Məhkəmə qərarları › İş №1(010)-226/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-226/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-226/2025 07.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X25 qızının katibliyi, X1, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1994-ci ildə Ukrayna Respublikası, Dnepropetrovsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ə yaşayan, 10 dekabr 2024cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1 və 307.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə səhər saatlarında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı X10 əvvəlki gün, yəni xx.xx.2024-cü il tarixdə saat 22 radələrində birgə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1-ci Köndələn küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində qonaq otağındakı divanın üzərində yatan, aşkar surətdə on dörd yaşına çatmayan və köməksiz vəziyyətdə olan xx.xx.2005-ci il təvəllüdlü X5 zor tətbiq etməklə sonuncunun müqavimətini sındırıb təbii yolla cinsi əlaqədə olaraq qızlıq pərdəsinin tamlığını pozub zor tətbiq etməklə, habelə azyaşlı olmaqla aktiv müqavimət göstərmək imkanına malik olmadığına görə köməksiz vəziyyətindən istifadə etməklə on dörd yaşına çatmayan zərərçəkmiş şəxslə təbii yolla cinsi əlaqədə olmaqla xüsusilə ağır cinayət törətməsini bildikdən sonra həmin evin hamam otağında Viktoriya Yegerevaya məxsus cinayətin izlərini özündə daşıyan, üzərində qan ləkələri olan tumanı gizlətmək məqsədilə götürüb heç kimin yaşamadığı qonşuluqda yerləşən evin həyətinə atmaqla xüsusilə ağır cinayətin törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmiş, qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmişdir. Bundan başqa o, təkrarən, X10 birgə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1-ci Köndələn küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində təxminən 17-18 avqust 2018-ci il tarixdən 24 avqust 2018-ci il tarixədək aşkar surətdə on dörd yaşına çatmayan və köməksiz vəziyyətdə olan xx.xx.2005-ci il təvəllüdlü X3rşı zor tətbiq etməklə, kiməsə məlumat verəcəyi və ya müqavimət göstərəcəyi halda döyməklə və öldürməklə hədələyərək, eləcə də sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə Viktoriya Yegereva ilə həm təbii, həm də qeyri-təbii yolla, mütəmadi olaraq cinsi əlaqədə olaraq zorlaması və seksual xarakterli zorakılıq hərəkətləri etməsini öz gözləri ilə görüb Taleh İsmayılov tərəfindən xüsusilə ağır cinayətin törədilməsini bilərək vahid niyyətlə həmin cinayət barədə müvafiq dövlət orqanlarına xəbər verməmişdir. Bundan başqa o, təkrarən, X10 xx.xx.2018-ci il tarixdə saat 14 radələrində həmin evin qonaq otağında cinsi ehtirasını pozğun formada təmin edilməsinə yönələn hərəkətlər edərək, aşkar surətdə on dörd yaşına çatmayan və köməksiz vəziyyətdə olan xx.xx.2004cü il təvəllüdlü X15 boynundan əli ilə tutub şalvarını aşağı salaraq zor tətbiq etməklə sonuncunun başını əyib öz cinsiyyət orqanını Yeqor Yegerevin ağız və sifət nahiyyəsinə sürtməklə, daha sonra sonuncunun əynindəki şalvarını aşağı salıb arxa nahiyəsini lütləşdirərək əvvəl cinsiyyət orqanını sonuncunun anal dəliyinə sürtməklə, daha sonra əl barmağını anal dəliyinə salıb-çıxartmaqla aşkar surətdə 14 yaşına çatmayan və köməksiz vəziyyətdə olan X11rşı seksual xarakterli zorakı hərəkətlər etməsini öz gözləri ilə görüb Taleh İsmayılov tərəfindən xüsusilə ağır cinayətin törədilməsini bilərək həmin cinayət barədə müvafiq dövlət orqanlarına xəbər verməmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 307.1 və 307.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Talehlə 11 il qeyri-rəsmi ər-arvad münasibətində olmuşdur. Birgə münasibətlərindən X21 adlı 2015-ci il təvəllüdlü qızları vardır. Hazırda 2 övladı vardır, qızı 2 saylı Uşaq evində qalır, tez-tez baş çəkir. Onun özü də uşaqlığında həmin Uşaq evində bir neçə il yatılı qalaraq orada Azərbaycan bölməsində təhsil almışdır. 2 yaşlı oğlu Zaur isə onunla birgə yaşayır. 2018-ci ilin iyul ayında Talehlə birlikdə əvvəllər tanıdığı taksi işləyən Telmanla yaşadıqları evə gələndə Telman onlara Moskvadan arvadının gəldiyini və 5-10 günlük sənəd işi olduğunu deyərək onlarda qalmalarına icazə vermələrini və kirayə puluna köməklik edəcəklərini söyləmiş, Taleh də razılaşmışdır. Bir neçə gün sonra Telman arvadı kimi təqdim etdiyi Aleksandra ilə birlikdə onlara gəlmiş, sonuncu onlarda bir neçə gün qaldıqdan sonra Telmanın arvadı olmadığını, Ağsatafa rayonunda üç uşağının olduğunu, uşaqları da gətirmək istədiyini bildirmişdir. Onlar razılıq vermiş və Telmanla birlikdə avtovağzala gedərək Aleksandranın uşaqlarını qarşılayıb evə gətirmişlər. Onlarda qalmalarının səbəbi kirayə puluna köməklik göstərəcəkləri barədə razılaşmaları olmuşdur. Təxminən avqust ayının 11-də Talehin dostu Natiq yaşadıqları evdə yeyib içdikdən sonra hamısı yatmağa getmiş, Aleksandra və Natiq eyvanda qalmış, onların arasında nə baş verdiyini görməmişdir. Həmin gecə Aleksandra evdən getmiş, onun hansı səbəbdən getdiyini bilməmiş, Aleksandra sonradan ona Natiqin onunla cinsi əlaqədə olmaq istədiyini, o, razı olmadıqda Natiqin ona sillə vurduğunu, buna görə də evdən qaçdığını demişdir. Aleksandra evdən qaçdığı gündən bir neçə gün sonra, təxminən xx.xx.2018-ci il tarixdə günorta vaxtlarında Taleh Yeqora pul verərək Viktoriyanın hamilə olub-olmadığını yoxlamaq üçün hamiləlik testi almasını demiş, Talehdən həmin testin nəyə lazım olduğunu soruşduqda, sonuncu ona Aleksandranın Viktoriyadan nə vaxt aybaşı olub-olmadığını soruşduğunu, qızın isə nə vaxt olduğunu xatırlamadığını bildirdiyini eşitdiyinə görə Viktoriyanın hamilə olub-olmadığını yoxlamaq istədiyini demişdir. Yeqor hamiləlik testini almış, Viktoriya testi yoxlayanda bir xəttin qırmızı, digər xəttin isə solğun rəngdə olduğunu görüb Talehə testdən iki xətt çıxdığını demişdir. Taleh də Viktoriyanı digər otağa keçirərək ona hədə-qorxu gəlib demişdir ki, “onsuzda anan alkaşdır, Alina səndən soruşanda deyərsən ki, məni anam Ağstafada bir rumka arağa satıbdır”. Həmin vaxt otağın qapısı açıq olduğundan o, Talehin Viktoriyaya dediklərini eşitmiş, otaqdan çıxandan sonra Taleh ona demişdir ki, “sən Viktoriyanı çıxart həyətə ondan kimin onu bədbəxt etməsi kimi suallar ver, səsini telefona yaz”. O, Talehdən bunun nəyə lazım olduğunu soruşduqda sonuncu demişdir ki, “sənin nəyinə lazımdır, nə deyirəm onu et, lazım olanda anasına göstərəcəm”. O, Talehdən qorxduğu üçün Viktoriya ilə həyətə çıxıb sonuncuya kimin bədbəxt etməsi barədə suallar verdikdən sonra Viktoriya ağlaya-ağlaya Ağstafada anasının satdığını bildirmişdir. Taleh Viktoriyanın ağlamaq səsinə çölə çıxıb sonuncunun qolundan tutub sıxaraq gözü ilə işarə edib danışmasını söyləmişdir. Viktoriyanın səsini yazdıqdan sonra Taleh telefonu ona qaytarmamış, həmin gün axşam Taleh Aleksandraya qızının hamilə olması, anası tərəfindən bədbəxt olması barədə sms yazmışdır. Həmin günün ertəsi günü Taleh və qızı ilə evin qonaq otağında açılmış vəziyyətdə olan divanda yatmış, Viktoriya isə yerdə nazik yorğanın üstündə yatmışdır. Yuxuya getdikdən sonra Viktoriyanın “Alina xala mənə kömək elə” səsinə yuxudan oyananda o, Talehin zorla Viktoriya ilə cinsi əlaqədə olduğunu görmüş və Viktoriyanın qolundan sillə vuraraq otaqdan çıxmasını demişdir. Taleh onun yuxudan oyandığını görüb Viktoriyanın üzərindən durmuş, sonra Talehə “qızı burax nə işin var” dedikdə sonuncu onun ünvanına söyüşlər söymüşdür. O, Talehə bu barədə iradını bildirəndə Taleh ona “özüm bilərəm ikinizdə mənim aşkımsınız” demişdir. Təxminən xx.xx.2018-ci il tarixdə günorta saat 14 radələrində Yeqor, Taleh və Viktoriya ilə evin mətbəxində birlikdə çörək yeyərkən Taleh nə isə adını bilmədiyi dərman içmiş, Yeqor da Talehə demişdir ki, “nə olub sənə niyə dərman atırsan narkamansan sən”. Taleh də əsəbiləşib stoldan durub Yeqora tərəf gedəndə sonuncu qonaq otağına qaçmış, Taleh Yeqoru divanın küncünə tərəf söykəyib şalvarını soyunaraq cinsiyyət orqanını çıxardıb Yeqorun boynundan tutub aşağı öz cinsiyyət orqanı istiqamətinə əyərək cinsiyyət orqanını Yeqorun ağzına sürtmüş, sonra Yeqorun idman şalvarını bir qədər aşağı çəkərək barmağını arxa keçəcəyinə salmış, cinsiyyət orqanını Yeqorun arxasına sürtmüş, lakin arxa keçəcəyinə salmamışdır. Yeqor Talehə “eləmə” deməsinə baxmayaraq sonuncu hərəkətlərini davam etdirmişdir. Talehin hərəkətlərini o və Viktoriya görmüş, lakin həmin vaxt gülməmiş, Talehdən qorxduğundan müdaxilə etməmişdir. Sonra Taleh onun və Viktoriyanın üstünə qışqıraraq “gedin paltarları yuyun” dediyindən Viktoriya ilə hamam otağına getmiş, orada olarkən Yeqorun ağlaya-ağlaya və Talehin ünvanına nalayiq söyüşlər söyərək evdən qaçdığını görmüşdür. Yeqor axşam saat 19 radələrində qalmağa başqa yeri olmadığı üçün evə qayıtmışdır. Bundan sonrakı günlərdə yataq otağında Talehin Viktoriyanı zorladığını otağa girəndə görmüş, Taleh hər iki dəfə onu döyüb otaqdan çıxardaraq qapını bağlamışdır. Viktoriya hər dəfə Talehə onu zorlamamasını deməsinə baxmayaraq Taleh öz bildiyini etmişdir. Talehdən qorxduğuna görə heç kimə Viktoriyanı zorladığını deməmişdir. Təxminən 25 avqust 2018-ci il tarixdə Aleksandraya zəng edərək uşaqlarını evdən aparmasını bildirmiş, həmin vaxt Telman evdə olmamışdır. Sonradan Telman yaşadıqları evə gəlib Aleksandranın uşaqları istədiyini bildirmiş, Əmrah və Yeqor Telmanla birlikdə getmiş, lakin Viktoriya evdən getməyib demişdir ki, “getsəm anamın yanına anam işləmir acından öləcəm orada”. Telman gedəndən bir neçə saat sonra polislər gəlib Viktoriyanı aparmışlar. O, həmçinin bildirmişdir ki, dəqiq xatırlamadığı tarixdə səhər yuxudan duranda hamamda qanlı tuman görüb Talehdən kimə məxsus olduğunu soruşmuş, sonuncu da ona Viktoriyanın olduğunu bildirmişdir. O, Talehin danışığından Viktoriyanı zorladığını və bakirəliyini pozduğunu başa düşmüşdür. Taleh ona tumanı atmasını bildirmişdir. O, sorğu-sualsız Viktoriyaya məxsus qanlı tumanı hasardan heç kimin yaşamadığı qonşu həyətə atmışdır. Talehin tursiki atmağını deməyində məqsədi cinayətini gizlətmək olmuşdur. O, Talehin hansı səbəbdən tumanı özünün atmaması, ona atdırması barədə verilən suala cavab verə bilməyəcəyini bildirmişdir. O, Viktoriyanın paltarlarını yandırmamış, Talehin Viktoriyanın paltarlarını yandırdığını görmüşdür. O, Taleh Yeqora qarşı seksual xarakterli zorakılıq hərəkətlərini gülərək etdiyindən özünü saxlaya bilməyib həmin vaxt güldüyünü, sonra isə pis olduğunu, həmin cinayət işinin istintaqı zamanı ilkin ifadələrində hərəkətindən utandığı üçün həmin vaxt gülmədiyini dediyini bildirmişdir. **********82 mobil nömrəsi özünün istifadəsində olmuş, Aleksandranın istifadəsində olan **********47 telefon nömrəsinə “Talehdi balalarini gatirdin indi kef eliyirsan cox elamarsan gotun catir ac daniwda”, xx.xx.2018-ci il tarixdə saat 23:44-də “Wawa ewidirsanw talehdi qizivida badbaxt eladin rahatladind oturdtut Sanin qizin hamiladi oxzuda deyir anam mani o badbaxt eliyib gal balacangi gotur get boyuklar getmjiram deyipjrqizjin hamiladi galaparanda” məzmunda mesaj yazıldığını sonradan görmüş, həmin mesajları Taleh yazmışdır. Taleh əvvəllər də məhkum olunduğundan özü gələcəkdə baş verə biləcək şikayətlərə görə müdafiə etmək üçün elə smslər yazdığını, səs yazısını da həmin məqsədlə yazdığını fikirləşir. O, Talehin yalandan yazıb-oxumağı bacarmadığını bildirsə də, telefonda mesajları yazıb oxuya bildiyini, Talehdən qorxduğu üçün həmin cinayət işinin istintaqı zamanı verdiyi ilkin ifadəsində mesajları özünün yazdığını bildirmişdir. Talehin Suraxanı rayonu ərazisində Zeytunluq deyilən yerdə Yeqora qarşı seksual xarakterli hərəkətlər etməsi barədə onun məlumatı olmamışdır. Talehin onu döyməsi barədə hər hansı orqana şikayəti olmamışdır. Talehdən ayrı dolana bilməyəcəyini düşündüyündən sonuncudan ayrılmamışdır. X8 zorlamasını, Yeqora qarşı seksual xarakterli hərəkətlər etməsini öz gözləri ilə görsə də, Talehdən qorxduğundan hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Onun bu barədə hüquq mühafizə orqanlarına məlumat verməyə imkanı olmuşdur. Təqsirləndirilən şəxs son sözündə istintaqdan yayınmadığını, yaşayış yerini dəyişdiyi üçün məlumatı olmadığını, əməlindən peşman olduğunu, himayəsində iki uşağı olduğunu, böyük uşağının uşaq evində olduğunu, balaca uşağının iki yaşı olduğunu, uşağın ondan başqa heç kimi olmadığının, uşağın atasının həbsdə olduğunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin ayrılması haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 307.1 və 307.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və ibtidai istintaqı aparılması üçün icraata götürülmüşdür ( i.v. 1-2); cinayət işinin başlanması haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan X4 zorlanması faktına görə Azərbaycan Respublikası CM-in 149.3.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaqın aparılması Suraxanı rayon prokurorluğunun müstəntiqi X13 tapşırılmışdır ( i.v. 4); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli protokolun surətindən görünür ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1-ci X20 sovxozu ******* saylı evə baxış keçirilmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur ( i.v. 33- 40); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs müəyyən olunmadığına görə AR CPMnin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (i.v. 81); cinayət işi üzrə icraatın dayandırılması barədə qərarın ləğv olunması və iş üzrə icraatın təzələnməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Suraxanı rayon prokurorluğunda AR CM-nin 307.1 və 307.3-cü maddələri ilə istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2019-cu il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilərək iş üzrə icraat təzələnmişdir (i.v. 83-84); cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın aparılması üçün Suraxanı rayon prokurorluğunda icraata qəbul edilmişdir (i.v. 85); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 307.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 114-115); təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, olduğu yer müəyyən olunduqda tutulması qərara alınmışdır (i.v. 117); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v. 81); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 121); şəxsin istintaqa könüllü gəlməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə istintaq orqanına könüllü gəlmişdir (i.v. 196); cinayət işinin icraata qəbul edilməsi və iş üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və iş üzrə icraat təzələnmişdir (i.v. 197); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir (i.v. 230-231); doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. X12, anası Təqsirləndirilən şəxsdır (i.v. 236); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i.v. 244); Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 8-ci Mədən küçəsində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Qeydiyyatsız yaşadığı müddət ərzində onun haqqında qəsəbə nümayəndəliyinə heç bir şikayət ərizəsi daxil olmamışdır (i.v. 246); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X18 Şəxsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanaya müalicədə olmayıb (i.v. 247); Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nikah haqqında akt qeydi aşkar olunmamışdır (i.v. 248); Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 2 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs 2000-ci ildən xx.xx.2004-cü il tarixədək həmin müəssisədə müvəqqəti məskunlaşmış və anası X14 ərizəsinə əsasən xx.xx.2004-cü il tarixdə onun himayəsinə qaytarılmışdır. O, müəssisədə olduğu müddət ərzində müəssisənin tərkibində Azərbaycan bölməsində ibtidai təhsilə cəlb edilmişdir (i.v. 249); “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-265/2019 nömrəli hökmünə əsasən həmin iş üzrə maddi sübut kimi tanınmış tumanın məhv edilməsinin nəzərə alınması; X10 Azərbaycan Respublikası CM-nin 149.3.3 və 150.3.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cü il tarixli, 1(101)-265/2019 nömrəli hökmünün Azərbaycan Respublikası CPM-nin 142-ci maddəsinə əsasən preyudisiallığının nəzərə alınması qərara alınmışdır (i.v. 263-281); təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittiham elan olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham dəyişdirilərək əlavələr edilməklə həmin Məcəllənin 307.1 və 307.3-cü maddələri ilə yeni məzmunda yenidən ittiham elan edilmişdir (i.v. 282-284); Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli 1(101)- 265/2019 nömrəli hökmü ilə X16 onun üçün aşkar surətdə yetkinlik yaşma çatmamış X3rşı zor tətbiq etməklə, zor tətbiq etmək və öldürmək hədəsi ilə, sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə cinsi əlaqədə olmaqla Viktoriya Yegerevanı zorlaması, onun üçün aşkar surətdə on dörd yaşına çatmamış X11rşı zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi ilə, Yeqor Yegerevin köməksiz vəziyyətindən istifadə etməklə sonuncuya qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 149.3.3 və 150.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. (i.v. 94-113); Azemis Elektron Məhkəmə İnformasiya Sistemində olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, onun iki uşağı – xx.xx.2015-ci il təvəllüdlü X21 və xx.xx.2023-cü il təvəllüdlü X24 vardır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli 1(101)-265/2019 nömrəli hökmü üzrə dindirilmiş şahidlərin və zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1 və 307.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ifadələrində Viktoriya Yegerevaya məxsus tumanı X7 qorxduğunu üçün sonuncunun göstərişi ilə atması, həmçinin Taleh İsmayılov onu dəfələrlə döydüyündən sonuncudan qorxduğu üçün Viktoriya Yegerevanı zorlaması və Yeqor Yegerevə qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi barədə müvafiq dövlət orqanlarına xəbər verməməsi barədə göstərdikləri öz müdafiəsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirilir və cinayət işi üzrə əldə olunmuş sübutlarla və cinayət işi üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər sübutlarla tam təkzib edilir. Lakin təqsirləndirilən şəxsin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, məhkəmə baxışının nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cinayət 2018-ci ildə törədilmiş, cinayətin törədilməsindən iki ildən çox vaxt keçmişdir. Hazırki cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti 2020-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 307.1-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsində qeyd olunur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Müdafiə tərəfi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsi ilə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Lakin Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 307.3-cü maddəsi üzrə isə ittiham hökm çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 79.1. Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər; 79.2. Bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məkum olunmadığını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 307.3-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyən edilmədi), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 04 aprel 2023-cü il tarixdə anadan olmuş yetkinlik yaşına çatmayan uşağının olmasını və uşağı təkbaşına böyütməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs uşağı on dörd yaşına çatanadək cəzasının çəkilməsi təxirə salınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-265/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən həmçinin görünür ki, maddi sübutların taleyi həll olunmuş, Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanma yerinə təhvil verilmiş, zərərçəkmiş şəxs Viktoriya Yegerevnaya məxsus tumanın məhv edilməsi göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 179, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 307.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən verilmiş ittihamın həmin hissəsi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1.-ci maddəsi tətbiq edilməklə 04 aprel 2023-cü il təvəllüdlü övladı X24 14 yaşına çatanadək hökmün icrası azadlıqdan məhrumetmə cəzasına münasibətdə təxirə salınsın. Təqsirləndirilən şəxs övladı X24 14 yaşına çatanadək davranışına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Azadlıqdan məhrumetmə cəzasının çəkilməsi müddətinin başlanğıcı hökmün faktiki icra olunacağı vaxtdan hesablansın. Davranış üzərində nəzarəti həyata keçirən Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-265/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündə maddi sübut kimi tanınmış tumanın məhv edilməsinin göstərilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərcinin, mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar