Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-222/2022 29.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi və müdafiəcisi X3 təqsirələndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 29 sentyabr 2022-ci il tarixdə, saat 11:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4.000 manat cərimə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı X12 əməliyyat müvəkkili vəzifəsində işlədiyi iş yerini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 dəyişdirəcəyinə dair söz verərək aldadıb həmin işin baş tutması üçün 18 avqust 2020-ci il tarixdə, saat 18 radələrində ünvan 2 ünvanda yerləşən “Bülbülə” şadlıq sarayının qarşısında 6.500 (altı min beş yüz) manat pulunu ələ keçirərək, yəni Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirələndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onunla tanışı Şahid 2020-ci ilin avqust ayında tanış etmişdir. Belə ki, Pərviz zəng edərək tanıdığı Şamil adlı şəxsin Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı X11 əməliyyat müvəkkili vəzifəsində işləməsini, iş yerinin Qaradağ rayonunda yerləşdiyindən gedibgəlməyin ona çətin olmasını və iş yerini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 dəyişmək istəməsini demişdir və keçmiş polis işçisi olduğundan əlaqələrinin olmasını bilərək bu işdə Şamilə kömək etməyini xahiş etmişdir. Pərvizə heç bir problem olmamasını demiş və köməklik etməyi öhdəsinə götürmüşdür. Bundan sonra Pərviz Şamili onunla tanış etmək istəmiş və Penitensiar Xidmətin Baş İdarəsinin inzibati binasının yanında görüşmüşlər. Söhbət zamanı Şamilə demişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə tanıdığı şəxslər vardır və həmin şəxslərə istənilən xahişi edə bilər.. Həqiqətən də, Penitensiar xidmətdə işləyən tanıdığı şəxslər olmuşdur. Şamil demişdir ki, iş yerini dəyişmək üçün Kadrlar İdarəsinə ərizə verməlidir. Özünü bu işləri bilən kimi göstərib demişdir ki, hər şeyi bilir və Şamili arxayın etmişdir ki, ona etibar edə bilər. Şamilə demişdir ki, bu işdə başqalarına da köməklik göstərmişdir. Şamil ona necə köməklik edəcəyini soruşduqda, o, cavabında sonuncunun iş yerini dəyişməsi barədə ərizəsinə Penitensiar Xidmətin Kadrlar İdarəsində daha tez baxılması üçün çalışacağına, həmçinin, ərizəyə müsbət cavab verilməsi üçün tapşıracağını bildirmişdir. Lakin, bu iş üçün kimə xahiş edəcəyini Şamilə deməmişdir. Heç özü də dəqiq bilməmişdir ki, kimə müraciət etmək lazımdır. Güman etmişdir ki, bir adam tapa bilər. O, Zərərçəkmiş şəxs iş yerini 12 saylı X6 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 dəyişmək üçün 6.500 (altı min beş yüz) manat pul lazım olmasını, həmin məbləğin işin həlli üçün lazımi şəxslərə çatacağını bildirmişdir. Halbu ki, onun heç kəsə pul vermək fikri olmamış, həmin pul onun özünə lazım olmuşdur. Zərərçəkmiş şəxs ona inanaraq pulu verməyə razı olmuşdur. Pərviz də bu söhbətin şahidi olmuşdur. Zərərçəkmiş şəxs onun ***-***-**-** mobil telefon nömrəsinə zəng vurmuş və onlar 18 avqust 2020-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Bülbülə” şadlıq sarayının qarşısında görüşmüşlər. Pərviz də Şamilin yanında gəlmişdir. Zərərçəkmiş şəxs 6.500 manat pulu iş yerini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 dəyişməsi üçün ona vermişdir. Qarşılıqlığında o, Zərərçəkmiş şəxs söz vermişdir ki, bir ay ərzində işini həll edəcəkdir. Lakin, Zərərçəkmiş şəxs iş yerini dəyişmək məsələsini həll etmək üçün bu işə gücü çatan şəxsləri tapa bilməmiş və sonuncunun işini alındıra bilməmişdir. Zərərçəkmiş şəxs aldığı 6.500 manat pul ilə borclarını ödəmiş və başqa tələbatları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs ondan hər dəfə işinin nəticəsini soruşduqda, o, müxtəlif bəhanələr ilə vaxtı uzatmışdır ki, Zərərçəkmiş şəxs pulunu düzəlib, sonuncuya qaytarsın. O, Zərərçəkmiş şəxs pulunu qaytarmaq fikrində olmuş, hətta işi alınmadığı üçün sonuncudan dəfələrlə üzr istəmişdir. Lakin, 6.500 manat pulu heç cürə düzəldə bilmədiyinə görə Zərərçəkmiş şəxs pulunu qaytara bilməmişdir. Nəticədə Zərərçəkmiş şəxs onun barəsində şikayət etmişdir. Sonda təqsirələndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı maddi imkanı olmadığına görə ödəyə bilmədiyini bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi və vəkilini, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, təqsirələndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 11 avqust 2022-ci il tarixdə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı X11 əməliyyat müvəkkili vəzifəsində işləyir. Xidmət göstərdiyi X13 Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşdiyindən işə gedib-gəlmək onun üçün çətinlik yaradırdı. Buna görə də, iş yerini yaşadığı əraziyə daha yaxın olan əraziyə yəni, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 dəyişmək qərarına gəlmişdir. Bu səbəbdən də 2020-ci ilin avqust ayında tanışı Şahid ilə görüşüb söhbət edərkən bu qərarı barədə Pərvizə bildirmişdir. Şahid ona bildirmişdir ki, tanıdığı keçmiş polis işçisi olmuş Natiq adlı şəxs var və Natiqin geniş əlaqələri olduğu üçün bu məsələdə ona köməklik edə bilər. Pərviz əlavə olaraq ona bildirmişdir ki, iş yerini dəyişmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Kadrlar İdarəsinə ərizə ilə müraciət etməlidir. Buna baxmayaraq o, Natiq adlı şəxslədə görüşüb məsləhətləşmək istədiyindən Pərvizdən onları tanış edib görüşdürməsini xahiş etmişdir. Bundan sonra Pərviz vasitəsi ilə Təqsirləndirilən şəxs ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinin inzibati binasının yanında görüşmüşlər və Natiqi ilk dəfə həmin vaxtı görmüşdür. Söhbət zamanı Natiq bildirmişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə yaxşı tanıdığı, sözü keçən şəxslər vardır və həmin şəxslərə bildirsə onun istənilən xahişini yerinə yetirə bilərlər. O, Təqsirləndirilən şəxs iş yerini dəyişmək istədiyini bildirmiş və onu da əlavə etmişdir ki, iş yerini dəyişmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Kadrlar İdarəsinə ərizə verməlidir, çünki bu işin alternativ variantı yoxdur. Təqsirləndirilən şəxs ona demişdir ki, iş yerini necə dəyişmək lazım olmasını yaxşı bilir, bu işdə çoxlarına köməklik göstərmişdir və onun işini də asanlıqla həll etdirə bilər. Natiqdən necə köməklik göstərəcəyini soruşduqda isə bildirmişdir ki, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Kadrlar İdarəsinə ərizə yazdıqdan sonra ərizəsinə daha tez baxılmasını və müsbət nəticə olmasını təmin edəcəkdir və bu işi həll etmək üçün adını çəkmək istəmədiyi səlahiyyətli şəxslərlə əlaqə yaradacaqdır. Natiq Pərvizin yanında bu İşin həlli üçün ondan 6.500 (altı min beş yüz) manat pul istəmişdir və həmin pulu kimə verəcəyi barədə isə heç bir söz deməmişdir. Natiq işi görəcəyinə dair onu inandırmışdır. Həm də Pərvizin Natiq barədə inandırıcı mövqe tutması onu inanmağa vadar etmişdir. 18 avqust 2020-ci il tarixdə saat 14 radələrində istifadəsində olan ***-***-**- ** nömrəsindən Natiqin istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng vurmuş və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Bülbülə” Şadlıq Sarayının qarşısında görüş təyin etmişlər. Pərvizin iştirakı ilə Natiq ilə görüşmüş və 6.500 manat pulu iş yerini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 dəyişmək üçün Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ona söz vermişdir ki, bir ay ərzində onun işini həll edəcəkdir. Lakin, deyilən müddət başa çatdıqdan sonra nəticə olmamasını görüb Natiqdən soruşduqda, sonuncu müxtəlif bəhanələr gələrək vaxtı uzatmaqda davam etmişdir. Bundan sonra öz xidmətlərinə müraciət edərək araşdırdıqda məlum olmuşdur ki, Natiq ümumiyyətlə onunla bağlı heç kəslə əlaqə yaratmamışdır. Həmin vaxtı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin kadrlar idarəsinə yazdığı ərizəni Natiq ondan almışdır ki, özü verib işi tez həll edəcəkdir. Natiq tərəfindən aldadıldığını başa düşdükdən sonra o, Təqsirləndirilən şəxs pulunu tələb etmiş, lakin sonuncu müxtəlif bəhanələr gətirərək yalan danışmaqla onun pulunu qaytarmamışdır. Bu günə kimi də Natiq ondan aldığı 6.500 manat puldan heç bir manat da qaytarmamışdır. Bu səbəbdən də onun barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. O, 6.500 manat pulu Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Bülbülə” Şadlıq Sarayının qarşısında vermişdir. Sonda zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, Zərərçəkmiş şəxs uzun illərdir ki, tanıyır və bilir ki, o, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı X11 əməliyyat müvəkkili vəzifəsində işləyir. Şamil ilə həmişə görüşəndə ona bildirirdi ki, iş yeri uzaqdadır, gedib-gəlməyə əziyyət çəkir və imkan olsaydı iş yerini yaxın əraziyə dəyişmək istəyirdi. Şamil ona iş yerini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 dəyişmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs Bakı şəhəri X14 Polis Şöbəsində işlədiyi vaxtdan tanımışdır və Natiq pensiyaya çıxandan sonra da onunla münasibət saxlamışdır. 2020-ci ilin avqust ayında qərara gəlmişdir ki, Natiqə zəng edib Şamilin işini bir də onunla maraqlansın. X15 işlədiyindən güman etmişdir ki, onun əlaqələri geniş ola bilər. Odur ki, Natiqə zəng etmiş və ona yaxın dostu Şamil barədə məlumat verərək sonuncunun iş yerini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 dəyişməkdə köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Natiq ona bildirmişdir ki, bu barədə görüşüb danışsınlar. Bundan sonra Şamilin telefon nömrəsini Natiqə vermişdir ki, özləri danışsınlar. Həmin vaxtdan bir necə gün sonra Natiq ilə Şamil Pentensiar Xidmətin Baş İdarəsinin inzibati binasının yanında görüşmüşlər, özü də taksi fəaliyyəti ilə məşğul olduğu üçün müştərini düşürüb onların yanına getmişdir. Həmin vaxtı Natiq bildirmişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə yaxşı tanıdığı, sözü keçən şəxslər vardır və həmin şəxslər onun istənilən xahişini yerinə yetirə bilərlər. Zərərçəkmiş şəxs Natiqə bildirmişdir ki, iş yerini Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı X6 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 dəyişmək istəyir. Natiq də cavab vermişdir ki, iş yerini necə dəyişmək lazım olmasını yaxşı bilir, bu işdə çoxlarına köməklik göstərmişdir və Şamilin işini də asanlıqla həll edə bilər. Natiq onun yanında bu işin həlli üçün Şamildən 6.500 (altı min beş yüz) manat pul istəmişdir. Həmin pulu kimə verəcəyi barədə isə heç bir söz deməmişdir. Özü də Natiqin bu işi görəcəyinə inanmışdır. 2020-ci il avqust ayının ortalarında Şamil zəng vurub Natiq ilə görüşmək istəməsini demişdir. Odur ki, Şamil ilə getmiş və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Bülbülə” Şadlıq Sarayının qarşısında Natiqlə görüşmüşlər. Şamil onun yanında 6.500 manat pulu iş yerini Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı X6 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 dəyişməsi üçün Natiqə vermişdir. Natiq də söz vermişdir ki, bir ay ərzində onun işini həll edəcəkdir. Lakin sonradan məlum olmuşdur ki, Natiq Şamili aldatmışdır. İş materiallarında olan ifadənin yerində yoxlanılması barədə 06 fevral 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs 6.500 manat pulu Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Bülbülə” Şadlıq Sarayının qarşısında verdiyini bildirmişdir. İş materiallarında olan cinayət işinin başlanması haqqında 02 fevral 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan cinayət işi üzrə əməlin tövsif olunması haqqında 01 mart 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif olunmuşdur. İş materiallarında olan 13 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu aldadıb etibarından sui istifadə edərək, iş yerini Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı X6 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 dəyişməsinə köməklik göstərəcəyi barədə yalan vədlər verərək, 6.500 manat pulu Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Bülbülə” Şadlıq Sarayının qarşısında ondan aldığını Təqsirləndirilən şəxs üzünə demiş, sonuncu da öz növbəsində Zərərçəkmiş şəxs dediklərini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və Bakı şəhər Nizami rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4.000 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 18 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 4.000 manat cərimə cəzasından 30 iyun 2022-ci il tarixə 2506.56 manat dövlət büdcəsinə tutulmuş, 1493.44 manat ödənilməmiş məbləğ qalmışdır. Məhkəmə iclasında təqdim edilmiş 28 sentyabr 2022-ci il tarixli qəbzlərdən görünür ki, təqsirələndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən 2.500 manat pul zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmü qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşını, əvvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməməsini,, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs vurduğu ziyanı qismən ödəməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4.000 manat cərimə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.2-ci maddələrinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 18 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 4.000 manat cərimə cəzasından 30 iyun 2022-ci il tarixə 2506.56 manat dövlət büdcəsinə tutulmuş, 1493.44 manat ödənilməmiş məbləğ qalmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs ona təyin olunmuş cərimə cəzasını tam olaraq icra etməmiş, bununla da həmin məhkumluğu ödənilməmişdir. Lakin, Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəl qəsdən cinayət törətməyə görə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli hökmü ilə cərimə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs həmin cinayət əməlinə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu, hazırki iş üzrə residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni cərimə və azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirələndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yaşını, zərərçəkmiş şəxs və mülki iddiaçıya vurduğu zərəri qismən ödəməsini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə 12 mart 2022-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə dair 14 mart 2022-ci il tarixli qərarından və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsinə dair eyni tarixli qərarından görünür ki, barəsində 02 mart 2022-ci il tarixdə axtarış elan edilmiş Təqsirləndirilən şəxs 12 mart 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq saxlanılmasından ötrü Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq X5 Yerinə təhvil verilmiş, 14 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddə ilə ona ittiham elan edilmiş, 14 mart 2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 12 mart 2022-ci il tarixdən 14 mart 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasının ödənilməmiş 1493.44 manat məbləği Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasına tamamilə birləşdirilməli, həmin cərimə cəzası hazırki iş üzrə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası ilə toplanarkən, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə təqsirələndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirələndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı 6.500 manat pul vəsaitinin tutulması barədə mülki iddiası qismən təmin edilməlidir. Belə ki, işdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 6.500 (altı min beş yüz) manat məbləğində maddi ziyan vurmuş və 28 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs 2.500 manat (iki min beş yüz) manat ödəmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu 6.500 (altı min beş yüz) manat məbləğində maddi ziyanın ödənilməmiş qalıq hissəsi 4.000 manat təşkil edir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirələndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın əvəzi qismində 6.500 manat məbləğində pul vəsaitinin tutulması hissəsində iddiası qismən təmin edilməli və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə vurulmuş maddi ziyanın ödənilməmiş qalan 4.000 manat məbləği tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 14 (on dörd) iş saatı üçün 84 (səksən dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 4.000 (dörd min) manat cərimə cəzasının ödənilməmiş 1.493 (min dörd yüz doxsan üç) manat 44 (qırx dörd) qəpik məbləği Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 1.493 (min dörd yüz doxsan üç) manat 44 (qırx dörd) qəpik məbləğində cərimə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 12 mart 2022-ci il tarixdən 14 mart 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 1.493 (min dörd yüz doxsan üç) manat 44 (qırx dörd) qəpik məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 1.493 (min dörd yüz doxsan üç) manat 44 (qırx dörd) qəpik miqdarında cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın əvəzi qismində 6.500 manat pul vəsaitinin tutulması barədə mülki iddiası qismən təmin edilsin. Təqsirələndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə vurulmuş maddi ziyanın əvəzi qismində 4.000 (dörd min) manat məbləğində pul vəsaiti tutulsun. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qalan hissədə rədd edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 14 (on dörd) iş saatı üçün 84 (səksən dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-222/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-222/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver