Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-22/2025 02.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X14 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il 02 ay 01 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarına əsasən xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək qəti olaraq 02 il 02 ay müddəti azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmin cəzanı tam çəkmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-203/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş, xx.xx.2024-cü il tarixdə tutulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2021-ci il tarixdə saat təxminən 01 radələrində X2 məxsus Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq savxozunda yerləşən nömrəsiz evin həyətinə hasardan qanunsuz daxil olaraq, evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını özündə olan vint açanla qıraraq və həmin vint açanla plastik pəncərəni açaraq mənzilə daxil olmuş və oradan 80 metr uzunluqda 180 manat dəyərində elektrik naqili və 120 manat dəyərində direli gizli talamaqla Zərərçəkmiş şəxs6 ümumilikdə 300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdə saat təxminən 02 radələrində Zərərçəkmiş şəxs7 işlədiyi Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən qeyri yaşayış sahəsində olan “Eurolux” adlı tikilinin hasarının açıq tərəfindən içəri qanunsuz daxil olaraq həmin tikilinin arxa tərəfinə keçib oradan alt hissəsində ucu görünən 120 metr uzunluğunda ümumi dəyəri 130 manat olan elektrik naqilini dartaraq gizli talamaqla Zərərçəkmiş şəxs7 ümumilikdə 130 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdə saat təxminən 01 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq savxozunda yerləşən nömrəsiz fərdi yaşayış evin həyətinə qanunsuz daxil olaraq, evin plastik pəncərəsini yerdən tapdığı dəmir parçası ilə açıb içəri daxil olmuş və oradan 2 top ümumi 180 manat dəyərində elektrik naqilini gizli talamaqla Zərərçəkmiş şəxs5 ümumilikdə 180 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdə saat təxminən 03 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük savxozunda yerləşən yeni tikilmiş, iki mərtəbəli evin həyətinə hasardan qanunsuz daxil olaraq, mətbəxin plastik pəncərəsini özündə olan vint açanla açaraq mənzilə daxil olmuş və oradan 70 metr uzunluqda 140 manat dəyərində naqili gizli talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 140 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdə saat təxminən 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanda yerləşən evinə hasardan qanunsuz daxil olaraq evin pəncərəsini özündə olan vint açanla açaraq mənzildən bir ədəd qaynaq aparatı, bir ədəd peroparator, bir ədəd laqonda və qaynaq aparatı naqilini gizli talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 670 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdə saat təxminən 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Suraxanı rayonu, Hovsan qəsəbəsi, Zeytun savxozu adlanan ərazidə yerləşən nömrəsiz evə hasardan qanunsuz daxil olaraq orada olan evdən bir ədəd samovar və evin naqillərini divardan qırıb çıxararaq gizli talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 26 iyul 2021 -ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Quşçuluq sovxozunda yerləşən nömrəsiz evin həyətinə qanunsuz daxil olmuş, daha sonra plastik pəncərəni sıxıb açmaqla evin içərisinə daxil olaraq oradan divara bərkidilmiş 800 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb zərərçəkmiş şəxs X3 ümumilikdə 800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç bir cinayət törətməmişdir. İbtidai araşdırma dövründə təzyiqlərə məruz qalmışdır. İndiyə kimi elədiyi cinayəti boynuna almış, həmin cinayət əməllərinə görə cəzasını çəkmişdir. Sonda isə xəstəliyini nəzərə alaraq ona yüngül cəza verilməsinin xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilməsə də, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, o, son zamanlar heç bir yerdə işləmədiyi üçün qərara gəlmişdir ki, oğurluq etsin. Bu məqsəldə təxminən xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Hövsan qəsəbəsində gəzişərkən Quşçuluq sovxozunda yerləşən nömrəsiz həyət evində işıq yanmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmiş və ona görə də evin daş hasarına çıxıb həyətə keçmiş və həyətdə olan evin plastik pəncərəsini dəmir barmaqlıqlarını üzərində olan vint açarla qıraraq evin həyətinə atıb və plastik pəncərəni həmin vint açarla açaraq içəri daxıl olmuş və oradan bir direl və təxminən 80 metr uzunluğunda olan elektrik naqilini oğurlamışdır. Həmin əşyaları özündə olan idman çantasına yığaraq hasardan çölə çıxarmış və oğurladıqlarını yaşadığı evə aparmışdır. Səhəri günü, yəni xx.xx.2021-ci il tarixdə saat təxminən 11 radələrində o, həmin naqilləri Hövsan qəsəbəsində əlvan metalların alışı və satışı ilə məşğul olan Orxan adlı şəxsə 45 manata satmış, direli isə Sabunçu bazarında tanımadığı şəxsə 25 manata satmışdır və həmin pulları öz ehtiyaclarına xərcələmişdir. Həmin elektrik naqillərini Hövsan qəsəbəsində əlvan metalların alışı və satışı ilə məşqul olan Orxan adlı şəxsə və direli Sabunçu bazarında tanımadığı şəxsə satarkən həmin naqillərin və direlin özünə məxsus olduğunu pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Bundan başqa o, heç bir yerdə işləmədiyi üçün Suraxanı rayonu ərazisində yerləşən evlərdən və ya digər qeyri yaşayış sahələrindən oğurluq etməyə qərara gəlmişdir. Bu məqsəldə təxminən tarixi dəqiq yadımda deyil 2021ci ilin fevral ayında gecə saatlarında Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi O.Şabanov küçəsində gəzişərkən orada qeyri yaşayış sahəsində yerləşən “Eurolux” adlı tikilini görüb həmin tikilidən oğurluq etmək qərarına gəlmiş və ona görə də “Eurolux” adlı tikilinin hasarının açıq tərəfindən içəri daxil olaraq həmin obyektin arxa tərəfinə keçib alt hissəsində ucu görünən elektrik naqilini dartmağa başlamışdır. Elektrik naqilini dartıqca obyektin içərisində elektrik naqilini qalan hissəsi çıxmağa başlamışdır. Obyektdən təxminən 40 metr uzunluğunda olan elektrik naqili çıxmışdır. O, həmin elektrik naqilini bükərək özündə olan idman çantasının içərisinə qoyaraq aparıb Hövsan qəsəbəsində yerləşən boş torpaq sahəsində həmin elektrik naqilinin mis hissəsini ayırmaq üçün yandırmışdır. Həmin elektrik naqilin içərisindən təxminən 3,5 kiloqram miqdarda mis əlvan metalı çıxmışdır. O, həmin metalı götürüb öz yaşadığı ünvan 4 ünvanında yerləşən evinin həyətinə aparmışdır ki, səhəri günü aparıb satsın. Səhəri günü təxminən saat 11-12 radələrində oğurladığı elektrik naqilini Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşən əlvan metal qəbulu məntəqəsində özünə məxsus şəxsiyyət vəsiqəsi ilə tanımadığı şəxsə 35 manat pula satmış həmin pulları öz ehtiyaclarına xərcləmişdir. Həmin elektrik naqillərini Hövsan qəsəbəsi H.Quliyev küçəsində əlvan metalların alışı və satışı ilə məşğul olan tanımadığı şəxsə satarkən həmin naqillərin özünə məxsus olduğunu pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Bundan başqa təxminən 2021 -ci ilin fevral ayının əvvəllərində dəqiq yadında qalmayan vaxt gecə təxminən saat 03 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ərazisində piyada gəzərək yaşayış olmayan ev tapıb oradan oğurluq etmək istəyirdi. Bu zaman həmin yerdə yerləşən həyət evlərindən birində işıqların yanmadığını və yaşayış olmadığını görmüşdür. Həmin evə diqqətlə baxdıqda orada təmir davam olunduğunu görmüşdür. Bundan sonra o, həmin evə yaxınlaşmış və yerdən tapdığı dəmir parçası ilə həmin plastik pəncərənin kilid hissəsinə salıb sıxaraq pəncərəni ehtiyyatla açmışdır. Bundan sonra o, həmin pəncərədən evə daxil olub evi axtarmağa başlamışdır. Həmin evdə təmir davam etdiyi üçün bəzi təmir tikinti alət və əşyaları olmuşdur. Lakin onlar çox işləndiyi üçün köhnəlmişdir və buna görə də, həmin evdən yalnız təzə vəziyyətdə olan iki top elektrik naqilini görüb onları oğurlamışdır. Həmin iki top elektrik naqilini pəncərədən çölə çıxarmış və özü də çölə çıxıb ətrafına nəzər yetirmişdir. Heç kimin olmadığına tam əmin olduqdan sonra oğurladığı iki top elektrik naqilini də özü ilə götürüb oradan uzaqlaşmışdır. Səhərisi günü isə oğurladığıı iki top elektrik naqilini Sabunçu rayonunda yerləşən “Rus bazarı” deyilən yerdə aparıb orada hər topunu 30 manata tanımadığı şəxsə satmış və oğurluq yolu ilə əldə etdiyi 60 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Həmin oğurladığı iki top elektrik naqilini Sabunçu rayonu “Rus bazarı” deyilən yerdə tanımadığı şəxsə satarkən həmin iki top naqillərin özünə məxsus olduğunu pula ehtiyacı olduğu üçün satdığını demişdir. Bundan başqa o, narkotik vasitələrinin aludəçisi olduğu üçün və heç bir yerdə işləmədiyindən narkotik vasitələri almağa pulu olmurdu. Ona görə də gecələr gəzişib oğurluq edirdi. O, təxminən xx.xx.2021-ci il tarixdə saat 03 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz yeni tikilmiş iki mərtəbəli evin qarşısından keçərkən hasardan həyətə tullanmış və orada olan iki mərtəbəli evin plastik pəncərəsin özündə olan vint açanla açaraq mənzilə daxil olmuş və orada olan 60-70 metr uzunluqda uzadıcı naqili götürmüş və divardan uzları çıxmış naqilləri də özündə olan kəlbətinlə kəsərək götürüb evdən çıxmış və həmin naqilləri də aparıb əlvan metalların qəbulu yerinə satmış və əldə etdiyi pulu da öz şəxsi xərcələrinə istifadə etmişdir. O, həmin oğurluq hadisəsini tək törətdiyini və oğurluqla əldə etdiyi elektrik naqillərini əlvan metal qəbulu olan yerə satan zaman həmin elektrik naqillərinin özünün olmasını bildirmişdir. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə saat 02 radələrində Hövsan qəsəbəsində gəzişərkən E.Qasımov küçəsində yerləşən 210 saylı həyət evində işıq yanmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmiş və ona görə də evin daş hasarına çıxıb həyətə keçmiş və həyətdə olan evin plastik pəncərəsini özündə olan vint açarla açaraq içəri daxıl olmuş və oradan bir ədəd qaynaq aparatını çıxardıb çölə qoymuş və yenidən içəri keçib oradan bir ədəd peroparator, bir ədəd laqonda, qaynaq aparatı üçün naqil, uzadıcı naqil, bir ədəd balaca drel, sverlo (deşici) dəsti, bir ədəd samovarı oğurlamışdır. Həmin əşyaları orada olan idman çantasına yığaraq hasardan çölə çıxarmış və oğurladıqlarını yaşadığı evə aparmışdır. O, həmin naqilləri Hövsan qəsəbəsində əlvan metalların alışı və satışı ilə məşğul olan Orxan adlı şəxsə satmış, direl, sverlo, laqondanı, qaynaq aparatını isə Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən yarım tikilidə gizlətmişdir ki, sonra satsın, samovarı isə Orxan adlı şəxsə 25 manata satmışdır və həmin pulları öz ehtiyaclarına xərcləmişdir. Sonra xx.xx.2021-ci il tarixdə təxminən saat 01 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu adlanan yerdə gəzişərkən təmirsiz iki mərtəbəli evi görüb həmin evin daş hasarına çıxmış və həyətə tullanmışdır. O, həyətdə iki mərtəbəli evin qapı və pəncərələrinin olmadağını görüb evə daxil olmaq istədikdə evin arxasından bir itin gəldiyini görmüşdür. O, özünü çox rahat apardı ki, it onu tutmasın. Daha sonra isə evin giriş qapısına söykənmiş dəmir kravatın setkasını kənara çıkib içəri daxil olmuş və orada evin divarında və tavanında olan naqilləri kəsib doğramış və orada başqa bir şey olmadığı üçün həyətdə olan əl damı kimi istifadə olunan otağın plastik pəncərəsin vint açanla açaraq içəri daxil olmuş, oradan bir ədəd samovar götürmüşdür. Daha sonra isə həyətdə olan çəlləki hasara yaxınlaşdırıb çəlləyin üstünə çıxmış oradan isə hasardan kənara tullanmışdır. Həmin oğurladığı naqilləri Orxanın yanına aparmış və orada naqillərin çəkisi 3 kiloqram etmiş və Orxana naqilin 1 kq 12 manata satmışdır. Oradan götürdüyü samovarı isə Vasif adlı şəxsə 30 manata satmışdır. Həmin pulları öz şəxsi ehtiyacına xərcləmişdir. O, Orxana naqilləri və samovarı isə Vasif adlı şəxsə satarkən həmin naqillərin və samovarın özünə məxsus olduğunu pula ehtiyacı olduğu üçün satdığını demişdir. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə saat 02 radələrində Hövsan qəsəbəsində gəzişərkən Quşçuluq sovxozunda yerləşən həyət evində tikinti aparıldığından və hasarı olsa da darvazası olmadığını görüb başa düşdü ki, orada yaşayış yoxdur və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Ona görə də həmin evin həyətinə keçmiş və həyətdə olan evin plastik pəncərəsin açaraq içəri daxıl olmuş və orada divarda çəkilmiş elektrik naqillərini çıxardaraq oğurlamış və həmin elektrik naqillərini özündə olan idman çantasına yığaraq oradan çıxıb uzaqlaşmışdır. O, həmin oğurladığı naqilləri öz yaşadığı evə aparıb orada saxlamışdır ki, səhəri günü aparıb satsın. Səhəri günü, yəni xx.xx.2021-ci il tarixdə saat təxminən 11 radələrində o, həmin naqilləri Hövsan qəsəbəsində əlvan metalların alışı və satışı ilə məşğul olan adını bilmədiyim şəxsə 30 manata satmışdır. O, həmin 30 manat puluda öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, həmin elektrik naqilləri Hövsan qəsəbəsində əlvan metalların qəbulu və satışı ilə məşqul olan adını bilmədiyi şəxsə satarkən həmin naqillərin özünə məxsus olduğunu pula ehtiyacı olduğu üçün satdığını demişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ərazisində onun özünə məxsus iki sot torpaq sahəsi vardır. O, təxminən iki ildir ki, həmin torpaq sahəsində özünə fərdi yaşayış evi inşa etdirir. Maddi vəziyyəti ilə əlaqədar olaraq tikinti işlərini fasilələrlə aparır. Buna görə də o, mütamadi olaraq həmin evə gedərək baş çəkir. Sonuncu dəfə, yəni xx.xx.2021-ci il tarixdə təxminən saat 10 radələrində özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ərazisində yerləşən torpaq sahəsində inşa etdirdiyi evə getdikdə evin pəncərəsinin dəmir barmaqlıqları sındırılaraq evin həyətyani sahəsinə atıldığını və evin plastik pəncərəsi açıq vəziyyətdə olduğunu görmüşdür. O, evə daxil olanda evdə olan 120 manat dəyərində drelin və 80 metr uzunluğunda olan 180 manat dəyərində elektrik naqilin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını görmüşdür. Ona oğurluq nəticəsində ümumilikdə 300 manat maddi ziyan dəymişdir. O, dərhal bu barədə zəng vurub DİN-nin 102 xidmətinə məlumat vermiş, bir neçə dəqiqə sonra Suraxanı RPİ-nin 30-cu PB-nin əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onun Suraxanı rayonu, Hovsan qəsəbəsi, Zeytun sovxozu adlanan yerdə nömrəsiz iki mərtəbəli evi vardır və həmin evdə təmir işləri gördüyndən yaşamaq üçün şərait olmadığından o, həmin həyətdə it saxlayır və hər gün itə yemək vermək məqsədi ilə həmin evə gedir. xx.xx.2021-ci il tarixdə saat təxminən 16 radələrində evdə olmuş, xx.xx.2021-ci il tarixdə işi olduğu üçün evə gələ bilməmiş, xx.xx.2021-ci il tarixdə səhər saat 09:30 radələrində evə getmiş və darvazanı açarla açıb həyətə daxil olmuş və görmüşdür ki, həyətdə hasarın dibində çəllək və yanında taxtadan düzəldilmiş stul vardır. Bundan sonra həyətə kimsə daxil olduğunu başa düşmüş, ona görə də həyətdə tikilmiş əl damına baxdıqda əl damının plastikdən olan pəncərəsi açıq olduğunu görmüş, oranın qapısını açdıqda isə içəri dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra oraya nəzər yetirdikdə ona oradan bir ədəd 150 manat dəyərində samovar oğurlandığı məlum olmuşdur. O, oradan çıxıb həyətdə tikilmiş və təmir olunmamış iki mərtəbədən ibarət evinə baxdıqda orada olan 500 manat dəyərində naqilləri divardan kəsib aparıldığını, evdə olan iki ədəd bir ədədinin dəyəri 45 manat olan naqil topunu oğurlandığı məlum olmuşdur. Daha sonra isə o, 30-cü PŞ-nə gedərək, ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 740 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, bir müddət öncə, yəni təxminən 2020-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ərazisində yerləşən torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikdirmək üçün inşasına başlamışdır. Tikintinin tamamlamasa da evin artıq qapı və pəncərələrini quraşdırılmış, hazırda isə evin daxilində təmir işləri davam etdirilir. xx.xx.2021-ci il tarixdə təxminən saat 17 radələrində o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda yerləşən torpaq sahəsində inşa etdirdiyi evin qapılarını bağlayıb çıxıb getmişdir. Səhərisi günü, yəni xx.xx.2021-ci il tarixdə saat 10 radələrində o, həmin evə gələrkən evin plastik pəncərəsi açıq olduğunu və evə naməlum şəxs və ya şəxslər daxil olaraq, oradan hər birinin dəyəri 90 manat olmaqla iki top naqillərini oğurladıqlarını görmüşdür. Beləliklə, onun evindən oğurluq olması nəticəsində ona ümumilikdə 180 manat maddi ziyan dəymişdir. Ona görə də mən həmin vaxt DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermiş, bundan bir qədər sonra polis əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirməyə başlamışlar. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, təxminən dörd aya yaxındır ki, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən qeyri yaşayş sahəsi olan tikilidə gözətçi kimi işləyir. Belə ki, o, həmin ərazidə olan bir neçə qeyri yaşayış sahəsi kimi nəzərdə tutulmuş tikililərə gözətçilik edir. O, həmin qeyri yaşayış sahəsində olan “Eurolux” adlı tikili üçün nəzərdə tutulan bir neçə gün qabaq 120 metr uzunluğunda 130 manat dəyərində olan elektrik naqili alıb qoymuşdur. O, həmin qeyri yaşayış sahəsinə səhhətində problemlər olduğu üçün iki gün getməmişdir. xx.xx.2021-ci il tarixdə o, Bakı şəhəri, Suraxanı rayonu, O.Şabanov küçəsində yerləşən qeyri yaşayış sahəsinə gedərkən, orada olan “Eurolux” adlı tikilidə onun aldığı 120 metr uzunluğunda elektrik naqili naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını görmüşdür. O, dərhal bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və bir müddət sonra Suraxanı rayon polis idarəsinin əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Ona elektrik naqillərinin oğurlanması nəticəsində 130 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən 210 saylı həyət evi vardır və həmin ünvan əvvəllər Socar bağ evləri adlanmışdır. O, qeyd olunan evinə həftə ərzində iki dəfə gəlib baş çəkirdi. xx.xx.2021-ci il tarixdə saat təxminən 13 radələrində ailə üzvləri ilə birlikdə özünə məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən 210 saylı evinə gəlmiş və küçə darvazasını açıb həyətə daxil olmuş, daha sonra isə evin qapısını açarla açıb evə daxil olduqda evin plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Bundan sonra o, yaşadığı evdən oğurluq olduğunu başa düşmüş və bundan sonra bir bir otaqları gəzmiş və mənzilndən bir ədəd 450 manata aldığı qaynaq aparatının, bir ədəd 110 manata aldığı peroparator, bir ədəd 110 manata aldığı laqonda, 80 manat dəyərində qaynaq aparatı üçün naqil, 30 manat dəyərində uzadıcı naqil, bir ədəd 25 manat dəyərində balaca drel, 80 manat dəyərində sverlo (deşici) dəsti, bir ədəd təxminən 100 manat dəyərində samovarın oğurlandığını aşkar etmişdir. Bundan sonnra isə o, DİN-nin 102 zəng mərkəzinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. O, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində evindən oğurluq olduğunu başa düşmüşdür. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, işi ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmiş, müdafiə tərəfi zərərçəkmiş şəxsin dəvət edilib dindirilməsini tələb etməmiş, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, məhkəmə iclaslarında iştirak etmək imkanının olmadığını məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmiş, müdafiə tərəfi zərərçəkmiş şəxsin dəvət edilib dindirilməsini tələb etməmiş, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən iki il olar ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində metal qəbulu məntəqəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, Fizuli bir neçə dəfə ona metal gətirib satmışdır. Fizuli ilə münasibəti olmasa da, lakin həmin şəxsi üzdən tanıyır. xx.xx.2021-ci il tarixdə günorta vaxtı Fizuli onun işlədiyi metal qəbulu məntəqəsinə gələrək samovar və elektrik naqillərini satdığını bildirmişdir. Həmin samovar 5 litrlik samovar olmuşdur. O, həmin samovarı metal kimi 25 manata Fizulidən almışdır. Fizuli ona həmin samovarın və elektrik naqillərin özünə məxsus olmasını, oğurluq olmadığını və pula ehtiyacı olduğuna görə satdığını bildirmişdir. O, həmin elektrik naqillərini Fizulidən metal kimi ucuz qiymətə almış və hazırda əridib metal kimi təhvil vermişdir. Samovarı isə təhvil vermişdir. Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram göndərərək üzrlü səbəbdən iclasda iştirak edə bilmədiyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, o, 2016-cı ildən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafis Quliyev küçəsində yerləşən əlvan metal qəbulunda işləyir. Təqsirləndirilən şəxs ona dəfələrlə metal satdığı üçün onu tanıyır. xx.xx.2021-ci il tarixdə təxminən səhər saat 11 radələrində Fizuli adlı şəxs onun işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafis Quliyev küçəsində yerləşən əlvan metal sexinə gəlib 3 kiloqram 900 qram çəkidə yanmış formada mis gətirmişdir. Fizuli həmin misin özünə məxsus olduğunu və pula ehtiyac olduğu üçün satdığını bildirmişdir. O, da Fizulidən şəxsiyyət vəsiqəsini tələb etmiş və Fizuli ona şəxsiyyət vəsiqəsini verəndə ona həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Bundan sonra o, həmin misi çəkdikdən sonra Fizuliyə 39 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. Təqsirləndirilən şəxs bundan sonra dəfələrlə ona öz şəxsiyyət vəsiqəsi ilə metal satmış və hər dəfə də həmin satdığı metalların özünə məxsus olduğunu demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış materiala əsasən, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild İ, i.v. 01); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İ, i.v. 16); cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında 21 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İ, i.v. 83); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İ, i.v. 90); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İ, i.v. 97); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-354/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində iyul ayının 29-dan hesablanmaqla, 27 oktyabr 2021-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmişdir. (cild İ, i.v. 144-148); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-532/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 27 dekabr 2021-ci il tarixə qədər uzadılmışdır. (cild İ, i.v. 162-163); İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən ilə görünür ki, Bayramov X6 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il 02 ay 01 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək qəti olaraq 02 il 02 ay müddəti azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Alternativ ekspertiza mərkəzinin xx.xx.2023-cü il tarixli, 79 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilən 01 ədəd “Express Weld” markalı qaynaq aparatının orta bazar qiyməti 550 manat, bir ədəd od samovarının hadisənin baş verdiyi 2021-ci ilin iyun ayına orta bazar qiyməti isə 90,00 manat müəyyən edilir (i.v. İ cild, 196-200); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İ, i.v. 243); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İİ, i.v. 32); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X5 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İİ, i.v. 70); sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilməklə ona CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs3 məxsus samovarın iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınması və saxlanması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. Zərərçəkmiş şəxs2 məxsus “Express Weld” markalı qaynaq aparatının iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınması və saxlanması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. Müdafiəçinin anten məlumatlarının çıxarılması ilə bağlı vəsatəti üzrə məhkəmənin sorğusuna Azerfon MMC tərəfindən verilmiş cavab məktubundan görünür ki, ********** saylı nömrə sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X12 görə təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. X10 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı ifadəsində etiraf etsə də, məhkəmə istintaqı zamanı isə ibtidai araşdırma dövründə təzyiqlərə məruz qaldığını bildirmişdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı zorakılıq edilməsi öz təsdiqini tapmadığı üçün Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd olunması barədə 10 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfindən qərar qəbul edilmişdir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs oğurluq etməməsi barədə ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin qeyd olunan ifadəsi zərər çəkmiş şəxslərin ifadələri, şahid ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, habelə digər toplanmış istintaq materialları ilə təkzib edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidin ifadələrinin, ekspert rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin bir qisminin ona qarşı şikayətinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-452/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, həmin cəza çəkildiyindən tam çıxılmalı və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübutlar olan əşyaların zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvləri Müdafiəçi və X7 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait müdafiəçisi olmuş X4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 08 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-452/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilən 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, üzərində 03 il 11 ay müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-452/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı üzrə cəza çəkildiyindən hazırki cəzadan tam çıxılsın və o, qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər həbsdə saxlanıldığı 04 (dörd) ay 16 (on altı) gün müddət ona təyin olunan cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli 12 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 08 (səkkiz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 48 (qırx səkkiz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Vəkil X4 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 25 (iyirmi beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 150 (yüz əlli) manat məbləğində vəsait tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübut – 01 ədəd samovar və 01 ədəd Express Weld markalı qaynaq aparatının sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-22/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-22/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver