Məhkəmə qərarları › İş №1(010)-22/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-22/2022

17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-22/2022 17.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:20-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi, döngə 3, 6 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, İ.Şükürov küçəsi, 33 nömrəli evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30 iyul 2014-cü il tarixli, 2(004)-5430/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 04 iyun 2014cü il tarixdən başlayaraq 18 yanvar 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər ay 120 manat, habelə həmin rayon məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(004)-7070/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 28 yanvar 2020-ci il tarixdən başlayaraq yuxarıda adı qeyd olunmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin olunmuş alimentin miqdarı artırılaraq hər ay 200 manat məbləğində pulun Zərərçəkmiş şəxs ödənilməsinə dair məhkəmə aktlarının icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 3(103)-1168/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə tənbeh növü təyin olunmasına və ona icra sənədlərindəki tələbi icra etməsi üçün 28 avqust 2020-ci il və 25 sentyabr 2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 15 yanvar 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs hər iki məhkəmə qətnaməsi üzrə ümumilikdə 5.685 manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnamələrini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi olaraq xoreoqrafiya işləri ilə məşğul olaraq rəqs dərsləri keçirir və aylıq gəliri 200–300 manat təşkil edir. O, 2009-cu ilin avqust ayının 9-da Zərərçəkmiş şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və onların nikahları 2012-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində 18 yanvar 2013-cü il tarixdə Ayan adlı bir qız övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2014-cü ilin yay aylarında sonuncu bir azyaşlı uşağını götürərək gəlin gəldiyi ünvandan çıxıb gedərək valideynlərinin yaşadığı ünvana gələrək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra 2014-cü ilin iyul ayında kecmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ondan boşanmağa görə və bir az yaşlı uşağın saxlanılması üçün aliment pulunun alınmasından ötrü aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd olunan rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 30 iyun 2014-cü il tarixindən başlayaraq 18 yanvar 2013-cü ildə anadan olmuş Ayan İsgəndərsoyun yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər ay 120 manat məbləğində pulun ondan alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair 30 iyul 2014-cü il tarixli, 2(004)- 5430/2014 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icrasının təşkili üçün aidiyyatı üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. Bundan sonra məhkəmə qətnaməsinə əsasən alimentə görə ödəniş etməsinə baxmayaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 2019-cu ilin axırlarında aliment pulunun artırılmasından ötrü yenidən aidiyyatı üzrə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 30 iyul 2014-cü il tarixli, 2(004)- 5340/2014 saylı qətnaməsi üzrə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək yuxarıda adı qeyd edilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq hər ay 200 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 20 dekabr 2019-cu il tarixli, 2(004)-7070/2019 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün yenidən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. Hər iki məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləği ödəmədiyinə görə onun barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 3(010)-497/2020 saylı qərarı ilə icra məmuru tərəfindən barəsində tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Bundan sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs qeyd edilən məhkəmənin 20 may 2020-ci il tarixli, 3(010)- 497/2020 saylı qərarından apellyasiya şikayəti vermiş və Apellyasiya Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 3(103)-1168/2020 saylı qərarı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 3(010)-497/2020 saylı inzibati xəta haqqında qərarı ləğv edilmiş və Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilmişdir. Bundan sonra onun ölkədən getmək hüququ icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən müvəqqəti olaraq məhdudlaşdırılmıası barədə qərar qəbul edilmişdir. O, Zərərçəkmiş şəxs Bakı şəhər Yasamal rayon Məhkəməsinin 30 iyul 2014-cü il tarixli, 2(004)-5430/2014 saylı qətnaməsinə əsasən alimentə görə 7.920 manat ödəməli olduğu halda 5.235 manat məbləğində ödəniş etmiş və 2.685 manat isə borcu qalmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(004)-7070/2019 saylı qətnaməsinə əsasən heç bir ödəniş etməmiş və 3.000 manat borcu yaranmışdır. 15 yanvar 2021-ci il tarixədək hər iki məhkəmə qətnaməsi üzrə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ümumilikdə cəmi 5.685 manat aliment borcu qalmış, aliment borcunu ödəməməsinə səbəb keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs bir azyaşlı uşağı ilə ona görüşə icazə verməməsi olmuşdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, hazırda tələbkar Zərərçəkmiş şəxs olan 5.685 manat aliment borcunu ödəməklə məhkəmə qətnamələrini tam icra etdiyini bildirdi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini, cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, o, 2009-cu ilin avqust ayının 9-da Təqsirləndirilən şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları 2012-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində 18 yanvar 2013-cü il tarixdə Ayan adlı bir qız övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxsla aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2014-cü ilin yay aylarında bir az yaşlı uşağını götürərək gəlin gəldiyi ünvandan çıxaraq validynlərinin yaşadığı ünvana gələrək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra övladının böyüdülməsində maddi çətinlik çəkdiyinə görə məcburiyyət qarşısında qalaraq Təqsirləndirilən şəxs boşanmağa görə və uşağının saxlanılmasından ötrü aliment pulunun alınması üçün 2014-cü ilin iyul ayında aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd edilən rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 04 iyun 2014-cü il tarixdən başlayaraq 18 yanvar 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər ay 120 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilmə- sinə dair 30 iyul 2014-cü il tarixli, 2(004)-5430/2014 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icrasının təşkili üçün aidiyyatı üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən alimentə görə borclu olduğu məbləği tam olaraq ödəmədiyi üçün 2019-cu ilin axırlarında aliment pulunun artırılmasından ötrü yenidən aidiyyatı üzrə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən 30 iyul 2014-cü il tarixli, 2(004)-5430/2014 saylı qətnaməsi üzrə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək yuxarıda adı qeyd edilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay 200 manat məbləğində pulun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 05 dekabr 2019-cu il tarixli, 2(004)- 7070/2019 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qüvvəsini aldıqdan sonra icra olunması üçün aidiyyatı üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs hər iki məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləği ödəmədiyindən barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsininn 20 may 2020-ci il tarixli, 3(010)-497/2020 saylı qərarı ilə icra məmuru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Bundan sonra o, qeyd edilən məhkəmənin 20 may 2020-ci il tarixli, 3(010)-497/2020 saylı qərarından apellyasiya şikayəti vermiş və Apellyasiya Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 3(103)-1168/2020 saylı qərarı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 3(010)-497/2020 saylı qərarı ləğv edilərək keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilmişdir. Bundan sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30 iyul 2014-cü il tarixli, 2(004)-5430/2014 saylı qətnaməsinə əsasən 7.920 manat ödəməli olduğu halda 5.235 manat məbləğində ödəniş etdiyini və 2.685 manat borcu qalmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(004)-7070\2019 saylı qətnaməsinə əsasən heç bir ödəniş etməmiş və 3.000 manat borcu yaranmışdır. Təqsirləndirilən şəxs hər iki məhkəmə qətnamə üzrə 15 yanvar 2021-ci il tarixədək ümumilikdə aliment borcu 5.685 manat təşkil etmişdir. Sonda Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs icra sənədləri üzrə olan 5.685 manat aliment borcunu tam olaraq ödədiyinə görə sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 göstərdi ki, şöbəyə daxil olmuş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30 iyul 2014-cü il tarixli, 2(004)-5430/2014 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 04 iyun 2014-cü il tarixdən başlayaraq 18 yanvar 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Bundan sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-7070/2019 saylı, 05 dekabr 2019-cu il tarixli, qətnaməsi ilə veriləcək alimentin miqdarı artırılaraq hər ay 200 məbləğində müəyyən edilmişdir. Göstərilən icra sənədləri 15 oktyabr 2014-cü il tarixdə və 03 fevral 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsini rəhbər tuturaq icraata başlamaq haqqında qərar qəbul edildikdən sonra hər iki icra sənədi bir icraatda birləşdirilərək tərəflərə məlumat verilmişdir. Həmçinin borclu Təqsirləndirilən şəxs icraata başlamaq haqqında qərarların surəti və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də icra sənə dinin icrasını təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, icra sənədinin icrasını təmin etmək məqsədi ilə onun Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə gəlməsi tələb olunmasına baxmayaraq üzürlü səbəb göstərmədən çağırışa gəlməkdən boyun qaçırtmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. 28 avqust 2018-ci il tarixdə borclu barəsində axtarış qərarı qəbul edilərək Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə göndərilmiş, 04 sentyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq İcra Şöbəsinə gətirilmiş və iş üzrə onun izahatı alınmışdır. İcra məmurunun qanuni tələbini yerinə yetirməməsinə və icra sənədlərindəki tələbi üzürsüz səbəbdən icra etməməsi ilə bağlı borclu Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə tənbeh növü təyin edilmişdir. İnzibati tənbehdən sonra tələb ilə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmiş, lakin tələb yenədə icra olunmamışdır. Bundan sonra tələbkar Zərərçəkmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəməkdən qərəzli olaraq yayındığını bildirmiş, bu səbəbdən də icra materiallarını onun əməlinə hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyi İstintaq İdarəsinə göndərilməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30 iyul 2014-cü il tarixli, 2(004)-5430/2014 saylı qətnaməsinə əsasən alimentə görə 7.920 manat ödəməli olduğu halda 5.235 manat məbləğində ödəniş etmiş və 2.685 manat borcu qalmış, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(004)-7070/2019 saylı qətnaməsinə əsasən heç bir ödəniş etməmiş və 3.000 manat borcu yaranmışdır. Təqsirləndirilən şəxs hər iki məhkəmə qətnaməsi üzrə alimentə görə 15 yanvar 2021-ci il tarixədək ümumilikdə 5.685 manat aliment borcu yaranmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün 20 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasının 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş mate- riallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Şahid Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30 iyul 2014-cü il tarixli, 2(004)-5430/2014 saylı qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Xəlil oğlu ilə Zərərçəkmiş şəxs arasında Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat Şöbəsi tərəfindən 08 noyabr 2012-ci il tarixli, 1604 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından olan 18 yanvar 2013-cü il təvəllüdlü X4 anası Zərərçəkmiş şəxs himayəsində sxlanılmış, 18 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs Xəlil oğlundan ayda sabit pul məbləğində 120 manat Zərərçəkmiş şəxs xeyrinə tutulmuşdur. İş materiallarında olan icraata başlamaq haqqında 16 oktyabr 2014-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30 iyul 2014-cü il tarixli, 2(004)-5430/2014 saylı qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs Xəlil oğluna icranı 10 gün müddətinə könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(004)-7070/2019 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30 iyul 2014-cü il tarixli, 2(004)-5430/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilmiş, 18 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs Xəlil oğlundan hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 03 fevral 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(004)- 7070/2019 saylı qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs Xəlil oğluna icranı könüllü olaraq dərhal təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan 03 fevral 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30 iyul 2014-cü il tarixli, 2(004)-5430/2014 saylı və 05 dekabr 2019-cu il tarixli, 2(004)-7070/2019 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 3(103)-1168/2020 saylı qərarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin 28 avqust 2020-ci il tarixli xəbərdarlıq məktubundan və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30 iyul 2014-cü il tarixli, 2(004)-5430/2014 saylı və 05 dekabr 2019-cu il tarixli, 2(004)-7070/2019 saylı icra sənədləri üzrə borcunu ödəmək üçün Təqsirləndirilən şəxs bir daha 10 gün müddətinə vaxt verilmiş, qeyd edilən müddət ərzində borcunu qərəzli olaraq ödəmədiyi təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəyi barədə xəbərdar edilmiş, həmin xəbərdarlıq məktubunu Təqsirləndirilən şəxs həmin tarixdə şəxsən imza etməklə qəbul etmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin 25 sentyabr 2020ci il tarixli xəbərdarlıq məktubundan və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30 iyul 2014-cü il tarixli, 2(004)-5430/2014 saylı və 05 dekabr 2019-cu il tarixli, 2(004)-7070/2019 saylı icra sənədləri üzrə borcunu ödəmək üçün Təqsirləndirilən şəxs bir daha 10 gün müddətinə vaxt verilmiş, qeyd edilən müddət ərzində borcunu qərəzli olaraq ödəmədiyi təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəyi barədə xəbərdar edilmiş, həmin xəbərdarlıq məktubunu Təqsirləndirilən şəxs həmin tarixdə şəxsən imza etməklə qəbul etmişdir. İş materiallarında olan cinayət məsuliyyətinə cəlb olunma haqqında 20 aprel 2021-ci il tarixli təqdimatdan görünür ki, barəsində cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimat verilənədək Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30 iyul 2014-cü il tarixli, 2(004)-5430/2014 saylı və 05 dekabr 2019-cu il tarixli, 2(004)- 7070/2019 saylı qətnamələri üzrə ümumilikdə aliment borcu 5.685 manat təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması birbirinə uyğun gələn özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ərizə təqdim edərək tələbkar Zərərçəkmiş şəxs olan 5.685 manat aliment borcunu ödəməklə icra sənədlərini tam icra etdiyini bildirmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini, cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs icra sənədləri üzrə ödəməli olduğu 5.685 manat aliment borcunu tam olaraq ödədiyinə görə sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini işin məhkəmə araşdırması dövründə tam icra etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Bundan başqa, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar