və videodakı şəxsin özü olduğunu təsdiqləmişdir. Sonradan hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmiş və o, vəkilin iştirakı ilə izahat vermişdir. Saxlanılan və Suraxanı RPİ-nin 31-ci PŞ-nin binasında olan zaman ona qarşı hər hansı zorakılıq edilməmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddəni öz şəxsi istifadəsi üçün alıb əldə etmişdir. Heç vaxt psixotrop maddəni kiməsə satmamış, pay verməmiş və ya kiməsə verəcəyi barədə vəd etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Astara rayonu, Ərçivan kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi ünvanında olması və üstündə narkotik vasitə, psixotrop maddə olması barədə məlumat alıb, dərhal həmin məlumatı PŞnin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra 28 oktyabr 2024-cü il tarixdə saat 16:44 radələrində Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, nömrəsiz ev ünvanına getmişlər. Həmin gün saat 16:47-də Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi nömrəsiz ev ünvanında olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib ona narkotik vasitə və psixotrop maddə metamfetamin qəbul etməsi barədə məlumatlarının olduğunu deyib, Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Videoçəkilişi Suraxanı RPİ-nin 31-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı Şahid3 aparırmışdır. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, dövriyyəsi qadağan olunmuş əşya və ya predmet olduqda könüllü təqdim etməsi təklif olunmuşdur. Ramin Mizəyev özü istifadə etmək məqsədi ilə aldığı maddənin psixotrop maddə olduğunu bildirib əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər olan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı hər hansı başqa əşya və ya digər iş üçün əhəmiyyət kəsb edən predmet və ya maddə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki maddəni tanımadığı şəxsdən 10 manata alıb əldə edərək öz istifadəsi üçün saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunaraq protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra raportla şöbənin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddə metamfetaminə bənzər maddə möhürlənmiş zərfdə təhqiqatçıya təqdim edilmişdir. Təhqiqatçının otağında qeyd olunan möhürlənmiş zərfə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxışda o özü, əməliyyat müvəkkili Şahid2 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirak etmişlər, videoçəkiliş sahə inspektoru Şahid3 tərəfindən aparılmışdır. Baxış zamanı qeyd olunan şəffaf sellofanda olan bir büküm möhürlənmiş zərfdən çıxarılmış, təhqiqatçı bildirmişdir ki, bükümdə ağ rəngdə bərk halda olan maddə psixotrop maddə metamfetaminə bənzər maddədir. Həmin maddə başqa zərfə qoyularaq yenə də qablaşdırılıb möhürlənmiş və baxışda iştirak edən şəxslər tərəfindən zərf imzalanmışdır. Bundan sonra təhqiqatçı baxış keçirilməsi barədə protokol tərtib etmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs götürülmüş maddə tədqiq edilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizaları Mərkəzinə göndərilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddə metamfetami kimdən və hansı məqsədlə alması ilə bağlı müəyyən tədbirlər keçirilsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iş üzrə digər Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş sahə inspektoru Şahid3 iş üzrə digər Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); əməliyyat axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il tarixdə saat 16:47-də Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim edilməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümdə olan maddənin nə olması soruşulduqda bildirmişdir ki, bükümdə olan psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədi ilə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata alıb üzərində saxlamışdır (i.v. 10); Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk xx.xx.2024-cü il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 11, 104-109); təqdim edilmiş əşyaya, DVD diskə baxış keçirilməsi və götürmə barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin 31-ci PŞ-nə Təqsirləndirilən şəxs istifadə məqsədi ilə narkotik vasitə əldə edib Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində üzərində saxlaması barədə şübhəli bilindiyi üçün 28 oktyabr 2024-cü il tarixdə, saat 16:47 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində piyada hərəkət edən zaman saxlanılaraq üstünün yoxlanılması, üzərindən 01 (bir) ədəd şəfaf sellofan bükümdə metamfetaminə bənzər psixotrop maddə aşkar edilərək 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılması raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 1 (bir) bükümdə, ağ rəngli, spesifik iyə malik metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sonra həmin kütlə yenidən qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 195 saylı möhürü ilə möhürlənərək götürülmüş və tərkibini müəyyən etməkdən ötrü ƏN-nin MEM-nə göndərimişdir. Daha sonra 1 (bir) ədəd DVD diskə Compaq markalı kompüterdə baxış keçirilmişdir. DVD diskdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər maddənin aşkar olunması və Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi öz əksini tapmışdır (i.v. 15- 16); Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk xx.xx.2024-cü il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 17, 104-109); şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə, saat 18:30-da şübhəli şəxs qismində tutulmuş, onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 16:47-də tutulmuş hesab edilir (i.v. 27); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-6/5032 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün №195» dairəvi möhür əksi, «şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)» yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,510 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildir. qeyd: metamfetaminin ümumi təmiz çəkisi – 0,510 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,460 qram (i.v. 39-43); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 56-57); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i.v. 70-71); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 74); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X6 Şəxsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 85); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə 04 ay 15 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.2-ci maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 14 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (i.v. 86-88); Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(002)-1308/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 ay 14 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir (i.v. 89-93); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi tərəfindən verilən ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx.xx.2024-cü il tarixli, 7198 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 95-96); “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xalis çəkisi 0,510 qram, tədqiqatdan sonra qalıq qalmış 0,460 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 02 ədəd DVD disklər cinayət işinin materiallarına əlavə olunmuşdur (i.v. 104-109); Azərbaycan Respublikası Astara Rayon İcra Hakimiyyəti Başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dayısı oğlu X5 xx.xx.2020-ci il tarixdə 2-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuşdur. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, xüsusən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, iş materiallarında olan digər sübutlar, habelə şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən təqsirləndirildiyi cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X11 görə təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. X8 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı ifadəsində tam etiraf etsə də, məhkəmə istintaqı zamanı isə tutulan vaxt üstündə psixotrop maddə olmadığını, polis əməkdaşları ona psixoloji təyziqlər etdiyindən videoçəkiliş zamanı üzərində psixotrop maddə olmasını boynuna aldığını bildirmişdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə qeyd etdiyi xüsusatlarla əlaqədar hər hansı hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında şikayət etməmişdir. İş materiallarına əlavə edilmiş iki ədəd diskə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən də aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi görünür. Belə ki, məhkəmə iclasında tərəflərin iştirakı ilə iki ədəd DVD diskdə olan videogörüntü tədqiq edilmiş, 1-ci DVD diskdə olan videogörüntüdən aydın olur ki, “28 oktyabr 2024-cü il tarixdə saat 16:44-də əməliyyat tədbirinin keçirilməsi başlayır. Mülki geyimdə olan və özlərinin polis əməkdaşları olduqlarını bildirən şəxs özünün Suraxanı RPİ-nin 31-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, yanında olanın isə həmin PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, kadr arxasında olan videogörüntüləri çəkən şəxsin isə PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid3 olduğunu bildirir. Şahid1 və Şahid2 üzərlərində olan xidməti vəsiqələrini kamera qarşısında nümayiş edirlər. Şahid1 bildirir ki, Təqsirləndirilən şəxs adlı şəxsin Suraxanı rayonu, İlqar Məmmədov küçəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən həmin şəxsin yaxalanması üçün əməliyyat tədbirləri keçirilir və onlar İlqar Məmmədov küçəsinə gedirlər. İştirakçılar avtomobilə əyləşərək gedirlər. Küçələr ilə hərəkət edərək İlqar Məmmədov küçəsində avtomobil yan yola dönür, iştirakçılar avtomobildən enib qaçılrlar və bir mərtəbəli qaraj tipli tikililərin yanında əynində qara şalvar və boz idman gödəkçəsi olan şəxsi yaxalayırlar. Həmin şəxsə yaxınlaşdıqda o, bildirir ki, Təqsirləndirilən şəxsdir, 1980-ci il təvəllüdlüdür, Mədən küçəsində nömrəsiz evdə yaşayır. Əməliyyat müvəkkilləri özlərini təqdim edərək xidməti vəsiqələrini Təqsirləndirilən şəxs təqdim edirlər. Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində narkotik vasitə və digər qeyri-qanuni əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən şəffaf sellofana bükülmüş bükümü çıxardaraq polis əməkdaşlarına təqdim edir. Bildirir ki, bu aldığı maddədir, 15 dəqiqə əvvəl özü üçün istifadə etmək məqsədilə tanımadığı şəxsdən almışdır. Bundan başqa Təqsirləndirilən şəxs şalvarının arxa sol cibindən 2 manat pul çıxardıb polis əməkdaşlarına təqdim edir. Polis əmədaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə axtarış aparılsa da, digər narkotik maddə, iş üçün əhəmiyyət kəsb edə bilən əşya və ya maddə aşkar edilmir. Aşkar olunmuş bir bükümdə olan maddə zərfə qoyularaq möhürlənir və zərf iştirakçılar tərəfindən imzalanır. Zərf imzalandıqda sahə inspektoru Şahid3 polis formasında olduğu görünür. 2 manat Təqsirləndirilən şəxs qaytarılır. Suala cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, əvvəllər 234-cü maddə ilə məhkum olunub, müdafiəçinin köməyinə ehtiyacı yoxdur. Baş əməliyyat müvəkkili Şahid1 bildirir ki, tədbirlər 31-ci Polis şöbəsində davam etdiriləcək.” Məhkəmə iclasında 2-ci DVD diskdə olan videogörüntüdən aydın olur ki, 28 oktyabr 2024cü il tarixdə qarışıq işıqlandırma ilə işıqlandırılmış Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X2 iş otağıdır. Təhqiqatçının qarşısında sağ tərəfdə mülki geyimdə dayanmış polis əməkdaşları: Suraxanı RPİ-nin 31-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və həmin PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, kadr arxasında olan videogörüntüləri çəkən həmin PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid3dur. Şahid1 və Şahid2 arasında dayanmış şəxs şübhəli şəxs Təqsirləndirilən şəxsdur. Qeyd olunan şəxslər təhqiqatçı tərəfindən təqdim olunur. Sonra təhqiqaçı bildirir ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il tarixdə saat 16:47-də polis əməkdaşları tərəfindən sonuncunun narkotik maddələrin dövriyyəsi ilə məşğul olması barədə alınmış məlumata əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və üzərində şəxsi axtarış aparılarkən narkotik vasitə maddi sübut kimi götürülmüş və zərfə qoyularaq möhürlənmişdir. Əməliyyatçılar təqdim etdiyi zərf təhqiqatçı tərəfindən açılmış və içərisində şəffaf sellofan bükümü aşkar olunmuşdur. Bükümün içərisində bərk ağ maddə aşkar edilmişdir. Suala cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, saxlanılan zamanı hər hansı təyziqə məruz qalmamışdır. Qeyd olunan bir ədəd büküm yenidən başqa zərfə qoyulur, DİN-in 195 saylı möhürü ilə möhürlənir və iştirakçılar tərəfindən zərfin üzəri imzalanır. Zərf imzalandıqda sahə inspektoru Şahid3 polis formasında olduğu görünür. Təhqiqatçı bildirir ki, qeyd olunan içərisində maddə olan zərf məhkəmə-kimyavi ekspertizası təyin olunması ilə əlaqədar tədqiq edilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndəriləcəkdir.” Görüntüdə Təqsirləndirilən şəxs psixotrop maddənin ona məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzası ilə təsdiq etmişdir. Digər tərəfdən, Respublika Narkoloji X9 Şəxsi tərəfindən verilən ambulator məcburinarkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsindəki hallara istinad edilməklə qurulmuş müdafiəsi cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Buna görə də, onun məhkəmə iclasında verdiyi ifadəsini sübut növü kimi qiymətləndirmir, əksinə ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut növü qismində qiymətləndirir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddə» adlı İİ siyahıya əsasən təmiz çəkisi 0,510 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Məhkəmə, Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, tutulduğu müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı (CM 69.3), cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 114 (yüz on dörd) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il tarixdən 30 oktyabr 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlıqdan məhrumetmə cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli 20 fevral 2025ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 72 (yetmiş iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan 0,460 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar