Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-226/2021 24.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxslərin müdafiəçiləri-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsinin Zəfəran sovxozunda qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri, xx.xx.1987-ci ildə Ermənistan Respublikasının Kalinino rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Y/Ramana qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə 2019-cu il mart-may ayları ərzində ünvan 4 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 istifadəsində olan saxlanc yeri hesab edilən anbarın divarının aşağı hissəsinin hörgü daşlarım sökməklə içəri qanunsuz daxil olaraq, oradan vahid niyyətlə hər qutuda 6 cüt olmaqla, bir cütünün qiyməti 20 manat olmaqla 350 qutu (bir qutunun dəyəri 120 manat) “QİYA" markalı, Çin Xalq Respublikasının istehsalı olan qadın ayaqqabıları, hər qutuda 6 cüt olmaqla, bir cütünün qiyməti 25 manat olan "QİYA” markalı, Çin Xalq Respublikasının istehsalı dəri əvəzedici materialdan olan 50 qutu (bir qutunun dəyəri 150 manat) qadın çəkmələrini qutuları ilə birlikdə gizli yolla talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 49500 (qırx doqquz min beş yüz) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 Tahir oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 iyun 2020-ci il tarixdən 10 iyun 2020-ci il tarixə keçən gecə, təxminən saat 02 radələrində X2 yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə açıq olan qapıdan qanunsuz daxil olaraq, 40 manat dəyərində bir ədəd laqundanı, 450 manat dəyərində elektrik naqilini, 20 manat dəyərində bir ədəd əl arabasını və 5 manat dəyərində bir ədəd kəlbətini gizli yolla talamış və nəticədə zərərçəkmiş şəxs X3 cəmi 515 (beş yüz on beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 iyun 2020-ci il tarixdə, saat 08 radələrində Zərərçəkmiş şəxs2 məxsus, ünvan 6 ünvanda yerləşən yarım tikili evin hasarından keçib qanunsuz olaraq həyətə daxil olmuş, oradan da yaşayış sahəsi hesab edilən evin içərisinə daxil olaraq, evin birinci və ikinci mərtəbəsində olan otaqlardan mis elektrik naqillərini gizli yolla talamış və nəticədə zərərçəkmiş şəxs X9 ümumilikdə 4370 (dörd min üç yüz yetmiş) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə 28.10.2020-ci il tarixdə, saat 00:45 radələrində Hava Limanı yolunda “Viola” gül mağazası ilə üzbəüz olan yol kənarında quraşdırılmış, 01 ədədinin qiyməti 70 manat olmaqla, ümumilikdə 1470 manat dəyərində 21 ədəd lüminissent lampa, həmin əraziyə yaxın "Socar" yanacaq doldurma məntəqəsi ilə üzbəüz yol kənarı divara quraşdırılmış, 01 ədədinin qiyməti 70 manat olmaqla, ümumilikdə 700 manat dəyərində 10 ədəd lüminissent lampa, “Buta Palace” kompleksi ilə üzbəüz divara quraşdırılmış, 01 ədədinin qiyməti 70 manat olmaqla, ümumilikdə 840 manat dəyərində 12 ədəd lüminissent lampa, 29.10.2020-ci il tarixdə, saat 01 radələrində "Socar" yanacaq doldurma məntəqəsinin yaxınlığında divara quraşdırılmış, 01 ədədinin qiyməti 70 manat olmaqla, ümumilikdə 1050 manat dəyərində 15 ədəd lüminissent lampa, "Viola" gül mağazası ilə üzbəüz olan yol kənarında quraşdırılmış, 01 ədədinin qiyməti 70 manat olmaqla, ümumilikdə 350 manat dəyərində 05 ədəd lüminissent lampa, 30.10.2020-ci il tarixdə, saat 02 radələrində Suraxanı rayonu “Fransız parkı” adlanan istirahət parkı ilə üzbəüz divara quraşdırılmış, 01 ədədinin qiyməti 70 manat olmaqla, ümumilikdə 910 manat dəyərində 13 ədəd lüminissent lampa, həmin parkdan 200 metr aralıda divara quraşdırılmış, 01 ədədinin qiyməti 70 manat olmaqla, ümumilikdə 840 manat dəyərində "BRA" modelli düral metaldan hazırlanmış 12 ədəd fasad işıqları, "Socar" yanacaq doldurma məntəqəsi ilə üzbəüz divara quraşdırılmış, 01 ədədinin qiyməti 70 manat olmaqla, ümumilikdə 770 manat dəyərində 11 ədəd lüminissent lampa, 31.10.2020-ci il tarixdə, saat 02 radələrində “Fransız Parkı" adlanan istirahət parkından 200 metr aralıdakı ərazidə divara quraşdırılmış, 01 ədədinin qiyməti 70 manat olmaqla, ümumilikdə 350 manat dəyərində 05 ədəd "BRA" modelli fasad işıqlarını gizli yolla talamaqla, "xxxx" MMC-yə ümumilikdə 7280 manat dəyərində, yəni xeyli miqdarda ziyan vurmuş və həmin gün saat 02 radələrində "Fransız Parkı" adlanan istirahət parkında "xxxx" MMC-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 iyun 2020-ci il tarixdən 10 iyun 2020-ci il tarixə keçən gecə, təxminən saat 02 radələrində X2 yaşadığı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə açıq olan qapıdan qanunsuz daxil olaraq, 40 manat dəyərində bir ədəd laqundanı, 450 manat dəyərində elektrik naqillərini, 20 manat dəyərində bir ədəd əl arabasını və 5 manat dəyərində bir ədəd kəlbətini gizli yolla talamış və nəticədə zərərçəkmiş şəxs X3 cəmi 515 (beş yüz on beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs1 onun qonşusudur. Zərərçəkmiş şəxs1 Bakı şəhəri "Binə" bazarında ayaqqabıların topdan satışı ilə məşğul olur. Zərərçəkmiş şəxs1 ayaqqabıları yaşadığı evin yaxınlığında, S.Əliyev küçəsi ev 222 ünvanında saxlamış və adətən həmin yerdən anbar kimi istifadə etmişdir. O, iş tapa bilmədiyindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə fikirləşmişdir ki, Azərin anbarından ayaqqabıları oğurlayıb, satıb pul əldə etsin. 2019-cu ilin mart ayının sonlarında, gecə saatlarında Azərin anbarının divarının aşağı hissəsinin hörgü daşlarını yerindən sökmüş və içəriyə daxil olmuşdur. İlkin olaraq oradan hər qutuda 6 cüt olmaqla 12 qutuda “Qiya” markalı qadın çəkmələrini oğurlamışdır. 2019-cu ilin mart ayının sonlarında qonşusu Şahid8 ilə Bübbülə qəsəbəsində yerləşən çayxanada görüşəndə, ona təklif etmişdir ki, qadın üçün satılıq çəkmələri var və həmin çəkmələri borc əvəzində ona veriblər. Təxminən 3 gün sonra Şahinə zəng edib pula chtiyacı olduğu üçün qadın ayaqqabılarını ona ucuz qiymətə satmaq istədiyini demişdir. Şahin razılaşdığı üçün "Watsapp" telefon proqramı vasitəsi ilə ayaqqabıların fotoşəkillərini ona göndərmişdir. Şahin ayaqqabıları bəyənmiş və ayaqqabıları Bülbülə qəsəbəsində yerləşən evinə aparmağını ona demişdir. O, hissəhissə 12 qutuda "Qiya" markalı qadın çəkmələrini Şahid8 evinə aparmışdır. Həmin ayaqqabıların qarşılığında Şahin ümumilikdə ona 500 manat pul vermişdir. Həmin 500 manat pulu da öz ehtiyaclarına xərcləmişdir. O, 2019-cu ilin aprel ayında yenidən Zərərçəkmiş şəxs1 məxsus anbardan sayını xatırlamadığı qədər qadın ayaqqabılarını oğurlayıb tanımadığı şəxslərə sataraq pul əldə etmiş və həmin pulları da öz ehtiyaclarına xərcləmişdir. O, 2019-cu ilin may ayında tanışı Rəşadla birlikdə Şahid10 işlətdiyi Yeni Suraxanı qəsəbəsində yerləşən kafeyə getmişdir. Həmin kafedə yemək yemiş və spirtli içki qəbul etmişlər. Sonra yedikləri yeməyin hesabını verməyə pulu çatmamışdır. Həmin vaxt o, Şahinə demişdir ki, telefonunu girov saxlasın, sonra gəlib hesabı verər. Lakin Şahin əvvəllərdə həmin kafedə müştəri olduğundan, telefon nömrəsini götürmüş və telefonunu girov saxlamamışdır. Səhəri gün o, yenidən gedib Zərərçəkmiş şəxs1 məxsus anbardan qadın ayaqqabılarını oğurlamışdır. Oğurladığı ayaqqabıları Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "8 kilometr" adlanan bazarın giriş hissəsində tanımadığı şəxslərə satmışdır. Həmin ayaqqabılar qış ayaqqabılar olduğundan, ayaqqabıların hamısını sata bilməmişdir. Sonra Şahin ona zəng edib kafedə borclu qaldığı pulu istəmişdir. O, Şahinə bildirmişdir ki, pulu yoxdur, yalnız özünə məxsus qadın qış ayaqqabıları var, əgər istəsə, həmin borcun yerinə ona qadın ayaqqabıları verə bilər. Şahin razılaşmış və səhəri günü hər birindən 6 cüt ayaqqabı olmaqla, 2 qutu ayaqqabını Şahinə aparıb vermişdir. Şahin ayaqqabılara baxıb bəyənmişdir. Sonra Şahinə bildirmişdir ki, bu ayaqqabılardan onda çoxdur, lakin sezonu keçdiyindən sata bilmir, əgər istəyirsə, ona ucuz qiymətə sata bilər. Şahin həmin ayaqqabıların oğurluq olubolmamasını soruşmuş, o, Şahinə bildirmişdir ki, ayaqqabılar özünə məxsusdur və oğurluq deyildir. O, sonra yenidən Zərərçəkmiş şəxs1 məxsus anbardan müxtəlif növ "Qiya” firmasına məxsus 397 cüt qadın qış ayaqqabılarını oğurlamış və gətirib Şahinə göstərmişdir. Şahinlə aralarında olan razılıq əsasında ayaqqabıların bir cütünü 13 manata ona satmağa razılaşmışlar. Şahindən aldığı pulları sonra öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa 14 may 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 məxsus anbardan həmin ayaqqabılardan oğurlamış və tanışı Ruslana bildirmişdir ki, aparıb birlikdə ayaqqabıları satsınlar. Ruslan razılaşmış və “Ballı" adlı mağazanın qarşısında ayaqqabıları satmağa başlamışlar. Ruslan ayaqqabıların haradan əldə etməyini ondan soruşmuş, ona yalandan Qasım adlı tanışı olmasını, onun yanında fəhlə işləməyini, lakin pulu verə bilmədiyindən pulun qarşılığında ayaqqabıları verməsini demişdir. Ayaqqabıları orada satarkən polis əməkdaşları onları saxlamış və onları Polis Bölməsinə aparmışlar. Həmin vaxt polislərə yalandan bildirmişdir ki. ayaqqabıları ona Qasım adlı şəxs borcunun qarşılığında vermişdir. Tutulmaqdan qorxduğu üçün polislərə həmin ayaqqabıları yalandan Qasım adlı şəxsin ona verməsini bildirmişdir. Əslində isə Qasım adlı şəxs yoxdur, yalandan polislərə Qasım adlı şəxsin adını bildirmişdir. Həmin ayaqqabıları Zərərçəkmiş şəxs1 məxsus anbardan tək oğurlamış və etdiyi oğurluq haqqında da heç kimə heç nə deməmişdir. Zərərçəkmiş şəxs1 məxsus anbardan konkret olaraq hansı ayaqqabıdan hansı sayda oğurlamağını bilmir. Zərərçəkmiş şəxs1 oğurlanmış ayaqqabıların sayını və qiymətini düz deyir. Çünki oradan hissə-hissə ayaqqabıları oğurladığından, oğurladığı ayaqqabıların sayını dəqiq hesablamamışdır. İş üzrə digər Təqsirləndirilən şəxs2 onun tanışıdır. Ramizlə oturub söhbət edən zaman, pulları olmadığından birlikdə razılaşaraq oğurluq etmək qərarına gəlmişlər. 09 iyun 2020-ci il tarixdən 10 iyun 2020-ci il tarixə keçən gecə, təxminən saat 01 radələrində onlar yaşadıqları məhəllədə görüşüb oğurluq etmək məqsədilə Ramizin idarə etdiyi «Daevo Nexia» markalı avtomobilə əyləşərək ünvan axtarışına çıxmışlar. Oğurluq etmək üçün ünvan axtara-axtara Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, İ.Məmmədov küçəsinə getmişlər. Həmin küçədə olan zaman yolun sağ tərəfində çəhrayı rəngdə darvazanın olmasını görmüşlər. Ramiz idarə etdiyi avtomobili yolun kənarında saxlamışdır. Tikilini görüb yeni tikiliyə oxşatdığından, evi yoxlamaq qərarına gəlmişdir. Təxminən saat 02 radələrində darvazanı yoxlayanda, darvazanın açıq olmasını görmüş və içəriyə daxil olmuşdur. İçərini yoxlamış və görmüşdür ki, içəridə heç kim yoxdur. Həmin evin darvazası açılmasın deyə arxadan taxta ilə bərkidilmiş vəziyyətdə olmuşdur. Evin həyətinə daxil olduqda, sağ tərəfdə pilləkənlərlə qalxaraq, açıq vəziyyətdə olan evin qapısından içəriyə daxil olmuşdur. Həmin vaxt Ramiz də gəlib evin içərisinə daxil olmuşdur. Mənzilin içərisində yerdə elektrik naqillərinin olmasını görmüşdür. Ramizlə həmin elektrik naqillərinin bir hissəsini kəlbətinlə kəsib götürmüşlər. Həmçinin, orada olan laqunda və kəlbətini əl arabasının içərisinə yığmış və sonra həmin əşyaların hamısını Ramizin idarə etdiyi «Daevo Nexia» markalı avtomobilə yerləşdirdikdən sonra, həmin yerdən uzaqlaşıb getmişlər. Onlar laqundanı, əl arabasını və kəlbətini 30 manat pulun müqabilində «Qala Ramana» adlanan ərazidə yaşayan Dadaş adlı şəxsə satmışlar. Yerdə qalan elektrik naqillərini isə yandırıb əridərək, Yeni Suraxanı qəsəbəsində metal qəbulu məntəqəsinə mis kimi satmışlar. Oğurluq cinayətini törədən vaxt ətrafda heç kim onları görməmişdir. O, 20 iyun 2020-ci il tarixdə, saat 08 radələrində Zərərçəkmiş şəxs2 məxsus, ünvan 6 ünvanda yerləşən yarım tikili evdən heç bir oğurluq etməmişdir. Digər oğurluq epizodları üzrə onun tutulduğu vaxt 31-ci PB-nin rəisi ondan Zərərçəkmiş şəxs2 evindən edilən oğurluq hadisəsini öz üzərinə götürməyini istəmişdir. Bu səbəbdən də, o, istintaq zamanı yalan ifadə verərək, Zərərçəkmiş şəxs2 evindən oğurluq etdiyini bildirmişdir. O, 28 oktyabr 2020-ci il tarixdə, saat 01:30 radələrində ümumi işıqlar söndükdən sonra "Viola" gül mağazasının yanından və ətrafından, "Socar" yanacaq doldurma məntəqəsinin ətrafında divarlara quraşdırılmış divar lampalarını sındırıb yerindən qopardaraq torbaya yığmış və yaşadığı evinə aparmışdır. Səhəri gün həmin lampaların alüminium üzlükləri olduğu üçün əvvəlcədən tanıdığı Hüseynağa adlı metal qəbul edən şəxsə aparıb satmışdır. Hüseynağa həmin lampaları haradan aldığını soruşanda, o, həmin lampaları zibillikdən yığdığını, onların özünə məxsus olduğunu bildirmişdir. Əldə etdiyi 13 manat pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra heç kimin bilməyəcəyini düşünüb ilk oğurluq etdiyi yerdən və ətraflardan lampalar oğurlayıb sataraq pul əldə etmək fikrinə düşmüşdür. 29 oktyabr 2020-ci il tarixdə gecə saatlarında 15-20 ədəd lampalar oğurlamışdır. Lakin oğurladığı lampaları şübhələnməsin deyə Hüseynağa deyil, xatırlamadığı Əhmədli qəsəbəsində metal qəbulu məntəqəsinə aparıb 50 manata satmışdır. Həmin məntəqəyə taksi ilə getdiyi üçün ünvan yadında qalmamışdır. Oğurluq edən zaman ətrafı nəzərdən keçirdərək, tam təhlükəsiz olduğuna əmin olduqdan sonra lampaları oğurlamışdır. Oğurluq barədə heç kimə məlumat verməmişdir. 30.10.2020-ci il tarixdə, saat 02 radələrində o, Suraxanı rayonunun “Fransız parkı” adlanan istirahət parkı ilə üzbəüz divara quraşdırılmış, sayını xatırlamadığı lampaları, həmin parkdan 200 metr aralıda divara quraşdırılmış, sayını xatırlamadığı fasad işıqlarını, "Socar" yanacaq doldurma məntəqəsi ilə üzbəüz divara quraşdırılmış, sayını xatırlamadığı lampaları oğurlamışdır. Növbəti dəfə, 31.10.2020-ci il tarixdə, saat 02 radələrində o, “Fransız Parkı" adlanan istirahət parkından 200 metr aralıdakı ərazidə divara quraşdırılmış, sayını xatırlamadığı fasad işıqlarını gizli yolla talamış, bu zaman 3 nəfər şəxs tərəfindən saxlanılmışdır. Həmin şəxslər ona "xxxx" MMC-nin əməkdaşları olduqlarını bildirmişlər. Sonra onu aparıb 31-ci PB-nə təhvil vermişlər. İş üzrə zərərçəkmiş şəxslər ondan şikayətçi olmadığı təqdirdə, sonradan sonunculara vurulmuş zərəri ödəmək niyyətindədir. Törətdiyi əməllərdən peşmandır. Halbuki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 göstərmişdir ki, o 20 iyun 2020-ci il tarixdə, saat 08 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbülə küçəsindən keçərkən, yarımtikilmiş bir mərtəbəli ev görüb, sahibini tanımadığı həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Həmin evin həyətinə hasardan düşmüşdür. Evin giriş qapısı və pəncərələri yox idi. Qapı yerindən evin içərisinə daxil olmuşdur. Evin 1-ci və 2-ci mərtəbələrini yoxlasa da, oğurlamağa dəyərli əşya olmadığını görmüşdür. Həmin mərtəbələrdə otaqlara çəkilmiş elektrik naqillərini söküb aparmışdır ki, naqilləri yandırıb içərisində olan misi satıb pul əldə etsin. Evdən oğurladığı naqilləri yandırıb 4 kq mis əldə etmiş və həmin misi aparıb, Binə qəsəbəsində əlvan metalların qəbulu məntəqəsində 32 manata satmışdır. Əldə etdiyi pulu isə özü üçün xərcləmişdir. Satdığı misin oğurluq yolu ilə əldə etdiyini mis alan şəxsə bildirməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, əvəllər Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində kirayədə yaşamışdır. Orada yaşadığı zaman iş üzrə digər Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs1 ilə birlikdə söhbət edən zaman, Elvin ona birlikdə gedib oğurluq etməyi təklif etmişdir. Pulu olmadığından o, Elvinin təklifi ilə razılaşmışdır. 10 iyun 2020-ci il tarixdə, gecə saat 01 radələrində yaşadıqları məhəllədə Elvinlə görüşmüşlər. Oğurluq etmək məqsədilə onun etibarnamə əsasında idarə etdiyi “Daevo Nexia” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Oğurluq etmək məqsədilə sahibsiz ev axtarmağa başlamış, Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi İ.Məmmədov küçəsinə gəlib çatmış, bu zaman sağ tərəfdə çəhrayı rəngdə darvazanın olmasını görmüşlər. O, avtomobili yolun kənarında saxlamış, Elvin avtomobildən düşüb evə daxil olmuşdur. Bir az gözlədikdən sonra onun özü də həmin evə getmişdir. O, evə daxil olduqda, sağ tərəfdə olan qapıdan istifadə edərək, evin içərisinə daxil olmuşdur. Bu zaman orada olan elektrik naqillərini kəsib götürmüşdür. Elvin isə orada olan luqonda və kəlpətini əl arabasına qoymuş, daha sonra onlar birlikdə həmin evi tərk etmişlər. Həmin elektrik naqillərini və digər əşyaları avtomobilə yerləşdirdikdən sonra qeyd edilən ərazini tərk etmişlər. Elektrik naqillərini yandırdıqdan sonra mis kimi metal qəbulu məntəqəsinə satmışlar. Digər əşyaları isə Elvin "Dadaş" adlı şəxsə satmışdır. Oğurluq etdiyi əşyaları sataraq əldə etdikləri gəlirləri isə öz aralarında bölmüşlər. Bundan başqa heç bir yerdən oğurluq etməmişdir. İş üzrə zərərçəkmiş şəxslər ondan şikayətçi olmadığı təqdirdə, sonradan sonunculara vurulmuş zərəri ödəmək niyyətindədir. Törətdiyi əməldən peşmandır. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən etibarən Çin Xalq Respublikasından karqo sifarişi ilə qadın ayaqqabıları gətizdirərək, Binə bazarında satışı ilə məşğul olur. O, sonuncu dəfə 2018-ci ilin noyabr ayında sezon üzrə yenə "Qiya" markalı qadın ayaqqabılarını Çin Xalq Respublikasındən karqo yolu ilə, hər qutuda 6 cüt qadın ayaqqabıları olmaqla 500 qutu qadın çəkmə ayaqqabılarını sifariş verib gətizdirmişdir. Qadın ayaqqabılarını keçmiş troleybus parkının anbarı olan Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi 222 ünvanında yerləşən anbarda saxlamışdır. Həmin anbarı onun özü təmir elətdirib qapı qoymuş, anbara atası Məhəmmədəli Adıgözəlov nəzarət etmişdir. 2018-ci ilin noyabr ayında qış sezonu ərzində Binə bazarında həmin "Qiya“ markalı ayaqqabılardan 96 ədədini satmış, yerdə qalanını isə həmin anbarda saxlamışdır. 2019-cu ilin fevral ayının 15-də işçisi Tucar Əsədov ilə "Binə” bazarından satılmayan 404 qutu qadın ayaqqabılarını Rəfail adlı şəxsin idarə etdiyi "Qazel" markalı yük avtomobilinə yükləyib Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi 222 ünvanında yerləşən və ona məxsus anbara aparıb yerləşdirmişdir. Sonuncu dəfə anbara həmin vaxt getmiş və heç bir oğurluq hadisəsi aşkar etməmişdir. 13 may 2019-cu il tarixdə, saat 21 radələrində qaynı Samir Paşayev ona zəng edib bildirmişdir ki, naməlum şəxslər Bülbülə qəsəbəsindəki anbarın divarının hörgü daşlarını sökməklə anbara daxil olub, oradakı qadın ayaqqabılarını oğurlamışlar. Dərhal oraya getmiş və həqiqətən də oğurluq hadisəsi baş verdiyinin şahidi olmuşdur. Samir Paşayev DİN-nin 102 xidmətiə zəng edib məlumat verdiyi üçün Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları hadisə yerinə müvafıq sənədləşmə aparıblar. O, Polis Bölməsinə şikayət ərizəsi yazmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində hər qutuda 6 cüt hər birinin dəyəri 20 manat "Qiya" markalı etibarən Çin Xalq Respublikasının istehsalı olan dəri əvəzedici materialdan tikilmiş 350 qutu qadın ayaqqabıları (hər qutunun dəyəri 120 manatdan hesablanır) və hər qutuda 6 cüt hər birinin dəyəri 25 manat "Qiya" markalı Çin istehsalı olan dəri əvəzedici materialdan tikilmiş 50 qutu qadın ayaqqabıları (hər qutunun dəyəri 150 manatdan hesablanır) oğurlanaraq ona ümumilikdə 49500 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda oğurlanmış ayaqqabıların bir hissəsi ona qaytarılmış və dəymiş ziyan ödənilmişdir. Onun Təqsirləndirilən şəxs1 qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, hazırda ünvan 9 ünvanında yaşayır. Həmin ev həyat yoldaşının ailəsinə məxsusdur. O 2002-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, İ.Məmmədov küçəsində ev alıb, ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Onun evinin ünvanı ünvan 10ci il tarixdə, günorta saatlarında ona məxsus ev qısaqapanma nəticəsində yanmış, ev tamamilə yararsız hala düşdüyü üçün ailəsi ilə birlikdə həmin vaxtdan etibarən həyat yoldaşının ailəsinin yaşadığı evdə yaşamışdır. Bundan sonra qardaşı ilə birlikdə yanmış vəziyyətdə olan evi yavaş-yavaş təmir etməyə başlamışlar. 09 iyun 2020-ci il tarixdə qardaşı ilə birlikdə həmin evdə işlədikdən sonra çıxıb getmişlər. Səhəri gün, yəni 10 iyun 2020-ci il tarixdə qardaşı ona zəng edib, təmir etdikləri evdə elektrik naqillərinin olmamasını bildirmişdir. Dərhal evinə getmiş, evə baxış keçirtdikdən sonra, evdə olan bir ədəd əl arabasının, elektrik naqillərinin, laqundanın və kəlbətinin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq DİN-nin 102 xidmətinə zəng edib məlumat verdiyi üçün, hadisə yerinə gəlmiş polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər. Hadisə nəticəsində ona məxsus 35 manat dəyərində bir ədəd laqunda, 450 manat dəyərində elektrik naqilləri, 20 manat dəyərində bir ədəd əl arabası, 5 manat dəyərində bir ədəd kəlbətin oğurlanmış və ümumilikdə ona 510 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa əvvəllər ona məxsus hər hansı bir əmlak oğurlanmamış, bu cür hadisə ilk dəfə baş vermişdir. Onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun ünvan 11 ünvanında 4 mərtəbəli yarım tikili həyət evi vardır. Həmin ev hasara alınıb, həyətə giriş qapısı dəmir darvazadır, üzərində adamların girib-çıxması üçün qapı vardır. Darvaza motor gücünə açılıb bağlanır, giriş qapı isə daxili qıfılla açılıb bağlanır. 20 iyun 2020-ci il tarixdə, saat 09:30 radələrində gəlib evə baş çəkmək üçün darvazanın giriş qapısını açarla açıb həyətə daxil olmuş, sonra qapısı olmayan evinə daxil olduqda, 1-ci və 2-ci mərtəbələrdə otaqlara çəkilmiş müxtəlif ölçülü mis naqillərin sökülərək aparıldığını aşkar etmişdir. Evindən oğurluq olduğunu başa düşüb, istifadəsində olan mobil telefonla DİN-nin 102 xidmətinə zəng edib, hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlib, hadisə yerini müayinə etmiş, müvafiq sənədləşmə aparmışlar. Oğurluq hadisəsi nəticəsində ona 4370 manat məbləğində maddi ziyan dəymişdir. Onun Təqsirləndirilən şəxs1 qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, 2013-cü il tarixdən ünvan 12 ünvanda yerləşən "xxxx" MMC-nin şöbə rəisi vəzifəsində işləyir. 28 oktyabr 2020-ci il tarixdə, gecə saatlarında adı gedən MMC-nin balansında olan Mərkəz-Hava limanı yolunun sağ və sol hissəsində yerləşən fasad divarlarında, daha dəqiq “Viola” gül mağazasının yaxınlığında yerləşən hasarları işıqlandırmaq üçün quraşdırılmış 43 ədəd lüminisset lampaların oğurlanmasını aşkar etmişlər.Bununla bağlı poliə şikayət etmək üçün müvafiq sənədlərin hazırlanması prossesi zamanı 29 oktyabr 2020-ci il tarixdə gecə saatlarında da adı gedən ərazidən yenə də 20 ədəd lüminisset lampaların oğurlanmasını aşkar etmişlər. Həmin oğurluq faktı ilə əlaqdar polisə müraeiət etmək üçün sənədləşdirmə ərəfəsində 30 oktyabr 2020-ci il tarixdə gecə saatlarında da adı gedən ərazidən yenə də 36 ədəd müxtəlif növ fasad lamralarının naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişlər. Bundan sonra həmin ərazidə əməkdaşların növbə çəkmələrini qərara almışlar. 31 oktyabr 2020-ci il tarixdə saat 02 radələrində MMC-nin əməkdaşları Şahid4, X10, Şahid7 Fdşən oğlu həmin ərazidə olan zaman bir nəfər şəxsin gizlin şəkildə yol kənarında olan fasadın üzərndə quraşdırılmış 05 ədəd fasad lampalarının sındıraraq yerindən qopardığının şahidi olmuşlar. MMC-nin adların qeyd olunan əməkdaşları gizlin şəkildə həmin şəxsə yaxınlaşaraq, sonuncunu yaxalayıb Suraxanı RPİ-nin 31-ci PB-nə təhvil vermişlər. Polis Bölməsində məlum olmuşdur ki, bir neçə gün ərzində yol boyu divarların fasadından oğurluq edən şəxs Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs1 oğurladığı lampaların bir ədəd 70 manat qiymətindədir və 28 oktyabr 2020-ci il tarixdən 31 oktyabr 2020-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 104 ədəd adı gedən lampaları oğurlayaraq şirkətə ümumilikdə 7280 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 tərəfindən onlara vurulmuş zərər ödənilmədiyindən, sonuncuya qarşı şikayətçi olduğunu bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsində yerləşən metal qəbulu məntəqəsində işləyir. Təqsirləndirilən şəxs1 təxminən 8 ay əvvəl tanımış, sonuncudan mütəmadi olaraq əlvan metal və dəmir əşyalar qəbul etmişdir. Təqsirləndirilən şəxs1 mütəmadi olaraq əzilmiş, yararsız hala düşmüş alüminium led lampaların çərçivələrini gətirib ona təhvil vermişdir. 28 oktyabr 2020-ci il tarixdə, saat 18:30 radələrində işdə olan zaman Təqsirləndirilən şəxs1 növbəti dəfə ağ rəngli polietilen kisədə təxminən 50-60 ədəd, bəziləri saz vəziyyətdə olan alüminium çərçivəli lampanı gətirib ona təqdim etmişdir. Həmin mallara baxıb haradan əldə etdiyini Təqsirləndirilən şəxs1 soruşanda, sonuncu lampaları zibillikdən yararsız əşya kimi yığdığını və özünə məxsus olduğunu bildirmişdir. Həmin alüminium çərçivələri Elvindən 13 manat pulun müqabilində almışdır. 31 oktyabr 2020-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşaraq, Elvinin yol kənarında olan divardan lampaları oğurlayaraq ona satdığını bildirmişlər. O, da etiraf edərək, 28 oktyabr 2020-ci il tarixdə Elvinin ona təxminən 50-60 ədəd alüminium çərçivəli lampalar satdığını bildirmişdir. O, Elvindən aldığı əşyaları könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs1 ona satdığı alüminium çərçivəli lampaları zibillikdən tapdığını, özünə məxsus olduğunu demiş və oğurluq olduğunu bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2008-ci ildən DİO-da, 2019-cu ildən isə Suraxanı RPİ-nin PPXB- nin tağım komandiri vəzifəsində xidmət edir. 31 oktyabr 2020-ci il tarixdə o, PPXB-nin polis nəfərləri, polis sercantı Şahid5 və Şahid3lə gecə növbəsində avtopatrulla xidmətdə olan zaman, Növbətçi Hissədən onlara məlumat verilmişdir ki, Suraxanı rayon ərazisində Hava Limanı yolunda vətəndaşlar tərəfindən bir nəfər şəxsin oğurluq hadisəsi törədən zaman saxlanılmışdır. Onlar dərhal deyilən yerə getmiş, orada 3 nəfər Bakı Abadlıq Xidmətinin işçiləri tərəfindən bir nəfər şəxsin yolun kənarındakı dekorativ divardan işıq lampalarını oğurlayan zamanı saxlanıldığının şahidi olmuşlar. Həmin şəxsin əlində olan kisədə 5 ədəd işıq lampaları, həmçinin, lampaları divardan qoparmaq üçün alətlər olmuşdur. O, və digər polis əməkdaşları həmin şəxsi avtomobilə əyləşdirib 31-ci PB-nə aparıb təhvil vermişlər. Polis Bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs1 olması məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid5 şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar ifadə verməklə, onun göstərdiklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən etibarən "Bakı Abadlıq Xidməti” MMC-də elektrik vəzifəsində çalışır. Heydər Əliyev adına prospektin Hava Limanı yolu istiqamətində yolun kənarında quraşdırılmış dekorativ divarların işıqlandırılmasını onların şirkəti həyata keçirir. 28 oktyabr tarixlərində o, işçilərlə birlikdə Heydər Əliyev prospektində yerləşən "Viola" gül mağazası ilə üzbəüz 21 ədəd lüminessent lampanın, "Socar" yanacaq doldurma məntəqəsi ilə üzbəüz 10 ədəd lüminessent lampanın. "Buta Palace" kompleksi ilə üzbəüz 12 ədəd lüminissent lampalarının yerindən çıxarılaraq oğurlandığını aşkar etmişlər. 29 oktyabr 2020-ci il tarixdə yenidən "Socar" yanacaq doldurma məntəqəsinin yaxınlığında dekorativ divara bərkidilmiş 12 ədəd lüminissent lampalar, "Viola" gül mağazası ilə üzbəüz 5 ədəd lüminissent lampalar oğurlanmışdır. 29 oktyabr 2020-ci il tarixdə isə prospektdə "Fransız parkı" ilə üzbəüz 13 ədəd lüminissent lampa, “Fransız parkı”ndan 200 metr aralıda 12 ədəd fasad işıqları, "Socar" yanacaq doldurma məntəqəsi ilə üzbəüz 11 ədəd lüminissent lampalar oğurlanmışdır. Hər gün işıq lampalarının oğurluğu baş verdiyi üçün, onlar məcbur olub şirkətin işçiləri Şahid7, X6 ilə həmin əraziləri gecə saatlarında nəzarətə götürmüş, oğurluğun kimin tərəfindən törədildiyini müəyyən etməyə çalışmışlar. 31 oktyabr 2020-ci il tarixdə, gecə saat 03-də prospektdə “Fransız parkı"nın yaxınlığında şərti olaraq "kərpic divar" adlandırdıqları divarda quraşdırılmış fasad işıqlarını çıxardan şəxsi görmüşlər. Həmin şəxsin velosipedlə gəzərək fasad işıqlarını çıxardığını görmüş və həmin şəxsə yaxınlaşıb saxlamışlar. Həmin şəxsin əlində kisənin içərisində 5 ədəd fasad lampası və lampaları divardan çıxarmaq üçün alətlər də olmuşdur. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bir az keçdikdən sonra oraya polis əməkdaşları yaxınlaşmış və onlar saxladıqları şəxsi polis əməkdaşlarına təhvil verib 31-ci PB-nə getmişlər. Polis Bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs1 olması məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 və Şahid7 şahid qismində dindirilmiş Şahid4 ifadəsinə oxşar ifadə verməklə, onun göstərdiklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, hazırki iş üzrə Təqsirləndirilən şəxs1 yaşadığı Suraxanı rayonu Bülbülə qəsəbəsində qonşu kimi uşaq vaxtlarından tanıyır, sonuncu ilə normal münasibətləri olmuşdur. 2019-cu ilin mart ayının sonlarında Təqsirləndirilən şəxs1 onunla Biibbülə qəsəbəsində yerləşən çayxanada görüşəndə bildirmişdir ki, qadın üçün satdıq çəkmələri var və həmin çəkmələri ona borc əvəzində veriblər. Təxminən 3 gün sonra Elvin ona zəng edib pula ehtiyacı olduğu üçün qadın ayaqqabılarım ona ucuz qiymətə satmaq istədiyini bildirmişdir. O, bu təkliflə razılaşdığı üçün, Elvin "vatsapp" telefon proqramı vasitəsi ilə ayaqqabıların fotoşəkillərini ona göndərmişdir. O, ayaqqabıları bəyəndiyi üçün, onları Bülbülə qəsəbəsində yerləşən evinə gətirməyi Elvinə tapşırmış, Elvin də, ona hissə-hissə 12 qutuda “Qiya” markalı qadın çəkmələrini gətirmiş və o, bunun müqabilində ümumilikdə Elvinə 500 manat pul vermişdir. Həmin qutuların bəziləri açıq vəziyyətdə olmuş, içərisində ayaqqabı cütlərinin bir neçəsi çıxarılmış, bütöv qutularda isə 6 cüt ayaqqabı olmuşdur. 2019-cu ilin aprel ayının əvvəllərinə kimi həmin qadın ayaqqabılarını qohumlarına, qonşularına, tanımadığı təsadüfi şəxslərə üstünə qiymət qoymaqla satmış, lakin Elvinin ona satdığı həmin qadın ayaqqabılarının oğurluq olduğunu bilməmişdir. 14 may 2019-cu il tarixdə Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları onun yaşadığı evə gələrək, həmin "Qiya" markalı qadın ayaqqabıları ilə maraqlanmışlar. O, həmin ayaqqabılardan satmadığı 2 cüt qadın çəkmələrini polis əməkdaşlarına yaşadığı evdən götürüb təqdim etmişdir. Zərərçəkmiş şəxs1 məxsus, ünvan 4 ünvanında yerləşən saxlanc yeri hesab edilən anbarda baş vermiş oğurluq hadisəsi barədə onun məlumatı olmamış, həmin oğurluq cinayətində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Şəmkir rayonunun Kür qəsəbəsində paltar sataraq qazanc əldə edir, orada kiçik ölçülü mağazasında fərdi sahibkar kimi fəaliyyət göstərir. 18 oktyabr 2019-cu il tarixdə Kür qəsəbəsində olan mağazasını bağlayıb, yaşadığı evə gedən zaman, qonşusu Kamranın yanında sonradan adını bildiyi Şahid10 binanın qarşısında qadın qış ayaqqabılarını yerə düzüb satdıqlarını görmüşdür. Kamrandan ayaqqabının neçəyə satılmasını soruşanda, Kamran bir cüt ayaqqabını 15-20 manata satdığını demişdir. Həmin vaxt Kamran onu Şahinlə tanış etmiş və Şahin ona bildirmişdir ki, satdığı ayaqqabıları ona münasib qiymətə verə bilər. O, Şahinlə razılaşmış və onlar bir-birlərinin telefon nömrələrini götürüb, sonra əlaqə saxlayacaqlarına razılaşmışlar. Həmin günü axşam Şahin ona zəng etmiş və onlar Kamranla birlikdə görüşmüşlər. Şahin ayaqqabıların hamısının borcu olan şəxs tərəfindən borc qarşılığında verildiyini və ona görə də həmin ayaqqabıları ucuz satdığını bildirmişdir. O, ilkin olaraq bir cütü 15 manata olmaqla 40 cüt qadın ayaqqabısını bəyənib 300 manata Şahindən almışdır. Səhərisi gün Şahindən 12 manatdan 20 cüt zamşa materialından, 70 cüt boğazlı, 30 cüt qısa boğazlı, 24 cüt qarışıq ayaqqabıları da 15 manatdan götürməyə razılaşmış və ümumilikdə Şahinə 1900 manat pul verməli olmuş, lakin, həmin 1900 manatı 02 noyabr 2019-cu il tarixdə verəcəyini bildirmiş və Şahin də onunla razılaşmışdər. Sonuncudan aldığı həmin ayaqqabıdan işlədiyi dükana aparmışdır. Şahindən aldığı ayaqqabıların 92 cütünü tanımadığı şəxslərə satmışdır. 21 oktyabr 2019-cu il tarixdə Şahin onunla əlaqə saxlayıb 110 cüt uzun boğaz qadın ayaqqabılarını 12 manat 50 qəpikdən gətirib ona verməyi təklif edəndə, sonuncu ilə razılaşmışdır. Həmin gün Şahin 110 cüt uzunboğaz qadın ayaqqqabılarını gətirib ona vermiş və ayaqqabıların pulunu da 2019-cu ilin dekabr ayında alacağını onunla razılaşmışdır. 26 oktyabr 2019-cu il tarixdə ona məlum olmuşdur ki, Şahinin ona satdığı ayaqqabıların hamısı oğurluq olmuş və ayaqqabılar Azər adlı şəxsə məxsus olmuş, ayaqqabıların oğurluq olduğunu bildikdən sonra Şahindən aldığı həmin ayaqqabıları daha heç kimə satmamışdır. Şahindən aldığı ayaqqabıların oğurluq olduğunu bilən vaxt artıq onda 202 cüt ayaqqabı qalmışdı. Həmin 202 cüt ayaqqabıları özünə məxsus Opel Astra markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə yükləmiş və aparıb istintaqa təqdim etmişdir. Şahid10 ümumilikdə ona "QİYA" markalı 294 cüt qadın ayaqqabısı satmışdır. Şahid10 ayaqqabıları alan vaxt oğurluq olduğunu bilməmişdir. Şahid10 ona 40 cüt qadın ayaqqabısı, 20 cüt zamşa materialından, 70 cüt boğazlı, 30 cüt qısa boğazlı, 24 cüt qarışıq ayaqqabılar və 110 cüt uzun boğaz ayaqqabı satmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, Yeni Suraxanı qəsəbəsində yerləşən dairədə Bahadur adlı şəxsə məxsus adsız kafeni icarə əsasında işlədir. 2019-cu ilin əvvəllərindən etibarən Elvin adlı şəxsi də həmin kafedə yemək yeyən zaman tanımışdır. 2019-cu ilin may ayında Elvin onun tanımadığı bi nəfər şəxslə kafeyə gəlib yemək yemiş, yedikləri yeməyin pulunu verməyə pulları olmadığı üçün Elvin istifadə etdiyi mobil telefonu girov qoyub, səhəri gün kafenin pulunu verməyi ona bildirmişdir. Lakin, o, mobil telefonu götürməmiş, səhəri gün gətirib kafenin pulunu verməyi Elvinə demişdir. Elvinin əlaqə nömrəsini götürmüş və həmin şəxslər çıxıb getmişlər. Səhəri gün Elvin gətirib kafenin pulunu vermədiyi üçün sonuncuya zəng edəndə, Elvin 8-ci kilometr bazarında qadın qış ayaqqabıları satdığını, lakin sezon qurtardığı üçün hazırda işlərinin yaxşı getmədiyini demiş və qadın ayaqqabılarını pərakəndə formada satmağı ona təklif edəndə, o, Elvinlə razılaşmışdır. Səhəri gün hər birində 6 cüt ayaqqabı olmaqla, onun yanına 2 qutu gətirmişdir. O, ayaqqabılara baxıb bəyənsə də, onların kimə məxsus olmasını və haradan əldə etdiyini Evindən soruşanda, sonuncu ayaqqabıların özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra o, düşünmüşdür ki, qazanc əldə etmək məqsədilə Elvinin ona təklif etdiyi ayaqqabıları alıb evinə yığsın və qış sezonunda satıb, pul əldə etsin. O, qadın ayaqqabılarının hər cütünü 12 və ya 13 manata Elvindən almışdır. Bundan sonara 2019-cu ilin may-iyun ayları ərzində Elvindən hissə-hissə olmaqla, hər qutunun içərisində 6 cüt olmaqla 66 qutu, yəni ümumilikdə 397 cüt qadın qış ayaqqabıları almış və aldığı ayaqqabıların pulunu hissəhissə Elvinə ödəmişdir. Elvindən aldığı bütün ayaqqabıları yaşadığı evə yığmışdır ki, qışda satar. 2019-cu ilin oktyabr ayının əvvəllərində Elvinin ona satdığı qadın qış ayaqqabılarını 8-ci kilometr bazarına və başqa yerlərə aparsa da, Elvindən aldığı qadın qış ayaqqabılarının köhnə model olduğunu bildirdikləri üçün sata bilməmişdir. 18 oktyabr 2019-cu il tarixdə Elvin ona verdiyi qadın qış ayaqqabılarından 50 cütünü Samux rayonuna aparıb qohumu Vaqifə saxlaması üçün vermişdir. Bundan başqa, 18 oktyabr 2019-cu il tarixdə işlədiyi kafedə ofisiant işləyən əslən Şəmkir rayonundan olan Kamran adlı şəxslə birlikdə Elvinin ona satdığı qadın qış ayaqqabılarını satmaq üçün Şəmkir rayonuna getmişdir. Əvvəllər tanımadığı, adını sonradan bildiyi Elşən adlı şəxsə 20 cüt qısa və uzunboğaz qadın ayaqqabılarını satıb, ümumilikdə 300 manat pulu sonuncudan nəğd şəkildə almışdır. Bundan başqa, yerdə qalan 70 cüt uzunboğaz, 30 cüt qısaboğaz, 20 cüt zamşa, 20 cüt uzunboğaz və gödək olmaqla qarışıq ayaqqabıları da Elşənə satmış və həmin ayaqqabıların ümumilikdə 1900 manat pulunu isə sonuncu 02 noyabr 2019-cu il tarixdə verəcəyini bildirmişdir. Bundan sonra, 21 oktyabr 2019-cu il tarixdə evdə qalan 110 cüt uzunboğaz qadın qış ayaqqabılarını da aparıb Şəmkirdə Elşənə vermiş, sonuncu həmin 110 cüt uzunboğaz qadın qış ayaqqabılarının pulunu isə 2019-cu ilin dekabr ayının sonunda verəcəyini bildirmişdir. Beləliklə, Elşənə iki dəfəyə, yəni 18 oktyabr və 21 oktyabr 2019-cu il tarixlərində ümumilikdə 274 cüt qadın qış ayaqqabıları vermişdir. Elşən isə aldığı həmin ayaqqabıların pulundan ona yalnız 20 cütünün qiyməti olan 300 manat pul vermişdir. Bundan başqa Elşən ona 43 cüt əlavə qadın ayaqqabısı da vermiş, həmin ayaqqabıları satmaq məqsədilə idarə etdiyi "Dada” markalı, **-NZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxasına yığmış, lakin sata bilmədiyi üçün həmin ayaqqabılar avtomobilin arxa hissəsində qalmışdır. Həmin qadın ayaqqabılarını könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş və 21 oktyabr 2019-cu il tarixdə ona məlum olmuşdur ki, Elvinin ona satdığı qadın ayaqqabıları oğurluq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, əvvəllər X4 Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən icarə əsasında işlətdiyi kafedə ofisiant işləmişdir. Həmin kafedə işləyən zaman, yəni 2019-cu ilin may ayında Təqsirləndirilən şəxs1 tanımadığı bir nəfər şəxslə kafeyə gəlib yemək yemiş, yedikləri yeməyin pulunu verməyə pulları olmamışdır. Elvin yediyi yeməyinin pulunu ödəməyə imkanının olmadığını demiş və o, da bu barədə Şahinə demişdir. Sonra Elvin istifadə etdiyi mobil telefonunu girov qoyub, səhəri gün kafenin pulunu verməyi təklif etmiş, lakin Şahin mobil telefonu götürməmiş və səhəri gün gətirib kafenin pulunu verməyi ona bildirmişdir. Bundan sonra Şahin Elvinin əlaqə nömrəsini götürmüş və həmin şəxslər çıxıb getmişlər. Səhəri gün Şahin onun yanında Elvinə zəng edib, borcunu gətirib verməsini bildirmişdir. Elvin isə Şahinə Bakı şəhərində yerləşən 8-ci kilometr bazarında qadın qış ayaqqabıları satdığını, lakin sezon qurtardığı üçün hazırda işlərinin yaxşı getmədiyini, borcunun əvəzinə qadın ayaqqabılarını verməyi təklif etmişdir. Şahın də Elvinlə razılaşdıqdan sonra, səhəri gün hər birində 6 cüt ayaqqabı olmaqla, Elvin 2 qutu ayaqqabı gətirmişdir. Şahin Elvindən ayaqqabıları haradan aldığını soruşanda, Elvin ayaqqabıların özünə məxsus olduğunu bildirmişdir. Həmçinin, Elvin bu ayaqqabılardan onda çox olduğunu, lakin sata bilmədiyini demişdir. Sonra onların yanından uzaqlaşıb öz işi ilə məşğul olmağa başlamışdır. Şahindən eşitdiyinə görə Elvindən ümumilikdə 397 cüt qadın qış ayaqqabıları almış və aldığı ayaqqabıların pulunu hissə-hissə Elvinə ödəmişdir. Şahin Elvindən aldığı bütün ayaqqabıları yaşadığı evə yığmışdır ki, qışda satsın. 18 oktyabr 2019-cıı il tarixdə kafedə olan zaman Şahin ona təklif etmişdir ki, Elvindən aldığı ayaqqabıları birlikdə Şəmkir rayonuna aparıb satsınlar. O, Şəmkir rayonundan olduğu üçün, Şəmkir rayonunu tanıdığından Şahinlə razılaşmış və birlikdə Şəmkir rayonuna getmişlər. Şəmkir rayonunda qonşusu Elşən ticarətlə məşğul olduğundan, yanında Şahinə yaxınlaşmış və nisyə ayaqqabıları alıb satdıqdan sonra pulunu verəcəyini bildirmişdir. Şahin də Elşənlə razılaşıb, ona iki dəfəyə, yəni 18 oktyabr və 21 oktyabr 2019-cu il tarixlərində ümumilikdə 274 cüt qadın qış ayaqqabıları vermişdir. Elşən isə aldığı həmin ayaqqabıların pulundan ona yalnız 20 cütünün qiyməti olan 300 manat pul vermişdir. Sonra çıxıb Samux rayonunun Qarayeri qəsəbəsində yaşayan Şahinin qohumu Vaqifin evinə getmişlər. Ora getməkdə məqsədləri isə avtomobildə olan ayaqqabıları Vaqifin evində saxlamaq və əgər Elşən əlavə ayaqqabı istəsə, həmin ayaqqabıları da satmaq məqsədilə Elşənə vermək olmuşdur. Sonradan isə eşitmişlər ki, həmin ayaqqabılar oğurluq ayaqqabılar olmuşdur. Oğurluq olduğunu bildikdən sonra, Elşən özündə olan sayını bilmədiyi qədər ayaqqabıları, Şahin də saxlamaq üçün Vaqifə verdiyi ayaqqabıları götürüb könüllü olaraq istintaqa təqdim etmişlər. Həmin ayaqqabıların oğurluq olduğunu bilməmişdir. Şahid10 satılan ayaqqabılardan ona pul verməmiş, Şahinin kafesində günü 10 manata işləmiş, Şəmkirə onunla birlikdə gedib gələn zaman da gününə 10 manat pul vermişdir. Onun Təqsirləndirilən şəxs1 ilə heç bir münasibəti olmamışdır. Lakin Elvini işlədiyi kafeyə gəlib gedən zaman 2-3 dəfə görmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Şahid10 onun uzaq qohumudur, sonuncu ilə ünvan 14 ünvanında yerləşən evində qonşuluqda yaşayırlar. 2019-cu ilin oktyabr ayında Şahin onun yaşadığı Samux rayonunun Qarayeri qəsəbəsindəki evinə gəlmiş, söhbət zamanı Şahin ona bildirmişdir ki, tanışı borc qarşılığında qadın üçün qış ayaqqabılarını vermiş, Şahin həmin qış ayaqqabılarını satmaq niyyətindədir, həmçinin, Şahin 50 cüt uzun boğaz qadın qış ayaqqabılarını saxlamaq üçün ona əmanət edib çıxıb getmişdir. Həmin 50 cüt ayaqqabı 3 gün müddətində onun evində qalmış, sonra Şahin ona zəng edib bildirmişdir ki, ona əmanət kimi saxlamağa verdiyi ayaqqabılar oğurluq ayaqqabılardır və həmin ayaqqabıları tezliklə gəlib ondan götürəcəkdir. O, da Şahinə tapşırmışdır ki, əgər oğurluq avaqqabılardırsa gəlib onun evindən götürüb aparsın. Səhərisi günü Şahin onun yaşadığı ünvana gəlib saxlamaq üçün ona verdiyi 50 cüt uzun boğaz qadın qış ayaqqabılarını ondan təhvil alıb, Bakı şəhərinə aparmışdır. Şahid10 saxlamaq üçün ona verdiyi 50 cüt uzun boğaz qadın qış ayaqqabılarının oğurluq olması barədə onun məlumatı olmamışdır. İş materiallarından müəyyən olunur ki, ********* nömrəli cinayət işi 14 may 2019-cu il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin sabiq müstəntiqi, polis kapitanı Musa Məmmədov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə başlanılmışdır. (İİ Cild; səh 170) İş materiallarından müəyyən olunur ki, 14 may 2019-cu il tarixdə, saat 19:00-da Suraxanı RPİ-nin İstintaq Şöbəsinin sabiq müstəntiqi, polis kapitanı Musa Məmmədov tərəfindən Təqsirləndirilən şəxs1. Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. (İİ Cild; səh 209) İş materiallarından müəyyən olunur ki, 16 may 2019-cu il tarixdə Suraxanı RPİ-nin İslintaq Şöbəsinin sabiq müstəntiqi, polis kapitanı Musa Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi qeyd olunan Məcəllənin 177.2.1. 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif olunmuşdur. (İİ Cild; səh 232) İş materiallarından müəyyən olunur ki, 16 may 2019-cu il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin sabiq müstəntiqi, polis kapitanı Musa Məmmədov tərəfindən Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.1. 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (İİ Cild; səh 234) İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Suraxanı rayon Məhkəməsinə təqdimat verilməsindən ötrü Suraxanı rayon prokuroru qarşısında sabiq müstəntiq Musa Məmmədov tərəfindən 16 may 2019-cu il tarixdə vəsatət qaldırılmış, lakin rayon prokuroru tərəfindən vəsatət təmin edilməmiş, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. (İİ Cild; səh 247-252) İş materiallarından müəyyən olunur ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Musa Məmmədovun 14.06.2019-cu il tarixli qərarına əsasən tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunsa da, sonuncu cinayət hadisəsini etiraf etmədiyi üçün 14 iyun 2019-cu il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. (İİ Cild; səh 258) İş materiallarından müəyyən olunur ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik leytenantı Elman Abdullayevin 22.08.2019-cu il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə istintaq təzələnərək, icraatına qəbul edilməklə ibtidai istintaqın aparılması qərara alınmışdır. (İİİ Cild; səh 2) İş materiallarından müəyyən olunur ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik leytenantı Elman Abdullayevin 22.08.2019-cu il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə icraat onun tərəfindən 22 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. (İİİ Cild; səh 12) İş materiallarından müəyyən olunur ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Müşfiq Əliməmmədovun 29.10.2019-cu il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi onun icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir. (İİİ Cild; səh 12) İş materiallarından müəyyən olunur ki, 02 noyabr 2019-cu il tarixdə Suraxanı RPİnin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Müşfiq Əliməmmədov tərəfindən qəbul edilmiş qərara əsasən Təqsirləndirilən şəxs1 xəstə olduğu üçün, sonuncu sağalana kimi işin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. (İİİ Cild; səh 46) İş materiallarından müəyyən olunur ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Müşfiq Əliməmmədovun 01.02.2020-ci il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə istintaq təzələnərək, icraatına qəbul edilməklə ibtidai istintaqın aparılması qərara alınmışdır. (İİİ Cild; səh 48) İş materiallarından müəyyən olunur ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Çingiz Seyidovun 04.02.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində ********* nömrəli cinayət işinin icraatına qəbul olunması barədə qərar qəbul etmişdir. (İİİ Cild; səh 51-52) İş materiallarından müəyyən olunur ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Çingiz Seyidovun 04.02.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması barədə qərar qəbul etmişdir. (İİİ Cild; səh 54) İş materiallarından müəyyən olunur ki, 14 fevral 2020-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Nizami Məhərrəmov tərəfindən ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi və icraatına qəbul edilməsi barədə qərar qəbul olunmuşdur. (İİİ Cild; səh 57) İş materiallarından müəyyən olunur ki, 14 fevral 2020-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Nizami Məhərrəmov tərəfindən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (İİİ Cild; səh 59) İş materiallarından müəyyən olunur ki, ********* nömrəli cinayət işi 12 iyun 2020-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Cavid İskəndərov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə başlanılmışdır. (İ Cild; səh 79) İş materiallarından müəyyən olunur ki, 29 iyun 2020-ci il tarixdə, saat 20:00-da Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Cavid İskəndərov tərəfindən Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ Cild; səh 109-110) İş materiallarından müəyyən olunur ki, 29 iyun 2020-ci il tarixdə, saat 22:00-da Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Cavid İskəndərov tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ Cild; səh 126-127) İş materiallarından müəyyən olunur ki, 01.07.2020-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Cavid İskəndərov tərəfindən 01.07.2020-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi qeyd olunan Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif olunaraq istintaqı davam etdirilmişdir. (İ Cild; səh 144) İş materiallarından müəyyən olunur ki, 01 iyul 2020-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Cavid İskəndərov tərəfindən Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuş, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Suraxanı rayon Məhkəməsinə təqdimat verilməsindən ötrü Suraxanı rayon prokuroru qarşısında müstəntiq Cavid İskəndərov tərəfindən 01 iyul 2020-ci il tarixdə vəsatət qaldırılsa da, rayon prokuroru tərəfindən vəsatət təmin edilməmiş, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. (İ Cild; səh 146, 170-174) İş materiallarından müəyyən olunur ki, 01 iyul 2020-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Cavid İskəndərov tərəfindən Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM- nin 177.2.1 və 177.2.3-cii maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuş, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Suraxanı rayon Məhkəməsinə təqdimat verilməsindən ötrü Suraxanı rayon prokuroru qarşısında müstəntiq Cavid İskəndərov tərəfindən 01 iyul 2020-ci il tarixdə vəsatət qaldırılsa da, rayon prokuroru tərəfindən vəsatət təmin edilməmiş, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. (İ Cild; səh 156, 175-179) İş materiallarından müəyyən olunur ki, ********* nömrəli cinayət işi 08 iyul 2020-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Nizami Məhərrəmov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanılmışdır. (İİ Cild; səh 41) İş materiallarından müəyyən olunur ki,10 iyul 2020-ci il tarixdə, saat 16:00-da Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Nizami Məhərrəmov tərəfindən Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İİ Cild; səh 71) İş materiallarından müəyyən olunur ki,12 iyul 2020-cı ıl tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Nizami Məhərrəmov tərəfindən Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuş, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Suraxanı rayon Məhkəməsinə təqdimat verilməsindən ötrü Suraxanı rayon prokuroru qarşısında müstəntiq Nizami Məhərrəmov tərəfindən 12 iyul 2020-ci il tarixdə vəsatət qaldırılsa da, rayon prokuroru tərəfindən vəsatət təmin edilməmiş, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o. Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. (İİ Cild; səh 80, 90-95) İş materiallarından müəyyən olunur ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Nizami Məhərrəmov tərəfindən qəbul edilmiş qərara 08.09.2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs1 xəstə olduğu üçün sonuncu sağalana kimi ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. (İİ Cild; səh 109) İş materiallarından müəyyən olunur ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Cavid İskəndərovun 01.10.2020-ci il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə icraat 01 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nın 53.1.7-ci maddəsinə əsasən dayandırılmışdır. (İ Cild; səh 251) İş materiallarından müəyyən olunur ki, ********* nömrəli cinayət işi 31 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Pİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Araz Məhərrəmov təfindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə başlanmışdır. (İ Cild; səh 1-2) İş materiallarından müəyyən olunur ki, 31 oktyabr 2020-ci il tarixdə, saat 20:30-da Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Araz Məhərrəmov tərəfindən Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası CM-nin 177.2.4-eü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ Cild; səh 29-37) İş materiallarından müəyyən olunur ki, 02 noyabr 2020-ci il tarixdə Suraxanı RPİnin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Araz Məhərrəmov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (İ Cild; səh 57) İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 4(010)-254/2021 saylı 02.11.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhər Suraxanı rayon Məhkəməsi tərəfindən əvvəli 31.10.2020-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ Cild; səh 71-73) İş materiallarından müəyyən olunur ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Cavid İskəndərovun 24.11.2020-ci il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (İ Cild; səh 253) İş materiallarından müəyyən olunur ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Araz Məhərrəmovun 24.11.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cii maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş, birləşdirilmiş cinayət işinin nömrəsi ********* kimi saxlanılmaqla cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif olunaraq istintaqı davam etdirilmişdir. (İ Cild; səh 75-76) İş materiallarından müəyyən olunur ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Çingiz Seyidovun 24 dekabr 2020-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi onun icraatına qəbul edilərək istintaqı aparılmışdır. (İİ Cild; səh 2) İş materiallarından müəyyən olunur ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Nizami Məhərrəmov tərəfindən qəbul edilmiş qərara 11.01.2021ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (İİ Cild; səh 111) İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi, 11 yanvar 2021-ci il tarixdə Çingiz Seyidov tərəfindən istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilərək istintaqı davam etdirilmişdir. İş materiallarından müəyyən olunur ki, 26 yanvar 2021-ci il tarixdə Bakı şəhər prokuroru. İİİ dərəcəli dövlət ədliyyə müşaviri İlqar Abbasov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1. 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay 05 ayadək, yəni 31 mart 2021-ci il tarixədək uzadılmışdır. (İİ Cild; səh 119-121) İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin 31.03.2021-ci il tarixədək uzadılması barədə Suraxanı Rayon Məhkəməsinə təqdimat verilməsindən ötrü Suraxanı rayon prokuroru qarşısında müstəntiq Çingiz Scyidov tərəfindən 26.01.2021-ci il tarixdə vəsatət verilmişdir. (İİ Cild; səh 122-124) İş materiallarından müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin 27.01.2021-ci il tarixli qərarı ilə Suraxanı rayon prokurorunun təqdimatı təmin edilmiş, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 31.03.2021ci il tarixədək uzadılmışdır. (İİ Cild; səh 128-130) İş materiallarından müəyyən olunur ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Cavid İskəndərovun 15.02.2021-ci il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir. (İİ Cild; səh 132-134) İş materiallarından müəyyən olunur ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X7 23.02.2021-ci il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi 23 fevral 2021-ci il tarixdə icraatınıa qəbul edilərək istintaqı davam etdirilmişdir. (İİ Cild; səh 137-139) İş materiallarından müəyyən olunur ki, 17 mart 2021-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Nizami Məhərrəmov tərəfindən ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi və ibtidai istintaqın davam etdirilməsi üçün icraatına qəbul edilməsi barədə qərar qəbul olunmuşdur. (İİİ Cild; səh 61) İş materiallarından müəyyən olunur ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Fərid Alıyevin 17.03.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1. 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi, 17 mart 2021-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Fərid Alıyev tərəfindən istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilməsi, birləşdirilmiş cinayət işinin nömrəsinin ********* kimi saxlanılmaqla icraatına qəbul edilib istintaqı davam etdirilməsi barədə qərara alınmışdır. (İİ Cild; səh 164-167) İş materiallarından müəyyən olunur ki, 30 mart 2021-ci il tarixdə Bakı şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri İlqar Abbasov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1. 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 01 (bir) ay 06 ayadək, yəni 30 aprel 2021-ci il tarixədək uzadılmışdır (İİİ Cild; səh 76-78). İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin 30 aprel 2021-ci il tarixədək uzadılması barədə Suraxanı Rayon Məhkəməsinə təqdimat verilməsindən ötrü Suraxanı rayon prokuroru qarşısında Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Fərid Alıyev tərəfindən 30 mart 2021ci il tarixdə vəsatət qaldırılsa da, rayon prokuroru tərəfindən vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs1 31 mart 2021-ci il tarixdə həbs müddəti başa çatdığından azad olnmuşdur. (İİİ Cild; səh 79-88) İş materiallarından müəyyən olunur ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Fərid Alıyevin 09.04.2021-ci il tarixli qərarına əsasən 09.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2. Ənvər oğluna Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. (İİİ Cild; səh 103) İş materiallarından müəyyən olunur ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Fərid Alıyevin 10.04.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2. Ənvər oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddələr ilə ittiham elan olunmuşdur. (İİİ Cild; səh 117-118) İş materiallarından müəyyən olunur ki,05.06.2021-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Fərid Alıyev tərəfindən ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək, icraatına qəbul edilərək istintaq hərəkətləri davcam etdirilmişdir. (İİİ Cild; səh 134-135) İş materiallarından müəyyən olunur ki, 10.06.2021-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Fərid Alıyev tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif olunması barədə qərar qəbul olunmuşdur. (İİİ Cild; səh 114-115) İş materiallarından müəyyən olunur ki, 10.06.2021-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Fərid Alıyev tərəfindən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (İİİ Cild; səh 126-130) İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 ooğlu evlidir, himayəsində üç azyaşlı övladı var. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 18 iyul 2019-cu il tarixli, 15823 saylı rəydən görünür ki, “Ekspertiza tədqiqatına təqdim edilmiş təzə vəziyyətdə olan 5 cüt qadın çəkmələrinin 2019-cu il aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 84,0 manat müəyyən edilir. Bir cüt üzərində Qiya yazıları olan 36 ölçülü süni dəri materialdan qadın çəkməsi - 18.00 manat, bir cüt üzərində Qiya yazılan olan 40 ölçülü xovlu (xamuc) qadın çəkməsi -18.00 manat, bir cüt üzərində Qiya yazıları olan 41 ölçülü xovlu (xamuc) qadın çəkməsi -18.00 manat, iki cüt parça materialdan qadın çəkməsi 30.00 (2x15m) manat müəyyən edilir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 28.08.2020-ci il tarixli, 9/2507 saylı rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, üzərində “S1M-230H-2000 W Capan" sözləri yazılmış laqundanın istifadədə olması nəzərə alınmaqla 2020-ci il iyun ayına olan orta bazar qiyməti təxminən 40,0 manat müəyyən edilir. Təqsirləndirilən şəxs1 məhkəmədə istintaqı zamanı dindirilərkən, ittiham olunduğu cinayət əməllərinin bir qisminin törətdiyini etiraf edərək, digər qismini etiraf etmədiyini, yəni ittiham aktında göstərilən digər əmlakları oğurlamadığını, yəni Zərərçəkmiş şəxs2 məxsus, ünvan 6 ünvanda yerləşən yarım tikilidən oğurluq etmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, onun özünü müdafiə məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, ibtidai istintaq zamanı dindirilən təqsirləndirilən şəxs, ibtidai və məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxs ifadələrində ittiham aktında öz əksini tapmış xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs2 məhkəmədə istintaqı zamanı dindirilərkən, ittiham olunduğu cinayət əməlini törətdiyini etiraf etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə təqsirli bilindikləri cinayət əməllərinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, onların törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini də nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən halları – onun ilk dəfə olaraq cinayət əməlləri törətməsini, törətdiyi əməlləri qismən etiraf etməsini, törətdiyi əməllərə görə peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxslərdən bir qisminin ona qarşı heç bir tələblərinin və şikayətlərinin olmamasını, Təqsirləndirilən şəxs2 isə məsuliyyətini yüngülləşdirən halları – onun ilk dəfə olaraq cinayət əməli törətməsini, törətdiyi əməli tam etiraf etməsini, törətdiyi əmələ görə peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxslərdən bir qisminin ona qarşı heç bir tələblərinin və şikayətlərinin olmamasını, ailəli olmasını, himayəsində üç azyaşlı uşağın olmasını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxslərə cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumların islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslərə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxslərdə azadlıqda qalacağına ümid verərək, güclü islah – tərbiyəedici stimul yaradar, məhkumların islah edilməsinə, onların qanuna tabe olan insana çevrilmələrinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilmələrinə, ictimai-faydalı fəaliyyətə qayıtmalarına, normal cəmiyyətə tamamilə uyğunlaşmalarına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxslər məhkəmə iclasında göstərmişlər ki, iş üzrə zərərçəkmiş şəxslər onlardan şikayətçi olmadığı təqdirdə, sonradan sonunculara vurulmuş zərəri ödəmək niyyətindədirlər. İş üzrə Zərərçəkmiş şəxs1 Məhəmmədli oğlu məhkəmə iclasında göstərmişdir ki, ibtidai və məhkəmə istintaqı zamanı iş üzrə Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmı ayaqqabıların bir hissəsi ona qaytarılmışdır, onun Təqsirləndirilən şəxs1 qarşı heç bir tələbi və şikayəti yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 bildirmişlər ki, onların təqsirləndirilən şəxslərə qarşı heç bir tələbləri və şikayətləri yoxdur. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tərəfindən onlara vurulmuş zərər ödənilmədiyindən, sonuncuya qarşı şikayətçidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi nəticə etibarı ilə sonuncuya zərərçəkmişə vurulmuş zərəri ödəmək üçün imkan yaradır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən törədikləri cinayət əməlində cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədini tam təmin edir. Təqsirləndirilən şəxslər barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı mülki iddia verilməmiş, əmlak müsadirəsi yoxdur. Məhkəmə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərlə ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı bildirir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 381,384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 14 may 2019-cu il tarixdən 16 may 2019-cu il tarixədək, 29 iyun 2020-ci il tarixdən 01 iyul 2020-ci il tarixədək, 10 iyul 2020-ci il tarixdən 12 iyul 2020ci il tarixədək və 31 oktyabr 2020-ci il tarixdən 31 mart 2021-ci il tarixədək tutulduğu 05 ay 06 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 10 ay 12 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Probasiya İdarəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 29 iyun 2020-ci il tarixdən 01 iyul 2020-ci il tarixədək tutulduğu 02 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Probasiya İdarəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan 22 ədəd alüminium çərçivəli lampaların “Bakı Abadlıq Xidməti" MMC-nin nümayəndəsi Nümayəndə, bir ədəd laqundanın X3, 252 cüt qış qadın ayaqqabılarının isə Zərərçəkmiş şəxs1 qaytarılmış hesab edilsin. Zərərçəkmiş şəxslərə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydada iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-226/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-226/2021
24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver