Məhkəmə qərarları › İş №1(010)-225/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-225/2021

03.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-225/2021 03.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Hüseynağa oğlunun iştirakı ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyada olan və ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Hüseynağa oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Hüseynağa oğlu 29 mart 2021 -ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq Bakı şəhəri. Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən parkda istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlayıb daşımış və Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən 29 mart 2021 -ci il tarixdə saat 20:00 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində saxlanılıb, ünvan 3 ünvanda yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilərək, üzərində şəxsi axtarış aparılan zaman, əlində olan göy rəngli sellofan paketin içərisində təmiz çəkisi 465,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Hüseynağa oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs Hüseynağa oğlunun törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Hüseynağa oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 29 mart 2021-ci il tarixdə axşam saatlarında yaşadığı evdən çıxaraq Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən parka gəlmiş, parkda gəzərkən, yerdə bir ədəd sellofan torba olmasını görmüş, sellofan torba diqqətini çəkmiş və içərisinə baxmaq qərarına gəlmişdir. Bunun üçün də o, sellofanı götürüb açaraq içərisinə baxmış və içərisində qurudulmuş otlar olmasını görmüşdür. Məlum olmuşdur ki, həmin otlar narkotik vasitədir. Narkotik vasitəni istifadə etmək üçün götürmək qərarına gəlmişdir. Sellofanı bükərək əlində saxlayıb oradan uzaqlaşmışdır. Saat 20 radələrində o, piyada Hövsan qəsəbəsi, E.Qasımov küçəsində olan “Şüşəli bazar” deyilən yerin yaxınlığından keçən zaman, iki nəfər polis əmnəkdaşı ona yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşı ondan özünü təqdim etməsini xahiş etmiş, bundan sonra o, əlində narkotik vasitə olduğu üçün, özündən aslı olmayaraq həyəcanlanmışdır. Polis əməkdaşı onu sorğu-sual etmiş, o, həyajanlı olduğu üçün onlara cavab verə bilməmişdir. Bundan sonra polis əməkdaşı təklif etmişdir ki, yaxınlıqda yerləşən 30-cu Polis Şöbəsinə getsinlər. O, polis əməkdaşları ilə razılaşmış və onlarla həmin polis şöbəsinə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət olunmuş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra vəkilin və polis əməkdaşının iştirakı ilə videçəkilişdən istifadə olunmaqla, onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya vardırsa təqdim etməyi təklif edilmişdir. Bu zaman o, əlində saxladığı, içərisində narkotik vasitə olan sellofanı təqdim etmişdir. Sorğu sual zamanı o, həmin sellofanın içərisində olan otların narkotik vasitə marixuana olmasını, narkotik vasitəni həmin günü parkda gəzən zaman yerdən tapdığını və öz şəxsi istifadəsi üçün götürməsini bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu və axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Onun üzərindən aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etmiş, heç vaxt kiməsə narkotik vasitə satmamış və verməmişdir. Həmin narkotik vasitəni heç kimə satmamış və verməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, X7zirliyi Bakı şəhər Baş Polis İdarəsinin Suraxanı RPİ-nin 30-cu PŞ-nin jinayət axtarış üzrə əməliyyat-müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsindədir. 29 mart 2020ci il tarixdə axşam saatlarında o, xidməti ərazisində, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, E.Qasımov küçəsində xidmətdə olmuşdur. Həmin vaxt axşam gəzintisi aparmış, onunla birlıikdə iş yoldaşı- 30-cu Polis Şöbəsinin jinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da xidmətdə olmuşdur. Həmin günü saat 20 radələrində E.Qasımov küçəsində olan “Şüşəli bazar” adlanan yerdə bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmişlər. Həmin şəxsin əlində bir ədəd sellofan olmuş və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs Hüseynağa oğlu kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs sorğu-sual edən zaman, özünü şübhəli apararaq, sullara cavab verməmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs 30-cu Polis Şöbəsinə dəvət etmiş, sonuncu da razılaşmışdır. Təqsirləndirilən şəxs ilə polis şöbəsinə gəlmişlər və bu barədə polis şöbəsinin rəis müavininə raportla məruzə etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinin növbəti hissəsinə təhvil verdikdən sonra xidməti işləri ilə məşğul olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Yaqub oğlu ifadəsində göstərmişdir ki, o, X7/irliyi Bakı şəhər Baş Polis İdarəsinin Suraxanı RPİ-nin 30-cu PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat-müvəkkili vəzifəsində işləyir və polis leytenantı rütbəsindədir. 29 mart 2020-ci il tarixdə axşam saatlarında o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində xidmətdə olmuş və həmin vaxt iş yoldaşı - şöbənin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə axşam gəzintisi aparmışlar. Həmin günü saat 20 radələrində E.Qasımov küçəsində olan “Şüşəli bazar” adlanan yerdə bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmişlər. Həmin şəxsin əlində bir ədəd sellofan olmuş və onlar həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs Hüseynağa oğlu olmasını bildirmişdir. Həmin şəxsi sorğu-sual edən zaman, sonunju suallara cavab verməmiş və özünü şübhəli aparmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs 30-cu Polis Şöbəsinə dəvət etmişlər, sonuncu da razılaşmışdır. Təqsirləndirilən şəxs ilə polis şöbəsinə gəlmişlər və bu barədə polis şöbəsinin rəisinə raportla məruzə etmişlər. Təqsirləndirilən şəxs Hüseynağa oğlunun üzərində şəxsi axtarış aparılacağı üçün, axtarışda o, da iştirak etmişdir. Polis Şöbəsində xidməti otaqların birinə vəkil dəvət olunmuş, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs Hüseynağa oğluna hüquq və vəzifələri izah edilmişdir. Sonra vəkilin iştirakı ilə videçəkilişdən istifadə olunmaqla, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya vardırsa, onu təqdim etməyi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs Hüseynağa oğlu əlində saxladığı bir ədəd sellofan torbam təqdim etmişdir. Sorğu sual zamanı Bahadur bildirmişdir ki. həmin sellofanın içərisində narkotik vasitə olan marixuana vardır, marixuananı həmin günü Hövsan qəsəbəsində olan parkda gəzən zaman yerdən tapmışdır və öz şəxsi istifadəsi üçün götürüb üzərində saxlamışdır. Bundan sonra sonunjunun üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs Hüseynağa oğlunun üzərindən aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və axtarışda iştirak edən şəxslər tərəfindən imza olunmuşdur. İş materiallarında olan 29 mart 2021-cı il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs Hüseynağa oğlu həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. 31 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Hüseynağa oğlu Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, qeyd edilən tarixdə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 31 mart 2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin 4(010)-128/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Hüseynağa oğlunun barəsində əvvəli 29 mart 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 30 mart 2021-ci il tarixli 7/297 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət Təqsirləndirilən şəxs Hüseynağa oğlundan aşkar edilərək götürülmüş...” sözləri yazılmış göy rəngli polietilen torbada bir ədəd sellofanda təmiz çəkisi 465,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına aiddir. İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X3 X4 Komissiyasının verdiyi 03 iyun 2021-ci il tarixli 1717 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Hüseynağa oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi nəticəsində aslılıq sindiroımı narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs Hüseynağa oğlu Bakı şəhəri Nizami rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə təqsirli bilinərək, qazancından 15% pul tutulmaqla 1 il 1 ay 24 gün islah işləri cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Hüseynağa oğlunun törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Hüseynağa oğluna Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Ona görə də Təqsirləndirilən şəxs Hüseynağa oğlu Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs Hüseynağa oğlunun törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Hüseynağa oğlunun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Hüseynağa oğluna Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs Hüseynağa oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş göy rəngli polietilen torbada bir ədəd sellofanda, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 464,95 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs Hüseynağa oğlundan tutularaq dövlət nəfinə keçirilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Hüseynağa oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Hüseynağa oğlu Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Hüseynağa oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu vaxtdan, yəni 29 mart 2021-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Hüseynağa oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Hüseynağa oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Hüseynağa oğlu barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 464,95 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs Hüseynağa oğlundan tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar