Məhkəmə qərarları › İş №1(010)-226/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-226/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-226/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində kuryer işləyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında inzibati binada (Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin binası) qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, dalan 1 ünvanında nömrəsiz evdə kirayədə yaşayan, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 24 aprel 2022-ci il tarixdə, saat 18 radələrində kirayə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, dalan 1 ünvanındakı nömrəsiz evdə arvadı Zərərçəkmiş şəxs birgə nikahlarından olan azyaşlı övladlarının ünvanına “heyvan oğlu, it uşaqları” kimi təhqiramiz ifadələr işlətdiyi üçün iradını bildirdikdə Zərərçəkmiş şəxs ona cavab qaytarmasından əsəbləşərək qəsdən yumruqla bir neçə dəfə onun sifət və çənəsindən vuraraq ona, sol yanaq, alt göz qapağı və almacıq nahiyəsinin şişkinlik və qançırı (hematoması), sağ alt göz qapağı nahiyəsinin qançırı, sağ çənə bucağı nahiyəsinin şişkinliyi, üst dodaq keçəcəyinin əzilmiş səhti yarası ilə müşayət olunan dərəcələrinə görə ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, barəsində irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan 2 yetkinlik yaşına çatmayan uşaqları dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra münasibətləri xoş olmuş, lakin Səadət 10 saylı TTYS-da işə düzəldikdən sonra münasibətləri pozulmuşdur. Belə ki, o, Səadətin xəyanət etdiyini zənn etdiyindən aralarında bir neçə dəfə bu səbəbdən mübahisələri olmuş və Səadətin onunla aqressiv rəftar etdiyini hiss etmişdir. 24 aprel 2022-ci il tarixdə, saat 18:00 radələrində birlikdə kirayə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, dalan 1 ünvanındakı nömrəsiz evdə olduqları zaman Səadətin azyaşlı oğluna, heyvan oğlu, it uşaqları dediyini eşitdikdə iradını bildirərək, Səadətdən təhqiramiz ifadələr işlətməməsini tələb etmişdir. Səadət isə onun sözlərinə məhəl qoymayaraq anasını və atasını söyüb təhqir etmişdir. Bundan əsəbləşərək bir necə dəfə yumuruqla Səadətin üz nahiyəsinə vuraraq, ona xəsarət yetirmişdir. Hadisə yaşadıqları evin qonaq otağında baş vermiş, həmin vaxt orada kənar heç kim olmamışdır. Hazırda etdiyi əməlindən səmimi peşmançılıq çəkir və Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2008-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan 2 yetkinlik yaşına çatmayan uşaqları dünyaya gəlmişdir. Son zamanlar Fərmanla münasibətləri xoş olmamış, tez-tez aralarında mübahisələri olmuşdur. 24 aprel 2022-ci il tarixdə, saat 18:00 radələrində Fərmanla birlikdə kirayə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, dalan 1 ünvanındakı nömrəsiz evdə olduqları zaman, azyaşlı oğlu çirkli paltarlarını evə dağıtdığı üçün onun ünvanına “köpək-it oğlu” kimi ifadələr işlədərək deyinmişdir. Bunu eşidən Fərman onunla mübahisə edərək, onu niyə təhqir etdiyinin səbəbini soruşmuş, daha sonra əsəbləşərək onu nalayiq ifadələrlə təhqir etmiş və bir necə dəfə yumuruqla üz nahiyəsinə vuraraq, ona xəsarət yetirmişdir. Bunda sonra Fərman yaşadıqları evdən çıxıb getmiş, o isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə yaşadıqları evin qonaq otağında baş vermiş, həmin vaxt orada kənar heç kim olmamışdır. Sonda Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxsin dəymiş ziyanı aradan qaldırdığını, buna görə də onunla barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş canlı şəxsin ekspertizasının 25 aprel 2022-ci il tarixli, 440 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində sol yanaq, alt göz qapağı və almacıq nahiyəsinin şişkinlik və qançırı (hematoması), sağ alt göz qapağı nahiyəsinin qançırı, sağ çənə bucağı nahiyəsinin şişkinliyi, üst dodaq keçəcəyinin əzilmiş səhti yarası kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 24 aprel 2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümümilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü-özünə yetirməsi nəticəsində alınmaları inkar olunur. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar