Məhkəmə qərarları › İş №1(010)-223/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-223/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-223/2022 17.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkməsinin 21 iyun 2022-ci il tarixli qərarı ilə barəsində qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin 07 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi və Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 01 ay 19 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan qanunsuz olaraq 08 yanvar 2022-ci il tarixdə, Bakı şəhəri, Xətai rayonu, Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə ümumi təmiz çəkisi 1,502 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 13 yanvar 2022-ci il tarixdə saat 11:00 dəqiqədə Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/6-ci məhəllə, ev 2-nin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PB-in inzibati binasına gətirilərək orada üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,502 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs öz ifadəsində bildirmişdir ki, yuxarıda göstərilən ünvanda anası ilə yaşayır. Hal-hazırda subaydır. Fəhləliklə məşğul olur. Əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332; 334; 177: 178; 180; 234.1; 177.2.2-ci maddələri ilə məhkum olunmuşdur. Hazırda fəhləçiliklə məşğul olur.. Təqribən 10 ilə yaxındır ki, narkotik vasitənin kakos kimi tanıdığı növündən çəkmək yolu ilə istifadə edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 11:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042cı məhəllə, ev 2-nin yaxınlığı ilə gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz olaraq əldə olunması, gəzdirilməsi və istifadəsində şübhəli olduğunu bildirib polis bölməsinə dəvət, etmişlər. Onu Suraxanı RPİnin 32-ci polis bölməsinə gətirmişlər. Sonra 32-ci polis bölməsinə vəkil dəvət olunmuşdur. Burada ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə onun üzərinə axtarış keçirilməsinə başlanmışdır. Üzərinə axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra təhqiqatçı tərəfindən ona üzərində əldə olunması gəzdirilməsi, saxlanması, daşınması qadağan olunmuş hər hansı əşyanın olub-olmaması barədə sual verilmişdir. O da əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə “heroin”-i çıxararaq stolun üstünə qoymuşdur . Sonra üzərindən aşkar edilərək götürülmüş narkotik maddə qablaşdırılmış və zərfin üzəri onun özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, o qeyd edilən narkotik vasitəni 08 yanvar 2022-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, "Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında sifətdən tanıdığı, ancaq adını bilmədiyi şəxsdən 20 manat məbləğində pula almış və narkotik vasitə istifadəçisi olduğu üçün şəxsi istifadəsindən ötəri üzərində saxlamışdır. O, həmin narkotik vasitə heroini satış məqsədilə deyil, yalnız öz şəxsi istifadəsi üçün alıb əldə etmiş və üzərində saxlamışdır. O, heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış və ya kiməsə hədiyyə etməmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa heç bir yerdə hər hansı bir növ narkotik maddə saxlamamışdır. Onun üzərində narkotik vasitə heroin olması və gəzdirməsi barədə heç kimin məlumatı olmamışdır. Həmin narkotik maddədən istifadə etməmişdir. Lakin həmin narkotik maddəni istifadə məqsədi ilə əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 32-ci Polis bölməsində CA üzrə əməliyyat-müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsindədir. 13 yanvar 2022-ci il tarixdə “Rəşad” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və istifadə etməsi barədə işlədiyi bölməyə əməliyyat məlumatı daxil olmuşdur. O, “Rəşad”, adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə etmişdir. 32-ci PBnin rəisi polis polkovnik-leytenantı Məhəmməd Əhmədbəyli tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. “Rəşad ” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına, istifadə etməsinə görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar rəis tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı Rayon Məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri Şahid1 özü , üzvü isə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin CA üzrə əməliyyat müvəkkili , polis kapitanı Şahid2 təyin olunmuşdur. Bundan sonra “Rəşad” adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanmışdır. Həmin gün o, Şahid2 ilə birlikdə “Rəşad” adlı şəxsin olduğu ehtimal olunan ünvan 2 ünvanın yanına gəlmişlər. Həmin ünvanın qarşısında dayanmış şəxsin əlamətlərini Təqsirləndirilən şəxs əlamətlərinə oxşadıb ona yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də onlara özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu saat 11:00 dəqiqədə Suraxanı RPİnin 32-ci PB-nə dəvət etmiş və sonuncu da heç bir etiraz etməyərək onlarla razılaşmışdır. Onlar Təqsirləndirilən şəxs ilə birlikdə polis bölməsinə gəlmişdir. O və Şahid2 bu barədə dərhal raport yazıb bölmə rəisinə məruzə etmişlər. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət olunmuşdur. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə videoçəkiliş ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bu- əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmiş və bildirmişdir ki, həmin bükümün içərisində “heroin” kimi tanıdığı narkotik vasitə vardır və həmin 01 büküm narkotik vasitəni 08 yanvar 2022-ci il tarixdə 20 manata Xətai rayonu, Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən alaraq üzərində saxlayıb, daşıyaraq gəzdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Aşkar edilmiş 01 ədəd içərisində qəhvəyi rəngli tozşəkilli maddə olan, şəffaf sellofana bükülmüş büküm kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmiş, sonra isə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşları, Təqsirləndirilən şəxs və onun özü imza etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 32-ci Polis bölməsində Ca üzrə əməliyyat-müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsindədir. 13 yanvar 2022-ci il tarixdə “Rəşad” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və istifadə etməsi barədə işlədiyi bölməyə əməliyyat məlumatı daxil oldu. Suraxanı RPİ-nin 32-ci polis bölməsinin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ’'Rəşad” adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə etdi. 32-ci PB-nin rəisi polis polkovnik-leytenantı Məhəmməd Əhmədbəyli tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verildi. “Rəşad ” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına, istifadə etməsinə görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi, həmin qərar rəis tərəfindən təsdiq edildi, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verildi. Sonra əməliyyat qrupu yaradıldı, həmin qrupun rəhbəri əməliyyat müvəkkili Şahid1, üzvü isə o, təyin olundu. Bundan sonra "Rəşad” adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanıldı. Həmin gün o, Şahid1 ilə birlikdə "Rəşad” adlı şəxsin olduğu ehtimal olunan ünvan 4 ünvanın yanına gəlmişdir. Həmin ünvanın qarşısında dayanmış şəxsin əlamətlərini Təqsirləndirilən şəxs əlamətlərinə oxşadıb ona yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəqisələrini göstərib özlərini təqdim edib və ondan özünü təqdim etməsini tələb etmişdirlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etdi. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz, dövriyyəsində şübhəli olmasını bildirib onu saat 11:00 dəqiqədə Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət edib və sonuncu da heç bir etiraz etməyərək onlarla razılaşdı. Onlar Təqsirləndirilən şəxs ilə birlikdə polis bölməsinə gəldilər. O, və Emin Fətullayev bu barədə dərhal raport yazıb bölmə rəsinə məruzə etdilər. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət olundu. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə videoçəkiliş ilə onun üzərində şəxsi axtarış aparıldı. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verildi və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olundu. Bu zaman Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etdi və bildirdi ki, həmin bükümün içərisində "heroin" kimi tanıdığı narkotik vasitə vardır və həmin 01 büküm narkotik vasitəni 08 yanvar 2022-ci il tarixdə 20 manata Xətai rayonu, Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən alaraq üzərində saxlayıb, daşıyaraq gəzdirdiyini bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmadı. Aşkar edilmiş 01 ədəd içərisində qəhvəyi rəngli tozşəkilli maddələr olan şəffaf sellofana bükülmüş büküm kağız zərfə qoyularaq qablaşdırıldı və üzəri möhürləndi, sonra isə iştirakçılar tərəfindən imzalandı. Bundan sonra bu barədə protokol tərtib olundu, protokol ucadan oxundu, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşları, Təqsirləndirilən şəxs və o, imza etdi. Cinayət işinin 23-cü vərəqində olan “şübhəli şəxsin tutulması haqqında”13 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2022-ci il tarixdə, saat 11:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 34-35-ci vərəqində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 13 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 11:00 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042-ci məhəllə, ev 2-nin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələrini izah edib üzərində şəxsi axtarış aparılacağı barədə qərarı elan edir və üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş digər əşyalar varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə heroinə bənzər tozşəkilli maddəni çıxararaq stolun üstünə qoyur. O, həmin bükümdə “heroin” kimi tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddəni 08 yanvar 2022-ci il tarixdə Bakı şəhəri. Xətai rayonu, "Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında sifətdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manat ödəməklə aldığım şəxsi isifadəsi üçün əldə edib üzərində saxlayaraq gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qəhvəyi rəngli maddə heroinə bənzər qəhvəyi rəngli maddə olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılır və Azərbaycan Respublikası DlN-nin “Zərflər üçün” 194 saylı möhürü ilə möhürlənərək götürülür. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmir. Cinayət işinin 44-47-ci vərəqələrində olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 13 yanvar 2022-ci il tarixli 6/226 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs; iştirak etdi, Təhqiqatçı...imzalar” yazı əlavəsi qeyd edilmiş bır ədəd kağız zərfdəki, təmiz çəkisi-1,502 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı 1) daxildir. Cinayət işinin 95-96-cı vərəqələrində olan məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X2 X3 Komissiyasının verdiyi 08 aprel 2022-ci il tarixli 1696 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 54-cü vərəqində olan “DVD diskə baxış keçirilməsi haqqında” 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskdə 01 ədəd fayıl vardır, fayılda olan videogörüntü 13 yanvar 2022-ci tarixdə çəkilmişdir. Həmin vıdeogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərində şəxsi axtarış aparılan şəxs o, özüdür. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələrini izah edib üzərində şəxsi axtarış aparılacağı barədə qərarı elan edir və üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş digər əşyalar varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə heroinə bənzər tozşəkilli maddəni çıxararaq stolun üstünə qoyur. O, həmin bükümdə “heroin” kimi tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddəni 08 yanvar 2022-ci il tarixdə Bakı şəhəri. Xətai rayonu, "Xalqlar Dostluğu” metrostansiyasınm yaxınlığında sifətdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manat ödəməklə aldığını, şəxsi isifadəsi üçün əldə edib üzərində saxlayaraq gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qəhvəyi rəngli maddə heroinə bənzər qəhvəyi rəngli maddə olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılır və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 194 saylı möhürü ilə möhürlənərək götürülür. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmir. Cinayət işinin 98-100-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon məhkəməsinin 07 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının cinayət məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 01 ay 19 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs sağ yan cibindən 1 bükümdə narkotik vasitənin-heroinin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,502 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü, və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddələri ilə 02 il 09 ay müddətinə azadlıqdan məhrum edilməklə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 19 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyindən onu cəzasının sonu olaraq xx.xx.2021-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2022-ci il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 1(009)-220/2022 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi gündən 19 oktyabr 2022-ci il tarixdən hesablanması və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, onun Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli həbs qətimkan tədbiri qərrarına əsasən hazırda həbsdə olması nəzərə alınması hökm edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 1(009)-220/2022 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 1(009)- 220/2022 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmalı, 13-14 yanvar 2022-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün müddət cəzasından çıxılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 14 iyul 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 1(009)-220/2022 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs 13-14 yanvar 2022-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 iyul 2022-ci il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Suraxanı Rayon Polis İdarəsinə maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 1,402 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar