Məhkəmə qərarları › İş №1(010)-220/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-220/2022

01.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-220/2022 01.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, "xxxx" şirkətində sürücü işləmiş, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yaşayan, 26 aprel 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə saat 06:30 radələrində xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-nin QİŞ tərəfindən verilmiş “B” kateqoriyalı AB № 505666 nömrəli sürücülük vəsiqəsi ilə "xxxx" MMC-yə məxsus olan və sonuncu tərəfindən verilmiş etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubishi Pajero” markalı, H023913 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsindən üzü Hövsan qəsəbəsi istiqamətində 70-80 km\saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda və hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayət etməyərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesindən Qum adası yaşayış sahəsinə dönən yoldan 10 metr irəlidə yolu sağdan sola keçməyə çalışan piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön hissəsi ilə vuraraq ehtiyatsızlıqdan ona baş beyin toxumasının əzilməsi, alın-təpə sümüklərinin sağ yarısının basılmış qəlpəli sınığı, sağ bazu sümüyünün qapalı, sol baldır sümüklərinin açıq və çanaq sümüyünün sol tərəfinin qapalı sınıqları, başın əzilmiş-cırılmış yaraları, bədənin sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol- nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır və 4 ildir ki, "xxxx" şirkətində sürücü işləyir. O, həmin şirkətə məxsus olan “Mitsubishi Pajero” markalı, H023913 dövlət qeydiyyat nişanlı avtomobili şirkət tərəfindən ona verilən etibarnamə əsasında idarə edir. Həmin şirkətdə növbəlilik qaydasında 2 gün işləyib, növbəti 2 gün isə istirahət edir. Buna görə də, həmin avtomobil 2 gün onda qaldıqdan sonra, növbəti 2 gün başqa sürücüyə verilir. 26 yanvar 2022-ci il tarixdə təxminən səhər saat 06:20 radələrində həmin avtomobil ilə yaşadığı evdən çıxmış və şirkət tərəfindən ona verilən göstəriş əsasında Suraxanı rayonu, Hövsan qəsəbəsində “şüşəli bazar” deyilən yerdən bir işçini götürüb “Zabrat” qəsəbəsinə aparmaq üçün Xətai rayonu, Zığ dairəsindən döndükdən sonra düz hərəkətini davam edərək aeroport yolundan sağa yəni Hövsan qəsəbəsinə dönmüş, Zığ-Hövsan şossesi ilə üzü Hövsan qəsəbəsinə doğru saatda 70-80 km sürətlə hərəkətini davam etdirmişdir. Həmin vaxt yolda işıq söndürülmüş və işıq yanmamışdır. Buna görə də, yol tam qaranlıq olmuşdur. O, Zığ-Hövsan şossesində yerləşən Nəqliyyatda Baş Polis İdarəsnin binasını keçdikdən sonra biraz irəlidə sağdan Qum adası yaşayış sahəsinin həmin yolla birləşən hissəsini keçdikdən təxminən 10 metr sonra bir nəfər piyadanı vurduğunu və vurduğu piyadanın avtomobilin ön partpresinə dəydiyini görmüşdür. Dərhal avtomobilin əyləcini sıxmış və avtomobili yolun sol tərəfinə verib saxlamışdır. Avtomobildən düşüb tez həmin piyadaya yaxınlaşmış və yerdə uzanmış halda olan piyadanın qabağında dayanıb əlindəki telefonun fanarı ilə həmin yolla hərəkət edən avtomobillərə işarə etmişdir ki, hərəkət edən avtomobillər piyadanın üstündən keçməsin. Sonra ətrafda olan şəxslərdən birindən 103 xidmətinə və 102 xidmətinə zəng edib hadisə barədə məlumat verməsini xahiş etmişdir. Bir xeyli müddət keçdikdən sonra əvvəlcə polis əməkdaşları, daha sonra isə TTY avtomobili hadisə yerinə gəlmiş və o, hadisə barədə polis əməkdaşlarına məlumat vermişdir. TTY işçiləri piyadanı yoxladıqdan sonra artıq həmin piyadanın vəfat etdiyini bildirmişlər. Hadisə 26 yanvar 2022-ci il tarixdə təxminən saat 06:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesinin üzü Hövsan qəsəbəsinə gedən istiqamətində Qum Adası yaşayış sahəsinin həmin şosseyə birləşən hissəsindən təxminən 10 metr irəlidə yolda baş vermişdir. Həmin avtomobili idarə etmək üçün bütün sənədləri qaydasında olmuşdur. Belə ki, həmin avtomobil "xxxx" şirkətinə məxsus olmuş və həmin şirkətin sürücüsü işlədiyi üçün şirkət tərəfindən ona etibarnamə verilmişdir. O da həmin etibarnamə əsasında “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə həmin avtomobili idarə etmişdir. Hadisə zamanı həmin yolda işıqlar söndürülmüş və yanmamışdır. Buna görə də, yol tam qaranlıq olmuşdur. Lakin qarşısında həmin vaxt heç bir avtomobil olmamış və hər hansı bir avtomobil onun hərəkətinə maneə törətməmişdir. Onun idarə etdiyi «Mitsubishi Pajero” markah, H 023913 dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin və ya yük olmamış, hava qaranlıq olmuş, yola quraşdırılmış işıq dirəklərində işıqlar söndürüldüyü üçün yol qaranlıq olmuşdur. Hava isə yağmursuz və yerdə sürüşkənlik olmamışdır. Hadisə zamanı onun idarə etdiyi «Mitsubishi Pajero” markalı, H 023913 dövlət qeydiyyat nişanlı avtomobildə texniki cəhətdən hadisə baş verməzdən əvvəl hər hansı bir problem olmamış və avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Yol qaranlıq olduğu üçün o, yalnız həmin piyadanı vurduğu anda onu görmüş deyə hadisənin qarşısını almaq üçün hər hansı bir qabaqlayıcı tədbir görə bilməmişdir. Ümumiyyətlə spirtli içki qəbul etməmişdir və hadisədən əvvəl də hər hansı bir güclü təsir edici maddələrdən istifadə etməmişdir. Hadisə zamanı tam ayıq olmuşdur. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisi X1,, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 10 mart 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X2 ifadəsində göstərmişdir ki, hadisə nəticəsində dünyasını dəyişən Zərərçəkmiş şəxs onun atasıdır. Atası təqribən 6 il əvvəldən etibarən “Suraxanı Oil” şirkətində fəhlə kimi işləmişdir. Atası hər gün səhər saat 06.00-06.30 radələrinədək olan müddət ərzində yaşadıqları evdən çıxıb işə getmişdir. 26 yanvar 2022-ci il tarixdə həmişə olduğu kimi səhər saat 06 radələrində evdən çıxan atası Teymur işə yollanmışdır. Təqribən yarım saat sonra onların evinə atasının yol nəqliyyat hadisəsi nəticəsində ölməsi barədə xəbər gəlmişdir. Həmin an hadisənin təsiri altında olduğu üçün bu barədə xəbərin kim tərəfindən verildiyini bilməmişdir. O, tez evdən çıxıb Zığ qəsəbəsi istiqamətindən Hövsan qəsəbəsi istiqamətinə gedən yola çıxmış, yola çıxan zaman atasının artıq dünyasını dəyişdiyini görmüşdür. Hadisə xx.xx.2022-ci il tarixdə təqribən saat 06.30 radələrində, Zığ qəsəbəsi istiqamətindən Hövsan qəsəbəsi istiqamətinə gedən yolda baş vermişdir. Sonda Z.Zərərçəkmiş şəxs, yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərəri ödədiyinə görə təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərəçəkmiş şəxsin hüquqi varisi X2 istintaq zamanı ərizə ilə müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsindən sonra Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini və hazırda Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı hər hansı bir şikayət, tələb və ya iddiasının olmadığını bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Zərəçəkmiş şəxsin hüquqi varisi X2 07 iyun 2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsində, barışdıqlarını, təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 3 ildir ki, “BP” şirkətinə məxsus olan "xxxx" MMC-nin nəqliyyatın idarəetməsi üzrə koordinator vəzifəsində işləyir. Onun vəzifəsi həmin şirkətə məxsus olan avtomobillərin şirkətin işçilərinə həvalə edilməsi və onların idarə edilməsindən ibarətdir. Təqsirləndirilən şəxs işlədiyi şirkətdə sürücü işləmiş və ona şirkət tərəfindən etibarnamə əsasında “Mitsubishi Pajero” markalı, H 023913 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməsi üçün verilmişdir. 26 yanvar 2022-ci il tarixdə səhər saatlarında Vüsal şirkətə zəng edərək idarə etdiyi “Mitsubishi Pajero” markalı, H 023913 dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu, Zığ qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində hərəkət edən zaman idarə etdiyi həmin avtomobil ilə bir nəfər piyadanı vurmuş və piyada aldığı xəsarətlərdən vəfat etmişdir. O, bunu bildikdən sonra dərhal hadisə yerinə gəlmiş və baş verənlərin şahidi olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində işlədiyi "xxxx" MMC-yə məxsus “Mitsubishi Pajero” markalı, H 023913 dövlət qeydiyyat nişanlı avtomobilə heç bir ziyan dəyməmiş və nəticə etibarilə "xxxx" şirkətinə maddi və ya başqa hər hansı bir formada ziyan dəyməmişdir. Buna görə də, baş vermiş hadisə ilə bağlı heç bir şikayət, iddia və ya tələblərinin olmadığını qeyd etmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsiı haqqında 26 yanvar 2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətinə gedən yolda baş vermişdir. Yolun hərəkət zolaqlarının sayı 04, hərəkət hissəsinin eni 3.5 metr, yol örtüyünün eni isə 14 metrdir. Yol nəqliyyat hadisəsi nəticəsində, qeyd edilən yolun sağında 3 metr yolun hərəkət hissəsinə keçdikdə vurulmuş və biraz qarşıy tullayıb yerə düşmdüşdür. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli, 1/177 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 09 fevral 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan 26 yanvar 2022-ci il tarixdə təxminən səhər saat 06:20 radələrində həmin avtomobil ilə yaşadığı evdən çıxmış və şirkət tərəfindən ona verilən göstəriş əsasında Suraxanı rayonu, Hövsan qəsəbəsində “şüşəli bazar” deyilən yerdən bir işçini götürüb “Zabrat” qəsəbəsinə aparmaq üçün Xətai rayonu, Zığ dairəsindən döndükdən sonra düz hərəkətini davam edərək aeroport yolundan sağa yəni Hövsan qəsəbəsinə dönmüş, Zığ- Hövsan şossesi ilə üzü Hövsan qəsəbəsinə doğru saatda 70-80 km sürətlə hərəkətimi davam etdirmişdir. Həmin vaxt yolda işıq söndürülmüş və işıq yanmamışdır. Buna görə də, yol tam qaranlıq olmuşdur. O, Zığ-Hövsan şossesində yerləşən Nəqliyyatda Baş Polis İdarəsnin binasını keçdikdən sonra biraz irəlidə sağdan Qum adası yaşayış sahəsinin həmin yolla birləşən hissəsini keçdikdən təxminən 10 metr sonra bir nəfər piyadanı vurduğunu və vurduğu piyadanın avtomobilin ön partpresinə dəydiyini görmüşdür. Dərhal avtomobilin əyləcini sıxmış və avtomobili yolun sol tərəfinə verib saxlamışdır. Avtomobildən düşüb tez həmin piyadaya yaxınlaşmış və yerdə uzanmış halda olan piyadanın qabağında dayanıb əlindəki telefonun fanarı ilə həmin yolla hərəkət edən avtomobillərə işarə etmişdir ki, hərəkət edən avtomobillər piyadanın üstündən keçməsin. Sonra ətrafda olan şəxslərdən birindən 103 xidmətinə və 102 xidmətinə zəng edib hadisə barədə məlumat verməsini xahiş etmişdir. Bir xeyli müddət keçdikdən sonra əvvəlcə polis əməkdaşları, daha sonra isə TTY avtomobili hadisə yerinə gəlmiş və o, hadisə barədə polis əməkdaşlarına məlumat vermişdir. TTY işçiləri piyadanı yoxladıqdan sonra artıq həmin piyadanın vəfat etdiyini bildirmişlər. İfadələrin yoxlanması gedişatında Təqsirləndirilən şəxs, mpiyadanın hərəkət istiqamətini və avtomobillə vurulduğu yeri göstərdi. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 26 fevral 2022-ci il tarixli 09 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - baş beyin toxumasının əzilməsi, alın-təpə sümüklərinin sağ yarısının basılmış qəlpəli sınığı, sağ bazu sümüyünün qapalı, sol baldır sümüklərinin açıq və çanaq sümüyünün sol tərəfinin qapalı sınıqları, başın əzilmiş-cırılmış yaraları, bədənin sıyrıqları həyati olub, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu açıq kəllə beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 04 mart 2022-ci il tarixli 8/412 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara görə, Mitsubishi Pajero240 markalı, H023913 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənn baş verməsi arasında səbəbli əlaqə olmuş və uyğunsuzluq olmuş və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Səbail rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və ona sınaq müddəti təyin olunmuşdur. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri tam ödəyərək zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələblərinin olmamasını və himayəsində azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə görə zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar