Məhkəmə qərarları › İş №1(010)-220/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-220/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-220/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X13 qızının katibliyi, Tərcüməçi – X2, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 02 oktyabr 2023-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, 20 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 noyabr 2023-cü il tarixdə 20 noyabr 2023-cü il tarixdən hesablanmaqla barəsində 3 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xx.xx.2023-cü il tarixdə səhər saatlarında 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 1,129 qram narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 02 oktyabr 2023-cü il tarixdə saat 12:40 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,129 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 1,104 qram narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Mədən ərazisində istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 20 noyabr 2023-cü il tarixdə saat 10:15 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində saxlanılaraq Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PŞ-nə gətirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,104 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxsnun elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, axtarış və götürmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər azadlıqdan məhrum edilib və məhrum edilməmişdən əvvəl 3-4 il ərzində narkotik vasitə istifadə edib, həbsdən çıxdıqdan sonra da istifadə edib. Narkotik vasitə istifadəçisidir, amma saxlanılan zaman hər iki epizodda üzərində narkotik vasitə olmayıb. Narkotik vasitəni çəkmək və inyeksiya yolu ilə qəbul edib. Heroin və metamfetamin istifadə edib. Noyabrda saxlanılmamışdan 10 gün əvvəl narkotik vasitə istifadəsini dayandırıb. Təxmini noyabrın 5-10-dan başlayaraq narkotik vasitədən asılılıq olduğundan müalicə üçün metodon suyu içməyə başlayıb. İttiham aktında və şahidlərin ifadəsində göstərilir ki, Yeni Suraxanı və Əmircan qəsəbəsində saxlanılıb. Amma o evinin yaxınlığında saxlanılıb. Əgər üzərində olsaydı bölməyə gedənə qədər cibindən çıxara bilərdi. Axşam oğurluq hadisəsi olub, o da həmin ərazidən keçdiyindən onu axşam vaxtı şübhəli şəxs kimi saxlayıb bölməyə aparıblar. Bölmədə ona psixoloji təsir olub deyə deyilənlərlə razılaşıb amma ona fiziki təsir olmayıb. O, ifadəsində narkotik vasitəni haradan aldığını deməyib, istintaqda ondan narkotik vasitəni haradan alması soruşulduqda Regina adlı şəxslə birlikdə alaraq istifadə etdiyini deyib amma onun ifadəsində qeyd edilib ki, guya o Reginadan alıb. Ümumiyyətlə, o, əvvəllər narkotik vasitəni kart hesabına pul köçürərək alıb. Törətdiyi əməldən peşmandır. Narkotik vasitəndən qısa müddətdə istifadə etmişdir. Əvvəllər bu maddəyə görə məhkum olunmamışdır. Bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı, adının Regina olduğunu bildiyi, ünvanını və digər məlumatlarını bilmədiyi şəxsdən 30 manata öz istifadəsi üçün bir ədəd sellofan bükümdə narkotik maddə kakos almış və sonra istifadə etməyi üçün üzərində saxlamışdır. 02 oktyabr 2023-cü il tarixdə saat 12:40 radələrində Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsində olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və xidməti vəsiqələrini təqdim etdikdən sonra onun şəxsiyyəti barədə maraqlanmışlar. O da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması üçün onu Suraxanı RPİ-nin polis idarəsinə dəvət etmişlər. O da razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nə gəlmişdir. Polis idarəsində ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təyin olunmuşdur. Vəkili ilə görüşdükdən sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər-hansı əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin bükümü açıb içərisinə baxış keçirmiş və sonra ondan həmin bükümün içərisində nə olması və nə vaxt, kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. O da həmin bükümün içərisində kokos kimi tanıdığı narkotik maddə olduğunu və onu öz istifadəsi üçün 02 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı, adının Regina olduğunu, ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 30 manat ödəməklə aldığını bildirmişdir. Ondan aşkar edilmiş həmin 01 ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra isə polis əməkdaşları tərəfindən üzərinə baxılmış və hər-hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və qablaşdırılmış zərflə birlikdə protokol o və iştirakçılar tərəfindən imzalanmışdır. O, heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış, hər dəfə öz istifadəsi üçün narkotik maddə əldə etmiş və özü istifadə etmişdir. O, polis tərəfindən hər hansı təzyiqə məruz qalmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, bir neçə ay olar ki azad olunmuşdur. Narkotik maddə aludəçisidir. Narkotik maddələrin kakos növündən inyeksiya yolu ilə istifadə edir. 20 noyabr 2023-cü il tarixdə saat 09 radələrində narkotik maddə almaq üçün yaşadığı evdən çıxaraq Suraxanı qəsəbəsinə getmiş, həmin yerdə üzdən tanıdığı lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manat ödəməklə 1 bükümdə təxminən bir qram narkotik maddənin kakos kimi tanıdığı növündən almışdır. 20 noyabr 2023-cü il tarixdə saat 10:15-də Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onun narkotik maddələrin əldə olunması və istifadəsində şübhəli olduğunu bildirmişlər. Onu şübhəli şəxs qismində polis şöbəsinə dəvət etmişlər. 31-ci polis şöbəsinə vəkil dəvət olunmuşdur. Polis əməkdaşı ona vəkilinin iştirakı ilə hüquq və vəzifələrini izah etmişdir. Sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərində axtarış keçirilməsinə başlanmışdır. Xidməti otaqda əynindəki qara rəngli şalvarın sağ yan cibindən içərisində kakos olan 01 (bir) ədəd şəffaf sellofan bükümü çıxararaq stolun üstünə qoymuşdur. Aşkar olunmuş bükümdəki kakos kimi tanıdığı narkotik maddə onun və digər iştirakçıların iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Üzərindən aşkar edilmiş narkotik maddədən başqa hər-hansı yerdə narkotik maddə saxlamır. O, üzərindən aşkar edilərək götürülmüş narkotik maddəni öz şəxsi istehlakı üçün əldə etmişdir. Lakin istifadə etməyə macal tapmamışdır. Ona qarşı heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində bildirmişdir ki, hazırda Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı xüsusi rütbəsi daşıyır. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində o və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. 02 oktyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsinə gəlmişlər. Bir qədər gözlədikdən sonra Təqsirləndirilən şəxs uzaqdan gəldiyini görmüşdür. O və Şahid4 mülki geyimdə olmuşlar. Təqsirləndirilən şəxs onların dayandığı yerə çatdıqda saat 12:40 dəqiqədə ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. O, Təqsirləndirilən şəxs özünü təqdim etməsini tələb etmişdir. O, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onlarla Suraxanı RPİ-nə getməli olduğunu demişdir. Təqsirləndirilən şəxs onlarla razılaşmış və onu Suraxanı RPİ-nin inzibati binasına gətirmişlər. Suraxanı RPİ-nin inzibati binasına gəldikdən sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçı, polis baş leytenantı X7 tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafə olunması üçün dövlət hesabına müdafiəçi və tərcüməçi dəvət edilmişdir. Sonra onun, Şahid4, təhqiqatçının, tərcüməçinin və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. X4 izah olunmuş CPM-nin 90-cı və 246-cı maddələrinin müddəalarının aydın olub-olmaması barədə sual vermişdir. Təqsirləndirilən şəxs da həmin müddəaların ona aydın olduğunu bildirmişdir. Elvin Nurəliyev ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. O, da əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd içərisində qəhvəyi rəngli maddə olduğu görünən şəffaf sellofan bükümü çıxararaq stolun üstünə qoymuşdur. O, əlləri ilə Təqsirləndirilən şəxs paltarlarını yoxlamış, lakin hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Götürülmüş 01 ədəd şəffaf sellofan büküm bir ədəd boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, üzəri o (Şahid4) və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 31-ci PŞ-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru xüsusi rütbəsi daşıyır. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində Şahid1 və Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 20 noyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsinə gəlmişlər. Bir qədər gözlədikdən sonra Təqsirləndirilən şəxs uzaqdan gəldiyini görmüşlər. Şahid1 və Şahid2 mülki geyimdə olmuşlar. Dayandıqları yerə çatdıqda saat 10:15 dəqiqədə Fuada yaxınlaşmışlar. Vəsiqələrini göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Ondan özünü təqdim etməsini tələb etmişlər. O, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onlarla 31-ci polis şöbəsinə getməli olduğunu demiş, Təqsirləndirilən şəxs onlarla razılaşmış və Təqsirləndirilən şəxs 31-ci polis şöbəsinə gətirmişlər. Polis Şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçı, polis baş leytenantı X5 tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, onun, Şahid2, təhqiqatçının, tərcüməçinin və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanmış, əvvəlcə Pərvin İbrahimov ona izah olunmuş CPM-nin 90-cı və 246-cı maddələrinin müddəalarının aydın olub-olmaması barədə sual vermiş, Təqsirləndirilən şəxs da həmin müddəaların ona aydın olduğunu bildirmişdir. Pərvin İbrahimov ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsini təklif etmiş, o, da əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd içərisində qəhvəyi rəngli maddə olduğu görünən şəffaf sellofan bükümü çıxraraq stolun üstünə qoymuşdur. Pərvin İbrahimov əlləri ilə Təqsirləndirilən şəxs paltarlarını yoxlamış, lakin hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Götürülmüş 01 ədəd şəffaf sellofan büküm bir ədəd boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, üzəri Şahid1 və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Şahid4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidin dindirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); tərcüməçi təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə rus dili üzrə mütəxəssis X6 Təqsirləndirilən şəxs tərcüməçisi qismində təyin edilmişdir (i.v. 15); şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə, saat 10:15 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PŞ-nin inzibati binasında tutulmuşdur (i.v. 31); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış saat 11:35 dəqiqədə başlanmışdır. 31-ci PŞ-nin təhqiqatçısı, polis leytenantı Pəvin İbrahimov, 31-ci PŞ-nin CAŞ üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, 31-ci PŞ-nin CAŞ üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs, tərcüməçi Camal Bədəlovun iştirakı ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsung” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxsu bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində narkotik maddə sayılan heroin olduğunu, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Mədən deyilən ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manat dəyərində şəxsi istifadəsi üçün alaraq saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş 01 (bir) ədəd büküm narkotik maddə sayılan heroinə oxşar maddəni cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (i.v. 43- 44); Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk xx.xx.2024-cü il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş.v. 227-236); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6093 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...’’ sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,104 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 1,104 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 1,054 qram (i.v. 49-53); cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Suraxanı RPİ-nin İŞ-də icraata qəbul edilmişdir (i.v. 58); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 64-65); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-441/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqdimat və vəsatət qismən təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəlinin xx.xx.2023-cü il tarixdən, saat 10:15-dən hesablanması qərara alınmışdır (i.v. 87-91); ********* saylı cinayət işinin icraata qəbul edilməsi və ********* saylı cinayət işinə birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hər iki cinayət işi üzrə cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini nəzərə alaraq, ********* saylı cinayət işi icraata qəbul edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinə birləşdirilmiş və cinayət təqibi ********* nömrəsi altında davam etdirilmişdir (i.v. 93-94); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 95A); şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə, saat 12:40 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasında tutulmuşdur (i.v. 124); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış xx.xx.2023-cü il tarixdə saat 13:50 dəqiqədə başlanmış, 13:57 dəqiqədə yekunlaşmışdır. Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı Elvin Nurəliyev, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, tərcüməçi Camal Bədəlov, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “İphone” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofanın içərisində tünd qəhvəyi rəngli kütlə olan bükümü təqdim edərək həmin bükümün içərisində kütlənin heroin kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqdim edilmiş 01 (bir) ədəd şəffaf rəngli sellofanın içərisinə baxış keçirilərkən içərisində qəhvəyi rəngli maddə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı həmin maddəni xx.xx.2023-cü il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində Regina adlı şəxsdən 30 manat pul ödəyərək şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərəsində heroin adlı maddə olan ümumilikdə 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azəraycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 45 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilən zaman Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir (i.v. 136-137); Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk xx.xx.2024-cü il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 227-236); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5165 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...’’ sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,129 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 1,129 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 1,079 qram (i.v. 144-148); cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Suraxanı RPİ-nin İŞ-də icraata qəbul edilmişdir (i.v. 153); təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 159-160); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Suraxanı RPİ-nin İş-nin müstəntiqi Çərkəz Pənahovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş; qərarın surəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 177-179); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Xəzər Rayon Məhkəməsinin 7(003)-1072/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 29, 177.2.2, 29 177.2.3, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilərək 02 il 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir (i.v. 200-204); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlama keçirilməsinə dair xx.xx.2024-cü il tarixli, 509 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 205-206); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X14 xx.xx.2024-cü il tarixli, 1649 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı qeyd edilən xəstəxanada müalicədə olmayıb (i.v. 207); təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir (i.v. 209-211); toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın öz qüvvəsində saxlanılması və barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinin nəzərə alınması; Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və CM-nin 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi; Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilən qayda ilə təqsirlənsirilən şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasın olmamasının nəzərə alınması; cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin etirafedici ifadələri, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 ifadələri, şəxsi axtarış və götürmə protokolları, diskə baxış protokolları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16\2- 6/6093 saylı, xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5165 saylı rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsin verdiyi 3990 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut növü qismində qiymətləndirilməsi; Təqsirləndirilən şəxs üzərində 02 oktyabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin inzibati binasında şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,129 qram narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmalı, ekspertiza tədqiqatına sərf edilmiş 0,050 qram nəzərə alınmaqla qalan 1,079 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs üzərində 20 noyabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin inzibati binasında şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,104 qram narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmalı, ekspertiza tədqiqatına sərf edilmiş 0,050 qram nəzərə alınmaqla qalan 1,054 qram narkotik vasitə heroin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməli; Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntüsünü özündə əks etdirən 02 ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınması; Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroinin əldə etdiyi mənbə ilə əlaqədar ********* nömrəli cinayət işindən materialın ayrılması; qərar barədə iş üzrə prosessual tərəflərə məlumat verilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 227-236); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd içərisində qəhvəyi rəngli maddə olduğu görünən şəffaf sellofona bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyması, ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə məqsədlə əldə etməsi barədə soruşulması, Təqsirləndirilən şəxs həmin bükümdə kakos kimi tanıdığı narkotik maddə olduğunu, narkotik maddə aludəçisi olduğunu, narkotik maddələri inyeksiya yolu ilə qəbul etdiyini, həmin narkotik maddəni 20 noyabr 2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu, Mədən ərazisində əldə etdiyini bildirməsi, polis əməkdaşının əlləri ilə Təqsirləndirilən şəxs paltarlarını yoxlayaraq şəxsi axtarışın davam etdirilməsi, onun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməməsi, bundan sonra aşkar edilmiş həmin 01 ədəd bükümün götürülərək 01 ədəd boş zərfə qoyularaq qablaşdırılması, zərfin üzərinin möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması müəyyən edilmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd içərisində qəhvəyi rəngli maddə olduğu görünən şəffaf sellofona bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyması, ondan təqdim etdiyi bükümün içərisində nə olması, haradan və nə məqsədlə əldə etməsi barədə soruşulması, Təqsirləndirilən şəxs həmin bükümdə heroin adlı narkotik maddə olduğunu, narkotik maddə aludəçisi olduğunu, narkotik maddələri inyeksiya yolu ilə qəbul etdiyini, həmin narkotik maddəni Regina adlı şəxsdən 30 manata əldə etdiyini bildirməsi, polis əməkdaşının əlləri ilə Təqsirləndirilən şəxs paltarlarını yoxlayaraq şəxsi axtarışın davam etdirilməsi, onun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməməsi, bundan sonra aşkar edilmiş həmin 01 ədəd bükümün götürülərək 01 ədəd boş zərfə qoyularaq qablaşdırılması, zərfin üzərinin möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. (CM-59.2). Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması və cinayətin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Məhkəmə, Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 02 oktyabr 2023-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 20 noyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 162 (yüz altmış iki) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 oktyabr 2023-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 1 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 1 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli 20 noyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 162 (yüz altmış iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 72 (yetmiş iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h **********9212327214, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan 1,054 qram və 1,079 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar