Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-221/2025 21.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi vəzifəsində işləyən Nümayəndə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1972-ci ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, subay, (iki övladı olan), balıqçılıq fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası fərdi yaşayış evində yaşayan, 31 oktyabr 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 233-1.1 və 256.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyanı qanunsuz olaraq əldə edib, saxlayaraq, gəzdirməklə daşıyıb, balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan qeyd olunan əşyadan və özüüzən nəqliyyat vasitəsindən istifadə edərək qanunsuz balıq tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurma ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasinin Qanunun 19-cu bəndində nəzərdə tutulmuş diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlara aid edilən – sapının diametri 0,17 mm, dəliklərinin daxili ölçüsü 40x40 mm olan, neylon sintetik liflərindən istehsal olunan 1 qatlı saplardan toxunmuş, uzunluğu 100 metr, eni 3 metr olan, açıq yaşıl rəngli 01 ədəd toru istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək saxlayıb, gəzdirməklə, 14 iyul 2024-cü il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Qum adası istiqamətində Xəzər dənizinin sahilinə daşımış, həmin vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1, 2.5.6 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, qadağan edilmiş vaxtda, balıqovlama bileti olmadan sintetik təksaplı torla qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədi ilə özüüzən nəqliyyat vasitəsi sayılan 01 (bir) ədəd “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş bort nömrəsi ABB 1713 olan taxta qayıqla həmin yerdən Xəzər dənizinə daxil olub, mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşya olmaqla yanaşı, balıqların və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitə hesab olunan, əlamətləri yuxarıda qeyd olunan sintetik təksaplı tordan istifadə edib, hər birinin dəyəri 11 manat olmaqla, ümumilikdə 1056 manat dəyərində 96 ədəd kefal balıqlarını qanunsuz tutub, balıq ehtiyatlarına, ümumilikdə 1056 (min əlli altı) manat məbləğində maddi ziyan vurduqdan sonra, həmin tarixdə saat 17:30 radəsində Su NPİ-nin CAB-ın əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan 01 (bir) ədəd “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş bort nömrəsi ABB 1713 olan taxta qayıq, 02 (iki) ədəd taxta avar, 01 (bir) ədəd 25 litrlik yanacaq qabı, 04 (dörd) ədəd qırmaq, sapının diametri 0,17 mm, dəliklərinin daxili ölçüsü 40x40 mm olan, neylon sintetik liflərindən istehsal olunan 1 qatlı saplardan toxunmuş, uzunluğu 100 metr, eni 3 metr olan, açıq yaşıl rəngli 01 (bir) ədəd tor və 96 (doxsan altı) ədəd kefal balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 233-1.1 və 256.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, ibtidai istintaqda da özünü təqsirli bilmiş və verdiyi ifadəsini təsdiq etmişdir. 14 iyul 2024-cü il tarixdə, saat 12 radələrində balıq tutmaq üçün Hövsan qəsəbəsində yerləşən Qum adasına getmiş, icarə əsasında idarə etdiyi Şahid3 məxsus 01 ədəd “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş taxta qayıqdan və dəniz kənarından tapdığı uzunluğu 100 metr, eni 3 metr olan tordan istifadə edərək Xəzər dənizinə girib balıq tutmağa başlamışdır. Toru dənizdə qurub bir neçə saat gözləmişdir ki, tora balıqlar düşsün. Bir qədər sonra toru yoxlayarkən çox sayda kefal balıqlarını tutduğunu görmüşdür. Sonra həmin toru qayığa yığmış və qayıqda toru təmizləyərkən məlum olmuşdur ki, 96 ədəd kefal balığını tutmuşdur. Saat 17 radələrində sahilə çıxarkən X8 idarəsinin əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları istifadə etdiyi 01 ədəd “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş taxta qayıq, 02 ədəd taxta avar, 04 ədəd qırmağa, 01 ədəd 25 litrlik yanacaq qabına, 01 ədəd uzunluğu 100 metr, eni 3 metr olan tora və tutduğu 96 ədəd kefal balığına baxış keçirmişlər. Baxışdan sonra, polis əməkdaşları istifadə etdiyi balıqovlama vasitələrini və tutduğu balıqları götürmüşlər və bununla bağlı protokol tərtib etmişlər, protokolla tanış olduqdan sonra imzalamışdır. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, istifadə etdiyi toru polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən bir həftə qabaq Qum adası tərəfdə dəniz qırağından tapmışdır. Balıq tutmaqda ona heç kim köməklik etməmiş, balıqları özü tək tutmuşdur. Balıqları satıb qazanc əldə etmək istəmişdir. Şahid3 01 ədəd “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş taxta qayığı ona icarəyə vermiş, hətta İlqar ona qayığı idarə etmək üçün etibarnamə vermişdir ki, qayığı qanuni idarə etmək imkanı olsun. İlqarın onunla heç bir şərikliyi yoxdur. Sadəcə qayığından icarə əsasında istifadə etmişdir. Şahid3 qayığı yeni götürmüş, həmin vaxt balıq tutmağa icazə verilməyən vaxt olduğundən konkret qiymət danışmamışlar. Əsasən mövsümi vaxt çıxıb işlədikdən sonra icarə haqqını dəqiqləşdirəcəkdilər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təxminən 4 ildir ki, balıqçılıq fəaliyyəti ilə məşğul olur. İdarə etdiyi qayıq Şahid3 məxsusdur və onu etibarnamə əsasında idarə etmişdir. Balıq tutmaq üçün istifadə etdiyi toru Qum adası ərazisində dəniz qırağından tapmışdır. Balıqovlama bileti əvvəllər olsa da, polis əməkdaşları onu tutan zaman olmamışdır. Balıq ehtiyatlarına tərəfindən 1054 manat ziyan dəymiş və həmin ziyanı tam olaraq ödəmişdir. Hazırda idarə etdiyi qayıq Qum adası ərazisində dəniz qırağında saxlanılır. Sonda isə törətdiyi əməldən peşman olmasını, qanunvericilikdə olan dəyişiklikdən məlumatlı olmaması səbəbindən bu əməli törətməsini, onunla birlikdə yaşayan iki övladının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını və oğlunun Qarabağ müharibəsi iştirakçısı olmaqla qazi olmasını, onun nəzarəti altında müalicə almasını, oğlunun səhhətinə görə işləyə bilməməsini, qızının işləməməsini, dəniz kənarında xırda butka kimi daxmada yaşamasını, ailədə yalnız özünün işləməsini, çətin həyat şəraitində yaşamalarını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, 14 iyul 2024-cü il tarixdə, saat 17 radələrində Su NPİ-nin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Qum adası istiqamətində Xəzər dənizində qanunsuz balıq tutarkən saxlanılmış və baxış zamanı ondan 01 ədəd “Yamaha- 30” markalı mühərriklə təchiz edilmiş taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd 25 litrlik yanacaq qabı, 04 ədəd qırmaq, 01 ədəd uzunluğu 100 metr, eni 3 metr olan tor və 96 ədəd kefal balığı aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs qanunsuz balıq tutması nəticəsində balıq ehtiyatlarına 1056 manat zərər dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam məbləğdə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən 96 ədəd kefal balığı ovlanmışdır. Belə ki, Təqsirləndirilən şəxs “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş taxta qayıq və tor vasitəsi ilə ov etmişdir. Onun ov etmək üçün balıq ovlama bileti olmamışdır. Balıqların qiymətləri “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 243 saylı qərarına əsasən hesablanır. Zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən 19 fevral 2025-ci il tarixdə məhkəməyə ünvanlanmış yazılı ərizədən görünür ki, onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Su NPİ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 14 iyul 2024-cü il tarixdə, X8 idarəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə, saat 17:30-da radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Qum adası istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bununla bağlı, videoçəklişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd 25 litrlik yanacaq qabı, 04 ədəd qırmaq, 01 ədəd uzunluğu 100 metr, eni 3 metr olan tor və 96 ədəd kefal balığı aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 96 ədəd kefal balığını, 01 ədəd uzunluğu 100 metr, eni 3 metr olan tor ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Qum adası istiqamətində Xəzər dənizindən tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Qum adası istiqamətində Xəzər dənizində balıq tutmağa onun rəsmi icazəsi yoxdur. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, cinayət əməlini törədən zaman təqsirləndirilən şəxs tək olmuşdur. Təqsirləndirilən şəxsin idarə etdiyi qayıq Şahid3 adlı şəxsə məxsudur. Şahid3 balıqların tutulması ilə əlaqəsi olub-olmaması barədə araşdırma aparılmış, lakin həmin şəxsin əlaqəsi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilib-ödənilməməsi ilə bağlı məlumatı yoxdur. Aşkar edilmiş əşyalar X8 İdarəsinin saxlanc yerində saxlanılır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Su NPİ-nin Abşeron XPM-nin polis nəfəri Şahid2 da şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatlarla eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt təqsirləndirilən şəxs tək olmuşdur. Onun idarə etdiyi qayıq Şahid3 adlı şəxsə məxsusdur. Təqsirləndirilən şəxsdən saxlanılan zaman 01 ədəd “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd 25 litrlik yanacaq qabı, 04 ədəd qırmaq, 01 ədəd uzunluğu 100 metr, eni 3 metr olan tor və 96 ədəd kefal balığı aşkar edilmişdir. Aşkar edilmiş əşyalar X8 İdarəsinin saxlanc yerində saxlanılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs çoxdandır ki tanıyır, onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur, münasibəti yaxşıdır. Təqsirləndirilən şəxs balıqçılıqla məşğul olur, qayığı olmadığına görə ona təklif etmişdir ki, öz qayığını ona icarəyə versin. Qayığından istifadə etmədiyinə görə, İlhamın təklifi ilə razılaşmışdır. Gələcəkdə problem yaranmasın deyə qanuni formada balıqovlama bileti almış, həmin biletdə İlhamın adını briqada üzvü kimi qeyd etdirmişdir. Daha sonra qayıqdan sərbəst istifadə olunması üçün İlhama etibarnamə əsasında özünə məxsus olan 01 ədəd “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş bort nömrəsi ABB 1713 olan taxta qayığı vermişdir ki, işlətsin. İlham qayığı yeni götürdüyü üçün onunla qiymət barədə danışmamışdır. Bir müddət işlədikdən sonra, vəziyyətə uyğun razılaşacağını planlaşdırmışdır. 14 iyul 2024-cü il tarixdə, İlham ona zəng vuraraq bildirmişdir ki, Hövsan qəsəbəsindəki Qum adası istiqamətində Xəzər dənizindən balıq tutub sahilə çıxan zaman X8 idarəsinin əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları ona məxsus olan qayığı, İlhamın istifadə etdiyi balıqovlama vasitələrini və tutduğu 96 ədəd kefal balığını götürmüşlər. Şahid3 əlavə olaraq bildirmişdir ki, 01 ədəd “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş bort nömrəsi ABB 1713 olan taxta qayıq onun özünə məxsusdur və həmin qayığı Təqsirləndirilən şəxs icarəyə vermişdir. Təqsirləndirilən şəxs qayığından istifadə etməsinə baxmayaraq onunla heç bir şərikliyi olmamışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd sapının diametri 0,17 mm, dəliklərinin daxili ölçüsü 40x40 mm olan, 1 qatlı neylon sintetik liflərindən istehsal olunmuş, uzunluğu 100 metr, eni 3 metr olan, açıq yaşıl rəngli tor ona məxsus deyildir. Təqsirləndirilən şəxs qayıqdan başqa heç nə verməmişdir. Onun toru haradan və necə əldə etdiyini bilmir, ümumiyyətlə tor barədə heç bir məlumatı yoxdur. Qayıqdan istifadə üçün Təqsirləndirilən şəxs etibarnaməni iki il qabaq vermişdir. Hətta 2023-cü ilin əvvəlində özü üçün balıqovlama bileti də almışdır. Lakin, zəifçilik olduğuna görə, qayığı İlhamdan götürmüşdür. Etibarlı balıqçı tanışı olmadığından qayığı istifadəsiz qalmışdır. Bu ilin yay aylarında Təqsirləndirilən şəxs yenidən qayığını istəmiş, qayıqdan istifadə etmədiyinə görə, razılıq vermişdir ki, işlətsin. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər birlikdə işləyərkən təqsirləndirilən şəxsə etibarnamə vermişdir. Həmin qayığı etibarnamə əsasında idarə etmişdir. Təqsirləndirilən şəxsin istifadə etdiyi tor ona məxsus deyildir, o, sadəcə qayığı İlhama vermişdir. O, İlhamın hansı üsulla balıq tutacağını bilməmişdir. Hadisə barədə İlham tutulan gündən bir gün sonra məlumat almışdır. ”Yamaha-30” markalı mühərriklə təchiz edilmiş taxta qayıq Qum adası ərazisində dəniz qırağında polis nəzarətində saxlanılır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 241160027 nömrəli cinayət işi 26 sentyabr 2024-cü il tarixdə Suraxanı NPİ-nin istintaq bölməsinin müstəntiqi, polis kapitanı X9 tərəfindən Azərbaycan Respublikası CM-nin 233-1.1 və 256.2.2-ci maddələri ilə fakta görə başlanmışdır. (iş.v. 1) Su NPİ-nin rəisinə ünvanlanmış 14 iyul 2024-cü il tarixli raportdan görünür ki, 14 iyul 2024-cü il tarixdə saat 17:30-da X8 İdarəsinin Abşeron XPM-nin əməkdaşları ilə birlikdə ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş xx.xx.1972-ci ildə Dəvəçi rayonunda anadan olmuş, Şabran rayonu, Şabran şəhəri Tofiq Abbasov küçəsi ev 7-də qeydiyyatda olan Heydərov X5 rayonu Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz balıq tutarakən saxlanılmışdır. Yoxlama zamanı ondan “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd 25 litrlik yanacaq qabı, jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tor və 96 ədəd kefal balığı aşkar edilərək maddi sübut kimi götürülmüşdür. (iş.v. 3) 14 iyul 2024-cü il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən 14 iyul 2024-cü il tarixdə, saat 17:30 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Qum adası istiqamətində Xəzər dənizində qanunsuz balıqtutma ilə məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Baxış zamanı “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd 25 litrlik yanacaq qabı, 04 ədəd qırmaq, 01 ədəd uzunluğu 100 metr, eni 3 metr olan tor və 96 ədəd kefal balığının tutulması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 96 ədəd kefal balığını, istifadəsində olan uzunluğu 100 metr, eni 3 metr olan torla Hövsan qəsəbəsində yerləşən Qum adası istiqamətində Xəzər dənizindən tutmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan balıqovlama vasitələri, eləcə də, Xəzər dənizindən qanunsuz tutduğu 96 ədəd kefal balığı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (iş.v. 4-8) 14 iyul 2024-cü il tarixli, “gətirilən şəxsin geyim əşyalarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, gətirilən şəxs Təqsirləndirilən şəxs geyimi qısaqol ağ rəngli, qara zolaqlı köynək, boz rəngli şort və bir cüt rezin çəkələkdir. (iş.v. 9) 14 iyul 2024-cü il tarixli qəbzdən görünür ki, həmin tarixdə, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd 25 litrlik yanacaq qabı, 04 ədəd qırmaq və 01 ədəd uzunluğu 100 metr, eni 3 metr olan tor müvəqqəti saxlamaq üçün Su NPİ-nin CAB-in baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmişdir. (iş.v. 10) 14 iyul 2024-cü il tarixli qəbzdən görünür ki, X8 İdarəsinin Abşeron XPM-nin rəisi VMİE, polis baş leytenantı Şahid1 14 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş uzunluğu 100 metr, eni 3 metr olan 1 ədəd toru ekspertiza təhqiqatına təqdim olunmasından ötrü Su NPİ-nin TQ-nin baş təhqiqatçısı, polis baş leytenantı Əli Məmmədova təqdim etmişdir. (iş.v. 11) 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Fuad Rüstəmov tərəfindən verilmiş rəydən görünür ki, 15 iyul 2024-cü il tarixdə X8 İdarəsinin Abşeron xətt polis məntəqəsinin əməkdaşlarının təqdim etdiyi Təqsirləndirilən şəxs götürülmüş 96 ədəd balıqlara baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs götürülmüş 96 ədəd balıqlar bioloji əlamətlərinə görə kefal balıqlarıdır. (iş.v. 11) 14 iyul 2024-cü il tarixli qəbul aktından görünür ki, Eco Fish MMC-nin direktoru X6 tərəfindən Su NPİ-nin Abşeron XPM-nin rəisi VMİE polis baş leytenantı Şahid1 tərəfindən təqdim edilmiş ümumi çəkisi 12 kq və qiyməti 15 manat olan kefal balıqları qəbul edilmişdir. (iş.v. 12) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X2 Xidməti tərəfindən verilmiş 09 fevral 2023-cü il tarixli, 133 nömrəli, seriya BB № 003637 olan balıqovlama biletindən görünür ki, həmin bilet Şahid3 verilmişdir. Briqada (manqa) üzvü isə Təqsirləndirilən şəxs olmuşdur. Su obyektinin adı Xəzər dənizi Hövsan qəsəbəsi kvatoriyasının ərazxi suları, axçalı balıq 5 ədəd xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, siyənək torları xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi müəyyən edilmiş, ov gəmisinin tipi 01 ədəd motorlu qayıqdır. Bilet 31 dekabr 2023-cü il tarixədək qüvvədədir. (iş.v. 18) İş üzrə Şahid3 tərəfindən Təqsirləndirilən şəxs Yamaha 30 ED-27 adlı taxta qayığı idarə etmək xx.xx.2022-ci il tarixli notarial qaydada etibarnamə ilə 22 avqust 2025-ci il tarixədək verilmişdir. (iş.v. 20) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 və X7 Xidmətinin AA 09498 nömrəli gəmi biletindən görünür ki, gəminin adı ED-27, tipi taxta qayıq, təyinatı həvəskar balıq ovu, əsas mühərrikinin adı “Yamaha 30”, sayı 1, tipi isə asma olmuşdur. Gəminin bort nömrəsi 1713, seriyası ABB, reyestr nömrəsi 713, sahibi isə Şahid3 olmuş, 18 mart 2022-ci il tarixdə verilmiş və 18 mart 2027-ci il tarixədək etibarlıdır. (iş.v. 19; 21) Azərbaycan Respublikası FHN X4 və X7 Xidmətinin AA 033142 saylı Texniki Talonundan görünür ki, ABB 1713 bort nömrəli, 713 reyestr nörməli, Şahid3 məxsus qayığın talonu 24 iyun 2024-cü il tarixdə verilmiş, 24 iyun 2025-ci il tarixədək qüvvədədir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X2 Xidməti tərəfindən X8 idarəsinin TQ-nin baş təhqiqatçısı, polis baş leytenantı Əli Məmmədova ünvanlanmış 22 iyul 2024-cü il tarixli, məktubdan görünür ki, X2 Xidməti tərəfindən ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs 01 yanvar 2024-cü tarixdən 22 iyul 2024cü il tarixə kimi balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. (iş.v. 26) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən cavabdeh Təqsirləndirilən şəxs qarşı verilmiş 20 avqust 2024-cü il tarixli mülki iddia ərizəsindən görünür ki, 14 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər dənizinin Qum adası istiqamətində Xəzər dənizində qanunsuz balıq tutmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su resurslarının sənaye ovu Qaydaları”nın 2-ci bəndinin 2.5.6-ci hissəsinin tələblərini pozmuşdur. Yoxlama zamanı Təqsirləndirilən şəxs 96 ədəd kefal balıqları aşkar edilərək götülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları”nın 2-ci bəndinin 2.5.6-cı hissəsinə əsasən qadağan edilmiş vaxtda və ya icazə verilməyən yerlərdə balıq və digər su bioresurslarının sənaye məqsədilə ovlanması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 1999-cu il tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələrin 10-cu bəndinə əsasən hesablanır. Vətəndaş Təqsirləndirilən şəxs tərəfindən balıq ehtiyatlarına vurulan ziyanın məbləği bu şəkildə hesablanmışdır: 96 ədəd kefal balığının qanunsuz tutulması ilə vurulan ziyan. 11 manat x 96 ədəd = 1056 manat. Balıq ehtiyatlarına vurulan ziyan 1056 manat təşkil etmişdir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları”nın 1-ci bəndinin 1.9.6-cı hissəsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 962 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”yə əsasən vətəndaş Təqsirləndirilən şəxs barəsində 1056 manat məbləğində iddia qaldırılmışdır. Məhkəmədən cavabdehin həmin məbləği yuxarıda qeyd olunan hesablaşma hesabına köçürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi xahiş edilmişdir.(iş.v. 31) 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi Fuad Rüstəmov tərəfindən verilmiş 15 iyul 2024-cü il tarixli mütəxəssis arayışından görünür ki, o, xx.xx.2024-cü il tarixdə Su NPİ-də polis əməkdaşları tərəfindən saxlanılmış vətəndaş Təqsirləndirilən şəxs götürülmüş 96 ədəd balığa baxış keçirmişdir. Baxış zamanı məlum olmuşdur ki, təqdim edilmiş balıqlar vətəqə əhəmiyyətli olmaqla, bioloji əlamətlərinə görə kefal balığıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları”nın 2-ci bəndinin 2.5.6-ci hissəsinə əsasən qadağan edilmiş vaxtda və ya icazə verilməyən yerlərdə balıq və digər su bioresurslarının sənaye məqsədilə ovlanması qadağandır. Ona görə də, baxış keçirilmiş balıqlar qanunsuz ovlandığı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri qanuni balıq ovuna cərimələrin» 10-cu bəndinə əsasən hesablanır. Vətəndaş Təqsirləndirilən şəxs tərəfindən balıq ehtiyatlarına vurulan ziyanın məbləği bu şəkildə hesablanmışdır: 96 ədəd kefal balığının qanunsuz tutulması ilə vurulan ziyan- 11 manat x 96 ədəd = 1056 manat. Balıq ehtiyatlarına vurulan ziyan 1056 manat təşkil etmişdir. (iş.v. 32) 21 avqust 2024-cü il tarixli materialların məhkəmə ekspertizasının 6/3738 saylı rəyinin nəticəvi hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi X8 İdarəsi Zərflər üçün” dairəvi möhür əksləri olan; Təqsirləndirilən şəxs maddi sübut olaraq götürülmüş 01 ədəd tor; Tərtib etdi: Su NPİnin TQ-nun baş təhqiqatçısı, polis baş leytenantı “imza” Əli Məmmədov” yazıları olan 01 (bir) ədəd kisədəki açıq yaşıl rəngli torun toxunduğu sap neylon sintetik liflərindən istehsal olunmuşdur. Həmin bu torun toxunduğu sap bir qatlıdır, sapın diametrinin ölçüsü 0,17 mm və dəliklərin daxili ölçüsü 40x40 mm-dir. Qərarda qeyd edilən “1, 6 və 7”-ci bəndlərdəki suallar maddə və materialların məhkəm ekspertizasının həll etdiyi məsələlər dairəsinə (predmetinə) aid olmadığından cavablandırılmamışdır. (iş.v. 42-43) Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti tərəfindən 26 sentyabr 2024-cü il tarixli məktuba cavabdan görünür ki, dəliklərin konstruktiv ölçüsü ifadəsi iki qonşu düyün arasındakı məsafədir. Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında Azərbaycan Respublikası Qanununun 19-cu bəndinə əsasən təkqat saplardan toxunmuş və dəliklərinin konstruktiv ölçüsü 120 mm-dən az olan torların dövriyyəsinə yol verilə bilməz. Torun ölçülmə qaydası isə Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli 243 nömrəli qərarının 2.8-ci bəndinə əsasən həyata keçirilir. 26 sentyabr 2024-cü il tarixli “balıqovlama vasitələrinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 14 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd “Yamaha- 30” markalı mühərriklə təchiz edilmiş bort nömrəsi ABB 1713 olan taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd 25 litrlik yanacaq qabı, 04 ədəd qırmaq müəyyən edilmişdir. (iş.v. 45) 26 sentyabr 2024-cü il tarixli “balıqovlama vasitələrinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 14 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş tora baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd torun uzunluğunun 100 metr, eni 3 metr və dəliklərinin konstruktiv ölçüləri 40 x 40 mm olması müəyyən edilmişdir. (iş.v. 46) 26 sentyabr 2024-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, 14 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş bort nömrəsi ABB 1713 olan taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd 25 litrlik yanacaq qabı, 04 ədəd qırmaq, 01 ədəd sapının diametri 0,17 mm, dəliklərinin daxili ölçüsü 40x40 mm olan, 1 qatlı neylon sintetik liflərindən istehsal olunmuş, uzunluğu 100 metr, eni 3 metr olan, açıq yaşıl rəngli tor və 96 ədəd kefal balıqları maddi sübut kimi tanınmışdır. Balıqlar tez xarab olan ərzaq malı hesab edildiyi üçün 14 iyul 2024-cü il tarixdə müvafiq akta əsasən "xxxx" MMC-yə və 01 ədəd “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd 25 litrlik yanacaq qabı, 04 ədəd qırmaq müvəqqəti saxlanılması üçün Su NPİ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 təhvil verilməsi nəzərə alınmış, həmçinin 01 ədəd sapının diametri 0,17 mm, dəliklərinin daxili ölçüsü 40x40 mm olan, 1 qatlı neylon sintetik liflərindən istehsal olunmuş, uzunluğu 100 metr, eni 3 metr olan, açıq yaşıl rəngli tor saxlanılması üçün Su NPİnin saxlanc anbarına təhvil verilmişdir. (iş.v. 47) İş materiallarına əlavə edilmiş "xxxx" ASC-yə məxsus qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 11 oktyabr 2024-cü il tarixdə, ona qarşı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli iddia ərizəsinə müvafiq olaraq zərərçəkmiş hüquqi şəxsə dəymiş 1056 manat ödənişi həyata keçirmişdir. (iş.v. 59) Məhkəmə iclasında iş materillarına əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmişdir. Həmin videogörüntüdə, X8 İdarəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində Təqsirləndirilən şəxs saxlanılması və yoxlama zamanı ondan 01 ədəd “Yamaha- 30” markalı mühərriklə təchiz edilmiş taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd 25 litrlik yanacaq qabı, 04 ədəd qırmaq, 01 ədəd sapının diametri 0,17 mm, dəliklərinin daxili ölçüsü 40x40 mm olan, 1 qatlı neylon sintetik liflərindən istehsal olunmuş, uzunluğu 100 metr, eni 3 metr olan, açıq yaşıl rəngli tordan tor və 96 ədəd kefal balıqlarının aşkar edilərək müvafiq qaydada götürülməsi əks olunmuşdur. X8 İdarəsinin istintaq bölməsinin əməliyyat tapşırığına Azərbaycan Respublikası DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən göndərilmiş 06 dekabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş torun haradan və kimdən əldə edilməsi ilə bağlı həyata keçirilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs balıqçılıq fəaliyyəti ilə bağlı qayığın sahibi Şahid3 ilə heç bir şərikliyi yoxdur. (iş.v. 107) 06 dekabr 2024-cü il tarixli, “zərərçəkmiş şəxsin və mülki iddiaçının tanınması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı qismində tanınmışdır. (iş.v. 108) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi Nümayəndə tərəfindən Su NPİ-nin istintaq bölməsinin müstəntiqi, polis kapitanı tərəfindən ünvanlanmış 06 dekabr 2024cü il tarixli ərizədən görünür ki, Su NPİ-nin İstintaq bölməsində ********* saylı cinayət işinin ibtidai istintaqı aparılır və həmin cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi qismində tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (iş.v. 109) Zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsinin tanınması haqqında qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı qismində tanınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi vəzifəsində işləyən Nümayəndə zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi qismində tanınmışdır. (iş.v. 111-112) Ambulator-məhkəmə psixiatrik ekspertizasının 30 oktyabr 2024-cü il tarixli, 3175 saylı rəyinin nəticəvi hissəsindən görünür: Motivləşdirici hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ. Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırılmışdır: 1-ci sual: Təqsirləndirilən şəxs psixi xəstədirmi, əgər xəstədirsə hansı xəstəlikdən əziyyət çəkir? Cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. 2-ci sual: Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək yaxud özünü idarə edə bilmək iqtidarında, yəni anlaqlı vəziyyətdə olmuşdurmu? Cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. 3-cü sual: Hadisə baş verən zaman Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nın 21 və ya 22-ci maddələrinin təsiri altına düşürmü, onun məcburi müalicəyə ehtiyacı varmı? Cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. 4-cü sual: Təqsirləndirilən şəxs hal-hazırda ruh xəstəlikdən əziyyət çəkirmi? Əgər çəkirsə hansı növ xəstəlikdən əziyyət çəkir? Cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs oglu hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmamışdır. (iş.v. 125-127) 16 dekabr 2024-cü il tarixli, “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CMnin 233-1.1 və 256.2.2-ci maddələri ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. 14 iyul 2024-cü il tarixli baxış protokoluna əlavə edilmiş 01 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və diskin həcmi kiçik olduğuna görə saxlanılması üçün cinayət işinin materialına əlavə edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd 25 litrlik yanacaq qabı, 04 ədəd qırmaq, 01 ədəd sapının diametri 0,17 mm, dəliklərinin daxili ölçüsü 40x40 mm olan, 1 qatlı neylon sintetik liflərindən istehsal olunmuş, uzunluğu 100 metr, eni 3 metr olan, açıq yaşıl rəngli tor və 96 ədəd kefal balıqları 26 sentyabr 2024-cü il tarixdə maddi sübut kimi tanınmışdır. Balıqlar tez xarab olan ərzaq malı hesab edildiyi üçün 14 iyul 2024-cü il tarixdə müvafiq akta əsasən "xxxx" MMC-yə və 01 ədəd “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş bort nömrəsi ABB 1713 olan taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd 25 litrlik yanacaq qabı, 04 ədəd qırmağın saxlanılması üçün Su NPİ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1, həmçinin götürülmüş 01 ədəd sapının diametri 0,17 mm, dəliklərinin daxili ölçüsü 40x40 mm olan, 1 qatlı neylon sintetik liflərindən istehsal olunmuş, uzunluğu 100 metr, eni 3 metr olan, açıq yaşıl rəngli torun Su NPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş torun mənbəyinin müəyyən edilməsindən ötrü hazırki cinayət işindən material ayrılmışdır. Təqsirləndirilən şəxs və Şahid3 barələrində Azərbaycan Respublikası CM-nin 233-1.2.1 və 256.2.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərinin görünür ki, Təqsirləndirilən şəxs Mirəbülfəz Heydərov və Seyidsara Heydərova olmaqla, 2 övladı vardır. Təqsirləndirilən şəxsin oğlu Mirəbülfəz Heydərov “Vətən müharibəsi” iştirakçısı olmuş və oğlunun bununla bağlı “Vətən müharibəsi” medalının №İ-31196 saylı və “Suqovuşanın azad olunmasına dair” №İ-1978 saylı Azərbaycan Respublikası vəsiqələrinin surətlərini, bundan əlavə oğlunun SX ******* saylı hərbi biletinin surətini məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Suraxanı İcra Hakimiyyəti Başçısının Zığ qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 13 mart 2025-ci il tarixli, 208 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs, Zığ qəsəbəsinin Zığ yaşayış massivində qeydiyyatsız yaşayır. Ailə tərkibi-övladları Mirəbülfəz Heydərov və Seyidsara Heydərovadan ibarətdir. Bundan əlavə, onun tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkilin surətindən görünür ki, dənizkənarında daxma tipli evdə çətin şəraitdə yaşayır. 31 oktyabr 2024-cü il tarixdə, saat 11:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 233-1.1 və 256.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, 31 oktyabr 2024cü il tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 77-78, 92-93) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən və zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə ekspertizası rəylərini, sorğulara alınmış cavabları, arayışları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin 233-1.1-ci maddəsinə əsasən qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma-beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 256.2.2-ci maddəsinə əsasən özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə, balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurma-üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu Məcəllənin 256.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 256.2.1-ci maddəsində “külli miqdar” dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Hazırki iş üzrə ümumilikdə dəymiş ziyan məbləği 1056 manat təşkil etmiş və təqsirləndirilən şəxs tərəfindən tam məbləğdə ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Qeyd olunmalıdır ki, Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikası Qanununun siyahısının 19-cu bəndində diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlar qeyd olunmuşdur. Balıq və digər su bioresursları ovunun Qaydalarının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarının 1.6-cı bəndinə əsasən idman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu balıqovlama bileti əsasında həyata keçirilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə olan qadağalar siyahısında həmçinin, balıqovlama biletləri olmadan balıq və digər su bioresurslarının ovu, qadağan edilmiş vaxtda və ya icazə verilməyən yerlərdə balıq və digər su bioresurslarının ovu; uzunluğu 25 metrdən artıq olan qurma torlarla balıq və digər su bioresurslarının ovu, kapron və kətan liflərdən hazırlanmış torlar istisna olmaqla, digər sintetik saplı və təksaplı torlarla balıq və digər su bioresurslarının ovu. CPM-nin 38.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədi ilə tədbirlər görməlidir. CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. CPM-nin 89.3-cü maddəsinə əsasən mülki iddiaçı qismində tanındıqdan sonra iddia ərizəsinin müvafiq şəxs tərəfindən verilmədiyi və ya şəxsin mülki iddiaçı vəziyyətində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verir. CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. CPM-nin 185-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Nəzərə almaq lazımdır ki, cinayət prosesində mülki iddianın verilməsi cinayətin törədilməsi nəticəsində və yaxud onunla əlaqədar pozulmuş mülki hüquqların bərpası üçün nəzərdə tutulmuş, təqsirləndirilən şəxsin və yaxud onun əməlinə görə cavabdehlik daşıyan digər şəxslərin mülki-hüquqi məsuliyyətinin realizə edilməsi vasitəsidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən digər sadalananlarla yanaşı həmçinin məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Büdcə sistemi haqqında Azərbaycan Respublikası Qanununa əsasən büdcə təşkilatı - maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar hesab olunur. Hazırki iş üzrə qeyd olunanlara əsasən dövlət rüsumu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ödənilməmişdir. Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir. Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. CPM-nin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. CPM-nin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Mülki Prosessual Məcəllənin 59.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Mülki Prosessual Məcəllənin 59.3-cü maddəsinə əsasən mənafeyi naminə iş başlanmış şəxs tələbdən imtina etdikdə məhkəmə iş üzrə icraata xitam verir. Hazırki iş üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi müfəttiş, hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən ibtidai istintaqda 20 avqust 2024-cü il tarixdə verilmiş və 11 oktyabr 2024-cü il tarixdə tam məbləğdə yəni, 1056 manat ödənişin olması ilə mülki iddianın tam təmin olunması nəzərə alınmaqla mülki iddianın baxılmasına xitam verilməlidir. CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən həmçinin aşağıdakı qaydaya riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs tərəfindən cinayət törədərkən istifadə edilmiş iş üzrə maddi sübut qismində tanınmış “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş bort nömrəsi ABB 1713 olan taxta qayıq hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılması təmin olunmalıdır. Beləliklə məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasinin Qanununun 19-cu bəndində nəzərdə tutulmuş diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlara aid edilən – sapının diametri 0,17 mm, dəliklərinin daxili ölçüsü 40x40 mm olan, neylon sintetik liflərindən istehsal olunan 1 qatlı saplardan toxunmuş, uzunluğu 100 metr, eni 3 metr olan, açıq yaşıl rəngli 01 ədəd toru istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək saxlayıb, gəzdirməklə, 14 iyul 2024-cü il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Qum adası istiqamətində Xəzər dənizinin sahilinə daşımış, həmin vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1, 2.5.6 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, qadağan edilmiş vaxtda, balıqovlama bileti olmadan sintetik təksaplı torla qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədi ilə özüüzən nəqliyyat vasitəsi sayılan 01 (bir) ədəd “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş bort nömrəsi ABB 1713 olan taxta qayıqla həmin yerdən Xəzər dənizinə daxil olub, mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşya olmaqla yanaşı, balıqların və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitə hesab olunan, əlamətləri yuxarıda qeyd olunan sintetik təksaplı tordan istifadə edib, hər birinin dəyəri 11 manat olmaqla, ümumilikdə 1056 manat dəyərində 96 ədəd kefal balıqlarını qanunsuz tutub, balıq ehtiyatlarına, ümumilikdə 1056 (min əlli altı) manat məbləğində maddi ziyan vurduqdan sonra, həmin tarixdə saat 17:30 radəsində Su NPİ-nin CAB-ın əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan 01 (bir) ədəd “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş bort nömrəsi ABB 1713 olan taxta qayıq, 02 (iki) ədəd taxta avar, 01 (bir) ədəd 25 litrlik yanacaq qabı, 04 (dörd) ədəd qırmaq, sapının diametri 0,17 mm, dəliklərinin daxili ölçüsü 40x40 mm olan, neylon sintetik liflərindən istehsal olunan 1 qatlı saplardan toxunmuş, uzunluğu 100 metr, eni 3 metr olan, açıq yaşıl rəngli 01 (bir) ədəd tor və 96 (doxsan altı) ədəd kefal balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsinin və şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 noyabr 2011-ci il tarixli Qərarına əsasən müəyyən olunur ki, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: - sosial ədalətin bərpası; - məhkumun islah edilməsi; - yeni cinayətlər törədilməsinin qarşısının alınması. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. CM-in 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. CM-in 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-in 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-in 46-cı maddəsinə istinad edilməlidir. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 233-1.1 və 256.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v. 37-38) Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin (mülki cavabdehin) zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçıya) vurmuş olduğu ziyanı tamamilə ödəməsi, ona qarşı heç bir şikayət və tələbin olmaması və bununla bağlı məhkəməyə ərizə təqdim edilməsi, ailənin yeganə qazanc gətirən şəxsi olması, oğlu Mirəbülfəz Heydərovun “Vətən müharibəsi iştirakçısı olmaqla, Suqovuşanın azad olunmasına görə medalının olması, qazi olması hazırda da səhhəti ilə bağlı davamlı müalicə alması, 80 manat pensiya alması və Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə dəniz kənarında qeydiyyatsız daxma tipli evdə yaşaması CM-in 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Hazırki iş üzrə cinayətin xarakteri az ağırdır, ictimai təhükəlilik dərəcəsi ziyanın ödənilməsi ilə tam aradan qaldırılmışdır, bundan başqa CM-nin 256.2.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş xeyli miqdar ziyan 1000 manatdan yuxarı olduqda yarandığı halda hazırki iş üzrə dəymiş ziyan həmin miqdardan cüzi məbləğdə çox yəni, 56 manat artıq olduğu üçün əməldə cinayət tərkibi yaranmış, təqsirləndirilən şəxsin şəxsiyyəti və cəzasını yüngülləşdirən kifayət qədər halların olması CM-nin 59-cu maddəsinə əsasən müəyyən edilmişdir. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. CM-nin 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən sınaq müddətinin qurtarması ilə məhkum üzərində nəzarət dayandırılır və o, qeydiyyatdan çıxarılır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 233-1.1 və 256.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən bir neçə halları və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 233-1.1 və 256.2.2-ci maddələrinin sanksiyası həddində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla, şərti olaraq azadlıqdan məhrumetmə cəzasını təyin etməyi, əlavə cəza olaraq isə müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 233-1.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına və CM-in 256.2.2-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə, müəyyən müddətə balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olma hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs təyin olunan cəzaları Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olma hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilməli, sınaq müddəti müəyyən edilməli və hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut qismində tanınmış 96 ədəd kefal balıqlarının "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd sapının diametri 0,17 mm, dəliklərinin daxili ölçüsü 40x40 mm olan, 1 qatlı neylon sintetik liflərindən istehsal olunmuş, uzunluğu 100 metr, eni 3 metr olan, açıq yaşıl rəngli tor xüsusi müsadirə edilməli, Təqsirləndirilən şəxs tərəfindən cinayət törədərkən istifadə edilmiş iş üzrə maddi sübut qismində tanınmış “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş bort nömrəsi ABB 1713 olan, hazırda Su NPİ-də saxlanılan taxta qayığın, 02 ədəd taxta avarın, 01 ədəd 25 litrlik yanacaq qabının, 04 ədəd qırmağın hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılması təmin olunmalı və mülki iddianın baxılmasına xitam verilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri həmçinin aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); Hazırki iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş bort nömrəsi ABB 1713 olan taxta qayığın Su NPİ-də saxlanılması nəzərə alındığından müsadirə edilməsinə zərurət yoxdur. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakın müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 233-1.1 və 256.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 ədəd sapının diametri 0,17 mm, dəliklərinin daxili ölçüsü 40x40 mm olan, 1 qatlı neylon sintetik liflərindən istehsal olunmuş, uzunluğu 100 metr, eni 3 metr olan, açıq yaşıl rəngli tor xüsusi müsadirə edilməlidir. Həmin maddi sübut hökm qanuni qüvvəyə mindikdən sonra aidiyyəti üzrə təqdim olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 120 manat məbləğində vəsaitin müdafiəçisi yə ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 233-1.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 256.2.2-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə, ona 01 il müddətə balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olma hüququndan məhrum edilməklə, 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunan cəzaları Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, qismən toplamaq yolu ilə ona 01 il müddətə balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olma hüququndan məhrum edilməklə, qəti olaraq 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 01 (bir) il müəyyən edilsin və hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut qismində tanınmış 96 ədəd kefal balıqlarının "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs tərəfindən cinayət törədərkən istifadə edilmiş iş üzrə maddi sübut qismində tanınmış “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş bort nömrəsi ABB 1713 olan, hazırda Su NPİ-də saxlanılan taxta qayığın, 02 ədəd taxta avarın, 01 ədəd 25 litrlik yanacaq qabının, 04 ədəd qırmağın hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılması təmin olunsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd sapının diametri 0,17 mm, dəliklərinin daxili ölçüsü 40x40 mm olan, 1 qatlı neylon sintetik liflərindən istehsal olunmuş, uzunluğu 100 metr, eni 3 metr olan, açıq yaşıl rəngli tor xüsusi müsadirə edilsin. Xüsusi müsadirə olunmuş maddi sübut hökm qanuni qüvvəyə mindikdən sonra aidiyyəti üzrə təqdim olunsun. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Mülki iddianın baxılmasına xitam verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-221/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-221/2025
21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver