Məhkəmə qərarları › İş №1(010)-22/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-22/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-22/2024 21.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, prokuror Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müqavilə üzrə müdafiəçisi “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1981-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, biri himayəsində olmaqla, iki övladı olan, işləməmiş, məhkum olunmamış, İmişli rayonu, Sarıxanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, 28 aprel 2022, 14 iyun 2022 və 09 sentyabr 2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutulmuş, 11 sentyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 1(010)-177/2023 nömrəli qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 02 iyul 2024-cü il tarixdə tutularaq 03 iyul 2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-heroin və psixotrop maddəmetamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəheroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 28 aprel 2022-ci il tarixdə, saat 13:00-da Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,623 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 14 iyun 2022-ci il tarixdə, saat 20:05-də Binəqədi RPİ-nin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 5-ci polis bölməsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 1,012 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 09 sentyabr 2022-ci il tarixdə, saat 15:30-da Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 7-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 16 ünvanında yerləşən “Araz” marketin yaxınlığında özünü şübhəli aparması və üzərində narkotik vasitə olmasını etiraf etməsi səbəbindən saxlanılaraq Suraxanı RPİ-nin 32-ci polis bölməsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,030 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə hər üç epizod üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 aprel 2022-ci il tarixdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ilə hərəkət edərkən yerdə 02 (iki) ədəd büküm aşkar etmiş və açanda görmüşdür ki, birində “kakos” kimi bilinən narkotik vasitə, digərində isə psixotrop maddə-metamfetamin vardır. Həmin maddələri götürüb özündə saxlamışdır ki, daha sonra istifadə etsin. Həmin gün, təxminən saat 13 radələrində Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanın yaxınlığı ilə hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onu şübhəli şəxs qismində Binəqədi Polis İdarəsinin 4-cü polis şöbəsinə dəvət etmişlər. 4-cü polis şöbəsinin xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah edildikdən sonra, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa, könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O, həmin otaqda əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 02 (iki) ədəd bükümü çıxararaq təqdim etmiş və üzərindən aşkar edilmiş bükümün içərisindəki maddənin narkotik vasitə kakos və metamfetamin oluğunu bildirmişdir. Həmin narkotik vasitəni 28 aprel 2022-ci il tarixdə, Qaraçuxur qəsəbəsində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş içərisində narkotik vasitə olan 02 (iki) ədəd büküm onun iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Bundan sonra 2022-ci il iyun ayının ilk günlərində bir nəfər İran vətəndaşı ona zəng vurub psixotrop maddə təklif etmiş, o da razılaşmışdır. Ona taksofondan zəng edildiyi üçün nömrəsi mobil telefonuna düşməmişdir. 13 iyun 2022-ci il tarixdə, həmin şəxs ona zəng vurmuş və ondan metamfetamin istəmişdir. Şəxs ona kart nömrəsini göndərmiş və həmin karta “Milliön” aparatı vasitəsi ilə 10 manat pul göndərmişdir. Daha sonra, Xırdalan şəhərində parkın içərisində oturacağın arxasında kolluqda 01 (bir) ədəd gümüşü bükümün olduğu ona bildirilmişdir. Təxminən saat 11 radələrində 01 (bir) ədəd ağ-gümüşü bükümü həmin yerdən gedib götürmüşdür. 14 iyun 2022-ci il tarixdə, saat 20:05-də Binəqədi rayonu, Z.Bünyadov prospekti 11 saylı binanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onu şübhəli şəxs qismində Binəqədi Polis İdarəsinin 5-ci polis bölməsinə dəvət etmişlər. 5-ci polis bölməsinin xidməti otaqlarının birində hüquq və vəzifələri izah edildikdən sonra, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa, könüllü olaraq təqdim etməsi bildirilmişdir. Həmin otaqda əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd bükümü çıxararaq təqdim etmiş və üzərindən aşkar edilmiş bükümün içərisindəki maddənin metamfetamin oluğunu bildirmişdir. Üzərindən aşkar olunmuş içərisində psixotrop maddə olan 01 (bir) ədəd büküm onun iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Həmin şəxsi tanımamış, danışığından təxmini iranlı olduğunu düşünmüşdür. Onun kart nömrəsini dərhal telefonundan silmişdir. Onun telefon nömrəsini də bilmir. Belə ki, həmin şəxs ona taksofonla zəng vururmuşdur. Bundan başqa, sonuncu dəfə 09 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında internetdə tanış olduğu və şəxsiyyətini bilmədiyi şəxsin verdiyi kart nömrəsinə 10 manat pul ödəyərək Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında, ona deyilən yerdən 01 (bir) ədəd büküm narkotik vasitə-heroini götürüb cibinə qoymuşdur ki, sonra istifadə etsin. Daha sonra, Qaraçuxur qəsəbəsinə gəlmiş və saat 15:30 radələrində Şərq yaşayış sahəsi, «Araz» marketin yanında olarkən polis avtomobili ilə hərəkət edən bir neçə nəfər polis əməkdaşı avtomobildən düşərək ona yaxınlaşmışlar. Üzərində narkotik vasitə olduğu üçün özünü həyəcanlı aparmış və bundan şübhələnən polis əməkdaşları onu sorğu-sual etdikdə o, üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Onu Suraxanı RPİ-nin 32-ci polis bölməsinə gətirmişlər. Orada üzərində şəxsi axtarış aparılan zaman üzərində 01 (bir) ədəd bükümdə olan narkotik vasitə-heroini könüllü olaraq çıxarıb təqdim etmişdir. Həmin bir ədəd büküm onun iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Narkotik vasitələri yalnız özü istifadə etməsi üçün əldə etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təxminən 13 il olar ki, narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitə və ya psixotrop maddələrdən əvvəllər istifadə etsə də, hal-hazırda istifadə etmir. Sonuncu dəfə 1 il yarım bundan öncə istifadə etmiş, sonra müalicə almışdır. 3 ay müddət Bakı şəhərində “Xəzər” reabilitasiya mərkəzində, daha sonra isə Rusiya Federasiyasında stasionar müalicə almışdır. Barəsində cinayət işi üzrə icraat olduğu halda, Rusiya Federasiyasına getməsinin səbəbini onunla izah etdi ki, bir neçə dəfə məhkəmənin çağırışlarına gəlmiş, daha sonra Bakı şəhərində müalicə almasının ona müsbət təsir göstərmədiyinə görə, müalicə olunmaq üçün Rusiya Federasiyasına getmək məcburiyyətində qalmışdır. Ölkədən çıxışına məhdudiyyət qoyulmadığından sərbəst formada Rusiya Federasiyasına gedə bilmişdir. Narkotik vasitəni hər dəfə eyni şəxsdən almışdır. Həmin şəxsi sosial şəbəkə vasitəsi ilə tanımışdır. Narkotik vasitələri 30 manat pul ödəyərək almışdır. Sonda isə bildirmişdir ki, Rusiya Federasiyasında o müalicəsini alarkən oğlu da yanında təhsil almağa başlamışdır. Oğlunun bütün xərclərini özü təmin etmişdir. Əməlindən səmimi peşman olmasını, biri himayəsində olmaqla, iki övladının olmasını, hepatit C xəstəliyindən əziyyət çəkməsini, uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəksə də, iki ildir ki, müalicə almasını və ailə vəziyyətini nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 4-cü PŞ-də CA üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 28 aprel 2022-ci il tarixdə, Cabir adlı şəxsin Binəqədi rayonu, Azadlıq prospektində üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxsin müəyyən olunması və onun şöbəyə gətirilməsi zərurəti yarandığından polis şöbəsinin rəisinə raportla müraciət etmiş, təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi, eləcə də, əməliyyat qrupunun təşkil edilməsi barədə qərar qəbul edərək şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra, 28 aprel 2022-ci il tarixdə, saat 13 radələrində əməliyyat qrupunun üzvü, kiçik inspektor, polis baş serjantı Şahid4lə birlikdə Azadlıq prospektinə getmişlər. Həmin prospektdə 187 saylı ünvanın yaxınlığında məlumatda bildirilən əlamətlərə görə, Cabir adlı şəxslə rastlaşaraq onu Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin xx xxxx 1981-ci il təvəllüdlü, İmişli rayonu, Sarıxanlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zərurəti yarandığından, bu barədə dərhal raport yazıb şöbə rəisinə məruzə etmişdir. Şöbə rəhbərliyi tərəfindən prosessual hərəkətlərin keçirilməsi baş təhqiqatçı İsmayıl Qurbanova həvalə edilmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra, xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda, onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli və 01 (bir) ədəd qara rəngli siqeret kağızına bükülmüş bükümləri çıxarıb təqdim edərək, bükümlərdən birinin içərisində narkotik vasitəheroin və digərinin içərisində isə metamfetamin olduğunu, həmin maddələri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerdən tapdığını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Onun üzərində şəxsi axtarış aparılmış, başqa heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 (iki) ədəd bükümdə olan həmin maddə kağız zərfə qablaşdırılıb Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin 173 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və aşkar olunmuş narkotik vasitəni haradan və kimdən əldə etməsi barədə hər hansı məlumatı yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, o da həmçinin polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmişdir. Şübhəli şəxs qismində tutulan zaman şəxsin hər hansısa xəsarəti olmamışdır. Şəxsin üzərindən baxış zamanı 01 (bir) ədəd bükümdə narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə metamfetamin aşkar olunmuşdur. Əməliyyat məlumatı ona daxil olmuş, bundan sonra, yaradılmış əməliyyat qrupuna Şahid4 də daxil edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın qanuniliyinin yoxlanılması barədə heç bir məlumatı yoxdur. Şəxsin yaşayış yerində axtarış aparılmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Binəqədi RPİ-nın 4-cü polis şöbəsinin əməkdaşı, iş üzrə Şahid4 məhkəmə iclasında iştirak etməmiş, buna görə də, ifadəsi elan edilmiş, Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadədə, o, şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmiş olduğu xüsusatlarla eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 5-ci polis bölməsinin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 14 iyun 2022-ci il tarixdə, İmişli rayonu, Sarıxanlı kəndində qeydiyyatda olan ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxsin müəyyən olunması və onun şöbəyə gətirilməsi zərurəti yarandığından bölmənin rəisinə raportla müraciət etmiş, təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi, eləcə də, əməliyyat qrupunun təşkil edilməsi barədə qərar qəbul edərək onun və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat tədbiri nəticəsində 14 iyun 2022-ci il tarixdə, saat 20:05-də Səlimov X5 rayonu, Z.Bünyadov prospekti, 11 saylı ünvanın yaxınlığında saxlanılmış və Binəqədi RPİ-nin 5-ci polis bölməsinə dəvət etmişlər. Təhqiqatçı tərəfindən bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra, polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılaraq baxış keçirilmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşya olduğu halda, onu könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd ağ gümüşü rəngli kağız bükümü, həmin şalvarın sağ cibindən isə 01 ədəd «PRC» və 01 ədəd «Samsung» markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümün içərisindəki maddə metamfetamindir və həmin maddəni tanımadığı şəxslə taksofonla əlaqə saxlayıb 10 manat pul ödəyərək almış, 13 iyun 2022-ci il tarixdə, saat 11 radələrində Xırdalan şəhər parkında şərti yerdən götürüb şəxsi istifadəsi məqsədilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd bükümdə olan həmin maddə kağız zərfə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir psixi və ya fiziki təzyiq göstərilməmiş, təqsirləndirilən şəxs də həmçinin tutulan zaman onlara qarşı heç bir müqavimət göstərməmişdir. Şübhəli şəxs qismində tutulan zaman şəxsin hər hansısa xəsarəti olmamışdır. Təqsirləndirilən şəxsi tutduqları vaxtdan 2 il keçdiyi üçün, ona yaxınlaşdıqları yeri dəqiq xatırlamır, amma “Dərnəgül” ərazisində olduğu yadındadır. Şəxsin üzərindən aşkar olunan maddəni xatırlamır, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Əməliyyat məlumatı ona daxil olmuş, əməliyyat qrupuna da özü rəhbərlik etmiş, qrup o və Şahid2 ibarət olmuşdur. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın qanuniliyi yoxlanılmışdır. Daxil olmuş əməliyyat məlumatında şəxslə bağlı kifayət qədər məlumat olduğundan Təqsirləndirilən şəxs müəyyən edə bilmişlər. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Binəqədi RPİ-nin 5-ci polis şöbəsinin əməkdaşı, iş üzrə Şahid2 məhkəmə iclasında iştirak etməmiş, buna görə də, ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadədə, o, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatlarla eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin ƏÇPAnın 7-ci polis bölməsinin polis nəfəri Şahid5 ifadəsində göstərmişdir ki, qeyd etdiyi polis bölüyü Suraxanı RPİ-nin 32-ci polis bölməsinin ərazisində xidmət aparır. 09 sentyabr 2022-ci il tarix, saat 15:30 radələrində 2476 çağırışlı avtopatrulla, polis nəfərləri Orxan Mirzəyev və Şahid6la birlikdə ünvan 10 ünvanda yerləşən «Araz» marketin yaxınlığında bir nəfərin özünü şübhəli aparması diqqətini cəlb etmiş, bu səbəbdən ona yaxınlaşaraq özlərini təqdim etdikdə, həmin şəxs özünü itirərək daha da şübhəli apardığından onu Suraxanı RPİ-nin 32-ci polis bölməsinə dəvət etmişlər. O, da razı olaraq onlarla birlikdə, Polis İdarəsinə gəlmişdir. Orada həmin şəxsin xx xxxx 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf etmiş və prosessual sənədləşmə aparılması idarənin 32-ci polis bölməsinin baş təhqiqatçısı Ayaz Meydanova həvalə edilmişdir. Bölmədə xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə, Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisindəki maddə heroin adlanan narkotik vasitədir, həmin narkotik vasitəni onlayn qaydada pul ödəməklə, Yasamal rayonu ərazisində yerdən götürmüş, öz istifadəsi üçün üzərində saxlamışdır. Həmin kütlə götürülərək qablaşdırılmış, protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və aşkar olunmuş narkotik vasitəni haradan və kimdən əldə etməsi barədə hər hansı məlumatı yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir psixi və ya fiziki təzyiq göstərilməmiş, təqsirləndirilən şəxs də həmçinin tutulan zaman onlara qarşı heç bir müqavimət göstərməmişdir. Şübhəli şəxs qismində tutulan zaman şəxsin hər hansısa xəsarəti olmamışdır. Təqsirləndirilən şəxsə yaxınlaşan zaman o, tək olmuşdur. Həmin vaxt mülki geyimdə yox, xidməti formada olmuşlar. Şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən orada iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 7-ci polis bölməsinin polis nəfəri Şahid6 da şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmiş olduğu xüsusatlarla eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 220040486 nömrəli cinayət işi 29 aprel 2022-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 163, İ cild) 28 aprel 2022-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. (iş.v. 165-166, İ cild) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm kəskin spesifik iyə malik toz şəkilli narkotik vasitə-heroinə bənzər və 01 (bir) ədəd qara rəngli siqaretin kağızına bükülmüş kristal halında olan psixotrop maddə-metamfetaminə bənzər kütləni təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs, onları Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerdən tapdığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əynindəki qara idman şalvarın sol yan cibindən “VİVO” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitəyə, psixotop maddəyə bənzər kütlələr və “VİVO” markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 173 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (iş.v. 189-190, İ cild) Məhkəmə-kimyəvi ekspertizasının 29 aprel 2022-ci il tarixli, 6/2463 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,623 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,086 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) Heroinin təmiz çəkisi – 0,623 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,573 qram. 2) Metamfetaminin təmiz çəkisi – 0,086 qram, tədqiqata sərf edildi - 0,03 qram, qalıq – 0,056 qram. (iş.v. 198-200, İ cild) 220040692 nömrəli cinayət işi 15 iyun 2022-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 80, İ cild) 14 iyun 2022-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. (iş.v. 82-83, İ cild) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarlarının ciblərində, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd ağ-gümüşü kağıza bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş, həmin şəxs üzərində bundan əlavə, sağ yan cibində 01 ədəd “Samsung” markalı və “PRC” markalı mobil telefonun olmasını bildirmişdir. Həmin əşyaları da cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilmiş, sonra isə üzərindən aşkar edilmiş əşyaların bir-bir adlarını deməklə, təqdim etməsi təklif olunmuşdur. O, 01 (bir) ədəd ağ gümüşü kağıza bükülmüş bükümün içərisində olan maddənin “metamfetamin” deyilən psixotrop maddə olduğunu bildirmiş, ondan həmin bükülünü haradan əldə etməsi və nə məqsədlə üzərində gəzdirməsi sual edildikdə, narkotik vasitə istifadə etməsini, həmin bükümü tanımadığı şəxslə taksofon vasitəsilə əlaqə quraraq 13 iyun 2022-ci il tarixdə, saat təxminən 11:00 radələrində Abşeron rayonu, Xırdalan qəsəbəsi parkın içərisində yerdən götürdüyünü, onu öz istifadəsi üçün 10 manat pul ödəyərək alıb üzərində gəzdirdiyini bildirmişdir. (iş.v. 106- 108, İ cild) Məhkəmə-kimyəvi ekspertizasının 15 iyun 2022-ci il tarixli, 6/3356 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,012 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 1,012 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq – 0,912 qram. (iş.v. 121-123, İ cild) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ona məxsus olan “Samsung A10” və “Prc” markalı mobil telefonları 16 iyun 2022-ci il tarixdə təhvil almışdır. (iş.v. 151, İ cild) 29 iyul 2022-ci il tarixli, “cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilməklə, ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaqı bir icraatda aparılmışdır. Birləşdirilmiş cinayət işinin ********* nömrəsi altında istintaq edilməsi qərara alınmışdır. (iş.v. 160-161, İ cild) 220100767 nömrəli cinayət işi 10 sentyabr 2022-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin baş təhqiqatçısı, polis kapitanı X7 tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1, İ cild) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddəni cibindən çıxarıb təqdim etmişdir. Şifahi verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir və həmin narkotik vasitəni onlayn qaydada X6 vətəndaşından Yasamal rayonunda yerləşən İnşaatçılar metrosunun yaxınlığından əldə etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd büküm, cinayət təqibi üzrə sübut əmiyyətinə matik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün 196 N-li” möhürü ilə möhürlənərək götürülmüşdür. (iş.v. 28-29, İ cild) Məhkəmə-kimyəvi ekspertizasının 10 sentyabr 2022-ci il tarixli, 6/5004 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №196” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,030 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 1,030 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,980 qram. (iş.v. 34-37, İ cild) Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 03 (üç) ədəd DVD diskə baxış keçirilmişdir. 1-ci diskə baxış zamanı müəyyən olunur ki, 28 aprel 2022-ci il tarixdə polis əməkdaşlarının iştirakı ilə Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, sonuncu könüllü olaraq əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 (bir) ədəd gümüşü rəngli və 01 (bir) ədəd qara rəngli siqaret kağızlarına bükülmüş bükümləri, sol yan cibindən 01 ədəd “VİVO” markalı mobil telefonu çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən birinin içərisindəki maddənin metamfetamin, digərinin içərisində isə heroin kimi tanıdığı narkotik vasitə olduğunu, həmin kütləni, həmin tarixdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirir. Bükümlərdəki maddələr baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülür, ərizə və şikayət daxil olmur. İkinci diskə baxış zamanı həmçinin müəyyən olunur ki, 14 iyun 2022-ci ildə polis əməkdaşlarının iştirakı ilə Binəqədi RPİ-nin 5-ci polis bölməsinin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, sonuncu könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd ağ gümüşü rəngli bükümü çıxarıb təqdim edir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin şalvarın sağ yan cibindən 01 ədəd «Samsung» və 01 ədəd “PRC” markalı mobil telefonları çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin metamfetamin kimi tanıdığı maddə olduğunu, həmin psixotrop maddəni eyni tarixdə tanımadığı şəxslə taksofon vasitəsilə əlaqə yaxlayıb 10 manat ödəməklə Xırdalan şəhərində parkın içərisindən şərti yerdən götürdüyünü, öz istifadəsi üçün üzərində saxladığını bildirir. Bükümdəki maddə baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülür, ərizə və şikayət daxil olmur. Sonuncu diskə baxış zamanı isə müəyyən olunur ki, polis əməkdaşlarının iştirakı ilə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, sonuncu könüllü olaraq əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin heroin kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni onlayn qaydada İran vətəndaşından aldığını, Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında şərti yerdən götürdüyünü bildirir. Bükümdəki vasitə baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülür, ərizə və şikayət daxil olmur. 29 iyul 2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 28 aprel 2022-ci il tarixdə aşkar edilmiş 0,623 qram narkotik vasitə-heroin və 0,086 qram psixotrop maddə-metamfetamin, həmçinin 14 iyun 2022-ci il tarixdə üzərindən aşkar edilmiş 1,012 qram psixotrop maddəmetamfetamin maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan sonra, qalıq qalmış 0,573 qram heroin və 0,056 qram metamfetamin, həmçinin 0,912 qram heroin saxlanması üçün Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (iş.v. 235-237, İ cild) Ambulator məhkəmə-narkoloji ekspertizasının 10 avqust 2022-ci il tarixli, 4400 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 239- 240, İ cild) 15 sentyabr 2022-ci il tarixli, “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilməklə, ********* nömrə altında istintaqı davam etdirilmişdir. (iş.v. 244, İ cild) Suraxanı RPİ-nin İŞ-nin əməliyyat tapşırığına Suraxanı RPİ-nin 32-ci polis bölməsi tərəfindən ünvanlanan 26 sentyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, həmçinin üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. (iş.v. 77; 249, İ cild) 12 noyabr 2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 28 aprel 2022-ci il tarixdə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş xalis çəkiləri 0,623 qram narkotik vasitə-heroinin və 0,086 qram psixotrop maddə-metamfetaminin, həmçinin 14 iyun 2022-ci il tarixdə götürülmüş 1,012 qram metamfetaminin Binəqədi RPİ-nin İŞ-in müstəntiqi, Əflatun Səlimov tərəfindən maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,573 qram olan narkotik vasitə-heroin, 0,056 qram psixotrop maddə metamfetamin, həmçinin 0,912 qram narkotik vasitə-heroinin saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. 09 sentyabr 2022-ci il tarixdə, Təqsirləndirilən şəxs götürülmüş xalis çəkisi 1,030 qram narkotik vasitə-heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,980 qram narkotik vasitə-heroin saxlanması üçün Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdə Binəqədi RPİ-nin İŞ-in müstəntiqi Tural Mehdili tərəfindən və 16 iyun 2022-ci il tarixdə Binəqədi RPİ-nin İŞ-in müstəntiqi Əflatun Səlimov tərəfindən seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin saxlanmasına lüzum olmadığından ləğv edilmiş, 11 sentyabr 2022-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs 30 aprel 2022, 16 iyun 2022 və 11 sentyabr 2022-ci il tarixlərdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittihamlar birləşdirilmiş, dəyişikliklər edilməklə, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. 28 aprel 2022-ci il tarixdə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,086 qram psixotrop maddə-metamfetamin şəxsi istehlak miqdarından artıq miqdarda olmadığından ittihama daxil edilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitənin mənbəyini müəyyən etmək üçün qərarın surəti əməliyyat tədbirlərinin davam etdirilməsi üçün Suraxanı RPİ-nə göndərilmişdir. (iş.v. 256-263, İ cild) Təqsirləndirilən şəxs üzərində 28 aprel 2022-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü polis şöbəsində, 14 iyun 2022-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci polis bölməsində və 09 sentyabr 2022-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci polis bölməsində şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 03 ədəd DVD disk 12 noyabr 2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (iş.v. 256-263, İ cild) 14 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin tarixdə, saat 11:30-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (iş.v. 269-270, İ cild) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2022-cü il tarixdə, saat 14:30-da şübhəli şəxs qismində tutulmuş, saat 13:00-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 30 aprel 2022-ci il tarixdə, saat 10:20-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri, Fuad Məmmədov tərəfindən təmin edilməmişdir. 30 aprel 2022-ci il tarixli qərarla, müstəntiq tərəfindən barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2022-cü il tarixdə, saat 21:00-da şübhəli şəxs qismində tutulmuş, saat 20:05-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 16 iyun 2022-ci il tarixdə, saat 11:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri, Fuad Məmmədov tərəfindən təmin edilməmişdir. 16 iyun 2022-ci il tarixli qərarla, müstəntiq tərəfindən barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2022-cü il tarixdə, saat 16:20-də şübhəli şəxs qismində tutulmuş, saat 15:30-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 11 sentyabr 2022-ci il tarixdə, saat 10:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri, Elgiz Qənizadə tərəfindən təmin edilməmişdir. 11 sentyabr 2022-ci il tarixli qərarla, müstəntiq tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. 12 noyabr 2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla barəsində 11 sentyabr 2022-ci ildə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. 14 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərarla, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin tarixdə, saat 11:30-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 1(010)- 177/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında iştirak etmək üçün məhkəmənin çağırışlarına gəlmədiyindən barəsində əvvəlcə məcburi gətirmə qərarı qəbul edilmiş, 15 mart 2023-cü il tarixli qərarla barəsində olan qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə dəyişdirilməklə, axtarış elan edilmiş, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 02 iyul 2024-cü il tarixdə tutularaq 03 iyul 2024-cü il tarixdən saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. (iş.v. 180, 217-218, 226-230, 97, 135-136, 146-150 23, 48-49, 62-63, 66-67, 69-70, 72, 256-263, 269-270) İş materialların əlavə edilmiş Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzi tərəfindən verilmiş 10406 və 11202, 12125 saylı epikrizlərdən görünür ki, Təqsirləndirilən şəxs xroniki virus hepatit C orta-ağır gedişli sarılıqsız forma xəstəliyi vardır. Təqsirləndirilən şəxs qohumluq məlumatları ilə bağlı portaldan çıxarışdan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Nicad Səlimov və xx.xx.2005-ci il təvəllüdlü Nərmin Səlimova olmaqla, 2 övladı vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 4cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram narkotik vasitə heroin, İİ siyahının 67-ci qrafasına əsasən isə 0,15 qram psixotrop maddəmetamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkiləri 0,623 qram narkotik vasitə-heroinin, 1,012 qram psixotrop maddə metamfetaminin və 1,030 qram narkotik vasitə-heroinin miqdarları Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer ilk epizod üzrə ünvan 2 ünvanın yaxınlığıdır. Sonradan isə şəxs Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə gətirilmişdir. İkinci epizod üzrə polis əməkdaşları tərəfindən saxlanıldığı yer ünvan 4 ünvanın yaxınlığıdır. Sonradan isə Binəqədi RPİ-nin 5-ci polis bölməsinə gətirilmişdir. Sonuncu epizod üzrə isə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 16 ünvanında yerləşən “Araz” marketin yaxınlığında saxlanılmış, daha sonra isə Suraxanı RPİ-nin 32-ci polis bölməsinə gətirilmişdir. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar 728-İQ nömrəli Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi təkrar törədilmə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllərə aid edilməmişdir. Təkrarlıqla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Cinayət Məcəlləsinin 16-cı maddəsində təkrarlığın iki müstəqil növü müəyyən olunmuşdur: - Məcəllənin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi (Cinayət Məcəlləsinin 16.1-ci maddəsi); - yalnız Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda, Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi (Cinayət Məcəlləsinin 16.2-ci maddəsi). Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 28 aprel 2022-ci il tarixdə, saat 13:00-da Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,623 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 14 iyun 2022-ci il tarixdə, saat 20:05-də Binəqədi RPİ-nin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 5-ci polis bölməsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 1,012 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 09 sentyabr 2022-ci il tarixdə, saat 15:30-da Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 7-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 16 ünvanında yerləşən “Araz” marketin yaxınlığında özünü şübhəli aparması və üzərində narkotik vasitə olmasını etiraf etməsi səbəbindən saxlanılaraq Suraxanı RPİ-nin 32-ci polis bölməsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,030 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının İİ hissəsinin birinci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi - hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin suiistifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən azadlıq və toxunulmazlıq hüququ demokratik cəmiyyətdə ən böyük əhəmiyyətə malikdir. Konvensiyanın 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) 1 e yarımbəndi bir neçə şəxs kateqoriyasına, infeksion xəstəlik yayan şəxslərə, ruhi xəstələrə, spirtli içki, narkotik aludəçilərinə və səfillərə aiddir. Konvensiyanın cəmiyyətə yaxşı uyğunlaşa bilməmiş belə şəxslərin azadlıqdan məhrum edilməsinə icazə verməsinin səbəbi yalnız onların ictimai təhlükəsizlik üçün təhdid təşkil edə bilmələri deyil, həmçinin onların öz maraqlarının da həbslərini zəruri edə bilməsidir. (Quzzardi İtaliyaya qarşı iş). Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v. 153) Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması, əvvəllər məhkum olunmaması, biri himayəsində olmaqla, 2 övladının olması, xroniki virus hepatit C xəstəliyindən əziyyət çəkməsi CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi CMnin 61.1.1-ci maddəsində qeyd olunmuş cinayətin təkrar törədilməsi müəyyən edilmişdir. CM-nin 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Hazırki iş üzrə isə xüsusi hissədə cinayət tərkibinin əlaməti kimi cəzanı ağırlaşdıran hal olmadığından CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 16-cı maddəsinə əsasən CM-nin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi cinayətin təkrar törədilməsi hesab edilir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydalarının 4.2-ci bəndinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər: 4.2.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda; 4.2.2. narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda. CM-nin 74-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir. Hazırki iş üzrə də təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması ekspert rəyi ilə müəyyən olunmuş və onun azadlıqda qalmaqla stasionar olaraq müalicə alması cəzanın məqsədlərinə nail olmağa imkan vermir. Buna görə də məhkəmə şəxsin stasionar olaraq narkomaniyadan müalicə almasına lüzum görmür. Əksinə müəyyən müddət azadlıqdan məhrum etmə cəzasını çəkməklə bərabər narkomaniyadan məcburi müalicə alması daha məqsəduyğun hesab olunur. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı çağırışlara gəlmədiyindən barəsində axtarış verilmiş və ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Onun təkrar törətdiyi 3 epizod üzrə əməldən birində narkotik vasitənin miqdarı 0,623 qram olmuş, digər iki epizod üzrə isə psixotrop maddə metamfetamin 1,012 qram, narkotik vasitə heroin isə 1,030 qram olmuşdur. 0,623 qram olan epizod üzrə şəxsin barəsində azadlığın məhdudlaşdırılması cəzası verilə bildiyi halda digər iki epizod üzrə narkotik vasitənin və psixotrop maddənin qramının çox olması, şəxsin barəsində istintaqın aparıldığı dövrdə yenidən eyni növdən olan cinayət əməlinin törədilməsi onun ictimai təhlükəliliyinə dəlalət edir, həmçinin narkomaniyadan məcburi müalicə almasının zəruriliyi onun azadlıqdan məhrum etməsinə əsas verir. Təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmaması, xroniki hepatit C virusundan əziyyət çəkməsi, biri himayəsində olmaqla, 2 övladının olmasını nəzərə alaraq məhkəmə onun azadlıqdan məhrum etmə müddətinin uzun müddətə təyin edilməsinə lüzum görmür. Məhkəmə həmçinin narkomanlıq xəstəliyinə görə müalicənin ən azı 6 ay müddət davam etməsini nəzərə alır. Məhkəmə hesab edir ki, şəxsin qısa müddətə azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna biləcəyi ehtimalları realdır, nəinki uzun müddət azadlıqdan məhrum etmə cəzasını çəkməsi onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərməklə və ailəsinin həyat şəraitinin ağırlaşması ilə nəticələnə bilər. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu günlər Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanıb ona qəti olaraq cəza təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 02 iyul 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,980 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,912 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 0,573 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 0,056 qram kustar üsulla hazırlanmış psixotrop-maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat, 81 (səksən bir) manat və 114 (yüz on dörd) manat, cəmi 260 (iki yüz altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi1 müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi1 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdən 30 aprel 2022-ci tarixədək, 14 iyun 2022ci il tarixdən 16 iyun 2022-ci il tarixədək və 09 sentyabr 2022-ci il tarixdən 11 senyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 06 (altı) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 02 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,980 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,912 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 0,573 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 0,056 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat, 81 (səksən bir) manat və 114 (yüz on dörd) manat, cəmi 260 (iki yüz altmış) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi1 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar