Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-223/2024 17.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun vəkili Nümayəndə, müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 17 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 may 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-223/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş və həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə tutulmuş, hazırda 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun arvadı Şahid1 Bakı şəhərində ibtidai sinif müəlliməsi kimi işə bərpa olunması üçün maneəsiz imtahandan keçirəcəyinə yalandan vəd verib, aldadaraq 23 iyul 2022-ci il tarixdə ünvan 3 ünvanının yaxınlığında yerləşən kafedə 12500 manat məbləğində pulunu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2010-cu ildən 2021-ci ilin oktyabr ayına kimi Ali Məhkəmənin İcra şöbəsində icra məmuru kimi işləmiş və öz ərizəsi ilə işdən çıxmışdır. 1 il 3 ay müdətdir ki, yaşadığı evin yaxınlığında Turab adlı şəxsin kafesini icarə əsasında işlətməklə fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs uzun müddətdir ki, bir qonşu kimi tanıyır, həmçinin onun işlədiyi kafenin qonşuluğunda olan mağazada meyvə satışı ilə məşğul olur. Buna görə də tez-tez o, həmin mağazadan tərəvəz məhsulları alır, Əlövsət də kafeyə gəldiyi üçün aralarında səmimi münasibət yaranmışdır. Söhbət əsnasında Əlövsət ona həyat yoldaşı Şahid1 ali təhsilli olmaqla aldığı təhsilə uyğun olaraq əvvəllər Tovuz rayonunun Qovlar kəndində ibtidai sinif müəlliməsi işlədiyini, lakin bir neçə il sonra xidməti işi ilə bağlı Bakı şəhərinə köçdükləri üçün işdən çıxmalı olduğunu və Nurlananın müəllimə kimi işə bərpa olunmasını istədiyini demişdir. Buna görə də 2022-ci ilin iyul ayının əvvəllərində Şahid1 yenidən müəllimə kimi işə düzəlməsi üçün müvafiq sənədlərini Elm və Təhsil Nazirliyində müəllimlərin işə qəbulu şöbəsinə təqdim etsə də, imtahan vermədiyini bildirmişdir. Özü bu barədə ona dedikdə tanışının əvvəllər Təhsil Nazirliyində şöbələrin birində işlədiyini və onun vasitəsilə Nurlananı işinə bərpa olunması üçün imtahanın nəticəsindən asılı olmayaraq maneəsiz imtahanda keçirə biləcəyini desə də, həmin şəxsin adını ona bildirməmişdir. Əlövsət də ondan xahiş etmişdir ki, bu işlə maraqlansın. Bundan iki gün sonra Əlövsətlə iş yerində görüşərkən Nurlananın imtahandan maneəsiz keçməsi üçün 12.500 manat pul istəmişdir. Əlövsət də razılaşmış və 23 iyul 2022-ci il tarixdə işlədiyi mağazanın içərisində onunla görüşüb, 12.500 manat pulu oğlu Elbəyinin yanında sayaraq ona vermişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs arvadı Şahid1 imtahan verdiyini və 2022-ci ilin iyul ayının sonlarında isə imtahanın cavabları çıxdıqda isə ona imtahan nəticələri aşağı olduğu üçün qəbul olmadığını bildirmişdir. O, bu barədə Təhsil Nazirliyində işləmiş tanışı Failə məlumat vermək istəsə də, xəstə olduğundan onunla əlaqə saxlaya bilmədiyindən vəziyyəti deyə bilməmişdir. Bundan sonra o, Əlövsətlə görüşərkən Əlövsətə «boş şeydi» həmin imtahanın nəticəsindən asılı olmayaraq həmin ilin sentyabr ayının 15-nə kimi arvadının işə qəbulu barədə əmri olacağını demişdir. 15 sentyabr 2022-ci il tarixinə kimi olan müddətdə o, tanışı Faillə telefon əlaqəsi saxladıqda Nurlananın əmrinin Sumqayıt şəhər 31 saylı tam orta məktəbdə olacağını, 10-15 gün ərzində isə Bakı şəhəri, Suraxanı rayonu 316 saylı tam orta məktəbinə ibtidai sinif müəlliməsi kimi köçürüləcəyini demişdir. O, bu barədə Əlövsətə bildirmişdir. Lakin həmin müddətə və sonraya verdiyi vədə əməl etmədikdə Əlövsət ondan pulunu tələb etməyə başlamışdır. O da həmin pulu ona qaytarmağa çalışsa da, qaytara bilməmiş və telefonuna cavab verməmişdir. Bundan başqa Əlövsət onun yaşadığı ünvana gəlsə də, o, evdə olmadığından görüşə bilməmişlər. Sonradan isə onun barəsində şikayət etməsindən məlumatı olmamışdır. Həmçinin o qeyd etdi ki, Fail adlı şəxsin soyadını, atasının adını bilmir, hal-hazırda o, bildiyi qədər Fail adlı şəxs Rusiya Federasiyasında xəstəliyi ilə bağlı müalicəyə getmişdir. O, Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid1 Suraxanı rayonu 316 saylı tam orta məktəbə müəllim kimi işə düzəltmək adı ilə götürdüyü 12500 manat pulu tam olaraq bütövlüklə Fail adlı şəxsə vermiş və Zərərçəkmiş şəxs onun qonşusu olduğundan bir qonşu kimi Zərərçəkmiş şəxs kömək etmək məqsədi olmuşdur. Təqsirləndirilən şəxs son sözündə zərərçəkmiş şəxsə dəymiş zərərin ödənildiyini qeyd edərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 1994-cü ildən 2015-ci ilə kimi DİO-da Nizami RPİ-nin PPX-də polis nəfəri kimi işləmişdir. 2015-ci ilin aprel ayından isə təqaüdə çıxmışdır. Halhazırda yaşadığı ünvanın yaxınlığında, yəni ünvan 4rləşən və Şahmalı Aslanova məxsus olan və icarə əsasında götürdüyü mağazada meyvə satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayından onun işlədiyi mağazanın qonşuluğunda olan kafeni icarəyə götürdüyü üçün bir qonşu obyektin icarədarı kimi tanımışdır. Həmin kafeni isə Təqsirləndirilən şəxs Cahandar adlı tanışı işlətsə də, özü nəzarət edirdi. Buna görə də teztez kafeyə gəldiyi üçün aralarında səmimi münasibət yaranmışdır. Söhbət əsnasında Ceyhun özü ona Ali Məhkəmədə işlədiyini və boş vaxtlarında ticarətlə maraqlandığını demişdir. Lakin konkret olaraq hansı işdə işləməsini ona deməmişdir. Söhbət əsnasında o Ceyhuna həyat yoldaşı Nurlananın müəllimə kimi işə bərpa olunmasını istədiyini demişdir. Belə ki, arvadı Şahid1 ali təhsilli olmaqla aldığı təhsilə uyğun olaraq əvvəllər Tovuz rayonunun Qovlar kəndində ibtidai sinif müəlliməsi işləmiş, lakin ailə həyatı qurduqdan bir neçə il sonra onun xidməti işi ilə bağlı Bakı şəhərinə köçdükləri üçün işdən çıxmalı olmuşdur. Son illərdə isə yenidən müəllimə kimi peşə fəaliyyətinə başlamaq qərarına gəlmiş, o da buna razılıq vermişdir. Buna görə də 2022-ci ilin iyul ayının əvvəllərində Şahid1 işə düzəlməsi üçün müvafiq sənədlərini Elm və Təhsil Nazirliyində müəllimlərin işə qəbulu şöbəsinə təqdim etsə də, imtahan verməmişdir. O, bu barədə Ceyhuna dedikdə Ceyhun ona adını demədiyi tələbə yoldaşının guya Təhsil Nazirliyində şöbələrin birində işlədiyini və həmin şəxsin vasitəsilə Nurlananı işinə bərpa olunması üçün imtahandan maneəsiz keçirə biləcəyini demişdir. O da Ceyhuna inanıb xahiş etmişdir ki, bu işlə maraqlansın. Bundan iki gün sonra Ceyhun onunla iş yerində görüşərkən Nurlananın imtahandan maneəsiz keçməsi üçün 12.500 manat pul istəmişdir. O da razılaşmış və 23 iyul 2022-ci il tarixdə işlədiyi mağazanın içərisində Ceyhunla görüşüb 12.500 manat pulu oğlu Elbəyinin yanında sayaraq Ceyhuna vermişdir. Ceyhun pulu alarkən onu bir daha əmin etmişdir ki, iş düzələcək. 26 iyul 2022-ci il tarixdə arvadı Şahid1 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 158 saylı tam orta məktəbdə imtahan vermişdir. 2022-ci ilin iyul ayının sonlarında isə imtahanın cavabları çıxdıqda onun imtahan nəticələri aşağı olduğu üçün qəbul olmadığını bilmişlər. Ona görə də bu barədə Ceyhuna məlumat verdikdə Ceyhun ona «boş şeydi» deyərək, guya həmin imtahanın nəticəsinin önəmli olmadığını və imtahanın nəticəsindən asılı olmayaraq həmin ilin sentyabr ayının 15-nə kimi arvadının işə qəbulu barədə əmri olacağını demişdir. O, yenidən həmin müddəti gözləməli olmuş və 15 sentyabr 2022-ci il tarixdə isə Ceyhunun dediyi əmr olmadığı üçün Ceyhuna bir daha zəng edərək bu barədə soruşduqda ona arvadı Nurlananın əmrinin Sumqayıt şəhər 31 saylı tam orta məktəbdə olduğunu, lakin 10-15 gün ərzində isə Bakı şəhəri, Suraxanı rayonu 316 saylı tam orta məktəbinə ibtidai sinif müəlliməsi kimi köçürüləcəyini bildirmişdir. Bundan sonra o, bu barədə Sumqayıt şəhərində yaşayan tanışlarının vasitəsilə həmin məktəbin ünvanını öyrənib, özü həmin məktəbə gedərək orada tanımadığı müəllimdən bu barədə maraqlandıqda ona hal-hazırda həmin məktəbdə vakant müəllimə yeri olmadığını və ümumiyyətlə arvadı Nurlananın barəsində əmr olmadığını öyrənmişdir. Buna görə də Ceyhunla görüşərək, bu barədə Ceyhuna dedikdə Ceyhun ona 10-15 gün ərzində Suraxanı rayon 316 saylı tam orta məktəbə əmr olacağını deyərək, onun nahaq yerə Sumqayıtdakı məktəbdən bu barədə maraqlandığını və guya işin pozula biləcəyini demişdir. Bundan sonra Ceyhun onun telefonlarına cavab verməmiş və işlətdiyi kafeyə də gəlməməyə başlamışdır. Buna görə də o, Ceyhundan tam olaraq şübhələnməyə başlamış və onu aldatdığını bilmişdir. 2022-ci ilin noyabr ayında gecə saat 01 radələrində Ceyhunun kafedə olduğunu bilib, ora gedərək Ceyhunla görüşdükdə onu aldatmasının və telefonuna cavab verməməsinin səbəbini soruşduqda, telefondan istifadə etmədiyini bəhanə gətirərək işini həll edəcəyini bir daha ona bildirmişdir. Ceyhun bundan sonra da onun telefonuna cavab verməmiş və kafeyə gəlməmişdir. O, Ceyhunun yaşadığı ünvana gedərək bu barədə anasına və qardaşı Turala məlumat versə də, ona bir köməklik etməmişdir. Əksinə ona qarşı hörmətsizlik edərək qapıdan qovmuşdur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini, həmin şəxslə barışdığını, ona qarşı iddia tələbi və şikayətinin qalmadığını, buna görə də məhkəmədə qaldırdığı mülki iddiadan imtina etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 1998-ci ildən rəsmi nikahda olmaqla onun əridir, hal-hazırda əri Zərərçəkmiş şəxs yaşadıqları ünvan 4rləşən və icarə əsasında götürdüyü mağazada meyvə satışı ilə məşğul olur. O, ali təhsilli olmaqla Bakı Qızlar Universitetini bitirmiş və əvvəllər Tovuz rayonunun Qovlar qəsəbəsində ibtidai sinif müəlliməsi işləmişdir. Lakin ailə həyatı qurduqdan bir neçə il sonra ərinin xidməti işi ilə bağlı Bakı şəhərinə köçdükləri üçün öz ərizəsi ilə işdən çıxmalı olmuşdur. Son illərdə isə yenidən müəllimə kimi peşə fəaliyyətini davam etdirmək qərarına gəlmişdir. Bu barədə əri Əlövsətə bildirdikdə əri buna razılıq verdiyindən 2022-ci ilin iyul ayının əvvəllərində işə düzəlmək üçün müvafiq sənədlərini Elm və Təhsil Nazirliyində müəllimlərin işə qəbulu şöbəsinə təqdim etmişdir. Həmin ərəfədə imtahan verməli olmuşdur. Əri Əlövsət söhbət əsnasında bu barədə təsadüfən onlarla eyni qəsəbədə yaşayan Ceyhun adlı şəxsə dedikdə Ceyhun tələbə yoldaşının guya Təhsil Nazirliyində şöbələrin birində audidant işlədiyini və həmin şəxsin vasitəsilə onu müəllimə kimi işinə bərpa olunması üçün 12.500 manat pulun müqabilində imtahandan maneəsiz keçirə biləcəyini demişdir. Əlövsətdə Ceyhuna inanıb, 12.500 manat pulu oğlu Elbəyinin yanında sayaraq Ceyhuna verdiyini demişdir. 26 iyul 2022-ci il tarixdə o, Bakı şəhəri Yasamal rayonunda yerləşən 158 saylı tam orta məktəbdə imtahan vermişdir. 2022-ci ilin iyul ayının sonlarında isə imtahanın cavabları çıxdıqda imtahan nəticələri aşağı olduğu üçün qəbul olmadığını bilmişlər. Buna görə də bu barədə əri Ceyhuna məlumat verdikdə Ceyhun ərinə imtahanın nəticəsindən asılı olmayaraq həmin ilin sentyabr ayının 15-nə kimi onun işə qəbul olunacağını, daha sonra isə əmrinin Sumqayıt şəhər 31 saylı tam orta məktəbdə olduğunu, lakin 10-15 gün ərzində isə Bakı şəhəri Suraxanı rayonu 316 saylı tam orta məktəbinə ibtidai sinif müəlliməsi kimi köçürüləcəyinə söz verdiyini demişdir. Lakin sonradan Ceyhun adlı şəxsin əri Əlövsəti aldatdığını bilmişlər, buna görə də əri bu barədə Suraxanı rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs pulunun Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 01-02); Vİ-ЖГ seriyalı, 491747 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs və Şahid1 xx.xx.1998-ci il tarixdə nikaha daxil olmuşlar (i.v. 18); B 121037 nömrəli diplomun surətindən görünür ki, Şahid1 Bakı Qızlar Universitetində ali təhsil almış, 2008-ci ildə ibtidai təhsilin pedaqogika və metodikası ixtisasını bitirmişdir (i.v. 19); Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şahid1 haqqında xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, Şahid1 müəllimlərin işə qəbulu üzrə müsabiqənin imtahan mərhələsində müvafiq keçid balını toplamadığından müsabiqənin növbəti mərhələsində iştirakı imkan xaricindədir (i.v. 23); zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 27); şübhəli şəxs barəsində axtarış elan etmə və tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, onun tutulduğu təqdirdə Suraxanı RPİ-nin MSY-nə təqdim edilməsi qərara alınmışdır (i.v. 38); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (i.v. 41); axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:30-da saxlanılmışdır (i.v. 45); cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul olunması haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 46); şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:10-da şübhəli şəxs qismində tutlmuşdur (i.v. 66-67); təqsirləndirilən şəxsə ittiham elan etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 72-73); AZ-İİİ seriyalı, 164211 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə doğulmuşdur, atası Təqsirləndirilən şəxsdur (i.v. 94); AZ-İİİ seriyalı, 806564 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə doğulmuşdur, atası Təqsirləndirilən şəxsdur (i.v. 96); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-212/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad olunmuşdur (i.v. 96-100); təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v. 101-102); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 105); qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işinin icraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (i.v. 113-114); şəxsin könüllü gəlməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəlmişdir (i.v. 118); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 119-120); vəsatətə baxılması və rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CPM-in 289.3.3-cü maddəsinin tələblərinə əsasən, öz müdafiəsi üçün dəlil kimi ifadəsində dələduzluq yolu ilə əldə etdiyi 12500 manat pulu Fail adlı şəxsə verdiyi göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs iş üzrə gətirdiyi dəlillər özünü müdafiə xarakteri daşıdığından bu hal vəsatət kimi qəbul edilərək rədd edilmişdir (i.v. 127-128); qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işinin icraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (i.v. 133-134); şəxsin könüllü gəlməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəlmişdir (i.v. 137); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 138-139); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş və onlar ifadələrində göstərdiyi xüsusatları bir daha üzləşdirmə zamanı təsdiq etmişlər (i.v. 141- 145); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-223/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır; Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək axtarışa verilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Bakı şəhər 3 saylı İT-yə təhvil verilmişdir; iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs mülki iddia qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs dəymiş zərərə görə 12.500 (on iki min beş yüz) manat məbləğində pul vəsaitinin və ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat dövlət rüsumunun tutulub ona ödənilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin fikirlərini dinləyərək yerində müşavirə etdikdən sonra mülki iddianı icraata qəbul etmişdir; Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə verilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir. Onunla barışmışdır. Odur ki, cinayət işinə xitam verilməsini və mülki iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, onun cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin mülki iddiası məhkəməyə təqdim edilmişdir. Mülki iddiada Təqsirləndirilən şəxs dəymiş zərərə görə 12.500 (on iki min beş yüz) manat məbləğində pul vəsaitinin və ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat dövlət rüsumunun tutulub mülki iddiaçıya ödənilməsi xahiş edilmişdir. Məhkəmə tərəflərin fikirlərini dinləyərək, yerində müşavirə etdikdən sonra mülki iddianı icraata qəbul etmişdir. Sonradan zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam ödənildiyini, onunla barışdığını, mülki iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə mülki iddiaya aşağıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, mülki iddianın dəlillərini müzakirə edərək, tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatları araşdıraraq hesab edir ki, mülki iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericilyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181-ci maddəsinə əsasən, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıda göstərilənləri edə bilər: 181.2.1-ci maddəsi - itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, habelə mümkün olan hallarda əmlakın natura şəklində ödənilməsini; 181.2.2-ci maddəsi itirilmiş əmlakın satın alınmasına, həmçinin zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3-cü maddəsi - itirilmiş gəlirin ödənilməsini; 181.2.4-cü maddəsi - mənəvi ziyanın ödənilməsini; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hisssində mülki iddianın həlli göstərilməlidir; 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması; Belə ki, mülki iddiaçı Zərərçəkmiş şəxs ərizəsinə əsasən aralarında barışıq əldə olunduğundan və ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyindən, mülki iddiaya dair mübahisə olmadığından və mülki iddiaçı mülki iddianın rədd edilməsini xahiş etdiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 may 2023-cü il tarixdən 18 may 2023-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı və 24 iyul 2024-cü il tarixdən 17 sentyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 25 (iyirmi beş) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 03 (üç) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilməsin. İş üzrə məhkəmə xərcinin, maddi sübutun və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 25 (iyirmi beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 150 (yüz əlli) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-223/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-223/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver