Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-224/2021 24.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmuş, Fuzuli rayonunun Əbdürrəhmanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 80 nömrəli yataqxanada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 10 avqust 2020-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 24 saylı Birləşmiş Şəhər Xəstəxanasının inzibati binasının arxa tərəf yaxınlığında olan '‘Buta” aptekə müştəri qismində daxil olaraq, satıcı Şahid diqqətini yayındırmaqla, piştaxtanın arxa hissəsində olan 580 (beş yüz səksən) manat pul vəsaitini götürüb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 580 (beş yüz səksən) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 avqust 2020-ci il tarixdə, saat 01 radələrində zərərçəkmiş şəxs X6 icarəyə götürərək işlətdiyi, ünvan 2 ünvanda yerləşən kişi salonuna açıq olan qapıdan daxil olmaqla, oradan bir ədəd 600 (altı yüz) manat dəyərində “HP" markalı nootbuk kompüterini və bir ədəd 500 (beş yüz) manat dəyərində "Xiaomi Redni” markalı, “Nole 8" modelli mobil telefon aparatını gizli olaraq talayaraq, zərərçəkmiş A.S.Vəliyevə ümumilikdə 1100 (min yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə 12.09.2020-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Ab yaşayış massivində taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs3 məxsus, VAZ2107 markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri kimi əyləşərək, yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, 80 saylı binanın qarşısına gəldikdən sonra, sürücünün diqqətini yayındırmaqla, avtomobildən sonuncuya məxsus 10 (on) manat dəyəri olan “Kgtel” markalı, üzərində 5 (beş) manat qiymətində ***-***-**-** “Bakcell” nömrəsi olan mobil telefon aparatını götürüb avtomobildən düşüb qaçaraq, oradan uzaqlaşmaqla özgənin əmlakını açıq talamaqla, zərərçəkmiş şəxs N.O.Mirzəyevə 10 (on) manar maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 180.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 177.2.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda təqsirli bilərək, CMnin 180.2.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda isə təqsirli bilməyərək göstərdi ki, o, 10.08.2020-ci il tarixdə, saat 22 radələrində yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 80 nömrəli yataqxana ünvanından çıxaraq uşaq üçün pampers almaq üçün yaşadığı ünvanın yaxınlığında 24 nömrəli Birləşmiş Xəstəxananın yaxınlığında yerləşən “Buta” aptekə getmişdir. O, aptekə daxil olanda, aptekdə başqa müştəri olmamış, satıcıya yaxınlaşmış və pampers almaq istədiyini bildirmişdir. Satıcı pampersin qalıb-qalmamasına baxmaq üçün aptekin sağ tərəfinə keçmiş, o, gözləyərkən, piştaxtanın arxasında dəftərin üstündə səliqə ilə yığılmış görünən hissədə pul əsginaslarını görmüşdür. Elə həmin vaxt satıcı pampers axtararkən, sonuncunun onu görməməsinə əmin olduqdan sonra piştaxtanın arxasından dəftərin üstündən 580 (beş yüz səksən) manat məbləğində pulu götürüb sağ cibinə qoymuş və şübhə yaratmamaq üçün bir neçə saniyə gözlədikdən sonra sakit addımlarla oradan uzaqlaşmışdır. Aptekdən çıxdıqdan sonra yaşadığı ünvanın yaxınlığına getmiş, oradan isə Əhmədli metrosunun yaxınlığında yerləşən kafelərdən birinə getmişdir. Evə gəldikdən sonra gizli yolla talamaqla əldə etdiyi həmin pulla bağlı ailə üzvlərinə heç bir məlumat verməmiş, həmin məbləği bir ay müddətində az-az şəxsi və ailə ehtiyacları üçün sərf etmişdir. Bundan başqa, o, 19 avqust 2020-ci il tarixdə, saat 1 radələrində ünvan 4 ünvanda piyada hərəkət edən zaman, saçlarının çox olduğunu nəzərə alaraq, həmin ərazidə olan kişi bərbərxanasının giriş qapısının açıq olduğunu görərək, saçını kəsdirmək məqsədilə içəri daxil olduqda, bərbərin içəridə olmadığını görüb çölə çıxmış, lakin bərbəri görmədikdə, yenidən içəri daxil olmuşdur. İçəri daxil olduqda, masanın üzərində “Xiomi” markalı mobil telefonun və “HP” markalı nootbukun olduğunu görmüş və onları gizlin götürüb oradan uzaqlaşmaq və sataraq pul əldə etmək qərarına gəlmişdir. Sonra bir daha çölə baxmış və bərbərin gəlmədiyinə əmin olduqdan sonra, həmin nootbukla telefonu götürərək, oradan uzaqlaşmışdır. Sonra həmin “Xiomi” markalı mobil telefonu və ”HP”markalı notbuku “Lalafo” alqı-satqı saytı vasitəsilə tanımadığı şəxsə satmışdır. Bundan başqa, o, 12.09.2020-ci il tarixdə həmin cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb olnmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbdiri seçilmiş və polis idarəsindən buraxılmışdır. Bundan sonra o, saat 19 radələrində yaşadığı ünvana getmək üçün polis idarəsinin qarşısından dövlət nömrə nişanını xatırlamadığı “VAZ-2107” markalı avtomobilə əyləşərək, 7 manat müqabilində Yeni Günəşli qəsəbəsinə getmək istədiyini sürücüyə bildirmiş və onlar razılığa gəlmişlər. Üzərində taksi sürücüsünə gediş haqqı olaraq verməyə pulu olmadığı üçün ünvana çatdıqda, üzərində pulun olmadığını müəyyən etmişdir. Artıq sürücüyə sifariş verdiyi ünvana çatdıqda, o, sürücüyə üzərində gediş üçün pulunun olmadığını bildirmiş, yaxınlıqda yaşadığını və tanışlarının ona pul gətirməsi üçün evə zəng etmək zərurətini bildirmiş və bu məqsədlə zəng vurmaq üçün sürücüdən mobil telefonu ona verməsini xahiş etmişdir. Sürücü onun bu təklifi ilə razılaşmış və telefonu ona vermişdir. O, sürücünün telefonu ilə evə zəng etmiş və sürücüdən xahiş etmişdir ki, evdən pulu gətirmək üçün onu gözləsin. O, pulu götürmək məqsədilə evə gedərkən, sürücünün telefonu yadından çıxaraq, onun üzərində qalmışdır. O, geri qayıtdıqda, taksi sürücüsünün çıxıb getdiyini müəyyən etmişdir. Səhəri gün, polis əməkdaşları yaşadığını binanın qarsınında ona yaxınlaşaraq, bölməyə dəvət etmişlər. O, soyğunçuluq əməli törətməmişdir və buna niyyəti olmamışdır. Törətdiyi digər cinayət əməllərinə görə peşmandır. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində yerləşən “Buta” apteki ona məxsusdur. 2014-cü ildən həmin aptekin idarəçilik fəaliyyəti ilə məşğul olmaqla birlikdə, həm də həmin aptekdə əczaçı kimi fəaliyyət göstərir. 2016-cı ildə o, İrina adlı əczazçını işə götürmüşdür, adətən aptekdə ikisi də olmuşlar. 10 avqust 2020-ci il tarixdə ailə problemləri ilə əlaqədar o, aptekə gələ bilməmiş, həmin gün İrina aptekdə tək işləmişdir. Həmin gün saat 22:40 radələrində İrina ona zəng edərək, həmin aptekin daimi müştərisi olan və üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsin saat 22 radələrində aptekə gəldiyini, pamperslərin qiymətini soruşduğunu, qiymətlərə baxarkən, ayağının altına kətil qoyub yuxarı piştaxtanın yuxarı hissəsinə baxarkən, birdən qapının örtüldüyünü, yerə enib piştaxtaya baxarkən, günlük qazanc olan 580 (beş yüz səksən) manat pulun oğurlandığını aşkar etdiyini bildirmişdir. O, dərhal evdən aptekə gəlmiş və aptekin kamera görüntülərinə baxarkən, İrinanın qeyd etdiyi həmin müştərinin, yəni hazırki iş üzrə Təqsirləndirilən şəxs piştaxtanın arxa hissəsində olan 580 manat pulu götürdüyünü görmüşdür. Hadisə zamanı 580 manat puldan başqa heç bir əşya və predmet oğurlanmamışdır. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, valideynlərini dolandırmaq məqsədi ilə 2020-ci ilin yanvar ayından Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 19 ünvanda yerləşən bərbər (kişi) salonunu icarəyə götürərək, saç kəsimi ilə məşğul olmağa başlamışdır. 19 avqust 2020-ci il tarixdə, saat 01 radələrində icarəyə işlətdiyi bərbər (kişi) salonunda olarkən, müştərinin saçını kəsdikdən sonra salonun giriş qapısını açıq qoyaraq, yaxınlıqda olan marketə özü üçün su almaq məqsədi ilə getmişdir. Təxminən 5-6 dəqiqədən sonra marketdən salona qayıdarkən, salonda olan mebelin üzərinə qoyduğu “HP” markalı nootbukunun və “Xiaomi redmi not 8” markalı İMEİ kodu **********07616 və **********57615 mobil telefonunun olmadığını aşkar etmişdir. O, tez həmin marketə qayıdaraq, onun nəzarət kameralarına baxdıqda, bir nəfər, əynində tünd göy rəngli cins şalvar və qara rəngli kofta geyinmiş, qara rəngli uzun sacları olan təxminən 24-25 yaşlarında tanımadığı şəxsin içəri daxil olaraq, ona məxsus olan əşyaları gizli olaraq oğurlayıb, hadisə yerini qaçaraq tərk etdiyini müəyyən etmişdir. Bundan sonra o, oğurluq hadisəsi baş verdiyinə tam əmin olaraq, DİNnin 102 Zəng Mərkəzi Xidmətinə məlumat vermişdir. Həmin əşyaların gizli yolla talanmasında ona ümumilikdə 1100 (min yüz) manat maddi ziyan dəymişdir. Hadisə zamanı oğurlanmış HP” markalı nootbuku işləmiş vəziyyətdə 2019-cu ildə tanışından 600 manata almış, “Xiaomi redmi not 8” markalı mobil telefonu isə kreditlə “Soliton” mağazala şəbəkəsindən 03 may 2020-ci il tarixdə almışdır. O, marketin nəzarət kameralarına baxarkən, həmin şəxsi tanımamışdır, sonradan bu şəxsin hazırki iş üzrə Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Ona məxsus olan həmin mobil telefonun üzərində ***- ***-**-** və ***-***-**-** saylı nömrə olmuşdur. Həmin nömrələrin qiyməti 22 manat təşkil etmişdir. Lakin həmin nömrənin üzərində danışıq üçün pul vəsaiti olmamışdır. Buna görə də, ona mobil telefonu oğurlanmasında 500 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, daimi iş yeri olmadığı üçün, özünə məxsus **-VO-*** dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobillə taksi fəaliyyəti göstərir. 12.09.2020-ci il tarixdə, saat 19 radələrində o, idarə etdiyi avtomobillə Suraxanı Rayon Polis İdarəsinin yaxınlığı ilə gedən zaman, bir nəfər cavan oğlan, hazırki iş üzrə Təqsirləndirilən şəxs avtomobilə əl işarəsi etmişdir. Avtomobili saxladıqda, E.X12 qəsəbəsinə getmək istədiyini bildirmiş və onlar gediş haqqı olaraq 7 manata razılaşaraq, deyilən ünvana getmişlər. Yeni Günəşliyə çatdıqda, Təqsirləndirilən şəxs onun mobil telefonunu istəmişdir ki, həyat yoldaşına zəng edib, üzərində pul götürüb yola çıxmasını bildirsin. O, da özünə məxsus, 120 manat qiymətində “Kgtel” markalı, üzərində 5 manat qiymətində ***-***-**-** GSM nömrəsi istifadə olunan mobil telefonu sonuncuya vermişdir. Bir qədər getmişlər ki, Təqsirləndirilən şəxs avtomobilin təkərinin havasının boşaldığını bildirmişdir. O, avtomobili saxlayaraq, avtomobildən düşüb təkərə baxmaq istədikdə, Təqsirləndirilən şəxs mobil telefonu surətlər qutusunun yanından götürərək cəld avtomobili tərk edib qaçmışdır. O, Təqsirləndirilən şəxs qarşısına çıxıb onu saxlamaq istədikdə, sonuncu əli ilə onun çiynindən itələyib, barıdan aşaraq qaçmışdır. Bundan sonra o, yaxınlıqda yerləşən 33-cü PB-nə müraciət etmişdir. Səhəri gün polis əməkdaşları onu Polis Bölməsinə dəvət etmişlər. Bölməyə daxil olduqda, orada Təqsirləndirilən şəxs görərək tanımışdır. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid oğlu ifadəsində göstərmişdir ki, o, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 24 X5 yanında yerləşən “Buta” aptekində əczazçı işləyir. 10.08.2020-ci il tarixdə, saat 22 radələrində mütəmadi olaraq həmin aptekə gəlib-gedən, üzdən tanıdığı hazırki iş üzrə Təqsirləndirilən şəxs aptekə daxil olmuşdur. Həmin vaxt aptekdə özündən və Təqsirləndirilən şəxs başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs aptekə daxil olduqda sonra piştaxtaya yaxınlaşaraq, bir neçə marka pampersin qiymətlərini soruşmuşdur. O, pamperslərdən birinin qiymətini dəqiqləşdirmək məqsədilə sağ tərəfdə hündürdə yerləşən rəfə qalxmaq məqsədilə kətili götürmüş və üstünə çıxaraq pampersin qiymətinə baxarkən, qapının örtüldüyünü eşitmişdir. O, kətildən düşərək piştaxtaya yaxınlaşmış və Təqsirləndirilən şəxs artıq aptekdə olmadığını, dəftərin üstünə baxdıqda isə 580 manat pulun oğurlandığını aşkar etmişdir. O, sonra dərhal aptekin içərisini müşahidə edən kameraya baxdıqda, Təqsirləndirilən şəxs onun məşğul olmağından istifadə edərək, pulları piştaxtanın arxasından götürərək getdiyini aşkar etmişdir. 11 sentyabr 2020-ci i tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 12 sentyabr 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir 15sentyabr 2020-ci il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 13 sentyabr 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 09 dekabr 2020-ci il tarixdə Suraxanı rayon məhkəməsinin 1 (010)-280/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 yanvar 2021-ci il tarixədək uzadılmışdır. 30 dekabr 2020-ci il tarixdə Suraxanı rayon məhkəməsinin 1(010)-233/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti məhkəmə hazırlıq iclasının yekun qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. 16 iyun 2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin 1(010)-69/2021 nömrəli qərarı ilə cinayət işinə baxılmasına xitam verilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay, yəni 16 iyul 2021-ci il tarixədək uzadılmış və cinayət işi Suraxanı rayon prokurorluğuna qaytarılmışdır. 24 iyun 2021-ci il tarixdə cinayət işi üzrə istintaqın aparılması Suraxanı RPİ İŞ-nin müstəntiqi Çərkəz Pənahova tapşırılmış və həmin tarixdə cinayət işi icraata qəbul edilmişdir. 25 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 177.2.2 və 180.2.2-ci maddələrinə tövsif edilmişdir. 26 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində yenidən cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 180.2.2-ci maddələri ilə yeni məzmunda ittiham elan olunmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 20.11.2020-ci il tarixli 9/4631 saylı rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Kgtel" markalı, “E 1200" modelli mobil telefon aparatının satış üzrə komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 10,00 manat müəyyən olunur. İş üzrə təyin edilmiş abulator məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X13 verdiyi 20.11.2020-ci il tarixli 2307 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmiş, o, öz əməlinin faktiki xarakterini və ictimai təhliikəliliyini dərk etmiş və ya həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs Medi oğlu cinayət əməlini törətdiyi zaman Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür, yəni o, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır.. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" X14 verdiyi 27 oktyabr 2020-ci il tarixli 7476 saylı məktubdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü. Füzuli rayonunun Əbdürrəhmanlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə 09.07.2014-cü tarixli Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Füzuli Rayon Bölməsinin 27.06.2014-cüi 1 tarixli 29 nörəli göndərişinə əsasən yuxarıda adı göstərilən xəstəxanaya stasionar müayinəyə qəbul olunub. 10.07.2014-cü tarixdə Hərbi Həkim Komissiyasına təqdim olunub və həmin tarixdə xəstəxanadan evə yazılıb. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli kliniki psixiatriya xəstəxanasından daxil olmuş 28 oktyabr 2020-ci il tarixli 1/1324 nömrəli məktubdan görünür ki, 08.08.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməyib. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15.01.2019-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 1.000 (min) manat miqdarında cərimə növündə cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışı zamanı 28 dekabr 2018-ci il tarixdən 15 yanvar 2019-cu il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 17 (on yeddi) gün müddət nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin edilən cərimə cəzası yüngülləşdirilərək, ona qəti olaraq 500 (beş yüz) manat məbləğində cərimə növündə cəza müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbsdən azad edilmişdir Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 18 mart 2020-ci il tarixdən 20 mart 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinə hesablanaraq, Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 500 (beş yüz) manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 500 (beş yüz) manat miqdarında cərimə növündə və 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş 500 (beş yüz) manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunması, cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi recimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 noyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı şəhər Probasiya İdarəsindən Suraxanı rayon Məhkəməsinə ünvalanmış 24.08.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, X10 barəsində Nizami rayon Məhkəməsinin 15.01.2021-ci il tarixli hökmü idarənin icraatına daxil olmamışdır. Füzuli rayon icra və probasiya şöbəsinin 23.08.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, X10 barəsində Nizami rayon Məhkəməsinin 15.01.2021-ci il tarixli hökmü üzrə təyin edilmiş 500 manat cərimədən dövlət nəfinə ödəniş olmamışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs evlidir və azyaşlı bir uşağı var. Həyat yoldaşı 28.09.1994-cü il təvəllüdlü X4 və uşağı 04.01.2017ci il təvəllüdlü X7r. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət əməllərinə görə, qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması oğurluq kimi tövsif edilməlidir. Həmin Qərarın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin Qərarın 15-ci bəndinə əsasən CM-nin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin «təkrarlıq» əlamətləri üzrə tövsif edilməsi üçün CM-nin 177, 178, 180, 181-ci maddələri ilə, habelə CM-nin 179. 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər. Həmin Qərarın 18-ci bəndinə əsasən şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin « təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Təqsirləndirilən şəxs X10 məhkəmədə istintaqı zamanı dindirilərkən, soyğunçuluq əməlini törətmədiyini və buna niyyəti olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, onu özünün müdafiəsi məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, məhkəmə istintaqında ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində ittiham aktında öz əksini tapmış xüsusatları təsdiq etmişdir. Həmin ifadə həqiqətə uyğun olduğundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onları ittihamı təsdiq edən sübut kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, təqsirləndirilən şəxslərin ondan heç bir şikayətlərinin və tələblərinin olmamasını, ailə olmasını və himayəsində 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 180.2.2-ci maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 180.2.2-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-139 saylı, 24.11.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 500 (beş yüz) manat miqdarında cərimə cəzası və 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplansın və ona çəkilməsi üçün 500 (beş yüz) manat miqdarında cərimə növündə və 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 sentyabr 2020-ci il tarixdən 12 sentyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 1 gün müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 1 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 500 (beş yüz) manat miqdarında cərimə cəzası və 03 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 500 (beş yüz) manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 13 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd “Kgtel" markalı mobil telefon aparatı Zərərçəkmiş şəxs3 qaytarıldığından, zərərçəkmiş şəxsə qaytarılmış hesab edilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-224/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-224/2021
24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver